[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Tövhid və Əqidə » SIRK......
SIRK......
XEDICE73Tarix: Bazar, 31.08.2008, 16:47 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Şirk - Allaha ortaq qoşmaq, insanın işlətdiyi ən böyük günahdır. Uca Allah istədiyi günahı bağışlayacağını, şirki isə əsla bağışlamayacağını bildirmişdir.
Buna görə də Allah Qur'anda bir çox yerdə möminləri şirkdən qaçmağa çağırmışdır:
«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə böyük bir günah etmiş olur.¿ (Nisa, 48)
Loğmanın (ə.s) oğluna verdiyi nəsihət: «Ey oğlum Allaha şirk qoşma. Şübhəsiz şirk həqiqətən böyük bir zülmdür.¿ (Loğman13)
Şirk qoşanların ibadətləri belə qəbul olunmayacağı bir çox ayələrdə göstərilmişdir.
«Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdu: Əgər Allaha şərik qoşsan, sənin əməlin puç olacaq və sən ziyana düşənlərdən olacaqsan.¿ (Zumər, 65)

Şirk nədir? Çox insan şirkin böyük günah olduğunu, lakin özünün bunun etmədiyini düşünər. Müşriklərin (şirk qoşanlar) yalnız totemlərə (bütlərə) itaət edən şəxs olduğunu düşünər. Ona görə müşriklər sadəcə Peyğəmbərimizdən (s.ə.s) əvvəl Kə'bədəki bütlərə itaət edən cahiliyyə ərəbləri və onlara bənzəyən ilk bütpərəstlərdir. Ancaq şirk sadəcə totemlərlə bağlı deyil, başqa hallarla da müşahidə olunur. Həyatını Allahdan başqa bir varlığa, bir insana və ideologiyaya bağlayanlar, bir-birlərinə dəlicəsinə aşiq olanlar, məqsədlərinə nail olmaq üçün başqa insanların xoşuna getməyə çalışanlar, «bunlar bizi Allaha yaxınlaşdıracaq¿ - deyə ölülərə dua edənlər…

Bunların hamısı tam mənasıyla şirk içindədirlər.

Ümüd edirik insanlar bütün bütləri buraxıb, sadəcə və sadəcə əsl Rəbbləri olan Allaha itaət edəcəklər.
Şirk nədir? Şirkin kəlimə mənası «ortaqlıq¿ deməkdir. Şirk termini Allaha şərik qoşmaq, tay qoşmaq mənalarına da gəlir. Qur'anda şirk hər hansı bir şeyi, kimsəni dəyər vermə baxımından Allahdan üstün tutmaqdır. Qur'anın təməl prinsipi Allahdan başqa bir ilah olmadığıdır. Qur'an ifadəsiylə «Lə iləhə illallahdır¿. Bu ifadə Qur'anda bir çox yerlərdə təkrarlanır va imanın birinci şərti olaraq vurğulanır. Bu təməl gerçəyin əksinə bir inanc və davranışın şirk olduğunu da görürük.

Qur'anda müşriklər neçə qrupa ayrılırlar;

Qur'an şirk mövzusuna çox böyük yer verir. Şirkin özü və məntiqi eyni olsa da, şirk qoşmanın bir çox növünü Qur'andan öyrənməkdəyik. Şirkin məntiqi bütün müşriklərdə eyni olsa da şirk qoşma növləri müxtəlifdir. Qur'anda bəhsi keçən başlıca müşrik növləri bunlardır;

Kitab-Əhli

Kitab əhli Qur'anda xristianlar və yəhudilərə verilən termindir. Hər iki dinin mənsubları haqq dininin özündən uzaqlaşmış, şirkə dayanan bir anlayışa boyun əymişlər. Bunların şirkə düşməsi peyğəmbərlərini və din adamlarının ilahlaşdırması nəticəsində olmuşdur. Xristianlar ən başda olaraq peyğəmbərləri İsanı (ə.s) ilahlaşdıraraq şirkə düşmüşlərdir. İsanı (ə.s) Allahın oğlu olduğunun, dolayısıyla onun da bir ilah olduğunu iddia edirlər.
«And olsun, şübhəsiz Allah Məryəm oğlu Məsihdir deyənlər küfrə düşmüşdür. Allah Məryəm oğlu Məsihdir-deyənlər küfr etdilər. Məsih isə demişdi: Ey israil övladları! Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik çıxarsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəm odudur. Zalımlara heç bir kömək edən olmaz.
Allah üçlüyün (üç tanrının) üçüncüsüdür - deyənlər küfr etdilər. Halbuki vahid tanrıdan başqa heç bir tanrı yoxdur. Əgər onlar belə söz-söhbətlərinə son qoymasalar, onların kafirlərinə üzücü bir əzab dəyəcəkdir. (Maidə 72-73)
Bu iki qövmün Allaha şirk qoşduqları digər insanlar isə din adamlarıdır. Yəhudilər din adamlarının Allah adına uydurduqları hökmləri ilahi hökmlər kimi mənimsəmişlər. Tarix boyunca Tövrata və digər din kitablarına əlavə olunan bu hökmlər yəhudi xalqı tərəfindən əsrlər boyu din adına istifadə olunmaqdadır.
Eyni hal xristianlarda da var. Onlar da din adına onlara hökm edən rahiblərin, keşişlərin, papaların ardınca kor-koranə gediblər. Allahın deyil, onların şəkil verdikləri bir din anlayışını mənimsəyiblər. Hər iki dinin din adamları, tarix boyunca Tövrata və İncilə əlavə, çıxarma dəyişdirmələr edib bu kitabları təhrif etmişlər. Hər iki ilahi kitabın gətirdiyi haqq dini bu şəkildə əslindən uzaqlaşdırılaraq din adamlarının əlində şirk dininə çevrilmişdir. Allah şirkə düşən hər iki qövmün vəziyyətini aşağıdakı ayədə belə göstərir:
«Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini Məryəm oğlu Məsihi də rəblər etdilər. Halbuki onlara yalnız bir tanrıya –Ondan başqa tanrı yoxdur - ibadət etmək buyrulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır.¿ (Tövbə 31)
Başqa bir çox ayələrdə də bunların şirk qoşmaları qınanmışdır. Qur'an şirkə düşən hər iki qövmün mənsublarını bütün haqq dinin özünə, yəni Allahı tək bir ilah qəbul edib ondan başqasına qulluq etməyə dəvət edir.
«Ey kitab əhli! Bizimlə öz aranızda eyni bir sözə [fikrə] gəlin ki, ancaq Allaha ibadət edək, heç nəyi Ona şərik qoşmayaq və Allahı qoyub bir birimizi rəbblər etməyək! Əgər onlar üz döndərərlərsə, onda: Bizim müsəlman [Allaha təslim] olduğumuza şahid olun! - deyin.¿ (Ali-İmran-64)

Rəhbərləri ilah edənlər

Başlarındakı idarəçiləri ilah edənlərə Qur'anda misal Fir'on qövmüdür. Allahın Qur'anda minlərcə illər yaşamış Fir'on və qövmünün vəziyyətini insanlara başa salması əlbəttə insanlara tarixi bilik vermək deyildir. Fir'on haqqındakı qissələrin Qur'anda söylənməsi Fir'onun yaxın çevrəsinin və qövmünün işlətdikləri şirkdən indiki müsəlmanların uzaqlaşdırılmasıdır. Fir'on qövmü içində ilahiliyini elan etmiş qövmü də ona boyun əymişdir. Fir'onun ilahlığının dilə gətirməsini Qur'an belə deyir:
«Camaatını çağıraraq toplayıb səsləndi. Sizin ən böyük Rəbbiniz mənəm.¿ (Naziat 23-24)
Firona ilk tabe olanlar onun yaxın adamları idi. Yaxın çevrəsindən sonra ona boyun əyən ordusu və Misir xalqı idi. Fəqir, gücsüz, möhtac olan xalq bir yandan da Fir'on tərəfindən əzilərək ona boyun əymişdilər. O sırada Misirdə əsarət altında olan İsrailoğulları zülm və qorxudan qaynaqlanan bir şirk içində idilər və bu da şirkin bir növüdür.

Bütlərə inananlar

Əslində şirk qoşulan canlı və ya cansız hər şey əsl anlamda büttür. Fəqət biz burada klassik bütlərdən yəni daş, taxta, metal kimi maddələrdən, şəkil və surət verilib hazırlanan butlərdən danışacağıq. İlk baxışda insan bu cür bütlərə inananların yalnız bəzi geri qalmış qəbilələrin adəti olduğu nəzərdə tutulur. Ancaq bu bütə inanmanın səbəblərini araşdıraq.
Bütlərərə inanamanın simvolik məntiqi var.
Çünki bu cür şirkin özündə bu heykəllərin təmsil etdiyi adamlar və anlayışlar durur. Yonulan bütlər əslində şirk qoşulan varlığı adamı və anlayışı təmsil edərlər. Qur'anda da İbrahimin (ə.s) muşrik qövmünün də bənzər şəkildə bütlər yonaraq onlara sitayiş etdiyi görünməktədir.
«O zaman o, öz atasına və camaatına demişdi: «Bu nə heykəllərdir ki, siz onlara ibadət edirsiniz?¿ Onlar dedilər: «Biz ata-babalarımızın onlara ibadət etdiyini görmüşdük.¿ (Ənbiyə 52-53)
Dolayısıyla bütlərə inanmaq nə qədər məntiqsiz bir şey olsa da adət-ənənə vasitəsilə də bugünkü müasir topluma da keçmişdir. Yonulan bütlərin bir özəlliyi də bunların nəzərdə tutulan adamla eyni tutulmasıdır. Məsələn: Hindistanda əvvəl «buddanın¿ şəxsi ilahiləşdirilmişdir. Daha sonra onu təmsil edən heykəllər düzəldilmiş, xatirə və düşüncələri qorununb saxlanılmışdır. Bu gün isə bu heykəllər ilahiləşdirilmiş və insanların sitayiş etdikləri bütlər halına gəlmişdir. Dünyanın bir çox yerində bu tip bütlərə sitayiş mövcuddur.

Cinlərə sitayiş edənlər.

İnsanların Allaha ortaq qoşduqları bir qism varlıqlardan biri də cinlərdir. cinlər fiziki yaradılış baxımından insandan fərqlidir. Qur'an ayələrində cinlərin atəşdən yaradıldığı deyilməkdədir.
«Cinləri isə təmiz [tüstüsüz] oddan xəlq etdi.¿ (Rəhman 15)
Cinlər hər zaman gözlə görünmədikləri, insanlardan fərqli güc və xüsusiyyətlərə sahib olduqlarına görə bəzi cahil insanlar onları gözlərində şişirdib onlardan kömək umurlar. Qısaca olaraq cinləri ilah kimi görürlər. Bu hadisə ayələrdə belə izah olunur:
İnsanlardan bə'ziləri cinlərdən bə'zilərinə pənah gətirir və onlar da bunların azğınlığını artırırdılar. (Cin 6)
Onlar cinləri də Allaha şərik qoşdular, halbuki onları da Allah yaratmışdır. Özləri bir şey bilmədən Onun adına oğullar və qızlar uydurdular. Ona tə'riflər olsun! O, onların təsəvvür etdiklərinin fövqündədir.
Cinlər də bütün yaradılmışlar kimi Allahın qullarıdır. Allahın onlara verdiyi gücdən başqa heç bir gücləri yoxdur. İnsanlar kimi cinlərin də mö'mini və kafiri var. Bu dünyada imtahan olunur və imanlarına görə cənnətə və cəhənnəmə göndəriləcəklər. Qur'anın bir çox ayələrində xüsusilədə Cin surəsində cinlərlə bağlı önəmli məlumatlar verilmişdir.
Bir çox vaxt cinlər, cin olduqlarını gizləyərək özlərini Allahın elçiləri olan mələklər kimi insanlara tanıdırlar. Onlara Allah adına bir çox yalan sözlər söylər, onları gerçək dindən, doğru yoldan sapdırırlar. Günümüzdə cinlərin sapdırdığı müxtəlif mistik qruplar və təriqətlər vardır. Bunlar özlərinə ya da başlarındakı liderlərinə Allahdan vəhy gəldiyinə və insanların artıq bu vəhyə uymaları lazım olduğuna inanırlar. Aralarında cinlərin özlərinə ilham etdikləri sözləri kitab halına gətirib bunun ilahi bir kitab olduğunu, artıq bu kitabın inanılması lazım olduğunu bildirirlər. Bu şəkildə cinlərin təlqini altında qalaraq özünü peyğəmbər hesab edən və bu yolla da kibirlənən bir çox insan gəlib keçmişdir.
Qur'an bunların axirətdəki vəziyyətlərini belə xəbər verir:
«O günü O, onların hamısını bir yerə toplayacaq, sonra isə mələklərə deyəcəkdir: «Sizə (qulaq asıb) ibadət edənlər bunlardırmı?¿
Onlar deyəcəklər: «Sənə təriflər olsun! Bizim ixtiyar sahibimiz onlar yox, Sənsən. Xeyr, onlar cinlərə (qulaq asıb) ibadət edirdilər, çoxusu onlara iman gətirmişdi.¿ (Səbə 40-41)
cinlərdən kafir olanlar, insanları doğru yoldan azdıra bilmək məqsədiylə onları bu şəkildə özlərinə çəkib şirkə sürüklərlər.
Ondarın hamısını bir yerə toplayacağı gün (deyəcəkdir): «Ey cinlər tayfası! Siz insanlardan bir çoxunu (şirnikləndirib) yoldan çıxartdınız¿. Onların tərafdarı olan insanlar deyəcəklər: «Rəbbimiz, biz biri-birimizdən faydalandıq və Sənin bizim üçün tə'yin etdiyin əcəlimizə gəlib çatdıq.¿ O deyəcək: «Allahın istədiyi kəslərdən başqa sizin yeriniz cəhənnəm odudur ki, orada əbədi qalacaqsınız.¿Həqiqətən, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Ənam 128)

Nəfsini ilah edənlər.

Qur'anda bəhs edilən, insanların ilah etdikləri şeylərdən biri də «nəfsdir¿. Nəfsin ilah edilməsi insanın öz nəfsinin istəklərini Allahın əmir və istəklərindən öndə tutması ilə olur. Nəfsin ilah edilməsi gerçəkdə bütün müşriklərin içində olduğu bir sapqınlıqdır. İstər heykəllərə itaət etsin, istər cinlərə, istərsə də başqa kimsələr ya da varlıqlara itaət etsinlər, bütün müşriklər eyni zamanda əllərindən gəldiyi, imkan tapdıqları ölçüdə nəfslərinin arzu və əmrlərini yerinə yetirməyə çalışırlar. Ancaq buraya qədər saydığımız bütlərə sitayiş etməyib, yalnızca nəfslərini ilah edənlər müasir cəmiyyətdə də görünməkdədir. Nəfsin istəkləri sərhədsizdir və istəklərinin hamısının təmin edilməsini istər. Bu səbəblə də insanı Allahın sərhədlərini aşmağa, Allahın əmir və yasaqlarını pozmağa məcbur edər.
Mən özümə bəraət qazandırmıram. Rəbbimin rəhmi gəlməsə nəfs (adamı) pis işlərə vadar edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir. (Yusuf 53)

Misal üçün: Nəfs çox zəngin olmaq, mal mülk və sərvətə sahib olmaq istər. Ancaq bunu halal yolla əldə etmək çətindir. O üzdən də nəfs bu arzusuna çatmaq üçün oğruluq etməyi, saxtakarlıq etməyi, insanların mallarını haqsızlıqla yeməyi, faiz almağı və bunlara bənzər vasitələri istifadə etməyi əmr edər. Bunların hamısı isə Allahın haram qıldığı hərəkətlərdəndir. İman edən bir kimsə Allahın əmirlərinə tabe olar və haram qıldıqlarından qaçınar. Nəfsini ilah edən kimsə isə bunun tərsinə nəfsinin əmrinə uyar, Allahın yasaqlarına tabe olmaz, əmrlərini də yerinə yetirməz.
Şəhvət də nəfsin sərhədsiz istək və arzuları arasındadır. Nəfs bəyəndiyi, arzu etdiyi bir kimsəylə (qadın və ya kişi) qeyri qanuni yolla əlaqəyə girməyə, zina etməyə sövq edər və hətta insanı buna məcbur edər. Ancaq zina müsəlmanlara haram olunmuşdur. Allahın bunu haram qıldığını bilə-bilə qəsdən zina edən və bunda heç bir günah görməyən, peşman olmayan, tövbə etməyən kimsə açıqca nəfsini ilah etmiş, onu Allaha şərik qoşmuşdur.
Zinakar kişi ancaq zinakar qadınla və ya müşrik qadınla evlənər. Zinakar qadın da ancaq zinakar kişiyə və ya müşrik kişiyə ərə gedər. Mö'minlər isə bu qadağan edilmişdir. (Nur 3) Sən öz həva (nəfs) həvəsini özünə tanrı etmiş kəsi gördünmü? Məgər sən ona zamin olarasan? Yoxsa sən elə hesab edirsən ki, onların əksəriyyəti söz eşidib anlayır? Onlar ancaq heyvanlar kimidirlər, hətta yolu daha çox azıblar. (Furqan 43-44)
Nəfsini ilah etmə müasir toplumda ən geniş yayılmış olan şirk növüdür. Allah insanları imtahan etmək və kimin nəfsinin əmirlərinə uyub onu ilah etdiyini, kimin də nəfsinə hakim olub yalnızca Allahın əmrlərinə tabe olduğunu ortaya çıxarmaq üçün nəfsdə belə bir xüsusiyyət yaratmışdır.
Nəfsini ilah etmə müasir cəmiyyətdə daha çox yayılan şirk növüdür. Nəfsin arzu və istəkləri sonsuzdur. Nəfslərini bu dünyada təmin etmək üçün Allahın qanunlarına əməl etməməklə imtahanı uduzarlar. Bu dünyada Allahın əmrlərini hər şeydən üstün tutan, nəfslərinə uymayan kimsələr isə Allahın razılığını və cənnəti qazanarlar.
Onlar üçün qızıldan sinilər və piyalələr dolandırılacaqdır. Orada ürək istəyən və göz oxşayan şeylər olacaqdır və siz orada əbədi qalacaqsınız. (Zuhruf 71)

Allah adına din adına şirk qoşanlar;

Quranda ayrıca olaraq din adına bir sıra hökmlər, əmrlər, halal və haramlar qoyan müşrik insanlardan bəhs olunur. Bunlar dini öz istək və arzularına görə dəyişdirir və əslindən azdırırlar. Beləliklə, haqq dinlə eyni adı daşıyan, ancaq içərisi başqa olan batil bir din qurarlar. Quran ayələrində bildirildiyi kimi, dində Allahdan başqa bir hökm qoyan yoxdur. Beləliklə belə bir iş tutanlar, özlərinə ilahlıq vermiş və şirkə girmişlər. Müşriklər bu şəkildə ancaq özlərini deyil, başqa insanları da şirkə sövq edərlər. Dinin əslindən xəbəri olmayan cahil kütlələr din adamı hesab etdikləri bu adamlara inanıb onların dinini mənimsərlər.
Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini, Məryəm oğlu Məsihi də rəblər etdilər. Halbuki onlara yalnız bir tanrıya – Ondan başqa tanrı yoxdur - ibadət etmək buyrulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır. (Tövbə 31)
Din içində şirk qoşanların ən vacib xüsusiyyətlərindən biri də aralarında bir çox firqə və məzhəblərin olmasıdır. Bunlardan hər biri öz məzhəbini və tutduğu yolun doğru olduğunu, digərlərinin zəlalətdə olduğunu düşünür.
O kəslərdən ki, onlar öz dinini parçalayaraq firqə-firqə oldular. Hər firqə isə özündə olanla qürrələnib fərəhlənər. (Rum 32)
Bunlar özlərinin nə qədər dindar, ihlaslı, çox ibadət edən, təqva sahibi olduğunu iddia etsələr də Allah dərgahında müşriklərdir.
Allaha şərik qoşanlar deyəcəklər: «Əgər Allah istəsəydi nə biz Ona şərik qoşardıq, nə də atalarımız. Heç bir şeyi də haram saymazdıq. ¿ Onlardan əvvəlkilər də bizim gücümüzü dadana qədər beləcə yalan danışdılar. De: «Sizdə elə bir bilik varmıdır ki, onu bizə göstərə biləsiniz? Siz ancaq gümana uyur və yalnız yalan uydurursunz. ¿
Ayədən anlaşıldığı kimi, müşriklər Allahdan qəti olaraq gələn xəbərləri bir yana buraxaraq zən və təhminlə hərəkət etməkdədirlər. Müşriklərin Allahın kitabında yazılı olan dini buraxıb ata və babalarındın öyrəndikləri məntiqsiz bir dini mənimsədiklər bir başqa ayətdə belə bildirilir:
«Xeyr! Onlar dedidər: Biz ata-babalarımızı (özgə) bir e'tiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik. (Hər peyğəmbər öz ümmətinə) dedi: «Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (e'tiqaddan) daha doğrusunu gətirsəm necə?¿ Onlar dedilər: Biz sizinlə göndərilən şeylərə əsla inanmarıq.¿ (Zuhruf 22-24)
Onlar bir pis iş tutanda deyirlər: «Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub¿. De: «Allah əsla pis işlər buyurmaz. Doğrudanmı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz? ¿ (Araf 28)
Buraya qədər incələdiyimiz ayələrdən belə bir nəticə çıxır ki, müşriklərin yollarının azmasının təməlində Allahın kitabını əsas almamaları yatar. Müşriklər atalarının dediklərini əsas tutar və ona əməl edərlər. Allahın halal qıldığı şeyləri ataları haram qılmışsa onu da haram hesab edərlər. Allahın fərz buyurmadığı, fəqət ata-babalarının din adına fərz buyurmadığı şeyləri yerinə yetirməyə çalışarlar. İnsanın atalarına-babalarına sitayiş etməsinin isə imanla heç bir əlaqəsi yoxdur. Allahdan qorxan və onun rizasını qazanmaq istəyən bir insan atalarının adətlərini qorumağa deyil, sadəcə Allahın hökmünü yerinə yetirməyə borcludurlar.

Sosial bir sinif olaraq Müşriklər

Müşriklərlə bağlı Quran ayələrini incələdiyimizdə, dinin içində şirk qoşanların sosial bir zümrə olaraq ələ alındığını görə bilirik. Quranda ümumi olaraq şirk və müşriklərdən danışılarkən onlar müstəqil bir sinif kimi göstərilir. Bunlar ortaq xüsusiyyətə sahib sosial bir zümrədir.
Həqiqətən, Allah möminləri, yəhudiləri, sab'iləri, xaçpərəstləri, atəşpərəstləri və Allaha şərik qoşanları qiyamət günü bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir. (Həcc 17)
Təhrif olunmuş dinlərinə tabe olan yahudilərin, xristiyanların ulduzlara və oda sitayiş edənlərin də Allaha şirk qoşduqları açıq bir gerçəktir. Ancaq ayədə bunların xaricində bir də «şirk qoşanlar¿ deyə ayrı müstəqil bir zümrədən bəhs edilməkdədir. Ayədə adı keçən zümrələrin ortaq xüsusiyyətə özlərinə məxsus inanc sistemləri olan batil dinlərin mənsubları olmalarıdır. Görəsən bunlar kimlərdir? Peyğəmbərin (s. ə. s) dövrünə baxdığımızda sualın cavabını tapa bilərik. O zaman İbrahimin (ə.s) gətirdiyi haqq dindən saparaq şirkə söykənən bir inanc və ibadət sistemini mənimsəmiş bir ərəb toplumu vardı. Bunlar yanlış qənaətin əksinə Allahı tam olaraq inkar edib bütlərə inanırdı. Allahın varlığını bilir, ancaq özlərinin uydurduqları bütlərlə Allahı bir tutur, ona ortaq qoşurdular. Hətta bütləri Allahla öz aralarında vasitə və onları özlərinə şəfaətçi hesab edirdilər. Ayə müşriklərin bu inanclarını belə tərif edir:
«Onlar Allahı qoyub özlərinə nə zərəri, nə də xeyri dəyənlərə ibadət edərək deyərlər: «Bunlar Allah dərgahında bizə havadar olacaqlar¿. De: «Məgər siz Allaha göylərdə və göylərdə Onun bilmədiyi şeylər haqqındamı xəbər verirsiniz? «O, onların Ona qoşduqları şəriklərdən uzaqdır və yüksəkdədir.¿ (Yunus 18)
Biz müşriklərin həccə getdiklərini, namaz qıldıqlarını Qur'andan öyrənirik. Bunlar özlərini dindar, Allah qatında qəbul olunmuş kimsələr kimi görürlər. Özləriniı nə qədər dindar, nə qədər üstün, Allaha yaxın saysalar da, Allah onları pis insanlar kimi görmüş, onların Məscidi-Harama girmələrini qadağan etmişdir.
«Ey İman gətirənlər! Müşriklər ancaq natəmizdirlər. Ona görə də özlərinin bu ilindən sonra qoy onlar Məscidül-Hərama yaxın gəlməsinlər.¿ Əgər kasıbçılıqdan qorxarsınızsa, Allah istəsə sizi Öz lütfündən varlandırar. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!¿ (Tövbə 28)
Quran hər bir dövrə xitab etdiyi üçün bu ayələri yalnız Peyğəmbərin (s. a. s) dövrünə aid etmək düzgün deyil. Bu ayələrin müasir dövrlə də əlaqəsi vardır. Görüldüyu kimi bu müşrik sinfinə aid olanlar, özlərini nəinki dinsiz, hətta əks dinə bunlardan daha çox bağlanan bir insan olmadıqlarını sanarlar. Bu üzdən də tarix boyunca haqq dini pozub, şirkə düşən toplumlar özlərini doğru yola, xalis dinə döndərmək üçün göndərilən elçiləri yolundan azmış özlərini isə dində qərarlı bir kimsələr olaraq görmüşlər.
«Sizin üçün qulaqlar, gözlər və ürəkləri yaradan Odur. Siz nə az şükr edirsiniz.¿ (Muminun 78) «Yoxsa onlar: «O Allaha qarşı yalan uydurub!¿ - deyərlər? Həqiqətən, Allah istəsəydi, sənin ürəyinə möhür vurardı. O, yalanı silib aparır və Öz sözlərilə haqqı bərqərar edir. Axı o, ürəklərdə olanları da bilir! (Şura 24)
Dinin içində şirk qoşanlar, özlərini dindar və doğru yolda sandıqları üçün müşrik olduqlarının fərqində deyildirlər. Hətta axirətə getdiklərində belə şirk qoşduqlarını onlara xəbər verildikdə müşrik olduqlarını qəbul etmək istəməzlər. Onların bu durumu ayədə belə bildirilir:
«O günü (qiyamət günü) onların hamısını bir yerə toplayacağıq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik : «(Allaha qoşmaq ) iddiasında olduğunuz şərikləriniz hanı?¿
Dinin içində şirk qoşanlar, özlərini dindar və doğru yolda sandıqları üçün müşrik olduqlarını başa düşmürlər. Hətta axirətə getdiklərində belə şirk qoşduqları onlara xəbər verildikdə müşrik olduqlarını qəbul etmək istəməzlər. Onların bu vəziyyəti ayədə belə bildirilir.
Sonra onların: «And olsun Rəbbimizə ki, biz şərik qoşan olmamışıq¿. -deməkdən başqa bir bəhanələri olmayacaqdır.¿ (Ənam 22-23)
Buraya qədər gördüyümüz ayələrdən də başa düşüldüyü kimi, dinin içində şirk qoşmanın təməlində, Allahın endirdiyi hökmləri deyil, insanların, din adamlarının din adına uydurduqları hökmləri mənimsəmək yatır. Bu kimsələr Allahı Quranın tanıtdığı kimi tanıyıb təqdir etmədikləri üçün şirkə düşmüşlər. Tanıdığı, anladığı, xəyal etdiyi Allah isə bambaşqadır. Zehnindəki bu ilahı Allaha şərik qoşar.

Şirkin iki təməl əsası cəhalət.

İnsanları şirkə sürükləyən ən əsas səbəblərdən biri cahillikdir. İnsanın şirkdən qurtulması və şirkə düşməməsi üçün birinci şərt lazımlı və yetərli imani biliyə sahib olmasıdır. Bu biliyə sahib olmadıqca insanın şirkdən qorunması mümkün deyildir. Ayə şirk qoşanların biliksiz bir toplum olduğunu bildirmişdir.
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını eşitsin, sonra isə (islamı qəbul etməsə) onu özünün əmin olduğu yerə çatdır. Çünki onlar (din-imandan heç nə ) bilməyən adamlardır. (Tövbə 6)
Xalis imanın şərti olan biliyə insan ancaq Qurani Kərim sayəsində çata bilər. Quran insanlara tövhidin nə demək olduğunu açıqca bildirmişdir. Nə üçün Allahdan başqa ilah olmadığını, bütlərin nələr olduğunu, Allahın razı olduğu davranış və zehniyyətin necə olduğununu Quran açıqca göstərmişdir.
Şübhəsiz bütün bunları bilib öyrənmədən şirkdən uzaqlaşmaq, xalis bir iman əldə etmək çox çətindir, hətta imkansızdır. Söz etdiyimiz öyrənmənin əlbəttəki quru bir bilik artırma olmadığını vurqulamaq lazımdır. Quranın nəzərdə tutduğu bilik, yəni «elm¿ insanın qəlbinə təsir edən, onun ağlını və vicdanını hərəkətə gətirən bir bilikdir.
Quranda Allahın birliyi, Ondan başqa ilah olmadığı, şirk və şirk qoşanların vəziyyətləri haqqında yüzlərcə ayələr vardır. Bu mövzuların sıx-sıx vurğulanması və ən incə detallarıyla tərif edilməsi, bunların qavranmasının insanlar üçün nə qədər həyati bir önəmə sahib olduğunu göstərməkdədir.

Səmimiyyətsizlik

Burada səmimiyyətsizlikdə nəzərdə tutduğumuz məqsəd, insanın gerçəkləri gördüyü, öyrəndiyi halda nəfsinin xoşuna getməməsi, ya da bir çox dünyəvi məqsədlər səbəbiylə bu gerçəklərə uymaması hətta bunların tam tərsinə hərəkət etməsidir. Quranı lazımi kimi oxuyan, bir parça ağla və vicdana sahib olan kimsə Allahın razı olacağı inanc və davranışın necə olması lazım olduğunu görür, anlar. Ancaq səmimiyyəti dərəcəsində bu anladığına uya bilər və həyatını buna görə şəkilləndirir.
Səmimiyyətsiz insan bəzi kiçik hesablar və mənfəətlər uğruna bildiyi doğruları bir anda tərkedər. Nəfsinin istək və arzularının ardınca gedər. Allahın qoyduğu sərhəddi aşar, əmirlərini gözardı edər. Qısaca dünyaya meyl edər, axirətini isə çox ucuz bir qarşılığa satar.
Onlara o kəsin xəbərini çatdır ki, Biz ona ayələrimizi bəxş etmişdik, o isə onlara inanmayıb bir kənara atmışdı. Şeytan onu özünə tabe etmiş və o, yolunu azanlardan olmuşdu.
Əgər istəsəydik Biz onu ayələrimizlə yüksəldərdik. Lakin o, yerə [ dünya ne'mətlərinə ] meyl saldı və öz həva-həvəsinə uydu. Onun məsəli itin məsəlinə bənzər; onun üstünə getsən də ləhləyir, onu tərk etsən də ləhləyir. Bizim ayələrimizi yalan hesab edənlərin məsəli bax belədir. Belə əhvalatlar danış ki, bəlkə onlar bir fikirləşələr. (Araf 175-176)
Səmimiyyətsizliklərindən ötrü şirkə düşən kimsələr dindar göründükləri halda ikili standard həyata keçirməyə çalışan, bir yandan dünyalarını qurtarmağa, nəfslərini məmnun etməyə çalışarkən, digər yandan da həyatlarına dini motivlər qatmağa çalışaraq vicdanlarını rahatlamağa çalışan kimsələrdir.
Bunlar ən başda Allaha qarşı səmimiyyətsizdirlər. Çünki Allah bunların qəlblərindən keçəni, niyyətlərini, saxtakarlıqlarını bilməkdə və hər etdiklərinə şahid olmaqdadır.
Müəyyən bir biliyə malik olduqları halda şirkə yönələn insanın şüurunun qapalı olduğunu ayələrdən anlayırıq.
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütövlükdə Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Ona tə’riflər olsun! O, (müşriklərin) Ona qoşduqları şəriklərdən yüksəkdədir. (Zümər 67)
Səmimiyyətsiz, iki üzlü bir müşrik, bir yandan din adamı sifətiylə ortaya çıxırsa, o zaman təkcə özünü deyil, eyni zamanda din və möminlər üçün də bir fitnə və təhlükədir. Çünki bunlar dini bilikləriyə özlərini cahil xalqa alim qəbul etdirdikləri üçün insanlar onların dedikləri hər bir şeyi qəbul edərlər. Peyğəmbərimizin vəfatından sonra dini özündən, əslindən sapdıran, Qurandan uzaqlaşdıran bu cür müşrik din adamları qurduqları batil məzhəb və təriqətlərlə milyonlarla insanı sapdırmışlar.
Sevgi
İmani bir şüura sahib bir insan bütün qəlbiylə sevməsi, yaxınlaşması, bağlanması lazım olan varlığın Allah olduğunu bilir. Çünki onu yoxdan var edən, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu bütün hər şeyi ona verən Odur. Bütün ehtiyaclarını qarşılamış və qarşılamaqdadır. Onun üçün bu dünyada saysız nemətlər yaradmışdır. Bütün bunları da yalnızca özündən bir rəhmət və lütf olaraq qarşılıqsız bir şəkildə verməkdədir. O, halda əsl mənada hər kəsdən çox sevilməyə, bağlanılmağa layiq olan yalnızca Allahdır.
Sevginin baş verməsi səbəblərindən biri də sevilən kimsədəki üstün və gözəl xüsusiyytlərə qarşı duyulan maraq və heyranlıqdır. Bu maraq və heyranlıq qarşılıqlı olduqda aradakı münasibət qüvvətli bir sevgiyə çevrilir. Ancaq burada olan önəmli bir nöqtə üstünlük və gözəlliyin gerçək sahibini tapmaq və sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. Sevgi ancaq Allahın zatına duyulur. İnsanın bir kimsəni və ya bir əşyanı onu Allahdan müstəqil bir varlıq olaraq görüb Allahı sevər kimi sevməsi, onun şirk qoşduğunun ən bəlli əlamətlərindən biridir.
Qadın kişi münasibətlərində Allah rizası xaricində qarşılıqlı qurulan bağlılıq və bərabərliklər, insanları şirkə sapdıran ən önəmli mövzulardan biridir. Ümumiyyətlə romantizm, duyğusallıq və qarşılıqlı bir qism mənfəətlər üzərinə qurulan bu cür bərabərliklərdə insanlar Allahın rizasını deyil, bir birlərinin rizasını qazanmaq istəyərlər. Bir birlərini məmnun etmək üçün Allahın qoyduğu qanunları pozmaqda bir narahatçılıq hiss etməzlər. Sonda Allaha qarşı yerinə yetirmələri lazım olan bütün vəzifələri bir birlərinə qarşı gətirən, bir birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı duymaları lazım olan hissləri bir birlərinə qarşı duyan insanlar ortaya çıxar. Quranda bu cür münasibətlər bir birlərinə itaət, bir birlərini ilah etmə olaraq tanımlanır.
Onlar Allaha deyil, ancaq qadın bütlərə ibadət edirlər, onlar ancaq inadkar şeytana ibadət edirlər. (Nisa 117)
Mömünün sevgisi, nurlu qəlbdə fərahlıq gətirən bir sevgidir. Çünki sevginin əsl sahibi Allahdır. Buna görə dünyada Allahın təcəllilərini əks etdirdiyi üçün sevdiyi bir kimsə və ya varlıq ölüncə və ya sevdiyi bir əşya itincə, özündən alınınca mömün üzülməz, bir məhrumiyyət, ayrılıq acısı çəkməz.
Çünki sevdiyi varlıqdakı maddi, mənəvi bütün gözəlliklərin, təcəllilərin əsl sahibi Allahdır. Allah isə ölməz, yox olmaz, əbədi və əzəlidir. Hamısından ən vacibi özünə şah damarından daha yaxındır.
İnsan sevdiyi və bağlandığı şeyləri Allah yolunda fəda edərkən tək və əsl hədəfinin Allahı razı etmək olduğu qəlbinə çox daha sağlam bir şəkildə yerləşir, imanı sarsılmaz bir hala gəlir, özünə güvəni artar.
Müşrik üçün isə vəziyyət tam tərsinədir. Sevdiyi, bağlandığı adamlar və əşyalar bir-bir onu tərk etdiyində, hər biri üçün sonsuz ayrılıq acısını qəlbində duyar. Allaha dəyişdiyi, şirk qoşduğu hər kəs və hər şey onun dünyada və axirətdə əzabına səbəb olar. Bu dünyada sevdikləri bir-bir ölür və ya onu tərk edər. Çox zaman qarşılıqsız buraxır, hətta xəyanət edirlər. Müşriklərin bu vəziyyətləri bir çox mahnıların, şerlərin, romanların və filmlərin mövzusunu təşkil edərlər.
Bu şəkildə dünyada başlayan əzabları axirətdə çox daha şiddətli bir maddi və mənəvi əzabla sonsuzadək davam edir.
Allah ona xəyanət edən, haqsız yerə şirk qoşanlardan həm dünyada həm də axirətdə intiqam alır.
Qorxu
İnsanları şirkə sürükləyən ünsürlərdən biri də qorxudur. Yalnızca Allaha qarşı yönəlməsi lazım olan qorxu hissi Onun yaratdıqlarına qarşı duyulduğunda və bu qorxu insanın davranışlarına təsir etdikdə bu şirk olur. Çünki əslən qorxulmağa layiq olan tək varlıq Allahdır. Mütləq gücün sahibi odur. Onun diləməsi olmadıqca heç bir şey insana zərər verə bilməz.
Allahdan başqasından qorxmaq isə qorxduğu şeyi Allah xaricində bir güc və qüdrət sahibi olaraq görmək, onun Allahdan müstəqil olduğunu, Allahın yazdığı qədər xaricində qərar verib hərəkət etdiyini düşünmək qısaca onu ilahlaşdırmaq anlamına gəlir.
Müşriklər Allahdan deyil, insanlardan, hətta möminlərdən qorxarlar. Quran bunun ağılsızlıqlarının bir sonu olduğunu söyləyir.
"Axı siz (ey möminlər!) onların ürəklərində Allahdan da qorxulusunuz, çünki, onlar ( haqqı) anlamayan adamlardır." (Haşr 13)
Allahdan müsəlmanları şirkin və haramların pisliyindən təmizlənməsini diləyib, hamımızı doğru yola yönəltməsi üçün dua edirik! Amin!
«Sənə təriflər olsun! Bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!" (Bəqərə 32)

Məqaləni Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Musayev Cavid hazırladı.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medinäTarix: Bazar, 31.08.2008, 22:14 | Yazı # 2
Qrup: Удаленные





ALLAHA SIRK GOSMAG BÖYÜK GÜNAHDI : ALLAHA BILÄRÄK SIRK GOSAN CÄHÄNNÄMDÄ YERINI HAZIRLAYIR ALLAH BIZI BILÄRÄK VÄ BILMÄYÄRÄK SIRK GOSMAGDAN UZAG ETSIN
 
SelefTarix: Bazar ertəsi, 01.09.2008, 03:38 | Yazı # 3
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
XEDICE73, MAŞALLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Cümə axşamı, 04.09.2008, 11:34 | Yazı # 4
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahdan başqa ilah yoxdur (Lə iləhə illəl-lah) sözü, xalis tövhidin mənasıdır, Allahu Təalanın qullarına əmr etdiyi ən böyük fərzdir və dindəki yeri, başın bədəndəki yeri kimidir.
Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə dair gəlmiş hədislərə nəzər yetirək;
Buxari və Müslimdən rəvayət olduğuna görə, Abdullah bin Ömər (r.a) deyiblər ki, Rəsulullah (s.a.s) belə buyurmuşdur: ((İslam 5 təməl üzərində qurulub. Allahdan başqa İlah olmadığına və Muhəmməd onun rəsulu (elçisi) olduğuna şəhadət (şahidlik) etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazanda oruc tutmaq.))
Əl-Albani təshih etdiyi, Tirmizinin rəvayət etdiyi hədisdə Peyğəmbərimizdən (s.a.s) rəvayət olunmuşdur ki, belə buyurub: ((Mən və məndən qabaq gələn peyğəmbərlərin söylədiyi ən xeyirli kəlimə: Allahdan başqa ilah yoxdur, O təkdir Onun şəriki yoxdur, mülk Onundur və həmd Onadır. O hər şeyə qadirdir.
Əl-Albaninin həmçinin təshih etdiyi və Buxarinin "Əl-Ədəbül müfrəd" kitabındakı rəvayətlərində də gəlmişdir ki, Peyğəmbərimiz (s.a.s) belə demişdir: ((Allahın rəsulu Nuh (Allahın səlatı və səlamı olsun onun üzərinə) vəfat edərkən oğluna belə demişdir: Allahdan başqa ilah olmadığına əmr edirəm sənə, yeddi qat səma və yeddi qat yer tərəzinin bir gözünə, Lə iləhə illəl-llah tərəzinin o biri gözünə qoyulsa, Lə iləhə illəl-lah olan göz ağır gələr. Yeddi qat səmə və yeddi qat yer bir hələqə (dairə) olsa, Lə iləhə illəl-lah o hələqəni qırar.))

Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə aid çox hədislər var. Bu kəlimənin mə'nasına gəldikdə isə, alimlərin söylədiklərinə görə belədir; İbadətə layiq olacaq Allahdan başqa ilah yoxdur, bu da iki əsas hissədən ibarətdir. Birincisi, Allahu Təaladan başqasının ilah olduğunu hər mə'nası ilə inkar etmək. İkincisi, İlah olmağa layiq yalnız Allah olduğunu təsdiq etməkdir.
Həmçinin, Peyğəmbərlərin dəvəti yalnız bu kəliməni tələffüz etdirmək üçün deyil, bu kəlimənin şərtlərini də insanlara çatdırmaq idi. Çünki yalnız şərtləri yerinə yetərsə bu kəlimənin Allah yanında faydası olar. Alimlər də bu kəlimənin şərtlərini dəqiqləşdirmişlər, onlardan bə'ziləri bunlardır:
1. Mənasını tam anlamaq. Yə'ni bu kəliməni deyən kəs, kəlimənin bütün mə'nasını anlamalı, ilah olaraq yalnız Allahı seçməli və başqa hər şeyi inkar etməlidir. Muhəmməd surəsinin 19-cu ayəsində buyurulur ki: ((Bilki Allahdan başqa ilah yoxdur…))
2. Yəqinlik. Bu kəliməni dilinə gətirərək, dediklərinə inanaraq şəhadəti edən insan, tam olaraq kəlimənin məzmununa inanmalıdır. Yə'ni öz gətirdiyi şəhadətə görə qəlbinə zərrə qədər də olsun şəkk-şübhə gətirməməlidir. Allahu Təala Əl-Hücurat surəsinin 15-ci ayəsində buyururki: ((Mö'minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!)) Hətta peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: "Şəhadət edirəmki Allahdan başqa ilah yoxdur və mən Onun rəsuluyam. Kim buna şəkk gətirmədən Allahı qarşılayarsa mütləq cənnədə daxil olacaq" (Müslim rəvayət etmişdir)
3. Bu kəliməni dil və qəlblə qəbul etmək, təkəbbürlük və böyüklük etməmək, inkar etməmək. Çünki bizdən öncə bu kəliməni inkar edən qövmlərin hamısına Allah əzab vermişdir. Əs-Saffat surəsinin 34-35-ci ayələrində buyurulubki: ((Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik. Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbürlük göstərirdilər.))
4. Bu kəliməni sadiq olaraq demək, dillə tələffüz edərkən qəlb də eyni zamanda bunu təsdiq etsin. Əl-Bəqərə surəsinin 8-9-cu ayələrində Allahu Təala deyirki: ((İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö'minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.))
5. Bu kəliməni təsdiq edərək Allahu Təalanın əmr etdiyini yerinə yetirmək, çəkindirdiyindən əl çəkmək. ((Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qur'andan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)) Loğman surəsi 22-ci ayə
6. İxlas. Bu kəliməni həqiqətən Allah üçün, Allahın rizasını qazanmaq üçün demək. ((Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!)) (Əl-Beyyinə surəsi 5-ci ayə)
7. İnsanların və hər şeyi yalnız bu kəlimə üçün, bu kəlimənin xatirinə sevmək və bu kəliməni sevməyəni, inkar edəni sevməmək. Allahu Təala Əl-Bəqərə surəsinin 165-ci ayəsində buyururki: ((İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.))

Çoxları, Lə iləhə illəl-llah deyən şəxs mütləq cənnətə daxil olacaqdır, deyirlər. Lakin bilmirlər ki, yalnız bu kəliməni tələffüz etməklə insan cənnətə daxil ola bilməz. Bu kəlimənin mənasını tam anlamaq, onu qəlblə təsdiq etmək, şərtlərini yerinə yetirmə və hüquqlarını tamamlamaq lazımdır. O zaman həmin şəxslər qiyamət günü əzabdan qurtula bilərlər.
Allahu Təala bizi nicat tapmışlardan etsin!


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Cümə axşamı, 04.09.2008, 12:41 | Yazı # 5
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Dua edən zaman İmamları vasitə tutmaq şirkdir
Əs salamu aleykum. Dəlil bizə yalnız Quran və sunnədir. Cinn surəsinin 18-ci ayəsin də qeyd olunur ki, Allaha dua edərkən heç kimi onunla yanaşı çağırmayın. «Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!». (Cinn 18).
« وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً ». Yəni Allah ilə bərabər heç kəsi çağırmayın. Ayənin orijinal formasınında «تَدْعُو» “təd u” kəlməsi dua çağırmaq adlanır və “əhədən” « أَحَداً » qeyri-müəyyənlikdə inkar şəklində qeyd olunur. Yəni Allaha dua etdiyin zaman nə mələyi nə peyğəmbəri nə də imamları onunla bərabər çağıra bilməzsən. Cinn surəsinin 18-ci ayəsi ümumi təfsirlərdə belə qeyd olunur ki, Müşriklər Məscudəl Haramda Allaha dua etdiyi zaman öz bütləri ilə Allaha yaxınlaşırdılar. (Zumər 3). Yəhudilər Allaha dua etdiyi zaman peyğəmbərlərin qəbirləri ilə Allaha yaxınlaşırdılar. Xaçpərəstlər Allaha dua etdiyi zaman Hz. İsanı və yaxud Hz. Məryəmi vasitə tuturdular. Bütün təfsir alimlərinin yekdil fikrinə görə Cinn surəsinin 18-ci ayəsi «Allahdan başqa heç kəsə dua etməyin» məhz bu səbəblərdən nazil olmuşdur. Bu forumda tamaşaçılar üçün Quran ayəsi dəlil gətirin ki, İmamlar ilə vasitə tutmaq olar. Amma konkret ayə var ki: «Allahdan başqa heç kəsə dua etməyin» Mə əs salam.


 
XEDICE73Tarix: Cümə axşamı, 11.09.2008, 12:14 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
İslamı pozan amillər ondur.
1. Uca Allaha ibadətdə şərik qoşmaq. O buyurur: “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bun­dan başqa olan günahları isə dilədiyi kimsə üçün bağış­lar...” (Nisa, 4/116). Başqa bir ayədə isə buyurur: "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (Maidə, 5/72) Allahdan qeyrisinə məsələn, cinlərə və ya qəbirlərə qurban kəsmək də şirk əməllərdəndir.

2. Özü ilə Allahın arasına vasitəçilər qoyan, onlara dua edən, Allah qatında şəfaətçilik etmələrini istəyən və onlara təvəkkül edən insan bütün müsəlmanların ittifaqı ilə kafir sayılır.
3. Müşrikləri kafir hesab etməyən və ya onların küfr etməsinə şübhə ilə yanaşan, yaxud da onların baxışları­nın doğru olduğunu qəbul edən küfr etmişdir.
4. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hidayət yolundan başqa bir yolun daha mükəmməl olduğunu və ya kiminsə verdiyi hökmün Onun hökmündən daha yaxşı olduğunu etiqad etmək. Məsələn, tağutların hökmlərini Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) verdiyi hökmlərdən daha üstün tutmaqla insan kafir olur.
5. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi dindən nəyisə bəyənməyən şəxs, onu yerinə yetirsə belə küfrə etmişdir.
6. Peyğəmbərin dinindən sayılan hər hansı bir şeyə və ya verdiyi mükafata və cəzaya istehza edən küfr etmişdir. Buna sübut uca Allahın aşağıdakı ayəsidir:
“... De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. (Tövbə, 9/65).
7. Sehr, yəni falçılıq (baxıcılıq). Bu işlə məşğul olan və ya buna razılıq verən şəxs küfrə düşmüşdür. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “...Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”- deməmiş onu heç kəsə öyrətmirdilər...” (Bəqərə, 2/102).
8. Müsəlmanların əleyhinə müşriklərə kömək göstə­rib onların tərəfinə keçmək. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “...Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəlt­məz” (Maidə, 5/51).
9. Xızır əleyhissalamın Musa peyğəmbərin (ona Allahın salamı olsun!) şəriətindən kənara çıxdığı kimi kiminsə də Muhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) şəriətindən kənara çıxa bilməsinə inanmaq. Bu cür etiqad edən kəs kafirdir.
10. Uca Allahın dinindən üz çevirmək. Onu öyrənməmək və ona əməl etməmək. Buna dəlil uca Allahın aşağı­dakı ayəsidir: “Rəbbinin ayələri yadına salındıq­dan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq” (Səcdə, 32/22).
Hər hansı bir şəxs istər zarafatla və ya ciddi tərzdə yaxud da qor­xusundan bu bəndlərdən birini (digərlərindən asılı olma­yaraq) işlədərsə, küfrə düşmüş olar. Yalnız məcburiyyət qarşısında olan müstəsnadır. Sadalananların hamısı çox təhlükəli və əksər hallarda baş verən amillərdir. Müsəlman onlardan uzaq durmalı və belə bir vəziyyətə düşməkdən qorxmalıdır. Uca Allahın qəzəbinə düçar olmaqdan və şiddətli cəzasından Ona sığınırıq


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Abu_MuhammadTarix: Bazar, 14.09.2008, 07:02 | Yazı # 7
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Xedice73 Allah razi olsun Baci

Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
XEDICE73Tarix: Çərşənbə, 24.09.2008, 12:27 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Muhammad, CUMLEMIZDEN EXI!

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 24.09.2008, 12:27 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
«Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». Əhzab: 23.
Səhabələrin hər biri gözəl əxlaqda və səfeh işlərdən uzaq olmaqda bir ümmətdir. Bu, onların həyatlarından və tarixçələrindən görünür.
Hər bir gözəl əxlaqda, bəyənilən vəsflərdə öncül örnək bəşəriyyətin ağası olan Muhamməddir. O hər bir iş üçün tam mənalı örnəkdir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ABDULAZİZ222Tarix: Cümə, 17.10.2008, 02:21 | Yazı # 10
MÜSƏLMAN QARDAŞ
Qrup: Etibarlı
Yazı: 10
Reputasiya: 0
Status: Saytda deyil
« وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً ».
«Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç kəsə dua etməyin!». (Cinn 18). Deməli Uca Allah (nəhy) əmr edir ki, Onun ilə yanaşı heç kəs çağırılmasın və bunu açıq aşkar şəkildə bəyan edir. Çünki “heç kəsə” Yəni “əhədən” « أَحَداً » qeyri-müəyyənlikdə inkar şəklində zikir olunur və buna “yuhitul-umum” deyilir. Yəni ümumi olaraq hər şeyi əhatə edir. Beləliklə Allah kəlamı Hüccət olaraq bəyan edir ki, Allah ilə yanaşı heç kəsə (şəri mənada) dua etmək olmaz. Müvəffəqiyyət tək Allahdandır.


Salam
 
ABDULAZİZ222Tarix: Cümə, 17.10.2008, 02:25 | Yazı # 11
MÜSƏLMAN QARDAŞ
Qrup: Etibarlı
Yazı: 10
Reputasiya: 0
Status: Saytda deyil
Sual: Ya Şeyx bəzi zəlalət-əhli deyir ki, bütlərə aid olan ayələri imamların qəbirlərə şamil edirsiniz və bu doğru məlumatdırmı?

Cabab: Büt sözlərinə gəlincə isə 2 qismə bölünür:
1) “Sanəmun” “صنم” və onun cəm şəkilçisi isə “Əsnəmun” “أصنام” deyilir.
2) “Vəsənun” “وثن” və onun cəm şəkilçisi isə “Əausənun” “أوثان” deyilir.

A) Şərh: “صنم” “Sanəmun” kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan bir məbub olaraq bir surətdir. Onun surəti insan sifəti şəklində təsvir olunur və yaxud heyvan cismi şəklində və ya heyvanın kəlləsi, ulduz şəkli, günəş və ay şəklində vəsf olunur. Beləliklə hər hansı bir surət ilahiləşdirib təsvir olunarsa bu surət büt adlanar.
B) Şərh: “وثن” “Vəsənun” kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan surət şəkilində olmayan bir məbuddur. Deməli qəbirlərin heykələridir və bütlər deyildir. Yəni qəbirlərin başdaşıları idi. Eyni ilə müəyyən bir qisimdə olan müşriklər qəbirlərin başdaşıların heykəllərini ziyarət edirdilər və bütlər deyildir. Məsələn bütün alimlərin yekdiı rəyinə görə müşriklərin bütləri sayılan “Lat” deyilən bir şəxs ölündən sonra onun qəbrinin başında müşriklər toplanaraq ona ibadət etməyə başladırlar. Beləliklə “Lat” deyilən şəxsin qəbrinin üstündə müşriklər ona büt kimi ibadət etdirdilər. Necə ki, Quran-kərimdə İbrahimin (ə) dediyi kimi bütləri qəbirlərin başdaşılarının heykəlləri kimi qeyd etmişdir.
﴿ وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَاناً مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا﴾ [العنكبوت:25]
“(İbrahim onlara) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz.” (Ənkəbut, 25). Bu məsələ ilə bağlı müəyyən elim-əhlindən olan bir hissə demişlər ki, müşriklər bütlər ilə qəbirlərin başdaşıları olan heykəllərə ibadət etmişlər. Çünki bəzi ayələrdə bütlər ilə qəbirlərin başdaşıları qeyd olunur. Yəni “Sanəmun” ilə “Vəsənun” kəlmələri zikir olmuşdur. Eləcə də bütlər ilə qəbirlərin başdaşılarına ibadət olunan kimi qələmə almışlar. Eyni ilə “Vəsənun” “وثن” kəlməsinə gəlincə isə ilk öncə göstərilir: Çünki o məbud kimi göstərmişdir. Bundan ötəri peyğəmbər (s.ə.s) demişdir:
«اللّهُمّ لاَ تَجْعَلْ قَبْرِي وَثَناً يُعْبَدُ»
«Allahım mənim qəbrimi ibadətkag olunan məbuda çevirmə» Deməli peyğəmbər (s.ə.s) Allahı çağırıb ki, onun qəbrini məbud etməsin və həmçinin hədisin mətnində “وَثَناً” “vəsənən” kəlməsi zikir olunur. Beləliklə “vəsənən” kəlməsinin mənası məhz qəbirlərə ibadət olunan büt kimi qəsd olunur. Çünki peyğəmbər (s.ə.s): «Allahım mənim qəbrimi ibadətkag olunan (وَثَناً vəsənən) məbuda çevirmə» deməsi açıq aşkar buna dəlalət edir. Müvəffəqiyyət tək Allahdandır.


Salam
 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 03:42 | Yazı # 12
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
"Şüphesiz kim Allah'a ortak koşarsa, Allah ona cenneti haram kılmıştır ve onun gideceği yer Cehennemdir. Zalimlere orada bir yardımcı da yoktur." (Mâide, 5/72)

Öyleyse şirk nedir?
Şirk; Allah'a zatında, sıfatlarında, hükmünde, ulûhiyet, ibadet veya mülkünde ortağı, dengi bulunduğuna inanmak ve bunu kabul etmektir. Küfür nasıl imanın zıttı ise, şirkte tamamen Tevhidin zıddıdır.
Büyük Şirk
Bir şeyi Allah'a denk tutup ona ibadet etmek, İlah'mışcasına ona itaâtte bulunmak, hem onun hem de Allah'ın emirlerini denk görerek ortak koşmak, veya o şeyi Allah hükmünün önüne geçirmektir. Bazı hallerde Allah'ın hükümlerinin geçerli olama-yacağına inanmak ta bu kabildendir. Kişi bu durumda geçerli gördüğü kanunları Allah'ın hükümlerine tercih ettiği için bilerek veya bilmeyerek şirke düşmüş olur. Şüphesiz bu kelimenin tek anlamıyla, şirkin en ağırı olup bu durumdaki kimse İslâm'dan çıkmış ve bu durum üzere ölen kimse de ebedî cehennemde kalmak üzere müşrik olarak ölmüştür. (Allah korusun)
İtaatte Şirk: Hüküm ve egemenlikte şirk Allah'ın hükmünden başkasını kabul etmek, meşrû görmek veya onun Allah'ın hükmünden üstün yönleri olduğuna inanmaktır. "Hüküm yalnız Allah'ındır." (Yûsuf, 12/40)
"(Yahudiler) Allah'ı bırakıp alimlerini (hahamlarını); (hıristiyanlar) da rahiplerini ve Meryem oğlu Mesih'i rabler edindiler." (Tevbe, 9/31)

Duâda Şirk

Hastalıktan şifa, musibetten afiyet, rızık genişliği vb. gibi ancak Allah'ın kâdir olduğu hususlarda ister Peygamber veya alim olsun, ister salih bir kul olsun mahluklardan medet ummak ya da Allah'a yapılan duâda onlara seslenip aracılar kılmak bu kabildendir. Zira onlar da duâyı yapan gibi yaratan değil amellerini kazanan kullardır. Şifa bulmak veya nazar vs.'den korunmak için muska vb. şeyler edinmek te böyledir, Allah Rasûlü (s.a.v) "şüphesiz, muska ve temîmeler şirktir" ve "Kim boynuna muska takarsa Allah ona afiyet vermesin" buyurmuştur.(Sahihtir. Tirmizi) Duâ ibadettir ve de tüm ibâdetler ancak Allah'a mahsus kılınmalıdır. Allah'a ibâdette hiçbir şey, hiçbir kimse ortak edilemez.

"De ki: ben, yalnızca sizin gibi bir beşerim. (Şu var ki) bana, ilâh'ınızın sadece bir ilâh olduğu vahyolunuyor. Artık her kim, Rabbine kavuşmayı umuyorsa, salih amel yapsın ve Rabbine ibâdette hiçbir şeyi ortak koşmasın." (Kehf, 18/110)

"Allah'ı bırakıp ta sana fayda veya zarar vermeyecek şeylere tapma. Eğer bunu yaparsan, o taktirde sen mutlaka zalimlerden (müşriklerden) olursun." (Yûnus, 10/106)

Şu an Müslüman diye nitelendirilen ülkelerin, bir çok fitne, felaket, belâya maruz kalması, kanlarının ucuz olması, zillet içinde bulunmalarının başlıca nedeni İslâm topraklarında maalesef her çeşidiyle yaygın olan şirkî unsurlardır. Akidelerinin berraklığını gideren şirkî öğeler ve gerçek tevhid akidesinden yüz çevirmelerinden dolayı Allah'ın üzerlerine boşalttığı türlü azaplara müstehak olmuşlardır.


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
abu_muhammad_talibTarix: Bazar, 04.01.2009, 16:20 | Yazı # 13
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum va rahmətullahi və bərəkətuh!

Həmd Allaha məxsusdur, biz Ona həmd edirik və Ona güvənirik və Ondan bağışlanmaqımızı diləyirik.Qəlblərimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Kimi Allah düz yola yönəldir, o yolundan çıxanlardan deyil. Kimin yo-lunu isə azdırır, o yolunu azmışlardandır. Mən şəhadət verirəm ki, Allahdan başqa iləh yohdur, O təkdir və şəriki yoxdur, və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur.

Allah bütün mömin bacı və qardaşların əməllərin düzəltsin və onları salehlərdən etsin və rəhmətini artirsın. Allah müsəlmanlara hidayət versin və ibadət və tövhid əhlindən etsin, imanlrarın artırsın və möminlərdən etsin. Allah bidət əhlindən olanları düz yola yönəltsin, elm nurundan onlara versin. Allah müşriklərə və kafirlərə islama sinələrini qenişləndirsin və töbələrini qəbul etsin, onlardan müqavimət göstərən kelərə isə lənət etsin. Allah dəvətchilərin elmini artırsın və sözlərini səhih etsin, elmlərinin isə mənfəəli etsin. Əmin
http://salaf.net76.net/

 
isaq_bin_MəmmədƏminTarix: Çərşənbə axşamı, 03.03.2009, 23:53 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu.men bu sayta yeni qoşuldum ve İn Şaa Allah vaxtımı xeyirli sərf edəcəyimə inanıram. dəyərli məlumatı paylaşdığın üçün Allah razı olsun bacı.

Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
XEDICE73Tarix: Şənbə, 07.03.2009, 11:06 | Yazı # 15
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
isaq_bin_MəmmədƏmin
Qardas Allah imanivi kamil etsin ve aramiza xos qeldin! Berekallahun fikun!


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
isaq_bin_MəmmədƏminTarix: Cümə, 13.03.2009, 23:44 | Yazı # 16
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
İnşəAllah bacı.Allah razı olsun.

Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
XEDICE73Tarix: Bazar, 15.03.2009, 12:43 | Yazı # 17
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
SIRK
. İnsan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?
Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz.
Qurandan dəlil: "Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)
Hədisdən dəlil: "Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm". (Muslim)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Şənbə, 02.05.2009, 18:21 | Yazı # 18
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyğəmbərimiz (sav) bir nəfərə belə demişdir:
Yatanda kəfirun surəsini oxu, çünki bu surəni oxumaq şirkdən bəraət etməkdir.
(Hədis səhihdir)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 10.05.2009, 15:51 | Yazı # 19
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
SIRK IKI CÜRDÜR BÖYÜK VÄ KICIK SIRK: BÖYÜK SIRK TÖVHIDI VÄ ISLAMLA ZIDDIYÄT TÄSKIL EDIR, ÄMÄLLÄRI PUCA CIXARIR. ALLAHA SÄRIK GOSANLAR CÄHÄNNÄMLIKDIRLÄR. ALLAHA SÄRIK GOSAN BÜTÜN SÖZ VÄ ÄMÄLLÄR KÜFÜRDÜR. MÄSÄLÄN ÖLÜLÄRÄ BÜTLÄRÄ SIGINMAG ALLAHIN HALAL ETDIYINI HARAM HARAM ETDIYINI HALAL HESAB ETMÄK, ALLAHIN BÄZI PEYGAMBARLARINI TÄKZIB ETMÄK VÄ SAIR BUKIMI ÄMÄLLÄR BÖYÜK SIRKDIR ÄMALLÄRI BOSA CIXARDIR VÄ INSANI ISLAM DININDÄN CIXARDIR. ALLAH TÄALA GADINLAR HAGGINDA OLAN SURADA BUYURUR:" SÜBHÄ YOXDUR KI, ALLAH ÖZÜNÄ SÄRIK GOSANLARI ÄVF ETMÄZ ANCAG ISTÄDIYI SÄXSIN BUNDAN BASGA OLAN GÜNAHLARINI BAGISLAR. ALLAHA SÄRIK GOSAN SÄXS ÄLBÄTTDÄ BÖYÜK GÜNAH ISLAMIS OLUR( NISÄ48) , BURADAN AYDIN OLURKI, SIRK BAGISLANMIR GALAN GÜNAHLAR ISÄ ALLAH TÄALANIN ISTÄYINDÄN ASLIDIR ISTÄRSÄ BAGISLAR VÄ YAXUD TÖVBÄ ETMÄDÄN ASILIKLÄR ÜZÄRINDÄ ÖLDÜYÜ GÄDÄRINDÄ ÄZAB VERÄR VÄ SONRA ODDAN CIXARIB CÄNNÄTÄ DAXIL EDÄR. BUNUNLA YANASI KICIK SIRKLÄRDÄ VARDIR KI, RIYA ALLAHDAN BASCASINA AND ICMÄK VÄ SAIR ÄMÄLLÄR. RIYA BÄZI SÖZLÄRIN VÄ ÄMÄLLÄRIN INSANLAR TÄRÄFDÄN ESIDIB ALGISLANMASI SÄBÄBI ILÄ EDILÄN TÄÄSSURATDIR. HÄMCININ ÄMANÄTÄ KÄBÄYÄ PEYGAMBÄRÄ VÄ SAIRLÄRINÄ AND ICMÄK KICIK SIRKDIR. SIRKIN BU NÖVÜNDÄNDÄ CÄKINMÄK LAZIMDIR. ALLAH RÄSULU (S:A:S) BUYURUR KI, KIM ALLAHDAN GEYRISINÄ AND ICÄRSÄ SIRK EDÄR . BU BARADA SAHH HÄDISLÄR VARID OLUB. ALLAH BIZI BILÄRÄK VÄ BILMÄYÄRÄK SIRK GOSMAGDAN GORUSUN .AMIN

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Şənbə, 11.07.2009, 19:02 | Yazı # 20
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Şirkin növləri:

1). Böyük şirk: Bunu edən şəxs cəhənnəmlikdir. Əgər tövbə etməzsə, Allah onu bağışlamaz. Bu şirk Allaha xas olanı başqaları üçün etməkdir. Məsələn, Allahdan qeyrisinə dua etmək və ya ölülərdən və ya cinlərdən Allahdan qorxduğu kimi qorxmaq. Müşriklər: - biz bunu Allaha yaxınlaşmaq üçün edirik-deyir: В«Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: В«Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!В»- deyirlər. De: Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyini xəbər verirsiniz В« Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!В» (Yunus:18).
2)Kiçik şirk. Bu şirk insanı islamdan çıxarmaz, amma onun tovhidini zəiflədir. Bu şirk böyük şirkə aparır və iki qisimdir:
1В»Zahiri. Bu şirk sözdə və əməldə olur. Sözdə olmasına misal olaraq Allahdan qeyrisinə and içmək. Peyğəmbər (s.ə.s.) deyib: В«Allahdan qeyrisinə and içən küfr və ya şirk etmiş olurВ» (ət-Tirmizi və əl-Hakim). Başqa bir hədisdə isə: В« Bir kişi peyğəmbərə: В«Allah və sən istəsənВ»,-dedi. Peyğəmbər (s.ə.s.) ona dedi: В«Məni Allaha şərik etdin. De ki, təkcə Allah istəsəВ» (ən-Nəsai). Bu hədisdən görünür ki, düzgün demək belə olardı: Allah və sonra sən istəsən. Və bu da yalnız onun sağ olarkən deməsi düz olardı. Çünki Allah-Təala buyuyur: В«Aləmlərin Rəbbi olan Allah istəməsə siz istəyə bilməzsiniz!В» (ət-Təkvir:29). Əməldə olan şirkə misal olaraq, boynuna və ya qola bir şey və ya əski bağlamaq və fikirləşmək ki,bunlar bəladan qoruyur, kömək edir, hər şey hasil edir. Belə etmək olmaz. Belə etiqad edən kiçik şirk etmiş olur.
2-Xəfif (gizli) şirk.Bu şirk niyyət və ifadədə olur. Məsələn, riya kimi. Bu işi gördüyün zaman onu Allah üçün yox insanların tərifini qazanmaq üçün etmək. Riya hər hansı bir əmələ qarışsa, onu batil edir. Allah-Təala buyurur: В«Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasınВ» (əl-Kəhf:110). Peyğəmbər (s.ə.s.) deyir: В«Sizdən ötrü qorxduğum şey kiçik şirkdir. Dedilər: В«Ya Rəsulullah, kiçik şirk hansıdır»« Dedi: В«Riya etməkВ» (Əhməd,Təbərani). Buraya həmçinin dünya əcri üçün edilən əməllər də daxildir. Məsələn, həcc edir və ya azan verir ki, insanlar onu tərifləsin, və ya cihad edir ki, mal əldə etsin. Belə etmək olmaz. Çünki, bu barədə Peyğəmbər (s.ə.s.) demişdir: В«Dinar-dirhəmin (qızıl-gümüş), xəz-məxmərin (pal-paltar, zinət) qulu olan insan gün görməsin. Beləsinin istədiyini verəndə razı qalar, verməyəndə qəzəblənərВ» (əl-Buxari).İbn əl-Qeyyim deyib: В«Amma iradə və niyyətdə şik etmək sahilsiz bir dəniz kimidir. De ki, kim qurtular bundan»«. Kİm ki, öz elmini Allah yolunda yox, başqası üçün edər və bunu Allaha yaxınlaşmaq üçün etməz, lakin savabını Allahdan istərsə, o iradə və niyyətdə şirk etmiş olur. Buna görə də lazımdır ki, bütün əməllər yalnız Allah rizası üçün olsun. Bu İbrahimin yoludur. Bu yolu tutmağı Allah bütün insanlara əmr edib.Və kim bu yoldan, bu dindən başqa yol, din ardınca gedərsə, o din ondan qəbul olunmaz. Bu islamın həqiqətidir.Allah-Təala buyurur: В«Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!В» (Ali-İmran:85). Və kim bu dini istəməzsə onda o, səfehlərdəndir.

Böyük və kiçik şirkin fərqləri:

1-Böyük şirk insanı islamdan çıxarır, kiçik şirk isə çıxarmır.
2-Böyük şirk öz sahibini daim olaraq cəhənnəmdə saxlayır, kiçik şirk isə əbədi saxlamır.
3-Böyük şirk bütün əməlləri batil edir, kiçik şirk isə yalnız onun qarışdığı əməli batil edir.
4-Böyük şirk edənin canı və malı halaldır, kiçik şirk edənin isə canı və ma-lı halal deyil.


ALLAH BIZLÄRI GORUSUN
 
Forum » İslam » Tövhid və Əqidə » SIRK......
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru