ŞİRK: Tərifi və növləri
Tərifi: Şirk Allaha rübubiyyət və üluhiyyət tövhidində şərik qoşmaqdır. Şirkin çoxu üluhiyyət tövhidində olur.
Buradan belə sual ortaya çıxır:
-Nə üçün şirk ən böyük günahdırВ»
-Ona görə ki, bu məxluqu (yaradılması) Xaliqə (Yaradana) oxşatmaqdır. Yəni o ibadətlər ki, yalnız Allaha məxsusdur, bu ibadətləri başqaları üçün etmək şirk olur. Məsələn, qurban, nəzir, qorxmaq və ya başqa birini Allaha olan məhəbbətlə sevmək kimi ibadətlər. Bu isə ən böyük zülmdür. Allah-Təala buyurur:
««Həqiqətdən, Allaha şərik qoşmaq ən böyük zülmdürВ» (Loğman:13).
1).Ona görə ki, Allah-Təala bizə xəbər verib ki, əgər qul ölsə və şirkdən tövbə etməsə, Allah onu heç vaxt bağışlamayacaq. Allah-Təala buyurur:
В«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olurВ» (ən-Nisa:48).
2).Ona görə ki, Allah-Təala bizə xəbər verib ki, O, şirk edən üçün cənnəti haram etmişdir və o kəs əbədi cəhənnəmlikdir. Allah-Təala buyurur:
««Allaha ibadət edin. Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!В» (əl-Maidə:72). 3).Ona görə ki, şirk bütün əməlləri batil edir. Allah-Təala buyurur: В«Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər boşa çıxardıВ» (əl-Ənam:88). Allah-Təala başqa bir ayədə buyurur: В«Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsanВ» (əz-Zümər:65).
4).Ona görə ki, şirk edənin canı və malı halaldır. Allah-Təala buyurur: В«Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını, keçidlərini tutun»« (ət-Tövbə:5).
5).Ona görə ki, şirk ən böyük günahlardan sayılır. Peyğəmbər (s.ə.s.) bir hədisdə əshabələrə müraciətində belə xəbər verir: В«Sizə ən ən böyük günah nədir xəbər verimmi»« Dedilər: В«Bəli, ya PeyğəmbərВ». Dedi: В«Allaha şərik qoşmaq və ata-anaya itaət etməməkВ» (əl-Buxari və Müslüm). Böyük alim İbn əl-Qeyyim demişdir: В« Allahın bizi xəlq etməkdə məqsədi budur ki, Onu isimləri və sifətləri ilə tanıyaq, tək Ona ibadət edəkВ». Allah-Təala buyurur: В«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzəsi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər»« (əl-Hədid:25). Bu ayədə Allah-Təala bizə xəbər verir ki, O, peyğəmbərlər yolladı, kitablar nazil etdi ki, insanlar ədalətli olsunlar. Ən böyük ədalət isə tövhiddir. Ədalətin əksi isə zülmdür. Ən böyük zülm isə şirkdir.