[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Tövhid və Əqidə » Küfürdə cəhalət üzürlüdürmü? (Bilmədən kafir olmaq...)
Küfürdə cəhalət üzürlüdürmü?
UmarTarix: Çərşənbə axşamı, 21.07.2009, 18:29 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Günümüzdə bir çox qardaşımızın, ancaq birtərəfli bildiyi məsələlərdən biri də küfrdə cəhalətin üzr olub olmaması məsələsidir. Mövzu barədə elmi olanlardan məsələyə elmi aydınlıq gətirsinlər.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:24 | Yazı # 2
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Mərhəmətli, Rəhimli Allahın adı ilə!

Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.
Sələflərdən bu şəkildə "kim bunu deyərsə kafirdir, kim də bunda şübhə edərsə o da kafir olmuşdur" sözlərini çox yerdə oxumaq olar! Lakin mütləq hökmlər ilə, ayn hökmlər arasında fərq qoymamaq böyük bir xətadır.

Ümumiyyətlə "kafiri təkfir etməyən də kafirdir" qaydası daha çox İbn Teymiyyə və Muhammad ibn Abdulvahhab tərəfindən kitablarında istifadə olunmuşdur. Lakin bu qayda əslində onlardan da əvvəllər mövcud idi.

Sufyan ibn Uyeyne deyir: "Quran Allah Təalanın Kəlamıdır. Onun məxluq olduğunu söyləyən kəs kafir olur. Bu kəsin küfründə şübhə edən də kafirdir." (İmam Əhmədin oğlu tərəfindən səhih isnadla rəvayət edilmişdir. "əs-Sünnə", 25)

İbn Xeysəmə isə Hafiz Əbil-Qasim Hibətullah əl-Laləkaya aid etiqad kitabının şərhində buna bənzər bir rəy də söyləmişdir. (Şərhu Usuli İtiqadi Əhlis-Sunnə vəl-Cəməati, 2/256, n. 430)

Yenə eyni kitabda Əbu Bəkr ibn Ayaş əl-Mukri Quranın məxluq olduğunu söyləyənin kafir olduğunu və onu təkfir etməyənin də kafir olacağını söyləmişdir. (Şərhu Usuli İtiqadi Əhlis-Sunnə vəl-Cəməati, 2/250, n. 412)

İbn Hacər Məkkənin mühəddislərindən Sələmə ibn Şəbib Neysaburi haqqında bunu nəql edir: "Beyhəqi belə deyir:"əl-Həlvani, Quranın məxluq olmaması məsələsində tərəddüd edən kəsi təkfir etmədiyini söylədi. Beyhəqi deyir: "Sələmə ibn Şəbibdən əl-Həlvaninin bu sözü haqqında soruşduqda belə cavab verdi: "Bu söz çölə atılır. Kafirin kafir olduğunu söyləməyən kafir olur." (İbn Hacər, ət-Təhzib, 2/303, əl-Xatib əl-Bağdadi, Tarix, 7/365)

əl-Həlvani ümmətin məşhur alimlərindəndir, adı Əbu Muhəmməd əl-Həlvani ibn Ali ibn Muhəmməd əl-Xazəli əl-Hilalidir, bu sözünə baxmayaraq alimi kafir saymayıblar. (bax: Siyaru Aləmin-Nubələ, İmam Zəhəbi)

Əbu Zura Ubeydullah ibn Abdul-Kərim ər-Razi belə deyir: "Quranın məxluq olduğunu iddia edən, İslamdan çıxardan küfr ilə kafir olur. Anlaya bildiyi halda belələrinin küfründən şübhə edən də kafir olur." Əbu Xatim Muhəmməd ibn İdris ər-Razidən də eyni görüş nəql olunmuşdur. (əl-Laləkay, əs-Sunnə, 2/176) AbdulKərim ər-Razinin "anlaya bildiyi halda" sözünə fikir vermək lazımdır. Çünki bu alimin qoyduğu şərtlərdən biridir. Lakin qarşıda yenə də misallar gələcəkdir.

Lakin burda verilən müsəlmanlar ilə üç sələf nəslinin bu barədə dedikləri sözlərdir.

Əgər diqqət etsən ilk dönəm sələflər bunu yalnız Quranın məxluq olduğunu söyləyənlər haqqında deyiblər. Bununla məqsəd o dövrdə bu barədə fitnənin yayılması ilə əlaqədar olaraq təhdid şəklində belə ifadələri istifadə etməklə onları bu fitnədən çəkindirmək idi. Bunu başa düşmək üçün alimlərin metodlarını bilmək lazımdır. İlk dövr əqidə kitablarının bölümlərindən biri də corablar üzərinə məsh çəkmək idi. Lakin hamı bilir ki, məsh məsələləri sırf fiqhi məsələlərdir, lakin bu sünnəti inkar edənlərə qarşı əqidəni ifadə etmək üçün alimlər bunu öz əqidə kitablarına alıblar.

Bu qaydanın əsli Qurandakı bu ayədir. "Ayələrimizi ancaq kafirlər bilə-bilə inkar edərlər" (Ənkəbut, 47) "Allaha qarşı yalan uyduran, ona gələn həqiqəti yalan sayandan daha zalım kimdir?" Cəhənnəmdə kafirlərə yermi yoxdur?" (Zumər, 32)

Bəzilərinin bunun bu ayəyə əsaslandığını söylədilər. "Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər" (ən-Nisa, 51) Bu ayənin təfsirinə gəldikdə isə İbn Kəsir İbn Əbi Hatimdən İkrimənin bu hadisə barədə iki yəhudi liderinin Məkkəyə gələrkən onların bu ikisindən özləri və müsəlmanlar haqqında soruşmaqlarını rəvayət edir. Bunlar müşrikləri müsəlmanlardan üstün tuturlar, lakin bu ayə söylədiyimiz qaydaya aid deyil. Kim kafirlər müsəlmanlardan yaxşıdır söyləyərsə, təbii ki, kafir olur.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:26 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Lakin alimlərin bu qaydanı necə izah etdiklərinə baxaq...

Qadı İyad öz kitabında Cahiz və Sumamənin kitab əhlindən muqallidlərin (təqlid edənlərin), avamların, qadınların və buna bənzərlərinin üzərində Allahın hüccətinin olmadığını söylədiklərini (yəni Allah onlara hüccət yetirib cəzalandırmaz) və bunu həmin şəxslərin istidlal (dəlil axtarmaq və ya başa düşmək) etmək qabiliyyətində olmamaları ilə əsaslandırdıqlarını nəql edir və sonra deyir: "Ğazali də "ət-Təfriqa" adlı kitabında buna yaxın bir yolu izləmişdir. Xristiyanları, yəhudiləri və müsəlmanların dinindən olmayan hər kəsi təkfir etməyən və ya təkfirdə tərəddüd edən və şübhə edən kəsləri təkfir etməyənlərin kafir olduğu icma ilə sabit olub, bu sözləri söyləyənlər də kafirdirlər. Qadı Əbu Bəkr belə deyir:-Çünki nəsslər və icma bunların kafir olduğunu bildirir. Bu məsələdə kim tərəddüd edərsə, nəssi və təklifi yalanlamışdır və ondan şübhələnmişdir. Onları yalanlamaq və onlardan şübhə etmək isə ancaq kafirin edəcəyi bir işdir." (əş-Şifa, 2/280-281)

Əgər diqqət yetirsək alimin təkfir etməyənin buna görə deyil, nəssləri inkar etdiyinə görə kafir olduğunu söyləyir.

Digər yerdə isə deyir: "İslamdan başqa bir dinə mənsub olanları təkfir etməyənləri, onların təkfiri haqqında tərəddüd edənləri, bunda şübhə hiss edənləri və ya onların yollarının doğru olduğunu söyləyənləri təkfir edirik. Daha sonra İslamı zahirdə göstərib, ona iman edib və ondan başqa bütün məzhəblərin batil olduğuna iman etdikdən sonra yenidən buna zidd şeylər izhar edərsə yenə kafir olur." (əş-Şifa, 2/286)

Bunları oxuduqdan sonra eynilə Şeyx Muhəmməd ibn Abdul-Vahhabın sözlərini yadımıza salaq. Şeyx "ər-Risaləyuş-Şəxsiyyə"də deyir: "Müşrikləri təkfir etməyən və ya kafir olduqlarından şübhə edən ya da onların yollarının və məzhəblərinin səhih olduğunu söyləyənlər icma ilə kafirdir." (ər-Risaləyuş-Şəxsiyyə, 213)

Alimlərin sözlərindən aydın olan kafirin küfründə şübhə edən nəssləri inkar etdiyi üçün kafir olur. Qurandakı ayələr də bu qaydanı dəstəkləyir.

"Ayələrimizi ancaq kafirlər bilə-bilə inkar edərlər"
(Ənkəbut, 47)

"Allaha qarşı yalan uyduran, ona gələn həqiqəti yalan sayandan daha zalım kimdir?" Cəhənnəmdə kafirlərə yermi yoxdur?" (Zumər, 32)

Və yenə də aydın olur ki, bu dində zəruri olaraq bilinən məsələlərə aiddir, yoxsa qapalı məsələlərdə küfrə düşən kəslərin halına aid deyil. Və hamıya məlum olduğu kimi təkfir şərtlərin mövcud olduğu halda və məvanih qaldırıldıqdan sonra təkfir edilir, yoxsa kafir olduğu açıq nəsslərlə bilinməyən şəxslərin kafir olmaqlarında tərəddüd edənlər bu qaydaya düşməzlər. İnsan cahilliyi səbəbi ilə həmin şəxslərinin küfrünün nə olduğunu bilməyə bilər. Buna misal Əbu Ubeyd Qasim ibn Sələmin sözüdür, o Cəhmiyyə haqqında deyir: "Onlardan daha kafir bir qövm görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları təkfir etməyənləri cəhalət səbəbi ilə üzrlü olanlardan saymıram." (İbn Teymiyyə, Məcmuul-Fətava, 12/272)

İmam Buxari isə deyir: "Yəhudilərin, Xristiyanların və Məcusilərin söylədiklərinə baxdım, Cəhmiyyədən daha kafir olan görmədim. Onların küfrlərini bilməyənlərdən başqa onları kafir saymayanları cəhalətləri səbəbi ilə üzrlü olanlardan saymıram." (Buxari, Xalqu Əfali'l-İbad, 19, no. 35)

Bu məsələnin daha da aydın olması üçün İmam Əhmədin bu qaydanı necə istifadə etdiyinə diqqət yetirək. İmam Əhməd Müsəddid ibn Müsərəhhid əl-Basrinin verdiyi suala belə cavab vermişdir: "Quran, Allah Təalanın Kəlamıdır, məxluq deyildir. Quranın məxluq olduğunu söyləyən kəs, Allah Təalanı inkar etmişdir. Belə deyəni də təkfir etməyən də kafirdir." (Əbu-Yala, "Tabəqatul-Hənəbilə", 1/315)

İmam Əhmədin sözlərini əldə bayraq edib hər Quran məxluqdur deyəni kafir saya bilərikmi? Təbii ki, yox! Onun bu sözlərini alimlər daha təfsilatlı izah edirlər. Cəhmiyyə, Qadəriyyə və bunlara bənzər hava sahiblərinin təkfiri barəsində İbn Teymiyyə, İmam Əhməddən iki rəvayət nəql edir və doğru olan bu qayda ilə İmam Əhmədin insanları təkfir etmədiyini bildirir: "Onları təkfir etməyənləri təkfir etməsi barədə ondan iki rəvayət nəql edilib. Doğru olan isə, bu qaydaya əsaslanaraq o heç kəsi təkfir etməmişdir." (Məcmuul-Fətava, 12/260)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:29 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Alimlər bu şəkildə Cəhmiyyə, və digərləri barədə mütləq olaraq təkfir ediblər, lakin müəyyən olaraq onları kafir saymamışlar. Necə ki, içkinin halal olduğunu söyləyən kafirdir dedikdə, bunun mütləq bir təkfir olduğunu anlayırıq, lakin hər içkini halal sayan kafir olmaz. Onun cəhalətinə və təvilinə baxmaq lazımdır və sonra müəyyən hökm verilir. İbn Teymiyyə Əhməd barədəki rəyləri nəql etdikdən sonra bu qaydanın istifadə olunmasının mütləq olduğunu qeyd edir, yəni bu qayda mütləq olaraq söylənilir, lakin müəyyən olaraq fərdlərə aid edilmir. Əməlin özünün küfr olduğu bildirilir. İbn Teymiyyə özü bu barədə söyləyir: "Bəziləri, onları təkfir etməyənləri təkfir etmək qaydasının mütləq olaraq işlənməsi barədə ixtilaf olduğunu söyləyirlər. Bu isə doğru deyildir." (Məcmuul-Fətava, 12/260)

Muhamməd ibn Abdulvahhab və onun tələbələri İbn Teymiyyənin kitablarından bəhrələniblər, onların da bu məsələdəki fikirləri də İbn Teymiyyənin fikridir.

Bir insan məsələlərdən qafil ola bilər, buna görə də ondan vəhdəti-vücudçuları kafir sayırsanmı? soruşduqda, o müsəlman saydığını bildirərsə, lakin onların əqidələrinin nə olduğunu bilməzsə kafir olmaz. İbn Teymiyyə bu ittihadçılar (vəhdəti vücudçular) haqqında söyləyir: "Yəhidi və xristiyanların əqidələrini təsdiqləyirlər və bütlərə ibadət edənləri haqq üzərində saydıqları kimi onların da haqq üzərində olduqlarını söyləyirlər. Halbuki bu batil əqidələrin hər biri digərindən daha böyük bir küfrdür. Onlar haqqında hüsnü-zənn bəsləyən və onların əqidələrinin nə olduğunu bilmədiyini söyləyənlərə bu həqiqətlər izah olunur. Buna baxmayaraq onları kənarlaşdırmaz və rədd etməzsə, həmin adama onlardan olduğu söylənilir. Onların söylədiklərinin isə şəriətə uyğun bir təvil olduğunu söyləyənlər də, onların lider və rəhbərlərindən olur. Buna qəlbi və dili ilə inanırsa, xristiyanlardan da kafir olur." (Məcmuul-Fətava, 1/184, eləcədə, 2/91, Daru İbn Həzm nəşri)

Bir başqa yerdə söyləyir: "Bunların söylədikləri xristiyanların söylədiklərindən daha da pisdir. Eynilə xristiyanların söylədiklərindəki ziddiyətlər kimi ziddiyətlər daşıyır. Bu səbəblə bəzən hulul (Xaliqin məxluq surətində olması), bəzən ittihad, bəzən vahdəti-vücud əqidəsini dilləndirir. Bu öz içində belə ziddiyətlər olan məzhəbdir. Onların məzhəblərini anlamayan kəslər haqq ilə batili qarışdıra bilərlər. Bunların tamamı bütün müsəlmanların icması ilə zahir və batini olaraq kafirdirlər. İslamı və onların söylədiklərini öyrəndikdən sonra onların kafir olduğundan şübhə edənlər, müşriklərin, yəhudi və xristiyanların küfründə şübhə edənlər kimi kafir olurlar. Bunları təkfir etməyənlər, yəhudi və xristiyanları təslis (üçlük) və ittihad əqidələri səbəbi ilə təkfir etməzlər." (Məcmuul-Fətava, 2/223)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:30 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Bütün bu sözlərdən sonra alimin bu qaydanı şərtlərə bağladığını görürük. İttihadçıların küfrü ən şiddətli küfrlərdəndir. Onlar hər şeyin Allah olduğunu söyləyirlər, ona görə də bütpərəstlərin əslində Allaha ibadət etdiyini söyləyirlər. Belə bir kafiri kafir saymayanlar barədə İbn Teymiyyə bir başa kafir olduğunu söyləmir. Əksinə şərt qoşaraq onların iki şeyi bilməsini vacib sayır!

1. İslamı

2. Söylənənləri (yəni bu batil məzhəbin söylədiklərini)

Bunlardan əgər birini belə bilməzsə üzrlü sayılar.

Çünki İbn Teymiyyə bu ittihadçılar haqqında deyir: "Onların söylədiklərinin gizli bir sirri və haqq olan bir iç üzünün olduğunu və onları ancaq xalqın irəli gələnlərinin anlaya biləcəyini söyləyənlər, bu iki qrupdan birinə daxildir: Ya ilhad və inkar əhli olan böyük zındıqlardandır, ya da böyük cahil və azğınlardandır. Zındıq olanın öldürülməsi vacibdir. Cahil olana isə işin həqiqəti izah olunar, ona hüccət iqamə edilər. Buna baxmayaraq bu batil əqidə üzərində qalmağa israr edərsə, qətli vacib olar." (Məcmuul-Fətava, 2/230)

Sözlərimizə əlavə olaraq qeyd etmək istəyirik ki, "kafiri təkfir etməyən kafir olar" qaydası, hamı tərəfindən bilinən, bilinməməsi mümkün olmayan məsələlər barədə söylənmişdir. Alimlərin sözlərini diqqətlə oxuyanlar, bu qaydanı zikr etməmişdən əvvəl müəyyən məzhəblərin küfrlərinin nə qədər şiddətli olduğunu izah etdikdən sonra və bu küfr yəhudi və xristianların küfrü ilə müqayisə etdikdən sonra istifadə edirlər. Bununla məqsədləri küfrün nə qədər aydın və məlum olduğuna işarə etməkdir. Eləcədə yəhudi və xristiyanları misal çəkmələri isə onların Quran nəssləri ilə kafir olduqlarının sabit olduğuna işarə etməkdir. Alimlər xüsusilə bu növ küfrləri qeyd edərkən alimlərin bunda icma etdiklərini söyləyirlər. Məsələn Qadı İyad, Muhamməd ibn Sahnunun belə dediyini qeyd edir: "Alimlər, Rasulullaha söyən və ya ona xor baxan kəsin kafir olduğundan, Allahu Təalanın onu cəzalandıracağından və ümmətə görə qətlinin vacib olduğundan şübhə edənlərin kafir olacağı barəsində icma ediblər." ("əş-Şifa", 2/215-216. İbn Teymiyyə, "əs-Sarimul-Məslul", 4)

İbn Teymiyyə isə Durzilərdən söz açarkən onların küfrünü vəsf etməsinə diqqət yetirmək lazımdır: "Bunların kafir olması barədə müsəlmanlar arasında ixtilaf yoxdur. Hətta bunların kafir olduğundan şübhə edən kəs də kafir olur. Bunlar Əhli-Kitab və ya müşriklər dərəcəsində də deyillər. Onlardan daha da zəlalətdə olan kafirlərdir. Onların yeməklərini yemək caiz deyil." (Məcmuul-Fətava, 35/98)

Ümmət hətta imanın əslinə daxil olan məsələlərdə ixtilaf ediblər. İbn Həzm və İbnul-Qayyim namazı tərk edənin kafir olacağı barədə səhabələrdən icma olduğunu rəvayət ediblər. Bunun üçün namazı inkar etməni də şərt saymayıblar. İbnul-Qayyim hətta bilə-bilə namazlardan birini vaxtından gec qılanın kafir olması barədə səhabə icması olduğunu nəql edir (əs-Salət). Lakin buna baxmayaraq İmam Malik və İmam Şafi tənbəllik səbəbi ilə tərk edənin kafir olmayacağını söyləyirlər. Lakin tənbəllik ilə də tərk edənin kafir olacağını söyləyən İmam Əhməd, Abdullah ibn Mübarək, İshaq ibn Rahaveyh kimi imamlarımız İmam Maliki və Şafini təkfir etməyiblər.

Səhabələr isə İbn Səyyadın Dəccal olması barədə ixtilaf ediblər, bəziləri onu Dəccal sayıb, digərləri isə yox..lakin onlardan heç kəs digərlərini təkfir etməyib.

Səhabələr münafiqlər barədə də iki qrupa ayrıldılar. Lakin bir-birilərini təkfir etmədilər. " Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!" (Nisa, 88)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:31 | Yazı # 6
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əbu Bəkr zəkat ödəməyənlərə qarşı mürtəd olduqları üçün savaşdı, lakin Ömər əvvəl "lə iləhə illəllah" dedikləri üçün qarşı çıxdı. Buna baxmayaraq Əbu Bəkr ona "sən kafirin küfründə, şübhə mi edirsən?" deyərək heç bir şey soruşmadı.

Eynilə Şabi, İbrahim ən-Nəxai, Tavus, Səid ibn Cubeyr, Mucahid kimi alimlər Həccacı kafir saydılar. Hətta İbrahim ən-Nəxai Həccacı kafir saymayanlar barədə belə demişdir: "Həccacın halını görməməsi, onun üçün korluq olaraq yetər." (əl-Bidayə vən-Nihayə, 9/131-132) və Tavus Həccacı kafir saymayan İraqlılar barədə deyir: "İraqlı qardaşlarımızın Həccacı mömin saymaqlarına təəccüb edirəm."(əl-Bidayə vən-Nihayə, 9/136-137)

İmam Zəhəbi öz siyər kitabında (5/44) Tavusun yuxarıda yazdığım sözlərini nəql etdikdən sonra belə deyir: "Tavus bu sözü ilə Həccacı təkfir etməyən Mürciəyə işarə edir. Bunlar qanları tökən, səhabəyə söyən və hər tərəfi qəsb edən Həccacın kamil iman sahibi bir mömin olduğunu söyləyirlər."

İbn Teymiyyə kitabında ümmətin alimlərinin Xəvaric, Qadəriyyə, Cəhmiyyə və digər firqələrin təkfir edilməsində ixtilaf etdiklərini qeyd etdikdən sonra bunların səbəbini belə izah edir: "İxtilaf etməklərinin səbəbi, onlara çatan dəlillərin fərqliliyidir. Onların təkfir ediləcəyinə dair dəlilləri ələ alarlar və daha sonra da təkfir edilən sözlərin sahiblərindən təkfirə maneə olan bəzi halların olduğunu müəyyən edirdilər. Beləliklə də bu iki dəlil arasında qalırdılar." (Məcmuul-Fətava, 12/260-261)

İbn Teymiyyə başqa yerdə isə belə deyir: "Sahibinin təkfir edildiyi sözlər bu şəkildədir. Adamın doğrunu öyrənməsinə səbəb olan nəsslər ona çatmaya bilər və ya çatmış, lakin ona görə o nəssləri sabit görməmiş və ya anlamaya bilər ya da Allahu Təalanın onu üzrlü görəcəyinə dair bəzi şübhələr ilə qarşılaşa bilər. Doğrunu axtararkən ictihad edib xəta edən kəsin xətası nə olursa olsun, Allahu Təala onu bağışlayar. Bu xəta istər nəzəri, istər əməli məsələlərdə olsun, fərq etməz. Səhabənin və cumhur alimlərin rəyi budur." (Məcmuul-Fətava, 23/195-196)

İbn Teymiyyənin bu dediklərini oxuduqdan sonra təkfirdə nə qədər irəli getdiyini anlamalısan! Çünki Şeyxın sözləri aydındır!

İbn Teymiyyə digər yerdə Aişənin r.a. "Kim Muhammədin Rəbbini gördüyünü iddia edərsə, Allahu Təalaya iftira etmişdir." sözlərini rəvayət etdikdən sonra belə deyir: "Aişənin, radiyallahu anhə, bu sözünə baxmayaraq ona qarşı çıxan İbn Abbas və digərlərini Allahu Təalaya iftira etməklə ittiham etmirik. Təkfir etmək, bir cəza təhdididir. Bu sözlər, Rasulullahın bildirdiyini yalanlamaq olsa da, biri İslama yeni girmişsə və ya uzaq bir çöldə yaşaya bilər. Belələri ancaq kəsin dəlil ona göstərilməsinə baxmayaraq, hələ də eyni fikirdə davam edərsə təkfir edilə bilər. Biri müəyyən nəssləri eşitməməsi və ya onun yanında o nəsslərin sabit olmaması ya da başqa nəsslərin ona çatmaması səbəbi ilə xətalı da olsa bəzi nəssləri təvil etmiş ola bilər." (Məcmuul-Fətava, 3/148)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:32 | Yazı # 7
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İbn Teymiyyə "Raf'ul-Məlam ani'l-Aimməti'l-Aləm" adlı risaləsində (s. 20) üzrü 5 maddədə izah edir.

1. Dəlillərin toqquşması. Bu isə təvili tələb edir.

2. Şəxsin İslama yeni girməsi, ya da uzaq bir çöldə qalması, və ya buna bənzər bəzi səbəblərdən nəsslərin ona çatmaması

3. Nəsslərin həmin şəxsin yanında sabit olmaması

4. Həmin kəsin kifayət qədər elm sahibi olmaması səbəbi ilə ona çatan nəssləri anlamaqda çətinlik çəkməsi

5.O kəsin doğrunu axtarmağına baxmayaraq, onun üzrlü sayılmasına səbəb olacaq bəzi şübhələrə qapılması.

Abdullətif bin Abdurrahmən bin Həsən Aluş-Şeyx, rahiməhullah, "Abdullətif bin Abdurrahmən bin Həsəndən Abdulaziz əl-Xatibə" başlığını istifadə edərək bunları söyləyir:

"Allahu Təalanın salamı saleh qulların üzərinə olsun! Məktubunu oxudum. Tərkibini və qəsd etdiyin üzrü anladım. Lakin möhtərəm atamızın haqq əhlini təkfir etməyinizə və sahib olduğunuz pozğun anlayışa dair söylədiklərinə əlavə olaraq, (deyirəm ki,) nəql etdikləriniz doğru deyil.

Naqi əhlindən olan qardaşlarının sənin ilə münaqişə etdiklərini və haqqımızda səninlə mübahisə etdiklərini xatırla! Bizi bəzi məsələlərdə səssiz qalmaq ilə ittiham edirlər. Bilirsən ki, bunu da ümumilikdə əqidəmizi tənqid etmək və mənhəcimizi pisləmək üçün söyləyirlər. Açıq-aydın təkfir etməsələr də, ona çox yaxınlaşıblar. Hidayətdən sonra zəlalətə düşməkdən və doğru yolu bildikdən sonra azğınlıq və tərəddüddən Allahu Təalaya sığınırıq!

Altmış dördüncü ildə İhsada, əslən iranlı olan sizin kimi iki nəfər gördüm. Bunlar camaata və cüməyə getmirdilər və o məmləkətdə qalan müsəlmanları təkfir edirdilər. Dəlilləri də sizin dəlilləriniz kimi eyni səbəblər idi. Deyirlər ki, İhsa xalqı İbn-i Feyruz və bənzərləri ilə oturub dururlar. İbn-i Feyruz isə tağutları və İmam Muhammədin dəvətini qəbul etməyib düşmənlik edən babasını təkfir etmir. Beləliklə bu halda olan babasını açıq-aydın təkfir etməyənlər, Allahu Təalaya küfr etmiş və tağutu iqrar etmişlər. Onunla oturub duranlar onun kimidirlər. Yalan və xəta olan bu iki əsas üzərində küfr hökmlərini qurublar və hətta salamı almağı belə tərk ediblər. Halları barədə xəbərlər mənə çatdırıldı, onları çağırdım və təhdid etdim. Ağır şeylər söylədim. İlk əvvəl Muhamməd ibn Abdulvahhabın əqidəsində olduqlarını iddia etdilər. O anda toplantıda yadımda olan dəlillər ilə şübhələrini ortaya çıxardım və azğın anlayışlarını çürütdüm. İmam Muhammədin bu əqidə və məzhəbdən uzaq olduğunu söylədim. Çünki o, küfr olduğunda icma edilən şirk, Allahu Təalanın və Elçisinin ayələrini inkar etmək kimi məsələlərdən başqa, insanları təkfir etməzdi. Bu cür məsələlərdə də əvvəlcə insanlara hüccət iqamə edər və təkfir üçün lazım olan tədqiqatı aparardı. Beləki iman və elm əhli də bu məsələdə icma ediblər.

Zikr olunan bu iki nəfər peşman olaraq tövbə etdilər və haqqı başa düşdüklərini iddia etdilər. Lakin sahilə getdikdə, əvvəlki sözlərinə geri döndülər. Daha sonra isə, Misir hökmdarı ilə məktublaşmasını səbəb gətirərək müsəlmanların imamlarını və hətta bu imamların Misir hökmdarı ilə yazışdıqları müddətdə məclisdə olan digərlərini də təkfir etdiklərini eşitdik. Hidayətdən sonra zəlalətə düşməkdən Allaha sığınırıq!

Sizin də bunlara bənzər bir şeylər söylədiyinizi və bu məsələlərə daldığınızı eşitdik. Dostluq və düşmənliklər, razılıq və yazışmalar, malları sərf etmək və hədiyyələr kimi məsələlərdə şirk və zəlalət sahiblərinin söylədiklərini söylədiyinizi, bədəvilər və başqa bədbəxtlərin, Allahu Təalanın hökmündən başqa hökmlər ilə hökm etmək kimi yalnız alimlərin və ağıl sahiblərinin söz söyləyə biləcəkləri məsələlərdən danışdığınızı öyrəndik. Halbuki bu mövzulardan danışmaq, söylədiklərimizi və ümumi üsul qaydalarını bilməyi tələb edir. Ümumiləşdirmək və mütləq olaraq söz söyləmək, insanı, sözün hara gələcəyini və nə məna daşıdığını bilməməyə, xəta etməyə, qarışdırmağa və Allahu Təalanın məqsədini yaxşı başa düşməməyə götürür. Bunlar isə dinləri pozur, zehinləri bölər və insanın Quranı başa düşməsinə maneə olar. İbnul-Qayyim, rahiməhullah, Qafiyəsində belə deyir:

"Təfsilata enməkdən və aydınlaşdırmaqdan əsla ayrılma, çünki mücməl və mütləq söz anlaşılmaz.

İkisi bu aləmi pozmuş, zehinləri və düşüncələri hər zaman qarışdırmışdır."

Zənninizə görə küfrə səbəb olaraq görülən bu işlər üzündən müsəlmanları təkfir etmək, Əli ibn Əbi Talib və yanındakılara qarşı üsyan edən Haruriyyə Xaricilərinin yolu və məzhəbidir. Bunlar Müaviyyə və Şam xalqı arasında meydana gələn hadisədə Amr ibn As və Əbu Musa əl-Əşarinin hakim təyin edilməsinə qarşı çıxmışdılar və Allahu Təalanın dini barəsində insanları hakim təyin edildiyini söyləyərək Müaviyə və Amra bağlılıqlarını elan etmişdilər. " (Məcmuatur-Risail val-Məsail, s: 4-6)

Daha sonra isə Xaricilərin düşüncələrini izah edir və belə deyir:

"Zülm, günah, fasiqlik, fücur, dostluq, düşmənlik, boyun əymək, şirk və buna bənzər ləfzlər Quran və Sünnətdə gəlmişdir. Bunlar istifadə olunarkən mütləq həqiqətləri qəsd edilə biləcəyi kimi, bu kəlimələrin həqiqətlərinin mütləq mənası da qəsd edilə bilər. Üsulçulara görə əsl olan birincidir. İkinci mənada olması üçün gərək mənəvi və ya ləfzi bir dəlilin olması lazımdır. Bu isə Rasulullahın, sallallahu aleyhi va səlləm, izahı və sünnətin bunu təfsir etməsi ilə bilinir. Allahu Təala belə duyurur: "(Allahın əmrlərini) onlara yaxşıca izah etməsi üçün hər peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik." (İbrahim, 4)" (Məcmuatur-Risail val-Məsail, s: 7)

Daha sonra isə belə davam edir:

"Bəzi günahlar haqqında edilən mütləq vaidin (təhdid) müəyyən şəxslərə aid edilməsində bəzi maneələr ola bilər. Allah və Rasulunun sevgisi, Allah yolunda cihad, yaxşılıqların çox olması, Allahu Təalanın rəhmət və bağışlaması, möminlərin şəfaət etməsi və yenə günahları silən başa gələn müsibətlər bu maneələr arasında sayıla bilər. Sələf alimləri qiblə əhlindən müəyyən kəslər üçün nə cənnətlik və nə də cəhənnəmlik olduqlarına dair şahidlik etməyiblər. Onlar vaid ibarəsini istifadə etdikləri zaman mütləq (əhatəli) ilə muqayyəd (qeydlərə, şərtlərə bağlı) arasında fərq qoyublar. Eşşək ləqəbi ilə tanınan Abdullah şərab içən biri idi. Bir dəfə yenə bu günahı etməsi səbəbi ilə Rasulullaha, sallallahu aleyhi va səlləm, gətirildi. Bəziləri ona lənət etdi və "bu adam Rasulullahın, sallallahu aleyhi va səlləm, hüzuruna nə qədər çox gətirilir!" dedi. Bunun üzərinə Rasulullah, aleyhissalətu va səlləm, belə buyurdu: "Ona lənət oxuma. Şübhəsiz ki, o, Allah və Rasulunu sevir." Halbuki Rasulullah, sallallahu aleyhi va səlləm, şərab içənə, alana, satana, saxlayana, düzəldənə və daşıyana lənət edib." (Məcmuatur-Risail val-Məsail, s: 8)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:32 | Yazı # 8
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Və sözlərinə davam edir:

"Aranızdan onları dost edənlər onlardandır." (Maidə, 51) "Allaha və Axirət gününə iman edən bir camaatın (ataları, oğulları, qardaşları və ya qohumları da olsa) Allaha və Rasuluna düşmənlik edənlərə dostluq bəslədiyini görməzsən." (Mücadələ, 22) "Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi lağa qoyanları və oyun aləti edənləri və kafirləri dost etməyin. Əgər möminsinizsə, Allahdan qorxun!" (Maidə, 57) ayələrini sünnət təfsir edib, qeydlərə bağlamış və bunun mütləq mənada dostluq ilə əlaqədar olduğunu bildirmişdir. Muvalətin (vəlayət, dostluq) əsli sevgi, dostluq və köməkləşməkdir. Bundan başqa fərqli dərəcələri də var. Hər günahın qınama və vaiddən nəsibi ayrı-ayrıdır. Səhabə və tabiindən alim olanlar bu və buna bənzər məsələləri bilirdilər. Lakin bu işləri yaxşı qavramamış, Quran və Sünnətin mənalarını yaxşıca anlamamış ərəb olmayanlar kimi bəzi insanlar isə bu vəziyyətdən çıxa bilməyib qarışdırıblar. Bu səbəblə Həsən, radıyallahu anh, demişdi: "Bunlar ərəb dilini yaxşı bilmədikləri üçün bunu etdilər." Amr ibn əl-Ala isə böyük günah edənin cəhənnəmdə əbədi qalıb-qalmayacağı barədə onunla mübahisə edən Amr ibn Ubeydə eyni şeyi söyləmişdi. Amr bin Ubeyd Quranda böyük günahlar üçün veriləcəyi bildirilən əbədi cəhənnəm cəzasına işarə edərək, bu günahları edənlərin əbədi cəhənnəmdə qalacaqlarını, bunun Allahu Təalanın bir vədi olduğunu və Allahu Təalanın vədindən dönməsinin mümkün olmayacağını bildirmişdi. Buna görə Amr ibn əl-Ala ona belə cavab verdi: "Əcəm olduğun üçün anlamırsan. Bu vəd deyil, vaiddir" dedi və bu misraları oxudu: "Mən söz versəm (vəd) və ya təhdid etsəm (vaid), təhdidimi pozaram, amma sözümü tutaram."

Buxari və başqalarından rəvayət edildiyinə görə imamlardan bəzisi belə deyiblər: "Əcəm və Ərəb iki nəfər müsəlman olub və sünnəti bilən birini izləyərlərsə, xoşbəxt olarlar. Lakin bu ikisi müsəlman olub hava əhlindən birinə tabe olarlarsa mihnətə düşər və bədbəxt olarlar." (Məcmuatur-Risail val-Məsail, s: 10)

Bu şəkildə davam edən müəllif söyləyir:

"Muhamməd surəsindəki "Bu onların Allahın nazil etdiyini bəyənməyənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların sirlərini bilir! (26) ayəsini, bəzi əmir və idarəçilərin zəlalət öndərləri və müşrik krallar ilə yazışması, atəşkəs sazişi bağlamaq və ya sülh görüşlərində olmaq kimi əməllərə tətbiq etdiyinizi eşitdim. Halbuki bundan bir əvvəlki ayədə Allahu Təala belə duyurur: "Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə Şeytan xoş göstərdi və onları tovlayıb yoldan azdırdı". Siz bunu görmədiniz, bu itaət ilə nəyin qəsd edildiyini anlamadınız. Bu ayədə və Hudeybiyyə razılaşması hadisəsində müşriklərin istək və şərtləri və Rasulullahın, sallallahu aleyhi va səlləm, onlara verdiyi cavab əslində sizin anlayışınızın səhv olduğunu və batil iddialarınızın etibarsızlığını üzə çıxarmaq üçün kifayətdir." (Məcmuatur-Risail val-Məsail, s: 11-12)

Müəllif babası Muhamməd ibn Abdulvahhabın "Minhəcut-Təsis vat-Taqdis fi Kəşfi Şubuhatu Davud bin Cərcis" adındakı bir risaləsini də nəql edib. O risalədə bunlar keçir:

"Şərif, məndən nə üçün vuruşduğumuzu və insanı nə ilə təkfir etdiyimizi soruşdu. Ona doğru olanları bildirdim və düşmənlərin haqqımızda uydurduğu iftira və yalanları izah etdim." Söylədiklərindən bəziləri isə bunlardır. "Yalan və iftiraya gəldikdə isə, bizim insanları ümumi təkfir etməyimiz, dinini zahirdə yaşamaq imkanına sahib olanların hicrət etməklərini vacib saymağımız, kafir olmayan və vuruşmayan insanları təkfir etməyimiz kimi çox şeyləri haqqımızda iddia edirlər. Halbuki bütün bunlar bütlərin xadimləri və kafirlərin rəhbərlərindən Əbu Cəhilin nəvələrinin uydurduqları iddialardır. Onlar bu iddia və iftiralar ilə insanları Allahu Təalanın və Rasulunun, sallallahu aleyhi va səlləm, dinindən uzaqlaşdırırlar. Biz, Allah və Rasulunun təkfir etmədiyinin əsla təkfir etmərik. Təkfir etdiklərimiz isə bütlərə ibadət edən müşriklərdir. Eynilə Abdulqadirin qəbri üzərindəki bütə, Əhməd Bədəvinin qəbri üzərindəki bütə və bənzərlərinin qəbri üzərindəki bütlərə ibadət edənlər kimi. Allahu Təalaya, peyğəmbərlərə, mələklərə, axirət gününə, kitablara iman edən və Allahu Təala üçün haqqı ilə cihad edənlər, bizə hicrət etməsələr də bizim din qardaşlarımızdır. Allahu Təala şahiddir ki, bu böyük bir iftiradır." (Məcmuatur-Risail val-Məsail, s: 88-89)

İbni Teymiyyə, rahiməhullah, Ubeydilərin insanların ən kafirlərindən olduğunu bildirir. Necə bir irtidat içində olduqlarını və şəriəti necə dəyişdirdikləri bilinir. Onlardan məsum bir imamın olduğunu yalnız cahil və ya bilmədən danışan bir zındığın iddia edə biləcəyini söyləyir. Ancaq onların bir mömin olduğunu söyləyib, təkfir etməyənin kafir olduğunu söyləmədiyi kimi, dəfələrlə mütləq olaraq istifadə etdiyi "Kafiri təkfir etməyən kafir olur" qaydasını da belə bir kəs üçün tətbiq etmir. (Məcmuul-Fətava, 35/79)

Belə izah edir: "Bunların (Ubeydilərin) münafiqlərdən olduqlarına, müsəlman olaraq görünüb əslində kafir olduqlarına ümmət və bu ümmətin imamları şahidlik edirlər. Onların mömin olduqlarına şahidlik edən şəxs, deməli, bilmədiyi bir şeyə şahidlik edir." (Məcmuul-Fətava, 35/80)

Belə davam edir: "Vəziyyət belə olduqda, onların nəsəbinin və ya imanının səhih olduğuna kim şahidlik edərsə, ən azından bilmədən şahidlik etmişdir. Bu isə imamların ittifaqı ilə haramdır." (Məcmuul-Fətava, 35/81)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 22.07.2009, 02:33 | Yazı # 9
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Şeyxul-İslamın bu sözünə diqqət yetirmək lazımdır. Çünki küfrləri günümüzdəki tağutların küfrlərindən az olmayan bu Ubeydiləri təkfir etməyənləri kafir saymır. Əsla ifrat və təfritə qaçaraq bu qaydanı dinin əsası və İslamın varlığı və yoxluğunu bu qaydaya bağlayanlardan olmayın. Məni də, səni də aldanma və ayaqların axdığı yerlərdən qorumasını və sözü dinləyib ən yaxşısına tabe olanlardan etməsini Allahdan diləyirəm.

Bilmək lazımdır ki, heç də alimlərin hamısı bu qaydanı kitablarında qeyd etməyiblər. Əhəmiyyətini və təhlükəsini vurğulamaq üçün bir çox alimlər bu qaydanı kitablarında zikr ediblər. Əvvəldə də izah etdiyimiz kimi, ilk dövr əqidə kitablarında corabların məsh edilməsi ilə əlaqədar bölmələr də tapmaq mümkündür. Lakin hamının bildiyi kimi bu sırf fiqhi məsələdir və o dövrdə bu qədər sarih nəsslərin olmasına baxmayaraq bunu inkar etməkləri səbəbi ilə alimlər bunu əqidə kitablarında zikr edərək əhəmiyyətinə deyinmişlər. Küfr məsələlərində də alimlərin metodu eyni olub. Yuxarıda sübut etdiyimiz kimi, Quranın məxluq olmasını söyləyənlərin kafir olduğunu və onları kafir saymayanların da kafir olduğunu söyləyən İmam Əhməd heç də bunu söyləyənləri müəyyən bir təkfir ilə təkfir etməmişdir.

Muhamməd ibn Abdulvahhab bu qaydanı kitablarında geniş istifadə etmişdir. Lakin bunu mütləq şəkildə anlamaq lazımdır və onun digər sözlərinə də diqqət yetirmək vacibdir. Çoxları müəyyən şübhələr səbəbi ilə tağutları təkfir etməyənlərə bu qaydanı tətbiq edərək onları da təkfir edirlər. Halbuki, Şeyxin özü kafir tağutları təkfir etməyənləri heç də ümumi olaraq təkfir etməmişdir. O, buyurur:

"Bu rəhbərləri müdafiə edən, onları təkfir edənlərlə münaqişə edən və ya bu idarəçilərin etdiklərinin batil olmasına baxmayaraq onları küfrə götürmədiyini iddia edən kəslərin halı, ən aşağı ehtimal ilə fasiqlikdir. Onunla evlənilməz, şahidliyi qəbul edilməz və arxasında namaz qılınmaz." (əd-Durarus-Səniyyə, Kitabu Hukmil-Murtəd, s: 71)

Və nəhayət İbn Teymiyyənin mövzu ilə əlaqədar sözləri ilə yekunlaşdırmaq istəyirik:

"Bidət əhlinin eyiblərindən biri, bir-birilərini təkfir etməkləridir. Elm əhlinin gözəl vəsflərindən biri, bir-birilərini təkfir etmədən xətalarını göstərməkdir. Bunun səbəbi isə, küfr olmayan bir feli, birinin küfr zənn etməyinin qarşısını almaqdır. Halbuki bu fel küfr də ola bilər. Çünki özü bunun Peyğəmbəri yalanlamaq və Allahu Təalanı söymək olduğu qənaətinə varmışdır. Ancaq bir başqası bu qənaətə gəlməyə bilər. İnsanın, halını bildiyi bir nəfəri təkfir etməsi, halını bilmədiyi bir nəfəri də təkfir etməsini tələb etməz." (Minhəcus-Sunnə, 3/63)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Anar1985Tarix: Cümə axşamı, 10.03.2011, 11:48 | Yazı # 10
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Quran və sünnə dəlalət edir ki küfürdə Cəhalət üzürdür. Həmçinin böyük Alimlər İbn Teymiyyə, İbn Qeyyim, Muhamməd ibn AbdulVahhab bildiriblər ki küfürdə Cəhalət üzürdür.
 
Anar1985Tarix: Cümə, 11.03.2011, 17:07 | Yazı # 11
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Cahillik üzrdürmü?


İbn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur:
Mən müəyyən adamın təkfir (kafir deyilməsinin), təfsiq (fasiq deyilməsinin) və ya asi (günahkar deyilməsinin) edilməsinin qadağan olması fikrini dəstəkləyənlərdən biriyəm. Bunu yalnız bir halda deməyə razıyam. O vaxt ki, həmin adama açıq-aşkar hüccət qalxsın və burada heç bir şübhə qalmasın. O hüccət ki, onun qalxması bəzən adamı kafir, fasiq və asi edir (Məcmuul Fətava, cild 3, səh 229).
Ona görə də mən Allahın ərşi üzərində olmasını inkar edən Həluliyyəli Cəhmiyyə firqəsinə söz-söhbət düşərkən belə deyirdim: "Əgər mən sizin fikrinizlə razılaşsam onda mən kafir olaram. Çünki mən sizin sözünüzün küfr olmasını bilirəm. Amma mən sizə kafir kimi baxmıram çünki mənə görə siz cahilsiniz. Bu xitabım onların alimlərinə, qazilərinə, şeyxlərinə və rəhbərlərinə idi" (Ər-Rədd Aləl Bəkri: səh 96).

Burada belə bir sual ortaya çıxır:
Əgər İbn Teymiyyə (Allah ona rəhmət etsin!) cəhmilərin alimlərini təkfir etmirsə və onları cahilliklə üzürlü hesab edib onlara kafir demirsə bəs başqa bugünki cahillərə necə?!

 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:25 | Yazı # 12
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Umar qardas sizden bir sey xahis edim zehmet olmasa fetvalari arabca variantini da bura yerlesdirin

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:26 | Yazı # 13
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
men dusunurem ki kufrde cehalet uzrludur

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:26 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
cunki qanunu bilmeyen insan cezalana bilmez

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:27 | Yazı # 15
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Bundan elave butun selef alimleri kufrde cehaleti uzrlu hesab edibler

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:28 | Yazı # 16
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
mence mutazile ve xevaricler kufrde cehaleti uzrlu gormeyibler

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:29 | Yazı # 17
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Allah teale quranda buyurur ki Bu quran ona catan ucundur demeli ayeden gorunur ki bu qurandan ondan xeber tutanlar mesul olacaq

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:32 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
TOVHIDDE CEHALET, Bu üzr sayıla bilərmi?

Əhli Sünnətin İmamlarından Əbu Hənifə Əl Kufi (80-150 h/699-767 m) bu barədə məşhur “Əl Fiqhul Əkbər” risaləsində deyir:

وإذا أشكلَ على الإنْسانِ شيءٌ مِن دقائقِ علْمِ التوحيدِ , فإنه ينبغي له أن يَعتقدَ في الحالِ ما هو الصوابُ عند اللهِ تعالى إلى أن يجِدَ عالمًا فيسألُه , ولا يسَعُه تأخيرُ الطلبِ , ولا يُعذَر بالوقْفِ فيه , ويكفُر إن وقَفَ فه

"Tövhid elminin incəliklərindən bir şey insana müşkil/anlaşılmaz gələrsə, onun o anda – bir alim tapıb ondan soruşana qədər - Uca Allah qatında doğru olan nə isə elə etiqad eləməsi lazımdır.
(Cavab) tələb eləməyi təxir etməsi caiz deyil və bu məsələdə (araşdırmağa tənbəllik etdiyi üçün) susmaqla üzrlü olmaz. Əgər bu mövzuda susarsa kafir olar."

Qaynaq: Əbu Hənifə: Əl Fiqhul Əkbər:13
Heydərabad: 1342

Diqqət edərsək burada Əbu Hənifə - rahmətullahi aleyh - öyrənmək imkanına sahib olanla olmayan arasında fərq qoymuş və imkanı olduğu halda öyrənməyənin təkfirinə hökm etmişdir.
Ayrıca İmam, “Tövhid” deməmiş “Tövhid elminin incəlikləri” demişdir...
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:33 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şam alimlərindən Muhəmməd Cəməluddin Əl Qasimi (1283-1332 h/1866-1914 m) Maliki fəqihlərindən olan Alləmə Əbu Bəkr İbn Əl Arabidən (468-543 h/ 1076-1148 m) nəqlən deyir:

قال القاضي أبو بكر ابن العربيّ في " شرحه " : مراده أن يبين أن الطاعات ، كما تسمى إيماناً ، كذلك المعاصي تسمى كفراً ، لكن حيث يطلق عليها الكفر لا يراد عليه الكفر المخرج عن الملة ، فالجاهل والمخطئ من هذه الأمَّة ولو عمل من الكفر والشرك ما يكون صاحبه مشركاً أو كافراً، فإنَّه يُعذر بالجهل والخطأ حتى تتبيَّن له الحجَّة التي يكفر تاركها بياناً واضحاً، ما يلتبس على مثله، وينكر ما هو معلوم بالضرورة من دين الإسلام، مِمَّا أجمعوا عليه إجماعاً جليًّا قطعيًّا يعرفه كلٌّ من المسلمين من غير نظر وتأمًُّل
كما يأتي بيانه إن شاء الله تعالى، ولم يخالف في ذلك إلا أهل البدع

“Qadi Əbu Bəkr İbn Əl Arabi (Buxari) “Şərh”ində deyir: Onun muradı itaətlərin iman olaraq adlandırıldığı kimi, günahların küfr olaraq adlandırılmasını açıqlamaqdır. Lakin mütləq olaraq “əl küfr” zikr olunduğu zaman bununla dindən çıxaran küfr qəsd edilmir.
Bu ümmətdən cahil və xətakar olan biri sahibini kafir və ya müşrik edəcək bir küfr və şirk edərsə, şübhəsiz ki, ona “hüccət” açıqlanana qədər o cəhaləti və xətası səbəbilə üzrlüdür. Elə bir hüccət ki onu tərk edən kafir olsun. Elə bir hüccət ki, açıq şəkildə bəyan edilir və bənzəri şeylərlə qarışdırılmaz.
(Kafir olması üçün) İslam dinindən zəruri olaraq bilinən, (alimlərin) üzərində açıq və qəti icma etdikləri, bütün Müsəlmanların müzakirə və düşünmə olmadan onu bildiyi bir şeyi inkar etməsi lazımdır.
Allahın iznilə irəlidə bəyanı gələcək. Bu fikrə ancaq bidət əhli müxalifət edər.”

Qaynaq: Cəməluddin Əl Qasimi: Məhasinut Təvil: 5/1307-1308
Birinci Nəşr: 1376/1957
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:33 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Əbu Abdullah Əl Qurtubi (600-671 h/1204-1274 m) Araf – 173 ayəsinin təfsirində deyir:

ولا عذر للمقلد في التوحيد
“Muqallidin (Təqlidçinin) Tövhiddə heç bir üzrü yoxdur.”

Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 9/382
Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007
Təhqiq: Abdullah Ət Turki
 
Forum » İslam » Tövhid və Əqidə » Küfürdə cəhalət üzürlüdürmü? (Bilmədən kafir olmaq...)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru