[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Tövhid və Əqidə » Küfürdə cəhalət üzürlüdürmü? (Bilmədən kafir olmaq...)
Küfürdə cəhalət üzürlüdürmü?
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:33 | Yazı # 21
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam əş-Şəvkani - rahiməhullah - yazır:
وأمَّا المخطئُ في الأصولِ مِن المجسمةِ فلا شكَّ في تأثيمهِ وتفسيقهِ تضليلهِ واختلفَ في تكفيرهِ وللأشعريِّ قولان :
قالَ إمامُ الحرمينِ وابنُ القشيريِّ وغيرُهما : وأظهرُ مذهبيهِ تركُ التكفيرِ وهو اختيارُ القاضي في كتابِ "إكفار المتأولين" وقالَ ابنُ عبد السلامِ رجع الإمام الأشعريُّ عندَ موتهِ عن تكفيرِ أهلِ القِبلةِ لأنَّ الجهلَ بالصفاتِ ليس جهلاً بالموصوفاتِ .
قالَ الزركشيُّ : وكان الإمامُ أبو سهلٍ الصعلوكيُّ لا يكفِّرُ, فقيلَ له : ألاَ تُكفِّرُ مَن يُكفِّرُك, فعادَ إلى القولِ بالتكفيرِ, وهذا مذهبُ المعتزلةِ , فهم يكفِّرونَ خصومَهم, ويكفرُ كلُّ فريقٍ منهم الآخرَ وقد حكى إمامُ الحرمينِ عن معظمِ أصحابِ الشافعيِّ تركَ التكفيرِ , وقالوا : إنَّمَا يُكفُّرُ مَن جهلَ وجودَ الربِّ أو علمَ وجودُهَ , ولكن فعلَ فعلاً , أو قالَ قولاً أجمعت الأمةُ على أنَّهُ لا يصدرُ ذلك إلاَّ عن كافرٍ انتهى

“Lakin mücəssimələrin üsulda etdikləri xətaya gəldikdə isə, onların günahkar, fasiq və sapıq sayılmaqlarında heç bir şəkk yoxdur. Lakin onların təkfirində ixtilaf etdilər. əl-Əşarinin iki görüşü vardır:
İmam əl-Harameyn, İbn əl-Quşeyri və digərləri dedilər: “Onun (yəni, əl-Əşarinin) məzhəbindəki ən zahir görüşə görə təkfir etməmək lazımdır və bu, əl-Qadinin (Əbu Bəkr əl-Baqiləni) “İkfər əl-Mutəəvvilin” kitabında üstünlük verdiyi görüş budur.
İbn Abdissələm dedi: “İmam əl-Əşari ölüm anında qiblə əhlini təkfir etməkdən dönmüşdür, çünki sifətlər barəsində cahil olmaq məvsuf (sifətlərin sahibi) barədə cahil olmaq demək deyildir.”
əz-Zərkaşi dedi: “əl-İmam Əbu Səhl əs-Səaluki təkfir etməzdi, lakin ona dedilər: “Səni təkfir edənləri təkfir etmirsən?!” və bundan sonra təkfir etmək görüşünü qəbul etdi. Bu, mötəzilənin məzhəbidir; onlar rəqiblərini təkfir edirlər və onlardan hər bir firqə digərini təkfir edir.
İmam əl-Harameyn, əş-Şafinin əshabının böyük çoxunluğundan təkfir etməmək görüşünü rəvayət etmişdir və onlar deyirlər: “Rəbbin olmasından və ya Onun vücudu barədə elmdən cahil olan təkfir olunar, lakin bir fel işlərsə və ya bir söz söylərsə, ümmət icma etmişdir ki, belə bir şey yalnız kafirdən sadir olar.”

“İrşəd əl-Fuhul ilə Tahqiq əl-Haqqi min İlm əl-Usul”, 2/1064-1065
Dar əl-Fəzilə, Riyad, 1421 (2000), birinci nəşr

Diqqət etmək lazımdır ki, İmam əş-Şəvkani bunu müctəhidləri xətaları haqqındakı mövzuda qeyd etmişdir. Bu isə məsələdə muqallidlərin daha çox üzrə sahib olduqlarına dəlalət edir.
Digər tərəfdən tövhiddə hər bir məsələnin bu yöndən eyni çərçivədə olmadığını anlamış oluruq. Allahın sifətləri sözsüz ki, tövhiddir, lakin imamlarımız sifətlərdən cahil olanları buna görə təkfir etməyiblər və doğru olan, məşhur olan görüş də budur.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:34 | Yazı # 22
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yəmənli alim İmam Muhamməd ibn İsmayıl əl-Amir əs-Sənani - rahiməhullah - (doğ. hic. 1099 - öl. mil. 1182) deyir:
فإن قلتَ: أيصير هؤلاء الذين يعتقدون في القبور والأولياء والفسقة والخلعاء مشركين كالذين يعتقدون في الأصنام؟ قلت نعم، وقد حصل منهم ما حصل من أولئك وساووهم في ذلك، بل زادوا في الاعتقاد والانقياد والاستعباد فلا فرق بينهم.
فإن قلت هؤلاء القبوريون يقولون: نحن لا نشرك بالله تعالى ولا نجعل له ندا والالتجاء إلى الأولياء والاعتقاد فيهم ليس شركا!
قلتُ: نعم (يقولون بأفواههم ما ليس في قلوبهم) لكن هذا جهل منهم بمعنى الشرك، فإن تعظيمهم الأولياء ونحرهم النحائر لهم شرك والله تعالى يقول (فصل لربك وانحر) أي: لا لغيره، كما يفيده تقديم الظرف. ويقول الله تعالى (,ان المساجد لله فلا تدعوا مع الله أحدا) وقد عرفت بما قدمناه قريبا أنه صلى الله عليه وسلم قد سمى الرياء شركا، فكيف بما ذكرناه؟!
فهذه الذي يفعلونه لأوليائهم هو عين ما فعله المشركون وصاروا به مشركين، ولا ينفعهم قولهم: نحن لا نشرك بالله شيئا، لأن فعلهم أكذبَ قولهم.
فإن قلتَ: هم جاهلون أنهم مشركون بما يفعلونه. قلتُ: قد صرح الفقهاء في كتب الفقه في باب الردة أن من تكلم بكلمة الكفر يكفر، وإن لم يقصد معناها*، وهذا دال على أنهم لم يعرفوا حقيقة الإسلام ولا ماهية التوحيد، فصاروا حينئذ كفارا كفرا أصليا. فالله تعالى فرض على عباده إفراده بالعبادة (أن لا تعبدوا إلا الله) وإخلاصها له (وما أمروا إلا لعبدوا الله مخلصين له الدين) ومن نادى الله ليلا ونهارا وسرا وجهارا وخوفا وطمعا ثم نادى معه غيره فقد أشرك في العبادة. فإن الدعاء من العبادة، وقد سماه الله تعالى عبادة في قوله تعالى (إن الذين يستكبرون عن عبادتي سيدخلون جهنم داخرين) بعد قوله (ادعوني أستجب لكم).
فإن قلت: فإذا كانوا مشركين وجب جهادهم والسلوك فيهم ما سلك رسول الله صلى الله عليه وسلم في المشركين. قلتُ: إلى هذا ذهب طائفة من أهل العلم، فقالوا: يجب أولا دعاؤهم إلى التوحيد

"Əgər soruşsan: Qəbirlərə, övliyalara, fasiqlərə, əxlaqsızlara bu etiqad edən kəslər bütlərə etiqad edənlər kimi müşrik sayılırmı? Deyirəm: bəli! Onlardan hasil olanlar bunlardan da hasil olmuşdur və onlar bunda eynidirlər, hətta etiqadlarında, inqiyadlarında və ibadətlərində daha da irəli gediblər. Onlar arasında heç bir fərq yoxdur.
Əgər desən ki, bu qəbir əhli belə deyir: Biz Allahu Təaləyə şərik qoşmuruq, Onun bənzərinin olduğunu da demirik və övliyalara sığınmaq və onlara etiqad etmək şirk deyildir.
Deyirəm: Bəli! "...ürəklərində olmayan şeyi dillərilə deyirlər." (Ali İmran, 167) Lakin bu, onların şirkin mənasından cahil olmaqlarıdır, çünki övliyalara təzim etməkləri və onlar üçün qurban kəsməkləri şirkdir. Allahu Təalə deyir: " Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kəvsər, 2) yəni, başqası üçün kəsmə! Zərfin daha əvvəl gəlməsi bunu bildirir. Allahu Təalə deyir: "Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cin, 18) Bir az əvvəl təqdim etdiklərimizdən öyrəndin ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - riyanı şirk adlandırmışdır, bəs o zaman bizim bu zikr etdiklərimiz necə?!
Onların övlayaları üçün bu etdikləri müşriklərin etdiklərinin eynisidir və bu üzdən onlar da müşrik olublar. Onların "Biz Allaha heç bir şeyi şərik qoşmuruq" deməkləri onlara fayda verməz, çünki onların əməlləri sözlərini yalanlayır.
Əgər desən ki, onlar o etdiklərinə görə müşrik olmaqlarından cahildirlər. O zaman belə cavab verərəm: Fəqihlər fiqh kitablarında riddət babında açıq-aşkar bildiriblər ki, bir kəs mənasını qəsd etməsə belə, bir küfr söz söyləyərsə kafir olar. Bu, dəlalət edir ki, onlar İslamın həqiqətini və tövhidin mahiyətini bilmirlər. Buna görə də onlar əsli-küfr ilə kafir olurlar. Allahu Təalə qullarına ibadətlərində Onu təkləməyi fərz buyurmuşdur: " Allahdan başqasına ibadət etməyin!" (Hud, 26) və Ona ixlaslı olmağı fərz buyurmuşdur: "Halbuki onlara, dini məhz Allaha məxsus edərək ibadət etmək əmr olunmuşdu." (əl-Beyyinə, 5) Kim gecə və gündüz, gizlidə və açıqda, qorxu və ya ümid ilə Allahı çağırarsa, sonra onunla birlikdə bir başqasını da çağırarsa, ibadətdə şirk etmişdir. Çünki dua ibadətdəndir. Allahu Təalə bunu bu sözündə ibadət adlandırmışdır: Allah "“Mənə dua edin, Mən də sizə cavab verim." dedikdən sonra buyurur: "Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir, 60)
Əgər desən ki, onlar müşrik olduqları üçün onlarla cihad etmək və peyğəmbərin - salləllahu aleyhi va səlləm - müşriklərlə metodunu tətbiq etmək vacibdir. Deyirəm: Elm əhlindən bir qrup bu görüşü qəbul etmişdir və deyiblər: Onları hər şeydən əvvəl tövhidə dəvət etmək vacibdir..."
"Təthir əl-İtiqad an Ədran əl-İlhad", səh: 22
Muəssəsə ən-Nur, Riyad

İmam əs-Sənani'nin "bir kəs mənasını qəsd etməsə belə, bir küfr söz söyləyərsə kafir olar." sözü mübahisəlidir. Çünki bildiyimiz qədəri ilə bir insan sözün küfr olan mənasını qəsd etməzsə kafir olmaz. Lakin fiqh alimləri deyirlər ki, elədiyi əməlin küfr olduğunu bilməsə belə kafir olar. Məncə İmam əs-Sənani burada bunu qəsd edir. Doğrusunu Allah bilir!
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:34 | Yazı # 23
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Əhməd bin Abdil Halim İbn Teymiyyə (661-728 h/ 1263-1328 m) şirkdə cəhalətin üzr olması haqda deyir:

ونحن نعلم بالضرورة , أن النبي صلى الله عليه وسلم لم يشرع لأحد , أن يدعو أحداً من الأموات , لا الأنبياء , ولا الصالحين , ولا غيرهم؛ ولا بلفظ الاستغاثة ولا بغيرها , كما أنه لم يشرع لأمته: السجود لميت , ولا إلي ميت , ونحو ذلك؛ بل نعلم: أنه نهى عن هذه الأمور كلها , وأن ذلك من الشرك , الذي حرمه الله , ورسوله صلى الله عليه وسلم ولكن: لغلبة الجهل ,وقلة العلم بآثار الرسالة , في كثير من المتأخرين , لم يكن تكفيرهم بذلك حتى يتبين لهم ما جاء به الرسول صلى الله عليه و سلم مما يخالفه

“Biz zəruri olaraq bilirik ki, Nəbi – sallallahu aleyhi və səlləm – heç kimsə üçün, nə “istiğasə” ləfzlərilə nə də başqa ləfzlərlə ölülərdən, Nəbilərdən, salehlərdən və digərlərindən bir kimsəyə, dua etməyi əmr etməmişdir.
Necəki o ümmətinə, ölüyə və ölüyə doğru səcdə eləməyi və bənzəri şeyləri əmr etməmişdir.
Əksinə, biz bilirik ki, o bütün bu işləri qadağan etmişdir, bunlar Allahın və Onun Rəsulunun – sallallahu aleyhi və səlləm – haram etdiyi şirk əməllərdəndir.
Lakin, son dönəm insanlarının çoxunda cəhalətin yayğın olması və Risalətin dəlilləri haqda elmin azlığı səbəbilə, müxalif olduqları şeylərdə Rəsulullahın - sallalahu aleyhi və səlləm - gətirdiyi şeylər onlara aydın olana qədər təkfir olunmazlar.”

Qaynaq: Əhməd İbn Teymiyyə: Ər Rədd aləl Bəkri: 326
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:35 | Yazı # 24
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Əhməd bin Abdil Halim İbn Teymiyyə (661-728 h/ 1263-1328 m) Aişə anamızdan rəvayət edilən məşhur hədisdən belə bir nəticə çıxarmışdır:

فهذه عائشةُ أمُّ المؤمنين : سألتْ النبيَّ - صلى الله عليه وسلم - هل يعلَم اللهُ كلَّ ما يكتُم الناسُ ؟ فقال لها النبيُّ صلى الله عليه وسلم : " نعم ", وهذا يدلُّ على أنها لم تكنْ تعلَم ذلك, ولم تكنْ قبل معرفتها بأنَّ اللهَ عالمٌ بكلِّ شيءٍ يكتُمه الناسُ كافرةً, وإن كان الإقرارُ بذلك بعد قيامِ الحجةِ من أصولِ الإيمان, وإنكارُ علْمه بكلِّ شيءٍ كإنكارِ قدْرته على كلِّ شيءٍ هذا مع أنها كانتْ ممن يستحقُّ اللوْمَّ على الذنبِ, ولهذا لهَزها النبيُّ صلى الله عليه وسلم وقال : أتَخافِين أن يَحِيفَ اللهُ عليكِ ورسولُه ؟

“Aişə - Möminlərin anası Nəbidən – sallallahu aleyhi və səlləm – soruşdu: “Allah insanların gizlədiyi hər şeyi bilirmi?”. Nəbi ona dediki, bəli.
Bu dəlalət edir ki, Aişə anamız bunu (Allahın hər şeyi bildiyini) bilmirdi və baxmayaraq ki hüccət iqaməsindən sonra bu imanın əslindəndir (dolayısıyla inkarı küfrdür), Allahın insanların gizlədiyi hər şeyi bildiyini anlamadan öncə Aişə anamız kafir deyildi.
Allahın hər şeyi bildiyini inkar etmək onun hər şeyə qadir olduğunu inkar etmək kimidir (məşhur kül hədisinə işarə edir). Bununla yanaşı Aişə anamız günaha qarşılıq (ikiqat) qınanmağı müstəhaq kimsələrdən idi (Əl Əhzab: 30 ayəsinə işarə edir.)
Bu səbəblə Nəbi – sallallahu aleyhi və səlləm – onu itələdi və dedi: Sən Allah və Onun Rəsulunun sənə haqsızlıq edəcəyindənmi qorxursan?”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmu Fətava: 11/412-413
Mədinə: 1425/2004

İbn Teymiyyənin sözləri üzərinə bəzi qeydlər edilməsi yerinə düşərdi:
1. Bizlər, digər alimlərin görüşünü qəbul edərək Aişə anamızın bu mövzuda cahil olmadığını qəbul edirik. Bu nöqtədə İbn Teymiyyənin görüşünə müxalif düşünürük.
2. Bu yazıda ikinci nöqtə isə belə mövzularda cəhalətin üzr sayılması məsələsidir. İbn Teymiyyənin sözləri bu mövzuda açıq və aydındır. Lakin, günümüzdə özünü İbn Teymiyyənin davamçıları olaraq təqdim edən bəzi firqələr görürük ki, özləri cəhaləti üzr saymamaqla bərabər İbn Teymiyyənin də belə düşündüyünü iddia edir, hətta müxalif düşüncə sahiblərini təkfir edirlər. Şeyxin bu sözlərini inkar etmə şəkilləri isə çox qəribədir.
A ) Şeyxin şərhi digər alimlərin şərhinə müxalifdir.
Bəli! Şeyxin şərhi digərlərinə müxalifdir. Lakin, sizlər bu fikrin küfr olduğunu iddia edirsiniz və fikrin sahibi öndərinin olaraq zən etdiyiniz kimsədir! Digər alimlərə müxalif olmasının məsələdə sizin xeyrinizə olan bir yanı yoxdur. Əksinə digər alimlərin onu bu fikri səbəbilə təkfir etməməsi sizin əleyhinizədir. Çünki, digər alimlər bu cür düşüncəni küfr hesab etsəydilər bunu qeyd edərdilər. Xüsusilə İbn Teymiyyə kimi düşməni bol bir adamın “küfr” olacaq xətası gözdən qaçmazdı.
B ) Bu məsələ tövhidlə əlaqəli deyildir və bu səbəblə bunun tövhiddə cəhalətlə əlaqəsi yoxdur.
Xeyr! Əksinə bu sizin tövhiddən cahil olduğunuzu göstərir. Çünki, Uca Allahın qəlblərdəkini bilmədiyini iddia etmək Ona nöqsan izafə etməkdir. Bu isə Onu məxluqata bərabər tutmaq və şirkdir. Ayrıca siz sadəcə tövhiddə deyil mütləq mənada dinin əsaslarında heç bir cəhaləti qəbul etmirsiniz. Bu məsələ şəksiz ki, dinin əsaslarındandır.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:35 | Yazı # 25
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) "Əl Fiqhul Əkbər" adlı əsərə yazdığı şərhdə İmam Əbu Hənifənin yuxarıda təqdim olunmuş sözlərini belə açıqlayır:

وإذا أشكلَ ) أي الْتبَسَ ( على الإنْسانِ ) أي مِن أهْلِ الإيمانِ ( شئٌ مِن دقائقِ علْمِ التوحيدِ ) أي ولم يتحقَّقْ عنده حقائقُ مقامِ التفريدِ ومرامِ التمجيدِ ( فينبغي له ) أي يجِب عليه ( أن يَعتقدَ في الحالِ ما هو الصوابُ عند اللهِ تعالى ) أي بطريقِ الإجماليِّ ( إلى أن يجِدَ عالمًا ) أي عارفًا بحقيقةِ الأحوالِ ( فيسألُه ) أي لِيعلَمَ العلْمَ التفصيليَّ على وجْهِ الكمالِ ( ولا يسَعُه تأخيرُ الطلبِ ) أي عند تردُّدِه في صفةٍ مِن صفاتِ الجلالِ أو نُعوتِ الجمالِ ( ولا يُعذَر بالوقْفِ فيه ) أي بتوقُّفِه في معرفةِ هذه الأحوالِ , وعدمِ تفحُّصِه بالسؤال ( ويكفُر ) أي في الحالِ ( إن وقَفَ ) أي بأنْ توقَّف على بيانِ الأمرِ في الاستقبالِ , لأنَّ التوقُّفَ مُوجِب للشكِّ , وهو فيما يُفترض اعتقادُه كالإنكارِ , ولذا أبطَلوا قولَ الثَّلْجِيِّ مِن أصحابِنا حيث قال : أقولُ بالمتفَق , وهو أنه كلامُه تعالى , ولا أقولُ مخلوقٌ أو قديمٌ .
هذا ؛ والمرادُ بدقائقِ علْمِ التوحيدِ أشياءُ يكونُ الشكُّ والشبْهةُ فيها مُنافيُا للإيمانِ , ومُناقضًا للإيقانِ بذاتِ اللهِ تعالى وصفتِه , ومعرفةِ كيفيةِ المؤمَنِ به بأحوالِ آخرتِه

"(Müşkil/anlaşılmaz gələrsə): yəni qaranlıq/qarışıq gələrsə... (İnsana): yəni iman əhlindən olan bir insana... (Tövhid elminin incəliklərindən bir şey): yəni o adam üçün təfrid/birləmə məqamının və təmcid/ucaltma məramının həqiqəti ortaya çıxmazsa...(lazımdır): yəni ona vacibdir ki...(o anda Uca Allah qatında doğru olan nə isə elə etiqad eləsin): yəni icmali şəkildə…(bir alim tapıb): yəni bu məsələlərin həqiqətini bilən...(soruşsun): yəni kamil bir şəkildə təfsili elmi öyrənməsi üçün...((cavab) tələb eləməyi təxir etməsi qəbuledilməzdir): yəni Cəlal sifətlərindən bir sifətdə və ya Camal natlarından/xüsusiyyətlərindən bir natda tərəddüd etdiyi zaman... (bu məsələdə (araşdırmağa tənbəllik etdiyi üçün) susmaqla üzrlü olmaz): yəni bu məsələləri öyrənməkdə qərarsız qalmaqla və soruşub araşdırmaması səbəbilə...(kafir olar): yəni hal hazırda...(susarsa) gələcəkdə işin aydınlaşdırılmasında qərarsız qalmaq surətilə. Çünki, qərarsızlıqdan şəkk doğar. Etiqad edilməsi fərz olan şeylərdə qərarsızlıq isə bu inkar kimidir.
Bu səbəblədir ki, alimlər əshabımızdan (Hənəfilərdən Əbu Şuca Əbu Abdillah) Əl Səlcinin "mən üzərində ittifaq olanı deyirəm: Quran Uca Allahın kəlamıdır. Quranın məxluq və ya qədim olduğunu söyləmirəm" sözünü batil saymışlar.
Tövhid elminin incəliklərindən qəsd edilən o şeylərdir ki, onlarda şəkk və şübhə etmək imanı nəfy edici, Uca Allahın zat və sifətlərinə yəqinliyə və axirət hallarından iman edilməsi gərəkli olan şeylərin necəliyinin bilinməsinə ziddir."

Qaynaq: Mulla Əli Əl Qari: Şərhu Kitəbil Fiqhil Əkbər: 188-189
Beyrut: Darul Kutubil İlmiyyə: 1426/2007

Qaynaq: Mulla Əli Əl Qari: Minahur Ravdil Əzhər Şərhu Fiqhil Əkbər: 319-320
Darul Bəşairil İslamiyyə: 1419/1998
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:35 | Yazı # 26
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əş-Şeyx Burhanuddin İbrahim bin Həsən əl-Ləqani əl-Malikinin (vəfatı 1041 h.) əhli sünnət əqidəsində yazdığı "Cövhərtu-t-Tövhid" nəzminə şərh verən İmam İbrahim bin Muhəmməd bin Əhməd əl-Bəcuri əş-Şafi (1198-1277 H.) bu şərhində buyurur:

قوله : (محتّم), أي حتمه الشارع و أوجبه و لم يرخص في تركه, لقوله تعالى "فاعلم أنه لا إله إلا الله" فيجب على كل مكلف من ذكر و أنثى وجوبا عينيا معرفة كل عقيدة بدليل و لو إجماليا, و أما معرفتها بالدليل التفصيلي ففرض كفاية فيجب على أهل كل قطر أو ناحية
يشق الوصول منها إلى غيرها أن يكون فيهم من يعرفها بالدليل التفصيلي لأنه ربما طرأت شبهة فيدفعها
(Şeyx Burhanuddin əl-Ləqaninin) "Gərəklidir" sözünə gəlincə. Yəni, Allahu təalanın "Bil ki Allahdan başqa ilah yoxdur" sözü gərəyi, şəriət sahibi (Allah) onu (əqidə elmini) gərəkli və vəcib etmişdir. Onun tərki üçün heç kəsə rüxsət verməmişdir. Kişi və qadın hər bir mükəlləfə əqidənin bütününü icmali də olsa dəlillə bilmək vacibu-l-aynidir. Lakin onu təfsili dəlillə bilmək fərzu kifayədir. Özündən başqa bir yerə gedilməsi çətin olan hər bölgə, hər tərəfdə onu (əqidə elmini) təfsili dəlillə biləcək birisinin olması vacibdir. Çünki ola bilərki şübhə atılsın, o da (belə olduqda) onu (şübhəni) dəf edər.

Qaynaq: İmam əl-Bəcuri, Tuhfatu-l-Murid şərhu Cövhəratu-t-Tövhid
Nəşr evi: Daru-l-Kutubi-l-İlmiyyə, Beyrut
Nəşr ili:2011, beşinci nəşr.
 
Forum » İslam » Tövhid və Əqidə » Küfürdə cəhalət üzürlüdürmü? (Bilmədən kafir olmaq...)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru