[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Sual-cavab » Haqqı axtaran (Haqqı axtaran)
Haqqı axtaran
SelefTarix: Bazar, 11.01.2009, 03:47 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Bismillah


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Jafar_ibn_Abu_TalibTarix: Bazar, 11.01.2009, 15:07 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum va Rahmatullah !
Zeynalabidin qardash buyur Bismilleh ve bashqa Shiyeler kim isteyir fikir mubadilesi etmek buyursun !
[size=10]


Allah Kerimdir
 
ZZVTarix: Bazar ertəsi, 12.01.2009, 16:03 | Yazı # 3
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum. Fərid qardaşım, bu saytdakı forum mövzuları ilə tanış olmuşam və deyərdim ki, forumda olan mövzularla bağlı verilən postların əksər hissəsi konkret dəlillərlə əsaslandırılmış və mənbələrə istinad edən dəyərli informasiya daşıyır. Həmin mövzuları oxuyan insanlar islam haqqında xeyli faydalı məlumat əldə edə bilər.
Buna görə də, Mən istəmirəm ki, bu mövzularla yanaşı qalmaqal ovqatlı mövzu müzakirəyə çıxarılsın.

Bu saytın administrasiyası, bütün istifadəçilərə saytda yerləşdirilən bütün məqalələrə şərh vermək hüququ vermişdir. Mən də bu hüquqdan istifadə edərək, sənin məqalədə istifadə etdiyin “şiə yuvası” ifadəsi ilə bağlı öz fikrimi bildirdim dedim ki, insanlar, xüsusilə də müsəlmanlar toplusu haqqında bu cür ifadələr işlətmək uyğun deyil.
Və bir də qeyd etdim ki, bütün müsəlmanlar bir-birinə qardaş olmalıdır.
Məgər düz demirəm?????? Bu fikirlə sən razılaşa da bilərsən, razılaşmaya da. Bu sənin hüququndur.

Bunun qarşılığında sən yazdın ki, “......burda Zeynalabidinin yazdigina gore men kimese Shiye demekle ele bil onu tehqir edirem ....... ”.
Mən deməmişdim ki, sən kimə isə Şiə deyəndə onu təhqir edirsən. Mənim tənqidim “.......Şiə yuvası.........” ifadəsinə qarşı idi. Mən səni inandırıram ki, dinindən, əqidəsindən və təriqətindən asılı olmayaraq mən heç vaxt izin vermirəm ki, kimsə olduğum yerdə kiməsə müraciətdə və ya onun arxasınca təhqiramiz ifadələrə yol versin. Belə bir ifadə sələflər və ya bütövlükdə əhli sünnə haqqında da səsləndirilsə idi, mənim reaksiya eyni olacaq idi. Amma əfsuslar olsun ki, mənim şərhim sənin tərəfindən diqqətlə oxunmadığı üçün qeyri-adekvat qarşılandı. Sən mənə cavab yazdın ki, “........Shiyeler Ehli sunneye Veleddizina deyir , zinadan emele gelen deyir men nece siza qardash deyim ?.....”. Mən buna cavab olaraq dedim ki, mən belə bir şey eşitməmişəm. Bundan əlavə, belə düşünmürəm.

Bu tipli fikir mübadiləsi forum mövzusu deyil, ən azından ona görə ki, bu yazıları oxuyanlar buradan islam haqqında heç bir bilik əldə edə bilməzlər.

Yenə də, mən istəyirdim ki, fikir mübadiləsini e-mail vasitəsilə səninlə ikimiz aparaq. Çünki, mən nə ilahiyyatçı, nə də dinşünasam ki, forumda islam dini elmi ilə bağlı hansısa fikirlər səsləndirim.
Amma bir halda ki sən fikir mübadiləsini məhz bu forumda aparmaq istəyirsən, bəzi fikirlərimi ifadə edəcəyəm.

Məni təəccübləndirən odur ki, mən dəfələrlə bildirirəm ki, mən heç bir təriqətə aid deyiləm, mən müsəlmanam, sən isə israrla mənə hansısa təriqətin nümayəndəsi kimi xitab edirsən. “.....Sizin alimləriniz.....”, “......Sizin bu Alimler....”, “...........və başqa Şiələr.......” və s.

Sonuncu postun da məni təccübləndirdi.

1. Mənə sual verirsən ki, “....Qardash sen Namazi kimin kitablarindan oyrenmisen ?....”.
Sual verirsən, amma məndən cavab gəlməmiş, özün də yerimə cavab verirsən.

2. «…………Sen namazi oyrenen Kitabin muellifin arashdirsan gedib Shiye Alimine cixir......”.
Məgər mənə sənə dedim ki, mən namazı hansı kitabdan öyrənmişəm sən də onun müəllifi haqqında nəticə çıxarıb bildirdin ki, gedib çıxır Şiə aliminə???????

3. “........amma en azindan Alimin sozune arashdirmadan inanib onun qildigi kimi namaz qilmagi teblig etmekle Mehsuliyyet dashiyirsiz.......”.
Mənim namazı hansı kitabdan öyrəndiyimi bilməyərək, həmin kitabın məhz hansı alimin fikirlərinə əsaslandığını bilməyərək, mənim həmin fikirləri araşdırıb-araşdırmadığımı bilmədən məni “məsuliyyət daşımaqda” ittiham edirsən. Hansı əsasla?

4. “.........Shiye Alimi de deyirki kim ki Ali ® nun birinci Xelife olmagini ...............qebul etmirse o Veleddizinadi .........”.

Hansı şiə alimi? Bu alimin adı var????????

Mənim qardaşım, bu alim əgər belə düşünürsə, bu onun fikridir. Şəxsən mənim bu məsələ ilə bağlı öz fikrim var. Mənim fikrim belədir ki, əgər Rəşidi xəlifələrin 4-cüsü imam Əli, 1-ci xəlifə Əbu Bəkr, 2-ci xəlifə Ömər ibn Xattab və 3-cü xəlifə Osmanın hakimiyyətinə qarşı etiraz etmiş olsaydı, öz dövründə imam Əli bunu edərdi. Əgər o bunu etməyibsə, demək lazım bilməyib. Bundan da əlavə, 4-cü xəlifə imam Əli özündən qabaq olan hər 3 xəlifə dövründə Şeyx-ül-İslam olmuşdur. Xəlifələr ərəb xilafətinin siyasi hakimiyyətinin başçıları olmuşdularsa da, “Şeyx-ül-İslam” xilafətin Dini Rəhbəri idi. Bir daha qeyd etmək istəyirəm ki, əgər imam Əli lazım bilsəydi, siyasi hakimiyyəti ələ keçirmək üçün mübarizə aparardı, bunun üçün bütün imkanları da var idi. O bunu etməyibsə, indi tarixin dərinliklərində qalan mövzunu təhlil etmək islama xidmət etmir. Hər bir halda, 4-cü xəlifə seçilənədək İmam Əli bütün ərəb xilafətinin Dini Rəhbəri olmuşdur.
Bundan əlavə, bütün Rəşidi xəlifələr islamın bərqərar olması uğrunda mübarizə aparan və Peyğəmbərimizin (s.ə.s.) yanında olmuş şəxslər olublar. İndi kimisə qəbul edib, kimisə qəbul etməmək və ya hərəkətlərinin düzgünlüyünə qiymət vermək uğursuz bir cəhddir.

5. “........sizin bu Alimler imam Huseyinden komek isteyir..............”
.
Sizin, yəni kimin????????? Hansı alimlər.???????????

Yenə də, bu alimin öz işidir.
Mənim bu haqda öz fikrim var. İmam Hüseyn həyatda olarkən, köməyi kimdən istəmişdir? Bu suala cavab mənim mövqeyimdir. Amma imam Hüseyn islam tarixində qəhrəmanlıq salnaməsi yaradan və islam uğrunda şəhid olan görkəmli bir şəxsiyyət, həmçinin Peyğəmbərimizin (s.ə.s.) nəvəsi olduğunu yaddan çıxarmaq olmaz.

Fərid qardaşım, mən istəmirəm ki, sən mənim sözlərimi qınaq və ya səni haqsız çıxarmaq cəhdi kimi qəbul edəsən. Əsla. Amma, sən fikirlərini zənn əsasında qurursan. Ona görə ki, mənim yazdıqlarımda heç bir yerdə mənim nə hansı qaydada namaz qılmağım haqqında, nə təriqətim, nə də ki kimə ustünlük verməyim haqqında işarələr olmadığı halda, sən ehtimallara əsaslanaraq, hansısa nəticələr çıxarmısan.
(“....................... zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!” Yunus surəsi, 10-cu ayə).

Sənin məqaləndən bir çıxarışı da əlavə etmək istəyirəm.

“.......bu Selef qardash meni devet edirdi uje hardasa 1 ilden cox idiki meni devet edirdi men uje bu Selef qardash haqqinda zenn edirdim deyirdim deyesen bu Pull alir chunki inanmirdim bu 1 il erzinde bu insan bezmedi devetden ? kim olsa idi 1 ay 2 ay 3 ay sonra deyerdi ozun bilersen amma bu qardash sebirnen meni devet edirdi deyirdim men bunun neyiyem axi meni bele devet edir ? .........”.

Yuxarıdakı yazdıqlarından da görünür ki, səni dəvət edən qardaş Sənə qarşı səbr və təmkin nümayiş etdirmişdir.

Fərid qardaşım, Sən özünü “Şiə” adlandırdığın zamanlar, qardaş səni dəvət edəndə Sənə necə xitab edirdi “Ey Şiyə” yoxsa “Qardaş”??????????

(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! Ən-nəhl surəsi, 125-ci ayə).

(“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (Əl-Hucurat surəsi, 11-ci ayə).

Bu saytın bir çox saytlardan fərqi onun sanballılığındadır.

Mənim səninlə fikir mübadiləsi aparmaq istəyimin səbəblərindən də biri, sənin mənim fikirlərimi düzgün başa düşməməyin və ya mənim öz fikirlərimi sənə düzgün çatdıra bilməməyimlə əlaqədardır.

Ümid edirəm ki, bu cür geniş şərhdən sonra anlaşılmayan məqam qalmayacaq, inşallah.

Allah hamımızın imanını güclü etsin, hamımıza səbr və təmkin bəxş etsin.

SALAM ALEYKUM

 
UmarTarix: Bazar ertəsi, 12.01.2009, 16:22 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. ZZV, anladığım qədəri sözü gedən Zeynalabidin sənsən. Foruma xoş gəlmisən.

Yazını oxudum və qeyd edim ki, səninlə tam razıyam. Bir çoxları dəvətin şərtlərini bilmədən. dəvətçinin şərtlərini öyrənmədən dəvət edir.
Əlbəttə bunu Allahın rizasını qazanmaq üçün edir. Ancaq unudurlar ki, bir əməlin məqbul olması üçün bu əməlin Quran və sünnətə müvafiq olması şərtdir.
Ümid edirəm Allah bizi bir-birimizə faydalı edər. Unutmayaq ki, İslamda elm, söz və əməldən öncədir.

Vəs-Sələmu aleykum va rahmətullah.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Jafar_ibn_Abu_TalibTarix: Bazar ertəsi, 12.01.2009, 21:18 | Yazı # 5
Qrup: Etibarlı
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Aleykum Salam va Rahmatullah , Zaynalabidin qardash Sen Shiye deyilsen Shiye Alimlerinden de yeterli qeder melumatin yoxdu , sen inshaAllah Muselman qardashimsan , seninle mubahiseye ehtiyac yoxdu Haqqini Halal et qardash ! birde deyimki qardash soz sehflerim ola biler ,Shiye yuvasi sozunu Boyudub agartmaga ehtiyac yoxdu inshaAllah , men Ali Mektebi qurtarmamisham Orta mektebi qurtarmisham , Mesumda deyilem , Xeta ve Sehfler ede bilen bir insanam , menim yazdigim meqalede menim Soz sehfimi >Shiye yuvasi< sozunu tapib niyyetimi bilmeden, camaat arasinda sehfimi dediyin uchunde Allah razi olsun! Salam aleykum va Rahmatullah !

Allah Kerimdir
 
ZZVTarix: Çərşənbə axşamı, 13.01.2009, 10:56 | Yazı # 6
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum.

Fərid qardaşım, mən əsla kiminsə səhvini camaat arasında demək niyyətində deyildim. Səninlə də ki, mübahisə etmirəm, sadəcə olaraq öz fikirlərimi bölüşürəm. Məqaləni oxuyanda orada konkret bir şəxs haqqında bəhs olunmadığı üçün, mən fikrimi birbaşa şəxsə deyil, bütün müsəlman qardaşlarımıza ünvanladım. Amma sonradan söhbət konkretləşdikdə, e-mailini xahiş etdim ki, fikirlərimizi bir-birimizə ayrılıqda bildirək.
Ünsiyyət zamanı fikir ayrılığı ola bilər, lakin hər birimiz öz arqumentlərimizi ən gözəl tərzdə bildirməliyik ki, bizi qarşı tərəf eşitsin. Fikir mübadiləsini də konkret məsələ ətrafında aparmaq lazımdır. Kiminsə haqqında nəticə çıxarmaqdan öncə, onu dinləmək lazımdır.

İcazə verirsənsə, «SAD» surəsindən bir neçə ayəni nəzərə çatdırım:

21
(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? ...................................
22
Onlar Davudun yanına gəldikdə .............dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”
23
(Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.
24
(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
25
Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. ...................................

Mən səhv eləmirəmsə elə bu saytda müvəqqəti nigah, yəni “Siyğə” ilə bağlı çox maraqlı bir məqalə ilə tanış olmuşam. Orada konkret misallarla göstərilir ki, bu məsələdə “Şiə” alimlərinin fikri “haçalanır”. Bir qismi bunun mümkün olduğunu yazır, digər qismi isə bununla razılaşmır. Eləcə də, “Sələf alimləri”. Ola bilsin ki, hansısa bir məsələdə bütün sələf alimlərinin fikri üst-üstə düşsün, hansısa məsələlərdə isə baxışları fərqlənsin. Belə olduğu üçün ümumiləşdirməyə yol vermək olmaz.

Ola bilər ki, mən hansısa alimin fikri ilə razılaşmayam. Amma mən öz etirazımı həmin alimə deyil, məhz onun səsləndirdiyi fikrə yönəldəcəyəm. Çünki səslənən hər bir fikir, öz ətrafında müəyyən insanlar kütləsini birləşdirən bir qüvvəyə çevrilir. Mən həmin fikri mübahisələndirdikdə (yəni onun doğruluğunu və ya yanlışlığını iddia etdikdə), həmin fikir ətrafında birləşən insanlara seçim və nəticə çıxarmaq imkanı vermiş oluram, sözsüz ki dəlillərə əsaslanaraq. Yox əgər mən öz tənqidlərimi konkret fikrə deyil, həmin fikir ətrafında birləşən insan kütləsinə qarşı yönəltmiş olsam, onda bunun heç bir təsiri (effekti) olmayacaq və həmin insan kütləsini özünümüdafiə vəziyyətinə gətirərək, onların əks mövqedə qərarlaşmasına gətirib çıxaracaq. Belə vəziyyətdə hər hansı sağlam dialoqun və fikir mübadiləsinin aparılması xeyli çətinləşəcək və ya ümumiyyətlə mümkün olmayacaq. Ona görə ki, heç də bütün insanların istər mədəni, istər intellektual, istərsə də elmi səviyyəsi eyni deyil. Bu mənim yanaşmamdır. Amma yenə də mən demirəm ki, mən haqlıyam. Səhv də düşünə bilərəm. Doğrusunu ancaq Allah bilir.

Səhv söz və xətalara isə hamımız yol verə bilərik, heç kəs bundan sığortalanmayıb.
Ali təhsil almaq isə hələ gec deyil. Əlbəttə ki, əgər məqsədin varsa.

Bu forumlar maarifləndirici fikirlər üçündür.
Ona görə də, əgər mənimlə başqa nəsə haqqında danışmaq istərsənsə, mənim “e-mail”imi bilirsən.

Allahdan sənin yolunu daim nurlandırmasını, imanını güclü etməsini və həyatını düzgün yaşamağını arzu edir və ən xoş arzularımı ifadə edirəm.

Aleykuma Salam.

Hörmətlə,

Zeynalabdin

 
SelefTarix: Çərşənbə axşamı, 13.01.2009, 21:06 | Yazı # 7
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
ZZV, Qardash inshALLAH sene qaranliq qalan meseleleri yazarsan bizde calishariq ki sene QURAN ve sunne ile cavab verek,,


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Bazar, 08.03.2009, 14:32 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar «Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30) Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir. «Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur. «Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: 'Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!' Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
isaq_bin_MəmmədƏminTarix: Cümə, 03.04.2009, 23:33 | Yazı # 9
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum.
Qardaş və bacılarım.Mənim də elmim o qədər güclü deyil.Amma İnşəAllah gündən-günə artırmaqdayam Əlhamdulilləh.İstər Fərid istərsə də Zeynalabdin qardaşımızın haqlı tərəfləri var idi.Amma mən bir məsələyə aydınlıq gəlməsini istəyirəm.Bir neçə il öncə məndə də bu hal mpvcud olub.Deyərdim ki,mən şiə sünni tanımıram mən müsəlmanam.Yaxşı bəs buradan bir sual çıxır.Bəs hədisdə də gəldiyi kimi "73 firqə"nin mpvcud olacağı və bunlardan yalnız birinin cənnət əhli olacağına necə cavab verər belə düşünənlər?Belə düşünmək hədisi ciddi qəbul etməmək anlamı daşıyır.Bu islama zidd deyil mi?Allah rızası üçün belə düşünənlərdən bir cavab gözləyirəm.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
ZZVTarix: Bazar ertəsi, 06.04.2009, 09:27 | Yazı # 10
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum.
Bu mövzu ilə bağlı fikrinizi bildirdiyiniz üçün sizə təşəkkür edirəm. Bəli, belə bir hədisin həqiqiliyini heç kəs şübhə altına almamalıdır.
Qoyduğunuz suala cavab verməzdən öncə, sizdən bir xahişim olacaq: mümkünsə, həmin "73" firqənin siyahısını verərdiniz. Qabaqcadan təşəkkür edirəm.

Əssalamun Aleykum və Rəhmətullahi və Bərakatuhu

 
isaq_bin_MəmmədƏminTarix: Çərşənbə axşamı, 07.04.2009, 00:46 | Yazı # 11
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Və Aleykumus Salam və Rahmətullahi və Bərakətuhu.
Mən bu 73 firqənin siyahısını verə bilmərəm.Səbəbi budur ki,mənb 73 firqənin hamısını bilmirəm.bəlkə də hələ 73 firqə formalaşmayıb.Bundan sonrakı zamanda bəlkə də yeni firqələr meydana gələcək bilmirəm.Amma bir şey demək istərdim ki,sizin sualınızın eyni məntiqlisini mən sizə versəm, o zaman siz mənə necə sual verdiyinizi və sualın hansı mahiyytə daşıdığını daha yaxşı anlaya bilərsiniz?Sualım belədir "Mənə cənnətlə cəhənnəmin olmasını sübut edə bilərsiz?"Əstəğfirullah mənim cənnət və cəhənnəmin olmasına azacıq da olsun şübhəm yoxdur.Sadəcə sizə verdiyiniz sualın hyansı məqsəd daşıdığını anlatmaq istədim.Ümid edirəm ki,nə demək istədiyimi anladınız.??????????????????????????????????


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
ZZVTarix: Çərşənbə axşamı, 07.04.2009, 10:02 | Yazı # 12
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum.

Mənə nə isə anlatmağa ehtiyac yoxdur. Mənimdə yazdıqlarım, Sizin də yazdıqlarınız kifayət qədər aydındır.
Mənim sualım heç bir örtülü məqsəd daşımır və həmin siyahını verməyinizi xahiş etməkdə məqsədim aşağıdakı kimidir: Siyahını tam verməyə heç ehtiyacda yoxdur. Məs. hənəfi, hənbəli, cəfəri, sufi, və s. bunların hamısı islamda olan firqələrdir və peyğəmbərimiz (s.a.v.) bu firqələrin heç birinə aid olmayıb. O deyib ki, mən müsəlmanam. Mən də peyğəmbərimizin (s.a.v.) dediyini təkrar edirəm. Mən özümü vahid müsəlman ümmətindən ayırmıram və heç bir müsəlman qardaşa ayrı firqənin nümayəndəsi kimi qəbul etmirəm, hətta o məni o cür qəbul etsə belə. Mənim üçün hər bir müsəlman qardaşdır.
İslamda olan firqələrin siyahısını verməyinizi xahiş etməyimdə qeyri-adi heç bir şey yoxdur. Mən Sizdən bizə məlum olan məsələ haqqında sual verdim. Ən azından bu siyahın bir hissəsi hamımıza məlumdur və artıq yuxarıda sualı hansı məqsədlə verdiyimi izah etdim.
Lakin, Sizin Cənnət və Cəhənnəmin mövcudluğu ilə bağlı sualınızı qəbul etmirəm ona görə ki, sizin sualınız məqsədli deyil, sadəcə olaraq, mənim dediklərimi düzgün qəbul etməyib, zənnə qapılmağınızın nəticəsidir. Belə bir sualı mənə "ateist" versə idi, onda ən azından nə cavab verəcəyim haqqında düşünərdim. Amma salam vermə tərzinizdən görürəm ki, müsəlman qardaşsınız.
Ona görə də bu qədər.

Əssəlamu Aleykum və Rəhmətullahi və Bərəkatuh.

 
isaq_bin_MəmmədƏminTarix: Bazar ertəsi, 13.04.2009, 22:25 | Yazı # 13
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Və Aleykumus Salam və Rahmətullahi və Bərakətuhu.

Qardaş mən daha heçnə deməyəcəyəm bu mövzuda.Çünki mübahisə düşəcəyindən ehtiyat edirəm.O ki qaldı sizin ("hənəfi, hənbəli, cəfəri, sufi, və s. bunların hamısı islamda olan firqələrdir ") firqələri ayırmanız bu doğru ayırım deyil.Çünki burada həm hənbəli həm də hənəfi eyni firqənin təmsilçiləridir.Qardaş firqələr əqidəyə görə fərqlənir.İstər hənəfi,hənbəli,şafi və maliki əhli-sünnə əqidəsidir.Sufi,hürufi,rafizi,qədəri və s. bu kimi firqələri sadalasaydınız o zaman başqa.
Allah yardımcınız olsun.

Əs Salamu Aleykum və Rahmətullahi və Bərakətuhu.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
isaq_bin_MəmmədƏminTarix: Bazar ertəsi, 13.04.2009, 22:26 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
P.S. Ayrıca bunu da bildirim ki,siz hələ də öncəki mesajda nə demək istədiyimi düzgün anlamamısınız.Bəlkə də mən düzgün anlamamışam.
Nə isə bu məsələni daha artıq uzatmaq istəmirəm.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
ZZVTarix: Çərşənbə axşamı, 14.04.2009, 09:56 | Yazı # 15
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Və Aleykumus Salam və Rahmətullahi və Bərakətuhu

Təşəkkür edirəm. Firqələrin olduğunu bilsəm də, adlarını dəqiq bilmirəm və düzünü desəm hər şeyi oxuyub-öyrənməyə heç vaxt da çatdırmaq olmur. Ona görə də, çalışıram ki, ibadət və imanımın kamilliyini artıra biləcək məlumatları əldə edim, dini bilikləri məlumatlı şəxslərdən soruşub-öyrənim.
Mübahisə düşəcəyindən ehtiyatlanmaq lazım deyil, ona görə ki, mən ümumiyyətlə mübahisə etməyi xoşlamıram və xüsusən də müsəlman qardaş dediyim şəxslə. Sadəcə olaraq, fürsət düşəndə, məs. forum vasitəsi ilə və ya canlı ünsiyyət vasitəsi ilə fikir mübadiləsi edirəm. Lakin, mübahisə üçün zəmin yarandığını hiss etdikdə isə, çalışıram mövzudan və ya söhbətdən kənarlaşım.
Amma bizim ünsiyyətdə belə bir əhval-ruhiyyəni hiss etmədim. Anlaşılmazlıqdan heç birimiz siğortalanmamışıq.

Allah hər birimizi şeytanın vəs-vəsəsi və fitnəsindən qorusun. Amin.

Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu

 
isaq_bin_MəmmədƏminTarix: Çərşənbə, 15.04.2009, 21:28 | Yazı # 16
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Əs Salamu Aleykum və Rahmətullahi və Bərakətuhu.

Amin qardaş.
Qardaş Azərbaycanda siğorta şirkətləri yetəri qədər etibarlı işləmir.Yəqin ona görə siğortalanmada problem yaşanıb. biggrin
Allah razı olsun qardaş.

Əs Salamu Aleykum və Rahmətullahi və Bərakətuhu.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
UmarTarix: Şənbə, 18.04.2009, 17:12 | Yazı # 17
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (isaq_bin_MəmmədƏmin)
Qardaş Azərbaycanda siğorta şirkətləri yetəri qədər etibarlı işləmir.Yəqin ona görə siğortalanmada problem yaşanıb. biggrin

Aleykumus-Sələm va rahmətullah. Məgər Ərəbistanda olsaydın sığortalı olacaqdın? Hərçəndki özün də anladın ki, belə zarafat etməkdə xəta etdin.

Vəs-Sələmu aleykum va rahmətullah.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
isaq_bin_MəmmədƏminTarix: Bazar, 19.04.2009, 21:32 | Yazı # 18
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Əs Salamu Aleykum və Rahmətullahi və Bərakətuhu.

Qardaş mən düzü sizi başa düşmədim.Amma onu bildirim ki,mənim zarafatımda bir məqsəd gizlənmir.Zeynalabdin qardaş ilə aramızdakı anlaşılmamazlığı gülərüz mimika ilə sona yetirmək istədim.
Sənin isə nə demək istədiyini anlamadım. ????????????????????????????????


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
UmarTarix: Bazar ertəsi, 20.04.2009, 19:29 | Yazı # 19
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (isaq_bin_MəmmədƏmin)
Əs Salamu Aleykum və Rahmətullahi və Bərakətuhu.

Qardaş mən düzü sizi başa düşmədim.Amma onu bildirim ki,mənim zarafatımda bir məqsəd gizlənmir.Zeynalabdin qardaş ilə aramızdakı anlaşılmamazlığı gülərüz mimika ilə sona yetirmək istədim.
Sənin isə nə demək istədiyini anlamadım. ????????????????????????????????

Aleykumus-Sələm va rahmətullahi va barakatuh.

Din ilə, qədər ilə zarafat etmək olmaz. Sən anlaşılmazlıqdan sığortanı, sığğurta şirkətləri ilə əlaqələndirdin.

Anlaşılmazlıqlarda Allaha sığınmaq deyil, sığorta şirkətində sığortalanmaqla xilas olmaq anlamına gəlir. Çalış din mövzusunda zarafat etmə.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
isaq_bin_MəmmədƏminTarix: Çərşənbə axşamı, 21.04.2009, 00:28 | Yazı # 20
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Və Aleykumus Salam və Rahmətullahi və Bərakətuhu

Qardaş sən heç bilrisən nə deyirsən?yaxşı mən daha heçnə yazmayacağam amma məsəhət görürəm ki,sən bir şeyi oxuyanda,bir şey düşünəndə yüz ölç bir biç.Başqasının fikirlərini düzgün oxumadan ittiham etmə.Sən mənim nə demək istədiyimi və necə demək istədiyimi anlamamısan.Ona görə deyrilər ki, "İş nədən oldu? Heç nədən".Bəlkə bu mesajda agressivliyimi nümayiş etdirdim amma məncə bir az ehtiyyatlı olmaq lazımdır.

"Din ilə, qədər ilə zarafat etmək olmaz. Sən anlaşılmazlıqdan sığortanı, sığğurta şirkətləri ilə əlaqələndirdin. Anlaşılmazlıqlarda Allaha sığınmaq deyil, sığorta şirkətində sığortalanmaqla xilas olmaq anlamına gəlir. Çalış din mövzusunda zarafat etmə. " Qardaş bax gör orada zarafatın məğzi nədən ibarətdir.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
Forum » İslam » Sual-cavab » Haqqı axtaran (Haqqı axtaran)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru