[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Sual-cavab » Haqqı axtaran (Haqqı axtaran)
Haqqı axtaran
UmarTarix: Çərşənbə, 22.04.2009, 23:39 | Yazı # 21
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullahi va barakatuh.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Çərşənbə, 22.04.2009, 23:39
 
XEDICE73Tarix: Çərşənbə, 29.04.2009, 12:07 | Yazı # 22
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: Qardaş, bacı və valideynlərin müsəlman üzərində haqqı nədir?

Cavab: Qardaş və bacılar bizlərə İslamın onlarla əlaqələri möhkəm tutmağımızı əmr etdiyi qohumlarımızdır.

Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Allah buyurur: “Mən əl-Rəhmanam (ən Rəhimli olan) və bu rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona verdim. Kim onu (qohumluq əlaqəsini) möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram və kim onu kəssə, Mən də onu kəsərəm”. (əl-Tirmizi 1907; Əbu Davud 1694; Şeyx Albani Əl-Silsilə əl-Sahiha 520 əsərində hədisə səhih demişdir).

Peyğəmbər sallallahu aleyh və səlləm demişdir: “Ruzisinin çoxalmasını və ömrünün uzadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari 1961; Müslim 2557)

Digər müsəlmanlar kimi onların da müştərək olduğu haqqlardan, onların haqqı daha güclü olmaqla-

1. Görüşdükdə onlara salam vermək,
2. Sizi dəvət etdikdə onların dəvətlərinə icab etmək;
3. Asqıranda onlara Yərhəmukum Allah (Allah sizə rəhm etsin) demək;
4. Xəstələndikdə onları ziyarət etmək; vəfat etdikdə onların cənazəsində iştirak etmək;
5. Sizdən nəsihət istədiklərində onlara ixlasla nəsihət etmək;
6. Onların qiybətini etməmək;
7. Özünüzə istədiyinizi onlar üçün istəmək və özünüz üçün istəmədiyinizi onlar üçün də istəməməkdir. Bütün bunlar səhih hədislərə rəvayət olunmuşdur.

Bu haqqlara həmçinin: sözlə və yaxud əməllə onlara əziyyət verməmək daxildir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müsəlman onun dilindən və əlindən müsəlmanların salamat qaldığı kəsdir”. (əl-Buxari 10; Müslim 40) Həmçinin uzun bir hədisdə bir sıra fəzilətləri əmr edərək peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “...Əgər bunu edə bilmirsənsə, o zaman insanları öz dinc qoy (onları incitmə), çünki bu sənin özün üçün etdiyin bir sədəqədir”. (Əl-Buxari 2382; Müslim 84)

Allah daha yaxşı bilir.

Muhammad Saleh əlMunəccid


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 29.12.2009, 16:19 | Yazı # 23
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Hasan ve huseynin fezileti.
1 Əl-Bəra ® belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni çiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” – buyurduğunu gördüm.” (Buxari; “Kitabul-fadail-əshab”, 24/89; Müslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784).
2. Üsamə bin Zeyddən ® rəvayət olunur ki, “Peyğəmbər Üsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir söz deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87).

3. Rəsulullah (s) Həsən və Hüseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” – deyərdi. (Tirmizi; “Mənaqib”, 3784).
4. Uqbə bin əl-Haris ® belə demişdir: “Əbu Bəkr ® ikindi (əsr) namazını qıldı, sonra Əli ® ilə getdi. Yolda o, Həsəni uşaqlarla oynayan görüb onu çiyninə aldı və ona: “Peyğəmbərə oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” – dedi. Əli isə güldü” (Buxari, “Kitabul-fadail əshab”, 24/90).
5. Ənəs ® rəvayət edir ki, “Bir kimsə Rəsulullahdan (s) Əhli-beytindən kimi daha çox sevdiyini soruşanda, o (s): “Həsən və Hüseyni” – deyərdi. Rəsulullah (s) Fatiməyə: “Mənim oğullarımı çağır” – deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı” (ət-Tirmizi, “Mənaqib”, 3774).
6. Yəla bin Murrəh ® Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn “Əsbat”dan biridir” (ət-Tirmizi, “Mənaqib”, 3774; İbn Macə, “Muqəddimə”, 144). Hədisdəki “əsbat” sözü 3 məna verir: nəvə, qəbilə, ümmət.
7. Əbu Səid ® Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir” (ət-Tirmizi, “Mənaqib”, 3778).
8. Abdullah bin Şəddad ® atasından ® rəvayət edir ki, Rəsulullah (s) iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və Hüseyn onun belində idi. Peyğəmbər (s) qabağa keçib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi çox uzun çəkdi”. Atam deyir ki: “Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullahdan (s) soruşdular: “Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyini zənn etdik!” Peyğəmbər cavab verdi ki: “Xeyr, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər onu düşürməyi uyğun bilmədim” (ən-Nəsai, “İftitah”, 83 (2, 229, 320)).
9. Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, “Ummu Sələmənin ® yanına girdikdə gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: “İndicə Rəsulullahı (s) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulullah?” – deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hüseynin öldürüldüyünün şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774).
10. Ənəs bin Malik ® rəvayət edir ki, “Hüseynin ® başı gətirildiyi zaman Übeydullah bin Ziyadə əlindəki süngü ilə kəllənin burnuna, gözlərinə vuraraq: “Bu qədər gözəlini görmədim” – dedi. Mən də: “O, Əhli-beyt içində Rəsulullaha (s) ən çox oxşayan şəxs idi” – dedim. (Buxari, “Kitabul-fadail əshab”, 24/88, ət-Tirmizi, “Mənaqib”, 3780).
Übeydullah bin Ziyad bin Əbu Sufyan – Müaviyənin oğlu Yezidin xəlifəliyi dövründə Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi.
11. Ammar bin Uməyr ® rəvayət edir ki, “Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də onlara yaxınlaşdım. “Gəldi! Gəldi!” – deyirdilər. Gələn nə idi? – marağı ilə bir az da onlara yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar çıxırdı. İlan Übeydullah bin Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra çıxıb getdi və qeyb oldu. Bir az sonra “Yenə gəldi! Yenə gəldi!” deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı” (ət-Tirmizi, “Mənaqib”, 3782).
12. Əbu Musa ® Həsən əl-Bəsridən ® Əbu Bəkrin ® belə dediyini eşitdiyini rəvayət edilir: “Mən peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə ® baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq” (Buxari, “Kitabul-fadail əshab”, 24/86).
13. Ənəs bin Malik ® demişdir: “Heç kim Həsən bin Əli ® kimi peyğəmbərə (s) çox oxşamırdı” (Buxari, “Kitabul-fadail əshab”, 24/92).
14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir ki, “Mən İbn Əbu Numdan Abdullah bin Ömərin ona belə dediyini eşitdim: “İraq əhlindən bir adam məndən öldürülmüş milçəyin hökmü haqqında soruşanda cavab verdim ki: “İraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar peyğəmbərin (s) qızının oğlunu (Hüseyni) öldürmüşdülər. Peyğəmbər (s) isə o iki nəvəsi haqqında: “Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır” – demişdir.” (Buxari, “Kitabul-fadail əshab”, 24/93).
Bu hədislər Həsən və Hüseynin ® fəzilətinə nümunədir. Həsən və Hüseyn ® peyğəmbərin (s) Əli və Fatimədən ® olan nəvələridir.
Həsən ® hicrətin 3-cü ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (s) çox oxşayan həlim xasiyyətli və yüksək dərəcəli təqva sahibi olan Həsən ® hərtərəfli müsbət xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə Müaviyənin ® ordusu ilə ona bağlı olan əsgərlərdən ibarət iki ordu qarşılaşdı. O, qan töküləcəyi anda Müaviyə ® ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmmədin ümmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə müsəlmanlar arasında qan tökülməsinin qarşısını almışdır.
49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.
Hüseyn ® hicrətin 4-cü ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbəla adlanan yerdə Məhərrəm ayının 10-da şəhid olmuşdur.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Çərşənbə axşamı, 11.05.2010, 17:30 | Yazı # 24
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Assalamalleykum muselman baci ve qardashlar!

 
tothetrueTarix: Çərşənbə axşamı, 11.05.2010, 22:17 | Yazı # 25
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salamu Aleykum. Allah savadinizi artirsin.Amin! Menim size bir sualim var.
-Islamda dost terminine munasibet necedir? Menim eqidemden asili olaraq dostlarim da deyismelidi?Allah sizden ve butun muselmanlardan razi olsun.Amin!


xxxxxxxxxxx
 
XEDICE73Tarix: Çərşənbə, 12.05.2010, 00:40 | Yazı # 26
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahu təala, Davud əleyhissalama, Məni sevməyənlərlə dostluq etmə! Bunlar sənin düşmənindir. Ürəyini qaraldar və səni məndən uzaqlaşdırar buyurmuşdur.
Hədis-i şəriflərdə buyuruldu ki:Dostunuz çox olsun! Çünki Rəbbiniz, Kərimdir. Qiyamətdə dostları arasındakı kimsəyə əzab etməkdən həya edər.
Allahu təala, Hz.Musaya vəhy etdi ki:Yoldaşlarına həsəd etməyənin dostları çoxalar. [i. Gazali]
Yaxşılarla yoldaşlıq, dostluq qiymətli isə pislərlə yoldaşlıq da çox pisdir. İnsanın dünyasını da, axirətini də yuyar. Adamın dini, dostunun dini kimidir. O halda kiminlə dostluq etdiyinizə diqqət yetirin! tərcüməsindəki hədis-i şərifi unutmamalıyıq Əlir.r a.Dostlarınızı çoxaldın! Onlar sizin üçün dünya və axirət sərmayəsidir buyurmuşdur. Dostluqda məqsəd, yaxşı insanları çoxaltmaq olmalıdır; yoxsa ədədi çoxaltmaq deyil. Çünki yaxşı bir dost, xeyirsız min dostdan yaxşıdır.
Allahu təala, Davud əleyhissalama: Məni sevməyənlərlə dostluq etmə! Bunlar sənin düşmənindir. Ürəyini qaraldar və səni məndən uzaqlaşdırar buyurmuşdur.
Dostuna bəslədiyin haqq və hörməti o sənə bəsləmirsə, onunla yoldaşlıqda fayda yoxdur. Bir çox xəstəlik, çox yeyib içməkdən hasil olar. Düşmən də dostlar arasından çıxar, başqa yerdən gəlməz. O halda dostları çoxaltma!
Nə qədər çox şey vardır ki, ikrah və peşmanlıq gətirər. Nə qədər az şey vardır ki, rəğbət gətirər. Dəniz çoxdur; lakin duzlu olduğu üçün susuzluğu aradan qaldırmaz. Yağış suları azdır; lakin susuzluğu aradan qaldırar.
Allah-Təala buyurur: “…Görmədinmi, Allah qəzəbinə tutulmuşlarla dostluq edənləri? Bunlar nə sizdəndir, nə də onlardan və özləri bilirlər ki,yalandan and içirlər.”
Çalışın ki,dost olduğunuz şəxsin qeybətini etməyin. Allah-Təala Hucurət surəsinin 11-ci ayəsində buyurur: “…və bir-birinizin gizli işlərinizi aramayın və bir-birinizin qeybətini etməyin. Sizlərdən biri öz ölü qardaşının ətini yemək istəmir? Şübhəsiz, iyrənəcəksiniz


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Çərşənbə, 12.05.2010, 00:45
 
YaALLAHTarix: Cümə, 23.12.2011, 04:29 | Yazı # 27
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam Muselman bacilar ve qardawlar men Wiyeyem ve menim he4 bir mehsebe qarwi kinim yoxdur esas odur ki menim ALLAHIMI qebul edir menim QURANIMI oxuyur menim Peygemberi qebul edir ve menim Ehli Beytime hormet edir ve La ilaha illallah Muhammeden Resulullah deyir bu kifayetdir

menim sizlere bir sualim var bunu butun mehseblere verirem ve onlarin mene verdiyi cavablari gotur qoy edirem ve 4ox maraglidir

-Niyə görə şiələr Peyğəmbər(s) və Əhli-Beyt(ə)-ın şəfa verə bilməsinə inanırlar, axı Quranın ''Yunis'' surəsi 106-cı ayə buyurur: ''Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə biləni çağırma.''?

''Yunis'' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşrüklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(...s) ...və Əhli-Beyt(ə)-ın Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var. ''Allahın izni ilə ölüləri dirildirəm.'' ''Ali İmran'' surəsi, ayə-49-da İsa peyğəmbərin dilindən belə buyurulur. Peyğəmbərimiz və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ancaq biz o misallarla deyil, Quran ayəsi və hədislərlə cavab verəcəyik: ''Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə başlayar.'' (''Yusif'' surəsi, ayə-93) Başqa yerdə ''Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.''
(''Yusif'' surəsi, ayə-96) Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə bilər və buna ancaq kafirlər inanmaz. İslam peyğəmbəri(s) buyurur: ''Mənə beş şey verildi … və şəfaət də əta edildi.'' (''Səhihi Buxari'' c. 1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl ''Müsnəd'' kitabı c. 1, səh. 301) Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər ...
 
SelefTarix: Şənbə, 24.12.2011, 14:49 | Yazı # 28
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
YaALLAH, http://selef.my1.ru/news/2008-09-18-40


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Şənbə, 24.12.2011, 14:52 | Yazı # 29
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
http://ixlasla.com/aqide/60-tovhid-ve-shirk.html


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Forum » İslam » Sual-cavab » Haqqı axtaran (Haqqı axtaran)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru