[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
UmarTarix: Şənbə, 06.03.2010, 03:15 | Yazı # 101
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Elçilik və evliliyin şəriətə uyğun gözəl ədəb qaydaları vardır. Bu qaydalar sonsuz hikmət sahibi Allah – Təbərakə və Təalə - tərəfindən müsəlman cəmiyyətinin qorunulması üçün qoyulmuşdur. İslam, gəncləri evliliyə təşviq etmiş və insanı bu yol boyu yönləndirəcək hidayət rəhbəri olan şəriət hökmlərini bəyan etmişdir.

Məqaləni tam oxumaq üçün: Evlənmək istədiyin qıza baxmaq


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
meracTarix: Çərşənbə, 31.03.2010, 14:53 | Yazı # 102
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum mömin kişi mömin xanımını söyürsə buna görə dində hansı cəza var.
 
meracTarix: Cümə, 09.04.2010, 12:00 | Yazı # 103
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum bir neçə qadın birgə namaz qılarkən onlardan biri imam dayana bilərmi? sad
 
UmarTarix: Cümə, 09.04.2010, 16:44 | Yazı # 104
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Rasulullah - salləllahu əleyhi və səlləm - buyub ki, müsəlmanı söymək fasiqlikdir...

Qadınlar namaz qılarkən aralarından Quranı çox bilən imam durur. Lakin kişilərdəki kimi öndə deyil, birinci sıranın ortasında durur.

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
MeRYeMTarix: Çərşənbə, 28.04.2010, 01:41 | Yazı # 105
Qrup: İdarəçilər
Yazı: 4
Reputasiya: 2
Status: Saytda deyil
Assalamu aleykum.

Mən burda yeniyəm və çox bəyəndim, saytınızı da forumu da.

Sizə bir sualım var, xahiş edirəm məlumatı olanlar cavablandırsın.
Belə bir hədis vardır.... Peyğəmbər (s.) demişdir: “Allahdan qeyrisinə and içən Ona şərik qoşmuş olur”. Allahin Peyğəmbəri (s.) həmçinin demişdir: “Allah sizlərə öz atalarınıza and içməyi qadağan edir. And içən yalnız Allaha and içməlidir, əks təqdirdə sussun”. Bu hədislərin hər birini səhih olaraq qəbul edirəm. Eyni zamanda mənə maraqlı olan odur ki, deyilənə görə Peyğəmbərin s.v.s atasına and içdiyini göstərən hədis də vardır: "Bir adam Peyğəmbərə (s.ə.v) gələrək, 'Hansı sədəqənin savabı daha böyükdür?' deyə soruşdu. Peyğəmbər , 'Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir.' buyurdu. "(Səhihi Müslim, c. 3, Kitab-uz-Zəkat, Bab-u Bəyan-i Ənnə Ef-zal'es-Sadaka Sadakat'us-Sahih'iş-Şehih, s. 93- 94)... Bu hədisin səhih olub-olmaması barədə mümkünsə məlumat verərdiniz.

Allah razı olsun!

Assalamu aleykum va rahmatullah...


Ya Rabbim, Sənə Sənin razı qalacağın şəkildə qayıda bilməyi nəsib et... Amin...
 
UmarTarix: Çərşənbə axşamı, 04.05.2010, 18:00 | Yazı # 106
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

Muslim “əs-Sahih”də rəvayət edirlər ki, bədəvi bir ərəb peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlin ondan İslam haqqında soruşdu. Allahin Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Gündüz və gecə beş vaxt namaz qılmaqdır.” Soruşdu: “Üzərimə bundan artığı düşür?” Dedi: “Xeyr, yalnız könüllü namaz qılmağın fərqlidir. Bir də Ramazan ayının orucu!” Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin fərqlidir.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm - ona zəkatı da xatırlatdı. Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin istisnadır.” Dedi: Həmin adam “Allaha and olsun ki, nə bundan artıq, nə də az etməyəcəm” deyərək dönüb getdi. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq!” Muslim, 1/150

Yenə bir başqa hədisdə “bir adam peyğəmbərə - salləllahu aleyhi va səlləm - gələrək “Hansı sədəqənin savabı daha böyükdür?” deyə soruşdu. Peyğəmbər – salləllahu aleyhi va səlləm – buyurdu: “Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir” Muslim, 2/8

Bu hədislərə alimlər müxtəlif yönlərdən cavab veriblər. Ətraflı məlumat üçün bu səhifəyə keçin: "İslami faydalar məkanı"


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Çərşənbə axşamı, 04.05.2010, 18:01
 
tothetrueTarix: Çərşənbə, 12.05.2010, 17:06 | Yazı # 107
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salamu Aleykum. Allah savadinizi artirsin.Amin! Menim size bir sualim var.
-Islamda dost terminine munasibet necedir? Menim eqidemden asili olaraq dostlarim da deyismelidi?Allah sizden ve butun muselmanlardan razi olsun.Amin!


xxxxxxxxxxx
 
UmarTarix: Cümə, 14.05.2010, 00:09 | Yazı # 108
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

Əhli kitabdan kafirlər, müşriklər və yaxud münafiqlər, bütün kafirlərin hamısı müsəlmanlara qarşı düşməndirlər. Ona görə də, onlara güvənmək, etimad etmək və yaxud bel bağlamaq olmaz. Allah təala buyurur:

“Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz. ” [Hud 11:113]

Allah təala möminləri qoyub kafirləri dost tumaqdan bizi çəkindirmişdir. Müsəlmanlar onların şərrindən qorxursa onlara qarşı zahirən dostluq göstərmək caizdir. Buna baxmayaraq onlara qarşı mömin bir kəs daxilən nifrət etməlidir. Allah təala buyurur:

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur. Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır. ” [Ali-İmran 3:28]

Allah təala yəhudi və nəsraniləri dost tutmaqdan bizi çəkindirmiş və bildirmişdir ki, kim onları dost tutarsa onlardandır. Allah təala buyurur:

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. ” [əl-Maidə 5:51]

Muhəmməd Saleh əl-Münəccidin fətvalarından

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
islamicTarix: Bazar ertəsi, 17.05.2010, 15:56 | Yazı # 109
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
meni son zamanlar bir sual dushundurur. qan destemazi pozurmu? bu haqda muxtelif reyler eshitmishem. sehih nese bilen varsa yazsin.
 
Mücahid-91Tarix: Cümə, 16.07.2010, 17:06 | Yazı # 110
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
Salamu Aleykum. et-tovbe suresi niye bismillahsiz baslayir? xahis edirem etrafli basa salasiniz

Müc@hid
 
Aishe95Tarix: Şənbə, 17.07.2010, 16:24 | Yazı # 111
BACI
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 1
Status: Saytda deyil
Essalamu aleykum ve rehmetullah ve berekatuh. Saytiniz cox xosuma geldi. Allah razi olsun! Allah hemise yardimciniz olsun! Bilmek isteyerdim ki, Muxemmed peygember sunni namazi qilib, yoxsa sie?

Bayraminiz mubarek olsun! Allah namazlarinizi, dualarinizi, zikrlerinizi qebul etsin! Amin!
 
XEDICE73Tarix: Bazar, 18.07.2010, 01:34 | Yazı # 112
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Aishe95, Vealeykumassalam ! baci bizimle elm paylasmaqa qosulduqun ucun seni tebrik edirem ! qaldi sualina Peyqember (s.a.s) dovrunde siye olmayib. Eslinde kimdir siye?

. Peyğemberimizin (s.a.v) kelamlarını ve davranışlarını özünde kesb eden ve bütün müselmanlar terefinden, mezheblerinden asılı olamayaraq, qebul edilmiş hedisleri (bu da öz növbesinde ‘’Peyğemberin sünnesi’’ (yeni telimi, yolu, beyendiyi şeyler) adlanır) inkar edib, qebul etmirler. Yalnız özlerinin qurduğları yalnış ideyalarına uyğunluğu cehetden yaxın ola bilen bezi hedisleri düzgün izah etmeyerek istifade etmeye çalışırlar, üstelik müxtelif cür yalanlar uyduraraq, bunları da hedis kimi qeleme vermekden çekinmirler.

İslam dininin böyük şexsiyyetleri barede çirkin ve ehemiyyetsiz fikirler söyleyib, onların ünvanına layiq olmayan terzde ifadeler edirler, hetta dahi müselmanlara bele ‘’kafir’’ adı ile düşünmeden (ya da düşünmüş planla) adlandırırlar ve çekinmeden onlara lenet de oxuyurlar. Hallandırılan (qeybeti edilen) bu şexsiyyetlerin sırasında Peyğemberimizin (s.a.v) en yaxın sehabeleri olaraq müxtelif derecede (qaynata, küreken, yezne, emioğlu ve s.) olan aile üzvleri; Onun (s.a.v) sehabeleri, silahdaşları, möminlerin ilk xelifeleri; Allah yolunda bütün malını, var dövletini ve canlarını qoyan müselmanlar; çetin anlarda Peyğemberimize (s.a.v) hem menvi, hem fiziki, hem de maddi cehetden dayaq olub, sirdaş olanlar, İslam dinine zefer getiren şexsler; Quranı qoruyub yayan müselman qardaşlarımız, müxtelif esrlerin din alimlerimiz ve imamlarımızı daxil edirler. Bütün bunları ya tehqir edirler, ya müselman saymırlar, ya sehv yolda olduqlarını iddia edirler ve saire. Bununla da İslam dinini tarixsiz, binövresiz, elmsiz ve inamsız qoymaq isteyirler. Halbuki, dinimiz zengin tarixe, gözel nümuneli örneklere, derin elm deryasına ve yüksek inam temellerine malikdir Sadece olaraq, bütün bunların biliyinle oxuyub-öyrenmekle nail olmaq olar.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Aishe95Tarix: Bazar, 18.07.2010, 14:51 | Yazı # 113
BACI
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 1
Status: Saytda deyil
XEDICE73, Essalamu aleykum ve rehmetullah ve berekatuh. Sualimi cavablandirina gore cox sag ol! Allah senden razi olsun! Men yeni namaz qilmaga baslamisam. Ve isteyirem ki, her sey dinimize uygun, Peygemberin dediyi kimi olsun! Lakin hami meni qinayir ki, sen sunni namazi qilirsan. Men bilmek istedim ki, Peygemberimiz hansi namazi qilir? Allah senden razi olsun ki, xeber verdin. Bes Peygemberimiz mohurle namaz qilib, yoxsa mohursuz? Men bu suali sieden sorusanda o mene bu hedisleri delil getirdi ki, Peygember mohurle qilib.
Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26)

Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130)

Enes ibni Malik deyir:
«Biz qizmar havada Peygember - sellallahu aleyhi ve alihi ve sellem-in huzurunda idik. Xirda dash parchalarini elimize alib, soyudur, sonra onu yere qoyaraq uzerine secde edirdik.»
«Es-sunenul-kubra», Beyheqi , 2-ci cild, seh. 106

Mesruq ibni Ecdenin (Ibni Mesudun shagirdi) tercumeyi-halinda yazilir:
«O, torpagdan qeyri bir sheyin uzerine secde etmeye icaze vermirdi. Hetta gemiye minen zaman, ozu ile bir (dash, torpag ve s.) sheyi aparir ve onun uzerine secde edirdi.»
«Tebeqatul-Kubra», Ibni Sa'd, 6-ci cild, seh. 53

Ebu Hüreyrenin neql etdiyi hedisde deyilir: "Peyğemberi yağışlı bir günde gördüm. O, torpağa secde edir ve (palçığın) eserleri onun alnında ve burnunda görünürdü."
Xahis eleyirem ki, buna da aydinliq getiresiniz! Allah razi olsun!


Bayraminiz mubarek olsun! Allah namazlarinizi, dualarinizi, zikrlerinizi qebul etsin! Amin!

Yazını Aishe95 - Bazar, 18.07.2010, 15:04
 
XEDICE73Tarix: Bazar ertəsi, 19.07.2010, 00:43 | Yazı # 114
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Aishe95, Vealeykumassalam baci ! agzinda siye deyirsen koku bilinmeyen bir firqe yalan danismaq onlarin kokunde var Abdullah Sebanin qohumlaridirlar,da hansi hedis onlarin xeyrinedirse onu sehih sayirlar ,yazdiqin hedislerde hammisi zeyif hedislerdir.
sexsi ismaricda sene mektub yazmisam ,insaallah oxu.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
azik30Tarix: Bazar ertəsi, 19.07.2010, 10:21 | Yazı # 115
Qrup: Удаленные





Quote (Aishe95)
Essalamu aleykum ve rehmetullah ve berekatuh. Saytiniz cox xosuma geldi. Allah razi olsun! Allah hemise yardimciniz olsun! Bilmek isteyerdim ki, Muxemmed peygember sunni namazi qilib, yoxsa sie?

Va aleykuma assalam . Əhlisünnə Məhəmməd peyğəmbərin (sas) namazını qılır. yəni peyğəmbər(sas) necə qlıbsa biz onun (sas) təliminə uyğun olaraq elə qılırıq.
Şiələr isə peyğəmbərin namazını dəyişdiriblər (möhür, qəbirlərə tərəf üz tutmaq, Əli(ra)nı namaza daxil etmək, cümə namazınadan imtina və sair)
 
azik30Tarix: Bazar ertəsi, 19.07.2010, 10:31 | Yazı # 116
Qrup: Удаленные





Quote (Aishe95)
Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26) Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130) Enes ibni Malik deyir: «Biz qizmar havada Peygember - sellallahu aleyhi ve alihi ve sellem-in huzurunda idik. Xirda dash parchalarini elimize alib, soyudur, sonra onu yere qoyaraq uzerine secde edirdik.» «Es-sunenul-kubra», Beyheqi , 2-ci cild, seh. 106 Mesruq ibni Ecdenin (Ibni Mesudun shagirdi) tercumeyi-halinda yazilir: «O, torpagdan qeyri bir sheyin uzerine secde etmeye icaze vermirdi. Hetta gemiye minen zaman, ozu ile bir (dash, torpag ve s.) sheyi aparir ve onun uzerine secde edirdi.» «Tebeqatul-Kubra», Ibni Sa'd, 6-ci cild, seh. 53 Ebu Hüreyrenin neql etdiyi hedisde deyilir: "Peyğemberi yağışlı bir günde gördüm. O, torpağa secde edir ve (palçığın) eserleri onun alnında ve burnunda görünürdü." Xahis eleyirem ki, buna da aydinliq getiresiniz! Allah razi olsun!

Bu aşağıdakı yazıları abubakr məscidinin forumundan Qamətin cavablarından götürmüşəm

Biz deyirik ki, peyğəmbər (s.a.v.) əllərini bağlayıb namaz qılardı. Möhür isə 14-15-ci əsrlərdə səfəvilərin seçilmək rəmzi idi.
Əslində hamımız namazı peyğəmbər (s.a.v.) kimi qılmalıyıq, necə ki, səhih hədislərdə gəlib, əllər sinədə bağlı və möhürsüz.

4. Mohurle namaz qilmaqin hansisa esasi var ?? Yeni bele qilmaq neye esaslanir ?? hanisisa bir hedise ve ya quran ayesine ?? Umumiyyetle mohur ne vaxtdan meydana chixib ???
4. Buna heç bir dəlil yoxdur, bu səfəvilərin vaxtında məşhurlaşıb. Bu əməldə məqsəd, səfəvilərin siyasətindəki qəsd belə idi ki, bu əməllə seçilsinlər.

Torpağa səcdə etmək olar lakin bunun üçün xüsusi nəisə düzəldib onun üzərinə səcdə etmək Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) yolu ilə düz gəlmir.

Quranda möhürə aid ayə yoxdur. Möhür 16-cı əsrdə səfəvilər dövləti zamanı peyda olunub. İngilislərin köməyi ilə Səfəvilər Osmanlılara qarşı döyüşlərində onlar tutduqları zəbt etdikləri yerlərdə insanların əqidəsini zorla, qılınc gücünə dəyişirdilər. O Səfəvi dövləti də özləri üçün qayda kimi hər şeydə "əhli sünnəyə maxalif olmalıyıq" deyirdilər. Bu fukir o vaxtın kitablarında öz əksini tapır. Möhür də bu vaxtlarda zühur edir məqsəd isə seçilməkdir. Nə Quranda nə də hədislərdə möhür barədə heç bir dəlil yoxdur.

əgər peyğəmbər (s.a.v.) kimi qılmaq istəyirsənsə, bütün əzaların yerə dəyməlidir. Tutaq ki, sən deyən kimi, 3 əza, bəlkə corab da olmasa 5 əza. Onda onların məntiqinə görə 3 və ya 5 yerə möhür qoyulmalıdır, yoxsa, səcdə sayılmaz. Amma peyğəmbər (s.a.v.) torpaq üzərində də qılıb, həsir üzərində də, özün qeyd etdiyin kimi, səhabələr daşdan istifadə ediblər, amma niyyətləri alını yandırmamaq olub. Əslən şiələr özləri səfəvilərə kimi möhürsüz qılardılar. Yəni dində belə bir şey yoxdur ki, səcdə torpağa olmalıdır, əslində səcdə yerə, yəni ayağın altındakına olmalıdır. Burda da problem var?
Onda sizin məntiqlə bütün məscidlərə torpaq tökməliyik ki, peyğəmbərin (s.a.v.) vaxtındakı kimi edək? bu düzgün məntiq deyil.
Əsas səfəvilərin vaxtında İsmayıldan sonra oğlu Təhməsaibin yanında Məhəmməd Kərki adlı birisi bunu seçilmək üçün vacib əlamət edib.
1. Biz dinimizi Qurandan və Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) hədislərindən götürürük. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) bizə namazı öyrətmiş və demişdir ki, mən necə namaz qılıram siz də elə namaz qılın. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) namaz qılanda möhür qoymamışdır. Bunu hamı bilir. Çünki möhürün tarixinə baxsaq görərik ki, bu səfəvilərin vaxtında başlamışdır yəni 16-cı əsrdə. Amma o ki qaldı möhürlə qılmağın şirk olması və s. bu baxır həmin adamın məqsədinə. Möhürlə qılan yalnız səcdəsini torpaq üzərində etmək üçün edirsə bu şirk deyil bidətdir. Amma əgər möhürə nəsə etiqadla yəni onda müqəddəslik görüb və s. bu kimi edirsə bu artıq şirk yoldur və ola bilər dərhal şirk olsun. Yenə də deyirəm bu adamın niyyətinə, qəsdinə baxır. Biz bilirik ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) vaxtında məscid torpaq idi və onlar səcdə edəndə yeddi əzalarını yəni səcdə əzalarının hamısını torpağa vurardılar. Ona görə elə bu baxımdan desən ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) səcədni torpağa edərdi onda məsələyə belə baxanda yalnız alını torpağa vurmaq Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) namazına uyğun gəlmir. Çünki səcdə yeddi əza üzərində edilir və elə çıxır ki, yeddi əzanın hamısını torpağa vurmaq lazımdır?!. Amma səcdənin torpaqdan başqa bir şeyə qoyulmasının doğru olmamasını demək isə təmamilə xətadır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) həm torpaq üzərində yeddi səcdə əzası ilə, həm həsirin üzərində, həm bəzən paltarı üzərində namaz qılardı. Bəziləri istinin şiddətindən qorunmaq üçün əllərində xırda daşları soyudub alınlarının altına qoyardılar ki, səcdədə alınları istidən yanmasın. Heç kəs deməyib ki, nəinsə üzərində səcdə etmək olmaz. Sadəcə olaraq əsas odur ki, sizin səcdə etdiyiniz yer və bədəninizlə paltarınız natəmizlikdən uzaq olsun. Ona görə xalça, parket, topaq və s. üzərində namaz qılmaq olar.

3. “Peyğəmbər (sallALLAHU aleyhi və səlləm) həsir üzərinə səcdə etməyi xoşlayardı”. Bu hədis səhihdir?
3. Bəli.

 
azik30Tarix: Bazar ertəsi, 19.07.2010, 10:33 | Yazı # 117
Qrup: Удаленные





Eyni zamanda çox eşidirik ki, guya torpağa və ondan olandan başqa bir şeyə səcdə etmək olmaz. Lakin görürük ki, şiələrin “məsum” hesab etdiyi imamlar bunun əksini deyiblər. Məsələn Hüseyn ibn Əli ibn Keysəndən rəvayət olunur ki, o deyir: “Üçüncü Həsənin atasına yazıb soruşdum ki, təqiyyəsiz və zəruriyyətsiz pambığa və ona oxşar olan şeylərə səcdə etmək olarmı? İmam dedi: Olar!”. [4]

Həmçinin Cəfər Sadiqdən (r. a) rəvayət olunur ki, o demişdir: “Yerə səcdə etmək fərzdir, bundan başqasına isə sünnətdir”. [5]

[4] “Təhzib əl-Əhkəm”, cild 2, səh. 307: “İstibsar”, cild 1, səh. 323: “Vəsail əş-Şiə”, cild 2, səh. 595 və s.

[5] “Mən lə yahzurul-fəqih”, cild 1, səh. 174: “Vəsail əş-Şiə”, cild 3, səh. 609.

 
azik30Tarix: Bazar ertəsi, 19.07.2010, 10:41 | Yazı # 118
Qrup: Удаленные





Quote (Aishe95)
Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26) Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130)

bu 2 rəvayətlər uydurmadır ümumiyətlə göstərilən mənbələrdə uydurma hədislər çoxdur

Quote
Enes ibni Malik deyir: «Biz qizmar havada Peygember - sellallahu aleyhi ve alihi ve sellem-in huzurunda idik. Xirda dash parchalarini elimize alib, soyudur, sonra onu yere qoyaraq uzerine secde edirdik.» «Es-sunenul-kubra», Beyheqi , 2-ci cild, seh. 106

bu hədis isə doğru olmalıdır. bunun izahı isə belədir. hava isti olduğuna görə sahabələr alınlarını yandırmamaq üçün belə ediblər ki, namaz qılmaq rahat olsun . Yoxsa şiələrin dediyi kimi hər gün belə eləmirdilər

Quote
Mesruq ibni Ecdenin (Ibni Mesudun shagirdi) tercumeyi-halinda yazilir: «O, torpagdan qeyri bir sheyin uzerine secde etmeye icaze vermirdi. Hetta gemiye minen zaman, ozu ile bir (dash, torpag ve s.) sheyi aparir ve onun uzerine secde edirdi.» «Tebeqatul-Kubra»,

Bacı burda kimdən söhbət gedir? Peyğəmbər gəmiyə minməyib axı

Quote
Ibni Sa'd, 6-ci cild, seh. 53 Ebu Hüreyrenin neql etdiyi hedisde deyilir: "Peyğemberi yağışlı bir günde gördüm. O, torpağa secde edir ve (palçığın) eserleri onun alnında ve burnunda görünürdü." Xahis eleyirem ki, buna da aydinliq getiresiniz! Allah razi olsun!

o vaxt kafel zad yox idi yer torpaq idi . ola bilər ki, Peyğəmbər namaza başlayanda yağış yağsın buna görə də palçığa bulaşsın

 
SelefTarix: Bazar ertəsi, 19.07.2010, 11:59 | Yazı # 119
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
[color=blue] [b]Aishe95, Assalamu aleykum
Bir balaca bu möhürlə bağlı problemə toxunmaq istəyirəm
rafizilər səcdənin torpağa edilməsini vacib görürlər.
1-cisi, Əgər səcdənin torpağa edilməsi vacibdirsə, bəs nə üçün möhürü ayaqlarının,əllərinin altına da qoymurlar,ancaq alınlarını torpağa qoyurlar.Məgər səcdə tək alınla olur? Əgər səcdə torpağa olmalıdırsa,torpaqla təmasda olan bütün üzvlər torpağa toxunmalıdır
2-Əgər fəth surəsində möhür nəzərdə tutulmuşsa, deməli bu ayə birinci olaraq xəvariclərə həmlə edilməlidir. Çünki rəvayətlərdən də bəllidirki,onlar alınlarından hətta qabıq soyar,namaz qılardılar. Bu ayənin sonunda, "kafirlər onlara(əshaba) qarşı nifrətlidirlər" ayəti, bunun rafizilərə aid olmadığını bildirmək üçündür! Çünki məhz rafizilər əshaba qarşı nifrətlidirlər...
3-Rafizilər, fəth surəsindəki vəsfi özlərinə aid etmələrinin yeri yoxdur! Çünki heç bir şiənin alnında səcdə yeri yoxdur...Hətta ən uluları olan Xameneinin də alnında belə bir şey görmədik....
4-Rafizilər iddia edirsə ki, səcdə torpağa edilməlidir, biz də deyirik: Bəs nə üçün həsirə səcdə edilmişdir? Əgər rafizi desə ki, həsir torpaqdan bitmişdir, biz də cavab verərəik: Bəs bizim səcdə etdiyimiz xalça pambıqdan deyilmi? Pambıq isə torpaqdan bitməmişdirmi? Əgər rafizi desə ki, səcdə edilən yer geyilən və yeyilən bir şey olmamalıdır, buna belə cavab verərik: Siz bu hökmü hansı dəlilə görə qoymusunuz və buna tabe olmağı vacib sayırsınız? Səcdə yerinin geyilməli və yeyilməli olmayacağını hardan kəşf etmisiz? Hansı dəliliniz var? Və həsirə səcdəni caiz görənlərə belə deyirəm:
Sizin məntiqinizə əsasən, əgər bir kəs həsirdən paltar tikib geyərsə, deməli həsirin də hökmü düşəcəkdir və həsirə səcdə haram olacaqdır...Məsələn, bu gün günəş altında şüadan qorunmaq üçün insanlar həsirdən papaq geyirlər və deməli həsirə də səcdə haramdır.(!)
Gördüyümüz kimi, bu iddialar 3 qəpik dəyəri olmayan batil iddialardır
Torpağa səcdə namazı batil etmədiyi kimi, xalçaya da səcdə namazı batil etməz
5-Əgər rafizi səcdə yerinin torpaq materialdan və yeyilməyən,geyilməyəndən olmalı olduğunu iddia edirsə, o zaman biz də, insanın namazda insana səcdə etməsini caiz görə bilərik.Çünki insan torpaqdan yaranmışdır və nə yeyilir, nə də geyilir.
6-Əgər rafizi bizə torpağa səcdə ilə bağlı rəvayət gətirərsə, biz də onlara tam əksi ilə bağlı sünnədə olan dəlilləri gətirərik..Məsələn, İbn Abbasdan gələn rəvayəti ki, qumun istisindən qorunmaq üçün paltarlarının üzərinə səcdə edərdilər.....(Tirmizidə bu haqda səhih rəvayət mövcuddur) Əgər rafizi hər iki cür rəvayət olunan rəvayətləri elm nöqteyi nəzərindən dəyərləndirsə, anlayardı ki, bu halda bircə hökm vermək olar: Səcdənin paltara və ya torpağa edilməsi mübahdır[/b]



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Aishe95Tarix: Bazar ertəsi, 19.07.2010, 13:35 | Yazı # 120
BACI
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 1
Status: Saytda deyil
XEDICE73, azik30, Selef Allah sizden ve Ehli-Sunneden razi olsun! Indi tam eminem ki, namazi mohursuz qilmaq lazimdir. Icimde hec bir subhe qalmadi. Inshallah, sizin sayenizde imanimi kamillesdirirem. Amin! Men bir sual vermek isteyirem. Saqqal saxlamaq peygemberimizin emri deyilmi? Bes neye gore saqqal saxlayanlara vehabi deyilir. Ve onlar terror toretmekle gunahlandirilir? Allah razi olsun!

Bayraminiz mubarek olsun! Allah namazlarinizi, dualarinizi, zikrlerinizi qebul etsin! Amin!

Yazını Aishe95 - Bazar ertəsi, 19.07.2010, 13:36
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru