[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
AisaTarix: Şənbə, 04.10.2008, 12:23 | Yazı # 21
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Quote (ğurabə)
Aleykumus-Sələm va rahmətullah. Qardaşım, kor təqlidə çağırdığını düşünmürsənmi? Nə vaxta kimi soruşacaqsan? İnsan özü də bir axtarmalı, araşdırmalıdır. Bildiyini dəqiqləşdirmək və ya dəlilnən soruşub sonra isə yoxlamaq istisna olmaqla.

qardaş, sizin bu düşüncənizə fikrimi bildirmək istərdim.

1.siz hardan bilirsiniz ki, burda sual verənlər nəyisə axtarıb-araşdırmır? insan hər şeyi eyni vaxtda öyrənə bilməz, bu vaxt tələb edir. öyrənənə kimi isə bilənlərdən soruşmaq lazımdır.
2. nəzərə alsaq ki, qadınların elm əldə etmək şansı azdır, onda nə etməlidirlər?
3. elmi az olan biri araşdırmağa başlasa, səhv istiqamətə yönəlmək təhlüksi yaranar.
4. təsəvvür edin ki, hər başdan bir səs gəlir, yəni bir hədisi bir neçə nəfər oxuyub hərə öz fikrini deyir. bunun axırı necə olar?
5. elm əldə etmək üçün çoxlu sayda kitab oxuyub hansısa fikri üstün sayırsan və beləliklə bir neçə alimin fikrini qəbul etmiş olursan. məncə elə bu da bir növ təqliddir.

elm əldə etmək üçün əvvəlcə bilənlərdən nəsə öyrənmək lazımdır, istiqamət əldə edəndən sonra isə şəxsi araşdırmalara başlamaq olar məncə. bundan sonra isə mütləq bilən biriylə danışıb fikirlərdə yanlışların olmamasına əmin olmaq lazımdır. dini məsələlərlə oynamaq olmaz.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125


Yazını Aisa - Şənbə, 04.10.2008, 12:24
 
SelefTarix: Şənbə, 04.10.2008, 23:30 | Yazı # 22
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Şevvalın altı gün orucunu bayramdan derhal sonra tutmaq lazımdır?

Sual: Şevvalın altı gün orucunu bayram gününden derhal sonra tutmaq vacibdir, yoxsa bir neçe gün keçdikden sonra (Şevval ayında) tutmaq olar?

Cavab: Bayramdan derhal sonra oruc tutmaq vacib deyil, daha doğrusu bayramdan bir ve yaxud bir neçe gün sonra oruc tutmaq olar.

Hemçinin ard-arda ve yaxud fasilelerle Şevval ayında hemin kese nece asandırsa o şekilde oruc tutmaq olar. Bu mesele olduqca genişdir ve ferz deyil, eksine bu sünnedir.
Tövfiq Allahdandır. Allahın salat ve salamı peyğemberimiz Muhemmede, onun ailesine ve sehabelerinin üzerine olsun.

Feteeve Ramadan, cild 2, seh.693, Fetva № 698

Feteeve el-Lecne ed-Deeimeh lil Buhus el-İlmiyye vel-iftee-Fetva № 3475

Elmi ve Fetva araşdırma merkezi



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
UmarTarix: Bazar, 05.10.2008, 02:34 | Yazı # 23
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (Aisa)
qardaş, sizin bu düşüncənizə fikrimi bildirmək istərdim.
1.siz hardan bilirsiniz ki, burda sual verənlər nəyisə axtarıb-araşdırmır? insan hər şeyi eyni vaxtda öyrənə bilməz, bu vaxt tələb edir. öyrənənə kimi isə bilənlərdən soruşmaq lazımdır.
2. nəzərə alsaq ki, qadınların elm əldə etmək şansı azdır, onda nə etməlidirlər?
3. elmi az olan biri araşdırmağa başlasa, səhv istiqamətə yönəlmək təhlüksi yaranar.
4. təsəvvür edin ki, hər başdan bir səs gəlir, yəni bir hədisi bir neçə nəfər oxuyub hərə öz fikrini deyir. bunun axırı necə olar?
5. elm əldə etmək üçün çoxlu sayda kitab oxuyub hansısa fikri üstün sayırsan və beləliklə bir neçə alimin fikrini qəbul etmiş olursan. məncə elə bu da bir növ təqliddir.
elm əldə etmək üçün əvvəlcə bilənlərdən nəsə öyrənmək lazımdır, istiqamət əldə edəndən sonra isə şəxsi araşdırmalara başlamaq olar məncə. bundan sonra isə mütləq bilən biriylə danışıb fikirlərdə yanlışların olmamasına əmin olmaq lazımdır. dini məsələlərlə oynamaq olmaz.

əs-Sələmu aleykum va rahmətullah.
1. Bacım, mən belə bir iddia da irəli sürmədim. İradım isə qardaşa idi. Elmi axtaran tapır və soruşduğunu da gec tez dəqiqləşdirmək lazımdır.
2. Sizə üzr vardır. Allah siz bacılarımıza faydalı elm nəsib etsin. Əmin!
3. Hər şeyin əlifbası olduğu kimi, elmin də əlifbası vardır. Düzgün istiqamət götürən inşə Allah bu yolda müvəffəqiyyət əldə edər.
4. Bunun üçün hədis alimləriniz var, hədislərə şərhlər yazılıb. Heç kim demir hər danışanda elm götürün. Heç mənim yazdıqlarımı da dəqiqləşdirmədən götürməyin. Mən də fikirlərimdə xatalı ola bilərəm. Elm bir nurdur, nur isə qaranlığı aydınladır. Elmi əhlindən götürərlər. Mən özümdən heç nə demirəm.
5. Təklid iki növdür. Kor təqlid – heç bir dəlil soruşmadan və araşdırmadan kiminsə rəyini götürmək. Dəlillə təqlid – araşdırmaq üçün imkanların məhdud olduqda əlində olan səhih dəlillərə isnad etmək.

Sonda qeyd etdiklərinizlə tamamilə razıyam və əlavə deyiləcək bir sözüm də yoxdur. Alah sizi və bizi ağışlasın.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
HacixanimTarix: Çərşənbə axşamı, 07.10.2008, 15:27 | Yazı # 24
MÜSƏLMAN BACİ
Qrup: Etibarlı
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
əs-Salamu Aleykum.
Men ozum Hacixanimam.Basqa bir saytda qoydugum xeber bele idi;
Olulere ilk sual qebirde verilecekdir. Olu qebre qoyuldugu vaxt onun yanina ilk melek gelir.
Bunlara "inkir-minkir" deyilir. Oluden "Rebbin kim? Peygemberin kim? Dinin ne?" deye soruwurlar.
Momin sexsler bu suallara:" Rebbim Allaah, Peygemberim Muhammed (s.e.s) , dinim Islamdir",- deye cavab verir. Melekler bu cavabi esidince sevinir ve olunu tebrik edirler. Qebir artiq bu insan ucun cennet baglarindan biri olur ve cennet heyatinin daha burada iken dadmaga baslayir.
Ancaq bele bir sualla qarsilasdim;
Bes goresen xiristianlar olerken onlardanda melek sorusanda Rebbin kim? Peygemberin kim? Dinin ne? deyende melekler hemin sexsin xiristian oldugunu esidende sevinir?
Men bele cavab verdim;
Allah taala Musa (s) Isa(s) ve Muxammed(s.a.s) Peygember olaraq bu dunyaya gonderib onlar her ucude insanlari Allahi sevmeyi ve ona itaet etmeye sesleyibler. Dinimize bizler ne qeder itaet etmisikse axiretde onun sevincini ve ya uzuntusunu yasayacayiq.
Allah tala her birimize cennet nesib etsin insallah.
Sizler bu suala nece cavab vererdiniz? Her kese oz tesekkurumu bildirirem


Müsəlman ola bilmək üçün, özünə istədiyin hər şeyi başqaları üçün də istə.
 
UmarTarix: Çərşənbə axşamı, 07.10.2008, 16:44 | Yazı # 25
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. Hər kəsdən ona göndərilərilmiş rəsul və ya peyğəmbər haqqında soruşulacaq. Əgər ona göndərilən rəsula və ya peyğəmbərə itaet etmişsə hədisdə gəldiyi kimi cavab verə biləcəkdir. Lakin Muhammədin (səlləllahu əleyhi və səlləm) gəldiyini bildiyi halda ona itaət etməyib də ondan öncəki rəsula və ya peyğəmbərə itaət etmişsə, bu onu xilas etməyəcək. Lakin bir məsələni qeyd etmək istəyirəm ki, cəhalət üzrdür. Bir insana haqq çatmayıbsa ona Qiyamət günü xüsusi imtahan olacaq. Doğru olanı Allah bilir!

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
SelefTarix: Çərşənbə, 08.10.2008, 22:57 | Yazı # 26
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Ölüyə xeyirli nə ola bilər.

1.Müsəlmanın ona dua etməsi.
2. Ölmüş insanın nəzir orucu varsa onun vəlisi verməlidir.
3. Vəfat etmiş insanın bir şəxsə borcu varsa, onu vəlisi və ya qeyrisi ödəyə bilər.

4. Əməlisaleh övladı yaxşı işlər görür və dua edir. Valideyni üçün əcrdən başqa bir şey yazılmır.
5. Özündən sonra yaxşı işlər qoyub gedir.
[color=blue]



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
MUSELMAN-BACITarix: Çərşənbə, 08.10.2008, 23:40 | Yazı # 27
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 7
Reputasiya: 1
Status: Saytda deyil
QƏBR ALƏMİ (Qəbirdə bizi nələr gözləyir)

ölümdən sonra baş verəcək hər bir şeyə iman edir və bütün bunların da axirətə imanın içərisinə daxil olduğuna inanmaq. O baxımdan möminlər qəbr fitnəsinə (sualına) qəbrdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabit-qədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27).

O, baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim Məhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. Uca Allah zalimləri və kafirləri azdıracaqdır. Onlar «Mmmm …. Bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan kimsələr isə: «mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər haqqında buyurur: «Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).
Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O kimsə Cənnət əhlindəndirsə Cənnət. O kimsə Cəhənnəm əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, qiyamət günü Allah səni öz yerinə göndərəcəkdir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul qəbrə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Başqa rəvayətdə: «Möminin qəbri yetmiş arşın genişlənir. Münafiq ilə kafir gəlincə ona da: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O da: «Bilmirəm, mən insanların dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım sizə qəbr əzabını eşitdirmək üçün Allaha dua edərdim».
Möminlərə gəlincə Allah buyurur: «Şübhəsiz ki: «Rəbbimiz Allahdır! deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).
Bütün bu hadisələr «bərzəx» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir şəkildə. Çünki ağlı bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbr əzabında məqsəd bildiyimiz qəbr çüxüründa görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbrdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzəx deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Səmura b. Cundəb – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdancaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə üzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: ) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddət sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam isə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O dadaşları onun ağzına atardı. O hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o dadaşları onun ağzına atardı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar : «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaclarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar : «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək ( bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızı və gümüş bir kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin o çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul-Adndır (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ – Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.
İlk gördüyün başı daşla vurulan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim – əleyhissəlam – dir. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzərində doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da». Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhissəlam – dir. Başqa rəvayətdə – Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər. Aişə – radıyallahu anhə – deyir ki, mən bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər namazdan sonra mütləq qəbr əzabından Allaha sığındığını gördüm».
Bəzi azmış kimsələr qəbr əzabını, qəbr nemətini inkar edirlər. Onlar öz ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbri açılacaq olarsa əvvəlki halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab vermək olar.
1. Əvvəla şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa düşəcəkdir.
2. Bərzəx (qəbr) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.
3. Əzab, nemət, qəbrin genişliyi və darlığı – bütün bunları sadəcə ölü hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin yuxusunda özünü sıxıntılı və dar bir yerdə görməsi kimi və ya geniş, rahat bir yerdə görməsi kimidir. Kənardan o yatan insana baxan kimsə onda heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O öz çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi. O özü vəhyi hiss etdiyi halda səhabələr isə o vəhyi hiss etmirdilər. Mələk onlara bir insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi görür, nə də onu eşidirdilər.
4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın onlara verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların arasında olan hər şey Uca Allaha həmd və təsbih edir. Allah bəzən yaratdıqlarından istədiyi kimsələrə onların təsbitlərini eşitdirir. Bununla belə bu həqiqət bizim üçün pərdəlidir. «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44).
Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər. «Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri onları görə bilmədiyiniz yerlərdən görürlər. Bu şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna görə də insan qeyb aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar etməsi düzgün bir iş deyildir.


Allahdan başqa heç bir haqq tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
 
sklass404Tarix: Cümə axşamı, 09.10.2008, 23:48 | Yazı # 28
Qrup: Etibarlı
Yazı: 4
Reputasiya: 0
Status: Saytda deyil
ALLAH RAZI OLSUN
 
ProgrammerTarix: Bazar, 04.01.2009, 15:03 | Yazı # 29
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Allah razı olsun sizdən aktiv istifadəçilərimiz

 
kenanmTarix: Cümə axşamı, 08.01.2009, 13:14 | Yazı # 30
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam. Mənə siyğə-nin ərəb dilindəki duasının latın hərfləri ilə olan yazısı lazımdır. Bilməm fikrim izah edə bildimmi?!
Yəni siyğə-nin oxunuşu lazımdı. Zəhmət olmasa!!!
 
ProgrammerTarix: Cümə, 09.01.2009, 00:51 | Yazı # 31
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Quote (kenanm)
Salam. Mənə siyğə-nin ərəb dilindəki duasının latın hərfləri ilə olan yazısı lazımdır. Bilməm fikrim izah edə bildimmi?!
Yəni siyğə-nin oxunuşu lazımdı. Zəhmət olmasa!!!

"Rəsulullah (s.a.s) xeyber günü eşşək ətini və siğəni qadağan etdi"(«At-Taxzib», 2/18, «Al-İstibsar», 3/142, «Vasilu şiye», 14/441)

Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir.


 
SelefTarix: Cümə, 09.01.2009, 01:28 | Yazı # 32
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Programmer, happy happy happy


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə, 09.01.2009, 01:44 | Yazı # 33
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
kenanm, SIZ KARVAN JURNALINA MURACIYYET EDIN ORDA BELE SHEYLERI , QADIN REDAKTOR DEQIQ BASHA SALIR


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
seyidcanTarix: Bazar, 11.01.2009, 20:10 | Yazı # 34
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
menim bir sualim var men ehli siyye yem men nece hidayet oldim kitabin oxumusam amma siz burda yazdiqiniz kimi deyil. niye? cunki siz herseyi sef yazmisiz orda ehli sunne aliminin basina gelenlerdi amma sizse neylediz ? sef yazdiz.bu kitab satisa buraxilmir sizse bundan istifade elemisiz siyyeden selehiye yol duzeltmisiz. sabah siz o alime qiyametde ne cavab vereceksiz?
 
SelefTarix: Bazar, 11.01.2009, 20:50 | Yazı # 35
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
seyidcan,EY INSAN 1 CISI ESIRLERLE KITAB DEYISHEN ELE RAFIZI SHIYELERDIR KI HEC BIR SEHIH KITABLARIDA YOXDUR, ISLAM DININI ISTEDIYI YERE SENIN ALIMLERIN CONDERIR, EYNIYLE YAHUDILER KIMI , ESLA SEN OZ EQIDENI YAXSHI OXUSDAN GORERSEN KI SIZ RAFIZI SHIYELERE GORE QURANDA DEYISHILIB

ALLAH ZELALETDE OLANLARA HIDAYET VERSIN



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Bazar, 08.02.2009, 12:29 | Yazı # 36
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
happy happy happy

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 08.02.2009, 12:45 | Yazı # 37
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
1.Batil nikahlar

2.Şiğar nikahı:

3.Muhəllil nikahı:

4.Mutə nikahı (Siğə):

5.Kişinin, boşamaq niyəti ilə qadınla nikah bağlaması:

6.Qadın hüquqları

7.Kişinin boynuna düşən qadın haqqı

Batil nikahlar
1. Şiğar nikahı: Bu, bir kimsənin öz qızını, bacısını, yaxud qəyyumu olduğu kimsəni qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud oğlunu və ya qardaşını qohumlarından bir qızla evləndirməsini, yaxud qızını, bacısını və ya bacısı qızını və ya başqasını qarşılıq olaraq ya evləndirməsi, ya da ərə verməsi deməkdir.
Belə qaydada bağlanan nikah, mehr verilib-verilməməsindən asılı olmayaraq, batil sayılır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə nikah bağlamağı qadağan etmiş və çəkindirmişdir. Uca Allah buyurur: «...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...»[1]. İki Səhih əsərdə İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan etmişdir»[2].
Səhih Müslimdə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir»[3].
Həmçinin digər hədisdə demişdir: «İslamda şiğar yoxdur»[4].
Bu səhih hədislər, şiğar nikahının haram, batil və Allahın şəriətinə zidd olmasını açıq-aşkar isbat edir. Göründüyü kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu nikah zamanı mehr verib-verməmək hallarını istisna etmir.
Demək, İbn Ömərin (Allah ondan razı olsun) bir hədisində şiğar nikahının açıqlaması verilir və deyilir: «Şiğar, bir kişinin öz qızını digərinə evləndirib, əvəzində onun qızını istəməsi və arada mehrin olmamasıdır». Bu hədisin sonunda deyilən, «və arada mehrin olmamasıdır» - bu söz, əksər alimlərin qənaətinə görə İbn Ömərdən rəvayət edən Nafinin sözüdür, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözü deyil. Çünki əccəldə də qeyd etdiyimiz kimi, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını Əbu Hureyrənin hədisində açıqlamış və demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir». Gördüyünüz kimi burada o, mehrin olmaması haqqında söz etmir. Bu onu göstərir ki, belə nikahda mehrin verilib-verilməməsi onun haramlıq hökmünü dəyişmir. Burada haramlığın səbəbi dəyişmədir. Bu isə böyük fəsad törədən bir haldır. Çünki bu, qəyyumların öz istəklərini həyata keçirmək uğrunda, onların maraqlarını qadınların maraqlarından üstün tutaraq, qadınları istəmədikləri kişiyə zorla ərə verməkdir. Bu isə qadınlara qarşı edilən zülmdür, pis bir işdir. Həmçinin bu, qadınların, tay-tuşlarının aldıqları mehrdən məhrum edilməsi deməkdir. Biz bu gün də belə arzuolunmaz nikah bağlayanların həyatında bunu görürük - Allah yalnız istədiklərini qoruyur-. Eləcə də bu nikah evlilikdən sonra söz-söhbətlərə, münaqişələrə səbəb olur. Bu da Allahın şəriətinə müxalif olanın, təcili cəzasıdır.[5]

2. Muhəllil nikahı: Bu, üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə, gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır.
Bu növ nikah ən böyük günahlardan və fahiş işlərdəndir. İstər əvvəlcə, istərsə sonra bu nikahı etməyə sövdələşmək, yaxud qəlbində belə bir niyyət tutub evlənmək qadağandır. Onu edənə qarşı isə lənət olunmuşdur.
Əli (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə nikah bağlayanı və səbəbiylə bu nikah bağlanan kimsəni (birinci əri) lənətləmişdir»[6].
Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sizə kirələnmiş keçi haqqında xəbər verimmi? Orada olanlar: Bəli, de ey Allahın rəsulu. O dedi: Bu, muhəllildir. Allah muhəllilə və səbəbiylə bu nikah bağlanan kimsəyə (birinci ərə) lənət etsin»[7].
Ömər ibn Nafi atasının belə dediyini rəvayət edir: Bir nəfər İbn Ömərin (Allah ondan razı olsun) yanına gəldi və arvadını üçüncü dəfə boşamış kişi haqqında soruşdu və dedi: Demək həmin adamın qardaşı onun arvadını ona halal olsun deyə, qardaşı ilə sövdələşmədən qadınla evlənmişdir. Belə halda qadın birinci ərinə halal sayılırmı? İbn Ömər dedi: Xeyr evlənə bilməz. Yalnız könüllü nikah bağlandıqdan sonra evlənə bilər. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında belə işi zina hesab edirdik.[8]

3. Mutə nikahı (Siğə):
Bu nikah, müvəqqəti və ya kəsik nikah adları ilə də adlanır. Mahiyyəti isə bundan ibarətdir ki, kişi qadınla bir günlük, yaxud bir həftəlik, bir aylıq və ya bir müddətlik nikah bağlayır.
Belə nikah yekdil olaraq haram sayılır. Hətta nikah bağlansa da batil sayılır[9].
Səburə deyir ki, «Fəth ilində Məkkəyə daxil olarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə siğə etməyi əmr etdi. Sonra oradan çıxmamış artıq bunu bizə qadağan etdi»[10].


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 08.02.2009, 12:46 | Yazı # 38
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Kişinin boynuna düşən qadın haqqı
Uca Allah buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir...»[13].
Ərlə arvad arasında olan sevgi, başqa heç bir cütlükdə ola bilməz. Uca Allah ərlə arvadın dəvamiyyətli sevgili və mərhəmətli olmalarını sevdiyindən, bu ünsiyyət qorunub saxlansın deyə müəyyən hüquqlar əmr etmişdir. Belə ki, bu hüquqların qorunmasıyla sevgi və mərhəmətin tükənməsi və ya itməsinin qarşısı alınır. Uca Allah buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...»[14].
Bu kəlmələr qısa olsalar da onalrın ehtiva etdikləri təfsilatı toplamaq üçün böyük bir kitab yazmaq lazım gələr. Bu, yalnız bir haldan başqa, digər bütün hallarda qadının kişi ilə eyni hüquqa malik olduğunu vurğulayan ümumi bir qaydadır. Həmin istisna olunan hüquq bu ayədədir: «...Ancaq kişilər onlardan bir dərəcə üstündürlər...»[15].
Uca Allah qadınların haqqını və ya qeyri haqqını bilməyi insanların öz yaşayışlarında, davranışlarında və ailələrində olan xoş münasibətlərdən götürməyi onlara həvalə etmişdir. İnsanların adət-ənənələri isə onların şəriətindən, etiqadlarından, ədəb-ərkanlarından və adətlərindən irəli gəlir. Ayənin bu cümləsi kişiyə həyatın bütün sahələrində öz arvadı ilə necə davranması haqqında bir ölçüdür. O qadından hər hansı bir işi tələb etdikdə düşünməlidir ki, tələb etdiyi şey eynilə onun özünə də aiddir. Ona görə də İbn Abbas (Allah onlardan razı olsun) deyərdi ki, «qadınım mənim üçün bəzəndiyi kimi, mən də onun üçün bəzənirəm»[16].
Həqiqi müsəlman qadının onun üzərində olan haqqlarını etiraf etməlidir. Necə ki, uca Allah bu ayədə buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...».
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisdə deyir: «Həqiqətən sizin qadınlarınız üzərində, qadınlarınızın da sizin üzərinizdə haqqları vardır»[17].
Dərrakəli müsəlman öz haqqının ödənib-ödənməməsinə baxmadan, daima qadınının haqqını ödəməyə çalışır. Çünki belə müsəlman onların arasında sevgi və mərhəmətin dəvamiyyətli olmasını daha üstün sayır. Həmçinin onların ayrılması üçün fürsət axtaran şeytana macal vermək də onun hədəfidir.
«Din nəsihətdir!» sözünün riayətçisi olaraq birinci kişinin boynuna düşən qadın haqqlarını, sonra isə qadının boynuna düşən kişi haqqlarını sadalamaq istərdik. Bəlkə bu səbəblə ər və arvadlar düşünər, haqqı və səbri tövsiyə edənlərdən olarlar.
«Həqiqətən qadınlarınızın sizin üzərinizdə haqqları vardır».
1. Kişi qadınla mülayim həyat tərzi sürməlidir. Uca Allah buyurur: «...Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin...»[18]. Demək kişi qadının qida və geyim ehtiyaclarını ödəməli, özbaşınalıq etməsindən qorxduğu halda Allahın buyurduğu qaydada onu tərbiyələndirməlidir. Tərbiyələndirmə ilk olaraq gözəl nəsihətlə, söyüşsüz, təhqirsiz və ya kobudluq edilmədən olmalıdır. Əgər qadın bununla yola gəlməzsə onda yatağını ayırmalıdır, yenə də yola gəlməzsə onda üz istisna olmaqla bədənin digər yerlərinə yüngül şəkildə vurmaqla tərbiyələndirə bilər. Elə bu haqda uca Allah buyurur: «...(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»[19].
Həmçinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Qadınımızın bizim üzərimizdə olan haqqı nədir?" – deyə soruşduqda belə cavab vermişdir: «İstədiyi vaxt yedirtmək, istədiyi vaxt geyindirmək. Həmçinin üzünə vurmamaq, kobudluq etməmək və yalnız evdə olarkən yatağını ayırmaq»[20].
Kişinin öz ailəsi ilə mülayim və xoş davranması onun əxlaqının kamilliyinin və imanının artımının aşkar əlamətidir. Necə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Möminlərin ən mükəmməl imana sahib olanı ön gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz isə qadınları üçün xeyirli olanınızdır»[21].
Kişinin qadına qarşı xoş davranması onun yüksək şəxsiyyətliliyindən xəbər verir. Ona xəyanət etməsi və alçaltması isə onun rəzalətindən və alçaqlığından irəli gəlir.
Kişinin qadınla xoş davranma nümunəsi onunla mülayim davranıb, oynaqlaşmasıdır. Bu işdə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünə örnək götürməlidir. Demək o, Aişə ilə mülayim davranar və yarışardı. Hətta Aişə (Allah ondan razı olsun) deyir ki, «bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə yarışdı və mən onu ötdüm. Mən kökəldikdən sonra mənimlə yarışıb məni ötdü və dedi: Bu, ötən yarışmanın əvəzinə idi»[22].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailə ilə oynamaq xaric, digər oyunları faydasız saymış və demişdir: «Adəm övladının oynadığı bütün oyunlar faydasızdır, yalnız üçündən başqa: Ox atmaq, atına təlim keçmək və ailəsi ilə oynaqlaşmaq. Bunlar həqiqətən də haqqdandır»[23].
2. Qadının kişi üzərində olan haqqından biri onun əziyyətinə səbr etmək və etdiyi nalayiq hərəkətləri bağışlamaqdır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir əxlaqi xüsusiyyətini xoşlamasa, digərini xoşlar»[24].
Həmçinin demişdir: «Qadınlarla xoş davranın həqiqətən onlar qabırğadan yaradılmışlar. Qabırğanın ən əyri yeri isə baş hissəsidir. Sən onu düzəltmək istəsən sındıracaqsan. Olduğu kimi saxlasan əyri olaraq qalacaqdır. Qadınlarla xoş davranın»[25].
Bəzi sələfilər deyərdilər: Qadınla gözəl əxlaqlı davranmaq ona yaxşılıq etmək demək deyil. Ona yaxşılıq etmək onun əziyyətinə dözmək, qəzəbli və təlaşlı halında mülayim olmaqdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə edərdi. Demək yoldaşları onun yanına gələr və səhərdən axşama qədər ondan küsülü qalardılar[26].
3. Qadının kişi üzərində olan digər haqqı onun şərəfinə, namusuna ləkə gətirən şeylərdən onu qorumaq, mühafizə etmək, açıq-saçıq olmaqdan çəkindirməkdir. Həmçinin naməhrəm kişilərlə qaynayıb qarışmasının qarşısını almaq, onun ehtiyaclarını tam ödəməli və lazımi qaydada keşiyində durmalıdır. Ona əxlaq və din işlərində əyri yolda düşməməyə kömək etməlidir. Ona günah işlətməyə, yaxud Allahın və rəsulunun əmrindən kənara çıxmağa macal verməməlidir. Belə ki, kişi onun məsuliyyət daşıyan hamisi, himayədarıdır. Uca Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər)...»[27].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kişi ailəsinin hamisidir və o, tabeçiliyində olanların məsuliyyətini daşıyır»[28].
4. Qadının kişi üzərində olan digər haqqı, kişinin ona dinin zəruri əmrlərini öyrətməsi, yaxud elmi məclislərə getməsinə icazə verməsidir. Belə ki, onun dinini öyrənməsi, mənəviyyatını gücləndirməsi yeməyə və içməyə olan ehtiyacından heç də az əhəmiyyət daşımır. Bu, uca Allahın aşağıdakı ayəsindən götürülmüşdür: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...»[29].
Qadın da ailənin bir üzvüdür. Onu, iman və saleh əməllərlə oddan qorumaq mümkündür. Əməlin saleh olması və şəriətin tələb etdiyi qaydada yerinə yetirilməsi üçün isə elm və bilik gərəkdir.
5. Qadının kişi üzərində olan digər haqqı, kişinin ondan Allahın dininə əməl etməyi tələb etməsi və namazları vaxtında qılmasını əmr etməlidir. Uca Allah buyurur: «Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et...»[30].
6. Qadının digər hüququ ehtiyacı olduğu zaman kişinin ona evdən çıxmağa icazə verməsidir. Məsələn bu ehtiyac camaat namazına getmək, öz ailəsini, qohumlarını və ya qonşularını ziyarət etmək ola bilər. Lakin bir şərtlə ki, kişi qadına cilbab (bədəni tam örtən geniş paltar) geyinməsini, açıq-saçıq olmamasını, naməhrəmlərin diqqətini cəlb etməsin deyə ətirlərdən istifadə etməməyi, yad kişilərlə qaynayıb-qarışmamağı və onlara əl verib görüşməməyi, televizorda nalayiq şeyləri seyr etməməyi və musiqi dinləməməyi əmr etməlidir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 08.02.2009, 12:47 | Yazı # 39
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
7. Qadının digər haqqı kişinin onun sirrini və eyiblərini açmamasıdır. Çünki kişi onun qayğıkeşi və hamisi sayılır. Ən təhlükəlisi yataq sirrlərinin açılmasıdır. Ona görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə sirlərin açılmasını qadağan etmişdir. Demək Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınların da əyləşmişdilər. Bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır? Hamı sakit durdu. Mən isə dedim: Bəli, ey Allahın elçisi, Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir»[31].
8. Qadının kişi üzərində olan digər haqqı kişinin öz işlərində onunla məsləhətləşməsidir. Ələlxüsus onlara və övladlarına aid məsələlərdə. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınları ilə məşvərət edər və onların dediklərinə uyğun hərəkət edərdi. Onun belə bir hərəkəti Hudeybiyyə günü baş vermişdi. Demək sülh sazişi bağladıqdan sonra üzünü səhabələrə tutub: «Qalxın qurbanlarınızı kəsin, sonra başınızı qırxın». Rəvayətçi deyir: Allaha and olsun, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu üç dəfə təkrarladı amma heç kəs yerindən qalxmadı. O, heç kəsin qalxmadığını görüb Ummu Sələmənin (Allah ondan razı olsun) yanına daxil oldu və camaatın itaətsizliyini ona çatdırdı. Ummu Sələmə dedi: Ey Allahın Peyğəmbəri, sən bunu etməyi istəyirsənsə camaatın önünə çıx və heç kəsi dindirmədən dəvələrini kəs və bərbərini çağırıb başını qırxdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyilən kimi çıxıb heç kəsi dindirmədən deyilənləri etdi. Bunu görən camaat da qurbanlarını kəsib, bir-birilərinin başlarını qırxmağa başladılar. Sanki bir-birlərini öldürəcəklər kimi bir izdiham baş verdi[32].
Uca Allah Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşı Ummu Sələmənin fikri ilə böyük xeyir bəxş etdi. Baş verən bu hadisə, qadınlarla məşvərət etməyi qadağan edən zülm və haqsızlıqla söylənmiş məsəllərə qarşı çıxan bir məsəldir. Belə zülm və haqsızlıqla söylənilmiş məsəllərdən birində deyilir ki, qadının məşvərəti fayda verərsə bir ili, fayda verməzsə bütün ömürü məhv edər.
9. Qadının kişi üzərində olan digər haqqı, kişinin işa namazından sonra birbaşa qadının yanına qayıtması, gecənin bir hissəsini evdən kənarda keçirməməsidir. Çünki bu, qadını təlaşlandırır və onu narahat edir. Həmçinin kişinin daim gecikməsi səbəbi ilə qadının qəlbinə vəsvəsə və şək-şübhə də gələ bilər. Nəinki bu, hətta kişinin evin daxilində qadından uzaq durub səhərə qədər oyaq qalması qadının haqqının pozulmasıdır. Qadının haqqı ödənilməmiş, hətta namaz qılmaq üçün belə hərəkət etmək olmaz. Elə bu baxımdan Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abdullah ibn Amra gecələr oyaq qalmasını və qadınından uzaq durmasını etiraz etmiş və demişdir: «Arvadının sənin üzərində haqqı vardır»[33].
10. Qadının kişi üzərində olan digər haqqı, əgər kişinin başqa arvadı varsa onunla digər zövcələri arasında ədalətli olmasıdır. Kişi qadınları yedizdirməkdə, içizdirməkdə, geyim-keçimdə və gecələmədə ədalətli olmalıdır. Onun bu hüquqları pozmağa və ya zülm etməyə haqqı yoxdur. Çünki uca Allah bunu haram etmişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kimin iki arvadı olar və birini digərindən üstün tutarsa qiyamət günü gələrkən cəsədinin bir tərəfi şil olar»[34].
İslam qardaşlarım, bu qadınlarınızın sizin üzərinizdə olan haqqlarıdır. Sizə vacib olan, onların bu haqqlarını ödəməyə səy göstərmək və yorulmamaqdır. Həqiqətən bu haqları layiqincə ödəmək sizin ailə xoşbəxtliyinizi qorumanıza, evlərin sağlam olmasına, sizi narahat edən, sakitliyinizi, xoş ünsiyyətinizi və mərhəmətinizi pozan problemlərdən uzaq olmanız üçün bir səbəbdir.
Həmçinin qadınlara da tövsiyə edərdik ki, onların haqqlarını pozub naqilsik göstərən ərlərinin bu işinə böyük əhəmiyyət verməsinlər. Əksinə belə halda onlara daha gözəl xidmət göstərsinlər. Bununla evlilik həyatı xöşbəxt davam edə bilər


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
CekaTarix: Şənbə, 14.02.2009, 01:37 | Yazı # 40
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Qurani Kerimin en duzgun tefsiri kitabi hansi alimindir? ( azerbaycan dilinde). Ve bu kitabi harada tapmaq olar?
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru