[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
UmarTarix: Bazar ertəsi, 16.02.2009, 01:28 | Yazı # 41
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Azərbaycan dilində yalnız və yalnız Fərahim Sələfinin tərcümə etdiyi gözəl alim Abdur-Rahmən əs-Səədinin (rahiməhullah) təfsir kitabıdır. Rus və ana dilimizdə bu kitabları "Müslim Şop" mağazalar şəbəkəsindən və "Əbu Bəkr" məscidi yaxınlığındakı dini dükanlardan soruşun.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
XEDICE73Tarix: Bazar, 15.03.2009, 12:48 | Yazı # 42
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual:

Allahdan qeyrisinə dua etməyin hökmü nədir?


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
SelefTarix: Bazar, 15.03.2009, 19:55 | Yazı # 43
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Quote (XEDICE73)
Allahdan qeyrisinə dua etməyin hökmü nədir?

Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!" (Suara, 213)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Bazar ertəsi, 16.03.2009, 14:22 | Yazı # 44
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Selef,
Allah razi olsun axi.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
talhaTarix: Cümə, 20.03.2009, 00:58 | Yazı # 45
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum
Buxaride bele bir hedis var:
Hadis : Rivâyet olunduğuna göre, müşârün-ileyh, güneş battığı sıra Nebî salla`llahu aleyhi ve sellem bana: - Ey Ebû Zer, güneş nereye gider, bilir misin? diye sordu. Ben: - Allah ve Peygamber`i bilir, dedim. Resûlullah: - Güneş gider tâ arşın altında (ki karargâhında) secde eder (gibi Allah`a inkıyâd eder) ve (mu`tâd üzere maşrıktan doğmak üzere) izin ister de ona destûr verilir. (Ve şarktan doğar. Bununla berâber güneş Âdem-oğullarının günahkârları üzerine doğmayı fenâ görür) ve bu halde secde etmeğe yaklaşır. Fakat secdesi kabûl olunmaz. (Matla`ına gitmeğe) izin ister de izin de verilmez. Ve ona: artık nereden geldinse oraya dön! denilir. O da battığı taraftan doğar. Resûlullah`ın güneş hakkındaki bu ihbârı, Allahu Teâlâ`nın: - "Güneş, onun devrine ta`yîn olunan makarrinde seyr eder. güneşin (en ince bir hesap üzere) makarrindeki bu seyri, kudreti her şeye galip, ilmi her ma`lûmu muhît olan Allah`ın takdîridir" meâlindeki kavli (nin mazmûnu) dur.
HadisNo : 1321
bu hedisin menasi nedir ?
 
UmarTarix: Şənbə, 21.03.2009, 15:19 | Yazı # 46
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əs-Sələmu aleykum va rahmətullah, əziz müsəlmanlar. El adət ənənəsinə görə çox zaman gənclər evlənməmişdən öncə nişanlanırlar. Bu nişan dövründə bu gənclər əl-ələ tuta bilərmi, otaqda ikisi təklikdə qala bilərmi və sair narahat edən suallara aşağıdakı fətvadan cavab ala bilərsiniz:

İşləmək istəyirəm, lakin nişanlım icazə vermir

Üç ildir ki, nişanlanmışam. Lakin bu illər boyu mənimlə nişanlım arasında bəzi mübahisələr olmuşdur. Bu mübahisələrin əksəriyyəti bəsit xarakterli olmasına baxmayaraq, bununla belə aramızda problem yaşanmaqdadır və həmişə aramızda mühabisəyə gətirib çıxarır. Bu məsələ evləndikdən sonra mənim işləmək istəyimlə əlaqədardır. Nişanlım israr edir ki, islam dinində qadının ehtiyacdan dolayı deyil, sadəcə işləmək arzusunda olduğundan dolayı işləməsi haramdır.
Cavab:
Həmd Allaha məxsusdur.
Birincisi:
Bir məsələni qeyd etmək mühümdür: bu bacı deyir ki, o üç ildir ki, “nişanlıdır” və görünür ki, o nişanlısı ilə oturub durur və onunla danışır, ola bilsin onunla tək bir yerdə qalır və deyir ki, nişanlısı ilə “evləndikdən sonra işləmək” mövzusunda mübahisə edirlər.
Kəbindən əvvəl nişanlı kəslərin bir yerdə danışması və bayıra çıxması adət halını almışdır. Şübhəsiz ki, bu cür etmək haramdır, çünki evlilik təklif edən kişiyə yalnız nişanlısına baxmaq icazə verilir; onunla bir yerdə qalması və əl ilə görüşməsi haramdır, çünki qadın hələ də onun üçün naməhrəm sayılır, lakin islam kişinin evlənəcəyi qadına baxmasına icazə verir. Bundan məqsəd oldur ki, kişi evlənəcəyi kəs barədə qəti qərar verdiyinə əmin olsun.
Bəzi insanlar öz gələcək zövcəsi ilə nikah müqaviləsi bağlayan, lakin izdivac etməyənləri “nişanlı” adlandırır. Sizdə də vəziyyət bu cürdürsə, o zaman siz ər və arvad sayılırsınız. Sizin ərinizin sizinlə əl ilə görüşmək, sizinlə tək qalmaq və səyahət etmək haqqı var. Lakin kəbin yoxdursa, o zaman bu görüşlər haramdır.
İkincisi: Qadına yaraşan və münasib olan vəzifə evində qərar tutmaq, evin qayğısına qalmaq, ərinin və Allah təala onlara övlad ilə ruziləndiribsə övladlarının qayğısına qalmaqdır. Bu əzəmətli bir işdir, cüzi bir məsələ deyil. Evin xaricində iş məsələsinə gəldikdə, əslən bu qadının fitrətinə, təbiətinə uyğun gəlmir. Lakin qadının ehtiyacı varsa, onun təbiətinə ən uyğun və ən münasib olan işi edə bilər, eyni zamanda Allahın əmrlərinə tabe olaraq özünü örtməli, baxışlarını aşağı endirməli və haram yolla və s. kişilər ilə qarışmamalıdır.
Şeyx Abduləziz ibn Baz (Allah ona rəhmət etsin) demişdir:
Məlum olduğu kimi, qadının bayıra çıxaraq kişilərə xas sahələrdə işləməsi məzəmmət olunan qarışma və kişilər ilə tək qalmaqilə nəticələnir. Bu çox təhlükəli məsələdir, acı fəsadlar ilə nəticələnir. Bu cür etmək şəriət mətnlərinə ziddir, yəni islam qadına evlərində qərar turmağı və Allah təalanın onlara xas etdiyi və təbiətlərinə (fitrətlərinə) uyğun işləri görməyi əmr edir, bu da onları kişilər ilə qarışmaqdan uzaq tutur.
Səhih dəlillər açıq-aydın dəlalət edir ki, naməhrəm qadınlar ilə bir yerdə tək qalmaq və onlara baxmaq haramdır, həmçinin şəriətimiz Allah təalanın qadağan etdiklərini işləməyə səbəb olan vasitələri də qadağan edir. Bu barədə çox saylı açıq-aydın dəlillər mövcuddur və qəti olaraq göstərir ki, pis nəticələrə gətirib çıxaran qarışıqlıq haramdır. Məsələn, Allah təala buyurur:
“33 Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
34 Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, (hər şeydən) Xəbərdardır”. (əl-Əhzab 33:33-34)
Allah təala həmçinin buyurur:
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir”. (əl-Əhzab 33:59)
“30 Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
31 Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. (ən-Nur 24:30-31)
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Qadınların yanına daxil olmaqdan həzər edin”, yəni naməhrəm qadınların yanına girməkdən. Dedilər: “Ey Allahın Rəsulu, bəs qayın barədə nə deyirsən? O dedi: “Qayın ölümdür”. Allah Rəsulu sallallahu aleyhi və səlləm nə cür olursa olsun naməhrəm qadın ilə tək qalmağı qadağan etmişdir və demişdir: “Üçüncüsü şeytandır”. Həmçinin, qadınlara yalnız məhrəmi ilə səyahət etməyə icazə verilmişdir. Bundan məqsəd şərrə aparan vasitələrin, səbəblərin qarşısını almaq və günah qapısını bağlamaq, hər iki tərəfi şeytanın tələsindən qorumaqdır. Çünki, səhih hədisdə belə rəvayət olunur: “Dünyadan və qadınlardan qorxun! Həqiqətən, İsrail oğullarının ilk fitnəsi qadınların əli ilə olmuşdur”. Həmçinin demişdir: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə (imtahan, sınaq) tərk etmədim”.
Gördüyünüz kimi, bu ayələr və hədislər aydın şəkildə ifadə edir ki, fəsada, ailələrin parçalanması və cəmiyyətlərin xarab olmasına, pozulmasına aparan qarışıqlıqdan uzaq durmaq vacibdir. Bəzi müsəlman ölkələrində qadınların vəziyyətinə baxdığımızda şahid oluruq ki, onlar evdən çıxdıqları üçün və onlara aid olmayan vəzifələrdə işlədikləri üçün şərəflərini itirmişdirlər. Bu ölkələrdə və qərb ölkələrində olan ağıl sahibləri nida edir ki, qadının Allah təalanın fiziki və əqli olaraq yaratdığı təbii vəziyyətinə geri qayıtması onun üçün zəruridir, lakin artıq çox gecdir.
Evlərində (iş görmək) və yaxud dərs demək, digər münasib sahələrdə qadının görəcəyi çox sayda işlər var. Bu da o deməkdir ki, kişilərə aid sahələrdə onların işləməsinə ehtiyac yoxdur.
Şeyx ibn Baz, va Muvaafaqatuhu əl-Səəbitə, № 22

ƏbdulƏziz ibn Abdullah ibn Baz

Mənbə: http://dinifetvalar.com/fetva.pl?id=652&axtarilan_soz=cinsi



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Şənbə, 21.03.2009, 15:28
 
OmarTarix: Çərşənbə, 08.04.2009, 09:16 | Yazı # 47
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum. Qardashlar uzumu size tutub bir sualla muraciet edirem. Men Ikame haqqinda sehih hedisler axtariram ve onun duzgun oxunmasini bilmek isteyirem. Bezi insanlar bizim aramizda ikame oxuyarken 4 defe Allahu Akbar deyir ve 2 defe o biri kelmeleri tekrarlayir
 
UmarTarix: Çərşənbə, 08.04.2009, 23:25 | Yazı # 48
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Bismilləh!

Aleykumus-Sələm va rahmətullah. Əziz qardaşım. İqamənin müxtəlif deyiliş formaları olduğu kimi azanın da fərqli ləfzlərdə deyilişi sünnətə sabitdir. Lakin sizin sualınız iqamə barədə olduğundan cavablayırıq:

Sünnədə iqamənin deyilişi 3 cür gəlib:

1. Abdullah bin Zeydin (radıyallahu ənhu) nəql etdiyi hədisə görə Bilalın (radıyallahu ənhu) oxuduğu iqamə forması:

Allahu Əkbər (2 dəfə)
Əşhədü ən ləə iləhə İləllah (1 dəfə)
Əşhədu ənnə Muhammədən Rasulullah (1 dəfə)
Həyya aləl-saləh (1 dəfə)
Həyya aləl-fələh (1 dəfə)
Qad qamətis-saləh (2 dəfə)
Allahu Əkbər (2 dəfə)
Ləə iləhə İləllah (1 dəfə)

2. Əbu Mahzurədən (radıyallahu ənhu) rəvayət edilən: "Rasulullah (səlləllahu əleyhi və səlləm) "iqamə isə on yeddi kəlmədir"" deyə buyurduöu hədisə əsasən:

Allahu Əkbər (4 dəfə)
Əşhədü ən ləə iləhə İləllah (2 dəfə)
Əşhədu ənnə Muhammədən Rasulullah (2 dəfə)
Həyya aləl-saləh (2 dəfə)
Həyya aləl-fələh (2 dəfə)
Qad qamətis-saləh (2 dəfə)
Allahu Əkbər (2 dəfə)
Ləə iləhə İləllah (1 dəfə)

Ən-Nəsai, 2; ət-Tirmizi, 1/367, hədisin nömrəsi: 192, həsən, səhih hədisdir qeydiylə.

3. Azanda təkbiri iki dəfə, iqamə ləfzi bir dəfə şəklində oxunuşunu İmam Malik (rahiməhullah) mənimsəmişdir. Çünki Mədinə xalqının belə tətbiq edirdi. Bax: İbn Qeyyim, "Zadul-Məad", 2/390.

Ancaq İbn Qeyyim (rahiməhullah) bildirdiyinə görə "Qad qamətis-saləh" ləfzi qəti təkid edilmiş sünnət olaraq sabit deyildir. Bax: İbn Qeyyim, "Zadul-Məad", 2/389.

İbn Əbdül-Bərr (rahiməhullah): "Bu mübah olan bir ixtilafdır... İqaməni cüt də oxumaq olar, hamısını tək də oxusa da sadəcə "qad qamətis-saləh"i bir dəfə oxusa da, hamısı caizdir (icazəlidir)". Bax: İbn Hacər, Fəthul-Bari, 2/84.

Doğru olanı Allah bilir.

Vəs-Sələmu aleykum va rahmətullah.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Çərşənbə, 08.04.2009, 23:26
 
XEDICE73Tarix: Çərşənbə, 29.04.2009, 12:20 | Yazı # 49
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Assalamunaleykum! men bir qadin taniyiram o cox qocadir hem de isleyir kuce supurur, namaz qilmir sirk edir basa saliram amma nedense basa dusmur oz bildiyini edir.Onun usaqlarida ona baxmir cox pis veziyyetdedir.evine bele qetmeye qorxur .
nedense ona cox yaziqim qelir .
size sual verirem ona sedeqe vermek olar?


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Cümə, 01.05.2009, 22:29 | Yazı # 50
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Aleykumus-Sələm va rahmətullah. Vəsf etdiyiniz qadın müşrik bir qadındır. Allah hidayət versin.
Kafir və müşriklərə sədəqə vermək olar. Bu onların qəlbini yumşalda bilər. Ancaq həmin şəxs İslama qarşı vuruşan biri olmamalıdır. Vuruşmaq isə, həm dillə olur. həm də əllə.


“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.

Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.” (əl-Mumtəhinə 60/ 8-9)

Doğru olanı Allah bilir!

Vəs-Sələmu aleykum va rahmətullah.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
XEDICE73Tarix: Şənbə, 02.05.2009, 16:35 | Yazı # 51
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ğurabə, Allah razi olsun, Axi! insaallah fikrimde yanilmamisam.her halda onunda ruzusunu Allah verir .

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 03.05.2009, 13:04 | Yazı # 52
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Planetlerin hereket qanunu kim keshf edib?

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
semaTarix: Bazar ertəsi, 04.05.2009, 21:39 | Yazı # 53
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Assalamu aleykum.Bir baci menden bir sual sorusdu cavab vermekde acizem.
Xais edirem mene komek edin.
Bir kisi evlidirse ikinci defe istediyi vaxt evlene biler?
Yeni Islamda ikinci defe evlenmek ucun ne sertler var?


 
UmarTarix: Bazar ertəsi, 04.05.2009, 22:39 | Yazı # 54
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (sema)
Assalamu aleykum.

Bir kisi evlidirse ikinci defe istediyi vaxt evlene biler?

Yeni Islamda ikinci defe evlenmek ucun ne sertler var?

Aleykumus-Sələm va rahmətullah.

Fayda üçün oxuyun:

Qadın: İkinci zövcə alsan məni boşayarsan

452 Sual: Zövcəmlə mənim ikinci dəfə evlənmək məsələsini müzakirə etmişik. O deyir ki, mən ikinci dəfə evlənsəm o məndən boşanma tələb edəcəkdir. Biz islami qaydalara görə evlənmişik və həmin nikah müqaviləsində (kəbində) mənə ikinci dəfə evlənməyi qadağan edən heç bir razılıq yoxdur. Ona görə də, sualım budur ki, zövcəmin məni bu haqqdan məhrum etmək haqqı varmı? Həmçinin, o Allah təalanın halal etdiyi bir şeyi mənə haram etmirmi? Zövcəm əxlaqlı bir müsəlmandır və dəlillərlə cavab verilən suala hörmətlə yanaşacaqdır. Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Həmd Allaha məxsusdur.

Kişinin ikinci dəfə evlənməyə fiziki və maddi cəhətdən imkanı çatırsa və hər iki zövcəsinə ədalətlə davranmağı bacaraqsa və ikinci dəfə evlənmək istəyirsə islam dininə görə bu cür etmək icazəlidir. Allah təala buyurur: “...ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin...”. (ən-Nisa 4:3)

Peyğəmbər sallallahu aleyhi və səlləm və onun səhabələri bu cür etmişdirlər. Lakin peyğəmbərdən başqa heç kəsə dörd zövcədən çox evlənmək haqqı verilməmişdir.

Hər kəsə məlumdur ki, qadınlar təbiətləri etibarilə qısqancdırlar və öz ərlərini başqa qadınlar ilə paylaşmaq niyyətləri yoxdur, istəmirlər. Bu
cür qısqanclığa görə qadınları qınamaq, ittiham etmək lazım deyil, çünki bu cür hissiyyat saleh qadınların ən xeyirlilərində, səhabə qadınlarda və hətta möminlərin analarında (peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələrində) belə olmuşdur. Bununla belə, qadınlar çalışmalıdırlar ki, onların bu qısqanclıq hissi Allah təalanın şəriətdə icazə verdiyi bir şeyə etiraz etməyə gətirib çıxarmasın və onlar ikinci dəfə evlənməyin qarşısını almağa cəhd etməməlidirlər; qadın ərinə başqa bir qadınla evlənməyə icazə verməlidir, çünki bu cür əməl yaxşı işlərdə və təqvada yarışmaqdır.

Səhih olduğunda ittifaq olunan bir hədisdə peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim qardaşının ehtiyaclarının qayğısına qalarsa, Allah təala da onun ehtiyaclarının qayğısına qalar”.

Başqa bir qadınla evlənmək üçün birinci zövcənin razılığı şərt deyil.

Fətvalar üzrə Daimi Heyətdən bu mövzuda soruşmuşdurlar və onların cavabı aşağıdakı kimi olmuşdur:
“Kişi ikinci dəfə evlənmək istəyirsə birinci zövcənin razılığını almaq ona fərz deyil, lakin bu cür vəziyyətlərdə qadının təbii olaraq hiss etdiyi incikliyin dərəcəsini azaldacaq tərzdə məsələni həll etmək qadına qarşı gözəl əxlaq və iltifatdır. Bu da qadına qarşı yumşaq olmaq və yumşaq, gözəl şəkildə onunla danışmaq və vəziyyət ilə əlaqədar onun qəbulunu qazanmaq üçün zəruri sayılan bütün pulları xərcləməklə olur.

Əri ikinci dəfə evlənərsə qadının boşanma tələb etməsi xətadır. Lakin onlarıvəziyyətə baxmalıdırlar və əgər həqiqətən də qadın ikinci qadınla yola getməyi bacarmayacaqsa, o zaman kişidən “xula” (qadın tərəfdən istənilən boşanma növü, bu halda qadın mehrdən imtina edir) istəyə bilər. İkinci qadın ilə yola getməyi bacaracaqsa, lakin bu cür etmək onu incidirsə, o zaman qadın səbrli olmalı və Allahın razılığını ummalıdır.

Sauban (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi:
“Hansı qadın heç bir səbəb olmadan ərindən boşanmaq istəyərsə cənnətin iyi ona haram olar”. (Əbu Davud və digərləri rəvayət etmişdirlər və Albani (Allah ona rəhmət etsin) hədisi səhih təsnif etmişdir).

Qadın buna səbir etməklə dözərsə, o zaman Allah təala onun üçün bunu daha da asanlaşdırar və onun köksünü genişləndirər (yəni, ona sülh və sükunət bəxş edər) və ona əvəzində bundan da daha xeyirli şey verər. Həmçinin, əri də ona qarşı yumşaq rəftar etməklə, hər hansı qısqanclığına görə səbir etməklə və onun səhvlərinə göz yummaqla zövcəsinə yardım etməlidir. Tövfiq Allahdandır.

Muhammad Saleh əl-Munəccid


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
semaTarix: Çərşənbə axşamı, 05.05.2009, 01:33 | Yazı # 55
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Sag olun.Allah(cc) sizden razi olsun.

 
medineTarix: Cümə, 08.05.2009, 16:21 | Yazı # 56
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Gadin adätli halda guranin tärcümäsini oxuya bilär geyd edim ki guranin tärcümäsi guranin icindä yazilir häm arabca guran hämdä tärcümäsi cünki oxusa älinä gurani kärimi almali olacag?

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
UmarTarix: Bazar ertəsi, 11.05.2009, 12:17 | Yazı # 57
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Heyz qadın və Quran yazmaq

Sual: Heyz qadın misal çəkmək və ya sübut gətirmək üçün Quran ayələrini oxuya, ayələri və hədisləri yaza bilərmi?

Cavab: Heyz qadın içərisində Quran ayələri və ya mənanı açıqlayan ayələr olan kitabları oxuya, hansısa məqalədə və s. ayələri yaza bilər. Həmçinin hansısa məsələ üçün Quran ayələrini sübut gətirə, yaxud ayələri dua kimi oxuya da bilər. Bu Quranı qiraət etmək sayılmır. Eləcə də ehtiyac olarsa təfsir və digər kitabları daşımaq da olar

Abdullah ibn Abdurrahman ibn Cibrin



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
medineTarix: Bazar ertəsi, 11.05.2009, 14:43 | Yazı # 58
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ğurabə, ALLAH RAZI OLSUN COX SAG OL CAVABINA GÖRÄ

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
UmarTarix: Bazar ertəsi, 11.05.2009, 15:06 | Yazı # 59
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əmin, cümləmizdən.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
dilqemTarix: Cümə axşamı, 14.05.2009, 10:48 | Yazı # 60
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
eziz muselman qardas ve bacilarim.haminiza ALLAH SUBHENEHU VE TEALADAN xeyir bereket,Axiretde cennet arzu etmekle haminza deyirem ESSELAMU ALEYKUM VE REHMETULLAHU VE BEREKTU.
SUAL: Namaz qilanda Rukuda Subhene Rabiel azim ve ya Secdede Subhene Rabiel eala demesen Namaz batildi?Ve ya sehv secdesi teleb edir?
ALLAH SUBHENEHU VE TEALA HAMINIZDAN RAZI OLSUN.
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru