[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Fiqh » Ramazan fətvaları (ibn İbrahim Al əş-Şeyx, ibn Useymin, ibn Bazz və başqaları)
Ramazan fətvaları
UmarTarix: Çərşənbə axşamı, 17.08.2010, 06:09 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Unudaraq yeyənə xatırlatmaq vacibdirmi?

Sual:

Əgər unudub yeyərsə ona (oruclu olduğunu) xatırlatmaq vacibdirmi?

Cavab:

Ona bunu xatırlatmaq vacib deyildir, çünki həmin adam münkər bir şey etməyib, o, üzrlüdür. Bu məsələdə iki görüş vardır ki, bu, birinci görüşdür. Kim bunun vacib olduğunu deyərsə dəlil göstərməsi lazımdır.

Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/193; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Çərşənbə axşamı, 17.08.2010, 06:10
 
UmarTarix: Çərşənbə axşamı, 17.08.2010, 06:10 | Yazı # 2
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Heyzli və nifaslı qadının orucu

Sual:

Heyzli və nifaslı qadın üçün orucun hökmü nədir? Əgər o biri ramazana qədər qəzaları gecikdirsələr onların üzərinə vacib olan nədir?

Cavab:

Heyzli və nifaslı qadınlara heyz və nifas vaxtı iftar etmək vacibdir, heyz və nifas halında onlara nə oruc, nə də namaz caiz deyildir və onların bunu etməsi səhih sayılmaz. Namazı yox, lakin orucu qəza etməkləri vacibdir, çünki Aişədən – radiyallahu anhə - sabit olmuşdur ki, ondan soruşublar: “Heyzli qadın orucu və namazı qəza etməlidirmi?” Dedi: “Biz orucun qəzasını əmr edərdik, lakin namazın qəzasını əmr etməzdik.” (Muslim (508)). Səhihliyi üzərində ittifaq olunmuşdur. Heyzli və nifaslı qadınlara, Allahdan – Subhənəhu – bir rəhmət və bir asanlıq olaraq namazın qəzasının vacib olmaması, lakin orucun qəzasının vacib olması yönündə Aişənin – radiyallahu anhə - dediyi sözlər üzərində alimlər – Allah onlara rəhm etsin! - icma ediblər, çünki namaz namaz gündə beş dəfə təkrarlanır, onun qəzasını qılmaqda məşəqqət var. Oruc isə ildə bir dəfə vacib olur və bu, ramazan orucudur, bu orucun qəzasını qılmaqda bu qadınlara heç bir məşəqqət yoxdur. Lakin kim orucun qəzasını heç bir şəri üzr olmadan digər ramazandan sonraya saxlayıbsa, onlara vacib olan qəzanı qılmaq, tövbə etmək və hər gün üçün bir miskin yedirməkdir. Xəstə və müsafir də bunun kimidir, əgər qəzanı heç bir şəri üzr olmadan digər ramazandan sonraya saxlayarsa onlara vacib olan qəzanı qılmaq, tövbə etmək və hər günün əvəzində bir miskin yedirməkdir. Lakin əgər xəstəlik və səfər digər ramazana qədər davam edərsə, onlara vacib olan xəstəlikdən sağaldıqdan və səfərdən qayıtdıqdan sonra yalnız qəzaları tutmaqdır.

Mənbə:

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 15/182; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 17.08.2010, 06:11 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Bədəndən qan almaq orucu pozur

Sual:

Hicəmə orucu pozurmu?

Cavab:

Hicəmə ilə orucun pozulması görüşü doğru görüşdür və buna qarşı duracaq heç bir hədis yoxdur. Hədis əhlinə görə İbn Abbas’ın hədisində qeyd olunan peyğəmbərin hicəmə etməsi yalnız həccə aiddir, hicəmənin orucla və ya hər ikisi ilə birlikdə zikr olunması xətadır.

Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/191; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 17.08.2010, 06:11 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Zövcə ilə oynamaqla məninin gəlməsi

Sual:

Muhamməd bin İbrahim’dən hörmətli Kamil Mahmud Həbib’ə

Əssələmu aleykum va rahmətullahi va bərakətuhu

Sonra:

Sizin bizə yönləndirdiyiniz üç məsələ haqqında fətva tələbinizə nəzər yetirildi. Bunlardan iki məsələ fətva ixtisası ilə bağlı deyil, iki tərəf arasındakı dava ilə bağlıdır və məhkəmədə baxılmalıdır. Üçüncü məsələ: bir nəfər bir ramazan gününün nahar çağında oruclu olduğu halda xanımının yanına gəlmiş və onunla oynamağa başlamışdır. Qadının bədəninə bir başa toxunmasa belə nəticədə tam bir şəkildə məni axmışdır. Onun üzərinə nəyin vacib olması haqqında soruşulur?

Cavab:

Sizə bu barədə məlumat verib qeyd edirik ki, həmin günün orucu pozulmuşdur, o günün qəzasını tutmalıdır. Onun üzərinə heç bir kəffarə yoxdur, çünki kəffarə cinsi əlaqəyə məxsusdur. Tövfiq Allahdandır! Əssələmu aleykum

Səudiyyə ölkəsinin muftisi

hicri: 1385/01/03

Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/191; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 17.08.2010, 06:11 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Oruclu olduğu halda məzinin axması

Sual:

əl-Həccavi’nin “Zadul-Mustəqni” kitabında “və ya (oruclu halda) məzi gələrsə (orucu pozular)”[1] sözləri barədə soruşuldu.

Cavab:

Məzhəb olaraq hesaba alınan görüş budur.

Lakin ikinci görüş daha üstün görüşdür və bu, bir qrup hənbəli aliminin görüşüdür, eləcədə şeyxin[2] seçdiyi rəy də budur ki, bununla oruc pozulmaz. Bunu məninin hökmünə birləşdirmək doğru deyildir, onların arasında çoxlu fərq var.

Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/190; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399

[1] Yəni, zövcə ilə oruclu vaxtı öpüşmək və buna bənzər mübah işlər nəticəsində məzinin gəlməsi orucu pozurmu? Şeyxə verilən sual bu məsələ ilə bağlıdır, yoxsa mücərrəd olaraq nə məzinin, nə də məninin çıxması orucu pozmaz. Məsələn, yuxuda məninin çıxması orucu pozmursa, məzinin də çıxması pozmaz. Lakin buradakı sual öpüşmə, oynaşmaq və ya fikirləşib xəyal etmək yolları ilə məzinin çıxmasına səbəb olmaqla bağlıdır və məlumdur ki, hənbəli məzhəbinə görə məzinin çıxması məninin çıxmasına qiyas olunur və orucu pozmuş sayılır.

[2] Çox ehtimal ki, bununla Şeyxul-İslam İbn Teymiyyəni qəsd edir.

Mufti: Şeyx Muhamməd bin İbrahim Al əş-Şeyx (rahiməhullah)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:15 | Yazı # 6
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Üzrə görə iftar edənin üzrü aradan qalxarsa

Sual:

Əgər bir insan hər hansı bir üzrə görə orucu pozarsa və elə həmin günün üzr aradan qalxarsa, iftara davam edə bilər yoxsa imsak[1] etməlidir?

Cavab:

Cavab budur ki, imsak etməsi lazım deyil, çünki bu insan şəriətdən bir dəlilə əsasən həmin gününü mübah etmişdir, ona görə də həmin günün haramlığı o insan haqqında sabit deyildir. Lakin həmin günün qəzasını tutmaq lazımdır. Heç bir şəri faydası olmadan ona imsakı vacib etməyimiz səhih deyildir. Bunu misalı belədir ki, bir insan suda boğulan bir nəfəri gördü və fikirləşdi ki, “su içsəm onu xilas etməyimə imkan verəcək və əgər içməsəm qurtara bilməyəcəm.” Biz deyirik: “Suyu iç və xilas et!” Əgər suyu içib onu xilas etsə günün qalanında yemək yeyə bilərmi? Bəli, günün qalanında yemək yeyə bilər, çünki bu insan şəriətin tələbinə uyğun olaraq həmin günün mübah etmişdir, imsak ona vacib deyildir. Buna görə də xəstə bir nəfərin olduğunu fərz etsək həmin xəstəyə deyə bilərikmi ki, “yalnız acanda ye və yalnız susayanda su iç?!” Xeyr, çünki həmin xəstəyə iftar etmək mübah edilmişdir. Ramazanda şəriətin tələbi ilə iftar edən hər bir kəsə imsak etməsi vacib deyildir. Əksi də bunun əksini tələb edir. Əgər bir insan heç bir üzr olmadan orucunu pozsa və gəlib bizdən fətva istəsə: “Mən iftar etdim və orucum pozuldu, imsak mənə vacibdir yoxsa vacib deyildir?” Deyərik ki, imsak vacibdir, çünki iftar etmək sənə halal deyildir, çünki şəriətin izni olmadan günün haramlığını çeynəmisən, ona görə də günün qalan hissəsini imsak etməni sənə vacib görürük. Üstəlik həmin günün qəza etmək də vacibdir, çünki şəriət tərəfindən həmin günə təyin olunmuş vacib orucu pozmusan.


Mənbə:

“Məcmu Fətava va Rasail Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 19/98; Dar əs-Surayyə, ər-Riyad, birinci nəşr: 1423/2003


[1] İftar orucu pozmaq surətilə yemək yemək, su içməkdir. İmsak isə istənilən halda yeməkdən, sudan, cimadan uzaq durmağa verilmiş addır.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:16 | Yazı # 7
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Hər oruc üçün gecə niyyət etmək

Sual:

Hər oruc üçün axşam niyyət etmək lazımdırmı?


Cavab:

Oruc üçün axşam niyyət etməyin vacibliyi hər gün vacibdir, əksər alimlərin görüşü budur. Əbu Hənifə və onun kimi düşünənlər gecə oruc üçün niyyət etməyi vacib görmürlər. Onlar bu görüşlərini ona əsaslandırırlar ki, bu barədə gəlmiş iki hədisin sənədində mübahisə vardır. İbnul-Qayyim’in sözündən və onun şeyxinin (yəni İbn Teymiyyənin) sözündən anlaşılır ki, onlar Əbu Hənifə ilə razılaşırlar və bunun iki səbəbi var:

* birinci: nafilə orucları haqqında sabit olan ilə qiyas etmək

* ikinci: aşurə günündəki orucun fərziyyəti haqqındakı hekayə

Əksər alimlərin sözündəki ehtiyat daha aşkar və daha güclüdür.[1] Aşurə orucu isə əvvəl sünnət olmuş, sonra fərz buyurulmuş, sonra yenə sünnət olmuşdur.


Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/186; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


[1] İmam Əhmədin məzhəbinə görə hər gecə oruc üçün niyyət etmək, niyyəti dəqiqləşdirmək vacibdir; yəni sabah ramazan orucu tutacağına və ya qəza orucu tutacağına və ya andını pozduğuna görə kəffarə üçün oruc tutacağına etiqad etməlidir. Sadəcə “vacib bir oruc tutacağına” niyyət etməsi kifayət deyildir. Sabah ramazan orucunu tutacağını qəlbindən keçirməsi kifayət edir, çünki niyyətin yeri dil deyil, qəlbdir. Eynilə əgər oruc üçün yeyib içərsə, yəni səhur niyyəti ilə yeyərsə və içərsə niyyət olaraq kifayət edir.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:17 | Yazı # 8
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Namazı tərk edənin orucu

Sual:

Namazı tərk etmiş birinin orucunun hökmü nədir?


Cavab:

Namazı tərk edənin orucu səhih deyildir və ondan qəbul olunmaz, çünki namazı tərk edən kafirdir, mürtəddir, beləki Allahu Təalə deyir: “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “İnsan ilə küfr və şirk arasında namazı tərk etmək vardır.”[1] Yenə - salləllahu aleyhi va səlləm – deyir: “Bizimlə onlar arasındakı əhd namazdır və kim namazı tərk edərsə küfr etmişdir.”[2] Bu, həmçinin səhabələrin böyük əksəriyyətinin görüşüdür, icma olması da mümkündür; Abdullah bin Şaqiq – rahiməhullah və o, məşhur tabiinlərdən biridir – dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələri namazdan başqa hər hansı bir əməlin tərkini küfr saymazdılar.”[3] Buna əsasən namaz qılmadığı halda kimsə oruc tutarsa onun orucu rədd olunur və qəbul olunmur və Qiyamət günü Allahın yanında ona heç bir fayda verməyəcək. Biz belə birinə deyirik: Əvvəl namaz qıl, sonra oruc tut! Lakin oruc tutub namaz qılmamağına gəldikdə isə orucun üzünə geri çevrilir, çünki kafirin heç bir ibadəti qəbul olunmur.[4]

Mənbə:

“Məcmu Fətava va Rasail Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 19/87-88; Dar əs-Surayyə, ər-Riyad, birinci nəşr: 1423/2003

[1] Muslim, (82)

[2] ət-Tirmizi (2621) və İbn Macə (1079) rəvayət edib və ət-Tirmizi deyir: “Bu həsən, səhih və ğarib bir hədisdir.”

[3] ət-Tirmizi (2622)

[4] Alləmə İbnul-Qayyim əl-Cəvziyyə - rahiməhullah – “əs-Salətu va Hukmu Tərikihə” adlı məşhur kitabında eyni nəticəyə gəlmiş və namazı olmayan kəsin digər əməllərinin də qəbul olmadığını demişdir. Doğrusunu Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:18 | Yazı # 9
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Ağır işdə işləyənin orucu

Sual:

Hörmətli şeyx, işi çətin olan birinə oruc tutmaq ağır gəlirsə iftar etmək caizdirmi?


Cavab:

Bu məsələdə mənim görüşüm budur ki, iş səbəbilə iftar etmək haramdır, caiz deyildir. Əgər iş ilə orucun arasını birləşdirə bilmirsə ramazan ayında işdən icazə alsın ki, ramazanda oruc tutmaq ona asan olsun! Çünki ramazan orucu İslamın ərkanlarından bir rükundur, onu pozmaq caiz deyildir.


Mənbə:

“Məcmu Fətava va Rasail Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 19/92; Dar əs-Surayyə, ər-Riyad, birinci nəşr: 1423/2003


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:18 | Yazı # 10
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İmtahanlara görə orucu tərk etmək

Sual:

Deyir: “Mən qadınam və vəziyyət məni ramazan ayından altı gün iftar etməyə məcbur etdi və səbəb imtahanlar oldu, çünki ramazan ayında başladı və dərs fənləri çox ağır idi və əgər o günlərdə iftar etməsəydim fənlər çətin olduğu üçün dərslərimə hazırlaşa bilməzdim. Xahiş edirəm ki, Allahın məni bağışlaması üçün nə edə biləcəyimə dair mənə məlumat verin!


Cavab:

Birinci: Bir şeyi vəziyyətə izafə etmək xətadır, “məcbur oldum” və buna bənzər şəkildə söyləmək daha yaxşıdır.

İkinci: Ramazan ayı imtahan xətrinə iftar etməsi də xətadır və caiz deyildir, çünki axşam vaxtları öyrənmək imkanı var. İftar etmək üçün burada heç bir zərurət yoxdur. Allaha – Azzə və Cəllə - tövbə etməsi vacibdir. Oruclarını qəza etməlidir, çünki oruclarını tənbəllikdən deyil təvil edərək tərk etmişdir.


Mənbə:

“Məcmu Fətava va Rasail Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 19/85; Dar əs-Surayyə, ər-Riyad, birinci nəşr: 1423/2003


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 05:19 | Yazı # 11
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Oruclu halda iynə vurdurmaq

Sual:

İynə vurdurmaq olar?


Cavab:

Çəkinmək lazımdır, lakin orucu pozmağı halal edəcək bir zərurətin olması istisnadır. Güclü zənnə əsasən belə bir şey orucu pozur, çünki o, bədənin bütün hissələrinə yayılır, sadəcə olaraq başqa yerlərə yayıldığı kimi qarın boşluğuna da yayılır. Bunda olan mahiyyət və qüvvət qarın boşluğuna düşəndən daha əhatəlidir, çünki qarın boşluğuna gedən hər şey əzələlərə yayılır, bu isə bütün bədənə yayılır. Üstəlik indiki zamanda xəstəliyi güclü olan və ağız vasitəsilə qidalana bilməyən xəstələr var ki, yalnız iynə ilə qidalana bilirlər. Belə bir iynə qidalar sırasına daxildir. Lakin digər ölkələrdə çox alimlərə görə iynə orucu pozmur. Lakin onlara ona görə etibar yoxdur ki, onlara çatan hər bir şeyi əvvəlcə inkar edirlər, sonra sonunda icazə verirlər. Əvvəlcə şəriət qaydalarına əsaslandılar, sonra maşallah başlayıb cahilliklərindən danışdılar və sonunda bu nəticəyə gəldilər və bunu mübah etdilər.

Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/187-188; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 15:09 | Yazı # 12
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Günəş batdıqdan sonra heyz görənin orucu

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh bin Baz


Sual:

Əgər qadın günəş batdıqdan bir az sonra heyz olarsa orucunun hökmü nədir?


Cavab:

Buna cavabımız budur ki, o qadının orucu səhihdir, hətta günəş batmadan əvvəl heyzin əlamətlərini, məsələn ağrını hiss edərsə, lakin yalnız günəş batdıqdan sonra heyzin çıxdığını görərsə orucu səhihdir, çünki orucu pozan heyzin gəldiyini hiss etmək deyil, heyz qanının çıxmasıdır.


Mənbə:

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 15/192; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 15:10 | Yazı # 13
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Ramazanda gündüz vaxtı heyz qanı kəsilən qadın

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh bin Baz


Sual:

Heyzli qadının ramazan ayında günorta vaxtı heyzindən kəsilməsinin hökmü nədir?[1]


Cavab:

Alimlərin iki görüşündən ən səhih olan görüşə görə həmin qadına imsak etməsi vacibdir[2], çünki şəri üzr aradan qalxmışdır və həmin gününü qəza etməsi vacibdir. Ramazanın girdiyini günorta vaxtı görmək buna misaldır, beləki müsəlmanlar həmin günün qalan hissəsində imsak edirlər və elm əhlinin cumhuruna görə həmin günü qəza etməlidirlər. Bunun eynisi müsafirin ramazan ayında günorta vaxtı öz yerinə geri qayıtmasıdır ki, alimlərin iki görüşündən ən səhih olan görüşə görə ona imsak etmək vacibdir, çünki səfər hökmü artıq aradan qalxmışdır və həmin günü qəza etməlidir. Tövfiq sahibi Allahdır.


Mənbə:

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 15/193; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420


[1] Bu fətva şeyxin “Tuhfətul-İxva” kitabında (səh: 179), hicri 1419/9/6 tarixində “Məcəllətud-Davə”də (nömrə: 1673), hicri 1419/9/17 tarixində isə “Cəridətun-Nədva”də nəşr olunmuşdur.

[2] İmsak etmək digər oruc tutanlarla birlikdə yemək, içmək kimi orucluqda haram olan şeylərdən imtina etməlidir. Bu, günün hörmətinə riayət etmək məqsədi daşıyır, lakin həmin gün onun üçün oruc sayılmır, həmin günü qəza etməsi vacibdir.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 15:13 | Yazı # 14
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Səfərdə oruc tutmaq yoxsa fitr etmək?

Sual:

Səfərdə oruc tutmaq, yoxsa fitr etmək əfzəldir?!


Cavab:

Alimlər bu ikisindən hansının əfzəl olmasında ixtilaf ediblər; bir neçə görüş vardır: Üstün görüşə görə fitr etmək (oruc tutmamaq) daha əfzəldir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm - rüxsəti qəbul etməyən kəslərə demişdir: “Onlar asidirlər.”[1] Yenə demişdir: “Səfərdə oruc tutmaq itaət və ibadətdən deyildir.”[2] Həmçinin Həmzə bin Amr’ın hədisi də dəlildir.[3]

Aşurə gününün orucu isə fərqlidir, beləki İmam Əhməd açıq şəkildə bildirmişdir ki, müsafir üçün aşurə orucu məkruh deyildir.[4] Bəzi alimlər müsafir üçün Arafə gününün orucunu da buna qiyas ediblər. Bəzi alimlər isə hər ayın üç günü və ya həftənin bazarertəsi və cümə axşamı günləri və buna bənzər hallarda tutulan vacib olmayan orucların da aşurə orucuna qiyas edilə biləcəyinin aşkar olduğunu deyiblər.


Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/185; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


[1] Muslim (1114)

[2] əl-Buxari (1946), Muslim (1115)

[3] Həmzə bin Amr əl-Əsləmi – radiyallahu anhu – demişdir: “Ey Allahın Elçisi! Mən səfərdə oruc tutmaq üçün özümdə güc, taqət olduğunu görürəm, mənə günah düşürmü?” Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Bu, Allahdan bir rüxsətdir, kim bu rüxsətlə əməl edərsə gözəl etmiş olar və kim oruc tutmaq istəyərsə ona heç bir günah yoxdur.” əl-Buxari (1943) və Muslim (1121) rəvayət edib və hədisin bu ləfzi Muslimə aiddir.

[4] Yəni, səfərdə ramazan oruclarını tutmaq məzhəbimizin görüşünə görə məkruhdur.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 15:13 | Yazı # 15
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Astroloji hesablama ilə oruca başlama

Sual:

Astroloji hesab ilə ramazan orucuna başlamaq olar?


Cavab:

Alimlərdən bəziləri hesab ilə oruc tutmağa icazə verirlər və bu, şafi məzhəbində bir görüşdür, güman edirəm ki, bu, İbn Sureyc’in seçdiyi görüşdür. Lakin onlardakı (yəni şafi məzhəbində) əsas görüş digər məzhəblərdə olduğu kimi hədislərin dəlalət etdiyi və sabit sünnətdən bilindiyi kimi orucun yalnız hilalı görməklə başlaması görüşüdür. Buna görə də hədisdə deyilir: “Biz savadsız bir ümmətik, nə yazırıq, nə də hesablamırıq.”[1] “Ayı görməyənə qədər oruc tutmayın, yenə onu görməyincə orucu kəsməyin!”[2]


Mənbə:

“Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/151; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399


[1] əl-Buxari (1814), Muslim (1080)

[2] Muslim (1080)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə axşamı, 19.08.2010, 15:18 | Yazı # 16
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Öpüş orucu pozurmu?

Mufti: Şeyx Abdul-Kərim əl-Xudayr

Sual:

Oruclu üçün öpməyin caiz olması haqqındakı sözünüz, ağızdan öpmək haqqında da keçərlidir? Axı belə bir halda ər ilə arvad arasında ağız sularının qarışması olur, ondan bir şey mədəyə də düşə bilər!

Cavab:

Ağızdan öpməklə ağız suyu hasil olmur; Lakin “əs-Sünən”də gəlmişdir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – oruclu olduğu halda Aişəni öpərdi” və həm də nə olardı? Aişəni öpərdi və dilini sorardı. Lakin hədis zəifdir, sabit deyildir. Hədis zəifdir. Orucun pozulması bununla baş verir, bu isə mayenin bir şəxsdən digər şəxsə keçməsi ilə olur, bax bununla oruc pozulmuş olur. Lakin sadəcə bir öpüş ilə pozulmaz.


Mənbə: Şeyxin rəsmi saytı


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə, 20.08.2010, 01:18 | Yazı # 17
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Qırx gündən tez nifasdan təmizlənmiş qadın

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh bin Baz


Sual:

Nifaslı qadın qırx gündən əvvəl təmizlənərsə oruc tutmaq, namaz qılmaq, həcc etmək caizdirmi?


Cavab:

Bəli, qırx gün içində (nifas qanından) təmizlənərsə oruc tutmaq, namaz qılmaq, həcc və umrə etmək ona caizdir, ərinə onunla cinsi əlaqədə olmaq da halaldır. Hətta iyirmi gündə (nifas qanından) təmizlənərsə qüsl almalı, namazını qılmalı və orucunu tutmalıdır və öz ərinə halaldır. Osman bin Əbil-As’dan bunu məkruh görməsi haqqında rəvayət olunan rəvayət isə “tənzihi məkruhluq” halına aiddir. Bu görüş onun – rahiməhullahu va radiya anhu – öz ictihadıdır, lakin bunun heç bir dəlili yoxdur.

Doğru olan budur ki, bunda heç bir problem yoxdur. Qırx gündən tez (qandan) təmizlənərsə və əgər təmizlənməsi səhihdirsə, lakin qırx gün içində qan yenidən qayıdarsa, doğru görüşə görə qırx günün içində bu qan nifas qanı sayılır, lakin daha əvvəl (qandan) təmizləndiyi müddətdə tutduğu oruc, qıldığı namaz və etdiyi həccin hamısı səhihdir. Təmiz olarkən etdiyi təqdirdə bunlardan heç birini təkrarlamaq lazım deyildir.


Mənbə:

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 15/196; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Cümə, 20.08.2010, 01:19 | Yazı # 18
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İstihazəli qadının orucu

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh bin Baz


Sual:

İstihazəli qadın öz ərinə halaldırmı?


Cavab:

İstihazəli o qadındır ki, ondan gələn qan nə heyz, nə də nifas qanı sayılmır. Onun hökmü təmiz qadınların hökmü kimidir, oruc tuta bilər, namaz qıla bilər və öz ərinə halaldır. Hər namaz üçün dəstəmaz almalıdır, onun halı sidik və ya yel və ya bu ikisindən başqa dəstəmazı pozan səbəblərin daim kəsilmədiyi kəslərin halı ilə eynidir. Pambıq və bənzəri şeylərlə qandan qorunması vacibdir ki, qan onun bədənini və paltarını bulamasın, necəki bu barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih olaraq hədislər gəlmişdir.


Mənbə:

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 15/195; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Şənbə, 21.08.2010, 03:28 | Yazı # 19
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Təravih namazlarında rükətlərin sayı

Mufti: Şeyx Abdullah bin Abdir-Rahmən bin Cibrin (rahiməhullah)

Sual:

Təravihin rükətləri ilə bağlı sünnət nədir? Təravih on bir rükətdir, yoxsa on üç rükətdir? Ay boyunca bir şəkil ilə kifayətlənmək lazımdır yoxsa fərqli növlərdə etmək daha əfzəldir? Bu saya əlavə edib iyirmi üç rükət qılanlar haqqında fikriniz nədir?

Cavab:

Saleh sələflər təravih namazında vitr ilə birlikdə rükətlərin sayında ixtilaf ediblər. Bəziləri qırx bir rükət, bəziləri otuz doqquz, bəziləri iyirmi üç və bəziləri isə on bir olduğunu deyiliblər, bundan başqa rəylər də deyilmişdir. Əbu Muhamməd bin Qudamə “əl-Muğni” kitabında deyir: “Əbu Abdilləh’in - rahiməhullah – seçdiyi görüş iyirmi rükətdir. Bunu həm də əs-Səvri, Əbu Hənifə və əş-Şafi deyir. Malik isə otuz altı rükət olduğunu deyib və bu işin qədim olduğunu iddia edərək bunu Mədinə əhlinin əməlinə bağlamışdır, beləki ət-Təv’əmə’nin azadlı qulu Saleh[1] deyir: “İnsanları qırx bir rükət qılarkən gördüm və bunlardan beş rükəti vitr qılırdılar.” Bizim dəlilimiz isə budur ki, Ömər – radiyallahu anhu – insanları Ubey bin Kab’ın imamlığı altında bir araya gətirdikdə Ubey onlara iyirmi rükət qıldırardı. əl-Həsən rəvayət edir ki, Ömər insanları Ubey bin Kab’ın imamlığı altında topladı, Ubey onlara iyirmi gecə (təravih) qıldırardı, yalnız (iyirmi günün) ikinci yarısında onlar üçün qunut tutardı, son on gün gəldikdə Ubey namazdan çəkilər və evində qılardı...”

Malik isə Yezid bin Ruman’dan rəvayət edir; dedi: “İnsanlar Ömərin zamanında ramazanda iyirmi üç rükət qılardılar.” (Əlidən rəvayət olunur ki, ) o, bir nəfərə ramazanda onlar üçün iyirmi rükət qıldırmasını əmr etdi.” Bu isə icma ilə eyni hökmdədir.[2]

Elm əhlindən bəziləri deyir ki, mədinə əhli sadəcə olaraq Məkkənin camaatı ilə (savabda) bir bərabərdə olmaq istədikləri üçün (təravihi) belə qılırdılar, çünki Məkkə əhli hər dörd rükət arasında yeddi dəfə tavaf edirdilər, mədinə əhli isə tavaf yerinə dörd rükət namaz qılırdı...”

Şeyxul-İslam İbn Teymiyyə - yərhəmuhullahu təalə - deyir: “İstəsə iyirmi rükət qıla bilər, necəki bu, Əhməd və əş-Şafi’nin məzhəblərindəki məşhur görüşdür, istəsə otuz altı rükət qıla bilər, necəki bu, Malikin məzhəbidir. İstəsə on bir və on üç rükət də qıla bilər, bunların hamısı gözəldir! Rükətlərin sayının artıb azalması qiyamın uzadılıb qısaldılmasından asılıdır.” Dedi: “Namaz qılanların fərqli olmasına görə təravihlərin də fərqli olması daha əfzəldir, əgər peyğəmbərin – salləllahu aleyhi va səlləm – ramazda və digər aylardan öz üçün qıldığı kimi on rükət qılıb, sonra üç rükət qılmağa güc yetirərlərsə bu daha əfzəldir! Əgər buna güc yetirə bilməzlərsə iyirmi rükət qılmaq daha əfzəldir və bu, müsəlmanların çoxunun riayət etdiyi əməldir, çünki bu, on ilə qırx arasında orta səviyyədədir. Qırx və fərqli saylarda qılarsa yenə caizdir, bunlardan heç biri məkruh deyildir. Kim ramazan namazlarında müəyyən sayın olduğunu, buna əlavə edilməyəcəyini və bu saydan azaldılmayacağını zənn edərsə xəta etmişdir...”

Şeyxul-İslamın qeyd olunmuş sözlərindən və əsərlərdən anlaşılır ki, gecə namazları rükətlərin sayı ilə deyil zaman ilə ölçülür. Peyğəmbər – salləllahu aleyhi va səlləm – təxminən beş saat içində, bəzən də səhuru qaçıracaqlarını qorxana qədər bütün gecə boyu on bir rükət qılardı, bu isə bir rükətin təxminən qırx dəqiqə olacağı qədər qiyamın uzun olmasını tələb edir. Səhabələr də bunu edərdilər, hətta qiyamın uzunluğundan əsaya dayanardılar. Əgər qiyamın uzunluğu və namazın ərkanları onlara ağır gələndə, qiyamın uzunluğunu xəfifləşdirirdilər və rükətlərin sayını artırardılar ki,namazları bütün gecəni və ya gecənin böyük hissəsini əhatə etsin! Bu, səhabələrin sünnətidir; rükətləri artırdıqda ərkanları yüngülləşdirərdilər, ərkanları uzatmaqla rükətlərin sayını azaldardılar. Onlardan heç biri digərinin əməlini inkar etməzdi. Hamısı haqq üzərindədir, hamısı ibadətdir ki, qəbul olunması və əcrinin iki qat artırılması ümüd olunur. Doğrusunu Allah bilir![3]

Mənbə: Şeyxin rəsmi saytından

[1] Saleh bin Nəbəhan Əbu Muhamməd, ət-Təv’amə bint Umeyyə bin Xaləf’in azadlı qulu, mədinəli məşhur tabiidir. İbn Abbas, Əbu Hureyrə, Aişə və digərlərindən hədis rəvayət etmişdir. Hicri 125-ci ildə vəfat etmişdir. Saleh Mədinədə yaşamış və səhabə zamanında Mədinə şəhərində 36 rükət təravih qıldıqlarına şahidlik etmişdir.

[2] Ömər, Osman və Əli kimi raşidi xəlifələr təravihi iyirmi rükət qıldırıblar və səhabələrdən – ridvanullahi aleyhim – heç kimsə onların bu əməlinə etiraz etməmişdir. Bu isə onların bu məsələdə icma etdiklərini göstərir.

[3] Son zamanlar təravihin 11 rükət olaraq qılınması bəzi alimlərin hədislərdən anladıqları anlayışa əsaslanır. Şeyx əl-Albani – rahiməhullah – 11 rükətin sünnət olduğunu və bundan artıq qılmağın caiz olmadığını desə də onun bu görüşü dəlillər işığında çox zəif görüşdür və ondan əvvəl kiminsə bu görüşdə olduğunu bilmirik. Şeyx əl-Albani’nin – rahiməhullah – Aişə anamızdan – radiyallahu anhə - gətirdiyi hədis isə onun görüşünü dəstəkləmir. Aişə anamız deyir ki, “nə ramazanda, nə də başqa ayda on bir rükətdən artıq qılmazdı.” Bu hədis on bir rükətin müəyyənləşməsi üçün dəlil deyildir, çünki Aişə anamız yalnız on bir rükət qıldığını demir, lakin on bir rükətdən artıq qılmadığını xəbər vermişdir. Halbuki Aişə anamız özü və digər səhabələr səhih olaraq rəvayət edirlər ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – on üç rükət qılmışdır. Bütün bunlar göstərir ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – təravihdə rükətlərin sayı üçün müəyyən bir sünnət tətbiq etməmişdir. Əksinə belə demişdir: “Gecə namazı iki rükət, iki rükətdir.” Lakin peyğəmbərimizdən sonra – salləllahu aleyhi va səlləm – raşidi xəlifələrin sünnəti iyirmi rükət olmuşdur və səhabələr bunun üzərində icma etmişlər. Daha sonra gələn hədis əlindən tutmuş rəy əhlinə qədər böyük imamların heç biri təravihdə on bir rükətin sünnət olduğunu deməmişdir. Əbu Hənifənin, İmam əş-Şafinin, İmam Əhmədin, Davud əz-Zahirinin məzhəbləri təravihdəki sünnətin iyirmi rükət olduğunu təsbit edir. İmam Malikin məzhəbində isə iki görüş vardır, bir görüşə görə sünnət iyirmi rükət olsa da, məzhəbinin məşhur görüşünə görə otuz altı rükət sünnət sayılmalıdır. Hətta camaat halında təravih namazlarını bidət sayan zeydi şiələri belə rükətlərin sayının iyirmi olduğunu təsdiq edirlər. Bütün bu qeyd etdiklərimizə əsasən deyə bilərik ki, təravih namazlarını on bir rükət qılmaqda heç bir problem yoxdur, çünki peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – elə qılmışdır. Lakin sünnət olaraq sabit olmuş səhabə əməlinə əməl etmək daha əfzəldir.

Doğrusunu Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Şənbə, 21.08.2010, 16:09
 
UmarTarix: Şənbə, 21.08.2010, 23:46 | Yazı # 20
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Misvakın ağızdakı dadını udmaq

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Sadi


Sual:

Oruclu halda misvakla dişlərini təmizləyərsə və misvakın dadından bir hərarət və başqa əlamətlər hiss edərsə və onu udarsa oruca bir zərəri varmı? Əgər misvakın üzərində tüpürcək olduğu halda ağzından çıxardarsa və ağzına bir də qaytarıb tüpürcəyi udarsa, bir zərəri varmı?

Cavab:

Hər iki halda da oruca bir zərəri yoxdur, necəki əshabımız[1] ikinci hal üçün bunu açıq şəkildə ifadə ediblər. Onların sözlərinin mənası birinci hala da aid olmaqda aşkardır. Orucluya misvakdan istifadə etməyin mübah olması bütün bu halları öz əhatəsinə alır. Allahın izni ilə bunda heç bir problem yoxdur.


Mənbə:

“əl-Fətava əs-Sədiyyə”, səh: 229; Məktəbətul-Məarif, ər-Riyad, ikinci nəşr: 1402/1982


[1] Yəni hənbəli alimləri


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Fiqh » Ramazan fətvaları (ibn İbrahim Al əş-Şeyx, ibn Useymin, ibn Bazz və başqaları)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru