[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 5 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Forum » İslam » Zəlalət əhlinə cavab » rafizilerin murdar fetvalari (zelalet ehlinin fetva ve qondarma hedisleri)
rafizilerin murdar fetvalari
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:33 | Yazı # 81
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə Buxaridə:
‏حدثنا ‏ ‏موسى بن إسماعيل ‏ ‏حدثنا ‏ ‏أبو عوانة ‏ ‏عن ‏ ‏مغيرة ‏ ‏عن ‏ ‏أبي وائل ‏ ‏قال قال ‏ ‏عبد الله ‏
‏قال النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏أنا ‏ ‏فرطكم ‏ ‏على الحوض ليرفعن إلي رجال منكم حتى إذا أهويت لأناولهم ‏ ‏اختلجوا ‏ ‏دوني فأقول أي رب أصحابي يقول لا تدري ما أحدثوا بعدك

"Bizə Musa bin İsmail rəvayət etdi: Əbu Avanə bizə Muğiradan, o da Əbu Vaildən rəvayət etdi: dedi: Abdullah dedi: Peyğəmbər, salləllahu aleyhi va səlləm, dedi:
"Mən sizdən əvvəl hovuzun yanında olacam və sizdən bəzi kəslər yanıma gətiriləcək. Mən onlara su verməyə çalışacam, bu zaman onlar məndən güclə uzaqlaşdırılacaqlar. Deyəcəm: "Ya Rabb! Əshabım!" Deyəcəklər? "Səndən sonra nə yeniliklər etdiklərini bilmirsən."
"Sahih əl-Buxari", (Kitəbul-Fitən: 6527)
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:34 | Yazı # 82
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə Buxaridə:
‏حدثنا ‏ ‏يحيى بن بكير ‏ ‏حدثنا ‏ ‏يعقوب بن عبد الرحمن ‏ ‏عن ‏ ‏أبي حازم ‏ ‏قال سمعت ‏ ‏سهل بن سعد ‏ ‏يقول ‏
‏سمعت النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏يقول ‏ ‏أنا ‏ ‏فرطكم ‏ ‏على الحوض فمن ورده شرب منه ومن شرب منه لم يظمأ بعده أبدا ليرد علي أقوام أعرفهم ويعرفوني ثم يحال بيني وبينهم ‏
‏قال ‏ ‏أبو حازم ‏ ‏فسمعني ‏ ‏النعمان بن أبي عياش ‏ ‏وأنا أحدثهم هذا فقال هكذا سمعت سهلا فقلت نعم ‏ ‏قال وأنا أشهد على ‏ ‏أبي سعيد الخدري ‏ ‏لسمعته ‏ ‏يزيد فيه قال إنهم مني فيقال إنك لا تدري ما بدلوا بعدك فأقول سحقا سحقا لمن بدل بعدي

"Yəhya bin Bukeyr bizə rəvayət etdi: Yaqub bin Abdurrahmən bizə Əbu Hazimdən rəvayət etdi: dedi: Səhl bin Saidi belə deyərkən eşitdim: Peyğəmbəri, salləllahu aleyhi va səlləm, belə deyərkən eşitdim: "Mən sizdən əvvəl hovuzda olacam, kim ora gələcəksə suyundan içəcək və kim suyundan içərsə ondan sonra heç bir zaman susamayacaq. Bəzi insanlar gələcək və onları tanıyacam və onlar da məni tanıyacaqlar. Sonra mənimlə onlar arasında hədd olacaq.
Əbu Hazim dedi: "Mən bunu rəvayət edərkən ən-Numən bin Əbi Ayyəş məni eşidirdi. Dedi: Səhli belə deyərkən eşitdin? Dedim: "Bəli!" Dedi: "Mən şahidlik edirəm ki, Əbu Said əl-Xudrini bunları əlavə edərkən eşitdim: Peyğəmbər deyəcək: "Onlar məndəndir." Deyəcəklər: "Sən bilmirsən onlar səndən sonra nələr dəyişdirdilər." Mən deyəcəm: "Uzaq olsunlar! Uzaq olsunlar, məndən sonra dəyişənlər!"
"Sahh əl-Buxari", 6528

Bu hədisi eləcədə Muslim rəvayət etmişdir: "Kitəb əl-Fədail"
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:35 | Yazı # 83
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sahih Muslimdə:
‏و حدثني ‏ ‏محمد بن حاتم ‏ ‏حدثنا ‏ ‏عفان بن مسلم الصفار ‏ ‏حدثنا ‏ ‏وهيب ‏ ‏قال سمعت ‏ ‏عبد العزيز بن صهيب ‏ ‏يحدث قال ‏ ‏حدثنا ‏ ‏أنس بن مالك ‏
‏أن النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏قال ‏ ‏ليردن علي الحوض رجال ممن صاحبني حتى إذا رأيتهم ورفعوا إلي ‏ ‏اختلجوا ‏ ‏دوني فلأقولن أي رب أصيحابي أصيحابي فليقالن لي إنك لا تدري ما أحدثوا بعدك ‏

"Muhamməd bin Hatim mənə rəvayət etdi: bizə Affən bin Muslim əs-Saffər rəvayət etdi: Vuheyb bizə rəvayət etdi: dedi: Abdulaziz bin Suheybi rəvayət edərkən eşitdim: dedi: Ənəs bin Malik bizə rəvayət etdi ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir: "Mənə yoldaşlıq edən bəzi kəslər hovuza gələcəklər. Mən onları gördükdə onları mənə təqdim edəcəklər. Sonra məndən güclə uzaqlaşdırılacaqlar. Mən deyəcəm: "Ey Rəbbim! Useyhabi! Useyhabi! (səhabələrim)! Mənə deyiləcək: "Onların səndən sonra nə yeniliklər etdiyini bilmirsən."
"Sahih Muslim", (Kitəb əl-Fədail: 4259)

Oxşar ləzflər ilə bu hədisləri ət-Tirmizi (2347) və ən-Nəsai (894) və İmam Əhməd (2168) rəvayət ediblər.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:36 | Yazı # 84
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İlk olaraq bu hədislər barədə məşhur sünni alimi İmam Əbu Muhamməd İbn Quteybə əd-Dinəvari, rahiməhullah, deyir:
قالوا حديث يحتج به الروافض في إكفار أصحاب محد صلى الله عليه وسلم تسليما
قالوا رويتم أن النبي صلى الله عليه وسلم قال ليردن علي الحوض أقوام ثم ليختلجن دوني فأقول يا رب أصيحابي أصيحابي فيقال لي إنك لا تدري ما أحدثوا بعدك إنهم لم يزالوا مرتدين على أعقابهم منذ فارقتهم قالوا وهذه حجة للروافض في إكفارهم أصحاب رسول الله صلى الله عليه وسلم إلا عليا وأبا ذر والمقداد وسلمان وعمار بن ياسر وحذيفة
قال أبو محمد ونحن نقول إنهم لو تدبروا الحديث وفهموا ألفاظه لاستدلوا على أنه لم يرد بذلك إلا القليل يدلك على ذلك قوله ليردن علي الحوض أقوام ولو كان أرادهم جميعا إلا من ذكروا لقال لتردن علي الحوض ثم لتختلجن دوني ألا ترى أن القائل إذا قال أتاني اليوم أقوام من بني تميم وأقوام من أهل الكوفة فإنما يريد قليلا من كثير ولو أراد أنهم اتوه إلا نفرا يسيرا قال أتاني بنو تميم وأتاني أهل الكوفة ولم يجز أن يقول قوم لأن القوم هم الذين تخلفوا ويدلك أيضا قوله يا رب أصيحابي بالتصغير وإنما يريد بذلك تقليل العدد...
وأما جميع أصحابه إلا الستة الذين ذكروا فكيف يختلجون وقد تقدم قول الله تبارك وتعالى فيهم محمد رسول الله والذين معه أشداء على الكفار رحماء بينهم إلى آخر السورة وقوله تعالى لقد رضي الله عن المؤمنين إذا يبايعونك تحت الشجرة قال أبو محمد وحدثني زيد بن أخزم الطائي قال أنا أبو داود قال نا قرة بن خالد عن قتادة قال قلت لسعيد بن المسيب كم كانوا في بيعة الرضوان قال خمس عشرة مائة قال قلت فإن جابر بن عبد الله قال كانوا أربع عشرة مائة قال أوهم رحمه الله هو الذي حدثني أنهم كانوا خمس عشرة مائة فكيف يجوز أن يرضى الله عز وجل عن أقوام ويحمدهم ويضرب لهم مثلا في التوراة والإنجيل وهو يعلم أنهم يرتدون على أعقابهم بعد رسول الله صلى الله عليه وسلم إلا أن يقولوا إنه لم يعلم وهذا هو شر الكافرين

Rafizilərin Muhammədin, salləllahu aleyhi va səlləm, səhabələrini təkfir etmək üçün dəlil gətirdikləri hədis:
Deyirlər ki, rəvayət etdiyinizə görə peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir: Bəzi insanlar hovuza gəlmək istədikdə, onları məndən uzaqlaşdıracaqlar. Mən deyəcəm: “Ey Rəbbim! Usayhabi! Usayhabi! (səhabələrim) Mənə deyiləcək ki, “həqiqətən səndən sonra onların nə etdiklərini bilmirsən, sən onlardan ayrılandan bəri irtida edərək arxalarına dönməkdən durmadılar” Dedilər ki, bu, Əli, Əbu Zərr, Miqdad, Salman, Ammar bin Yasir və Huzeyfədən başqa peyğəmbərin, salləllahu aleyhi va səlləm, bütün səhabələrini təkfir etmək üçün rafizilərin əlindəki dəlilləridir.
Əbu Muhamməd dedi: biz deyirik: Əgər onlar hədisin üzərində daha diqqətlə düşünsəydilər, hədisin ləfzlərinin nəyi açıqladığını anlayacaqdılar. Anlayacaqdılar ki, peyğəmbərin bununla qəsd etdiyi kiçik sayda bir qrupdur. Dediklərimizi təsdiqləyən peyğəmbərin “bəzi qövmlər hovuza gəlmək istədikdə” sözüdür. Əgər hədisdə məqsəd zikr etdiklərindən başqa bütün səhabələr olsaydı, o zaman peyğəmbər “onlar hovuza gəlmək istədikdə, onları məndən uzaqlaşdıracaqlar” deyərdi. Məgər görmürsən ki, bir nəfər “bu gün mənim yanıma Bəni Təmimdən bəziləri və Kufə əhlindən bəziləri gəldi” dedikdə, bununla çox saydan azını qəsd edir. Əgər onlardan az sayda adamdan başqa hamının onun yanına gəldiyini demək istəsə, “mənim yanıma Bənu Təmim gəldi” və “mənim yanıma Kufə əhli gəldi” deyər. Bu zaman “qövm” sözünü işlətmək doğru olmazdı, çünki qövm adətən çox saydan artıq qalandır. Bunu eləcədə peyğəmbərin “Ey Rəbbim! Usayhabi!” deyərək “təsğir” (kiçiltmə) siğəsini istifadə etməsi də təsdiqləyir və çünki bununla sayın azlığını qəsd etmişdir...
“Lakin sadəcə altı nəfərdən başqa bütün səhabələrə gəldikdə isə, axı necə onlar peyğəmbərdən uzaqlaşdırıla bilərlər?! Halbuki Allah Tabərakə və Təalənin onlar haqqında sözü əvvəldə keçmişdi: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər...” surənin sonuna qədər və Allahu Təalənin bir başqa sözündə isə deyir: “Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı...” Əbu Muhamməd dedi: Zeyd bin Əxzəm ət-Tai mənə rəvayət etdi: dedi: Əbu Davud bizə xəbər verdi: dedi: Qurra bin Xalid bizə Qatadədən rəvayət etdi: dedi: Said bin əl-Museyyəbdən soruşdum: “Ridvan beyətində neçə nəfər idilər?” Dedi: “Min beş yüz nəfər!” Dedi: Dedim: “Cabir bin Abdullah deyib ki, min dörd yüz nəfər idilər.” Dedi: “Xəta etmişdir, rahiməhullah, çünki elə o özü mənə onların min beş yüz nəfər olduğunu xəbər vermişdir.” Axı necə ola bilər ki, Allah Azzə və Cəllə insanlardan razı qalsın, onları tərifləsin və onlara Tövratdan və İncildən misallar çəksin və bununla belə bilsin ki, peyğəmbərdən, salləllahu aleyhi va səlləm, sonra geridə qaldıqda mürtəd olacaqlar?! Yoxsa onlar Allahın bilmədiyinə mi inanırlar?! Belə bir insan kafirlərin ən şərlisidir.!”
"Təvil Muxtəlif əl-Hədis", 1/233-235

İbn Quteybə:Əbu Muhamməd Abdullah bin Muslim ibn Quteybə əd-Dinəvari. Hicri 213-cü ildə (828) doğulmuşdur. İran əsillidir, atası Mərv şəhərindəndir. İbn Quteybə Kufə alimlərindəndir. Bir müddət Dinəvardan qazi işləmişdir. Daha sonra isə Bağdadda tədrislə məşğul olmuşdur və orada həyatını sonuna qədər qalmışdır.
Hədis alimi olmuşdur. Bununla yanaşı ərəb dili elmində də zirvələri fəth etmişdir. İshaq bin Rahaveyh, Muhamməd bin Ziyad bin Ubeydullah əz-Ziyadi, Ziyad bin Yəhya əl-Həsəni, Əbu Hatim əs-Sicistani və başqa böyük alimlərdən hədis rəvayət etmişdir.
İbn Teymiyyə bu böyük alim haqqında deyir:
و إبن قتيبة هو من المنتسبين الى أحمد و إسحاق و المنتصرين لمذاهب السنة المشهورة و له في ذلك مصنفات متعددة قال فيه صاحب ( كتاب التحديث بمناقب أهل الحديث ( و هو أحد أعلام الأئمة و العلماء و الفضلاء أجودهم تصنيفا و أحسنهم ترصيفا له زهاء ثلاثمائة مصنف و كان يميل إلى مذهب أحمد و إسحاق و كان معاصرا لإبراهيم الحربي و محمد بن نصر المروزي و كان أهل المغرب يعظمونه و يقولون من إستجاز الوقيعة فى إبن قتيبة يتهم بالزندقة و يقولون كل بيت ليس فيه شيء من تصنيفه فلا خير فيه قلت و يقال هو لأهل السنة مثل الجاحظ للمعتزلة فإنه خطيب السنة كما أن الجاحظ خطيب المعتزلة

"İbn Quteybə özünü Əhmədə və İshaqa aid edənlərdən və məşhur əs-Sunnə məzhəblərinə çox kömək edənlərdən olmuşdur. Bu barədə onun yazdığı çox kitablar vardır. "Təhdis fi Mənaqib Əhl əl-Hədis" kitabının sahibi onun barədə deyir: "O, imamların və alimlərin və fəzilət sahiblərinin ən məşhurlarındandır. Kitab yazmaqda və əsərləri toplamaqda ən yaxşıları idi. Onun üç yüzə yaxın kitabı vardır. Əhmədin və İshaqın məzhəbinə meyl edərdi, İbrahim əl-Hərbinin və Muhamməd bin Nasr əl-Mərvazinin çağdaşlarından idi. Məğriblilər onu ucaldaraq deyərdilər: "Kim İbn Quteybəyə dil uzatmağı caiz görürsə, zindıq olmaqla ittiham olunur." Eləcədə deyərdilər: "İçində onun kitablarından bir kitab olmayan heç bir evdə xeyir yoxdur." Mən (İbn Teymiyyə) deyirəm: "Onun Əhli-Sünnətə misalı əl-Cahizin mötəziləyə nisbətdə misalı kimidir. əl-Cahiz mötəzilənin xatibi (irəli gələni, danışan dili) olduğu kimi, İbn Quteybə də əs-Sünnətin xatibidir."
"Məcmu əl-Fətava", 17/391-392

Əbu Muhamməd bin Quteybı anidən öldü. Bulğur yediyi zaman huşunu itirdi. Bir saata qədər uzandığı yerdə tərpəndi, daha sonra isə sakitləşdi. Günəş çıxana qədər şəhadət kəlimələrini təkrarlayaraq durdu, daha sonra vəfat etdi. Bu isə hicri 276-ci ilin rəcəb ayında baş vermişdir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:36 | Yazı # 85
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis barədə Şeyxul-İslam əl-Hafiz ibn Hacər, rahiməhullah, buyurur:
قال الفربري ذكر عن أبي عبد الله البخاري عن قبيصة قال هم الذين ارتدوا على عهد أبي بكر فقاتلهم أبو بكر يعني حتى قتلوا وماتوا على الكفر وقد وصله الإسماعيلي من وجه اخر عن قبيصة
وقال الخطابي لم يرتد من الصحابة أحد وانما ارتد قوم من جفاة الاعراب ممن لانصرة له في الدين وذلك لا يوجب قدحا في الصحابة المشهورين ويدل قوله اصيحابي بالتصغير على قلة عددهم
وقال غيره قيل هو على ظاهره من الكفر والمراد بأمتي امة الدعوة لا امة الإجابة ورجح بقوله في حديث أبي هريرة فأقول بعدا لهم وسحقا ويؤيده كونهم خفي عليه حالهم ولو كانوا من امة الإجابة لعرف حالهم يكون اعمالهم تعرض عليه وهذا يرده قوله في حديث أنس حتى إذا عرفتهم وكذا في حديث أبي هريرة وقال بن التين يحتمل أن يكونوا منافقين أو من مرتكبي الكبائر وقيل هم قوم من جفاة الاعراب دخلوا في الإسلام رغبة ورهبة وقال الداودي لا يمتنع دخول أصحاب الكبائر والبدع في ذلك وقال النووي قيل هم المنافقون والمرتدون فيجوز ان يحشروا بالغرة والتحجيل لكونهم من جملة الأمة فيناديهم من اجل السيما التي عليهم فيقال انهم بدلوا بعدك أي لم يموتوا على ظاهر ما فرقتهم عليه قال عياض وغيره وعلى هذا فيذهب عنهم الغرة والتحجيل ويطفأ نورهم وقيل لا يلزم أن تكون عليهم السيما بل يناديهم لما كان يعرف من اسلامهم
وقيل هم أصحاب الكبائر والبدع الذين ماتوا على الإسلام وعلى هذا فلا يقطع بدخول هؤلاء النار لجواز أن يذادوا عن الحوض اولا عقوبة لهم ثم يرحموا ولا يمتنع أن يكون لهم غرة وتحجيل فعرفهم بالسيما سواء كانوا في زمنه أو بعده
ورجح عياض والباجي وغيرهما ما قال قبيصة راوي الخبر أنهم من ارتد بعده صلى الله عليه وسلم ولا يلزم من معرفته لهم أن يكون عليهم السيما لأنها كرامة يظهر بها عمل المسلم والمرتد قد حبط عمله فقد يكون عرفهم بأعيانهم لا بصفتهم باعتبار ما كانوا عليه قبل ارتدادهم ولا يبعد أن يدخل في ذلك أيضا من كان في زمنه من المنافقين وسيأتي في حديث الشفاعة وتبقى هذه الأمة فيها منافقوها فدل على أنهم يحشرون مع المؤمنين فيعرف أعيانهم ولو لم يكن لهم تلك السيما فمن عرف صورته ناداه مستصحبا لحاله التي فارقه عليها في الدنيا وأما دخول أصحاب البدع في ذلك فاستبعد لتعبيره في الخبر بقوله أصحابي وأصحاب البدع انما حدثوا بعده وأجيب بحمل الصحبة على المعنى الأعم واستبعد أيضا انه لا يقال للمسلم ولو كان مبتدعا سحقا وأجيب بأنه لا يمتنع أن يقال ذلك لمن علم أنه قضى عليه بالتعذيب على معصية ثم ينجو بالشفاعة فيكون قوله سحقا تسليما لامر الله مع بقاء الرجاء وكذا القول في أصحاب الكبائر
وقال البيضاوي ليس قوله مرتدين نصا في كونهم ارتدوا عن الإسلام بل يحتمل ذلك ويحتمل ان يراد انهم عصاة المؤمنين المرتدون عن الاستقامة يبدلون الأعمال الصالحة بالسيئة انتهى
وقد اخرج أبو يعلى بسند حسن عن أبي سعيد سمعت رسول الله صلى الله عليه وسلم فذكر حديثا فقال يا أيها الناس اني فرطكم على الحوض فإذا جئتم قال رجل يا رسول الله انا فلان بن فلان وقال آخر أنا فلان بن فلان فأقول أما النسب فقد عرفته ولعلكم احدثتم بعدي وارتددتم ولأحمد والبزار نحوه من حديث جابر

"əl-Fərbiri dedi: Əbu Abdullah əl-Buxari vasitəsi ilə Qubeysədən zikr olunmuşdur: Qubeysə dedi: "Onlar (yəni hədisdəkilər) Əbu Bəkrin zamanında mürtəd olanlardır və Əbu Bəkr onlarla vuruşdu" yəni, öldürənə qədər onlarla vuruşdu və onlar küfr üzərində öldülər. əl-İsmaili isə bunu bir başqa şəkildə tam isnadla Qubeysədən rəvayət etmişdir.
əl-Xattabi dedi: "Səhabələrdən heç kim mürtəd olmadı, yalnız bədəvilərdən dinə heç bir köməyi olmayan faydasız bir qrup mürtəd oldu. Bu isə məşhur səhabələrin üzərində heç bir ləkə gətirməz. Peyğəmbərin "təsğir" (kiçiltmə) siğəsi ilə dediyi "Useyhəbi!" sözü də onların saylarının az olmasına dəlalət edir.
Başqaları isə dedi: "Hədis, küfrün zahiri mənasındadır və peyğəmbərin "Ümmətim" sözü ilə qəsdi "icabət ümməti" deyil, "dəvət ümmətidir". Bunu, Əbu Hureyrənin hədisində peyğəmbərin "Sonra deyəcəm: Uzaq olun!" sözü ilə əsaslandırırlar. Bunu eləcədə onların hallarının peyğəmbərdən gizli qalması faktı da dəstəkləyir. Əgər onlar "icabət ümməti"ndən olsaydılar, onların hallarından xəbəri olardı, çünki onların əməlləri peyğəmbərə təqdim olunur. Ənəsin hədisindəki peyğəmbərin sözü bu görüşü rədd edir: "sonra onları tanıdım" (hətta izə araftuhum) və eyni sözlər Əbu Hureyrənin hədisində də var.
İbn ət-Tin isə dedi: "Ehtimal var ki, onlar münafiqlərdir və ya böyük günah işləyənlərdir. Onların sərt təbiətli bədəvilərdən könüllü və ya qorxu ilə İslama daxil olmuş bir qrup olduqları da söylənilmişdir."
əd-Davudi dedi: "Böyük günah və bidət sahiblərinin bura aid olmasına maneə olan bir şey yoxdur."
ən-Nəvəvi dedi: "Onların münafiqlər və mürtədlər olduğu söylənilmişdir və onların alınlarında parıltı və ağartı ilə həşr olunmaqları mümkündür, çünki onlar da ümumi şəkildə ümmətdən sayılırlar. Peyğəmbər onların üzərindəki əlamətlərə görə onları çağıracaq və ona deyiləcək: "Onlar səndən sonra dəyişdilər." Yəni, sənin onları tərk etdiyin kimi zahirlərinə uyğun olaraq ölmədilər. (Qadi) İyad və başqaları dedilər: "Bundan sonra onların üzərindəki ağlıq və parıltı əlamətləri yoxa çıxacaq və nurları sönəcək. Yenə deyilmişdir ki, onların üzərində əlamətlərin olması vacib deyildir, əksinə onların İslamlarından bildiyinə görə çağıracaqdır.
Onların İslam üzərində ölmüş böyük günah və bidət sahibləri olduqları da söylənmişdir və onların atəşə daxil olacaqlarından əmin ola bilmərik, çünki onların ilk əvvəldə hovuzdan uzaqlaşdırılmasının bir cəza olması mümkündür, daha sonra isə bağışlanacaqlar. Onların ağlıq və parıltı əlamətlərinə sahib olmaqlarına maneə olan bir şey yoxdur və peyğəmbərin zamanında və ya ondan sonra yaşamaqlarından asılı olmayaraq həmin əlamətlərinə görə onları tanıyacaq.
(Qadi) İyad və əl-Baci və bu ikisindən başqaları, (hədisdəkilərin) peyğəmbərdən, salləllahu aleyhi va səlləm, sonra mürtəd olduqlarını bildirən xəbərin ravisi Qubeysənin sözlərini tərceh etdilər. Peyğəmbərin onları tanıması isə onların üzərində əlamətlərin olması demək deyildir. Çünki bu (əlamətlər), müsəlmanların əməllərini üzə çıxardan bir kəramətdir. Mürtədin isə əməlləri ləğv olunmuşdur. Deməli peyğəmbər onları ümumi vəsflərinə görə deyil, mürtəd olmamışdan əvvəlki hallarına etibar edərək onları şəxsən fərdi olaraq tanıyacaq. O zaman onların arasında həm də peyğəmbər zamanındakı münafiqlərin də olmasının mümkünlüyü uzaq bir ehtimal deyildir və şəfaət hədisində gələcəkdir ki, "bu ümmətin içində münafiqlər qalacaqlar" və bu, dəlalət edir ki, onlar möminlərlə birlikdə həşr olunacaqlar. Üzərilərində bu əlamətlər olmasa da onlar şəxsən fərdi olaraq tanınacaqlar. Onlardan surətlərinə görə tanınanlar, dünyada tərk olunduqları hallarına uyğun olaraq çağırılacaqlar.
Lakin bidət əhlinin bu qrupa daxil olmaqlarına gəldikdə isə, bu uzaq bir ehtimaldır. Çünki rəvayətdə gəldiyinə görə peyğəmbər onlara "Səhabələrim!" deyəcək, lakin bidət sahibləri isə bidətlərini peyğəmbərdən sonra uydurublar. Bu rəyə də, səhabə sözünü ümumi anlamda tətbiq edərək cavab verirlər. Lakin bu da uzaq bir ehtimaldır, çünki bidət əhli olsa belə müsəlmana "suhqan!" (uzaq ol!) deyilməz. Bunun isə cavabında dedilər ki, günahlarına görə əzaba düçar olunacağı və sonra isə Şəfaət ilə qurtulacağı bilinən kəslərə bunu deməyə heç bir şey maneə olmur. Bununla da onun "suhqan" sözü, (onların bağışlanacağına) ümüd etməklə bərabər Allahın əmrinə təslim olmaqdır. Eynilə böyük günah sahibləri də belədir.
əl-Beydavi dedi: "Onun "mürtədlər" deməsi, onların İslamdan çıxaraq mürtəd olmaqlarına dəlil deyildir, lakin bu, bir ehtimaldir. Bir başqa ehtimal isə budur ki, onlar asi möminlərdir. Doğru istiqamətdən irtida ediblər və saleh əməllərini pis əməllər ilə dəyişiblər." sitatın sonu.
Ənu Yalə həsən isnadla Əbu Saiddən rəvayət etdi: Peyğəmbəri, salləllahu aleyhi va səlləm, hədis zikr edərkən eşitdim: dedi: "Ey insanlar, mən sizdən qabaq hovuzda gözləyəcəm. Siz gəldikdə, sizdən bir nəfər deyəcək: "Ey Allahın Elçisi! Mən fılankəs oğlu fılankəsəm." Bir başqası isə deyəcək: "Mən fılankəs oğlu fılankəsəm." Mən deyəcəm: "Nəsəbinizə gəldikdə tanıdım, lakin bəlkə siz məndən sonra dəyişmisiz və mürtəd olmusuz.
Əhmədin və əl-Bəzzarın da Cabirin hədisindən rəvayətdikləri də bənzər hədisləri var...
"Fəthul-Bari bi Şərhi Sahih əl-Buxari", 11/393-394
1421 (miladi 2001)

QEYD:
Dəvət ümməti: Bunun mənası bütün bəşəriyyət deməkdir, heç bir camaat və heç bir tayfa bundan kənarda qalmaz. Çünki Muhamməd, salləllahu aleyhi va səlləm, bütün bəşəriyyətə elçi olaraq göndərilmişdir.
İcabət ümməti: İcabət ümməti isə peyğəmbərin, salləllahu aleyhi va səlləm, dəvətinə cavab vermiş kəslərdir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:38 | Yazı # 86
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu əl-Abbas əl-Qurtubi, rahiməhullah, deyir:
وقوله : فيقال : (( إنهم قد بدلوا بعدك )) ؛ اختلف العلماء في تأويله ، فالذي صار إليه الباجي وغيره - وهو الأشبه بمساق الأحاديث- : أن هؤلاء الذين يقال لهم هذا القول ناس نافقوا ، وارتدوا من الصحابة وغيرهم ، فيحشرون في أمة النبي ـ صلى الله عليه وسلم ـ ، كما قد تقدم من قوله : (( وتبقى هذه الأمة فيها منافقوها )) ، وعليهم سيما هذه الأمة من الغرة والتحجيل ، فإذا رآهم النبي ـ صلى الله عليه وسلم ـ عرفهم بالسيما ، ومن كان من أصحابه بأعيانهم فيناديهم : (( ألا هلم )) ، فإذا انطلقوا نحوه حيل بينهم وبينه ، وأُخِذ بهم ذات الشمال . فيقول النبي ـ صلى الله عليه وسلم ـ : (( يا رب مني ومن أمتي )) ، وفي لفظٍ آخر : (( أصحابي أصحابي )) ، فيقال له إذ ذاك : (( إنك لا تدري ما أحدثوا بعدك ، وإنهم لم يزالوا مرتدين منذ فارقتهم )) ، فإذ ذاك تذهَبُ عنهم الغُزَةُ والتحجيلُ ، ويُطفأ نورُهُم ، فيبقون في الظلمات ...
وقال الداودي وغيره : يحتمل أن يكون هذا في أهل الكبائر والبدع الذين لم يخرجوا عن الإيمان ببدعتهم ، وبعد ذلك يتلافاهم الله برحمته ، ويشفع لهم النبي ـ صلى الله عليه وسلم ـ . قال القاضي عياض : والأول أظهر .
وقوله : (( سحقًا سحقًا )) ؛ أي : بُعدًا ، والمكان السحيق : البعيد ، والتكرار للتاكيد .

"Onlar səndən sonra dəyişiblər" sözü: Alimlər bunun təvilində ixtilaf ediblər. əl-Baci və digərlərinin vardıqları rəyə görə - və bu hədislərin gəlişinə daha uyğundur - bu sözün müxatibləri olan kəslər səhabələrdən və başqalarından olan nifaq və irtida əhlidir. Onlar da peyğəmbərin, salləllahu aleyhi va səlləm, ümmətində həşr olunacaqlar, necəki əvvəldə qeyd etdiyimiz kimi peyğəmbər demişdir: "Bu ümmətdə münafiqlər qalacaqlar." Onların üzərində də ağlıq və parıltı kimi bu ümmətə aid olan əlamətlər olacaq. Peyğəmbər, salləllahu aleyhi va səlləm, onları gördükdə onları əlamətlərinə görə tanıyacaq, ona yoldaşlıq etmiş kəsləri isə şəxsən tanıyacaq və onları çağıracaq: "Gəlin!" Onunla onlar arasında maneə kimi bir şey çəkiləcək və onları kitabı soldan verilənlər olaraq aparacaqlar. Peyğəmbər, salləllahu aleyhi va səlləm, deyəcək: "Ey Rəbbim! Onlar məndəndir və mənim ümmətimdəndir." bir digər ləfzdə isə "Səhabələrim! Səhabələrim!" şəklində gəlmişdir. Bu zaman ona deyəcəklər: "Həqiqətən onların səndən sonra nə uydurduqlarını bilmirsən, sən onlardan ayrılandan bəri mürtəd olmağa davam etdilər." Bu an onlardan ağlıq və parıltı əlamətləri gedəcək, nurları sönəcək və qaranlıqda qalacaqlar...
əd-Davudi dedi: "Ola bilsin ki, bu, böyük günah sahibləri və bidətləri ilə imandan çıxmayan bidət sahibləri haqqındadır. Bundan sonra Allah Öz rəhməti ilə onların nöqsanlarını düzəldəcək və peyğəmbər, salləllahu aleyhi va səlləm, onlar üçün şəfaət edəcək. Qadi İyad dedi: "Birinci rəy daha doğrudur."
Peyğəmbərin "Suhqan, Suhqan" kəliməsi isə, yəni "uzaq olun" deməkdir. Çünki "əl-məkən əs-sahiq", uzaq məkan deməkdir. Sözün təkrarlanması isə təkid üçündür."
"əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim", 1/503-504
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:38 | Yazı # 87
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Rafizilərin hədislərdəki bəzi sözlərə yapışmaqları və digər nasları qəbul etməməkləri çox təbii bir haldır. Onlar gənə kimi yapışdıqları yerdən ayrılmaq istəməzlər. Başqa bir forumda bizim burada yazdıqlarımızın müzakirəsini oxudum. Bura bir baxın!
Görək bu xəstə qəlblilərin problemi nədir?!

Deyirlər ki: "Hədisdə "irtida" sözü zikr olunmuşdur, ona görə də bu, "dəvət ümmətinə" aid ola bilməz. Çünki kafir və müşriklər irtida edə bilməzlər, onlar onsuz da küfr və şirkin içindədirlər."

Sözünü düzünü desəm, bu rafizilər bunu yazmaqla özlərini nə üçün bu qədər alçaldırlar?! Yəni, bu rafizilər cavab verməyə bir şey axtarırlar və gəlib bu sözə ilişiblər. Elə bir təsəvvür yaradırlar ki, sanki əhli-sünnət alimləri bu hədisi bu şəkildə şərh edirlər. Lakin, əslində sözləri diqqətli oxusalar görəcəklər ki, bu, bəzi alimlərdən nəql olunmuş bir görüşdür, çünki İbn Hacər deyir:
Başqaları isə dedi: "Hədis, küfrün zahiri mənasındadır və peyğəmbərin "Ümmətim" sözü ilə qəsdi "icabət ümməti" deyil, "dəvət ümmətidir". Bunu, Əbu Hureyrənin hədisində peyğəmbərin "Sonra deyəcəm: Uzaq olun!" sözü ilə əsaslandırırlar. Bunu eləcədə onların hallarının peyğəmbərdən gizli qalması faktı da dəstəkləyir. Əgər onlar "icabət ümməti"ndən olsaydılar, onların hallarından xəbəri olardı, çünki onların əməlləri peyğəmbərə təqdim olunur.

Amma bu insanları məyus etmək məcburiyyətindəyik, çünki əhli-sünnət alimləri bu görüşü özləri rədd ediblər. Yəni, əziyyət çəkməyə dəyməzdi. Çünki İbn Hacər özü deyir:
Ənəsin hədisindəki peyğəmbərin sözü bu görüşü rədd edir: "sonra onları tanıdım" (hətta izə araftuhum) və eyni sözlər Əbu Hureyrənin hədisində də var.

İndi bu rafizi bədbəxt rəddiyə yazaraq, rəddiyəsini bu görüşün üzərində qurur. Elə düşünür ki, lotereyanın xoşbəxt nömrəsi bunun payına düşüb. Hər dəfə də dönərək çox əcaib iddialar edir:
Sitat
Ye’ni: onlardan yalniz suruden ayri dushmush deve miqdarindasinin nicat tapmasini gorecem.
INDI HEDISI SEN DEYEN MENADA QEBUL ETSEK ONDA BELE CHIXIR KI, HEMIN KAFIR VE MUSHDRIKLERDEN YAXUD MUNAFIQLERDEN NICAT TAPAN DA OLACAQ? SIZIN EQIDENIZDE BELE BIR SHEY VAR?!
yenə deyir:
Sitat
Umumiyyetle bu hedislerde sohbetin sehabelerden getmesini inkar etmek qeyri-mumkundur ezizim! Axi neteeeer olur, Peygember (s) bu qeder “eshabim” kelmesi ishledir, siz ise onu kafire, mushrike yozmaga chalishirsiniz? Axi hedislerin mezmunundan bele melum olur ki, Peygember (s) onlarin cehenneme getmesinde teeccub edir ve “eshabim, eshabim” deyerek ona gore feryad qoparir ki, basha salsin ki, bunlar mene yaxin insanlar idiler, cehenneme getmemelidirler. Yoxsa ki, munafiq ve kafirin Peygembere (s) ne aidiyyati var ki? OLMAYA SIZIN EQIDENIZE GORE PEYGEMBER (S) QIYAMETDE ONLARI DA CEHENNEMDEN XILAS ETMEYE CHALISHACAQ?
DIGER TEREFDEN BEYEM AHLI-SUNNAYA GORE MUNAFIQLERIN SAYI NE QEDER IDI? BEYEM MUNAFIQLER O QEDER CHOX IDILER KI, DESTE-DESTE GETIRILECEKLER?
Allah kor gözlərini açsın! Onların kafir və müşriklər olduğunu söyləyən görüş artıq alimlərimiz tərəfindən rədd olunub. Amma yenə də əziyyət çəkib və bir şeylər yazıb. Lakin bu yazılar əslində bizə çox lazımdır. Sual verilə bilər ki, nə üçün biz bu yazıları burada nəql edirik?! Çünki, bu yazılar rafizilərin xəstə təxəyyülünü əks etdirir və bizim əlimizdə çox gözəl bir nümunədir.

Hər şeydən əvvəl hədislər barədə bir şeyə diqqət etmək lazımdır. Eyni məsələ haqqında çoxlu hədis rəvayət edildikdə və bu hədislərin ləfzləri fərqlənirsə. O zaman onları bir araya gətirmək lazımdır.
Bu hədislərin hamısında "səhabələrim" sözü işlənmir. Hədislərdə bu ləəfzlər belədir:
1) Əshabi 2) Usayhabi 3) Min umməti (ümmətimdən) 4) minni va min umməti (məndən və mənim ümmətimdən)
Hovuza gələn bu qrup insanların etdikləri əməllər də fərqli ləfzlərdə gəlmişdir. Əsasən: 1) onlar səndən sonra irtida etdilər 2) onlar səndən sonra dində yeni şeylər çıxardılar
Birinci vəsf mürtədlər haqqındadır, ikinci vəsf isə bidtə əhli haqqındadır. Hər iki vəsf də münafiqlər haqqında da söylənə bilər. Çünki münafiqlərin zahiri müsəlmandır və onların batini isə küfrdür. Onların öz batinindəkini üzə çıxarmaqları zahirdə onların mürtəd olduqlarına dəlalət edir. Lakin əslən onlar münafiqlərdir. İslamda isə hökmlər zahirə görə verilir və biz onların zahirən mürtəd olduqlarını deyirik. Eləcədə münafiqlər həm də dində daha sonradan bidətlər çıxartmaqla da tanınıblar. Məsələn, bu münafiqlərin məşhurlarından yəhudi Abdullah bin Səba dində rafizilik bidətini çıxarmışdır.

Biz deyirik: Səhabə sözü xüsusi mənada hidayət əhli olan səhabələrə aid olduğu kimi, ümumi mənada peyğəmbərin zamanında həm münafiqlər, həm də Muhammədə həqiqi anlamda tabe olmuş mühacir və ənsarlar üçün də işlənmiş bir kəlimədir. Bunun isbatı isə ət-Tirmizinin səhih bir sənədlə rəvayət etdiyi hədisdir. Hədisdə Hz. Ömər, münafiqlərin başı olan Abdulla bin Ubey bin Səlula deyir:
فقال عمر: يا رسول الله دعني أضرب عنق هذا المنافق، فقال النبي صلى الله عليه وسلم :"دعه لا يتحدث الناس أن محمداً يقتل أصحابه"

"Ömər dedi: "Ey Allahın Elçisi, izn ver də mən bu münafiqin boynunu vurum." Peyğəmbər, salləllahu aleyhi va səlləm, dedi: "İnsanlar sonra deməsinlər ki, Muhamməd öz səhabələrini öldürür."
Muslimin rəvayət etdiyi digər hədisdə isə deyir:
ولكن ‏ ‏حذيفة ‏ ‏أخبرني عن النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏قال قال النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏في أصحابي اثنا عشر منافقا فيهم ثمانية ‏
‏لا يدخلون الجنة حتى ‏ ‏يلج ‏ ‏الجمل في ‏ ‏سم الخياط ‏

"Lakin Huzeyfə mənə xəbər verdi ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir: "Səhabələrimdən on iki münafiq var, onlardan səkkizi "dəvə iynənin gözündən keçənə qədər Cənnətə daxil olmayacaqlar."

Bu şəkildə gələn rəvayətlər göstəriri ki, hədislərdə səhabə sözü yalnız bir mənada işlənmir və bununla da anlamaq olur ki, istər peyğəmbər zamanında olsun, istərsə də peyğəmbərdən sonra olsun, peyğəmbərin onları səhabələri adlandırması Muhammədin zamanında yaşamış və ona iman gətirmiş səhabələr olması anlamına gəlməz. Bəs biz bunu nəyə əsasən deyirik?!
Biz bu sözümüzdə həmin hədisi rəvayət edən ravilərin anlayışına əsaslanırıq, çünki bu hədisi rəvayət edən ravilər hədisdə "səhabələr" sözünün məhz Muhamməd zamanındakılara aid olduğunu anlamayıblar. Çünki hədisin ravisi əl-Qabisə deyir ki, hədisdə zikr olunanlar Əbu Bəkrin zamanında (yəni, həmən peyğəmbər öləndən sonra) mürtəd olanlardır.
Digər hədisi rəvayət edən ravi isə İbn Əbi Muleykədir. İbn Əbi Muleykə bu hədisi rəvayət etdikdən sonra dua edir ki, "Allahım, biz dinimizdən üz döndərməkdən və bununla sınağa çəkilməkdən Sənə sığınırıq." Bu isə göstərir ki, onun dua edərək həmin kəslərdən olmaqdan Allaha sığınması bir daha göstərir ki, hədisin ravisi İbn Əbi Muleykə sözü gedən vəsflərin yalnız Muhammədin, salləllahu aleyhi va səlləm, zamanı ilə xüsusiləşmir, eləcədə Qiyamətə qədər bütün ümmətin üzərinə şamil edilir. Allah bizləri də o kəslərdən olmaqdan qorusun!
Yoxsa bu rafizilər ilk dövr ərəblərdən, hədis ravilərindən daha yaxşı hədisləri başa düşürlər? Yoxsa bəlkə bu rafizilərin ərəb dili onların dillərindən daha kamildir?! Ola bilsin ki, biz bu rafizilərin dahiliyini nəzərdən qaçırmışıq.

Hədisdə başqa bir ehtimal da var: Hovuzun yanına gələn Muhamməd ümməti içində həm münafiqlər, həm bidət əhli, həm də möminlər vardır. Bu münafiqlərin içində isə Muhammədin, salləllahu aleyhi va səlləm, şəxsən tanıdıqları kəslər ola bilər və peyğəmbərimiz, salləllahu aleyhi va səlləm, onların münafiq olduqlarını bilməyə bilər. Çünki Allahu Təalə deyir:
وَمِمَّنْ حَوْلَكُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ
Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.
(ət-Tövbə, 101)

Onların sayının isə istər bütün səhabələrə nisbətdə, istərsə də bütün ümmətə nisbətdə az olacağı hədisdən bəllidir. Çünki hədisdə "min umməti" ləfzində "min" kəliməsi "təbid" anlamındadır, yəni azlığa işarə edir. Eləcədə "usayhabi" söyləməsi də "təsğir" anlamındadır, bu da sayın azlığına işarə edir. Lüğət və usul alimlərinin bu barədə sözləri yuxarıda keçmişdir. Münafiqlər isə həm peyğəmbər zamanında olub, həm də peyğəmbərin xəbər verdiyi kimi Qiyamətə qədər ümmətində qalmağa davam edəcəkdir.
Hədisdən də anladığımız kimi, hovuzun yanında olanlardan və peyğəmbərdən, salləllahu aleyhi va səlləm, uzaqlaşdırılanlardan hamısının münafiq olması nəticəsi çıxarıla bilməz. Çünki onların içində xaricilər, cəhmilər, mötəzilə və rafizilər kimi bidət əhlindən olan kafir və müsəlmanlar ola bilərlər. Onlardan bidətləri xəfif olanlar, dəvə sürüsündən qurtulan başsız dəvələr kimi vəsf olunmuşlar.
Peyğəmbərimizin isə onları tanıması məsələsi iki mənada ola bilər: 1) Onları üzərindəki əlamətlərə görə tanıya bilər, çünki istər münafiq olsun, istərsə də bidət əhli olsun, onlar müsəlman ümməti ilə birlikdə həşr olunacaqlar və onlarda müsəlmanlara xas olan əlamətlər olacaqdır.
2. Peyğəmbərimiz, salləllahu aleyhi va səlləm, ondan uzaqlaşdırılan camaatın içində şəxsən tanıdıqları ola bilər, yəni peyğəmbərimizin onların hamısını bir-biri tanıması anlamına gəlməz. Çünki onlardan bəzilərini tanıması, həmin qrupun müsəlmanlar olması təəssüratını doğurur. Bunun üzərinə onların üzərindəki əlamətləri də əlavə etsək, hədisin mənası daha da aydınlaşmış olur.

Rafizi yazır:
Sitat
Ashab kelmesinin tesgir sheklinde gelmesi barede deyilen de onlarin azligini bildirmek uchun deyil tehqir meqsedi iledir. Ye’ni Peygember (s) onlari heqaret meqsedi ile eshab kelmesini tesgir formasinda getirib. Onlarin sayinin az yox chox olmasini ise yuxarida dediyim meqam gosterir. Yeni onlardan yalniz suruden ayri dushmush deve saydasi nicat tapacaq.
Bu isə gülünc bir izahatdır. Çünki özü özünü inkar edir. Bu sözlərindən əvvəl isə hədislərin məzmunundan başqa bir şey anladığını yazırdı:
Sitat
Axi hedislerin mezmunundan bele melum olur ki, Peygember (s) onlarin cehenneme getmesinde teeccub edir ve “eshabim, eshabim” deyerek ona gore feryad qoparir ki, basha salsin ki, bunlar mene yaxin insanlar idiler, cehenneme getmemelidirler.
İndi siz bu adı insan anlayışından məhrum olmuş, özünü rəzil etmiş rafizinin ziddiyətinə fikir verin. Bu insanın məqsədi haqqı öyrənmək deyildir. Bunun məqsədi bacardığı qədər rədd etməkdir. Əvvəldə dediklərini unudur və eyni yazıda axırda əvvəldə dediyi sözlərin tam əksini söyləyir.
"Səhabələrim" sözünü izah edərkən deyir ki, peyğəmbər onların müsəlman olduqlarını düşünərək, onların aparılmasına təəccüb edir və fəryad edərək ona yaxın insanlar olduğunu bildirir.
Daha sonra isə bu rafizi başqa bir izah verərək peyğəmbərin onlara təhqir üçün bu şəkildə dediyini bildirir.
Ağıl sahibləri bunun halı barədə düşünsünlər. Çünki mənim burada əlavə etməyə və ya izah etməyə heç bir ehtyacım yoxdur.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:40 | Yazı # 88
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hovuzun yanına gələnlərin içində mütləq olaraq peyğəmbərimizin zamanında yaşayanlar deyil, peyğəmbərdən, salləllahu aleyhi va səlləm, sonra gələn və peyğəmbəri görməyəcək olan Muhamməd ümmətindən olanlar da ola biləcəyi açıqdır. Çünki Muslimin rəvayət etdiyi hədisdə deyilir:
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ : " السَّلامُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاحِقُونَ وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا" قَالُوا : أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ ؟ قَال :َ" أَنْتُمْ أَصْحَابِي وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ " فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ ؟ فَقَالَ : " أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلا لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ بَيْنَ ظَهْرَيْ خَيْلٍ دُهْمٍ بُهْمٍ أَلا يَعْرِفُ خَيْلَهُ ؟ " قَالُوا : بَلَى يَا رَسُولَ اللَّهِ . قَالَ : " فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ أَلا لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِي كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ أَلا هَلُمَّ فَيُقَالُ إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ فَأَقُولُ سُحْقًا سُحْقًا "

"Peyğəmbər, salləllahu aleyhi va səlləm, qəbiristanlığa gəldi və dedi: "Əssələmu aleykum, ey mömin kəslərin evi! İnşəaallah, tezliklə sizlərə qoşulacağıq. O zaman biz öz qardaşlarımızı görəcəyik." (Səhabələr) soruşdular: "Ey Allahın Elçisi! Məgər biz sənin qardaşların deyilik?" Dedi: "Siz mənim səhabələrimsiz, qardaşlarım isə o kəslər ki məndən sonradır, hələ gəlməyiblər." Dedilər: "Səndən sonra olub hələ gəlməyənləri və ümmətindən olanları necə tanıyacaqsan, ey Allahın Elçisi? Dedi: "Bir kişinin qara atlar içində alnında və ayaqlarında ağ parıltılı xalı olan bir atı varsa, məgər görmürsüz ki, o öz atını onların içində necə tanıyır?" Dedilər: "Əlbəttə ki, ey Allahın Elçisi!" Dedi: "Onlar dəstəmazdan alınları, əlləri və ayaqları ağ və parıltılı olaraq gələcəklər. Mən isə onlardan qabaq hovuza gələcəm, lakin bəzi insanlar oradan yolunu azmış dəvələrın qovulduğu kimi qovulacaqlar. Mən deyəcəm: "Qoyun gəlsinlər." Mənə deyəcəklər: "Onlar səndən sonra dəyişiblər." Mən deyəcəm: "Suhqan, suhqan!"
"Sahih Muslim", (367)

Dediyimiz kimi bütün bu hədisləri bir araya gətirdikdə hər şey çox gözəl anlaşılır və bu rafizilərin rəzilliyi və biabırçılığı da anlaşılmış olur. Kim istərsə haqqı qəbul edər, kim dilərsə üz çevirər. Biz zorla heç kəsə nəyisə qəbul elətdirmək istəmirik.

İmam əl-Qurtubi deyir:
قال علماؤنا رحمة الله عليهم أجمعين : فكل من ارتد عن دين الله أو أحدث فيه مالا يرضاه الله ، ولم يأذن به الله فهو من المطرودين عن الحوض ، المبعدين عنه ، وأشدهم طرداً من خالف جماعة المسلمين وفارق سبيلهم كالخوارج على اختلاف فرقها ، والروافض على تباين ضلالها ، والمعتزلة على أصناف أهوائها ، فهؤلاء كلهم مبدلون .
وكذلك الظلمة المسرفون في الجور وتطميس الحق وقتل أهله وإذلالهم والمعلنون بالكبائر المستخفون بالمعاصي وجماعة أهل الزيغ والأهواء والبدع .
ثم البعد قد يكون في حال ، ويقربون بعد المغفرة إن كان التبديل في الأعمال ، ولم يكن في العقائد ، وعلى هذا يكون نور الوضوء يعرفون به ، ثم يقال لهم : سحقاً ، وإن كانوا من المنافقين الذين كانوا على عهد رسول الله صلى الله عليه وسلم يُظهرون الإيمان ويسرون الكفر فيأخذهم بالظاهر ، ثم يكشف لهم الغطاء فيقال لهم : سحقاً سحقاً ، ولا يخلد في النار إلا كل جاحد مبطل ، ليس في قلبه مثقال حبة من خردل من إيمان

"Bizim alimlərimiz, rahmətullahi aleyhim acməin, deyirlər: Kim Allahın dinindən irtida edərsə və ya Allahın razı olmadığı və Allahın izn vermədiyi bir şeyi dinə yenilik olaraq gətirərsə, onlar hovuzdan qovulacaqlar və ondan uzaqlaşdırılacaqlar. Onlardan ən şiddətli qovulanlar isə, firqə ixtilaflarına görə xaricilər və zəlalətləri ilə fərqlənmələrinə görə rafizilər və öz havalarının siniflərinə görə mötəzilə kimi, müsəlmanların camaatına müxalif olanlar və onların yollarından ayrılanlardırlar, onların hamısı sonradan dəyişənlərdir.
Eynilə bu, zalımlıq, haqqı gözdən salmaq və haqq əhlini öldürmək və onların alçaltmaqla məşğul olanların zülmətinə aiddir. Eləcədə açıq şəkildə böyük günah edənlər, asiliklə həddi aşanlar və qəlbi əyri olan, hava və bidət camaatları da bura aiddir.
Sonra uzaqlaşdırılma elə bir halda ola bilər ki, əgər onlar əqidələrində deyil, yalnız əməllərində dəyişiblərsə, bağışlandıqdan sonra bir də yaxınlaşa bilərlər. Buna əsasən onlar dəstəmaz yerlərinin nuruna görə tanınacaqlar. Sonra onlara deyiləcək: "Uzaq olun!" Əgər bunlar peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanından yaşayan, imanlarını üzdə göstərən və küfrlərini isə gizlədən münafiqlərdirsə, o zaman peyğəmbər onları zahirlərinə görə qarşılayacaq, lakin əsl üzləri kəşf edildikdə isə onlara: "Suhqan, suhqan!" deyəcək. Yalançı inkarçılardan və qəlbində xardal dənəsi ağırlığında iman olmayanlardan başqa heç kəs atəşdə əbədi qalmayacaq.
"Təzkira li Əhval əl-Məuti val-Axira", səh: 306
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 19:40 | Yazı # 89
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Rafizilərin bu iddiasını hər şeydən əvvəl Allah Azzə və Cəllənin Qurandakı sözləri çürüdür. Allahu Təalə deyir:
{ يٰأَيُّهَا ٱلَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي ٱللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لاۤئِمٍ ذٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ وَاسِعٌ عَلِيمٌ }

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir.
(əl-Maidə, 54)

Məşhur alim, müfəssir Fəxr əd-Din ər-Razi, rahiməhullah, bu ayəni şərh edərkən deyir:
أن هذه الآية من أدل الدلائل على فساد مذهب الإمامية من الروافض، وتقرير مذهبهم أن الذين أقروا بخلافة أبي بكر وإمامته كلهم كفروا وصاروا مرتدين، لأنهم أنكروا النص الجلي على إمامة علي عليه السلام فنقول:( لو كان كذلك لجاء الله تعالى بقوم يحاربهم ويقهرهم ويردهم إلى الدين الحق) بدليل قوله { من يرتد منكم عن دينه فسوف يأتي الله بقوم } إلى آخر الآيه وكلمة [من] في معرض الشرط للعموم، فهي تدل على أن كل من صار مرتداً عن دين الإسلام فإن الله يأتي بقوم يقهرهم ويردهم ويبطل شوكتهم، فلو كان الذين نصبوا أبا بكر للخلافة كذلك لوجب بحكم الآية أن يأتي الله بقوم يقهرهم ويبطل مذهبهم، ولما لم يكن الأمر كذلك بل الأمر بالضد فإن الروافض هم المقهورون الممنوعون عن إظهار مقالاتهم الباطلة أبداً منذ كانوا علمنا فساد مقالتهم ومذهبهم، وهذا كلام ظاهر لمن أنصف.

"Bu ayə rafizilərdən İmamiyyə məzhəbinin fəsad içində olduğunu göstərən ən güclü dəlillərdən biridir. Çünki onların məzhəblərinə əsasən kim Əbu Bəkrin xəlifəliyini və onun imamlığını qəbul edirsə, küfr etmişdir və mürtəd olmuşdur. Çünki (rafizilərə görə) onlar Əlinin, aleyhi əs-sələm, imamlığı barədə açıq-aydın nassı inkar etmişlər. Biz isə deyirik: Əgər belə olsaydı (yəni səhabələr mürtəd olsaydılar) "Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər" ayəsinin dəlalət etdiyinə əsasən Allahu Təalə onlarla vuruşaraq onları alçaldan və onları haqq dinə geri döndərən bir qövm gətirərdi. Ayədəki "mən" kəliməsi ümumiliyə ərz olunan şərt anlamındadır. Bu dəlildir ki, hər kim İslam dinindən çıxaraq mürtəd olarsa, Allah onları alçaldacaq, geri çevirəcək və qüvvələrini məhv edəcək bir qövm gətirəcək. Əgər Əbu Bəkri xəlifə seçənlər belə olsaydılar, ayətin hökmünə əsasən Allahın onları alçaldan və məzhəblərini ibtal edən bir qövm gəlməsi vacib olardı. Lakin işlər bu şəkildə olmadı, əksinə bütün bunların tam tərsi oldu. Lakin sözlərinin və məzhəblərinin fəsad olduğunu bildiyimizdən bəri həmişə alçaldılıb və etiqadlarını yaymaqdan qadağan olunanlar həmişə rafizilər olublar. Bax bu dediklərimiz insaf sahibi kəslər üçün aydındır."
"Məfətihul-Ğayb", 12/22
Dar əl-Fikr, 1401 (1981)

Rafizilərin iddiasına görə səhabələrin böyük əksəriyyəti peyğəmbərin, salləllahu aleyhi va səlləm, ölümündən sonra irtida etdilər və kafir oldular. Onlar bununla kifayətlənmədilər, Əlinin imamlığını rədd etdilər, hakimiyyətə gəldilər və öz batil məzhəblərini yaydılar. Bunların iddialarının təbii nəticəsi olaraq belə çıxır ki, bu on dörd əsir ərzində həmin bu "mürtədlər" və bu "mürtədlərə" tabe olan sünnilər öz batil əqidələrini dünyanın hər tərəfinə yaydılar və "haqq" əqidə olan imamiyyə məzhəbinə qarşı isə vuruşdular, onları alçaltdılar və onları həzəmətə uğratdılar. Yenə də onların dediklərinə görə "haqq" məzhəb bu tarix boyu zülmlərə məruz qaldı, gizli yaşamağa məcbur oldular və öz inancalarını təqiyyə arxasında qorumağa çalışdılar.
Biz isə deyirik ki, sizin bu dedikləriniz sizin öz əleyhinizə dəlildir. Çünki Allahu Təalə deyir:
"Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər."

Əgər qəbul etsək ki, Əbu Bəkr zamanında səhabələrin çoxu mürtəd idilər, o zaman Allahın vəd etdiyi "möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olan, mürtədlərə qarşı Allah yolunda cihad edən" qövm harada idi? Bəs onlar nə üçün haqqı izhar etmədilər?
Ya bu rafizilər yalan danışırlar, ya da onlara görə Allah vədini tutmamışdır! Əuzu billəh!

Halbuki, biz bu ayədəki vəsfin Əbu Bəkr zamanındakı müsəlmanlara aid olduğunu görürük, çünki Əbu Bəkr zamanında ərəb qəbilələri mürtəd olmuşdular və tarixçilərin təbiri ilə desək İslam təhlükə altında idi. Bu zaman Allah həmin mübarək qövmü onların üzərinə musallət etdi, onların üzərində güc-qüvvə sahibi etdi və bu mübarək qövm Əbu Bəkrin imamlığı ilə mürtədlərə qarşı ən sərt şəkildə cihad etdilər, onların çoxunu dinə geri döndərdilər və üzərilərində hökm etdilər. Bütün Cəzirəni tabe etdirdilər. Bax, bu qövm ayənin vəsf etdiyi kəslərdir. Çünki tarixdə mürtədlərə qarşı müharibəsi ilə seçilmiş kəs Əbu Bəkrdir, Allah ondan razı olsun, və Əbu Bəkr ilə birlikdə insanların ən xeyirliləri vuruşdular. Onlar bu yolda şəhid oldular və İslam kəliməsini müzəffər qıldılar.
Rafizilərin halı necə olub?! Tarixə baxın...hər bir zaman əhli-sünnətə qarşı kafirlərlə birlikdə işbirliyi ediblər. Bu rafizilərin tarixdəki ən məşhur dövlətləri Fatimi dövlətidir və bunlar möminləri qıran, onları qətl edən, lakin Qüdsü istila etmiş səlibli kafirlərlə gözəl münasibətdə olan bir qövm idi.
Yenə baxaq görək bəs bu fatimi mürtədlərinə nə oldu?! Allah onların sonuna Səlahuddin Əyyubi vasitəsilə son qoydu və məhz bu Səlahuddinin əli ilə nəsrani kafirlərini həzəmətə uğratdı. Qüdsü müsəlmanlara geri verdi. Yenə eyni yerdə, Misirdə Səlahuddindən sonra məmlüklər hakimiyyətə gəldilər və onlar monqolları məğlub etdilər və bütün xaçlı yürüşləri ilə gəlmiş nəsraniləri müsəlman torpaqlarından boşaltdılar. Başqa cür desək, Allah bu mürtədlərin yerinə Allahın Kəlamını uca edən bir qövm gətirdi...Tarix isə bu şəkildə davam etmişdir...İraqda da buveyhiləri səlcuqlular əvəz etdilər. Həmd olsun Allaha!
Hər şey göz qarşısındadır...
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:12 | Yazı # 90
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Səhabələrə nifrət etməyin hökmü?

Sual: Səhabələr (Allah onlardan razı olsun-Ridvanallahu anhum) barəsində bəzi şəxslər ilə dialoq aparırdıq və onlardan biri mənə dedi ki, bizlərdən birimiz səhabələrdən birinə nifrət edə bilər və bu islama zidd deyil. O dedi ki, ola bilsin ki səhabələrə nifrət etmək insanı iman dairəsindən çıxarsın, lakin o hələ də müsəlman olaraq qalmağa davam edir. Ümid edirik ki, bu məsələni bizə lazımınca açıqlayacaqsınız.

Cavab:

Həmd Allaha məxsusdur.

Şübhəsiz ki, bir insanın əqidəsi, inancı onun dünyasına və dininə fayda gətirən məsələlər üzərində deyil, bəşəriyyətin ən yaxşısının, üstününün (yəni peyğəmbərin sallallahu aleyhi və səlləm) dostlarına iftira atmaq, şər yaxmaq, söymək və yaxud onların (səhabələrin) arasında baş göstərən mübahisələri müzakirə etmək üzərində qurulubsa, bu böyük fəlakət, rəzillik, bədbəxtlik və zəlalətin nişanəsi, əlamətidir.

Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrinə şər yaxmaq, böhtan atmaq (söymək), onlara nifrət bəsləmək, onlara qarşı dişini qıcamaq, narazılığını bildirmək üçün əlbəttə ki, heç bir səbəb yoxdur. Onların fəzilətləri (üstünlükləri) saysız-hesabsızdır, çünki onlar islam dinini dəstəkləmiş, kömək etmiş və imanı yaymışdırlar; onlar müşriklər ilə cihad etmişdirlər; onlar Quranı, sünnəti və hökmləri bizə nəql etmiş, bizlərə ötürmüşdürlər. Onlar bütün səylərini ortaya qoymuş, qanlarını Allah yolunda tökmüş və mal-dövlətlərni bu yolda xərcləmiş kəslərdir. Allah onları Öz peyğəmbərinin sallallahu aleyhi və səlləm dostları seçmişdir. Onlara münafiqdən başqası böhtan atmaz və yaxud nifrət etməz. O münafiq ki, islamı sevmir və yaxud ona inanmır.

Rəvayət olunur ki, əl-Bəra radiyallahu demişdir: Mən peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Ənsar: onları yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə, Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər”. Buxari 3672; Müslim 75 rəvayət etmişdirlər.

Ənsara nifrət edən insan mömin ola bilməzsə və bu əməli onu münafiq edirsə, o zaman Ənsarlara və Mühacirlərə, onlara haqq yolu üzərində tabe olanlara nifrət edənlərin, onlara iftira edənin, onlara söyənin, lənət oxuyanın və ittiham edənin, səhabələri sevəni kafir elan edənlərin halı necə olar görəsən? Necə ki, bunları Rafizilər edir! Şübhəsiz ki, bu cür sifətlərə malik insanlar kafir və münafiq hesab edilməyə, mömin hesab edilməməyə daha layiqdirlər.

Əl-Təhavi əhli sünnət vəl camaatın etiqadını, inancını müzakirə edərək buyurmuşdur:

Biz Allah rəsulunun sallallahu aleyhi və səlləm əshabələrini sevirik.

Biz onlardan hər hansı birinə qarşı sevgidə etinasız yanaşmırıq.

Nə də onlardan hər hansı birindən özümüzü uzaq tutmuruq.

Biz onlara (səhabələrə) nifrət edənlərə və onları tənqid edənlərə nifrət edirik.

Biz səhabələr haqqında yalnız xeyir danışırıq.

Onlara qarşı sevgi dini bağlılığın, iman və ehsanın bir hissəsidir.

Onlara nifrət hissi bəsləmək küfrdür, münafiqlikdir və zülmdür.

Şeyx Salih əl-Fauzan demişdir:“Əhli Sünnət vəl Camaatın yolu peyğəmbərin sallallahu aleyhi və səlləm ev əhlini (əhli beytini) sevməkdir”.

Nasibilər səhabələri sevirlər, lakin peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytinə nifrət edirlər. Bu səbəbdən dolayı Nasibi adlandırılmışlar. Çünki onlar özlərini peyğəmbərin əhli beytinin düşmənləri kimi qələmə verirlər.

Rafizilər onların əksidir: onlar peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytini sevirlər-və yaxud sevdiklərini iddia edirlər, lakin onlar səhabələrə nifrət edirlər, onlara lənət edirlər, təkfir edirlər və tənqid edirlər.

Səhabələrə nifrət edən islama dininə nifrət edir. Çünki səhabələr İslamın daşıyıcıları və seçilmiş peyğəmbərin sallallahu aleyhi və səlləm ardıcıllarıdır. Beləcə hər kim onlara nifrət edirsə, elə islam dininə nifrət edir və bu dəlalət edir ki, bu cür insanların qəlbində iman yoxdur və onlar islamı sevmirlər...

Bu müsəlmanların bilməsi lazım olan mühüm başlıca bir qaydadır. Yəni, səhabələri sevmək və onların qədrini bilmək prinsipi. Çünki bu imandandır. Onlara nifrət etmək və yaxud onlardan birinə nifrət etmək küfr, münafiqlikdir. Çünki onları sevmək peyğəmbəri sallallahu aleyhi və səlləm sevmək, onlara nifrət etmək peyğəmbərə sallallahu aleyhi və səlləm nifrət etməkdir.

Şərh əl-Əqidə əl-Vəəsitiyyə

Bəzi alimlər səhabələrə nifrət etmək məsələsinin nə anlama gəldiyini təfsilatı ilə şərh etmişdirlər.

Onlar demişdirlər: “Əgər bir kəs bəzi dünyəvi səbəbdən dolayı səhabələrdən bəzilərinə nifrət edərsə, o zaman bu küfr, münafiqlik deyil, lakin nifrət onların peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri olmaları, dini səbəbdən isə, onların küfründə şübhə yoxdur.

Bu gözəl bir təfsilatdır, bizim yuxarıda qeyd etdiklərimiz ilə ziddiyyət təşkil etmir, əksinə məsələyə daha çox aydınlıq gətirir və dəstəkləyir, gücləndirir.

Əbu Zəra əl-Razi demişdir: “Birini Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən birini tənqid edən görsəniz, o zaman bilmiş olun ki, o kəs zındıqdır.

İmam Əhməd demişdir: Bir kəsin Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən biri barəsində pis danışdığını, zikr etdiyini görsəniz, o zaman onun islamını sorğu suala tutun, ittiham edin.

Şeyx ul-İslam ibn Teymiyyə demişdir: “Bir kəs səhabələrə onların yüksək şəxsiyyəti, əxlaqı və yaxud dini bağlılığını təkzib etməyən şəkildə iftira edərsə, məsələn onlardan birini simic və yaxud qorxaq və ya elmi az olan və ya zahid olmayan və s. kimi vəsf edərsə, o zaman o kəs töhmət olunmağa, ədəbləndirilməyə və cəzalandırılmağa layiqdir, lakin biz mücərrəd olaraq ona kafir hökmü vermirik. Alimlər tərəfindən təkfir etməyənlərin sözləri bax bu cür başa düşülməlidir”.

Bir kəs onları mütləq şəkildə lənət etsə və iftira etsə, bu alimlərin mübahisə etdiyi bir sahədir. Mübahisə həmin lənətin hisslərdən (qəzəbdən) dolayı və yaxud etiqaddan dolayı meydana gəlməsi haqqında tərəddüdə görədir.

Bir şəxs bunun dairəsindən çıxaraq həddini aşarsa və Allah rəsulunun sallallahu aleyhi və səlləm vəfatından sonra, on və yaxud bəzi şəxslərdən ibarət kiçik bir dəstə istisna olmaqla, onların mürtəd olduğunu və ya onlardan çoxunun itaətdən çıxdığını iddia edərsə, o zaman şübhə yoxdur ki, bu kəs kafirdir. Çünki həmin kəs Quranda birdən çox yerdə, Allah təalanın onlardan razı olduğunu, onları təriflədiyinə dair bildirdiklərini təkzib etmişdir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğunda şübhə edərsə o özü kafirdir. Çünki (onların bu sözündən) belə çıxır ki, Quranı və Sünnəni bizə nəql edənlər kafir, fasiq olmuşdurlar və yaxud Allah təalanın “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz..”. (Ali İmran 3:110) ayəsində vəsf olunan bu ümmətin ən yaxşılarının-ən xeyirliləri ilk nəsil olmuşdur-əksəriyyəti kafir və münafiq olmuşdurlar. Bu o anlama gəlir ki, bu ümmət millətlərin ən pisidir və bu ümmətin ən birinci nəsli ən şərli olmuşdur. Şübhəsiz ki, bu açıq-aydın küfrdür, buna dair dəlil olduqca açıq-aydındır.

Nəticə etibarilə, şahid ola bilərsiniz ki bu cür baxışları, fikirləri ifadə edənlərin əksəriyyətinin gec-tez zındıq olduğu ortaya çıxır. Zındıqlar adətən öz məzhəblərini gizlədirlər, lakin Allah təala onlara ibrət göstərmək üçün onların bəzilərini cəzalandırmışdır. Bir çox hədislərdə varid olmuşdur ki, Allah təala onları bu həyatda və öləndə donuzlara çevirmişdir. Alimlər bu cür rəvayətləri cəm etmişdirlər. Bu alimlərdən məsələn Hafiz əl-Salih Əbu Abdullah Muhəmməd ibn Abdulvahid əl-Maqdisi Əl-Nəhyi an Səbb əl-Əshab adlı kitabında bu cür zındıqların başına gələn cəzaları rəvayət etmişdir.

Bir sözlə, bəzi dəstələr var ki səhabələrə iftira atırlar, şübhəsiz ki onlar kafirdirlər, bəziləri var ki, onlara kafir hökmü verilə bilməz və bəziləri vardır ki, bu məsələdə onların şübhələri, tərəddüdləri var.

Əl-Sarim əl-Məslul alə-Şəətim əl-Rəsul, səh.590-591

Təqiyiddin əl-Sübki demişdir:
...Bu səhabələrin bəzisinə iftira atanlara aiddir. Lakin bir kəs səhabələrin hamısına iftira atarsa şübhəsiz ki o kafirdir. Eyni hökm sadəcə səhabə olduğuna görə ona iftira atan kəsə də şamil edilir. Çünki onun bu əməli səhabələrin fəzilətini aşağılamaq və dolayı yolla peyğəmbərə sallallahu aleyhi və səlləm iftira atmaqdır. Beləcə sözsüz ki, bunu edən kəs kafirdir. Buna əsaslanaraq, Təhavinin “və onlara nifrət etmək küfrdür” sözlərindən bu cür başa düşülməlidir ki, səhabələrin hamısına nifrət etmək şübhəsiz ki, küfrdür, lakin bir kəs səhabəyə məhz səhabə olduğuna görə deyil, şəxsi səbəbdən dolayı iftira atırsa və həmin səhabə Məkkənin fəthindən əvvəl islamı qəbul edibsə və hansı ki, onların fəziləti barəsində yəqinlik-necə ki, Rafizilər iki şeyxə (Əbu Bəkr və Ömərə)iftira atırlar-o zaman Əl-Qazi Hüseyn bildirmişdir ki, iki şeyxə şər yaxan (söyən) kafirdir.

Bu məsələdə alimlər arasında tərəddüdün mövzusu bir şəxsin bəzi fərdi səbəblərdən dolayı müəyyən bir şəxsə iftira atması ilə dünyəvi səbəbdən dolayı və s. birinin-digərinə nifrət etməsidir. Bu onun kafir olduğu anlamına gəlmir. Lakin şübhəsiz ki, həmin insan, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğundan dolayı iki şeyxdən birinə nifrət edərsə o zaman bu küfrdür və həqiqətən də iki şeyxdən başqa səhabələrin hər hansı birinə, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğuna görə nifrət etmək əlbəttə ki, həmçinin küfrdür.

Fətəvə əl-Sübki 3/575
 
Muslimah_92Tarix: Cümə, 08.06.2012, 22:01 | Yazı # 91
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Rafizilərin verdiyi fətvalar biabırçılıqlar içində həmişə birinci yerdə olublar. Onlar bu fətvalarda "məğlubedilməzlər" dərəcəsindədirlər.
Yaxınlarda bu rafizi kitablarının birindən belə bir şey oxudum:

ـ باب جواز مص الصائم لسان امرأته أو ابنته وبالعكس على
كراهية ، وعدم بطلان الصوم بدخول ريقهما مع عدم التعمّد .
محمد بن الحسن بإسناده عن محمد بن علي بن محبوب ، عن محمد بن عيسى ، عن ابن محبوب ، عن أبي ولاد الحناط قال : قلت لابي عبدالله ( عليه السلام ) : إني اقبل بنتا لي صغيرة وأنا صائم فيدخل في جوفي من ريقها شيء ؟ قال : فقال لي : لا بأس ليس عليك شيء .
ـ وعنه ، عن أحمد بن محمد ، عن الحسين ـ يعني : ابن سعيد ـ عن النضر بن سويد ، عن زرعة ، عن أبي بصير قال : قلت لابي عبدالله ( عليه السلام ) : الصائم يقبل ؟ قال : نعم ويعطيها لسانه تمصه .
ـ وبإسناده عن محمد بن أحمد ، عن محمد بن أحمد العلوي ، عن العمركي البوفكي ، عن علي بن جعفر ، عن أخيه موسى بن جعفر ( عليه السلام ) قال : سألته عن الرجل الصائم ، يمص لسان المرأة أو تفعل المرأة ذلك ؟ قال : لا بأس

"Oruclu birinin öz xanımının və ya qızının dilini sorması və ya bunun əksinin kərahiyyət ilə caiz olması və qəsdən edilmədən xanımının və ya qızının tüpürcəyini udmasının orucu pozmaması babı.
Muhamməd bin əl-Həsən isnadı ilə Muhamməd bin Əli bin Məhbubdan, o da Muhamməd bin İsadan, o da İbn Məhbubdan, o da Əbu Vələddən: "Əbu Abdullahdan, aleyhis-sələm, soruşdum: "Mən öz kiçik qızımı öpürəm və orucluyam və onun tüpürcəyindən bir şey boğazıma gedərsə?" Dedi: "Mənə dedi: "Bir eybi yoxdur, onun üzərinə bir günah yoxdur."
Eləcədə ondan, o da Əhməd bin Muhamməddən, o da əl-Hüseyndən - yəni, İbn Saiddən - o da Nədr bin Sveyddən, o da Zuradan, o da Əbu Bəsirdən: dedi: Əbu Abdullahdan, aleyhis-sələm, soruşdum: "Oruclu öpüşə bilər?" Dedi: "Bəli, sormaq üçün qadına dilini də verə bilər."
Yenə isnadı ilə Muhamməd bin Əhməddən, o da Muhamməd bin Əhməd əl-Aləvidən, o da əl-İmraki əl-Bufəkidən, o da Əli bin Cəfərdən, o da qardaşı Musa bin Cəfərdən, aleyhis-sələm: dedi: "Ondan oruclu bir kişinin qadının dilini sormasından və ya qadının bunu etməsi barədə soruşdum." Dedi: "Bir bəis yoxdur."
Ayətullah Hür əl-Amili
"Kitəb əs-Səum val-İtikaf"

Hansı xəstə ağıllı öz qızını bu şəkildə öpər?!

QEYD: Bununla heç bir şəkildə şiələri qəsd etmirik, çünki avvam şiələr bu əməlləri qəbul etmirlər. Çünki fitrət bunu qəbul etməz. Ən azından Azərbaycandakı şiələr belə şeylərdən uzaqdır.



Yazını Muslimah_92 - Şənbə, 09.06.2012, 20:39
 
Forum » İslam » Zəlalət əhlinə cavab » rafizilerin murdar fetvalari (zelalet ehlinin fetva ve qondarma hedisleri)
  • Страница 5 из 5
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru