[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Forum » İslam » Müxtəlif məsələlər » DUA
DUA
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:02 | Yazı # 41
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən, Alləmə “bidətlərə düşmən” olaraq tanınan Əbu Abdullah İbn Əl Hacc Əl Məliki (v. 737 h/ 1336 m) bu haqda deyir:

فإن كان الميت المزار ممن ترجى بركته فيتوسل إلى الله تعالى به ، وكذلك يتوسل الزائر بمن يراه الميت ممن ترجى بركته إلى النبي صلى الله عليه وسلم بل يبدأ بالتوسل إلى الله تعالى بالنبي صلى الله عليه وسلم ، إذ هو العمدة في التوسل ، والأصل في هذا كله ، والمشرع له فيتوسل به صلى الله عليه وسلم وبمن تبعه بإحسان إلى يوم الدين
“Əgər ziyarət edilən ölü bərəkəti umulanlardandırsa, onunla Allaha təvəssül edilər. Bunun kimi, ziyarətçi bərəkəti umulanlardan ölünün gördüyü şəxslə Nəbiyə - sallallahu aleyhi və səlləm - təvəssül edər. Hətta, ilk olaraq Nəbiylə - sallallahu aleyhi və səlləm - Allaha təvəssül etməklə başlayar.
Çünki, o təvəssüldə bünövrədir və bütün bunlarda əsldir (əsasdır).
Onun üçün, Nəbiylə - sallallahu aleyhi və səlləm - və Qiyamət gününə qədər ona xeyirlə tabe olanlarla təvəssül etmələri məşrudur.”

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal fiş Şəriş Şərif aləl Məzəhibil Ərbəa: 1/254-255
Darut Turas
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:03 | Yazı # 42
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İbnul Hacc eyni kitabının başqa bir yerində belə deyir:

فالتوسُّل به عليه الصلاة والسلام هو مَحلُّ حَطِّ أحمالِ الأوْزارِ وأثقالِ الذنُوبِ والخطايا ؛ لأنَّ بركةَ شفاعته عليه الصلاة والسلام وعِظَمُها عند ربِّه لا يتعاظَمُها ذنبٌ ، إذْ أنها أعْظمُ مِن الجميع , فلْيستبشِرْ مَن زارَه ويلجَأْ إلى الله تعالى بشفاعة نبيِّه عليه الصلاة والسلام ومَن لم يزره , اللهم لا تحرِمْنا مِن شفاعته بحرْمتِه عندك آمين يا ربَّ العالمين
ومَن اعتقَد خلافَ هذا فهو المحروم , ألم يسمَعْ قولَ الله عز وجل : { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوك فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمْ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } فمَن جاءَه ووقَف ببابِه وتوسَّل به وجَد الله توّابًا رحيمًا ؛ لأنَّ اللهَ عز وجل منزَّهٌ عن خُلْفِ المِيعاد ، وقد وعَد سبحانه وتعالى بالتوبة لمَن جاءَه ووقَف ببابِه وسأَلَه واستغفر ربَّه ، فهذا لا يشكُّ فيه , ولا يرْتابُ إلا جاحدٌ للدينِ معاندٌ للهِ ولرسولِه صلى الله عليه وسلم , نعوذ بالله مِن الحِرْمان

"Onunla - sallallahu aleyhi və səlləm - təvəssül vəbal yüklərindən, günahların və xətaların ağırlığından qurtulma mahalıdır.
Çünki, heç bir günah, onun - aleyhissalatu vəssəlam – şəfaətinin bərəkətini və Rəbbi qatındakı əzmətini üstələyə bilməz.
Çünki, onun şəfaəti hamısından daha böyükdür. Elə isə onu ziyarət edərək və ya etməyərək, Nəbisinin - aleyhissalatu vəs sələm - şəfaətilə Uca Allaha sığınan kimsə sevinsin.
Allahım, Sənin qatındakı hörməti xətrinə bizi onun şəfaətindən məhrum etmə. Amin! Ya Rəbbəl Aləmin.
Kim bunun əksinə etiqad edərsə o məhrumdur! Uca Allahın bu kəlamını duymayıbmı?
"…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64).
Kim onun yanına gələr, qapısında (məzarı önündə) durar və onunla təvəssül edərsə, Allahı Təvvab və Rəhim olaraq görər. Çünki, Allah vədinə xilaf çıxmaqdan münəzzəhdir.
Allah - subhanəhu və taələ - onun yanına gəlib, qapısında duranın (məzarı önündə), ondan (Allah qatında şəfaət etməsini) istəyənin və Rəbbindən bağışlanma diləyənin tövbəsini qəbul edəcəyini vəd etmişdir.
Bunda ancaq Dini inkar edən, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - qarşı inadçı olan kimsə şəkk və şübhə edər. Məhrumiyyətdən Allaha sığınırıq."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/259-260
Darut Turas
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:03 | Yazı # 43
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən olan Əbu Abdullah İbn Əl Hacc Əl Məliki (v. 737 h/ 1336 m) bu sözlərinin davamında deyir:

ثم يتوسل بأهل تلك المقابر أعني بالصالحين منهم في قضاء حوائجه ومغفرة ذنوبه ، ثم يدعو لنفسه ولوالديه ولمشايخه ولأقاربه ولأهل تلك المقابر ولأموات المسلمين ولأحيائهم وذريتهم إلى يوم الدين ولمن غاب عنه من إخوانه ويجأر إلى الله تعالى بالدعاء عندهم ويكثر التوسل بهم إلى الله تعالى ؛ لأنه سبحانه وتعالى اجتباهم وشرفهم وكرمهم فكما نفع بهم في الدنيا ففي الآخرة أكثر ، فمن أراد حاجة فليذهب إليهم ويتوسل بهم ، فإنهم الواسطة بين الله تعالى وخلقه ، وقد تقرر في الشرع وعلم ما لله تعالى بهم من الاعتناء ، وذلك كثير مشهور ، وما زال الناس من العلماء ، والأكابر كابرا عن كابر مشرقا ومغربا يتبركون بزيارة قبورهم ويجدون بركة ذلك حسا ومعنى ، وقد ذكر الشيخ الإمام أبو عبد الله بن النعمان رحمه الله في كتابه المسمى بسفينة النجاء لأهل الالتجاء في كرامات الشيخ أبي النجاء في أثناء كلامه على ذلك ما هذا لفظه : تحقق لذوي البصائر ، والاعتبار أن زيارة قبور الصالحين محبوبة لأجل التبرك مع الاعتبار ، فإن بركة الصالحين جارية بعد مماتهم كما كانت في حياتهم والدعاء عند قبور الصالحين ، والتشفع بهم معمول به عند علمائنا المحققين من أئمة الدين انتهى ، ولا يعترض على ما ذكر من أن من كانت له حاجة فليذهب إليهم وليتوسل بهم بقوله عليه الصلاة والسلام : { لا تشد الرحال إلا لثلاثة مساجد المسجد الحرام ومسجدي ، والمسجد الأقصى } انتهى

“Sonra, ehtiyaclarının təmin olunması və günahlarının bağışlanması haqqında bu qəbristanlığın əhliylə təvəssül edər. Bununla, onlardan saleh olanları qəsd edirəm. Sonra, özü, valideynləri, şeyxləri, yaxınları, bu qəbristanlığın əhli, ölmüş və diri olan Müsəlmanlar, Qiyamət gününə qədər gələcək olan zurriyyət və tanımadığı qardaşları üçün dua edər. Onların yanında dua edərək Uca Allaha yalvarar, onlarla Uca Allaha təvəssülü artırar. Çünki, Uca Allah onları seçmiş, şərəfli və kərəmli qılmış, onlarla insanları dünyada faydalandırdığı kimi axirətdə də daha çox faydalandırar.
Kimin bir ehtiyacı olarsa, onların yanına gedib onlarla təvəssül etsin. Onlar Uca Allahla yaratdıqları arasında vasitədir. Allahın onlara itina göstərməsi şəriətdə bərqərar olmuş və bilinən şeydir. Bu çox və məşhurdur. İnsanlar şərqdə və qərbdə şərəflidən şərəfliyə keçəcək şəkildə alimsiz və böyüklərsiz qalmazlar. Onların qəbirlərini ziyarət etməklə bərəkət umarlar və bunun bərəkətini hissən və mənən görərlər.
İmam Əbu Abdullah bin Numan - rahimahullah - “Səfinətun Nəca lil Əhlil İltica” adlı kitabında, şeyx Əbun Nəcanın kəramətindən danışarkən belə dedi:
“Bəsirət və etibar sahibləri üçün bu bir həqiqət olmuşdur: Salehlərin qəbirlərini, hörmət duymaqla bərabər təbərrük üçün ziyarət etmək sevilən bir şeydir. Həyatlarında olduğu kimi, salehlərin bərəkəti ölümlərindən sonra da davam edər.
Salehlərin qəbirləri yanında dua və onlardan şəfaət istəmək, Din İmamlarından olan Muhaqqiq alimlərimiz qatında əməl edilən bir şeydir.”
“Bir ehtiyacı olan onlara getsin və onlarla təvəssül etsin” şəklində zikr edilən şeyə, Allah Rəsulunun - aleyhissalatu vəssəlam – bu kəlamıyla etiraz edilməz:
“Üç məsciddən başqası üçün səfərə çıxılmaz: “Əl Məscidul Haram”, Mənim Məscidim və “Əl Məscidul Aqsa”.”

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal fiş Şəriş Şərif aləl Məzəhibil Ərbəa: 1/255
Darut Turas
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:04 | Yazı # 44
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bəli Qiyamətə yaxın elmin yer üzündən pillə - pillə qaldırılmasıyla bərabər cəhalət tuğyan edir... Nəfslər haqdan çox uzaqda qalıb... Elm adına danışanlar o qədər haqdan uzaqdadırlar ki, haqqın dili olsa onlardan bəri olduğunu var səsiylə elan edərdi...
Bu tip adamlardan bir qrupu da təvəssül məsələsində onlar kimi düşünməyənləri, təvəssül edənləri təkfir edən cahillərdir... Bu adamalar adətən özlərini sələfin, İbn Teymiyyə və Muhamməd bin Abdul Vəhhəbın yoluna nisbət edərlər...
Maraqlıdır görəsən sözügedən adamlar bu əmələ görə təkfirə necə baxırdılar... Bu müəyyən olunduqdan sonra “davamçıların” sələflərinə nə qədər “uyduğunu” görəcəyik.

İbn Teymiyyə təvəssül məsələsindəki görüşləri zikr etdikdən sonra belə deyir:

ولم يقل أحد : إن من قال بالقول الأول فقد كفر ولا وجه لتكفيره فإن هذه مسألة خفية ليست أدلتها جلية ظاهرة والكفر إنما يكون بإنكار ما علم من الدين ضرورة أو بإنكار الأحكام المتواترة والمجمع عليها ونحو ذلك . واختلاف الناس فيما يشرع من الدعاء وما لا يشرع كاختلافهم هل تشرع الصلاة عليه عند الذبح ؛ وليس هو من مسائل السب عند أحد من المسلمين . وأما من قال : إن من نفى التوسل الذي سماه استغاثة بغيره كفر وتكفير من قال بقول الشيخ عز الدين وأمثاله فأظهر من أن يحتاج إلى جواب ؛ بل المكفر بمثل هذه الأمور يستحق من غليظ العقوبة والتعزير ما يستحقه أمثاله من المفترين على الدين لا سيما مع قول النبي صلى الله عليه وسلم : من قال لأخيه : كافر فقد باء بها أحدهما

“Kimsə belə deməyib: “Kim birinci görüşdədirsə o kafirdir”. Onu təkfirinin bir açıqlanacaq yönü yoxdur. Şübhəsiz ki, bu gizli məsələdir. Dəlilləri açıq aşkar deyildir. Təkfir ancaq dindən zərurətlə bilinən şeylərin və ya mutəvatir hökmlərin və ya üzərində icma edilmiş və bu kimi şeylərin inkarı üçün olar. İnsanların hansı duanın məşru hansının qeyri məşru olması barədə ixtilafları, kəsim əsnasında Nəbiyə - sallallahu aleyhi və səlləm - salavat gətirmənin məşru olmasındakı ixtilafları kimidir.
Heç bir Müsəlmana görə bu (kəsim əsnasında salavat gətirməmək) təhqir məsələlərdən deyil.
“Şübhəsiz ki, kim “başqasından yardım istəmə” deyə isimləndirdiyi təvəssülü nəfy edərsə kafirdir” deyən, Şeyx İzzuddinin görüşündə olanları təkfir edən və bu kimilərə gəlincə... (bu görüşün tutarsızlığı) cavaba ehtiyac buraxmayacaq şəkildə açıqdır.
Əksinə bu kimi şeylərə görə təkfir edən şəxs, onun kimi dinə iftira edənlərin müstəhaq olduğu ağır cəza və təzirə (azarlanmağa) müstəhaqdır/layiqdir.
Xüsusilə də Nəbinin - sallallahu aleyhi və səlləm - bu sözüylə bərabər dəyərləndirilsə: “Kim qardaşına kafir deyərsə o ikisindən biri kafir olar”.”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 1/81(106)
Təhqiq: Ənvər Əl Bəz/ Amir Cazzar
Darul Vəfa: 1426/2005
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:04 | Yazı # 45
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sələfilər qatında etibar görən digər bir alim... Abdul Aziz bin Abdullah bin Bəzz (1330-1420 h/ 1917-1999 m) Təvəssül barədə verilən sualın cavabında bu əməlin şirk olmadığı haqqında deyir:

أما إذا توسل بجاه النبي صلى الله عليه وسلم وقال: اللهم إني أسألك يا رب بجاه محمد أو بحق محمد; فهذا بدعة عند جمهور أهل العلم، ونقص في الإيمان وضعف، ولا يكون مشركا ولا يكون كافرا بل هو مسلم، لكن يكون هذا نقصا في الإيمان وضعفا في الإيمان مثل بقية المعاصي والبدع التي لا تخرج من الدين؛ لأن الدعاء ووسائل الدعاء توقيفية، ولم يرد في الشرع ما يدل على أن التوسل بجاه النبي صلى الله عليه وسلم من الوسائل الشرعية، بل هذا مما أحدثه الناس.فالقول بالتوسل بجاه النبي صلى الله عليه وسلم، أو بجاه الأنبياء، أو بحق النبي، أو بحق الأنبياء، أو بجاه فلان أو بجاه علي، أو بجاه أهل البيت، كل هذا من البدع، والواجب ترك ذلك لكن ليس بشرك، وإنما هو من وسائل الشرك وليس بشرك، ولا يكون صاحبه مشركا، بل هو مسلم ولكن أتى ببدعة تنقص الإيمان وتضعف الإيمان عند جمهور أهل العلم، لأن الوسائل في الدعاء توقيفية، فالمسلم يتوسل بأسماء الله وصفاته، كما قال الله عز وجل: وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا الأعراف: 180

“Nəbinin - sallallahu aleyhi və səlləm - cahıyla təvəssül edib belə deyərsə: “Allahım, Ya Rəbbim səndən Muhəmmədin cahıyla və ya haqqı üçün istəyirəm”... Elm əhlinin cumhuru qatında bu bidətdir, imanda bir nöqsan və zəiflikdir.
Bu əməllə müşrik və kafir olmaz! Əksinə o Müsəlmandır. Lakin bu imanda bir nöqsan, imanda bir zəiflikdir... Dindən çıxarmayan günah və bidət qalıntısı kimi.
Çünki, dua və dua vəsilələri təvqifidir/nassa dayalıdır. Nəbinin - sallallahu aleyhi və səlləm - cahıyla təvəssülün şəri vəsilələrdən olduğuna dəlalət edən bir şey şəriətdə varid olmamışdır. Əksinə, bu insanların çıxardığı bir şeylərdəndir.
Nəbinin - sallallahu aleyhi və səlləm - cahıyla və ya Nəbilərin cahıyla və ya Nəbinin haqqı ilə və ya Nəbilərin haqqıyla və ya filan adamın cahıyla, Əlinin cahıyla və ya Əhli Beytin cahıyla (radiyallahu anhum) təvəssül etmək haqda görüş bütün bunların bidətlərdən olmasıdır.
Vacib olan bunun tərk edilməsidir. Lakin, bu şirk deyildir! Bu sadəcə şirk vəsilələrindəndir, şirk deyildir. Bu əməlin sahibi müşrik olmaz! Əksinə o Müsəlmandır. Lakin, o cumhur alimlərə görə imanı nöqasanlaşdıran və zəiflədən bir bidət etmişdir. Çünki, duadakı vəsilələr təvqifidir/nassa dayalıdır. Müsəlman, Allahın - Azzə və Cəllə - ayəsində olduğu kimi, Uca Allahın isimləri və sifətlərilə təvəssül edər: “Ən gözəl isimlər Allahındır, Ona bunlarla dua edin.” (Əl Araf: 7/180)”

Qaynaq: Abdul Aziz bin Bəz: Fətava Nurun Alə Əd Dərb: 1/323/Sual: 164

Gördüyümüz kimi, İbn Bəzz açıq şəkildə bu əməlin şirk olmadığını söyləyir. Elə isə özünü sələfiliyə nisbət edən və bu əməli şirk sayanların halı nədir? Hava və həvəsə kölə olmaqdan Allaha sığınırıq.
İbn Bəzin “cuhmur alimlər qatında bu əməl bidətdir” sözünə gəlincə... Bu söz həqiqətə uyğun deyil və elm əhlindən bu məsələdə fikir bəyan edənlərin cumhuruna görə bu əməl caiz və gözəldir. Allahın iznilə bu haqda etibar görmüş bir çox alimin görüşünü sizə təqdim edəcəyik.
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:04 | Yazı # 46
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hanəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) “Fəthul Qadir” əsərində Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin etməsi lazım olan əməllər haqda dedi:

ويسأل الله تعالى حاجته متوسلا إلى الله بحضرة نبيه عليه الصلاة والسلام .
وأعظم المسائل وأهمها سؤال حسن الخاتمة والرضوان والمغفرة ، ثم يسأل النبي صلى الله عليه وسلم الشفاعة فيقول .
يا رسول الله أسألك الشفاعة ، يا رسول الله أسألك الشفاعة وأتوسل بك إلى الله في أن أموت مسلما على ملتك وسنتك ، ويذكر كل ما كان من قبيل الاستعطاف والرفق به ، ويجتنب الألفاظ الدالة على الإدلال والقرب من المخاطب فإنه سوء أدب

“Nəbisinin – aleyhissalatu vəssəlam – hüzurunda təvəssül edərək Allahdan ehtiyacını tələb edər.
Məsələlərin ən böyüyü və əhəmmiyyətlisi isə xeyirli sonluq, Allahın rızasını və bağışlanma istənməsidir.
Sonra isə, Nəbidən – sallallahu aleyhi və səlləm – şəfaət istəyər və deyər:
“Ey Allahın Elçisi! Səndən şəfaət istəyirəm. Ey Allahın Elçisi! Səndən şəfaət istəyirəm. Sənin Dinin və Sünnətin üzrə ölməm üçün səninlə Allaha təvəssül edirəm.”
Sonra ona şəfqət göstərmə və rifq qəbilindən olan hər şeyi söyləyər. Həmsöhbətlə danışarkən istifadə edilən yaxınlıq və sıradan müraciət formalarından çəkinər, bu pis əxlaqdır.”

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 3/169
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003
 
Forum » İslam » Müxtəlif məsələlər » DUA
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru