[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Müxtəlif məsələlər » DUA
DUA
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 14:37 | Yazı # 21
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ADƏM PEYĞƏMBƏRİN DUASI
Adəm (aleyhissələm) İblisin hiyləsinə aldanır və Allah-təalanın ona qadağan etdiyi ağacdan dadaraq Allaha asi olur. Necə ki, Allah-təala buyurmuşdur:
�فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَآنَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ›

“Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi? ” [1]
Bundan sonra Adəm (aleyhissəlləm) Allah-təalaya dua edərək tövbə edir, Ondan bağışlanma və əfv diləyir. Allah-təala da onun tövbəsini qəbul edir.
Allah-təala buyurmuşdur:
�فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ›

“(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. ” [2]

İBRAHİM PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:
�وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الأَصْنَامَ›

“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! ”” [3]
İbn Kəsir (rahiməhullah) demişdir ki, artıq Allah-təala onun duasını qəbul edərək buyurmuşdur:
�أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ›

“Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar? ” [4]
Həmçinin, buyurmuşdur:
�رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ›

“(İbrahim peyğəmbər dedi:) “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” ”
Həmçinin buyurmuşdur:
�وَقَالُوا إِن نَّتَّبِعِ الْهُدَى مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا آمِنًا يُجْبَى إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِن لَّدُنَّا وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ›

“(Qureyşlilər) dedilər: “Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əlilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!” [5]
Bu Allah-təalanın lütfündən, səxavətindən, rəhmətindən və bərəkətindəndir ki, Məkkədə bar verən ağac olmadığı halda İbrahim peyğəmbərin duasının qəbulu olaraq ətraf yerlərdən oraya hər cür meyvələrdən daşınıb gətirilir. [6]

ƏYYUB PEYĞƏMBƏRİN DUASI
Əyyub peyğəmbərin (aleyhissələm) bol-bol miniyi, davarı, əkini, övladları və s. var idi. Lakin Allah-təala onu imtahan edərək əlində olan mal-dövlətini ondan alır. Allahı zikr etmək üçün qəlb və dilindən başqa bədəninə də xəstəlik salır. Hətta yoldaşları belə ondan çirginərək uzaq durur və şəhərin bir kənarına çəkilərək tək yaşamaq məcburiyyətində qalır. Lakin ona sadiq qalan, hətta, onun ehtiyacını ödəmək üçün başqalarına belə qulluqçuluq edən yalnız həyat yoldaşı olur. Bütün bu çətinliklərə baxmayaraq Əyyub peyğəmbər (aleyhissələm) səbr edərək Rəbbinə dua etməkdə davam edir və Allah-təala da onun duasını qəbul edir.
Allah-təala buyurmuşdur:
�وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ›

“(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik. ” [7]

ZƏKƏRİYYƏ PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:
�هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء›

“(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən! ” ” [8]
Həmçinin, buyurmuşdur:
�وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ. فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ›

“(Ya Rəsulum!) Zəkəriyyəni də (yada sal)! Bir vaxt o “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.
Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (dünyaya uşaq gətirməyə) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.” [9]

PEYĞƏMBƏRİMİZİN (sallallahu aleyhi va əlihi va səlləm) ƏLİ ÜÇÜN ETDİYİ DUASI
Əli (radiyallahu anhu) belə rəvayət edir:
“Mən minik üzərində idim. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) yanımdan keçərkən, Allahım, əgər əcəlim yaxınlaşıbsa, mənə rəhm et... əgər başıma bəla gələcəksə, məni səbrli et - dediyim zaman dedi: “Necə dedin?” Mən duamı təkrarladım. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Allahım, ona afiyət və ya şəfa ver.” Əli deyir: “Həmin duadan sonra heç vaxt ağrıdan şikayət etmədim.” [10]

PEYĞƏMBƏRİN (sallallahu aleyhi va əlihi va səlləm) ƏNƏS İBN MALİK ÜÇÜN ETDİYİ DUA
Ummu Suleymdən (radiyallahu anhə) rəvayət olunur ki, o, Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) belə dedi:
“Ey Allahın Rəsulu, bu xidmətçin olan Ənəsdir. Onun üçün Allaha dua et.” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Allahım, onun malını və övladlarını çoxalt. Ona verdiyin hər bir şeyi bərəkətli et. Ömrünü uzat və günahını bağışla.” Ənəs (radiyallahu anhu) deyir ki, “vallahi, həqiqətən də, malım çoxdur, övladlarımın və nəvələrimin sayı bu gün yüzü keçir. Ömrüm o qədər uzanmışdır ki, hətta, insanlardan belə utanıram və arzu edirəm ki, Allah mənim günahımı da bağışlasın.” [11]

PEYĞƏMBƏRİN (sallallahu aleyhi va əlihi va səlləm) URVA ƏL-BƏRİQİ ÜÇÜN ETDİYİ DUA
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Urva əl-Bəriqiyə (radiyallahu anhu) bir qoyun alması üçün bir dinar verir. O isə həmin bir dinarla iki qoyun alaraq birini bir dinara satır və bir qoyun və bir dinarla Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına gəlir. Bunu görən Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) onun ticarətinin bərəkətli olması üçün dua edir. Ticarəti o qədər çox və bərəkətli olur ki, hətta, torpaq alsaydı belə ondan qazanc əldə edərdi. [12]

ÖMƏR İBN XƏTTABIN DUASI
Zeyd ibn Əsləm atasından, o da Ömərdən (radiyallahu anhum) belə dediyini rəvayət edir: “Allahım, mənə sənin yolunda şəhid olmağı qismət et və ölümümü Sənin Peyğəmbərinin şəhərində elə.” Allah-təala onun duasını qəbul edərək Mədinədə şəhid olmasını nəsib edir. [13]


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 15:11 | Yazı # 22
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Duanın ədəbləri

Duanın şərtləri olduğu kimi ədəbləri də vardır. Bu ədəblərə riayət etmək lazımdır ki, edilən dua qəbul olsun. Bu ədəblərdən;

– Dəstəmazlı olmaq. Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Hüneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı. (Səhih əl-Buxari, hədis 3960)

– Qibləyə tərəf yönəlmək. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi”. (Səhih Muslim, hədis 1760)

– Duaya başlamazdan əvvəl Allaha həmd səna etmək, Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) isə salavat gətirmək. Fadaləh bin Ubeyd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz duaya başladıqda Rəbbinə həmd-səna etsin. Sonra Peyğəmbərə salavat gətirib istədiyini diləsin”. (Sunənu Əbu Davud, hədis 1483, Sunən ət-Tirmizi, hədis 3815)

– İsrar etməmək və duanın qəbul olmasına tələsməmək. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz tələsməyib “dua elədim qəbul olmadı” deməzsə duası qəbul olar”. (Səhih əl-Buxari, hədis 6340, Səhih Muslim, hədis 2735)

– Dua etdikdə əllərini səmaya tərəf qaldırmaq. Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua elədi və əllərini elə qaldırdı ki, qollarının altının ağlığı belə görsəndi (Səhih əl-Buxari 7/198). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Sunənu Əbu Davud, hədis 1490 , Sunənu İbn Macəh, hədis 3998. Albani hədisin " Həsən" olduğunu bəyan etmişdir)

– Ehtiyacı olan hər bir şeyi Allahdan istəmək. Bu məsələdən bir çox müsəlmanlar qafildirlər. Lakin bilmək lazımdır ki, hər bir insan ehtiyacı olan şeyi kiçik yaxud böyük olmasından asılı olmayaraq Allahdan istəməlidir. Müsəlmanların əksəriyyətinə yalnız böyük bəla üz verdikdə Allahdan istəyirlər. Bu, bir çox müsəlmanların etdikləri xətalardandır.

– Dua etdikdə onu üç dəfə təkrar etmək. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua etdikdə üç dəfə edərdi. (Sunənu Əbu Davud, hədis 1524)

– Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur: “dua etdikdə nə uca səslə, nə də pıçıltı ilə et” (əl-İsra surəsi, 110)

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 17:37 | Yazı # 23
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Allah taalanı zikr etmək Onun iatətini üçün edilən bütün əməllər və deyilən bütün sözlər aid edilir. Təsbeh, təkbir və təhlil gətirmək, Quran tilavət etmək, hədis oxumaq, elm öyrənmək, nafilə namazları və sair ibadətlər zikr hesab olunur. Nəvəvi deyir: “Bil ki, zikrin fəzilətləri təsbeh, təkbir, təhmid, təhlil və sairlərini deməklə kifayətlənmir. Əksinə Allah taalanın itaətinə aid edilən hər bir şey zikr hesab olnur”.

Allah taala buyurur: “Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır”. (əl-Əhzab, 35) Aşağıdakılar sərbəst zikrlərdir:
1. Təsbeh, təkbir, təhmid, təhlkil və hövqalə gətirmək: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Allaha ən əziz dörg söz var. Bunlar hansı ilə başlasan zərər yoxdur. Bunlar, “sübhənallah, əl-həmdu lilləh, lə ilahə illallah və Allahu əkbər” sözləridir. Müslimdə Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Sübhənallah, əl-həmdu lilləh, lə ilahə illallah və Allahu əkbər” – demək, mənə günəşin çıxmasından əzizdir”. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: “Sənə Cənnətin qaplarından bir qapını göstərimmi? Bu, “lə hovlə va lə quvvatə illə billəh” – kəlməsidir”. “Səhih Buxari” və “Səhih Müslim”də rəvayət olunan digər bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Ey Abdullah bin Qeys, sənə Cənnətin xəzinələrindən olan bir kəlmə deyimmi? Bu, “lə hovlə va lə quvvatə illə billəh” – kəlməsidir”. Bolluqda və sevincli anlarda edilən təsbeh sıxıntılı və kədərli anlarda fayda verir. Yunis bin Məttanın duasında deyirdi ki, “Nöqsansız olan Allah, Səndən başqa ibadətə layiq ilah yoxdur. Həqiqətən, mən zalımlardan idim”. Müsəlman etdiyi duanın tərkibində bu zikri edərsə, Allah taala onun duasını qəbul edər”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Kim yüz dəfə “sübhənallah və bihəmdihi” desə, xataları dənizdəki köpüklər qədər olsa da silinər”. Daha bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Iki söz var ki, dildə asan, tərəzidə ağır, Rəhmana isə əzizdir. Bunlar, sübhənallah va bihəmdihi və sübhənallahul azim”.
2. Bağışlanma diləməyin fəziləti: Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim davamiyyətli Allahdan bağışlanma diləsə, Allah onun düşdüyü hər sıxıntıdan çıxarar, hər kədərdən sevinc bəxş edər, ruzisini də gözləmədiyi yerdən yetirər”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qüdsü hədisdə Allah taalanın belə buyurduğunu bildirir: “Ey Adəm övladı, əgər günahların göydəki buludlar qədər olsa və sən Məndən bağışlanma diləsən, günahlarını bağışlayaram”. Bura Allahdan bağışlanma diləmək və tövbə etmək zikrləri daxildir. Bu zikrlərin hər ikisi vacibdir.
3. Ümumi zikrlər və Allahı davamiyyətli zikr etməyin fəziləti: Bir gün peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrə buyurdu: “Sizə Sahibinizin dərgahında ən xeyirli və ən doğru əməlinizi deyimmi? O, səviyyələrə ayırmaqda ən yüksək əməl və sizə qızıl-gümüş xərcləməkdən, düşmələrinizlə qarşılaşdığınız zaman bir-birinizin boynunu vurmaqdan daha xeyirlidir”. Səhabələr dedilər: “Bəli!” Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Bu, Allahı zikr etməkdir”. Başqa bir hədisdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Bir camaat zikr üçün bir yerə toplaşdıqdan sonra oradan ayrılarkən, onlara “bağişlandiğiniz halda qalxın!” – deyilər . Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər zaman Allahı zikr edərdi.
4. Peyğəmbərə salam göndərmək: Müslimdə rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belkə buyurur: “Kim mənə bir dəfə salam göndərərsə, Allah ona on qatını göndərər”. Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam göndərmək həm namazda, həm də hədislərdə varid olduğu kimi digər ibadətlər zamanı müstəhəbdir.
5. Vaxtından asılı olmayaraq dua etmək: Alah taala buyurur: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (əl-Bəqərə, 186) Başqa bir ayədə Uca Allah buyurur: “Mənə dua edin, dualarınızı qəbul edim!” (Qafir, 60) Dua ibadətin özəyidir. Buxari “Ədəbul Mufrad”da Əbu Hureyrədən mərfu olaraq rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim Allahdan nəsə istəməsə, Ona qəzəbi tutar”. Qüdsü hədisdə Allah taala buyurur: “Mən Məni zikr etdiyi və mənim üçün dodaqlarını tərpətdiyi müddətdə qulumla birgəyəm”.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi çoxlu dualarla yanaşı, Qurani-Kərimdə də dualar varid olmuşdur. Bəzi fəzilətli vaxtlar var ki, duanın həmin vaxt edilməsi müstəhəbdir. Məsələn, gecənin axır bir hissəsi, əzanla iqamə arası, səcdədə, cümə günü, hər fərz namazından sonra və sair vaxtlarda edilən dua daha fəzilətli və daha tez qəbul olandır. Dua edərkən Alahdan xeyir şey istəmək, qibləyə yönəlmək, qəlbi sakit olmaq, duanın qəbul olacağına inanmaq, Allaha həmd-sənə və peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavatla başlamaq və fəzilətli vaxt seçmək duanın ədəblərindəndir.
6. Hər məkanda və hər zaman Allahı zikr etmək: Mömin bütün vaxtlarında Allah taalanı zikr etməlidir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Rəbbini zikr edənlə, Rəbbini zikr etməyən arasındakı fərq diri ilə ölü arasındakı fərq kimidir”. Eyni mənalı başqa bir səhih hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “İnsanların Allah taalanı zikr etməyən bir məclisdə yığışması ölü eşşəyə bənzəyir. Həmin məclis Qiyamət günü onlara kədər gətirəcək”.
İmam Əhməd Abdullah bin Bişrdən rəvayət edir ki, bir kişi rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: “Ya rəsulullah, İslamın qaydaları mənə ağır gəldi. Bütün bunları cəm edən bir şey varmı?” Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Dilin Allahı zikr etməkdən qurumasın!”
Bura insanın daxilində etdiyi zikrlər də daxildir. Buxari və Müslimin rəvayət etdikləri qüdsi hədisdə Allah taala buyurur: “Qulum Məni zikr etdiyi zaman onunla olaram. Əgər Məni özündə xatırlasa, Mən də onu Özümdə xatırlayaram. Əgər Məni camaat içində xatırlasa, Mən onu daha xeyirli camaat içində xatırlayaram”.
7. Evdə edilən zikr: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, Allahın zikr edildiyi evlə, zikr edilmədiyi ev arasındakı fərq diri ilə ölü arasındakı fərq kimidir”. Fərz etsək ki, insan ən azı ömrünün üçdə bir hissəsini evdə keçirir, onda Allahı zikr etməyin əhəmiyyətinə və müsəlmanın evdə hansı məsuliyyəti daşıdığına diqqət yetirərik.
8. Allahın izni ilə şeytanı qovan zikrlər: Bismilləh, Allaha sığınmaq, Fələq və Nəs surərlərini, Ayətul Kursini, əl-Bəqərə surəsinin axır iki ayəsini, əl-Muminun surəsinin ilk ayələrini, o cümlədən əzanı oxumaq şeytanı qaçırdır. Həmçinin, “Lə ilahə illallah vahdəhu lə şərikə ləh, ləhul mulk va ləhul həmd va huva alə kulli şeyin qadir” zikrini yüz dəfə demək ən fəzilətli əməllərdən hesab olunur. Hər şeyin ən doğrusunu Uca Allah bilir.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 18:34 | Yazı # 24
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Dua haqqında ibrətli hekayələr

Uca Allah Əyyubu (Allahın ona salamı olsun) imtahana çəkərək onun övladlarını əlindən alır, elə bir xəstəlik verir ki, hətta həyat yoldaşı, yaxın dostları belə onu tərk edir. Əyyub (Allahın ona salamı olsun) səbr edərək Allaha dua edir və Allah onun duasını qəbul edir. Uca Allah buyurur: “Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik”. (əl-Ənbiya surəsi, 83)

İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi: “Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdiyin vədini doğrult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edəcək?” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) uzun müddət bu duanı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi yerə düşdü. Əbu Bəkr (Allah ondan razı olsun) onu götürüb yenidən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) çiyninə atdı və ona dedi: “Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğruldacaq və sənə kömək olacaq!”. Uca Allah da bu ayəni nazil etdi: “O vaxt siz Rəbbiizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi” (əl-Ənfal surəsi, 9).
Bu döyüşdə Uca Allah Peyğəmbərinin (Allahın ona salavatı və salamı olsun) duasını qəbul edir və həmin döyüşdə müsəlmanlar qələbə çalaraq yetmiş nəfər müşrükü öldürməklə yanaşı, yetmişini də əsir götürürlər. (Səhih Musilm, hədis 4678)

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öz səhabələrinə rəvayət edir ki, günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi. Anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”– dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”– deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”– deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”– deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”– deyə cavab verdi. Padşah (Cureycin taqsırı olmadığını anlayıb) dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”– dedi, sonra da (başına gələni) onlara danışdı” (Buxari).

Əbu Muslim əl-Xovləni (Allah ona rəhmət eləsin) nə zaman yağış yağması üçün dua edərdisə yağış yağardı. (Siyar Ələmun Nubələ 5/56)
Bir qadın başqa bir qadını aldatdığına görə həmin qadın da onun gözlərinin tutulması üçün dua etmişdir. Bu duadan sonra o qadının gözləri tutulur. Həmin qadın Əbu Muslim əl-Xovləninin (Allah ona rəhmət eləsin) yanına gələrək günahını etiraf edib tövbə etdiyini bildirir. Əbu Muslim də dua edərək deyir: “Allahım! Əgər o düz deyirsə gözlərini geri qaytar!” Bundan sonra qadın yenidən görməyə başlayır. (Siyar Ələmun-Nubələ 5/56)

Bir nəfər İbrahim ibn Ədhəmin (Allah ona rəhmət eləsin) yanına gəlib dedi: “Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizə cavab verim” (Ğafir surəsi, 60). Amma biz dua edirik duamız qəbul olmur”. İbrahim ibn Ədhəm dedi: “Bunun beş səbəbi vardır”. O adam soruşdu: “Onlar nədir?” İbrahim cavab verdi:
1. Allahı tanıdınız haqqını vermədiniz.
2. Quranı oxudunuz, onda olanlara əməl etmədiniz.
3. Dediniz ki, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun)sevirik amma yolunu tərk etdiniz.
4. Dediniz ki, İblisə lənət edirik, amma ona tabe oldunuz.
5. Öz eyiblərinizi buraxıb, insanların eyibləri ilə məşğul olmağa başladınız. (Dua əl-Məsur, 125-126)

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 24.06.2009, 15:34 | Yazı # 25
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Hər birimiz yaradılmış, aciz, zəif və möhtac qul olduğumuzu bilirik. Hamımız hər
şeyə qadir olan Allaha inanırıq və yalnız Ondan diləmək üçün əllərimizi açıb dua
edirik. İnsan acizliyini və möhtaçlığını etiraf edərək əlini açır və hər şeyi yalnız
Allahın verə biləcəyinə inanaraq Ona dua edir. Lakin mömin bir bəndə Allaha tam
inanaraq və güvənərək dua etməlidir.

Duadan sonra nə vaxt qəbul olduğu barədə
şübhələnməməlidir. Darlığa və zorluğa düşən mömin Allaha dua edibsə, qəlbində
qəbulun gecikməsi və ya rədd edilməsi barədə şəkk etməməlidir. İnsan yalnız dua
etməlidir, dua olunan və rica edilən isə hər şeyin maliki, ən hikmətlidir. Əgər
qəbul etməzsə, öz mülkündə istədiyini edib. Yaxud qəbulu gecikdirərsə, hikməti ilə
etmişdir. Əgər bunları daxilində inkar edən varsa, Allahın bəndəsi sifətini itirmiş
sayılır. Həm də bilsin ki, Allahın seçdiyi, onun özünün özünə seçdiyindən daha
xeyirlidir.
İnsan bilmir, qeybi görmür, çox şeyi dərk etmir. Dua edər, sel istəyər, sel gəlib
aparar. Özünə ziyan verən şeyləri ayırd etməyə bilər.
Əgər mömin bəndə tam olaraq Allahın hikməti və hökmü ilə razı olarsa, hər şeyi bu
minvalla Ona təslim edərsə, istədiyi olsa da olmasa da qəlbi rahat olar.
Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə deyilir ki; “Hər hansı bir müsəlman
Allaha dua edərsə, mütləq Allah onu qəbul edər. Ya tezliklə, ya gec, ya da Axirət
gününə saxlayar”. Həqiqətən də bir təsəvvür edin ki, qiyamət günü, sorğu-sual və
hesab zamanı, dünyadan axirətə saxlanılan duaları insan gördükdə arzu edəcək ki, kaş
heç bir duası dünyada qəbul olunmayaydı.
Gəlin dua edərkən, hər şeyin sahibi Allah olduğunu xatırlayaq və nə edirsə hikməti
ilə etdiyinə inanaraq, bununla hər şeyi Ona təslim edək. Duanın gec və ya tez, hansı
zamanda qəbul olacağını heç düşünməyək, qəlbimizdə zərrə qədər də şübhə olmasın!

--------------


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 01:33 | Yazı # 26
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
4.Əbu uməmə bəhili (ra) rəvayət edir : Rasulullah (sav) dedi:
Kim ayətul kursini i hər namazdan sonra oxuyarsa cənnətə girməsi ilə onun arasinda maneə qalmaz .

5.Əbu səid əl xudri rəvyət edir: rasulullah (sav) dedi:
Kim kəf surəsini oxuyarsa qiyamət gunu onun ucun məqamın dan məkkə yə qədər nur olarvə kim axir on ayəsini oxuyarsa sonra dəccal zahir olarsa ona zərər verə bilməz.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 02:00 | Yazı # 27
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Dua Möminin Silahıdır

[ Sayta qoyulub: 13:28 15.02.2009 ] : [ Oxunub: 337 dəfə ]
Ibn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi. Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir. O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.
- Bu halda icazə ver dörd rükət namaz qılım.
- İstədiyin qədər qıl! –quldur dedi.
O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkünə görə və Ərşinin dayaqlarını dolduran Nuruna görə məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi:
-Dur!
-Atam anam sənə fəda olsun! Sən kimsən? Bu gün Allah sənin əllərinlə məni xilas etdi - o dedi.
- Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən ikinci dəfə dua etdin və mən səma əhlinin səs küyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan onu öldürməyi mənə tapşırmağı xahiş etdim.
Əl-Həsən dedi: “Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə dua ilə (Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı olmayaraq duası qəbul olar”.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 02:04 | Yazı # 28
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
MƏZLUMUN DUASI
[ Hədis elmi / 1432 dəfə baxılıb ]

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال ثلاث دعوات مستجابات دعوة المظلوم ودعوة المسافر ودعوة الوالد على ولده

481.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası”.
[ Səhihdir ]

Bəndənin qüdrətli və əzəmətli Allahdan ruzi diləməsi. Uca Allahın buyurduğuna əsasən:

“Bizə ruzi ver! Sən ruzi verənlərin ən yaxşısısan!”
(əl-Maidə, 114.)

عن جابر أنه سمع النبي صلى الله عليه وسلم على المنبر نظر نحو اليمن فقال اللهم أقبل بقلوبهم ونظر نحو العراق فقال مثل ذلك ونظر نحو كل أفق فقال مثل ذلك وقال اللهم ارزقنا من تراث الأرض وبارك لنا في مدنا وصاعنا

482.Cabir (r.a) rəvayət edir ki, o, Peyğəmbərin (s.a.s) minbərdə ikən Yəmənə tərəf baxıb belə dediyini eşitdi: “Allahım! Onların qəlblərini (haqqa) yönəlt. İraqa tərəf də baxıb eyni sözləri dedi. Bütün üfüqə doğru baxıb yenə həmin sözləri dedi. Sonra davam etdi: “Allahım! Yerdən çıxan sərvətlərdən ruzi ver. Bir ovuc və dörd ovuc yeməyimizə bərəkət ver!”


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 04.07.2009, 02:19 | Yazı # 29
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Vitr namazında qunut duası

[ Sayta qoyulub: 10:53 25.06.2007 ] : [ Oxunub: 940 dəfə ]
(1.)-( اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنيِ فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنيِ فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ ليِ فِيمَا أَعْطَيْتَ، وَقِنيِ شَرَّ مَا قَضَيْتَ، فَإِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ، إِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ، [وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ،] تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ )
«Allahummə-h-dini fimən hədeytə, va afini fimən afeytə, va təvalləni fimən təvalleytə, va bərik li fimə əteytə, va qıni şərri mə qadeytə, fə innəkə təqdı va lə yuqda aleykə, innəhu lə yəzillu mən valeytə, [va lə yəizzu adeytə] təbəraktə rabbənə va təaleytə»

(Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğıkeşlik et, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarı¬nın şərindən Sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Kimi dost etsən, o hörmətdən düşməz. [Kimi düşmən etsən, o əsla bəyə¬nilməz.] Mübarəksən Rəbbimiz və Ucasan).

(2)- (اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ ، أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ )
«Allahummə inni əuzu biradıkə min səxatikə, va bimuafətikə min uqubətikə, va əuzu bikə minkə, lə uhsı sənəən aleykə, əntə kəmə əsneytə alə nəfsikə» (Allahım! Qəzəbindən sonra razılığına, cəzandan sonra bağışlanmağına sığınıram. Səndən Sənə sığınıram. Saysız-hesabsız tərif Sənədir. Sən özünü tərif etdiyin kimi heç kəs tərif edə bilməz).

(3)- ( اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ، وَلَكَ نُصَلِّي وَنَسْجُدُ، وَإِلَيْكَ نَسْعَى وَنَحْفِدُ، نَرْجُو رَحْمَتَكَ، وَنَخْشَى عَذَابَكَ، إِنَّ عَذَابَكَ بِالْكَافِرِينَ مُلْحَقٌ. اللَّهُمَّ إِنَّا نَسْتَعِينُكَ، وَنَسْتَغْفِرُكَ، وَنُثْنيِ عَلَيْكَ الْخَيْرَ، وَلاَ نَكْفُرُكَ، وَنُؤْمِنُ بِكَ، وَنَخْضَعُ لَكَ، وَنَخْلَعُ مَنْ يَكْفُرُكَ )
«Allahummə iyyəkə nəbudu, va ləkə nusalli va nəscudu, va ileykə nəsa va nəhfidu, nərcu rahmətəkə, va nəxşə azəbəkə, innə azəbəkə bi-l-kəfirinə mulhaqun. Allahummə innə nəstəinukə va nəstəğfirukə va nusni aleykə-l-xeyra va lə nəkfu¬rukə, va numinu bikə va nəxdau ləkə, va nəxləu mən yəğfurukə» (Allahım, ancaq Sənə ibadət edirik, Sənin üçün namaz qılırıq və səcdə edirik. Sənə tərəf yönəlirik və tələsirik, rəhmətinə ümid edirik, əzabından qorxuruq. Şübhəsiz, əzabın kafirləri gözləyir. Allahım, Səndən yardım və məğfirət diləyirik. Sənin xeyirini tərifləyirik, Səni inkar etmirik, Sənə iman gətiririk, Sənə tabe oluruq və Sənə küfr edəni tərk edirik).


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 05.07.2009, 01:37 | Yazı # 30
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Sevindirici hadisə baş verəndə nə etmək lazımdır

«Peyğəmbər (s.a.v.) onu sevindirən, yaxud sevincinə səbəb olan bir hadisə baş verəndə Mübarək və Uca Allaha şükür əlaməti olaraq səcdə edərdi».

(Əbu Davud, ət-Tirmizi, İbn Macə. Bax: İbn Macə, dəqiq. nəşri, 1/233; «İrva əl-ğəlil», 2/226.)



ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Cümə, 10.07.2009, 15:27 | Yazı # 31
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil

Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Dua bəndənin Yaradana yönəlməsi, əl açıb dərdini söyləməsi, çarə diləməsidir. Dua
çox sirli, gizli bir ibadət formasıdır. İnsanın acizliyini dərk edərək hər şeyin Sahibindən imdad diləməsidir. Dua Rəbbi qarşısında əyilən bəndənin ən uca məqamıdır.

Qurani-Kərim duanın önəmindən bəhs edərkən bildirir: “Qullarım Məni Səndən soruşsalar, bilsinlər ki, Mən çox yaxınam.

Mənə dua edənin duasını qəbul edərəm (Bəqərə surəsi/186)”

“Mənə dua edin ki, duanızı qəbul edim (Mömin surəsi/60)”

“Duanız olmasa, Allah qatında sizin nə dəyəriniz olar? (Furkan surəsi/77)”

Göründüyü kimi, hər insanın dəyəri onun duası nisbətində ölçülür. Allah Rəsulu (s.ə.s.) öz ümmətinə dua mövzusunda çox tövsiyələr buyurur, öz həyatını dualarla keçirirdi. Dilindən dua düşməzdi, onun həyatına baxsaq, “O, bir dua insanıdır” deyə
bilərik.
Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Bu halı ilə insan Günəşə boylanan günəbaxan kimidir. Üz tutduğunun, yönəldiyinin, əl açıb yalvardığının böyüklüyünü, hər şeyə qadir olduğunu, mərhəmətinin sonsuzluğunu bütün ruhunda hiss edərək Ona könlünü açır, dərdini ifadə edir, əlac istəyir. Onsuz da O, bizi bizdən yaxşı bilir. Bizim ağrılarımızı, sevincimizi bizdən öncə bilir. O, bizə bizim boynumuzdakı şah damarımızdan da yaxındır. O, sonsuz mərhəmət Sahibidir.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) Uca Yaradanın mərhəmətini anlatmaq üçün öz səhabələrinə belə bir hadisəyə diqqət yetirməyi tövsiyə etmişdir:Bir müharibədən sonra əsrlər arasında körpə balasını axtaran ana həyəcanla sağa-sola qaçır, yorulmaq bilmədən insanların arasında dolaşır. Götürüb baxdığı uşağın özününkü olmadığını görüb yerə qoyur və o birisinin yanına qaçır. Birdən o ana öz övladını tapır və onu bağrına basaraq qoxusunu ciyərlərinə çəkir. Allah Rəsulu bu
mənzərəni səhabələrinə göstərib soruşur:
- Bu ananı görürsünüzmü? O, bağrına basdığı öz balasını heç cəhənnəm oduna atarmı?
Hər kəs bir ağızdan cavab verir:
- Xeyr, ya Rəsulullah, atmaz!
Allah Rəsulu belə buyurur:
- Allah-Təala öz qullarına qarşı o anadan daha mərhəmətlidir.

Necə dua etmək, necə dilək diləmək mövzusunda bəzi məqamlara diqqət yetirmək lazımdır. Dua bir qədər öncə deyildiyi kimi, bəndə ilə Allah arasında gizli bir ünsiyyət yoludur. Bəndə hər şeyi, hər kəsi bir tərəfə qoyub ancaq Uca Yaradana əl
açır dua ilə. Ona görə də dua edən bu ibadəti ətrafdakılara nümayiş üçün deyil, ancaq xalis ibadət niyyəti ilə yerinə yetirməlidir. Əl-qol hərəkətləri ilə, çığırıb-bağırmaqla dua etmək o qədər də xoş görülmür. Allah-Təala bizim
içimizdəkiləri də bizdən yaxşı bilir. Ona görə də içimizdən gələn yalvarışla, ən səmimi duyğularla yalvarmaq duamızın qəbul olunması üçün əsas amillərdən sayılır. Duam qəbul olsa da olar, olmasa da olar” tərəddüdü və ya “Allahım, filan şeyi mənə verərsənmi?” sualı ilə dua eləmək düzgün hesab olunmur. Çünki Allahın xəzinəsi sonsuz qədər geniş və zəngindir, Onun hər şeyə gücü yetər. İstərsə bir an içində gədanı sultan edər.. Bəli, dua tərəddüdü sevməz, dua edən insan bütün ruhu ilə, bütün duyğuları, səmimiyyəti ilə istəməlidir. Həm də istədiyini Allah-Təalanın verəcəyinə əmin olaraq
dua etmək lazımdır. Keçdiyin yollarda, məscid qapılarında oturub dilənənlər var. Elə duyğulu sözlərlə yalvarıb yardım istəyirlər ki, ürəyin ehtizaza gəlir, qəlbinin telləri titrəyir, riqqətə gəlirsən. Dua edən insan da o dilənçi kimi bütün ruhu ilə, içindəki bütün gücü ilə yalvarmalıdır. İçindən gərilən insanın dilindən çıxan dua gərilmiş yaydan süzülən ox kimi daha uzağa atıla bilər. Duada səmimiyyət, onun qəbuluna inanmaq, özünün acizliyini, Rəbbin böyüklüyünü, mərhəmətini və sonsuz qüdrət Sahibi olduğunu bir daha dərk etmək onun qəbulu üçün önəmli amillərdir.

Bir başqa Allah dostu da belə dua edirmiş:
“Ya Rəbb, mən bir Sənə baxdım, bir özümə baxdım. Gördüm ki, mənə günah yaraşmır,
amma Sənə əfv etmək elə yaraşır ki...”
Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən
dua düşməsin


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Şənbə, 11.07.2009, 19:38 | Yazı # 32
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Necə dua etmək, necə dilək diləmək mövzusunda bəzi məqamlara diqqət yetirmək lazımdır. Dua bir qədər öncə deyildiyi kimi, bəndə ilə Allah arasında gizli bir ünsiyyət yoludur. Bəndə hər şeyi, hər kəsi bir tərəfə qoyub ancaq Uca Yaradana əl
açır dua ilə. Ona görə də dua edən bu ibadəti ətrafdakılara nümayiş üçün deyil, ancaq xalis ibadət niyyəti ilə yerinə yetirməlidir. Əl-qol hərəkətləri ilə, çığırıb-bağırmaqla dua etmək o qədər də xoş görülmür. Allah-Təala bizim
içimizdəkiləri də bizdən yaxşı bilir. Ona görə də içimizdən gələn yalvarışla, ən səmimi duyğularla yalvarmaq duamızın qəbul olunması üçün əsas amillərdən sayılır. Duam qəbul olsa da olar, olmasa da olar” tərəddüdü və ya “Allahım, filan şeyi mənə verərsənmi?” sualı ilə dua eləmək düzgün hesab olunmur. Çünki Allahın xəzinəsi sonsuz qədər geniş və zəngindir, Onun hər şeyə gücü yetər. İstərsə bir an içində gədanı sultan edər.. Bəli, dua tərəddüdü sevməz, dua edən insan bütün ruhu ilə, bütün duyğuları, səmimiyyəti ilə istəməlidir. Həm də istədiyini Allah-Təalanın verəcəyinə əmin olaraq
dua etmək lazımdır. Keçdiyin yollarda, məscid qapılarında oturub dilənənlər var. Elə duyğulu sözlərlə yalvarıb yardım istəyirlər ki, ürəyin ehtizaza gəlir, qəlbinin telləri titrəyir, riqqətə gəlirsən. Dua edən insan da o dilənçi kimi bütün ruhu ilə, içindəki bütün gücü ilə yalvarmalıdır. İçindən gərilən insanın dilindən çıxan dua gərilmiş yaydan süzülən ox kimi daha uzağa atıla bilər. Duada səmimiyyət, onun qəbuluna inanmaq, özünün acizliyini, Rəbbin böyüklüyünü, mərhəmətini və sonsuz qüdrət Sahibi olduğunu bir daha dərk etmək onun qəbulu üçün önəmli amillərdir.

Bir başqa Allah dostu da belə dua edirmiş:
“Ya Rəbb, mən bir Sənə baxdım, bir özümə baxdım. Gördüm ki, mənə günah yaraşmır,
amma Sənə əfv etmək elə yaraşır ki...”
Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən
dua düşməsin.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 12.07.2009, 18:15 | Yazı # 33
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
HƏSƏN ƏL- BASRİNİN DUASI
Xəvariclərdən olan bir kişi Həsən əl Basrinin elm məclisinə gələrək onlara əziyyət verərdi. Bir gün Həsən əl Basridən həmin kişinin uzaqlaşdırılması üçün əmirə müraciət etməsini tələb edirlər. Lakin o, buna məhəl qoymur. Bir gün Həsən əl Basri dostları ilə oturarkən həmin kişi onların yanına gəlir və Həsən əl Basri deyir: “Allahım, onun bizə verdiyi əziyyəti artıq bilirsən. Onu bizdən istədiyin kimi uzaqlaşdır.” Kişi tez yerə yıxılır və evinə ölmüş halda aparılır. [14]

SƏİD İBN CUBEYRİN DUASI
Səid ibn Cubeyrin (rahiməhullah) bir xoruzu var idi. O gecələr həmin xoruzun səsinə oyanaraq gecə namazı qılardı. Lakin, gecələrin birində xoruz həmişəki kimi banlamayaraq səssiz qalır. Səidin gecə namazına durmaması ona çox ağır gəlir və deyir: “Bu xoruza nə olmuşdur! Allah onun səsini kəssin.” Elə bu qarğışdan sonra bir daha xoruzun səsi eşidilmir.[15]

DƏNİZ TƏLATÜMÜNDƏ EDİLƏN DUA
Əbu Muhəmməd ibn əbu Zeyd deyir ki, Abdullah ibn Hubeyb Əndəlus alimi və duası qəbul olunanlardan idi. Bir gün gəmidə gedərkən dənizdə təlatüm baş verir. Bunu görən Abdullah ibn Hubeyb dəstəmaz alaraq əllərini göyə qaldırır və deyir: “Allahım, əgər bu səfərim xalis Sənin və Peyğəmbərin sünnəsinin dirçəlişi üçündürsə, bizi bu çətinlikdən xilas et və bizə əzabını göstərdiyin kimi rəhmətini də göstər.” Elə həmin an Allah-təala onları öz lütfi ilə düşdükləri bəladan xilas edir.” [16]

DUA İLƏ QURAQLIĞA YAĞAN YAĞIŞ
İbadət əhlindən olan bir kəs nəql edir ki, mən ailəm ilə səhrada yaşayırdım. Ətrafımızda olan bütün gölməçələr qurumuşdu. Ailəmə su gətirmək üçün uzaqlara üz tutdum. Lakin heç bir yerdən su əldə edə bilmədiyimi görüb evə qayıtdım. Yenə də sağa-sola göz gəzdirərək su axtarmağa başladıq. Bir damcı da olsa belə su tapmadıq. Uşaqlarım susuzluqdan taqətdən düşmüşdülər. İzzət və qüdrət sahibi, dualara cavab verən və bəndələrini darda qoymayan Rəbbimizə yalvararaq dua etməyi qərara aldım. Təyəmmüm edərək qibləyə yönəlib iki rükət namaz qıldıqdan sonra əllərimi qaldıraraq göz yaşlarımı axıda-axıda Rəbbimizin bu sözlərini:

أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ›

“(Allahdan qeyri ibadət etdikləriniz yaxşıdır) Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə, ona dua etdiyi zaman onun duasını qəbul buyuran [sizdən] şəri sovuşduran, sizi yer üzünün varisləri edən kəs? Məgər Allahla yanaşı başqa bir (ibadətə layiq) İlahmı var? Siz nə az düşünüb daşınırsınız!” [17] - xatırlayaraq səmimi qəlbdən dua etməyə başladım. Vallahi yerimdən durarkən göydə bir buludun belə olmadığı halda uzaqdan bulud parçasının evimizin üstünə gəldiyini gördüm. Elə həmin an yağış yağmağa başladı. Bütün ətrafımızdakı gölməçələr su ilə doldu. Həmin sudan içib qüsl edərək dəstəmaz aldıq və Allah-təalaya çoxlu həmd-səna etdik. Bir qədər sonra mənzilimizdən uzaqlaşaraq ətrafa göz gəzdirdim, lakin yağışdan bir əsər əlamət görmədim və bildim ki, Allah-təala bu yağışı mənim duam ilə yalnız bizə yağdırmışdır.[18]


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Cümə, 24.07.2009, 16:05 | Yazı # 34
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zəruri əməl də məhz duadır. Duanın insan həyatında, onun bu dünyada və axirətdəki halının müəyyən edilməsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə ehtiyacı olduqda Allaha dua edərək düşdüyü sıxıntıdan qurtulmağı Uca Allahdan istəyir. Dua möminin silahı adlanır. O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”. (əl-Bəqərə surəsi, 186)

Təkəbbürlülük üzündən Allaha dua etməyənə, Ondan istəməyənə Uca Allahın qəzəbi tutar. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60)

Duanın fəziləti

Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;

1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60)

2. Dua ibadətdir. Nömən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən dua ibadətdir”. (Sunənu Əbu Davud, hədis 1479, Sunən ət-Tirmizi, hədis 2969, 3247. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir)

3. Allah üçün ən əziz əməldir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Uca Allaha duadan əziz şey yoxdur” (Sunən ət-Tirmizi, hədis 3370, Sunənu İbn Macəh, hədis 3829. Albani hədisin "Həsən" olduğunu bəyan etmişdir). Başqa hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır" (Sunənu Əbu Davud, hədis 1490 , Sunənu İbn Macəh, hədis 3998. Albani hədisin " Həsən" olduğunu bəyan etmişdir).

4. Dua insanı Allahın qəzəbindən qoruyan ən mühüm səbəbdir. Kim Allahdan istəməzsə Uca Allahın ona qəzəbi tutar. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim Allahdan istəməzsə Allahın ona qəzəbi tutar” (Sunən ət-Tirmizi, hədis 3373, Musnədu Əhməd 2/442 . Albani hədisin "Həsən" olduğunu bəyan etmişdir).

5. Dua sahibini acizlikdən qurtarır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İnsanların ən acizi dua etməkdə aciz olanıdır. İnsanların ən paxılı isə salam verməyə paxıllıq edəndir" (Səhih İbn Hibban, hədis 1939. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir). İnsanlar arasında ən bədbini, gələcəyinə ümidlə baxmayanı və ən acizi isə ən az dua edən kimsədir. Çünki dua insana qüvvət və fayda verir.

6. Bəla gəlməzdən əvvəl ondan qorumaq üçün ən böyük səbəbdir. Sövbən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Qədəri yalnız dua dəyişir” (Sunənu İbn Macəh, hədis 90, Musnədu Əhməd 5/277. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir).


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar ertəsi, 14.09.2009, 21:06 | Yazı # 35
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Qullarını bağışlayan və onlara cömərt olan Allah'dan başka yaratıcı yoxdur. Böyük ərşin sahibi olan Allah, bütün əksikliklərdən uzaqdır. Həmd, aləmlərin Rabbi olan Allah'adır. Ya Rabbi; sənin rəhmətini, məğfirətinin böyüklüyünü arzularam. Bütün günahlardan v pisliklərdən məni qoru. Bütün yaxşiliqlarada da məni yönəld. Bağışlanmamış günahımı buraxma ya Rabbi! Sıxıntılarımı qaldir, rızana uyğun olan bütün istəklərimi qəbul et. Ey mərhəmət sahibi olan Rəbbım…!

Ya Allah, sən mənim Rəbbimsin. Səndən başqa heçbir ilah yoktur. Mən sənin qulunam, gücüm yettikçə sənin əhdin və vədin üzərindəyəm. İşlədiğim şeylərin şərrindən sənə sığınıram. Mənə olan nemətlərini də, etdiyim günahlarımı da itiraf edirəm. Artıq məni təmizlə. Bu bir gerçəydir ki: günahları səndən başka təmizləyən yoxdur.

----


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:01 | Yazı # 36
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
*TƏVƏSSÜLÜN HÖKMÜ, DUADA VASİTƏ TUTMAQ*

Bu mövzuda İmam Muhamməd bin Əli Bin Muhamməd Əş Şəvkəni Əl Yəməni (1173-1250 h/ 1760-1834 m) bu mövzuda deyir:

وفي الحديث دليل على جواز التوسل برسول الله صلى الله عليه وسلم إلى الله عز وجل مع اعتقاد أن الفاعل هو الله سبحانه وتعالى
“Hədisdə, Rəsulullahla - sallallahu aleyhi və səlləm - Allaha - azzə və cəllə - təvəssül etmənin caiz olduğuna dəlil var. Ancaq, bununla bərabər failin Allah - subhanəhu və təala - olduğu etiqadı şərtdir!”

Qaynaq: Muhəmməd Əş Şəvkəni: Tuhfətuz Zəkirin: 180
Beyrut: 1408 - 1988
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:01 | Yazı # 37
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əli Bin Suleyman bin Əhməd Əl Mərdəvi (817-885 h/1414-1480 m), öz məzhəbi olan Hənbəli məzhəbində təvəssülün hökmü haqda “Əl İnsəf” kitabında “Əl Furu” kitabından nəqlən deyir:

يجوز التوسل بالرجل الصالح على الصحيح من المذهب، وقيل يُستحب. قال الإمام أحمد للمروذي: يتوسل بالنبي صلى الله عليه وسلم في دعائه. وجزم به في المستوعب وغيره وجعله الشيخ تقي الدين كمسألة اليمين
“Məzhəbdə doğru olan görüşə görə saleh insanla təvəssül eləmək caizdir. Müstəhəb olduğu da söylənmişdir.
İmam Əhməd, İmam Mərvəziyə dedi: O duasında Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül edir. “Əl Mustəvib”də və digər yerlərdə bunu qəti şəkildə bildirmişdir.
Şeyx Taqiyyuddin (İbn Teymiyyə) bunu (təvəssülü) onunla and içmə kimi saymışdır...”

Qaynaq: Əl Muqni vəş Şərhul Kəbir vəl İnsəf: 5/420
Təhqiq: Abdullah Ət Turki
Hicr: 1415/1995
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:01 | Yazı # 38
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Qurtubi (600-671 h/1204-1274 m) (Allah ona rəhmət etsin) Tövbə surəsi 100-cü ayənin təfsirində bu şəkil dua edir:

ولا حاد بنا عن طريقته وملته بحق محمد وآله
“(Allah) Muhəmməd və ailəsinin haqqı üçün, Bizi onun yolundan və onun dinindən ayırmasın”
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:02 | Yazı # 39
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli Şeyxlərindən, İbn Teymiyyənin əshabından Şəmsuddin İbn Muflih (708-763 h/ 1308-1362 m), öz görüşünü bildirdikdən sonra, Əhli Sünnətin imamlarından olan İmam Əhmədin bu mövzudakı görüşünü də nəql edir:

ويجوز التوسل بصالح ، وقيل : يستحب ، قال أحمد في منسكه الذي كتبه للمروذي : إنه يتوسل بالنبي صلى الله عليه وسلم في دعائه ، وجزم به في المستوعب وغيره ، وجعلها شيخنا كمسألة اليمين به
“Saleh (insanla) təvəssül caizdir. Müstəhəb olduğu da söyləndi. İmam Əhməd, Mərvəziyə yazdığı “Mənsək”də dedi: O duasında Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül edir. “Əl Mustəvib”də və digər yerlərdə bunu qəti şəkildə bildirmişdir.
Şeyximiz (İbn Teymiyyə) bunu (təvəssülü) onunla and içmə kimi saymışdır...”

Qaynaq: İbn Muflih: Əl Furu: 2/127
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 00:02 | Yazı # 40
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur fiqh ensiklopediyalarından olan “Kuveytiyyə”də təvəssül məsələsi haqda ümumi məlumatlar verilib. Alimlərin görüşləri zikr edilib. Mən sizə görüşləri müxtəsər olaraq təqdim eləmək istəyirəm. Görüşlərdən aydın olan ümmət arasında təvəssülə caiz, məkruh və haram deyənlərin olduğudur... Ancaq bunu şirkdən saymaq ümmət arasında görülmüş bir şey deyildir. Təvəssüldən qəsdimiz təqdim elədiyimiz mətndə qeyd edildiyi kimidir:

التوسل بالنبي بعد وفاته
اختلف العلماء في مشروعية التوسل بالنبي صلى الله عليه وسلم بعد وفاته كقول القائل : اللهم إني أسألك بنبيك أو بجاه نبيك أو بحق نبيك ، على أقوال
القول الأول

ذهب جمهور الفقهاء - المالكية والشافعية ومتأخرو الحنفية وهو المذهب عند الحنابلة - إلى جواز هذا النوع من التوسل سواء في حياة النبي صلى الله عليه وسلم أو بعد وفاته

الْقَوْل الثَّانِي

جاء في التتارخانية معزيا للمنتقى : روى أبو يوسف عن أبي حنيفة : لا ينبغي لأحد أن يدعو الله إلا به - أي بأسمائه وصفاته - والدعاء المأذون فيه المأمور به ما استفيد من قوله تعالى : { ولله الأسماء الحسنى فادعوه بها } . وعن أبي يوسف أنه لا بأس به ، وبه أخذ أبو الليث للأثر

القول الثالث

ذهب تقي الدين بن تيمية وبعض الحنابلة من المتأخرين إلى أن التوسل بذات النبي صلى الله عليه وسلم لا يجوز

“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.

Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”

Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...

İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.

Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin bin Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156
Kuveyt: 1408/1988
 
Forum » İslam » Müxtəlif məsələlər » DUA
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru