[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » XAVARİCLƏR (xavaric)
XAVARİCLƏR
SelefTarix: Cümə, 22.08.2008, 01:51 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
BİSMİLLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
suliTarix: Cümə, 22.08.2008, 23:35 | Yazı # 2
Qrup: Удаленные





salam aleykum
 
ProgrammerTarix: Bazar, 24.08.2008, 15:36 | Yazı # 3
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Allah hidayət versin onlara

 
selefi-salehTarix: Bazar, 24.08.2008, 15:42 | Yazı # 4
İDARƏÇİ
Qrup: Etibarlı
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
MuSLiM, əmin

 
XEDICE73Tarix: Bazar ertəsi, 25.08.2008, 17:14 | Yazı # 5
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
XALLAH FİTNƏ-FƏSADI LƏNƏTLƏMİŞDİR

Allah insanlara pislik etməkdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi yasaqlamışdır. Allahın bu əmrinə itaət etməyənlər isə ayədə yazılan ifadə ilə desək, “şeytanın yolu ilə gedənlər” kimi tərif edilmiş və açıqaydın Allahın haram saydığı bir yolun yolçuları adlandırılmışlar.

«İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar» .(ər-Rum,41)

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqddır. Bir-birindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də “necə olsa kimsəyə hesab verməyəcəyəm” deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allahın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içib” peyğəmbəri öldürmək üçün plan quran “doqquz kişilik dəstədən” belə bəhs olunur:

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqdadır. Bir-birindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də “necə olsa kimsəyə hesab verməyəcəyəm” deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allahın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içib” peyğəmbəri öldürmək üçün plan quran “doqquz kişilik dəstədən” belə bəhs olunur:

Allah taala buyurmuşdur:
«Şəhərdə doqquz kişi var idi ki, onlar Yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzdilər. Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onların (kimlər tərəfindən) öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!” Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik»

Bu ayədə təsvir olunan hadisənin də bizə göstərdiyi kimi, bəzi insanların “Allahın adı altında” ortaya çıxmaları, hətta “Allaha and içmələri”, yəni onları çox “dindar kimi” göstərə biləcək kəlmələrdən yararlanmaları o insanların heç də dinə uyğun olan bir iş gördüklərini göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd olan işlər də görə bilərlər. Bu məsələdə əsas meyar onların gördüyü işlərin mahiyyətinin nə olmasıdır. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, “yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməmək”dirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan bir insanın amansızlıq, fitnə-fəsad tərəfdarı olması və bu tip əməllərə qoşulması qətiyyən mümkün deyil. Bu səbəblə də terror probleminin həqiqi həlli yolu real İslamdır. Quranda bildirilən gözəl əxlaq dərk edilərsə, insanlar düşmənçiliyi, davakarlığı və xaos şəraitini özlərinə hədəf seçən qruplara tərəfdar olmayacaq, onlarla birlik qurmayacaq. Çünki Allah Quranda insanlara fitnə-fəsaddan uzaq olmağı əmr etmişdir:

Allah taala buyurmuşdur:
«(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!»(əl-Bəqərə,205-206)

Xəvariclər Vicdan Anlayışından Uzaqdırlar.

Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.
Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.
Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

Allah taala buyurmuşdur:
«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!» .(əş-Şəms, 7-9.)

Vicdansızlıqları ilə tarixə düşmüş insanlar: Firon və onun törəmələri sayılan Xəvariclər

Firon, Musa (ə.s)-ın Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi dövrdə yaşamış və Qur’anda haqqında ən çox söz açılan inkarçıdır. Fironun istər Musa (ə.s)-a və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı olan münasibəti təfsilatı ilə tədqiq edildikdə, vicdanına qulaq verməyən, öz nəfsinin əsiri olmuş və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri meydana çıxacaqdır. İnkarçıların qabaqcıllarından olan və öz xalqı arasında zülmü ilə məşhur olmuş Fironun mənəvi aləmini, məntiq tərzini, həvəslərini, istək və arzularını, qorxularını, gözlənilməz hadisələrə reaksiyasını Quran ayələrinə baxaraq analiz etmək və beləcə vicdansız bir insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Burada Fironla əlaqəli bəzi Quran ayələri tədqiq ediləcək və vicdansızlığın ən ifrat nöqtələri nümayiş etdiriləcəkdir.
Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən yadda saxlanılmalı mühüm bir cəhət budur ki, onun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə kifayət qədər yayılmışdır. Səmimi düşüncəyə malik hər bir insan bu əxlaq tərzinin müasir cəmiyyətdə öz əksini necə tapdığını asanlıqla görə biləcəkdir. Ən səmimi hərəkət isə hər bir insanın bu xüsusiyyətləri digər insanlardan əvvəl özündə – az vəya çox dərəcədə – axtarması və vicdanına zidd cəhətləri islah etməsi olacaqdır.

Uca Allah buyurmuşdur:
«Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad töədənlərdən idi!»(əl-Qəsəs, 4.)

İndi isə bir anlığa Fironun əməlləri ilə xəvariclərin törətdiyi terror hadisələrini müqayisə edin. Aralarında fərq vardırmı?

Firon uşaqları diri–diri boğazlarından kəsdirərək qətl etdirirdi, xəvariclər isə terror hadisələri törədərək körpə uşaqları qanına qəltan edirlər.
Firon bu çirkin əməlini edərkən özünün haqq yolunda olduğunu deyirdi və Allahlıq iddiasına düşmüşdü. Xəvariclər və onların ideya rəhbəri olan Ben Ladenlər də özlərinin haqq yolunda olduğunu qeyd edərək cihad adı altında terror hadisələri törədərək, dinc insanları qətl edir və bu partlayışlarda neçə-neçə körpələr və müsəlman bacılarımız və analarımız qətl edilirlər.
Mahiyyət etibarı ilə Fironun törətdiyi çirkin əməllərlə xəvaricləri törətdiyi çirkin əməllər arasında elə böyük bir fərq yoxdur.

XƏVARİCLƏR KİMLƏRDİR

Bəşəriyyət tarixinin bir çox mərhələsində olduğu kimi insan qanı tökməyə düşkün şəxs və qruplar bu gün də mövcuddurlar. Xəvaric bu qrupların ən təhlükəlisi, ən dəhşətlisi və ən qəddarıdır. Hər gün onlarla insan qadın, uşaq, cavan, yaşlı fərqinə varmadan bu qaniçən yarasaların qurbanına çevrilir. Dəhşətlisi də budur ki, onlar bu işi din naminə, İslam dini adına törətdiklərini elan edirlər. İslam dini qan tökməyi, insan həyatına son qoymağı ən ağır cinayət, ən böyük günah hesab etdiyi halda, bu canilər insanları kütləvi şəkildə qətlə yetirir və bunu İslam dini adından törətdiklərini iddia edir və öz cinayətlərinə “cihad” adı verirlər. Hər gün media əməkdaşları bu qana susamış canavarların qurbanına çevrilmiş insanların təsvirlərini nümayiş etdirir. Onlar qurbanlarını cəmiyyətin ən müdafiəsiz təbəqəsi arasından seçirlər. Valideynləri övladsız, körpələri yetim, qadınları dul qoyurlar. Körpə uşaqların öldürülməsini heç kim, heç nə ilə izah edə bilməz. Bunun bir tək adı var: vampirlik. Sadəcə vampirlər qan içərək öz nəfslərini təmin edir, həyatlarını bunun hesabına davam etdirirlər. Psixoloqlar bu tip insanların psixoloji vəziyyətini araşdırarkən adətən xəstə ruhlu, ciddi psixoloji problemləri olan insanlarla üz-üzə olduqları nəticəsini çıxarırlar. Onların əldə etmək, çatmaq istədikləri konkret heç bir hədəf və məqsəd yoxdur. Çünki insanları kütləvi şəkildə qətlə yetirməklə məqsədinə çatan heç kim olmayıb. Yaxın tarixdə İosif Stalin, Adolf Hitler, Pol Pot kimi insanlar öz qaniçən xislətlərini kommunizm, faşizm kimi ideologiyalarla pərdələdikləri kimi, xəvariclər də özlərinin insan qanı tökməyə düşkün olan xislətlərini İslam dini ilə pərdələməyə cəhd edirlər. Halbuki bu insanların qadınları, qocaları, uşaqları, bir sözlə dinc və müdafiəsiz insanları öldürməkdən başqa heç bir hədəf və məqsədləri yoxdur. Onlar qurbanlarını məhz özlərini qorumaq iqtidarında olmayan, müdafiəsiz və zəif insanlar arasından seçirlər. Dinc əhalinin yaşadığı yerlərdə bomba partladaraq onların ölümünə səbəb olan, sonra da buna uzaqdan tamaşa edənləri başqa cür adlandırmaq mümkün deyil. Hər bir insanın sevdiyi yaxınları, qohum-əqrəbaları var. Sadəcə təsəvvür etməyə çalışın ki, öz yaxınlarınızdan biri və ya bir neçəsi mənhus bir partlayışın qurbanı olur. Təsəvvür etmək belə çətindir. Amma belə məlum olur ki, normal bir insanın təsəvvür etməyə belə çətinlik çəkdiyi bir şeyi planlayıb həyata keçirməyi bacaranlar və bundan ləzzət ala bilənlər var.

“Xəvaric”, xarici sözünün cəm formasıdır. “Xarici” sözü ərəb dilində xaric olmuş, çıxmış deməkdir. “Xəvaric” sözünün istilahi mənası isə, müsəlman alimləri və rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası vuraraq, onların qanını axıdanlara deyilir.
Xəvariclər müsəlmanlardan ayrılmış və zəlalətə düşmüş bir firqədir ki, Peyğəmbər (s.ə.v.) onları cəhənnəm köpəkləri adlandırmışdır.
Xəvariclər özlərini haqq yolunun ardıcılları adlandırmalarına baxmayaraq, tarix boyu günahsız müsəlmanların qanlarını axıtmışdırlar.

Məşhur İslam alimlərindən Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:
“Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçilərdir. İslam dininə və ən xeyirli müsəlmanlara (yəni xəlifə Osman və Əliyə -Y.Q.) qarşı çıxdıqları üçün onlara xəvariclər deyilir. (ibn Həcər , Fəthul -Bari kitabı,12/296.)

Məşhur İslam alimlərindən Əl-Əcuri demişdir:
“Xəvariclər murdar nəcasətdirlər”.(Şəriət Kitabı səh. 24)

Əli bin Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərdən (s.ə.v.) eşitdiyi hədisi rəvayət edərək buyurmuşdur:
«Axır zamanda yeniyetmə səfehlər meydana çıxacaq, Qurani-Kərimdən dəlil gətirəcəklər (yəni mənasını başa düşmədən, anlamadan Qurani Kərimdəki ayələri öz istək və arzularına uyğun istifadə edəcəklər, Quranı anlamadıqları üçün, ayənin mənası qəlblərinə çatmayacaq), Qurani-Kərimi oxuyacaqlar amma boğazlarından aşağı enməyəcək və oxun yaydan çıxdığı kimi İslamdan çıxacaqlar. Onlarla harada qarşılaşsanız onları öldürün, onları öldürənə qiyamət günü savab yazılacaqdır».(Buxari, 3611; Müslim , 1066.)

Əbu Zərin (Allah ondan razı olsun) Peyğəmbərdən (s.ə.v.) rəvayət etdiyi hədisdə deyilir:
«Məndən sonra ümmətimdən Qurani-Kərimi oxuyan amma boğazlarından aşağı enməyən insanlar olacaq. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və geri dinə qayıtmayacaqlar. Onlar yaradılmışların ən şərliləridir»(Müslim, 1067.)

Yəni İslam dinindən çıxdıqları üçün bir daha geri qayıtmayacaqlar. Ona görə ki, onların çoxu bu bidətlərindən tövbə etmir və müsəlmanların qanını axıtmağa davam edirlər. Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdiyimizdə bunun şahidi oluruq. Ben Laden və onun silahdaşlarının törətdikləri vəhşiliklərə baxdığımızda, həqiqətən, Peyğəmbərimizin (s.ə.v.) ibrətamiz kəlamını daha yaxşı anlayırıq. Günahsız müsəlmanların, uşaqların və sairə insanların qanlarını cihad adı altında axıdırlar və bu çirkin əməllərinə görə sevinirlər. Məhz bunlar Peyğəmbərimizin (s.ə.v.) vəsf etdiyi kimi ən şərli yaradılmışlardır.

İslam alimlərinin buyurduğu kimi, müasir Xəvariclər əvvəlki xəvariclərdən daha murdar nəcasətdirlər. Əvvəlki xəvariclər açıq-aşkar Peyğəmbərimizin xəlifəsi Osmana (Allah ondan razı olsun) qarşı çıxdılar və sonda onu qətl etdilər. Peyğəmbərin iki qızının əri olmuş xəlifə Osmanın qanını axıtmaqla kifayətlənməyərək daha sonra Peyğəmbərin kürəkəni, Əhli Beytindən olan xəlifə Əliyə (Allah ondan razı olsun) qarşı çıxdılar və onu kafir adlandırdılar. Xəvariclərin nə qədər murdar nəcasət olduqları daha açıq şəkildə sizə aydın olmuşdur. Əli bin Əbu Talib (Allah ondan razı olsun) məşhur Nəhravan savaşında Peyğəmbərimizin (s.ə.v.) cəhənnəm köpəyi adlandırdığı xəvaricləri məğlub etdi.

Əbu Ğalib, Peyğəmbərin (s.ə.v.) əshabələrindən Əbu Umamənin belə dediyini rəvayət etmişdir:
«Şamda, xəvariclər baş qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə onların atıldığı quyunun başında durub ağladı və sonra: “Sübhənallah, şeytan bu ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Yer üzərində ən şərli öldürülmüşlər, ən şərli öldürülmüşlər -dedi».

Xəvariclər qiblə əhlindən (yəni müsəlmanlardan) sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?

Cavab:
“Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxın bir rəydir. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Amma xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz”.(Şəriət elmləri doktoru Şeyx Fovzan Salih Fovzan, “Qlobal məsələlərə dair alimlərin fətvaları kitabı”, səh. 10.

avaricler....


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 25.08.2008, 17:17 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
islam dini terorun eleyhinedir kitabindan.. Yasar Qurbanov..

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ProgrammerTarix: Çərşənbə axşamı, 26.08.2008, 05:21 | Yazı # 7
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
XEDICE73
Allah razı olsun. Çox sağolun..


 
XEDICE73Tarix: Çərşənbə axşamı, 26.08.2008, 16:19 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Momunlerin emri Ali ibn abu Talibin sehid olmasi.

Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn Əbu Talibi, Müaviyə ibn Əbu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.
Onlar deyirdilər: Bu üç nəfəri qətlə yetirməklə Allaha ibadət edək. Onların iddiasına görə bu yolla camaatı bu üç nəfərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: Mən Əlini öldürəcəyəm. Əl-Bərak ət-Təmimi dedi: Mən isə Müaviyəni öldürəcəyəm. Amr ibn Bəkr ət-Təmimi isə dedi: Mən isə Amr ibn əl-Ası öldürəcəyəm. Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.

Amr ibn əl-As Misirdə, Müaviyə Şamda, Əli isə Kufədə idi. Əli Sübh namazına gələrkən İbn Mülcəm onu bir həftə öncə zəhərə batırdığı xəncərlə vurdu. Əli vurulanda dedi: Mən sağalsam özüm onu mühakimə edəcəyəm. Yox əgər mən ölsəm qisasımı ondan alın. İbn Mülcəm dedi: Xeyr, Allaha and olsun, mən onu bir həftədir ki, zəhərə batırmışam.
Əli vəfat etdikdən sonra İbn Mülcəmi gətirib iki əlini kəsib, gözlərini çıxartdılar. Amma o bundan təsirlənməmişdi. Onun dilini kəsmək istədikdə qorxdu. Orada olanlar dedilər: İndi qorxursan? O dedi: Mən, bundan sonra yaşayacağım müddətdə Allahı zikr edə bilməyəcəyimdən qorxuram!
Sübhənallah! Açıq-aşkar zəlalət budur. Belə haldan Allaha sığınırıq. Allah dostlarından birinin qanını halal edib (qətlə yetirib), sonra yaşayacağı müddətdə Allahı zikr etməkdən məhrum olmasından qorxur!
əl-Bərak da Sübh namazında Müaviyəni vurdu. Zərbə ona dəysə də öldürücü olmadı. Rəvayətlərə əsasən bu zərbə onun bir daha övladı olmamasına səbəb oldu.
Amr ibn əl-Ası qətlə yetirmək istəyən də Sübh namazına gəlmişdi. Amr, ishal xəstəliyinə tutulduğundan camaata namaz qıldırmaq üçün məscidə çıxmamışdı. Namaza imamlıq edən adamın Amr ibn əl-As olduğunu zənn edərək onu qətlə yetirdi. Namaza imamlıq edən Xaricə ibn Əbu Həbib adlı bir nəfər idi. Qatil onu namazda olduğu halda vuraraq qətlə yetirdi. Onu tutdular və dedilər: Sən nə etdin?
O dedi: Camaatı amr ibn əl-Asın əlindən xilas etdim.
Dedilər: Sən Amrı öldürməmisən, Xaricəni öldürmüsən.
O dedi: Mən Amrı öldürmək istəyirdim, Allah isə Xaricənin ölməsini istədi[1].
Sonda hər üç qatil: Bərak, İbn Mülcəm və Amr ibn Bəkr ət-Təmimi - öldürüldülər[2].


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
SelefTarix: Çərşənbə, 27.08.2008, 02:53 | Yazı # 9
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İbn Abbasın xavariclərlə münaqişəsi

İslam ümməti son zamanlarda ən qiymətli bir şeydə - Allah tərəfindən Rəsulallah (s.ə.s) ilə gələn və səhabələrin də onun üzərində getdiyi əqidəsində müsibətə düçar olmuşdu. Səhabələri eyni əqidədə öncəkilərdən bir camaat və sonrakılardan da birazı təqib etmişdi. Hələ də Rəsulallah (s.ə.s) xəbər verdiyi kimi ümmətindən bir taifə o əqidə üzərindədir.

Bu müsibətin kökləri ilk əsrlərə qədər uzanır. Raşidi xəlifə Ömər ibn əl Xəttab (r.a)-nun kinli məcusi tərəfindən öldürülməsi ilə başlamışdır. Sonra da Osman zinureyn (r.a) alçaqcasına qətl edildi. Sonra qədərin inkarı fikri ortaya çıxdı. Müsəlmanlar arasında fitnə başladı. Aralarında müharibələr oldu. Xəvariclər çirkin fikirləri ilə ortaya çıxmağa başladılar. Rafizilər meydana gəldi və tərəfdarları dindən uzağa düşdülər. Hər dəfə də belə insanlara elm və əməllə qarşı çıxan insanlar oldu. Bu insanlar İslamın saf atmosferində hər növ azmadan və təsirlənmədən uzaq yaşadılar.
Aşağıdakı əsər (yəni səhabənin hərəkəti) ümmətdə ortaya çıxan təhlükəli bir azmanı və ən böyük insanların yetişdiyi Rəsulallah (s.ə.s) mədrəsəsindən çıxan bir nəfərin necə bu azğınlığa qarşı gəldiyini anlatmaqdadır.

Əsərin mətni belədir:
"İbn Abbas (r.a) dedi ki : "Haruriyyə (Xəvariclər) düşmənlik üçün bir yerə yığıldılar və Əli ibn Əbu Talib (r.a) və onunla bərabər olan Peyğəmbər (s.ə.s)-in səhabələrinə qarşı çıxmağa qərar verdilər. Dedi ki : Bir adam gəlib : Ey Əmirəlmöminin, bu topluluq sənə qarşı gələcəklərini deməyə başladı. Əli (r.a) : "Mənə qarşı çıxana qədər onları tərk et, mənə qarşı müharibə etməyincə mən onlarla müharibə etməyəcəm" həmin adam "onlar elə o cür edəcəklər (yəni səninlə müharibə edəcəklər). Mən bir gün Əli (r.a)-ya dedim ki: "Ey Əmirəlmöminin, bir az namazı gecikdir ki, mən o topluluqla gedim söhbət edim" Əli (r.a) : "Sənə bir şey etmələrindən qorxuram" -dedi. Dedim: "Xeyr, inşallah bir şey eləməzlər. Mən gözəl davranıb heç kimə əziyyət verən adam deyiləm" İbn Abbas davam edib deyir ki : "Mən yəmaniyyədən (qumaşın növüdü) ən gözəlini geyindim. (Əbu Zəmil deyir ki : İbn Abbas gözəl, yaraşıqlı bir adam idi) İbn Abbas deyir: Onların yanlarına gəldim. Günorta istirahətində idilər. İbadətdə onlardan daha şiddətli cəhd göstərənini görmədim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabarmışdı) Üzlərində səcdənin izləri görsənirdi. Əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər:
- Bu geyindin paltar nədir?
- Məni bununlamı təqsirkar sayırsız? Mən Rəsulallah (s.ə.s)-in əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: "Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?" (Əl Əraf, 32)
- Niyə bura gəldin?
- Sizə Rəsulallah(s.ə.s)-in səhabələrindən, onun yanında olub vəhyin oların üzərinə endiyi insanlardan bəhs etməyə gəldim. Aranızda onlardan heç kim yoxdur.
Bəzilər dedi ki :
- Qureyşlə münaqişə etməyin. Allah Təala buyurur ki : "Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!" (Zuxruf surəsi, 58)
İki üçü nəfər "onlarla danışın" dedilər. İbn Abbas dedi:
- Mənə söyləyin Rəsulallah (s.ə.s)-in əmisi oğlu və qızının əri olan, ona ilk iman edən, Onun səhabələrindən olan bir insandan alıb verə bilmədiyiniz nədir?
Dedilər ki : "Biz ona üç məsələdə müxalifik"
İbn Abbas (r.a) : "Nədir onlar?" dedi.
- Birincisi o Allahın dinində olan insanları hakim təyin etdi. Halbuki Allah buyurur ki : "Hökm ancaq Allahındır" (Yusuf surəsi, 40) Allahın bu sözündən sonra insanların hökmdə nə işləri ola bilər?
- Başqa?
- Əli insanlarla müharibə etdi, amma nə qul aldı, nə də qənimət. Əgər savaşdıqları kafir idisələr malarının Əliyə halal olması lazım idi.
- Başqa?
- Özü üçün əmirəl möminin sifətindən yan keçdi. Əgər əmirəl möminin deyildisə, onda əmirəl kafirindi.
- Başqa bir etirazınız varmı?
- Bu qədəri bizə kifayətdi.
İbn Abbas (r.a) dedi: "Əgər sizə Allahın möhkəm kitabından və peyğəmbərinin sünnəsindən fikirlərinizə qarşı dəlillər gətirsəm dönəcəksiniz mi?"
- Bəli – dedilər.
İbn Abbas (r.a) dedi: "Allahın dinində insanların hökm vermək fikrinə gəlincə, Allah Təala belə buyurur: "Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin...."-dən "Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə...." ayəsinə qədər. Başqa bir ayədə ər ilə arvadın haqqında belə buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi, hakim) tə’yin edib (onların yanına) göndərin" İndi Allaha and verərək soruşuram: İnsanları bir-birlərinin qanını tökməkdən çəkindirmək üçün, aralarını düzəltmək üçün hökm vermək daha qabaqdır, yoxsa dəyəri bir dirhəm olan dovşan və ya bir neçə qadın haqqında hökm vermək? Üstəlik bilirsiniz ki, Allah diləsəydi hökm verərdi, insanlara buraxmazdı"
- Vallahi bir-birlərinin qanını tökməkdən çəkindirmək və aralarını düzəltmək daha qabaqdır- dedilər.
- "Əli müharibə etdi, amma qul və qənimət almadı" sözünə gəlincə, mənə deyin, ananız Aişəni söyürmüsüz yoxsa başqa qadınlarda halal olanı onda da halal sayırsınız? Əgər belə deyirsinizsə küfrə düşdünüz deməkdir. Yox əgər onun möminlərin anası olmadığını söyləyirsinizsə, yenə də kafir oldunuz və İslamdan çıxdınız deməkdir. Allah Təala belə buyurur: "Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (mö’minlərin) analarıdır" (Əhzab surəsi, 60) Görünür ki, siz iki azğınlıq arasında çapalayırsınız, hansını seçirsinizsə seçin. İndi bu fikrinizdən də əl çəkdinizmi?
Onlar bir-birlərinə baxdılar və dedilər: "Vallahi əl çəkdik"
Əlinin özü üçün əmirəl möminin sifətindən imtina etməyi fikrinizə gəlincə sizə bu mövzuda razı olacağınız sözü söyləyəcəyəm.
Hudeybiyyə günü Rəsulallah (s.ə.s) Qureyşi aralarında müqavilə bağlamaq üçün dəvət etdi. Suheyl ibn Amr və Əbu Sufyan ilə razılaşacaqdılar. Peyğəmbər (s.ə.s) dediki : "Ey Əli, yaz: Bu Allahın rəsulunun Məhəmmədin hökmüdür" Onlar dedilər : Vallahi sənin Allahın rəsulu olduğunu bilsəydik, səni Kəbədən çəkindirməzdik, sənə qarşı müharibə etməzdik. Onun yerinə Məhəmməd bin Abdullah yaz. Peyğəmbər (s.ə.s) dedi : "Vallahi, məni yalançı saysanız da mən həqiqətən Allahın elçisiyəm. Ey Əli : "Muhəmməd ibn Abdullah yaz" Peyğəmbər (s.ə.s) Əlidən üstün ola-ola özünün peyğəmbər olaraq zikr edilməməsinə razı oldusa, bu onu peyğəmbərlikdən çıxarmır. İndi bu fikrinizdən də çəkindinizmi?
Onlar "Vallahi çəkindik" dedilər.
Bundan sonra iki minə yaxını geri döndü. Dörd mini isə azğın olaraq öldürüldülər. Bu hədisi Əbdurrəzzaq, Əbu Nueym və Beyhaki və digərləri təxric elədilər.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Cümə axşamı, 11.09.2008, 12:23 | Yazı # 10
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
SEYX SALEH EL- FOVZAN (Allah onu qorusun) XAVRICLERE QARSI FIKRI.

Sual: Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin.
Usamə ibn Ladenin bütün dünyada cavanları təhrik etməsi, yer üzündə fitnə-fəsad törətməsi sizə heç də gizli deyil.
Sualım budur ki, biz bu adama xəvaric deyə bilərikmi? Ələlxüsus o bizim ölkədə və digər ölkələrdə baş verən partlayışları dəstəkləyir.

Cavab:
Bu fikiri daşıyan hər bir insan xəvariclərdəndir.
Yaşadığı yerdən və adından (kimliyindən) asılı olmayaraq, kim bu fikri daşıyar və ona dəvət edər, insanları buna təhrik edərsə o insan da xəvariclərdəndir.
Bu bir qaydadır ki, hər kim bu fikrə: əmir sahiblərinə qarşı üsyan etməyə, müsəlmanları təkfir etməyə (kafir saymağa), müsəlmanların qanlarını halal görməyə dəvət edərsə o insan xəvariclərdəndir.
Şeyx, Saleh əl-Fovzan


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Abu_MuhammadTarix: Bazar, 14.09.2008, 07:08 | Yazı # 11
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Salam aleykum baci ve qardashlar ! Qozel bir Kitab var Bakida yazil 2007 ilde Sheyh Qamatin Ishtrakiyle ! MUasir Xavaricler ve onlarin fikri kitab rus dilindedi kim istese buyurun yukliyi biler inshallah
http://salyafi.my1.ru/load/2-1-0-35


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
XEDICE73Tarix: Bazar, 21.09.2008, 11:38 | Yazı # 12
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahiliyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında döyüşər, öz nəfsinə görə qəzəblənər, yaxud ona dəvət edər və ya onun müdafiəsində dayanarsa onun ölümü cahiliyyət ölümü kimi olar. Kim ümmətimə qarşı çıxıb onların yaxşısını və günahkarını (fərq qoymadan) öldürərsə, möminlərə görə ehtiyat etməzsə, əhd bağlayanın əhdini qorumazsa, o məndən, mən isə ondan deyiləm» Müslim rəvayət etmişdir

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
selefi-salehTarix: Şənbə, 11.10.2008, 23:48 | Yazı # 13
İDARƏÇİ
Qrup: Etibarlı
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
Xəvaric düşüncəli bir firqə

Tavaqquf vət – təbəyyun (ehtiyat etmək və soruşmaq) cammati
Bir insanın müsəlman olmasını deməkdə ehtiyat etmək. Yalnız onun müsəlman olmasını yoxladıqdan sonra ona müsəlman demək əksər xəvariclərin əqdidəsidir. Tavaqquf "dayanmaq" sözünün mənası: Onlarla (xəvariclərlə) əlbir olmayan müsəlman şəxslərə və toplumlara münasibət bəsləməkdə dayanmaq, ehtiyat etmək. Onlara kafir və ya müsəlman, dost yaxud düşmən deməkdən çəkinmək. Tavaqquf sözü həmçinin müsəlman ilə kafir arasından olan əlaqələrdə ehtiyat etməyi də ahatə edir.

Buna misal olaraq bunları demək olar: başqaları ilə birlikdə və ya onların arxasında dayanıb namaz qılmaq, cümə və camaat namazlarına gəlmək, yaxşı əməlləri əmr etmək və pis əməllərdən çəkindirmək, nigah və boşanma, mala varislik etmək, kəsdikləri heyvanların ətindən yemək və s. Deyilən bütün bu əməllərdə onlar ehtiyat edir və yalnız öz düşüncələrində olan tərəfdarları ilə bu əlaqələri qururlar. Günümüzdə mövcud olan təvəqquf vət təbəyyun camaatının fikirləri əvvəlki xəvariclərin düşüncələrinin qalıqlarıdır. Onların bəziləri bu fikirlərin əsasını əvvəlcədən bilərəkdən, digərləri isə bilməyərəkdən bu fikirləri daşıyırlar. Bu fikirlər həmçinin günümüzdə mövcud olan xəvariclərin fikirləri ilə də təsirlənmişlər. Təvəqquf vət təbəyyun camaatının fikirlərini daşıyanların bəziləri təkfir və hicrət camaatının tərkibində idilər. Sonradan bəziləri təkfir və hicrət camaatından ayrıldılar, digərlərini isə onlar özləri uzaqlaşdırdılar. Təvəqquf vət təbəyyun fikrində olanlar müəyyən bir partiyaya məxsus deyil və belə bir təşkilat da yoxdur. Lakin bu fikir ayrı-ayrı fərdlər və toplumlar arasında yayılmışdır. Lakin buna baxmayaraq əgər bu gün həmin fikirlər müalicə edilməsə sabah onlar da bir camaat şəklinə düşərək yeni qurum ola bilərlər.

Tavaqquf vət – təbəyyun
(ehtiyat etmək və soruşmaq)
cammatının bəzi simaları.
1. Bu düşüncəli insanlar dində həddindən artıq sərt olurlar.
2. Bəzi əməllərə görə təkfirə meyilli olmaq. Onların təkfir etdikləri əməllərə görə təkfir etməyənləri təkfir etmək. Elə bu səbəblə müsəlman cəmiyyətlər təkfir edilmiş və ya onlara cahil cəmiyyət adı verilmişdir. Həmçinin bəziləri deyirlər ki, günümüzdə olan müsəlmanların əsl vəziyyətləri qeyri müsəlmandır yəni, onlar kafir və ya mürtəddirlər. Belə insanların əksəriyyəti Seyyid Qutbun müsəlman cəmiyyətlərin cahil cəmiyyətlər olması, cəmiyyətləri tərk etmək, hakimiyyət tövhidi adlandırdıqları tövhid növünə daha çox əhəmiyyət vermək, dostluq və düşmənçiliyi tağuta küfr etmək məsələsinə bağlamaq və belə fikirlərində ifrata varırlar.
3. Özləri elmsiz olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlərinin haqq yolda olduqlarını iddia edirlər. Alimlərə itaəti isə tam qadağan edirlər. Ona görə onlar müsəlman alimlərini tərk edir, onlardan elm almır, onları camaatın gözündən salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar.
4. Bəziləri tövhidin əsası sayılan: ad və sifətlər və s. tövhid növlərini əhəmiyyətsiz sayırlar. Hətta qədim firqələr olan mötəzilər, cəhmilər və əşarilərlə elmi münazirələri lazımsız sayırlar.
5. Onların əksəriyyəti, müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları ilə davranırlar. Çünki onlar öz məzhəblərində olmayanlarla Islami davranmağa ehtiyat edirlər. Onlar belə müsəlmanın arxasında namaz qılmaz, ona salam verməz, salamını qaytarmaz, cənazə namazını qılmaz və bütün Islami davranışlarında belə olarlar.
6. Müsəlmanları əqidələrinə görə imtahan etmək. Belə ki, onlar heç kəsə onun əqidəsini tam öyrənmədən və hüccət qaldırmadan müsəlman demirlər.
7. Bəziləri, vəziyyətlərini Məkkə dövrü ilə müqayisə edərək özlərinin zəif olmasını və rəhbərin olmamasını bəhanə edərək müəyyən haram işlər etməyi: saqqalı qırxmağı, zəkat verməməyi və s. - halal görürlər.
8. Dostluq və düşmənçilik əhkamlarına riayət etməkdə həddindən artıq ifrata varırlar.
9. Bu fikir daşıyıcılarının əksər hissəsi öz fikirlərini gizli saxlamaqla təqiyyə etdirlər. Ona görə ki, onların fikirləri alimlərin və ümumən müsəlmanların fikirlərinə tam zidd çıxır.
10. Bu toplum bir çoxlarına gizli qala bilər. Çünki onlar zahirən özlərinin sünnəyə əməl etdiklərini, camaatla olduqlarını, mötəbər və məşhur alimlərə: İbn Teymiyyə, Şatibi və b. nəcd alimlərinə (Allah onlara rəhmət etsin!) – itaət etdiklərini görsədirlər.
11. Onların əsas əlamətlərindən biri də "Lə iləhə illəllah" kəlməsinin əhatə etdiyi mənalarda cahilliyin əsla üzr olmamasını iddia etməkdir. Onlar deyillər ki, cahilliklə üzr Quran, fitrət yaxud da ağıl ilə tamamlanmışdır.
12. Öz fikirlərinə xidmət edən, lakin mənasını və əhatəsini bilmədikləri Fiqh qaydalarına "Üsulu Fiqhə" daha çox diqqət yetirirlər.
Sonda onu deyə bilərəm ki, bu simalar və əlamətlərin hamısı müəyyən bir toplumda və ya şəxsdə olmaya bilər. Lakin bu əlamətlərin əksəriyyəti hansısa şəxsdə və ya toplumda ola bilər. Təbii ki, bu məsələnin daha çox elmi araşdırmaya və müalicəyə ehtiyacı vardır.




Yazını selefi-saleh - Şənbə, 11.10.2008, 23:49
 
UmarTarix: Bazar, 12.10.2008, 05:37 | Yazı # 14
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (selefi-saleh)
Xəvaric düşüncəli bir firqə
Tavaqquf vət – təbəyyun (ehtiyat etmək və soruşmaq) cammati

Bəzi məqamlara aydınlıq gətirilməsi...


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
leyla10Tarix: Bazar, 17.05.2009, 15:15 | Yazı # 15
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR.
Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhənnəmdən bir neçə

dəvə çıxıb danışacaq və deyəcəkdir: bu gün mənə üç nəfər tapşırılıb. Onlar: hər bir
təkəbbürlü, başqa ilahı Allaha şərik qoşanlar və başqasını haqsız yerə qətlə yetirənlərdir. Sonra dəvə onların üzərinə atılacaq və onları cəhənnəmin dərinliklərinə tullayacaqdır» Əhməd və Təbərani rəvayət etmişdir.

TERRORÇU, CAHİLİYYƏT ÖLÜMÜ İLƏ ÖLÜR

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahiliyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında döyüşər, öz nəfsinə görə qəzəblənər, yaxud ona dəvət edər və ya onun müdafiəsində dayanarsa onun ölümü cahiliyyət ölümü kimi olar. Kim ümmətimə qarşı çıxıb onların yaxşısını və günahkarını (fərq qoymadan) öldürərsə, möminlərə görə ehtiyat etməzsə, əhd bağlayanın əhdini qorumazsa, o məndən, mən isə ondan deyiləm» Müslim rəvayət etmişdir.

TERRORÇU, ALLAHIN QARŞISINDA OLARKƏN ONUN HEÇ BİR ÜZRÜ OLMAYACAQ!

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən əlini üzərsə qiyamət günü Allahın hüzurunda onun heç bir üzrü olmaz. Kim boynunda beyət olmadan ölərsə onun ölümü cahiliyyət ölümü kimi olar» Müslim rəvayət etmişdir.

QİYAMƏT GÜNÜ TERRORÇU BİRİNCİ MÜHAKİMƏ OLUNACAQDIR!

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü insanların ilk sorğu-sual olunacaqları əməl, qan haqqı olacaqdır» Buxari və Müslim.

ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!

Ubadə ibn Əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir mömini öldürər və özünün bu qətldə dögru iş tutduğunu düşünərsə Allah ondan nə fərz, nə də nafilə ibadət qəbul etməz» Əbu Davud rəvayət etmişdir.

TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!

Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə cənnət arasında bir maneə olmamasına çalışırsa, sanki bir toyuq kəsirmiş kimi (günahsız insanı öldürüb) əlini bir ovuc qana bulamasın. O hər dəfə cənnətin qapısına yaxınlaşdıqca, bu qan onun cənnətə daxil olmasına mane olacaqdır. Həmçinin kim bacarsa qarnına yaxşı qidadan başqa bir şey aparmasın. Həqiqətən insanın birinci iylənən bədən hissəsi, onun qarnıdır» Təbərani və Beyhəqi rəvayət etmişdir.

TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!

Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim əhd bağlayan kafiri öldürərsə cənnətin iyini duymaz. Halbuki cənnətin iyi qırx illik məsafədən hiss olunur» Buxari rəvayət etmişdir və tərtibat ona məxsusdur. Nəsainin rəvayətində isə deyilir: «Kim zimmilərdən bir nəfəri öldürərsə...».

ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!

Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: «Əgər göy və yer əhli bir nəfər möminin qətlində əlbir olsalar, Allah onların hamısını cəhənnəmə salar» Tirmizi rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!

Cundub (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralanmışdı. Ağrıya dözməyib bir bıçaq götürdü və əlini kəsdi. Qan axıb dayanmadığı üçün öldü. Uca Allah isə buyurdu: Bəndəm öz nəfsini mənə tez təslim etdi, Mən isə cənnəti ona haram etdim» Buxari və Müslim rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özünü dağdan atıb intihar edərsə o, əbədi olaraq cəhənnəm odunda diyirlənəcəkdir. Kim zəhər içib özünü qətlə yetirərsə, zəhər əlində ola-ola əbədi olaraq cəhənnəmdə onu içəcəkdir. Kim özünü dəmir parçası ilə öldürərsə, cəhənnəm odunda əbədi qalaraq əlindəki dəmir parçası ilə qarnına batıracaqdır» Buxari və Müslim.
Digər hədisdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim özünü asarsa, cəhənnəmdə də özünü asar, kim də özünü yaralayıb öldürərsə, cəhənnəmdə də özünü yaralayar» Buxari rəvayət etmişdir.

Deyilən bu şiddətli əzab vədi: nahaq qan axıdan, insanları öldürən, evləri dağıdan, diyarları xaraba qoyan, öz nəfsini partladıb intihar edən, bir çox cəmiyyətlərdə bəlalara, fitnələrə və çəkişmələrə səbəb olan, başqalarını İslamdan ürküdən, Rəhmanın mərhəmət yolunu kəsən terrorçulara aiddir.
Yalnız tövbə edib, iman gətirən və yaxşı işlər görənlər istisna oluna bilərlər!!!


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Bazar ertəsi, 18.05.2009, 01:33 | Yazı # 16
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Allahbütün selef baci vä gardaslari belä insanlarin särrindän gorusun : bunlarin hec ALLAH gorxusu yoxdur näyä güvänib bu isläri edirlär? Bilmirlär ki, ALLAHIN äzabi cox siddätlidir . ALLAHIM sän bizläri goru! amin

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
seyfulislamTarix: Şənbə, 26.09.2009, 18:17 | Yazı # 17
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allah belelerine hidayet versin AMIN!

le ilehe illalah
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:55 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) təkfir mövzusunda hökm verməyin sadəcə müctəhidin haqqı olduğu barədə deyir:

فهذا وما قبْلَه صريحٌ في أنَّ ألفاظَ التكفيرِ المعروفةَ في الفتاوى مُوجِبةٌ للردّةِ عن الإسلام حقيقةً , وفي البزَّازيةِ : ويُحكى عن بعضِ مَن لا سلَفَ له أنه كان يقول ما ذُكِر في الفتاوى أنه يكفُر بكذا وكذا فذاك للتخويف والتهويل لا لحقيقةِ الكفرِ , وهذا كلام باطلٌ إلى آخره
والحقُّ أنَّ ما صحَّ عن المجتهدِ فهو على حقيقتِه وأما ما ثبَت عن غيرِه فلا يُفتى به في مثلِ التكفير

"Yuxarıda və ondan öncə zikr etdiyim açıq şəkildə ifadə edir ki, fətvalarda qeyd edilən məlum təkfir ləfzləri həqiqi mənada İslamdan çıxmağa səbəbdir.
"Əl Bəzzəziyyə" adlı kitabda deyilir: "Daha öncə analoji görüşdə bənzərləri olmayan kimsələrdən nəql edildiyinə görə, fətvalarda "filan şey səbəbilə küfrə düşər" şəklində zikr edilən görüşlər sadəcə qorxutmaq və çəkindirmək üçündür, həqiqi mənada küfr deyil. Bu tamamilə batil bir görüşdür."
Doğru olan budur ki, müctəhidlərdən səhih olaraq sabit olanlar həqiqi mənasındadır. Müctəhid olmayanlardan sabit olana gəlincə, təkfir kimi məsələlərdə belə şeylərlə fətva verilməz.
(Daha sonra İbn Huməmin yuxarıdakı sözlərini nəql edir)."

Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/202
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997

Gördüyümüz kimi, üsulçu alim İbn Nuceym də təkfir mövzusunda qərar verməyin ancaq müctəhidlərin haqqı olduğunu açıq şəkildə zikr edir.
Hənəfi alimlərindən Əhməd Əl Həməvi "Ğamzu Uyunil Bəsair" adlı şərhinin riddət babında eyni sözləri təqrir mahiyətində zikr etmişdir.


Yazını Muslimah_92 - Çərşənbə axşamı, 05.06.2012, 23:57
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:56 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) xəvariclərin təkfirindən danışarkən təkfir məsələsində müctəhid olmayan bir fəqihin sözünə etibar edilməyəcəyini açıq şəkildə ifadə edir:

قال ابنُ المنذِرِ : ولا أعْلمُ أحدًا وافقَ أهلَ الحديثِ على تكفيرِهم ، وهذا يَقتضي نقلَ إجماعِ الفقهاءِ .
وذكَر في المُحِيطِ أنَّ بعضَ الفقهاءِ لا يكفِّر أحدًا مِن أهلِ البِدَعِ ، وبعضُهم يكفِّرون بعضَ أهلِ البدَعِ وهو مَن خالفَ ببدعته دليلاً قطْعيًا ونسَبه إلى أكثرِ أهلِ السُّنة ، والنقْلُ الأولُّ أثْبَتُ ، نَعَمْ يقَعُ في كلامِ أهلِ المذاهبِ تكفيرٌ كثيرٌ , ولكن ليس مِن كلامِ الفقهاءِ الذينَ هُم المجتهِدون بل مِن غيرِهم ، ولا عبرةَ بغيرِ الفقهاءِ ، والمنقولُ عن المجتهدينَ ما ذكَرْنا ، وابنُ المنذرِ أعْرفُ بنقْلِ مذاهبِ المجتهِدينَ

"İbn Əl Munzir dedi: "(Xəvariclərin) təkfiri mövzusunda əhli hədislə həmfikir olan bir kimsə bilmirəm".
Bu cür ifadə fəqihlərin icmasını nəql etmək deməkdir.
"Əl Muhit" adlı kitabın müəllifi, fəqihlərdən bəzilərinin bidət əhlindən heç kimi təkfir etmədiklərini, onlardan bəzilərinin isə bidətiylə qəti dəlilə müxalifət edən bidətçiləri təkfir etdiklərini zikr etmişdir. Bu görüşü də əhli sünnətin çoxuna nisbət etmişdir.
Birinci nəql daha doğrudur.
Bəli, məzhəb alimlərinin sözlərində çoxlu təkfir ifadələri vardır. Lakin, bu sözlər müctəhid mərtəbəsində olan fəqihlərin sözləri deyildir, başqalarının sözləridir.
(Müctəhid olmayan) fəqihlərin sözünə isə etibar edilməz!
Müctəhidlərdən nəql edilən (xavariclərin təkfir edilmədiyi haqqqında) zikr etdiyimiz görüşdür.
İbn Əl Munzir müctəhidlərin görüşlərini daha yaxşı bilən biridir."

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 6/93
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:58 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən, böyük mühəddis Muhəmməd Ənvər Əl Kəşmiri (1292-1352 h) Buxarinin səhihini şərh etdiyi "Feyzul Bari alə Sahihil Buxari" adlı kitabında deyir:

أما محمدُ بنُ عبد الوهّابِ النجْدي فإنه كان رجلاً بَليداً قليلَ العلمِ ، فكان يتسارَع إلى الحكمِ بالكفرِ ، ولا ينبغي أنْ يقتحِمَ في هذا الوادي إلا مَن يكون متيَقِّظاً مُتقِناً عارفاً بوجوهِ الكفر وأسبابه

"Muhəmməd bin Abdil Vəhhab Ən Nəcdiyə gəlincə, şübhəsiz ki o, axmaq və elmi qıt bir adam olmuşdur. Küfr hökmü verməyə tələsərdi.
Halbuki, bu vadiyə ancaq diqqətli, mahir, küfrün forma və səbəblərini yaxşı bilən kimsənin girməsi lazımdır."

Qaynaq: Ənvər Şah Əl Kəşmiri: Feyzul Bari: 1/252
Beyrut: Darul Kutibil İlmiyyə: 1426/2005

Günümüzdə təkfir mövzusunda ən tələskən olanların məhz "sələfiyyə" qaynaqlı kimsələr olduğu günəş kimi açıqdır.
Əgər Ənvər Şah Kəşmiri kimi küfr məsələrində mütəxəssis bir alim, "mücəddid" Muhəmməd bin Abdil Vəhhəbı təkfir məsələsində söz deməyə haqlı saymayıbsa, onun təqlidçilərinin təkfir əhliyəti haqda düşünməliyik?
 
Forum » İslam » Müxtəlif məsələlər » XAVARİCLƏR (xavaric)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru