[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Tavaqquf vət – təbəyyun (ehtiyat etmək və soruşmaq) cammati (bəzi nüanslara aydınlıq gətirmək)
Tavaqquf vət – təbəyyun (ehtiyat etmək və soruşmaq) cammati
UmarTarix: Bazar, 12.10.2008, 05:28 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əs-Sələmu aleykum va rahmətullah.

Qardaşımızın ismarındakı bəzi məqamlara toxunmaq istərdik. Müəllif yazır:

Quote (selefi-saleh)
hakimiyyət tövhidi adlandırdıqları tövhid növünə daha çox əhəmiyyət vermək

Çox hörmətli forum iştirakçıları! Tövhiddən danışarkən bir çoxları elə düşünürlər ki, tövhidin yalnız və yalnız 3 növü vardır və bu nəsslərlə sabit olmuş dəyişilməz bir qaydadır. Bu barədə bəzən müsahiblərlə xoşa gəlməz hallar da yaşanıla bilər. Təbii ki, bu mövzu barədə söz açdıqda məhz bu tövhid növlərinin özlərinin tərkibində bir çox məfhumun yerləşdiyini anlamaq olar və bilmək lazımdır ki, tövhidi bu şəkildə təsnifləndirmək insanlara öyrətməkdə asan bir metod olaraq təklif edilmişdir.

Bəzən müsəlmanlar ilə Allah kəlamını zikr etmək məqsədi ilə söhbət etdikdə və söhbət əsnasında tövhiddə hakimiyyət və ya hakimiyyət tövhidi haqqında bir iki kəlimə izah etmək istədikdə, müsahibin gözləri itiləşər, səni altdan yuxarı elə bir şəkildə süzər ki, sanki qarşısında İbn Səlul durub, ya da Hiroşimaya atom bombasını ataraq insanlığa qarşı böyük bir cinayət etmisən! Bütün bunlar cahilliyin əlamətidir, lakin mən onları qınaya bilmərəm. Çünki, onların beyinlərini bu şəkildə proqramlaşdıranlar var.

Ey müsəlmanlar! Bilmək lazımdır ki, tövhid çox şəkildə təcrübədə sübut olunmalıdır. Tövhid sadəcə olaraq Allaha namaz qılıb, oruc tutmaqla bitmir. Əgər Allahın Kitabını və onu şərh edən açıq və sarih sünnəni oxuyursanızsa, çox asanlıqla anlamaq olar ki, məhəbbət tövhidi var, qorxu tövhidi var, rica və təvəkkül tövhidi var, itaət və ibadət tövhidi var və digər tövhid növləri ilə birlikdə, hakimiyyət tövhidi də var... bəli, səhv oxumadın, hakimiyyət tövhidi var və heç bir ağlı başında olan insan bunu inkar etməmişdir. Hətta, Məkkə müşrikləri belə bunu gözəl anlayırdılar.

Bəs nə üçün hakimiyyət tövhidi son zamanlar ayrı bir sinfə və müzakirə obyektinə çevrilib?! Bu suala hər kəs öz cavabını yaza bilər...Lakin, sizə bir nöqtəni xatırladım. Əsasən tövhidin üçüncü növü olaraq öyrəndiyimiz Əsma va sifət tövhidi, özlüyündə ayrı bir tövhid növünü əmələ gətirməz. Əsma və sifət mövzusu əslində daha geniş olaraq Rububiyyət tövhidinə daxildir, lakin bu məsələdə müsəlmanlar və firqələr arasında ilk İslam tarixindən mövcud olan ixtilaflar səbəbi ilə alimlər bu tövhidin əhəmiyyətini müsəlmanlara çatdırmaq üçün və ayrı bir tövhid şəklində onları maarifləndirmək üçün üçüncü növ olaraq müəyyən ediblər. Eyni, münasibət dövrümüzdə də yayılıb. Səmimi müsəlmanlar və müsəlman alimləri, dövrümüzdə bəzi "şeyxlərin" insanlara təhrif olunmuş din öyrətdiyini gördükdə, bu təhrifə zidd olaraq tövhidin təhrif olunan hissəsinə əhəmiyyət verərək, müsəlmanları maarifləndirmək istəyiblər. Bəziləri müsəlmanların dininə hücum edən və kafirlərə müsəlmanlara qarşı kömək edən, Allahın hökmlərini uydurulmuş, batil, bəşəri Avropa qanunları ilə dəyişənləri müsəlmanların gözündə mömin insanlar kimi tanıtdırmağa çalışar və heç kəsə dua etmədikləri qədər, onlara hər bir xütbəsində "Allah razı olsun!" deyərək dua edərlər.Daha sonra etiraz səslərini eşitdikdən sonra, müsəlmanlara hakimiyyətdə edilən şirkin əslində kiçik şirk olduğunu sübut etməyə çalışarlar və bunun üçün də kitablar yazar və təhrif olunmuş və məbtur kəlamlarla öz sözlərini dəstəkləyərlər.

Bunun əleyhində isə, səmimi müsəlmanlar isə bu küfrə rəddiyə yazarlar və nəticə də bu bir mövzu olaraq, ayrı bir tövhid olaraq nəzərə çarpmışdır. Müsəlman alimləri içində bəziləri bunu ayrı bir tövhidnövü kimi qəbul edərlər və bəziləri isə bunun digər tövhid növləri içinə daxil olduğunu qeyd edərlər.

Lakin, bilmək lazımdır ki, hakimiyyət tövhidi həm Uluhiyyət, həm də Rububiyyətə daxil olmaqla iki yerə bölünür. Allahı yeganə Hakim olaraq qəbul etmək onu Rububiyyət tövhidində təkləməkdir, və yalnız Allaha bu hökmlərdə tabe olmaq isə Uluhiyyət tövhidində təkləməkdir.

Maraqlı tərəf odur ki, müəllif məqaləni yazrkən bir qədər inkar tərzində buyurur: "hakimiyyəti tövhidi adlandırdıqları..."

Soruşmaq lazımdır ki, məgər bu müəllif hakimiyyət tövhidinin olmadığınımı bildirmək istəyir? Yox, əgər qəbul edirsə, nə üçün bu təzadlı şəkildə fikrini ifadə edir? Axı, bu yazıları müsəlmanlar oxuyurlar...

Quote (selefi-saleh)
Bəziləri tövhidin əsası sayılan: ad və sifətlər və s. tövhid növlərini əhəmiyyətsiz sayırlar. Hətta qədim firqələr olan mötəzilər, cəhmilər və əşarilərlə elmi münazirələri lazımsız sayırlar

Biz şəxsən məqalənin mövzu obyekti olan insanlarla rastlaşmışıq, lakin ad və sifət tövhidini əhəmiyyətsiz sayan birini görməmişik, bu açıq aydın bir iftiradır və təhrifdir. İlk olaraq qeyd edirik ki, bu mövzu çox əhəmiyyətlidir. Lakin, bu növ tövhidə tövhidin əsası söyləmək yanlışdır. Nə üçün?!

Bilənlər bilirlər ki, islam ümməti əsasən bu məsələlərdə ixtilaf ediblər, lakin heç bir alim məhz bu ixtilaflarına görə firqələri təkfir etməyiblər. Və yaxud da, hər bir insan bilməlidir ki, ad və sifət tövhidini bilməyən hələ də müsəlman sayılır, lakin digər tövhid əsaslarını bilməyənlər isə müsəlman sayılmazlar, o cümlədən də hakimiyyət tövhidini...

Kim Alahın Arşə istiva etdiyini bilməzsə, bu onu küfrə salmaz...lakin, kim Allahın yeganə Hakim olduğunu bilməzsə və hökm verənin yalnız Allah olduğunu bilməzsə, küfrdədir...

Amma, biz indiki dövrdə tam əksini müşahidə edirik. Adətən, internetdə və digər məkanlarlarda müsəlmanları və xüsusilə də Əbu Bəkr məscidinin yetirmələrini başqa əqidə sahibləri ilə ad və sifət mövzularında məharətlə mübahisə etdiklərini görərsən, lakin onlara bir qədər iman və küfr, tağut məsələrindən danışdıqda və ya onlarla fikir mübadiləsi aparmaq istədikdə, notarius təsdiqi ilə bir "təkfirçi", "ixvan" və ya "xavaric" adını alnına ştamplayırlar...sübhənallah, biri forumda Qamətə sual verir: "Şeyx, namazı tərk edəni təkfir edənlərə qarşı münasibətimiz necə olmalıdır!" Allahu mustəən! Axı, bu nə sualdır? Axı, insanların beynində belə fikirlər hardan əmələ gəlir?

Bəli, indiki dövrdə ad və sifət tövhidi digər tövhid növlərinə nisbətdə daha da əhəmiyyətləndirilmişdir və mən də düşünürəm ki, bu doğru deyildir. Səlib yürüşləri zamanı, müsəlmanlar Türkiyə, Suriya və Fələstində qılıncdan keçirildikləri zamanı, Bağdadda şeyxlər "Arşin" yoxsa "Qələmin" tez yaradıldığını mübahisə edirdilər və nəticə də göz qarşısında idi. Çox təəssüf ki, bu gün ad və sifət tövhidində sələfi olan kəslər, çox zaman iman və küfr məsələlərində əşari və mürciə xətasındadırlar...

Quote (selefi-saleh)
Dostluq və düşmənçilik əhkamlarına riayət etməkdə həddindən artıq ifrata varırlar.

Bütün bu deyilənlər içində ən dəhşətli söz bəlkə də budur. Allahın dini dost və düşmənçiliyi Tağuta küfr ilə şərtləndirdiyi halda, bu insan bu sifəti xavariclərə aid edir.
Məgər o, Allahın bu sözlərindən qafildirmi?
"Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" Bəqərə, 256

"Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik." Nəhl, 36

Buna görə də Allahın Elçisi, səllallahu aleyhi va səlləm, buyurur: "Kim "lə iləhə illəllah" deyər və Allahdan başqa ibadət olunanları rədd edərsə, qanı və malı haram olar..." (Buxari, Riqaəq, 6, İstitabə, 9, Muslim, iman, 47)

Təbii ki, dost və düşmənçilik Tağutu təkfir etməklə şərtlənmişdir və bu "Lə iləhə İlləllah" kəliməsinin ilk tələbidir.

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Bazar, 12.10.2008, 05:51
 
Forum » İslam » Müxtəlif məsələlər » Tavaqquf vət – təbəyyun (ehtiyat etmək və soruşmaq) cammati (bəzi nüanslara aydınlıq gətirmək)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru