[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
Anar1985Tarix: Cümə, 11.03.2011, 14:58 | Yazı # 201
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Nisə surəsi 24- ayəsinin izahı

“Sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (NİSƏ -24)

Kişilərə evli qadınlarla evlənmək qadağan edilmişdir. Heç kimə, hələ evli olan qadınla evlənməyə yol verilməyib və əri onu boşadığını elan etdikdən və boşanma üçün müəyyən edilmiş müddət bitdikdən sonra bu qadağa götürülür. Bu qaydadan istisna təşkil edən müsəlmanlara əsir düşən qadınlardır. Buna görə, əgər evli kafir qadın müsəlmanlara əsir düşərsə, onun sahibinə, qadının hamilə olmamasına əmin olmaq üçün müəyyən olunmuş müddət keçdikdən sonra, onunla cinsi yaxınlıq etməyə icazə verilir. Əgər ərli kölə qadın satılıbsa və ya başqa birisinə hədiyyə edilibsə, onun nikahı pozulmur, çünki onun yeni sahibi onun əvvəlki sahibinin yerini tutur. Bunun dəlili Bariranın əhvalatıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona öz taleyini özünün müstəqil sürətdə müəyyənləşdirməsinə imkan verdi. Allahın hökmü belədir və müsəlmanlar ona riayət etməli və onu rəhbər tutmalıdırlar, çünki o, şəfa və aydınlıq gətirir və halalla haramı izah edir.
“Sifah” (“əxlaqsızlıq”) safaha (axıtmaq) felindən törəmişdir, çünki zinakar öz mayesini icazə verilən yerdə deyil, qadağan olunan yerdə axıdır. Belə addım atdıqda, kişi öz arvadını zinakarlıqdan qorumur, çünki o, öz şəhvətini qadağan olunmuş qaydada təmin edir və icazəsi olduğu qadınına həvəs göstərmir. Bu ayədən aydın olur ki, müsəlmanlar ismətini saxlamayanlarla nikah etməməlidirlər. Uca Allah buyurur: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).
Sonra Allah bildirir ki, ər arvadını, ondan məmnun qaldığına görə, mükafatlandırmalıdır. Arvadına hədiyyələr bağışlayaraq, ər onu ondan əldə etdiyinə görə bəxşişlərlə təmin edir və buna görə də, zövcəsi ilə yaxınlıq etdikdən sonra, mehrin verilməsi tam mənada ərin vəzifəsinə çevrilir.
Allah bu mükafatı müəyyən olunmuş adlandırır, çünki o – fərzdir və insanın öz istəyi ilə verdiyi və verməyə də biləcəyi könüllü ianələrə aid edilmir. Başqa bir şərhə görə, o mükafat müəyyən olunmuş ona görə adlandırılır ki, insanlar onun ölçüsünü özləri təyin edirlər və bundan sonra o, məcburi olur və azaldıla bilməz. Əgər vacib mükafatın ölçüsü təyin edildikdən sonra ər öz xoşu ilə mehrin ölçüsünü artırmaq istəyərsə və ya arvad alicənablıqla mehrinin bir hissəsini ərinə güzəştə gedərsə, onlar günah işlətmiş olmazlar. Quran təfsirçilərinin çoxu bu rəyə tərəfdar olmuşlar.
Bir çoxları elə hesab edirdilər ki, bu ayə İslamın təşəkkül tapmağa başladığı ilk illərdə qısa müddət ərzində icazə verilmiş müvəqqəti nikahla (siğə ilə) əlaqədar nazil edilmişdir və sonra isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onu qadağan etmişdir. Həmin şərhçilərə görə, kişi qadınla müvəqqəti nikah bağlayarkən (siğə edərkən) onun müddətini və mükafatının ölçüsünü müəyyən etməlidir və əgər onun müddəti keçəndən və mükafatı veriləndən sonra, kişi və qadın hər ikisinin razılığı ilə yeni razılıq əldə etsələr (müvəqqəti nikah bağlasalar), onlar günah etməzlər .
( Allahın Elçisinin (s.ə.s.), müəllifin mətnində qeyd edildiyi kimi: “qadağan edilmişdir” hökmü qəti şəkildə göstərir ki, İslamda müvəqqəti nikah (siğə) İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən birmənalı olaraq qadağan edilmişdir və bunu təsdiq edən mötəbər dəlillər mövcuddur (Bax: İmam əl-Buxari və İmam Müslim topluları). Müəllifin 24-cü ayənin şərhində verdiyi: “Bir çoxları elə hesab edirlər ki...” ifadəsi Muhəmməd Peyğəmbərin (s.ə.s.) həmin nikahı ləğv etdiyi dövrə qədərki gerçəkliyi əks etdirir.
Siğə (muta) mövzusunun bir sıra məzhəblər üçün aktuallığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, siğə adlandırılan müvəqqəti nikah İslamdan əvvəlki cahillik dövründə ərəblər arasında mövcud idi. İslamın bərqərar olması ilə o ləğv edilmişdir. Son dəfə, istisna hal kimi, Allahın Elçisi (s.ə.s.) siğəyə bir sıra döyüşlər zamanı çox qısa müddətə yol vermiş və sonra da Allahdan iradəsini yerinə yetirərək onu qəti surətdə qadağan etmişdi. Bu barədə səhih hədislər çox etibarlı mənbələrdən rəvayət edilmişdir. Onların arasında Əli ibn Əbu Talibin (Allah ondan razı olsun), İbn Abbasın (Allah ondan razı olsun) və bir çox başqalarının rəvayətləri xüsusilə fərqlənir. Hədisləri əldə etdiyimiz mənbələr: “Sahih-i Muslim ve Tercemesi”, türk dilində, İrfan Yatınları N 7/4, İstanbul, 1972, İV cild, 290-300. s.s. F.S. )

 
SelefTarix: Şənbə, 19.03.2011, 01:15 | Yazı # 202
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Bir dəfə Ömər bin əl-Xəttab –radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).
Bəziləri iddia edir ki, siğəni peyğəmbərimiz(sav) deyil də, Ömər bina Xattab qadağan etmişdir.Yuxarıdakı hədis isə onların iddialırının yalan olduğunu üzə çıxardır.

Cüveyra Malikin ona Əli bin Əbu Talibin –radıyallahu anhu- İbn Abbasa –radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407).

Bəziləri bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə –radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər e qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta cəfərilərə görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:

“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət – müvəqqəti nigah var idi».
Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).
Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).
Beləliklə, cəfəri alimlərinin özləri, imam Əlinin –radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, bəziləri imam Əli bin Əbu Talibin –radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Qazi əl-Məqribi kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi özünün kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydilərin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) –radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə –radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin –radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Əgər bir qadın bir ayada iki-üç kişiylə siğə etsə və uşağa qalsa o zaman uşağın atası necə müəyyənləşçdirilicək?



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Şənbə, 19.03.2011, 01:17 | Yazı # 203
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
[size=13]Məhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

Ər-Rabi bin Subra əl-cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

Ər-Rabi bin Subra əl-cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-cami əs-Saqir”, 7887).

İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
My_GodTarix: Bazar ertəsi, 23.05.2011, 14:30 | Yazı # 204
BACI
Qrup: İdarəçilər
Yazı: 17
Reputasiya: 3
Status: Saytda deyil
Essalamu aleykum ve rehmetullahu ve berekatuhu ve magfirat. Ana sehifede cildaga aid bir xeber gordum ve oyrendim ki, cildaq Allaha serik qosmaga aparan bir yoldur. Men ozum de cildaga getmeyi xoslamiram. Amma valideynlerim mecbur aparir. Bu, menim ucun gunah sayilirmi?
 
SelefTarix: Cümə, 27.05.2011, 22:42 | Yazı # 205
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
va aleykumus-Sələm va rahmətullahi va bərakətuh va məğfira. Əziz bacim,cıldağ - nə şirkdir, nə də küfr.


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:17 | Yazı # 206
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Bilen varmi indi yer uzunde ne qeder muselman var,?

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:24 | Yazı # 207
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Cunki men muxtelif ferqli reqemlere rast gelirem

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
My_GodTarix: Şənbə, 11.06.2011, 17:31 | Yazı # 208
BACI
Qrup: İdarəçilər
Yazı: 17
Reputasiya: 3
Status: Saytda deyil
Essalamu aleykum ve rehmetullahu ve berekatuhu ve magfirat. Muselman qardashim, izah etdiyin ucun Allah razi olsun. Yeni cildaga getmeyin hec bir gunahi yoxdur? Menim bir sualim da olacaq. İnshallah, gelen ilden hazirliga gedecem, dersden gelenden sonra hazirliga getmeliyem, axsam 6-ya qeder evde olacam. Bu zaman namazlarim qeza olur? Olarmi ki, universitete qebul olunduqdan sonra namaz qilim? Ya da namaz qilsam derslerim ile elaqedar tez-tez namazlarimin qeza olunmasi gunahmidir?
 
SelefTarix: Şənbə, 11.06.2011, 23:54 | Yazı # 209
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Şeyx ibn Üseymindən (Allah ona rəhmət etsin) soruşmuşdurlar: “Gənc bir tələbə qız zöhr namazı başladığı vaxt sinifə daxil olur və dərs iki saat davam edir. Bu halda nə etsin?

Cavab:

Zöhr namazının vaxtı iki saat ərzində bitmir. Çünki zöhr namazının vaxtı günəş zeniti keçdikdən Əsr namazı başlayan vaxta qədər davam edir. Bu iki saatdan çox davam edir, ona görə də dərs qurtardıqdan sonra zöhr namazını qılmaq olar. Çünki bunun üçün hələ onun vaxtı var. Bu o zaman olur ki, dərs vaxtı namaz qıla bilmir. Əgər namaz qılmağa imkan varsa o zaman bu daha salamatdır. Əsr namazının vaxtı başlamazdan əvvəl dərs qurtarmırsa və dərsi tərk etmək onun üçün çox çətin olacaqsa, bu halda zöhr ilə əsr namazını birləşdirmək və zöhr namazını əsr namazının vaxtına kimi gecikdirmək olar. Çünki bu barədə İbn Abbasdan (Allah ondan razı olsun) hədis varid olmuşdur. Hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Zöhr ilə Əsr namazını, Məğrib ilə İşa namazını Mədinədə heç bir qorxu və yağış olmadığı zaman birləşdirdi. Ondan bu barədə soruşduqda o (Allah ondan razı olsun) dedi: “O sallallahu aleyhi və səlləm bu ümmət üçün çətinlik yaratmaq istəmədi”,

İbn Abbasın bu sözləri dəlalət edir ki, insanın üzləşə biləcəyi çətinlik iki namazları birləşdirmək üçün bunu icazəli edir. Bu namazları hər ikisinin vaxtında birləşdirmək olar. Bu məsələ “Allah təalanın dini bu ümmət üçün asanlaşdırdığı” başlığına daxildir. Bu barədə əsas aşağıdakı ayədədir:

“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər”. (əl-Bəqərə 2:185)

“Allah sizi çətinliyə salmaq istəməz”. (əl-Maidə 5:6)

“O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı”. (əl-Həcc 22:78)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Din asandır”. Bu dinin asan olmasına dəlalət edən bir çox digər mətnlər var.

Şeyx ibn Üseymin, Fətvalar Toplusu (12/216)

Namaz | Muhəmməd ibn Salih əl-Üseymin | 11
6 baxılıb



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Bazar, 12.06.2011, 00:03 | Yazı # 210
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Tərk olunan namazları qəza etmək lazımdır, yoxsa?

Sual: Tərk etdiyimiz namazları necə qəza edək?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Allah təala Ona məlum olan səbəblərdən dolayı ibadətlər üçün xüsusi vaxtlar təyin etmişdir. Biz onların bəzisinə bələdik, lakin onlardan bəziləri bizə gizlidir. İstənilən halda bizim üzərimizə düşən məsuliyyət onlardan möhkəm tutmaqdır. Şəriətdə icazə verilən üzrlər istisna olmaqla o səbəblərə qarşı həddimizi aşa bilmək bizə caiz deyil.

Bir insan namazı buraxarsa, o iki haldan xali olmur:

1. O namazı yuxuya getmək və yaxud unutmaq kimi səbəblərdən dolayı buraxmışdır. Bu halda ona günah yoxdur, lakin oyandıqda və yaxud yadına düşəndə buraxdığı namazı qəza etməlidir.

Ənəs ibn Malikdən radiyallahu anhu rəvayət olunmuşdur ki, peyğəmbər sallallahua aleyhi və səlləm buyurmuşdur: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”. Əl-Buxari (572) və Müslim (684) rəvayət etmişdir. Müslimdə ziyadə var: “Yatıb qalarsa”.

Müslim (684) həmçinin rəvayət etmişdir: “Sizdən kim (namazdan) yatıb qalarsa və ya onu unudarsa (ondan qafil qalarsa), (namaz) yadına düşəndə onu əda etsin. Çünki Allah təala buyurur: “Məni anmaq üçün namaz qıl!” (Ta-Hə 20:14)

2.O namazı heç bir üzr olmadan buraxmışdır; daha doğrusu namazın vaxtı çıxana kimi tənbəllikdən və etinasızlıqdan namazı tərk etmişdir. Müsəlmanların ittifaqı ilə (yekdil rəyi ilə) bu günahdır. Böyük günahlardan böyüyünü etmişdir.

Alimlər arasında olan iki rəydən daha doğru (səhihinə) olanına görə bunu (namazı) qəza etməsi doğru deyil və o tövbə etməli və peşman olmalı, bunu bir daha etməməyə qərar verərək bunda əzmli, qətiyyətli olmalı və çoxlu saleh əməllər görməli və çoxlu nafilə (əlavə) namazlar qılmalıdır.

İbn Həzm demişdir: Namazın vaxtı çıxana kimi namaz qılmağı bilərək, qəsdən tərk edənə gəldikdə, o bunu heç zaman qəza edə bilməz, ona görə də o adam çoxlu xeyirli əməllər etməli və çoxlu nafilə namazlar qılmalıdır ki, onun tərəzisi (yaxşı əməllər) qiyamət günündə ağır gəlsin və o tövbə etməli, Allahdan bağışlanma istəməlidir. Sitatın sonu. (Əl-Muhəllə 2/235)

Bu həmçinin Ömər ibn əl-Xattab və oğlu Abdullahın və Sad ibn Əbi Vaqqas, Salman, İbn Məsud, əl-Qasım ibn Muhəmməd ibn Əbi Bəkr, Bədil əl-Aqili, Muhəmməd ibn Sirin, Mutarrif ibn Abdullah, Ömər ibn Abdul Əzizin rəyidir. Həmçinin Davud əl-Zahiri və İbn Həzm bu rəydə olmuşdur. Şeyx ul-İslam ibn Teymiyyə və əl-Şövkəninin üstün tutduğu rəy də belədir. Müasir alimlərdən əl-Albani, İbn Bəz, İbn Üseymin və digərləri bu rəyi tərcih etmişdirlər.

Onlar aşağıdakıları dəlil olaraq gətirmişdirlər:

Allah təalanın kəlamı (tərcümə mənası): “Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir”. (əl-Nisə 4:103)

Onlar demişdirlər: Namaz üçün təyin olunmuş bir vaxt var və dəlil olmadan bunu başqa bir vaxtda əda etmək olmaz.

Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”.

“Xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”-sözlərinin mənası belədir: Yadına düşdükdən sonra o namazı əda etməkdə tənbəl davranarsa, o zaman bu kəffarə sayılmır, elə isə unutmadan və yaxud yuxuya getmədən bilə-bilə, qəsdlə namaza laqeyd yanaşanın halı necə olar? Hətta daha çox ehtimal var ki, o halda kəffarə təşkil etməyəcəkdir və bu namazı qəza etməsinin ona heç bir faydası olmayacaqdır.

Çünki Allah hər bir fərz namaz üçün məhdud bir vaxt təyin etmişdir, onun başlanğıcını və sonunu müəyyən etmişdir, ona görə də sanki bu namazları həmin müəyyən olunmuş vaxtdan əvvəl, nə də sonra əda etmək səhih deyildir. (Əl-Muhəllə, 2/235)

İbn Həzm demişdir: “Həmçinin, namazı qəza etmək dəlilə əsaslanmaldır və Allah təalanın Öz Rəsulunun sallallahu aleyhi və səlləm dili ilə əmr etdiklərindən başqa bir şeyi şəriətdə buyurmaq olmaz. O kəslər ki “namazı qəsdən tərk edən onu qəza etməlidir”-deyirlər, biz onlardan xahiş edirik ki, bizə söyləsinlər: “Bu (ona qılmasını söylədiyiniz bu namaz) Allah tərəfindən əmr olunmuş namazdır yoxsa başqa bir namazdır? Onlar əgər bunun Allah tərəfindən əmr olunan namaz olduğunu söyləsələr, o zaman biz onlara deyirik: “Elə isə namazı qəsdən tərk edən asi deyil, çünki o Allahın ona buyurduğunu etmişdir və sizin dediyinizə görə bunda bir günah yoxdur və namazın vaxtı çıxana kimi onu qəsdən buraxan insanın üzərində bir qəbahət, günah yoxdur. Bununla belə bu elə bir şeydir ki, heç bir müsəlman söyləyə bilməz. Onlar əgər bunun Allah tərəfindən buyurulan bir namaz olduğunu söyləsələr, o zaman biz deyirik: “Siz doğru söylədiniz və bu kifayətdir, çünki onlar etiraf edirlər ki, onlar ona Allah tərəfindən buyurulmayan bir şeyi etməyi demişdirlər. Sitatın sonu.” (Əl-Muhəllə 2/236)

Namazı qəza etməlidir söyləyənlər, namazı unudan və yaxud yatan ilə qiyas edərək bu rəyə gəlmişdirlər və onlar deyir ki, əgər unudan kəs namazı qəza etməlidirsə, o zaman qəsdən edənin bunu qəza etməsi daha çox güman ediliir.

Mənim cavabım budur ki, iki hal arasında qiyas yoxdur, çünki namazı qəsdən tərk edən günah edir, lakin unudan üçün isə bu hökm tətbiq edilmir, elə isə günah edən ilə günah etməyən arasında qiyas necə ola bilər ki?

Əş-Şəukəni rahiməhullah demişdir:
İbn Teymiyyə demişdir: “Bununla razı olmayanlar-yəni namazı qəza etməlidir söyləyənlər-öz mübahisələrini dəstəkləmək üçün heç bir dəlilləri yoxdur. Onların əksəriyyəti deyir ki, aydın (yeni) bir əmr (dəlilə əsaslanan) olmayınca o bunu qəza etməməlidir, lakin bu vəziyyətdə bu cür əmr yoxdur. Biz namazı qəza etməyin vacibliyi barəsində mübahisə etmirik; daha doğrusu biz qəza olunacaq namazın ondan qəbul olunub-olunmaması, vaxtında əda edilməyən namazın səhih yoxsa səhih olmaması barədə mübahisə edirik. O bu məsələni uzun-uzadı müzakirə etmişdir və Davud və onunla razılaşanlar tərəfindən qeyd olunan rəyi götürmüşdür. Məsələ (iş) onun zikr etdiyi şəkildədir, çünki bu məsələni mən ətraflı tədqiq etmişəm və namazı qəsdən tərk edənin namazı qəza edəcəyinin fərz olmasını bildirən heç bir etibarlı dəlilə rast gəlmədim”. Neyl əl-Əutər (2/26)

Daha üstün (racih) rəy-və Allah daha yaxşı bilir-belədir ki, namazı qəsdən tərk edən onu qəza etməməlidir, əksinə Allahdan bağışlanma istəməli və tövbə etməlidir.

İbn əl-Qeyyim Allah ona rəhmət etsin bu məsələni, münaqişəni ətraflı müzakirə etmişdir və hər iki tərəfin dəlillərini əs-Salət (namaz) adlı kitabında (səh.67-109) yoxlamışdır.

Fayda: Şeyx ul-İslam İbn Teymiyyə demişdir: “Namazı qəza etməlidir deyən alimlər, qəza etməklə həmin insanın günahlarının ondan silinəcəyini demirlər, əksinə onlar deyirlər ki, qəza etməklə onun günah yükü yüngülləşir, lakin namazı buyurulmuş vaxtında əda eməmək və yaxud gecikdirməyin günahı (təxirə salmaq) ya tövbə etmək ya da xeyir əməllər etməkdir ki, günahı silsin və yaxud cəzaya mane olmaq üçün digər şeylər etməkdir. Sitatın sonu”. Minhəc əl-Sünnə (5/233)[color=blue]



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
My_GodTarix: Bazar ertəsi, 13.06.2011, 19:10 | Yazı # 211
BACI
Qrup: İdarəçilər
Yazı: 17
Reputasiya: 3
Status: Saytda deyil
Allah sizden razi olsun, her sey aydindir!
 
furqanTarix: Çərşənbə axşamı, 14.06.2011, 13:58 | Yazı # 212
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
SALAMUN ƏLEYKUM VƏ RƏHMƏTULAH

Hz. Muhəmməd (s.) buyurmuşdur:
“Məndən sonra 12 xəlifə gəlir, mənim dinim onların vasitəsi ilə nicat tapacaq.”

xahis edirəm bildirin. Bu 12 Xəlifə kimlərdir? qısa və konkret.
 
SelefTarix: Çərşənbə axşamı, 14.06.2011, 23:32 | Yazı # 213
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
va aleykum salam va rahmatullah.

evvela hedisi tam yazmamisiz,yeqin ozunuz oxumamisiz hardansa eshitmisiz, hedisi tam veriyada oxusaz anlayarsiz, xelifenin ,beshi bellidir, ABUBAKR,OMAR,OSMAN,ALI,HESEN, ALLAH ONLARDAN RAZI OLSUN,,

amma bunuda nezerinize catdirim ki eger siz bununla rafizilerin iddia etdiyi imamlari nezerde tutursunuzsa,bu sehv bir movqedir, oana qalsa ele hemen hedisden bir bashqa versiyada olan hedisde var ki orda deyilir,,menden sonra 12 munafiq olacaq,,

EN DOQRUSUNU ALLAH BILIR.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
My_GodTarix: Cümə axşamı, 16.06.2011, 01:03 | Yazı # 214
BACI
Qrup: İdarəçilər
Yazı: 17
Reputasiya: 3
Status: Saytda deyil
Essalamu aleykum ve rehmetullahu ve berekatuhu.
1. Eger dini olmayan bir saytda dini meqaleler qoyaraq ve sohbetler apararaq insanlari Islama devet etmek caizdirmi?
2. Sac kesdirmek gunahdirmi?
Essalamu aleykum ve rehmetullahu ve berekatuhu.
 
furqanTarix: Bazar, 19.06.2011, 19:36 | Yazı # 215
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
Bismillahir Rahmanir Rahim
Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Əl Maidə,3

Nece iddia edə bilirsiz ki, Allahu təala dinini tamamladiğı halda, Peyğəmbər (saa) risalətini başa çatdırdığı halda xəlifələrinin adlarını bildirməyib?
Əgər bildirməsə idi risalət yarimçıq qalardı. Halbuku tamamlanıb.
 
furqanTarix: Bazar, 19.06.2011, 19:55 | Yazı # 216
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
Hər kim, xəlifəyə beyətdən bir qarış qədər ayrılırsa, qıyamət günündə Allahu Təala (cc)'ya əməlləri lehində heç bir höccət olmayaraq qovuşar. Hər kim də boynunda bey'ət olmadığı halda ölərsə, cahiliyyə ölümü ilə ölmüş kimidir"(Sahih-i Müslim, 1851.)
Hədis səhihdir.

Belə olan halda ya Peyğəmbərin (saa) cənnət qadınlarının xanımı kimi vəsf etdiyi Fatimətuz Zəhra (sa)nın ölümü (NƏUZUBİLLAH) cahiliyyə ölümüdür,
yaxud da Əbu bəkr dövrünün xəlifəsi deyil.....

Xanımın (sa) Əbu bəkrdən küsülü halda dünyasını dəyişməsi isə açıq aşkardır. Bunu inkar etmək mümkün deyil.

Bu sualın cavabı əhli sünnətin mötəbər mənbələrində n qədərdir.
1- Muhəmməd ibn İsmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”
Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “İrşadus-sarı”1/19)
2- Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”
Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, Şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “İhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.
3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”
4- Ümumiyyətlə bu haqda daha geniş məlumat üçün İbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, İbn Əbil Hədid “Şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250, “əs-Səvaiqul-muhriqə” İbn Həcər Heysəmi 1/12, “əl-İstiab” İbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-İmamətu vəs-siyasət” İbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”
5- Hafiz Əbduddin Muhəmməd ibn Əbi Şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”
6- Ubey Fəllah Hənbəli (“Şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.
7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.
8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.
9- İbn Əbil Hədid (“Şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və Ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.
Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.
Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?
İkinci bölmə:- Həzrət Zəhranın məsciddə və yataqda söylədiyi xütbələri
Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. İbn Quteybə “əl-İmamətu vəs-siyasət” səh. 14, Muhəmməd ibn Yusuf Gənci Şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və Ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”
İndi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24 Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “Şərhu Nəcul-bəlağə” 4/78 İbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)
“....Həzrət Fatimə hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.
Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi. Peyğəmbərin risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi:- “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....” Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı:- “.... Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz! .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz? Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... İndi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!” Sonra Fatimə mübarək üzünü Rəsulullahın (s) qəbrinə tutub bu beyti dedi:-
“Ey Rəsulullah! Səndən sonra bizə musibətlər üz tutdu, Əgər sən olsaydın bu musibətlər belə çoxalmazdı!
Ey Rəsulullah! Yer yağışı əldən verdiyi kimi biz də səni əldən verdik, Sənin ümmətin pərakəndə oldular özün şahid ol!
Daxildə bizə qarşı kinələrini gizlədənlər sən torpaq altına gedəndən sonra onu aşikar etdilər,
Səndən sonra bir dəstə üstümüzə hücum çəkdilər, Bizi zəlil sayıb bütün irsimizi oğurladılar”
Xanimin yataqda soylədiyi bu kəlamlar Rasulullah (s) dunyadan gedəndən sonra Fatimeye edilmis zulmlerin siddetine dəlalət etmirmi? Hemin musibetler ve vurulan zerbeler Fatimenin yataga dusmesine sebeb olmadımı? Muhacir və Ensar arvadları Fatimenin olum yatagına dusduyunu esidende erlerinin etdikleri sehvlerin evezini cıxmaq ucun ona bas cekmeye geldiler. Onun ehvalını sorusanda onların cavabında buyurdu:- “And olsun Allaha sizin vuruldugunuz dunyadan bizaram və kişilərinizə qarşı ürəyimə qəzəb dolub” İndi butun musəlmanlardan sorusuruq bu urek daglayan sozler kimindir? Bu Resulullahın “Men onun sevincine sevinirem ve narahatlıgına gore narahat oluram” eziz yadigarının sozleri deyilmi? Resulullaha iman getirdiyini iddia eden hansı shexs Onun ezizinin bu mezlumiyyetini inkar etməkle yaralı qelbine bir daha dag basmagı reva gorur? Demeli onların fikrince kiminse cinayetini ort basdır etmek ucun hetta Resulullahın ureyini daglamaqdan cekinmek lazım deyil. Ehli sunnetin kitablarında Resulullahın qızı Fatime haqqında buyurdugu bu kelam meshurdur:- “Fatime menim canımın bir parasıdır. Her kes onu qezeblendirse ele bil meni qezeblendirib” “Sehih Buxari” 5/36 Beyrut çapı, “Sehih Muslim” 3/16, “Sunenul-kubra” Beyheqi 10/201, İbn Hecer “es-Sevaiq” səh 112, “Yenabiul-mevedde” seh 171 Qunduzi, “Miskatul-mesabih” seh. 560 Xetib Tebrizi. Ellame Emini “el-gadir” kitabında 7/232 Resulullahın bu hedisini tesdiq eden ehli sunnetin 60 aliminin adını sadalayıb. Resulullah (s) buyurub: “Allah-taala Fatimenin qezebine gore qezeblener onu razılıgına gore razi olar“FatimeyeZəhra” Əllamə Əmini səh 94. Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim İsfəhani.....
Rəsulullah (s)buyurub: “Hər kəsə qızım Fatimə qəzəb etsə mən də ona qəzəb edərəm. Hər kəsə Mən qəzəb etsəm Allah ona qəzəb edər” (“Fəslul-xitab” Buxari, “Musnəde Əhməd ibn Hənbəl”)
İndi Siz oxuculardan soruşuruq bütün bu hədisləri söyləyəndən sonra görəsən bir bəhanə yeri qalırmı? Ağıllı insanın cavabı qətidir, Yox! Amma inadkar, xəbis və təəssübkeş yenə də bəhanəyə yer axtarar, necə ki, həmişə tarix boyu belələri tapılıb ki, müxtəlif gülünc izahatlar verməklə özlərini biabır ediblər. Bəzən elə izahatlar veriblər ki, əgər onu cavan oğlunun yasında ağlayan ana eşitsə gülməkdən qəşş edər!
Əhli sünnətin etirafına əsasən Fatimənin musibəti o iki nəfərin və onlara tabe olanların zülmünün nəticəsi olması inkar olunmaz sübutdur. Səhih hədislərə əsasən Fatiməyə edilmiş zülm və əziyyət eyni ilə Rəsulullaha (s) edilmiş zülm və əziyyətdir. Bunun da nəticəsi Allaha zülm və əziyyət deməkdir. Qurani-kərimin ayələrindən azacıq xəbərdar olan hər kəs bu nəticəyə yetişəcək:
1- Fatiməyə əziyyət edib azar yetirmək Rəsulullaha azar və əziyyət etməkdir ki, Allahın qəzəbinə bais olub insanı dünya və axirətdə ilahi rəhmədən uzaq və naümüd edəcək: «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!» (Əhzab ayə 57)
«Allah Rəsuluna əzuyyət verənlərə şiddətli bir əzab müəyyən olunub» (Tövbə ayə 61)
2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. Çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: «Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr» (Ta Ha ayə 81)
3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: «Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin» (Mumtəhənə ayə 13)
Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. Çünki Allah və Rəsulu Fatimənin qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər. Həzrət Fatimənin narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar. Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi? Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi? Deməli Fatimənin müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib. O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən narahat olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun? İndiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?


Yazını furqan - Bazar ertəsi, 20.06.2011, 14:06
 
furqanTarix: Çərşənbə axşamı, 21.06.2011, 12:47 | Yazı # 217
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
SELEF,

CAVAB GÖZLƏYİRƏM !!!


GÖZLƏR ONU DƏRK ETMƏZ. O GÖZLƏRİ DƏRK EDƏR.
O LƏTİFDİR, XƏBƏRDARDIR !
(Ən'am/103)
 
SelefTarix: Çərşənbə axşamı, 21.06.2011, 13:05 | Yazı # 218
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Quote (furqan)
SELEF,

CAVAB GÖZLƏYİRƏM !!!


BUNLARI HARDAN KOPIROVAT ETMISENSE SUALIVA CAVAB ORDADIR.burdanda oxuya bilersen

Həqiqətənmi, Məhəmməd Peyğəmbərin qızı Fatimə Əbu Bəkirə acıqlanmış və onu ölümünə qədər bağışlamamışdır?



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə axşamı, 21.06.2011, 13:30 | Yazı # 219
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
FURQAN onda sende buna cabav ver mumkunse.

Həsən bin Əli babası Peyğəmbərin (s.ə.s) yanına kefsiz bir halda gəldi və ona gizlicə nə isə dedi. Onun (s.ə.s.) rəngi dəyişdi.(!) Qalxıb Faitmənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin (r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: "Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar"
("Biharul-ənvar", cild 43, səh. 42)

İbn Abbasdan rəvayət edilir ki, Faitmə (bir gun) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gordu Hər bir qadında olan qısqanclıq hissi ona guc gəldi. Baş ortuyunu bağlayıb Peyğəmbərin yanına şikayətə getdi.
("Biharul-ənvar", cild 38, səh. 207)

1-Xilafətin paytaxtını Peyğəmbərin şəhərindən Kufəyə kocurtdu;
2- Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) ona xəlifə olmaq əmrini yerinə yetirmədi;
3- Qızı ummu Gulsumu Omərlə evləndirdi (Rafizilər Oməri kafir hesab edirlər) NAUZUBILLAH
4- Xəlifə olandan sonra Ovladlarına Fədəki vermədi;
5- Osmanı qətlə yetirənlərin cəzasını vermədi;
6- oz qohumlarına vəzifələr verdi. Vəzifələr verdiyi kəslərə misal olaraq: Oğulluğu Məhəmməd bin ƏbuBəkr, əmisi Abbasın oğulları, Abdullah, ubeydullah, Qasəmə və Sumamə;
7- Hudeybiyyədə (Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) əmr etməsinə baxmayarq sacını qırxmadı, qurbanı kəsmədi.
8- Taravih namazını iyirmi rukət qıldırdı;
9- Bədr qazavatında Peyğəmbərə(səlləlləhu əleyhi və səlləm) sığındı;
10- Səffeyn hadisəsində Həsənlə fikir ayrılığına dьşdь;
11- Vəlid bin Ьqbanı cəzalandırmaq ustundə Həsənlə ixtilaf etdi;
12- Fatimə oləndən doqquz gun sonra başqası ilə evləndi ("Biharul-ənvar", cild 42, səh. 9
2)

Yəqin ki hələlik bu qədəri yetər..



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
furqanTarix: Çərşənbə, 22.06.2011, 17:05 | Yazı # 220
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
Əvvəla "Biharul-ənvar" hədislər toplusudur. Orada səhih olmayan hədislər də var.
Çunki Məclisi özü qeyd edib ki, "Burada demək olar ki, qarşıma çıxan bütün hədisləri toplamışam."

İlk yazdığın hədislərsə səhih deyil.


GÖZLƏR ONU DƏRK ETMƏZ. O GÖZLƏRİ DƏRK EDƏR.
O LƏTİFDİR, XƏBƏRDARDIR !
(Ən'am/103)
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru