Ana Səhifə » 2009 » Sentyabr » 11 » Həqiqətənmi, Məhəmməd Peyğəmbərin qızı Fatimə Əbu Bəkirə acıqlanmış və onu ölümünə qədər bağışlamamışdır?
Həqiqətənmi, Məhəmməd Peyğəmbərin qızı Fatimə Əbu Bəkirə acıqlanmış və onu ölümünə qədər bağışlamamışdır?
22:56
Mədinə
və Fədəkdəki qənimət torpaqlarını (fiy, yəni döyüşsüz əldə edilən hərbi
qənimət – E.Q.), həmçinin Xeybərdə xumsdan qalanı istəmişdi. Əbu Bəkir
isə Rəsulullahın (s) belə buyurduğunu bildirmişdi: «Biz miras qoymuruq,
bizdən sonra qalan isə sədəqə hesab olunur, lakin Muhəmmədin ailəsi
həmin mülkdən yeyə bilər». O dedi: «Allaha and olsun ki, mən Allah
Rəsulunun sədəqəsindən heç nə azaltmaram, o, Rəsulullahın dövründə
olduğu kimi də qalacaqdır və onu Peyğəmbərimizin idarə etdiyi kimi
idarə edəcəyəm». Əbu Bəkir onu Fatiməyə verməkdən imtina etdi və ona
görə də Fatimə ondan incidi. Fatimə ömrünün sonuna qədər Əbu Bəkirlə
danışmadı (Qeyd edək ki, Həzrəti Fatimə Peyğəmbərimizin (s) vəfatından
sonra 6 ay yaşayıb). Bu haqda Buxari «Fərdul xums» və «Məğazi», Müslim
isə «əl-Cihad vəssiyər» əsərlərində xəbər verir. Həzrəti Fatimə Əbu
Bəkirin qərarından narazı idi, çünki hesab edirdi ki, xəlifənin istinad
etdiyi Peyğəmbərimizin sözləri torpaq və digər mülklərə sirayət etmir.
Hədisin ümumi mənasına əsaslanaraq Əbu Bəkir həmin torpaqların dövlət
mülkiyyətinə keçməsi haqqında qərar qəbul etdi və Peyğəmbərin ailəsi
üçün həmin torpaqlardan əldə olunan gəlirdən məvacib təyin etdi. Belə
bir şərhi İbn Həcər əl-Əskalani də verir. Digər səhabələrin, o
cümlədən Əli ibn Əbu Talibin belə həmin qərara etiraz etməməsi Əbu
Bəkirin ədalətli qərar qəbul etdiyini sübut edir və digər xəlifələr də
həmin qərarı qüvvədə saxlamışlar. əl-Qurtubi nəql edir ki, Əli ibn Əbu
Talibdən başlayaraq Peyğəmbərin ailəsinə aid olan imamlardan heç biri
həmin torpaqlara heç bir iddia irəli sürməmişlər. O yazır: «Öz
xəlifəliyi dövründə Əli Əbu Bəkir, Ömər və Osman kimi hərəkət edirdi.
O, həmin torpaqları öz mülkiyyətinə keçirməyə cəhd belə göstərməmiş və
onlardan özünə heç bir hissə ayırmamışdı. Həmin torpaqlardan əldə
edilən gəliri isə ondan əvvəlkilərin etdiyi kimi bölüşdürürdü. Sonra
həmin torpaqlar Həsən ibn Əliyə, sonra Hüseyn ibn Əli, daha sonra Əli
ibn əl-Hüseyn, sonra Hüseyn ibn Həsən, daha sonra Zeyd ibn Hüseyn, daha
sonra isə Abdullah ibn Hüseynin sərəncamına keçmişdi. Daha sonra həmin
torpaqları Əbu Bəkir əl-Bərkaninin «Səhih»ində nəql etdiyi kimi,
Abbasın nəsli idarə edirdi». Beləliklə, Əbu Bəkirin Peyğəmbərin
vəsiyyətini pozmaqdan imtina etməsi Peyğəmbərimizin qızının
hüquqlarının tapdanması demək deyildi. Fatimə düzgün olmasa da öz şəxsi
fikrinə əsaslanırdı, lakin bu, heç də onun üstün məziyyətlərini
alçaltmır. Hər bir insana, o cümlədən Peyğəmbərimizin mömin
səhabələrinə və ailəsinin üzvlərinə də səhv etmək xasdır, günümüzə belə
bir rəvayətlər çatıb ki, Həzrəti Muhəmməd peyğəmbər yaşadığı dövrdə də
qızı Fatiməyə rədd cavabı vermişdi. Buxarinin «Fədailus səhabə» və
Müslimin «əz-Zikr vəd dua» əsərlərində belə bir hədis nəql olunur ki,
Fatimə atasından onlara bir xidmətçini bağışlamağı xahiş etmiş, lakin
o, rədd cavabını vermişdi. Bunun müqabilində isə Peyğəmbərimiz qızına
və Əliyə Allaha şükr etməyi buyurmuşdu. Buxarinin «Hibə» və Müslimin
«Fədailus səhabə» (Səhiheyndə) nəql olunur ki, Peyğəmbərimizin
xanımlarından bir neçəsi Fatiməni Allah Elçisinin yanına göndərib, ona
belə deməyi xahiş etmişlər: «Həqiqətən, sənin arvadların Əbu Bəkirin
qızı ilə davrandığın kimi onlarla da bu cür davranmaları üçün səni and
verirlər Allaha!» Cavabında Peyğəmbər soruşmuş: «Qızım, mənim sevdiyimi
sən də sevirsənmi?» Fatimə cavab verdi: «Əlbəttə, sevirəm!», - sonra
qayıdıb digərlərinə də bu haqda danışdı. Onlar «Onun yanına bir də get»
deyə qızından xahiş etdikdə, Fatimə imtina etdi. Müslimin əsərlərində
nəql edilir ki, Peyğəmbərimiz əlavə etmişdi: «Onu (Aişəni) sev». Qeyd
etmək lazımdır ki, bir sıra məlumatlara əsasən ölümündən qabaq Fatimə
Əbu Bəkirlə barışmışdır. «Əs-sünənul kübra» (6/301) əsərində əl-Beyhaqi
əş-Şabinin sözlərini belə nəql edir: «Fatimə xəstələndikdə Əbu Bəkir
Sıddıq ona baş çəkməyə gəldi və içəri daxil olmaq üçün icazə istədi.
«Əli soruşdu: Fatimə, Əbu Bəkir gəlib və içəri girmək üçün icazə
istəyir. Fatimə soruşdu: Ona icazə verməyimi istəyirsənmi?» Əli dedi:
«Bəli». Fatimə Əbu Bəkirin daxil olmasına icazə verdi. Onun könlünü
almaq üçün Əbu Bəkir dedi: «Allaha and olsun ki, mən evimi, bütün
mülkümü, ailəmi və doğmalarımı atmışam ki, Allahın, Onun Elçisinin və
sizlərin – Peyğəmbər evinin adamlarının razılığını qazanım». O, bu cür
sözləri Fatiməni məmnun edənədək deməkdə davam edirdi». Bu,
göndərilmiş məlumatdır (mürsəl), lakin İbn Kəsir «əl-Bidayə vən nihayə»
(5/253) əsərində onun isnadının səhih (etibarlı) hesab etmişdir, çünki
«Amir əş-Şabi (ravilərin ən nüfuzlularından biri hesab edilir) bunu ya
birbaşa Əlidən, yaxud Əlidən birbaşa eşitmiş bir şəxsdən eşidib». Ona
görə də İbn Həcər onun isnadını əş-Şabidən əvvəl etibarlı hesab
etmişdi. Möminlərin anası Aişənin sözləri əş-Şabinın sözlərinin
həqiqətə uyğun olduğunu istisna etmir, çünki o, ona bəlli olanları nəql
edirdi. Ümumiyyətlə, müsəlmanlara Peyğəmbərin səhabələri arasında
baş vermiş fikir ayrılıqlarını müzakirə etmək yaraşmır, çünki onların
hamısını sevmək hər bir iman gətirənin vəzifəsidir. Ənas ibn Malikin
sözlərini Nəsai belə nəql edir: «Peyğəmbər demişdi: ənsarları sevmək
imanın əlamətidir, onlara nifrət bəsləmək isə riyakarlığın rəmzidir».
Əlbani bu hədisi etibarlı adlandırmışdı. Əbu Səid əl-Xudrinin
sözlərini Əhməd, əl-Buxari, Müslim, ət-Tirmizi, Əbu Davud, İbn Məcə
belə nəql edirlər ki, Allahın Elçisi söyləmişdi: «Mənim səhabələrimi
danlamayın, çünki sizlərdən kimsə Uhud böyüklüyündə qızıl belə
xərcləsə, bu, səhabələrimdən hər hansı birinin sərf etdiyinin bir
ovucu, hətta onun yarısı ilə belə müqayisə edilə bilməz». Allaha iman
gətirən insan son günündə Uca Allahın cənnət vəd etdiyi Peyğəmbərin
səhabələrində hər hansı bir nöqsan axtarmağa və onların məziyyətlərini
alçaltmağa necə cürət edə bilər?! Quranda deyilir: «Mühacirlərdən və
ənsardan olan ilk qabaqcıllara və yaxşı əməllər etməkdə onlara tabe
olanlara gəldikdə isə, Allah onlardan razıdır, onlar da Allahdan
razıdırlar. Və Allah onlar üçün altından arxlar axan bağlar
hazırlamışdır. Onlar orada əbədi qalacaqlar. Bu da həmin böyük
səadətdir» («Tövbə» surəsi, 100). Həzrəti Muhəmməd peyğəmbərin
səhabələrinin üstünlüklərini sübut edən digər ayələr də mövcuddur. Lakin
ürəkləri imansızlıq və riyakarlıqla dolu olan şəxslər müsəlmanlar ilə
Peyğəmbər arasında əlaqəni kəsmək üçün onun səhabələrinin nüfuzunu
şübhə altına alırlar. Onlar ümid etmirlər ki, bir gün inananlar Allahın
Kəlamı olan Qurani-Kərimdən üz döndərəcək və ya Onun Elçisinin
həqiqiliyinə şübhə edəcəklər. Lakin onlar hələ də inanırlar ki,
Peyğəmbərin sünnələrini nəql edən səhabələrin nüfuzuna kölgə sala
bilərlər. Belə bir fitnəkarların arasında elələri var ki, Allah
Rəsulu Həzrəti Muhəmməddən (s) sonra ən yaxşı müsəlman olan Əbu Bəkir
əs-Sıddıqın ünvanına iftira atırlar. Onlar bəyan edirlər ki, Əbu Bəkir
ilə Fatimə arasında baş vermiş fikir ayrılığı xəlifəni Uca Allahın
qəzəbinə düçar etmişdi. Bu zaman onlar Buxarinin «Mənaqib» və Müslimin
«Fədailus səhaba» əsərlərində qeyd olunan əl-Misvar ibn Məhrəmin
hədisinə istinad edirlər. Orada nəql olunur ki, Peyğəmbərimiz demişdir:
«Fatimə mənim canımın bir hissəsidir və onu qəzəbləndirən məni də
qəzəbləndirmiş olur.» Müslümün variantında isə deyilir: «Fatimə mənim
canımın bir hissəsidir və ona əzab verən mənə də əzab vermiş olur». Lakin
burada Peyğəmbərimizin qızının ədalətli və əsaslı qəzəbləndiyi halların
nəzərdə tutulduğu tamamilə açıq-aşkar görünür. Biz artıq göstərdik ki,
bu halda Əbu Bəkirin qərarı ədalətli idi, ona görə də onun davranışı
Allahın və Onun Elçisinin qəzəbinə səbəb ola bilməzdi. Digər tərəfdən,
Peyğəmbər «Fatimə mənim canımın bir hissəsidir» sözlərini qızının əri
Əli ibn Əbu Talibə acıqlandığı zaman demişdir. Buxarinin əsərlərinin
birində deyilir: «Bir gün Əli Əbu Cəhlin qızına elçi göndərmişdi. Bunu
eşidən Fatimə Allah Elçisinin yanına gəlib demişdi: «Adamların deməyə
başlayacaq ki, sən qızların üçün heç qəzəblənmirsən! Əli Əbu Cəhlin
qızı ilə evlənməyə hazırlaşır!» Allahın Elçisi ayağa qalxıb necə
şəhadət gətirdiyini eşitdim və söylədi: «Və sonra… mən qızımı Əbu
əl-Asa ibn ar-Rabiyə verdim, çünki o, mənə düz danışmışdı. Həqiqətən,
Fatimə mənim canımın bir hissəsidir və mən onun kədərlənməsini
istəmirəm! Allaha and olsun, Allah Elçisinin qızı ilə Allahın
düşməninin qızı eyni bir adamın arvadı ola bilməz!» Bundan sonra «Əli
öz elçiliyindən imtina etdi». Buna baxmayaraq, bu hadisə Əli ibn Əbu
Talibin üstün məziyyətlərini heç də azaltmır və alimlərdən heç biri bu
məşhur səhabəni Allahın və Onun Elçisinin qəzəbinə düçar olmuşların
sırasına aid etmir. Belə bir yanaşma Peyğəmbərin qızının qəzəbini
qazanmayan Əbu Bəkirlə münasibətdə də ədalətsizdir. Onlar böyük
əhəmiyyət daşımayan hüquqi məsələ ilə bağlı fikir ayrılığı yaşadı və
xəlifənin gətirdiyi dəlillər Fatimə üçün aydın idi. Həzrəti Əbu Bəkir
isə öz növbəsində Peyğəmbərin qızının üstünlüklərini hər vəchlə
vurğulamağa və onun iltifatını qazanmağa çalışırdı. Biz əminliklə hesab
edə bilərik ki, ölümündən qabaq Fatimə (r.a.) Əbu Bəkirə heç bir kin
bəsləmirdi və ona qəzəblənməmişdi. Hər bir halda Allah hər şeyi hamıdan
yaxşı bilir.