[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
Aishe95Tarix: Cümə, 13.08.2010, 16:27 | Yazı # 161
BACI
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 1
Status: Saytda deyil
Essalamu aleykum ve rehmetullahu ve berekatuh. Umar, Allah razi olsun! Mneim bir nece sualmi olacaqdi.
1) Mescidde sekil cekdirmek gunahdirmi?
2) Teravih namazi nece ruketdir? Ve nece qilinir?
3) Teravih namazi Ramazanin her gunu qilinir? yoxsa mueyyen gunler erzinde
Allah razi olsun!


Bayraminiz mubarek olsun! Allah namazlarinizi, dualarinizi, zikrlerinizi qebul etsin! Amin!
 
UmarTarix: Cümə, 13.08.2010, 17:05 | Yazı # 162
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

Allah cəmi Müsəlmanlardan razı olsun!

1. Foto şəkillər haqqında müassir alimlər ixtilaf etmişlər. Haramdır deyənlər də var, icazəlidir dəyənlər də. Lakin icazəli görən alimlər bunu zərurət üçün deyiblər. Məsələn, şəxsiyyəti bildirən sənədlər üçün, cinayətkarı tanıtmaq üçün və sair. Xatirə və səbəbsiz çəkilən foto şəkilləri bəyənməmişlər. Çünki sizin çəkdirdiyiniz şəkillər sonradan naməhrəmlərin əlinə düşə bilər.

2. Təravih namazı 10 və yaxud 20 rükət qılınır. Səhv etmirəmsə ən azı 4 rükət qılınır. Sonda 3 rükət vitr namazı qılınır. Namazlar 2 rükət şəklində qılınır. Vitrin son 1 rükəti isə tək qılınır. Yəni, 2 rükət qılınır, salam verilir və qalxıb 1 rükət qılınır.

3. Təravih vacib namaz deyildir. Savab üçün Ramazan ayı boyunca hər gün qılına bilər.

Doğrusunu Allah bilir!



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
SEVA-35Tarix: Çərşənbə axşamı, 12.10.2010, 18:33 | Yazı # 163
Qrup: Etibarlı
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Allah sizden razi olsun.Menim sehhetimle baqli problem var.Namaz qilmaq ucun sualimi vere bilerem size?
 
UmarTarix: Çərşənbə axşamı, 12.10.2010, 22:28 | Yazı # 164
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Allah cəmi müsəlmanlara kömək olsun və sizə də şəfa versin! Bu bölmə məhz sual-cavab üçündür.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
SEVA-35Tarix: Çərşənbə, 13.10.2010, 16:22 | Yazı # 165
Qrup: Etibarlı
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Assalamu aleykum.Menim 10 ay bundan evvel ayaqim sinib.Hemin vaxtdan ayaqim gipsdedi.Cerrahiyye emeliyyati kecirdikden sonra yene gips qoyublar.15 gunnen sonra yene cerrahiyye emeliyyati kecirecem.Amma bu 10 ay erzinde namazimi oturaq veziyyetde qiliram.Mene deyirler namazun qebul deyil cunku ayaqimi salafan kulyokla sariyib qusul aliram.Men duz edirem ya namazi 20 gunluk saxliyim cerahiyye emeliyyatinnan sonra gipsi cixarannan sonra qezasini qilim?Allah sizden razi olsun.
 
UmarTarix: Cümə, 15.10.2010, 17:21 | Yazı # 166
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

va aleykumus-Sələm. Burda üç hal ola bilər:

1. Gips qoyularkən bacımız dəstəmazlı olmayıb, o zaman vacib olan bədənin qalan bütün yerini yuyub, gips alan yeri yumağın əvəzi olaraq təyəmmüm etməlidir. (çünki su olan yerdə təyəmmüm olmaz, təyəmmüm yalnız yuyula bilinməyən yer üçündür)

2. Gips qoyularkən bacımızın dəstəmazı olub və gips ehtiyac duyulan həddə qədərdir, yəni ehtiyacdan böyük deyildir. Bu zaman bədənin qalan hissələrini yuyur və gipsin bütün hissəsinə yaş əli ilə məsh çəkir.

3. Gips qoyularkən bacımız dəstəmazlı olub, lakin gips ehtiyac duyulan həddən böyükdür, bu zaman bədənin bütün qalan hissəsini yuyur, gipsin ehtiyac duyulan miqdarının hər bir yerinə yaş əli ilə məsh çəkir. Artıq olan hissəsi üçün təyəmmüm alır. Bu, hənbəli məzhəbin görüşüdür.

Əlavə məlumat üçün: Gips və sarğıya məsh çəkmək

Doğrusunuı Allah bilir!



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Cümə, 15.10.2010, 17:22
 
SEVA-35Tarix: Cümə, 15.10.2010, 22:53 | Yazı # 167
Qrup: Etibarlı
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Qardas Allah sizden razi olsun.Men siye namazi qilirdim ve xeste olduqum muddetde mene heqiqi din yolunu gosteren Ehli Sunne namazina getiren insanada minnetdarliqimi bildirirem.Bir sualimda var.Sehhetimle baqli qusul ala bilmedikde teyemmum ala bilerem?Menim veziyyetimde teyemmumun duzgun qaydasi necedir?
 
UmarTarix: Bazar, 17.10.2010, 19:14 | Yazı # 168
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.
Allah cəmi Müsəlmanlardan razı olsun!
Əgər xəstəlik deyildikdə mövcud xəstəliyin ağırlaşmasından qorxulursa və ya xəstəliyinin sağalma müddətinin uzanması qəsd olunursa təyəmmüm almaq olar. Lakin xəstə bir insan qüsl almaqdan rahatsızlıqdan keçirdiyinə görə təyəmmüm almaq istəyirsə, bu halda olmaz. Səbr etməli və etiqad etməlidir ki, rahatsızlığa görə Allah ona mükafat yazır və kiçik günahlarını silir.
Təyəmmüm isə həmişəki kimi adi təyəmmümdür. "Bismilləh" - deyib əllərinizi torpağa batırır və sonra əlinizə hopan tozu üzünüzə və əllərinizə sürtürsünüz:

"...təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün!" Ən-Nisa surəsi, 43-cü ayə.

Doğrusunu Allah bilir!

P.S. Ümid edirik dində möhkəmlənməyiniz üçün bu məqalələrin faydası olar:

Tağut

Şəhadət kəlməsinin şərtləri-1

Şəhadət kəlməsinin şərtləri-2

Əhli-sünnətə görə iman


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Çərşənbə axşamı, 19.10.2010, 01:11
 
My_GodTarix: Cümə, 11.02.2011, 17:36 | Yazı # 169
BACI
Qrup: İdarəçilər
Yazı: 17
Reputasiya: 3
Status: Saytda deyil
Insan destemaz alarken, soyuq havada mutleq isti sudan destemaz almalidir?
 
UmarTarix: Şənbə, 12.02.2011, 16:36 | Yazı # 170
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Soyuq hava şəraitində ehtiyac varsa suyu qızdırmaq olar.

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
_MucahiD_Tarix: Bazar ertəsi, 14.02.2011, 15:58 | Yazı # 171
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Burda videolar bolmesinde Sheytanin_bedennen_cixarilmasi videosu var.Videolar bolmesinde yuxaridan 4-cu video.onlar mirta chekibler bu videonu sizde yerlewdirmisiz bura.Bele saytda ele videonun hech yeri yoxdu... Allah razi olsun bu sayta gore.Chox gozel saytdi.Ama o videonu pozsaz yaxshi olar.

As salamu aleykum va rahmatullahi va barakatuhu!

 
srmammadovTarix: Çərşənbə, 09.03.2011, 12:19 | Yazı # 172
Qrup: İstifadəçi
Yazı: 14
Reputasiya: 0
Status: Saytda deyil
salam
zehmet olmasa Nisa suresinin 24cu ayesinde "istifade etdiyiniz qadinlar" ifadesinin menasini deyerdiniz (eger ereb dilini bilirsizse)
vessalam
 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 13:48 | Yazı # 173
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Rafizi alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən -radıyallahu anhu- müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa rafizi alimlər bildirmişlər.

Rafizi ədəbiyyatında belə hədislər çoxdur, amma isnad - yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna -səllallahu aleyhi və alihi və səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- mö'min əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:
1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-Cami əs-Saqir”, 7887).

4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab -radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin -radıyallahu anhu- İbn Abbasa -radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-Cami əs-Səhih”,1407).

Rafizilər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə -radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta rafizilərə (cəfərilərə) görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam Cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:
“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət - müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).

Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “Cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “Cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).

Beləliklə, rafizi alimlərinin özləri, imam Əlinin -radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin -radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin -radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu - əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin -radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).

Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam Cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) -radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Rafizi (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).

Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 13:49 | Yazı # 174
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
QUR'AN MÜVƏQQƏTİ NİGAH BARƏDƏ NƏ DEYİR

Müqəddəs Qur'an kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir:

«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).

Müvəqqəti nigah bağlayan qadın nə zövcə, nə də cariyə adlanmır. Ona icarəyə götürülən qadın (“musta'cirə”) deyilir.

Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).

Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).

Cariyə - cihad zamanı əsir götürülən qul qadındır. İcarə edilən qadın isə azad da ola bilər. Təkcə bu fakt onu cariyələr sırasından xaric edir.

Barələrində Qur'anda danışılan zövcələrə gəldikdə isə, Allahın onlara aid etdiyi çoxsaylı qanunlar sübut edir ki, icarə edilən qadınlar istənilən halda onlara adi deyil.

Əgər Tanrı övrət yerlərini zövcələrdən və cariyələrdən başqa bütün qadınlardan qorumağı buyurursa, bu o deməkdir ki, cinsi əlaqəyə görə qadını icarə etmək olmaz.

Qur'an arvadlar üçün mirasdan pay tə'yin edir:

«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12).

İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur:

Əhməd bin Məhəmməd rəvayət edir ki, imam Əbu əl-Həsən Rza deyib: “Müvəqqəti nigahı əvvəlcədən kəsilmiş şərtdən asılı olaraq, həm vərəsəlik hüququ ilə, həm də onsuz bağlamaq olar”.

Məhəmməd bin Müslim rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah zamanı veriləcək mehrin qədəri haqqında soruşanda o, deyib: “Öz aralarında danışdıqları qədər… Əgər onlar vərəsəlik barədə razılığa gəlsələr, buna də əməl etməlidirlər”.
Səid bin Yasər rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadınla vərəsəlik haqqında heç nə şərtləşməyən kişi haqqında soruşur. İmam deyir: “Danışılıb, ya yox- onların buna ixtiyarları çatmır” (əl-Hur əl-Amili, “Vəsail əş-Şiə”, fəsil 18, müvəqqəti nigah və şərtləri barədə; əl-Xomeyni,“Zubdat əl-Əhkam”, səh. 248; Mirzə ən-Nuri, “Cəvahir əl-Kəlam”, 30/190; əl-Həsən əl-Hulyi, “Təbsira əl-Mutəallimin fi Əhkam”,səh.258).

Diqqət yetirin ki, rafizilərin sözlərini nöqsansız və düzgün saydıqları imam Rza və Cəfər arasında ziddiyət var. Bundan başqa, imam Cəfərin özünün iki müxtəlif fikri olub.

Qur'an nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:

«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).
«Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230).

Müvəqqəti nigaha boşanmadan son qoyulur:

Zurarə rəvayət edir ki, Əbu Cəfər müvəqqəti nigah barədə deyib: “Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır” (Bax. Şeyx Mirzə əl-Nuri, “Müstədrak əl-Vəsail”, 14/473, hədis 2).

Əli bin Cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: “Nə qədər istəsən” (Bax: “Vəsail əş-Şiə”, 14/480, hədis 3,14/466-470; ət-Tusi, “Təhzib əl-Əhkam”, 8/33-34; Abdullah Niam, “Ruh ət-Təşəyyu”).

Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

Qur'an arvadı ilə cinsi əlaqədə olmuş kişiyə boşanarkən onu kəbin haqqından məhrum etməyi icazə vermir. Əgər onlar buna qədər boşansalar onda qadına haqqın yarısı çatır:

«Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!...» (əl-Bəqərə, 237).

«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!» (ən-Nisa, 20).

Kişi qadına verəcəyi haqqın bir hissəsini verməyə bilər:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: “Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi”. O dedi: “O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Qur'an boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:

«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).
Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: “Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?” O, cavab verir: “Yox” (Əl-Küleyni, “əl-Kafi”, 5/425, hədis 2).

Qur'an ər-arvada məhəbbət və anlaşma şəraitində yaşamağı tövsiyə edir:

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…» (ər-Rum, 21).

İcarə edilmiş qadına ehtram bəsləmək vacib deyil.

Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).

Qur'ana əsasən kişi qadını evlə tə'min etməlidir:

«Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin…» (ət-Talaq, 6).

İcarə edilmiş qadın öz evində yaşayır.

İshaq bin Əmmar imam Rzadan soruşur: “Qadın müvəqqəti nigaha girərkən öhdəlik götürür ki, o hər gün gəlib öz vəzifəsini yernə yetirəcək… Kişi, qadının onun yanına gəlmədiyi günlərə görə onun haqqını kəsə bilərmi?” O cavab verir: “Bəli” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Qur'an dörddən artıq qadınla evlənməyi qadağan edir:

«… o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nigah bağlayın!…» (ən-Nisa, 3).

Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar.

Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).

Qur'an tə'yin edilmiş İDDƏ müddəti bitdikdən sonra boşanmağa icazə verir.

«Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər - başqa ərə getməyib) gözləməlidirlər» (əl-Bəqərə, 228);

«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur» (əl-Əhzab, 49);

«Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər» (əl-Bəqərə, 234).
Müvəqqəti nigahlarda İDDƏ müddəti şəriətə uyğun nigahlardakından iki dəfə qısadır.

İmam Rza rəvayət edir ki, Əbu Cəfər deyib: “Müvəqqəti nigah zamanı İDDƏ müddəti 45 gündür. Ehtiyat üçün 45 gecə gözləmək olar”.

Zurara rəvayət edir ki, Əbu Cəfər deyib: “Əgər onda aybaşı olursa, o zaman İDDƏ - bir aybaşı müddəti, olmursa - 45 gündür”.

Əli bin Yaktın rəvayət edir ki, imam Rza deyib: “Əgər qadınla müvəqqəti nigah bağlamış kişi ölübsə, o zaman qadın 45 gün gözləməlidir”.

Əli bin Ubeydullah rəvayət edib ki, onun atası kimdənsə (!) imam Cəfərin müvəqqəti nigahda olan, əri ölmüş qadının nə qədər gözləməli olduğu haqda soruşduqda onun belə cavab verdiyini eşidib: “65 gün” (“Vəsail əş-Şiə” 14/473, fəsil 22).

Qur'an ərdə olan qadınla evlənməyi qadağan edir.

«(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi) (ən-Nisa, 24).
Kişi ərdə olduğunu gizlədən qadınla müvəqqəti nigah bağladığına görə mə'suliyyət daşımır.

Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).

Fazil imam Cəfərə deyib: “Mən, qadınla müvəqqəti nigah bağladım və mənə elə gəldi ki, onun əri var. Mən onun haqqında öyrəndim və aydın oldu ki, həqiqətən, onun əri var”. O dedi: “Sən onun barəsində niyə öyrənirdin ki?”

Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).

Diqqət yetirin ki, rafizi (cəfəri) toplularında göstərilən hədislərin çoxu «hansısa adamlardan» rəvayət olunur. Bu, o deməkdir ki, onları danışan mə'lum deyil. O, yalançı, hətta İslamın düşməni də ola bilər. Sünnü alimlər bu cür hədisləri qətiyyən qəbul etmirlər.

Qur'ana əsasən arvadını xəyanətdə günahlandıran kişi, bu barədə dörd dəfə and içməli və haqlı olduğunu təsdiq etmək üçün bir dəfə yalan danışına lə'nət deməlidir.

«Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri sözünün doğru olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billəhi - Allahı şahid gətirirəm, deyə şəhadət verməlidir). Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir). Qadının da (hakimin hüzürunda) ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir)» (ən-Nur, 6-9).

Bunlar müvəqqəti nigaha aid deyil.

İbn Əbi Yafur rəvayət edir ki, imam Cəfər deyib: “Müvəqqəti nigahda olan kişi və qadın günahsız olduqlarını təsdiq etmək üçün xüsusi and içməməlidirlər” (əl-Hulyi, “Şərai əl-İslam”, səh 2/306; “Cəvahir əl-Kəlam”, 30/189 və s.)

Qur'an arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bə'zi qaydalar müəyyən edib.

«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).

Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz e'lan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 13:55 | Yazı # 175
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Srmammadov! Buyur qardaş buda nisa sürəsinin 24-ci ayəsinin izahı

Bütün bu sübutlara baxmayaraq rafizi (cəfəri) alimlər hesab edirlər ki, müvəqqəti nigah Qiyamət gününə qədər icazə verilib. Onlar Uca Allahın bu sözlərinə əsaslanırlar: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz…» (ən-Nisa, 24).
Rafizi ədəbiyyatı bu ayənin müvəqqəti nigaha aid olduğunu göstərən hədislərlə doludur. Rafizilər əmindirlər ki, bu cür təfsir düzgündür. Amma gəlin ilk qaynaqlara mürəciət edib sünni və cəfəri alimlərinin bu ayəyə nə cür təfsir verdiklərinə baxaq.

Sünni təfsirçilərin çoxu bu ayənin müvəqqəti nigaha deyil, daimi nigaha aid olmasında yekdildirlər. İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).

Eyni fikri əl-Məvaridi Qurana verdiyi təfsirində (2/471) söyləyir.

Nizam əd-Din ən-Nisaburi bu ayə haqqında yazır: “Söhbət daimi kəbindən gedir. Amma bəziləri Hesab edir ki, bu müvəqqəti nigahdır. İslamın erkən çağlarında ona icazə verilməsi haqqında alimlər həmfikirdirlər. Müsəlmanların əksər çoxluğu müvəqqəti nigahın sonradan qadağan olduğuna inanırlar” (Nizam əd-Din ən- Naysaburi, “Qaraib əl-Quran və Raqaib əl-Furqan”, 4/15).

Əş-Şinqiti yazır: “Bu ayə daimi nigaha aiddir, müvəqqəti nigaha yox. Onun mənasını başa düşməyənlər o cür bilirlər” (əş-Şinqiti, “Ədva əl-Bəyan”, 1/134).

Məhəmməd əs-Seyid ət-Tantavi yazır: “Onun təfsiri belədir: “Qadınlarınızı onlarla daimi nigahdan aldığınız məmnunluğa görə mehrlə mükafatlandırın” (Məhəmməd əs-Seyid ət-Tantavi “əl-Vasit”, 3/144).

Ən-Nuhus yazır: “Alimlər hesab edirlər ki, söhbət daimi nigahdan gedir. Beləki, Allah ümumiyətlə Quranda müvəqqəti nigaha icazə verməyib” (ən-Nuhus, “ən-Nəsxh və əl-Mənsux”, səh. 102).

Bu fikri ət-Təbəri, əl-Bəydəvi, İbn Kəsir və s. sünni təfsirçiləri təsdiqləyirlər.

O ki, qaldı rafizi təfsirçilərinə, onlarda ayənin hər iki təfsirini deyirlər.

Ət-Təbrisi bu ayə haqqında yazmışdır: “Əl-Həsən, Mücahid, İbn Zeyd, əs-Suddi deyiblər ki, ayənin mənası odur ki, kişi qadınından daimi nigah və ona mehr hədiyyə etməsinə görə zövq alır. İbn Abbas, əs-Suddi, İbn Səid və tabiinlər qrupu hesab ediblər ki, bu müvəqqəti nigahdır və bu imami şiələrin fikridir” (ət-Təbrisi, “Məcmu əl-Bəyan”, 5/71).

Ət-Tusi yazır: “Əl-Həsən, Mücahid və İbn Zeyd deyiblər ki, bu daimi nigahdır. İbn Abbas və əs-Suddi hesab ediblər ki bu müvəqqəti nigahdır, və bizim tərəfdarlarımız da belə hesab edirlər” (ət-Tusi, “ət-Tibyan”, 3/165).

Abdullah Şibar (“əl-Cauhar əs-Səmin”, 2/31), MəHəmməd əl-Məşhədi də (“Kənz əd-Dəqaiq”, 2/414) iki cür fikir irəli sürürlər ki, onların hamısı Quranın tanınmış rafizi təfsirçiləridir.

Buradan görünür ki, rafizi alimlər ayənin daimi nigahla əlaqədar nazil olmasını inkar etmirlər, lakin, əslində Abdullah bin Abbas -radıyallahu anhu- tərəfindən irəli sürülməyən, sonralar isə rədd etdiyi digər rəyə üstünlük verirlər.

İbn Abbasın -radıyallahu anhu- «ən-Nisa» surəsinin 24-cü ayəsi haqqında dedikləri də bunu sübut edir: “Bu ayə ləğv edilməyib, amma o müvəqqəti nigah barəsində nazil olunmayıb”. Bu hədisi əl-Qeysi “əl-İidah li nasix əl-Qur'an və mənsuxih” əsərində səh. 221-də rəvayət edib.

Amma gəlin bu surədə nədən bəhs edildiyini anlamaq üçün onun mətnini birlikdə araşdıraq. «ən-Nisa» surəsinin 23-25-ci ayələrində Uca Allah deyir: «Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınların qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir alaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə siz (haram edildi). Bunlardan başqalar isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar….».

Rafizilərin istinad etdikləri ayələrin altından xətt çəkilmişdir. Sünni alimlər hesab edirlər ki, onlar daimi nigaha aiddir. Diqqət yetirin ki, buna qədər söhbət daimi nigahdan gedirdi. Bu yalnız qeyd edilən parçadan- «Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar» sözlərindən sonra qurtarır. Bu parça müvəqqəti nigaha aid deyil, çünki buna qədər də, bundan sonra da söhbət yalnız daimi nigahdan gedir.

Bə'zi adamları ayədə istifadə olunun “istəmtə'a” fe'li çaşdırır ki, mə'nası - “həzz almaq, istifadə etmək” deməkdir. Bu söz “təmattə'a” (müvəqqəti nigah bağlamaq) fe'li ilə eyniköklüdür. Rafizilər hesab edirlər ki, bu, müvəqqəti nigahı bildirən şəriət terminidir. Amma bu belə deyil. “İstəmtə'a” fe'li Qur'anda başqa mə'nalarda da işlədilib. Uca Allah xəbər verir ki, kafirlər ona bu sözlərlə müraciət edəcəklər: «Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (“istəmtə'a”) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!» (əl-Ənam, 128). Bu sözə həmçinin «ət-Tövbə» 69-da və «əl-Əhqaf» 20-də rast gəlmək olar və burada da bunlar müvəqqəti nigah mə'nasında deyil.

«Ən-Nisa» surəsində istifadə olunan bu fel həm də onu göstərir ki, kişi öz qadını ilə birgə həyat sürdüyü müddətdə ondan zövq alır. Cəfəri məzhəbinə mənsub olan əs-Səbzəvari və Məhəmməd əl-Məşhədi, uyğun olaraq “əl-Cədid fi təfsir əl-Quran əl-Məcid” və “Kənz əd-Dəqaiq” əsərlərində məhz bu haqda yazırlar. Beləliklə, bu ayədə “istəmtə'a” felinin sevinc, zövq, həzz ifadə etdiyi görünür ki, bunu da insana daimi nigah verir və heç kimin haqqı yoxdur ki, uyğun həzzin müvəqqəti nigahla alınması iddiasında olsun.
Rafizilər “istəmtə'a” felinin təfsirini qadına mükafatın kişinin həzz almasından sonra verilməsi kimi Allahın xatırlatması ilə əsaslandırırlar. Axı müvəqqəti nigah zamanı göstərdiyi xidmətin sonunda qadına haqqı ödənilir. Amma daimi nigah zamanı isə qadına ailə həyatından əvvəl mehr verilir. Bu heç də tutarlı sübut deyil. Bundan əlavə, bu ümumiyyətlə dəlil sayılmır. Çünki Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun…» (əl-Maidə, 6). Bu vaxta qədər heç kim bəyan etməyib ki, dəstəmazı namaz qılan şəxs məhz namaza başlayarkən almalıdır. İş orasındadır ki, ərəb diləndə belə ifadə tərzi mövcuddur.

Rafizilər həm də onu dəlil gətirirlər ki, ayədə mənası “mükafat”, “əvəz” olan “əcr” (“ucur”) sözündən istifadə olunub. Məlumdur ki, daimi nigah zamanı qadın mükafat deyil, mehr alır. Onlar unudurlar ki, Uca Allah Quranda bir neçə yerdə mehri “əcr” (“ucur”) adlandırıb:

«…Namusunu qoruyan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! …» (ən-Nisa, 24);

«… Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır…» (əl-Maidə, 5);

«Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50);

«… Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin…» (əl-Mumtəhinə, 50).

Məşhur şiə alimi ət-Təbrisi Allahın «Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50) ayəsini təfsir edərək yazır: “Bu mehrdir. Çünki mehr intim yaxınlığın mükafatıdır.”
Ərəb dilini və Quranın stilistik xüsusiyyətlərini bilmək, qətiyyətlə bəyan etməyə imkan verir ki, bu ayənin müvəqqəti nigahla heç bir əlaqəsi yoxdur. Odur ki, müqəddəs Quranda müvəqqəti nigaha aid Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- onu qadağan edənə qədər və ondan sonra icazə verən heç bir ayə yoxdur.

Hətta müqəddəs ayələri təhrif etməklə, - insan öz əməllərinə haqq qazandırmaq üçün nələr etməz -rafizilər sonuncuya əsaslanırlar.

Dahi sünni alimlərinin hədis toplularında İslamın ilk dövrlərində bəzi müsəlmanların müvəqqəti nigah bağladıqlarını bildirən hədislər verilir.

İmam Müslim bu barədə bir çox hədis rəvayət edib. Belə ki, Cabir bin Abdullah və Sələmə bin əl-Əqva -radıyallahu anhum- rəvayət ediblər ki, Allah Rəsulunun -səllallahu aleyhi və alihi və səlləm- carçısı onların qarşısına çıxaraq xəbər verib ki, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- müvəqqəti nigaha icazə verdi (Müslim, “əl-Cəmi'i əs-Səhih”, 1405). Lakin onlar bu toplularda icazənin sonralar qadağan edildiyini bildirən bir çox səhih hədislərin olmasının üstündən sükutla keçirlər.

Onlar “təməttə'a” felinin həmçinin “ümrədən sonra həcc etmək” (“təməttə'a”- həccin bir növüdür- tərc.) mənasını bildirdiyini iddia edirlər.

Əl-Buxarinin “əs-Səhih” əsərində İmran bin əl-Hüseynin, onların Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- vaxtında ümrədən sonra həcc (“təməttə'a”) etdiyini bildirən hədisi verilir. Onun söylədiyi başqa hədis də vardır: “Allahın kitabında “mut'a” (“mut'a”- həm ümrədən sonra həcc, həm də müvəqqəti nigah kimi tərcümə olunur- tərc.) haqqında ayə nazil olub. Biz bunu (həcci-tərc.) Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- ilə yerinə yetirirdik. Bundan sonra nə Quranda, nə də Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- tərəfindən ölümünə qədər qadağan olunmadı…” (əl-Buxari, “əs-Səhih”, “Ümrədən sonra həcc” fəsli).

Oxşar hədis imam Əhmədin “əl-Müsnəd” əsərində də verilir. Orada söhbət «…(Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs…» (əl-Bəqərə, 196) ayəsindən gedir. Amma rafizilər onu hədisin mətnindən özlərinə uyğun hissənin “təməttə'a” sözü ilə əlaqələndirib başqa məna verərək təfsir edirlər. Bu isə onların alimlərinin öz kitablarında istifadə etdikləri hiyləgər üsullarındandır. Bunun təsdiqi üçün onların adları çəkilən kitablarına baxmaq kifayətdir:

Muhsin əl-Əmin, “Naqd əl-vaşiə”, səh. 273; Məhəmməd əl-Husən, “Asl əş-Şiə və usuluhu”, səh. 94-100; ət-Təbrisi, “Məcmuə əl-Bəyan”, 5/71-72; ət-Tusi, “ət-Tibyən”, 5/71-72; və s.
Onların sözlərini “Fəth əl-Bari şərh səhih əl-Buxari”, 3/505; “Səhih Muslim bi şərh ən-Nəvəvi”, 9/208; “Səhih Sunən ən-Nəsai”, 2/76; “Səhih Sunən İbn Macə, 2/166 hədis toplularındakı faktlarla müqayisə etsəniz əmin olacaqsınız ki, tanınmış rafizi alimləri faktları qəsdən təhrif etməkdən heç utanmayıblar.

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 13:55 | Yazı # 176
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Daha bir misal.

Abdul-Hüseyn əl-Musəvi (Heç kimi Hüseynin qulu adlandırmaq olmaz, çünki bütün insanlar yalnız Allahın quludurlar!- tərc.) öz kitabında yazır: “Ömərin oğlu Abdullahdan -radıyallahu anhu- müvəqqəti nigah haqqında soruşdular. O cavab verib ki, - bu haqda “əs-Səhih ət-Tirmizi”də deyilir - “Buna icazə verilir”. Ona: “Sənin atan bunu qadağan edib”- deyiləndə, o cavab verib: “Allahın Peyğəmbərinin yerinə yetirdiyi bir şeyi, əgər onu mənim atam qadağan etsədə necə ola bilər ki, biz Peyğəmbərin sünnəsini tərk edərək, atamın sözünə əməl edək?” (Abdul-Hüseyn əl-Musəvi, “Məsəil Fiqhiyyə”, “Ömərin fikrini kimlər rədd etdi” fəsli, səh.84 ).

İbn əl-Mutahhirə əl-Hulyinin “Nəhc əl-Haqq və Kəşf əs-Sıdq” əsərində səh. 283-də, Məhəmməd Camal əd-Dinin “ər-Rauda əl-Bəhiyə” əsərində 5/283-də və s. ət-Tirmizinin toplusuna istinad edən oxşar məzmunlu hədislər verilib.

“Səhih ət-Tirmizi” əsərində səh.190-da həqiqətən belə məzmunlu hədis var. Lakin orada söhbət müvəqqəti nigahdan deyil, ümrədən sonra həcc etməkdən gedir. Bu barədə həmçinin Əhməd bin Hənbəlin “əl-Musnəd”, 2/95; İbn Qudamənin “əl-Muğni”, 3/281 əsərlərinə baxmaq olar.

Abdullah bin Ömərdən -radıyallahu anhu- müvəqqəti nigah barədə soruşulanda cavab verib: “Bu əxlaqsızlıqdan başqa bir şey deyildir” (İbn Əbi Şeybə, “əl-Musənnəf”, 4/292-293, səhih hədis).

Beləliklə, biz xəlifə Ömər bin əl-Xəttabın -radıyallahu anhu- öz xəlifəliyi dövründə ümrədən sonra həcc etməni qadağan etməsi mövzusuna toxunduq. Həqiqətən o, “təməttə'a”-nı qadağan edib. Lakin bu sözlə zəvvarın bir ümrəni yerinə yetirməklə dayandırılan həcc və ya həcc ziyarəti üçün nəzərdə tutulan üç aydan birində edilən ümrədən sonrakı həcc nəzərdə tutulur.

Cabirin -radıyallahu anhu- rəvayət etdiyi hədisdə deyilir: “Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- vida həcci zamanı qurbanlıq heyvanları olmayan əshabələrə buyurdu ki, həcc əvəzinə ümrə ziyarətini etsinlər” (Müslim, “əs-Səhih”).
İmam Əhməd və bir çox zahirilər hesab ediblər ki, buna Qiyamət gününə qədər icazə verilir. Əbu Hənifə, Malik və əş-Şafii deyiblər ki, Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- bu cür edib ki, insanlar bilsinlər ki, belə etmək olar. Axı cahiliyyə zamanı ərəblər həcc aylarında ümrə etməzdilər. Bu alimlər Əbu Zərrin Müslimin “əs-Səhih”ində rəvayət olunan “ümrəni etmək üçün həccin dayandırılması göstərişi” peyğəmbərin əshabələrinə aiddir hədisinə əsaslanıblar. Əgər xəlifənin etdiyi qadağanı bu cür başa düşsək, şəriətə zidd heç bir hərəkət yoxdur.

Bununla belə bəzi alimlər hesab edirlər ki, o ümrədən sonra həcc etməyi qadağan edib və bu haqda «əl-Bəqərə» surəsindəki ayə nazil olub. İş orasındadır ki, Əbu Bəkrin və Ömərin -radıyallahu anhumə- zamanında müsəlmanlar Məkkəyə həccin əvvəlində gəlirdilər. Bu asan olduğu üçün bir çoxları əlavə çətinliklərlə özlərini əziyyətə salmaq istəməmişlər. Ömər -radıyallahu anhu- onlara həcc ihramına ümrədən dərhal sonra girməyi qadağan etmişdir ki, onlar Məkkəyə qabaqcadan gəlsinlər və Allahın evində canlanma olsun. Öz hərəkəti ilə o, insanlara günah işləməyi əmr etməyib, amma şəriətlə seçimdə sərbəst olanı (mübahı) qadağan edib ki, onlar daha çox savab qazana bilsinlər.

Ömərin bu hərəkətini qiymətləndirən Yusif bin Məhiq deyir: “Ömər ümrəni həcc aylarında qadağan etdi ki, başqa şəhərlərin sakinləri il boyu ümrə etməklə Məkkəlilər bundan gəlir əldə etsinlər.”

Urva bin Zubeyr deyir: “Başqa aylarda Kəbənin boş olmaması üçün Ömər həcc aylarında ümrəni bəyənmirdi.”

İbn Kəsir yazır: “Əvvəldə dediyimiz kimi bu şəriət adından edilən qadağan deyildi, insanlar üçün öhdəlik də sayılmırdı. Onun məqsədi insanları ziyarət münasibəti ilə Məkkəyə cəlb etmək idi ki, zəvvarlar Allahın Evini tez-tez ziyarət etsinlər” (İbn Kəsir, “əl-Bidayə və ən-Nihayə”).
İbn Abbas Ömərin -radıyallahu anhu- belə dediyini rəvayət edir: “Allaha and olsun, mən sizə ümrədən sonra həcci qadağan edirəm, amma bu Quranda nazil olub və Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- belə edib” (ən-Nəsai, 5/153).

Əl-Beyhəqinin rəvayət etdiyi Ubeyd bin Umeyrin hədisində Əli bin Əbu Talibin -radıyallahu anhu- Ömərə -radıyallahu anhu- belə dediyi bildirilir: “Sən həccdən sonra ümrəni qadağan etmisən?” O cavab verdi: “Xeyr, amma mən istəyirəm ki, insanlar Allahın Evini ziyarət etsinlər.” Bu zaman Əli -radıyallahu anhu- dedi: “Kim ancaq həcc edərsə, o, düz etmiş olur, və kim ümrədən sonra həcc edərsə, o, Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə əməl etmiş olur.”

Ömərin ümrədən sonra həcci qadağan etməsi, müvəqqəti nigahı qadağan etməsindən kəskin fərqlənir. Birinci halda əshabələr onun hərəkətini bəyənmədilər. Əli bin Əbu Talib, Abdullah bin Ömər, İbn Abbas, İmran bin əl-huseyn -radıyallahu anhum- və bir çox başqaları bununla razılaşmamışlar. Ömər isə onları bu qərarla razı olmağa məcbur da etmirdi.

Əbu Səid rəvayət edir: “Ömər moizə edərək demişdir: Uca və qüdrətli Allah Öz Peyğəmbərinə istədiyini icazə verdi və Allahın Peyğəmbəri -səllallahu aleyhi və alihi və səlləm- bu yolla getdi. Allah rizası üçün Uca və Qüdrətli Allahın buyurduğu kimi həcc və ümrə edin, amma cinsiyyət üzvlərinizi bu qadınlardan qoruyun” (müvəqqəti nigah nəzərdə tutulur- tərc.) (Əhməd, 1/17 (104)).

Müvəqqəti nigahla əlaqəli qadağana gəldikdə isə əshabələr -radıyallahu anhum- onu müdafiə etmişlər. Çünki o insanlara Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəyi gətirdiyini xatırlatdı (Əhməd bin Teymiyyə, “Məcmuə əl-Fətava”, 33/96 ).

Bütün bu deyilənlərdən görünür ki, bəzilərinin müvəqqəti nigahı qadağan etməsinə görə Öməri -radıyallahu anhu- təqsirkar bilmələri əsassızdır. Bu eyni ilə ümrədən sonra həcc məsələsindəki qərara da aiddir. Bunlar onun Quran və Peyğəmbər hədislərinə əsasən etdiyi şəxsi ictihadları idi. Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- isə bu haqda buyurub: “Əgər hakim sərbəst olaraq hökm verərsə və haqlı olarsa, ikiqat savab qazanar. Əgər səhv edərsə, bir savab qazanar” (Müslim, 1716 və əl-Buxari).

 
srmammadovTarix: Çərşənbə, 09.03.2011, 14:55 | Yazı # 177
Qrup: İstifadəçi
Yazı: 14
Reputasiya: 0
Status: Saytda deyil
Anar1985
salam aleykum.
turk-arab (arapcasozluk dot net) tercume saytlarindan birinde "Istemte'a" sozunu erebce yazmisham menalari bele oldu: bisheyden zevk almaq, zevklenmek.
bu ayede de bashqa ele bir shey yoxdur ki o sozu izah etsin.siz hansisa alimin sozunu ve ya hedisi getirirsiz.Amma QURAN ozu bele deyir.Hedis ve ya hansisa alimin sozu sonraki meseledir.nece basha dushek?
vessalam
 
srmammadovTarix: Çərşənbə, 09.03.2011, 15:19 | Yazı # 178
Qrup: İstifadəçi
Yazı: 14
Reputasiya: 0
Status: Saytda deyil
Anar1985
bele bir shey de tapdim.hedis sehihdir
Muslum ibni Heccac Cabir ibni Abdullahin və Selamet ibni Akunun bele buyurduqlarini neql edir: ''Allahin Peygemberi size istimtanin icazesini verdi, yani muveqqeti evlenmeni inayət etdi.'' Peygəmberin carchisi bizim yanimiza gelib dedi: ''Allahin Peygemberi size istimtanin yani muveqqeti evlenmeyin icazesini verdi.'' (''Sahihi Muslum'' c. 4, seh.130, Misir chapi)
ardiyca da qeyd olunur ki Mute peygemberin vefatindan sonra legv olundu...
 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 15:59 | Yazı # 179
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
srmammadov! Düzdü tapdığınız hədis səhihdir, lakin bu siyğə qadağan olunmamışdan qabaq idi, sonra isə eyni kitabda (yəni-Muslimdə) Siyğə ləğv olundu. Necə ki özündə qeyd etmisən.
 
srmammadovTarix: Çərşənbə, 09.03.2011, 16:03 | Yazı # 180
Qrup: İstifadəçi
Yazı: 14
Reputasiya: 0
Status: Saytda deyil
Anar1985
amma bu barede aye yoxdur axi..
hem de vehy peygemberle bitdi.sizin islam bilikleriniz menimkinden yeqin ki choxdur.ne de men sige terefdari deyilem.amma mentiqle baxanda eger legv olunasi bir shey idise niye Peygember vaxtinda legv olunmadi?bax bu suallar meni narahat edir.hem de ciddi.bu ish haramdi ya deyil?haramdirsa neye esasen?
salam aleykum
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru