[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 4
  • 1
  • 2
  • 3
  • 4
  • »
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
Axirət Dünyası
TeraneTarix: Cümə, 28.09.2012, 16:37 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: «O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23)

Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: «Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir. Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir. Sələfin görüşü budur. Və onlar belə bilirlər ki, insanın nemətləndirildiyi ən kamil nemət Allahın Üzünə baxmaqdır. Buna görə Peyğəmbər (s.ə.s) duası belə idi: «Səndən, Sənin Üzünə baxmağın ləzzətini istəyirəm» Ləzzətli nəzər ona görə dedi ki, o baxışda əzəmətli ləzzət var. Onu ancaq Allahın neməti və fəzilətinə çatanlar bilər. Allahdan məni və sizləri onlardan etməyini arzu edirəm. Sələfin icma etdiyi «Allahı görmə»nin həqiqəti budur.
Kim iddia eləsə ki, Allah gözlə görülə bilməz və ya bu yəqinliyin kamilliyidir, onun bu sözü batildir və dəlillərə ziddir. Çünki yəqinliyin kamilliyi bu dünyada da mövcuddur. Necə ki, Peyğəmbər (s.ə.s) «İhsan» sözünün təfsirində, izahında belə deyir: «İhsan odur ki, Allaha onu gördüyün kimi ibadət edəsən, əgər sən onu görmürsənsə, bil ki, O səni görür» Sənin Allaha Onu gördüyun kimi ibadət etməyin, yəqinliyin kamilliyidir.
Allah dünyada gözəgörünməzdir. Musa Allahı gözlə görmək niyyətində olarkən Rəbb ona bildirir ki, Onu dünyada görə bilməz. Bu mümkün deyildir, hətta möhkəm və güclü dağ belə buna dözə bilməz: “Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı:
“Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü.” (əl-Əraf, 143).
Qiyamət günü möminlər Allahı görməyə qadirdilər. Cənnətdə bəndələrə bəxş ediləcək ən böyük nemət əzəmətli və kəramətli Rəbb olan Sübhənəhuya baxmaqdır. Bu böyük nemətdən kafirlər məhrumdular:
“Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!” (əl-Mutəffifun, 15).
“O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamət, 22-23).
Bu adamlar möminlərdir: “Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!” (əl-Mütəffifun, 22-24).
Allah təalanın mübarək üzünə bu nəzər möminlərə vəd edilmiş əlavə mükafatdır:
“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26). Hər iki “Səhih”də Cərir bin Abdulladan (Allah ondan razı olsun!) bu hədis verilir: Peyğəmbərlə (Ona və onun ailəsinə Allahın salavatı və salamı olsun!) oturmuşduq. Ayın 14-də gecə aya baxdıq. O dedi: “Siz öz Rəbbinizi bunu gördüyünüz kimi görəcəksiniz. Ona baxmaqla zərər görməzsiniz. Əgər bacarsanız günəş çıxmamışdan namaza çox uymayasınız və günəşi qürubuna qədərki namaza əməl edin”.
Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.
Çünki onun misli yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).
İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.
Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.
1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58).
2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64).
3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünki bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz yoxdur.
Müsəlman bacı və qardaşlarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyrənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.
1. TƏHRİF – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İSTİVA – ucalmaq sözünə, LƏ – şəkilçisi artıqmaqla İSTƏVLƏ hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ – sözünü, HİNTƏ – «buğda» sözü ilə əvəz etdilər. (əl-Bəqərə 58-59). Allahın ƏL – sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164) – ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.
2. TƏTİL – Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək.
3. TƏMSİL – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin TƏŞBİH – də deyilir. Bənzətmək. «Onun bənzəri heç bir şey yoxdur». (əş-Şura 11). Bu ayə bu cür düşünənlərin fikirlərini alt-üst edir.
4. TƏKYİF - Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b. Müslim deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs – rahmətullahi aleyhi – dən İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin». İmam Zuhri – rahmətullahi aleyhi – deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar». İbn əl-Cövzi – rəhmatullahi aleyhi – İmam Əhməd – rahmatullahi aleyhi- in Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy etdiyini siz də nəfy edin».
QİYAMƏT GÜNÜ MÖMİNLƏRİN RƏBLƏRİNİ GÖRMƏLƏRİ

Əhli Sünnə vəl Cəmaat yəni Sələfi Salihin ittifaq ilə bu fikirdədirlər ki, Qiyamət günü möminlər öz Rəblərini heç bir əziyyət çəkmədən görəcəklər. Bunu sübut etmək üçün Quran və Sünnədə gələn dəlillərə baxaq.
«O, gün üzlər Rəbbinin gül cəmalına baxıb sevinəcəkdir». (əl-Qiyamə 22-23). Bu ayə altı kəlmədən ibarətdir ki, bunların beşi Allahın görülməsinə dəlalət edir.
1. VUCUHUN – üzlər.
Müxaliflər qeyd edirlər ki, bu ayədə olan görmək qəlbnəndir. Lakin bu səhv fikirdir. RAƏƏ – sözü ərəb dilində iki cürdür.
1). BƏSARİYYƏ – gözlə, 2). QULUBUN – qəlblə.
Bu ayəyə gəlincə isə, Allah buyurmadı ki, QULUBUN – qəlblər o gün sevinəcək. Əksinə Allah buyurdu: VUCUHUN – üzlər o gün sevinəcək. Gözlər də üzdə olduğu üçün nəzər salacaqdır. Bir məsələ də var ki, qəlb nəzər sala bilməz, gözlər isə nəzər sala bliər.
2). YƏUMƏİZİN – o, gün.
Məgər qəlb Allahın olduğunu bilmir. Hətta kafir belə olsa çətin anlarında əllərini göyə qaldıraraq dua edir. Lakin Allahın o, günü xüsusiləşdirməsi məhz möminlərin öz Rəbblərini görəcəyinə işarədir.
3). NƏDİRA – üzlər ağ, sevinc içində.
Niyə Allah möminləri ayırdı, onlara sevinc içərisində olacaqlarını buyurdu. Çünki möminlərdən fərqli olaraq kafirlər o günü öz Rəbblərini görməyəcəklər. «Qiyamət günü onlarla Rəbləri arasında hicab çəkiləcək və onlar Rəblərini görməyəcəklər». (əl-Mutəffifin 15).
4). İLƏ – tərəf.
Yəni Rəblərinə tərəf baxacaqlar. Əbu Səid əl-Xudri – radıyAllahu anhu – rəvayət edir ki, Rəsulullah – sallAllahu aleyhi və səlləm – in zamanında bir qrup insanlar: «Ya Rəsulullah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Rəsulullah – sallAllahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O, buyurdu: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz».
5). NAZİRA – nəzər salacaqlar.
Müxaliflər şübhə salmaq üçün bu ayəni dəlil gətirirlər. «Gözlər onu dərk edə bilməz, lakin o, gözləri dərk edər». (əl-Ənam 103). Sözsüz ki, nə bu dünyada, nə də axirətdə Allahı heç bir məxluq dərk edə bilməz. Lakin insan baxdığı, bir şeyi görə bilər lakin dərk etməyə bilər. Ağıllar onu bilirlər, lakin bilməkləri ilə onu dərk edə bilmirlər. Buna görə də dərk etmək tamamilə ayrı bir şey, görmək isə tam başqa bir şeydir. «Onlar taxtlar üstündə (əyləşib) tamaşa edəcəklər». (əl-Mutəffifin 24).
Muxaliflərin digər bir şübhələri: «Musa, Ey Rəbbim! Özünü mənə göstər sənə baxım» dedi Allah: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən». (əl-Əraf 143). Lakin əksinə bu ayə elə onların özləri üçün bir dəlildir. Müxaliflərin dediyinə görə bu ayədə olan LƏN TƏRANİ – kəlməsi əbədiyyən nəfy ifadə edər. Bu görmənin heç vaxt həqiqət olmayacağına dəlalət edir. Dil baxımından isə doğru deyildir. Allah Qurani-Kərimdə Yəhudilər haqqında buyurur: «Yəhudilər deyirlər ki, bizim yerimiz Cənnətdir. Orada bizə gözəl nemətlər hazırlanıb. (Ya Məhəmməd!) Sən onlara (yəhudilərə) de: Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və bu sözünüz doğrudursa (Allahdan) ölüm istəyin! (Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzular). (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər». (əl-Bəqərə 95-96). Ayədən də göründüyü kimi Lən – onlar ölümü bu dünyada təmənna etməyəcəklər. Digər bir ayədə isə: «Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O,isə (min ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). Cəhənnəmdə isə ölümü təmənna etdiklərini görürük.
Digər tərəfdən Musa – əleyhissəlam – Allahın Rəsulu, onun kəlimi olduğu halda, Allah haqqında nəyin imkansız olduğunu daha yaxşı bilirdi. Əgər onun görülməsi imkansız olsaydı belə bir istəklə Allaha müraciət etməzdi. Peyğəmbərlərin həyatlarına baxsaq görərik ki, onlar Allaha layiq olmayan bir şeylə müraciət etdikdə Allah onları dərhal düzəldərdi. Məs: Nuh – əleyhissəlam – öz oğlu üçün kömək istədikdə, İbrahim – əleyhissəlam- öz atası üçün, Muhəmməd – sallAllahu aleyhi və səlləm – öz əmisi üçün kömək istədikdə Allah onlara qadağan etdi. Musa – əleyhissəlam – a isə bu qadağanı qoymadı, əksinə: «Tur dağına bax» deyə buyurdu. Buna görə də Allah: «Sən məni əsla görə bilməzsən» - buyurduğunun mənası, dünyada məni görə bilməyəcəksən deməkdir. İnsanların dünyada Allahı görmək gücləri yoxdur. Çünki əbədi olan Allahı fani olan məxluq görə bilməz. Cənnətdə isə əbədi həyat olduğuna görə əbədi olan insan Allahı görəcəkdir. Allah bizi də onlardan etsin. Amin!
Məqalələri elminə etibar etdiyim qardaşın tərcümə etdiyi kitabdan götürmüşəm.
Vəs-Sələmu aleykum va rahmətullah
Əqidət-ut-Təhaviyyədən daha bir bir çıxarış:
İslam dünyasının bəzi şəxslərinin Allahı cənnətdə görməni təxəyyüllərinə və ağıllarına əsaslanaraq təfsir etmələri, ona düzgün baxışlı bir iman sayılmır. Çünki məsəlyə mühakimə yolu ilə şərh ermək Allahın rəbliyinə əlavə edilən anlayışların hamısının təfsir edilməsi mənasını verir. Təfsirçilikdən əl çəkmək və itaət yoluna qədəm qoymaq müsəlmanlara xas olan dindir. (Sifətləri) inkar etməkdən (funksiyalaşdırmaq) və oxşatmadan (bənzətmədən) çəkinməyən bir adamın ayağı sürüşər və (çatışmazlıq, eyb, qüsur və başqa hallarla bağlı) mənəvi paklığa nail ola bilməz.
Şübhəsiz ki, Uca və Cəlil olan Rəbbimiz vəhdaniyyət sifətləri ilə təfsir edilmişdir. Bir və Tək olan sifətlərinə sahibdir. Yaratdıqlarından heç biri Onun sifətlərindəki mənalara malik deyil.
Şərh: Müsəlmanlar arasında Uca Allahı görməni ağlına və istəklərinə görə şərh edən və yaxud özünün Onun keyfiyyətini biləcəyini söyləyənlərin bu barədə əqidəsi düzgün əsaslara söykənmir. Belə insanlar xətaya yol verənlərdir. Röyətə (görməyə) tam mənasıyla əminliyi olmayanlardır. Çünki görmənin gerçəkliyini və keyfiyyətini Allahdan başqa heç kim bilə bilməz. Görmə (röyət) və yaradıcı Rəbbimiz haqqında edəcəyimiz ən doğru təfsir odur ki, insanlar (Onun sifətlərini), bu dünyada adət etdikləri şəkildə izah etməsinlər və keyfiyyət verməsinlər. Əksinə, bunun mənası (Quran və sünnədə) necədirsə, ona belə də iman gətirləmiyik. Onun keyfiyyətini araşdırmamalıyıq. Bu mövzuda Allahın və Peyğəmbərin (Ona və ailəsinə Allahın slaam və salavatı olsun!) buyurduqlarına iman gətirib təslim olmalıyıq.
Bu, Uca Allahın Öz Peyğəmbəri ilə müsəlman qullarına göndərdiyi həqiqi dindir. Müsəlmana zəruri olan aşağıdakı iki şeydən çəkinmək lazımdır:
1. Allahın Onun Özünü vəsf etdiyindən başqa tərzdə vəsf edərək haqq yoldan azmaq və Allahın Özünü vəsf etdiyi əsil məqsədindən kənara çıxıb yayınmaq;
2. Uca Allahın sifətlərini, adlarını, zatını və fəaliyyətini yaratdıqlarına bənzətmək.
“Ona bənzər heç bir çey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” Şura, 42/11.
Ayənin birinci yarısı Allaha oxşarlığı və bənzərliyi inkar edir, ikinci yarısı isə Onun sifətlərinin isbatıdır. Ayı paklıqla isbatı bir yerdə nəzərdə tutmuşdur. Kim ki, bu iki haldan çəkinməzsə, ayağı sürüşər və imanında xətaya yol verər, həqiqəti tapa bilməz. Beləcə də, Allah haqqında vacib olan paklıq yerinə yetirə bilməz. Bu, Allahı oxşarlıqdan, bənzərlikdən və şərik qoşmaqdan uzaq tutmaqdan ibarətdir. Çünki əziz və calil olan Allah əməlində, adlarında, sifətlərində, yaradıcılığında və hökmlərində vəhdaniyyət sahibidir. Bütün fəaliyyətində Təkdir. Heç kimə ehtiyacı yoxdur. Onun şəriki və bənzəri yoxdur. Yaratdıqlarının heç biri bu mənalarda zatında, əməllərində, adlarında və sifətlərində Ona bənzəməzlər.
Ən doğrusunu Allah bilir!
Məhəmməd Salih Useymin



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:39 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QƏBR ALƏMİ (Qəbirdə bizi nələr gözləyir)
ölümdən sonra baş verəcək hər bir şeyə iman edir və bütün bunların da axirətə imanın içərisinə daxil olduğuna inanmaq. O baxımdan möminlər qəbr fitnəsinə (sualına) qəbrdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabit-qədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27).

O, baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim Məhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. Uca Allah zalimləri və kafirləri azdıracaqdır. Onlar «Mmmm …. Bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan kimsələr isə: «mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər haqqında buyurur: «Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).
Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O kimsə Cənnət əhlindəndirsə Cənnət. O kimsə Cəhənnəm əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, qiyamət günü Allah səni öz yerinə göndərəcəkdir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul qəbrə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Başqa rəvayətdə: «Möminin qəbri yetmiş arşın genişlənir. Münafiq ilə kafir gəlincə ona da: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O da: «Bilmirəm, mən insanların dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım sizə qəbr əzabını eşitdirmək üçün Allaha dua edərdim».
Möminlərə gəlincə Allah buyurur: «Şübhəsiz ki: «Rəbbimiz Allahdır! deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).
Bütün bu hadisələr «bərzəx» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir şəkildə. Çünki ağlı bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbr əzabında məqsəd bildiyimiz qəbr çüxüründa görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbrdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzəx deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Səmura b. Cundəb – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdancaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə üzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: ) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddət sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam isə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O dadaşları onun ağzına atardı. O hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o dadaşları onun ağzına atardı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar : «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaclarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar : «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək ( bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızı və gümüş bir kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin o çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul-Adndır (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ – Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.
İlk gördüyün başı daşla vurulan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim – əleyhissəlam – dir. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzərində doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da». Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhissəlam – dir. Başqa rəvayətdə – Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər. Aişə – radıyallahu anhə – deyir ki, mən bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər namazdan sonra mütləq qəbr əzabından Allaha sığındığını gördüm».
Bəzi azmış kimsələr qəbr əzabını, qəbr nemətini inkar edirlər. Onlar öz ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbri açılacaq olarsa əvvəlki halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab vermək olar.
1. Əvvəla şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa düşəcəkdir.
2. Bərzəx (qəbr) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.
3. Əzab, nemət, qəbrin genişliyi və darlığı – bütün bunları sadəcə ölü hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin yuxusunda özünü sıxıntılı və dar bir yerdə görməsi kimi və ya geniş, rahat bir yerdə görməsi kimidir. Kənardan o yatan insana baxan kimsə onda heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O öz çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi. O özü vəhyi hiss etdiyi halda səhabələr isə o vəhyi hiss etmirdilər. Mələk onlara bir insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi görür, nə də onu eşidirdilər.
4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın onlara verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların arasında olan hər şey Uca Allaha həmd və təsbih edir. Allah bəzən yaratdıqlarından istədiyi kimsələrə onların təsbitlərini eşitdirir. Bununla belə bu həqiqət bizim üçün pərdəlidir. «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44).
Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər. «Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri onları görə bilmədiyiniz yerlərdən görürlər. Bu şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna görə də insan qeyb aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar etməsi düzgün bir iş deyildir.

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:40 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏNNƏT VƏ CƏHƏNNƏM
Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqları yerdir. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!»
Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Oradakı nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntı görmədim!».
Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalimlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və Böyük olan Allah Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən uzaq olmadın».
Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».
Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).
Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, mənim gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey Allahın Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi, Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».
Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. Allah Cənnəti və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət ehli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslami) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbəttə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələr- də Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).
Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:40 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ
Bunlar qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət də onların ardınca gələcəkdir. Əhli Sünnə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gəldiyi şəkildə bu əlamətlərə inanırlar. Huzeyfə b. Əsid əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, bizlər (Qiyamət) müzakirə edən halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim yanınmıza gəldi və: «Nəyi müzakirə edirsiniz?» deyə buyurdu, Orada olan səhabələr: « Qiyamət saatını müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması».

Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir. «(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman) bürüyəcəkdir. Bu ağır bir əzabdır». (əd-Duxan 10-11).
Məsih Dəccəlin gəlməsi. İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm – əleyhissəlam – ın yaradılmasından Qiyamətin qopacağı vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır». İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl barəsində eşidən kimi mütləq qaçacaqlar. Allaha and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aləyhi və səlləm – buyurdu: «Məkkə və Mədinə müstəsna Dəccəlin ayaq basmadığı torpaq qalmayacaqdır. Məkkə və Mədinənin hər girəcəyində mələklər durub bu şəhəri qoruyacaqlar». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizi Dəccəldən çəkindirirəm. Hər bir peyğəmbər öz ümmətini ondan çəkindirmişdir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir peyğəmbər bunu öz ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki gözü arasında kafir yazılmışdır. Oxuya bilən və ya oxuya bilməyən hər bir mömin bu kəlməni oxuyacaqdır». Ribi b. Xiraş – radıyallahu anhu – rəvayət edir ki, bir gün Əbu Məsud əl-Ənsari ilə birlikdə Huzeyfə b. Yəmən – radıyallahu anhu – nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: «Dəccəl haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyini bizə xəbər ver» dedi. Huzeyfə dedi: «Dəccəl ortaya çıxacaq. Onunla bərabər su və atəş də olacaqdır. İnsanların su kimi gördükləri yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən hər kim o vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və soyuq sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim» dedi.
Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır. İstədiyi hər şeyi Allahın izni ilə edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Dəccəlin fitnələrindən biri də budur ki, gəlib bir ərəbə deyəcəkdir: «mən sənin ölmüş ata – ananı dirildib yanına gətirsəm sən şəhadət verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət et. O, sənin Rəbbindir». Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlin gözətçiləri onun qabağını kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə vəsf etdiyi Dəccəldir». Dəccəl əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu tutun. Başını yarın. Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir. Dəccəlin əmri ilə mömin mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə bölünmüış cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin üzünü camaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin Allah möminin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin yanında şəhidlərin ən əzəmətlisi olacaqdır».
Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər – sallallhu aleyhi və səlləm – bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya Rəsulullah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik». Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edər. Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı Kəhf surəsinin ilk on ayəsini oxusun. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya Rəsulullah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq. Peyğəmbər – sallallahu aleyhi və səlləm - :»Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya, bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hasablayıb, namazlarınızı qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Dəccəl yer üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də hər cür bitkilərini bitirəcəkdir. O qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin o qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o qövmündən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!» deyər və bal arılarının (ana) arının ardınca düşdükləri kimi xəzinələr də onun ardınca düşərlər».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. O daiki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün son görmə həddinə qədər çatar. İsa – əleyhissəlam – Dəccəli axtarır. Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlı-ğında yaxalayaraq öldürər. Sonra İsa – əleyhissəlam - Allahın Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların üzərilərinə əli ilə toxunub məsh edir və onlara Cənnətdəki dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhanəhu və təalə - , İsa – əleyhissəlam – a: « Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir. «Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri İsa – əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – əleyhissəlam – və səhabələri Allaha dua edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və səhəri hamısı məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla birlikdə olanlar yerə enərlər. Yer üzündə Yəcuc və Məcuc tayfasının cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu aləmi bürüyəcəkdir. Allahın peyğəmbəri və onunla birlikdə olanlar Allaha dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun boylu quşlar göndərər. Quşlar o leşləri götürüb Allahın istədiyi yerə apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O daBeytul-Məqdisdə dağdır. «And olsun ki, biz yer üzündə hər şeyi məhv etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər».
Məryəm oğlu İsa – əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa adlı bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır». «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu İsa – əleyhissəlam – gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa – əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd qapısının yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi kimi əriyəcəkdir».
Mehdinin gəlməsi. Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əhli beytindəndir. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, əhli-beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır». Ummi Sələmə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir».
Yəcuc və Məcuc tayfasının çıxması. Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc –Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf 98). Zeynəb b. Cəhş – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda, həyəcanlı olaraq çölə çıxdı və: «Lə iləhə illəllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəklində etdi. Bunun üzərinə mən: «Ya Rəsulullah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman».
Dabbətul-Ardın (heyvanın) çıxması. «Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardırıq ki, onlarla danışıb (bizim adımızdan) : «İnsanlar ayələrmizə inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir.
Cəssəsə kimdir? – Fatimə b. Qeys – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ƏSSƏLƏTU CƏMİATƏN (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə gəldim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz qıldım. Mən qadınların səfində idim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam edərək buyurdu: «Cizam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə saxlayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O məxluq: «Ey topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o sizin gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o ibadətgaha gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə Şamda olan Nəhmi Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O bulaqda su varmı? Oranın əhalisi o bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o bulağın suyundan istifadə edirlər» dedik. O: «Mənə NƏBİYYUL- UMMİYİN (ümmətlərin Peyğəm-bəri) haqqında xəbər verin? O nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqında məlumat verəcəyəm. Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar».
Fatimə b. Qeys – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizə söylədimmi? Deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!».
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin ələmətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir». O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünki o gün düşünmək artıq fayda verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o dəhşətli səs gələndə. O gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». (Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəs iman etməsinin fayda verməyəcəyi zamandır».
QİYAMƏTİN ADLARI

Qurani – Kərimdən bizə məlim olan Qiyamət gününün bir çox adları vardır.
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).
2. Yəumul-Xuruc – çıxarılacaq gün. (Qaf 42).
3. Yəumul-Qiyəmə – qalxacaqları gün. (əl-Qiyamət 1).
4. Yəumul-Həşr – toplanma günü. (Qaf 44).
5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).
6. Yəumul-Cəma – cəm etmə günü. (əş-Şura 7).
7. Yəumul-Hicəb – haqq-hesab günü. (Sad 16).
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).
9. Yəumul-Həsra – peşmançılıq günü. (Məryəm 39).
10. Yəumul-Xulud – əbədiyyat günü. (Qaf 34).
11. Dərul-Xuld – əbədiyyat yurdu. (Fussilət 28).
12. Yəumul-Tələq- qarşılaşma günü. (Ğafir 15).
13. Yəumud-Din – sorğu-sual günü. (əl-Fatihə 4).
14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).
15. Qariə – qəlbləri təsvişə salan gün. (əl-Qariə 1-2).
16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).
18. Əzifə – yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:41 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatrıladaq.
1. Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in göndərilməsi. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər». İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət gününün küləyi ilə göndərilmişəm».

2. Onunla peyğəmbərliyin, risalətin sona yetməsi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfat etməsi. Auf b. Məlik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər – radıyallahu anhu – onun süd anasının ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Niyə ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər – radıyallahu anhum – da ağlamağa məcbur etdi.
3. Beytul-Məqdisin fəth edilməsi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi». Ömər – radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur.
4. Fitnələrin ortaya çıxması . Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin».
5. Yəhudi və Xristianlar kimi keçmiş ümmətlərin yolu ilə getmək. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən siz əvvəlkilərin adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulallah! Sən Yəhudi və Xristianları nəzərdə tututsan?» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu.
6. Yalançıların və peyğəmbərlik iddiasında olanların ortaya çıxması. Səvban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur».
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında hədislərin uydurulması. Əli, Ənəs b. Məlik, Əbu Hureyrə – radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın».
8. Yalanın artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarınızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin». Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçmədi ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar».
9. Elmin qaldırılması, cahillik və fitnə-fəsadın çıxması. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq». Huzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, ən həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə ilələ illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləy-irik». «bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peypəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz».
10. Ölüm hadisələrinin artması. Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır». Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək».
11. Qəbirdəkilərə qibtə edilməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o vaxta qədər ki, qəbrin yanından keçən insanlar – Kaş ki, onun yerində mən olaydım» deməyincə.
12. Bəlaların və fitnələrin artmasından insanın ölmüş birisinin yerində olmasını təmənna etməsi. Əbu Hureyrə – radıyallahu nahu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ruhum əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən özünü toza çırpıb – Kaş ki, qəbrdə mən olardım» deməyincə Qiyamət qopmaz.
13. Zəlzələlərin və xəstəliklərin çoxalması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz». Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa Allah onları taunla və başqa bir xəstəliklə cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər».
14. Kişilərin sayca azalması və qadınların çoxalması. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan qabaq qadınların sayı artacaq, kişilərin sayı azalacaq, belə ki, əlli qadına bir kişi düşəcəkdir».
15. İnsanların göz qabaqlarında zinaların artması. Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər.
16. Musiqinin, içkinin, zinanın artması və bunların halal qəbul edilməsi, Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır». Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq». Səhl b. Səd – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu. Ubadə b. Sabit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar».
17. Əmanətə xəyanətin artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmanət qaldıracağı zaman siz qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər : «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu.
18. Qul qadının öz ağasını doğması, kasıbların varlanıb hündür binalar tikməkdə bir-birləri ilə yarışmaları. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları».
19. İnsanların yalnız tanıdıqarı kimsələrə salam vermələri. İbn Məsud – radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır».
20. Yalan şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər».
21. Qohumluq əlaqələrini kəsməyin, qonşuluq münasibətlərinin pisləşməsinin çoxalması. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz».
22. Vaxtın sürətlə getməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da közərən külün sönməsinə bərabər olacaqdır».
23. İnsanların bir-birinə inamının itməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin».
24. Məscidlərin və Quranın bəzədilməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərdə öyünmədikcə Qiyamət qopmaz». Ənəs – radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə öyünərək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas – radıyallahu anhu – deyir ki, siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz». Əbu Dərdə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqələrini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız».
25. Yuxuların çin çıxması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir».
Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların çoxalması, Hicazda alovun əmələ gəlməsi, malın çox olmasına baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları, heyvanların və cansız əşyaların danışması, müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi, Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır.
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaq
dır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli əməllər etməyə çalışın! Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar». Allah bizi o günlərdən qorusun! Amin!

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:42 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
ÖLÜM (hər kəs ölümü dadacaqdır)
Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona çatan hər bir kəsin əcəli ilə öldüyünə və onun əcəlindən heç bir şeyin əskilmədiyinə iman edirik. (Ya Məhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87).

Ölım iki cürdür.
1. Yuxu – Allah Qurani-Kərimdə yuxunu ölüm adlandırır. «Allah (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar». (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42). Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu aldı və istidiyi vaxt qaytardı».
2. Həqiqi ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35).
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir. Canlı varlıqların heç biri həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də varlı da, kasıb da, güclü də, gücsüz də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran 185). (Müharibəyə getməyib Mədinəyə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış yolu da yoxdur. «Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah qazanacağını) heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).
Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və s. halda olursa-olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız da belə, ölüm sizi haqlayacaqdır». (ən-Nisa 78).
Bu günə qədər heç kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün Allah – subhanəhu və təalə – onlar haqqında nə buyurur: (Ya Məhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?»(əl-Ənbiya 34). (Ya Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-Zumər 30).
Bəli, bu qədər ayələri dinlədikdən sonra «beş günlük dünyadır, kef eləmək lazımdır» deyənləri aqibəti necə olacaqdır. «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada salın». İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafındakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».
Bütün varlıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış məqamı yoxdur. Bu qayıdşdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü zülmə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin…. Ey mənim qullarım, nə etsəniz o sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın». Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah o kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) görüşməyi arzulayır. O kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır». Aişə – radıyallahu anhə – dedi: «Ya Rəsulullah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal deyildir!». O dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə Allahın rəhmi, mərhəməti və Cənnəti haqqında xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü arzulayır. Kafir bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin bəndə ilə görüşməyi arzulamır».
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsindir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O deyir: «Rəbbim – Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyirir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onun dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə – Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!»- «Dinin nədir?» O, deyir: «Mmmm …. Bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Məhəmməddir!» O, isə: «Mmmm …. Bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin».

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:43 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
əl-BAS (öldükdən sonra dirilmək)
əl-Bas – məna etibarı ilə bir şeyi qaldırmaq və hərəkət etdirmək deməkdir. İstilahı mənası isə ölülərin qiyamət günü dirilərək qəbrlərindən çıxmalarıdır. Uca Allah əməllərin qarşılığını vermək üçün ölümlərindən sonra insanları dirildəcəkdir. Kim zərrə qədər xeyir istəmişsə onu görəcəkdir, kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). Peyğəmbərlər göndərilməyin nəticəsi də elə budur. «Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çxaracağıq». (Ta ha 55).

Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O zaman insanlar aləmlərin Rəbbinin hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan (sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-Ənbiya 104). Onlar: «Biz sür-sümük, çürüyüb övxalanmış torpaq olduğumuz halda, dirilib yeni məxluqmu olacağıq?» deyirlər. (Ya Məhəmməd!) De ki: «(İstəyirsiniz) daş, yaxud dəmir olun! Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq hesab edin! (Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi kim dirildəcəkdir?» De ki: «İlk dəfə sizi yoxdan yaradan Allah dirildəcəkdir!». (əl-İsra 49-51). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». «(Qiyaməti inkar edən) İnsan: «Mən öldükdən sonra (qəbirdən) çıxardılıb diriləcəyəmmi?» deyə soruşur. Məgər insan ilk öncə onu heçdən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryəm 66-67). «Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək». (ər-Rum 27). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı. Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşacaqdır: «Məgər bu doğru deyilmi!» Onlar: «Bəli, Rəbbimizə and olsun ki, doğrudur!» deyə cavab verəcəklər. Allah buyuracaqdır: «Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı». (əl-Əhqaf 33-34).
əl-Bas (öldükdən sonra diriliş) sabit, dəyişməz bir haqdır. Kitab, sünnə və müsəlmanların icma ilə qəbul etdikləri həqiqətdir. Bu xüsusda ayələr olduqca çoxdur. Uca Allah öldükdən sonra diriliş haqqında Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər, imanları artsın. Bu böyük gün üçün əməl etsinlər.

əl-BAS (öldükdən sonra dirilişi) İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR

1. Qurani – Kərimdə ayələr dəlildir ki, Allah qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır». (ət-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi qorxutduğunuz əzab və ya qiyamət günü) doğrudurmu?» deyə xəbər alacaqlar. Onlara belə cavab ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunis 53).
2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən – birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?» deyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan diriləcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». (Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cüt (həmtay) yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə 36-40). «Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı (öləndən sonra) yenidən diriltməyə qadırdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışı yadınıza salın). Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi ) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılır ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).
3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Məhəmməd!) Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da o, ölüləri dirildəndir. Allah hər şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Allah hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc 5-6). Əl-Aqili rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur…. Mən dedim: «Ey Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini Allahın nemətləri arasından bildirirəm. Sən yer üzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bir daha canlanmaz deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən. Allaha and olsun ki, o sizləri bir araya gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız».
4. Allah Qurani-Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz». (əl-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». (əl-Əhqaf 33).
5. Allah insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənləri eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!». (Sad 28). «Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta ha 15).«O pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31).
6. Allah Qurani-Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?». (əl-Muminun 115). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaqdır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir».
7. Allah Qurani-Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dedyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. (əl-Bəqərə 55-56). «(Ya Məhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qoxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi?» Allah onlara: «Ölün!» dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. (əl-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatın bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısan?» deyə soruşdu. O da: «Bir gün bəlkə də bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O şəxsə bunlar aydın olduqda: !Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Məhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! Ölüləri nə cür diritdiyini mənə göstər!» dedikdə, Allah: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» buyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) qüş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayacaq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 259-260).
Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:44 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
HƏŞR VƏ MƏHŞƏR (AXİRƏT)
İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97).

). «O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq». (Kəhf 47). «O gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta Ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əleyhissəlam – olacaqdır». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Necə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada onu iki ayağı üstə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?».
Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyəcan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Məhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü o qədər tərləyəcəklər ki, onların tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir. (Oranı isladacaqlar). Onlardan birinin təri qulaqlarının ortasına qədər çatacaqdır».
Əməllərinə görə isə bir qrup insanlar o dəhşətli bir gündə Allah – sübhanəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın qiyamət günü kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını Allah yolunda verən gənclər, qəlbi məscidlərə bağlı olan, Allah xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və «mən Allahdan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə Allahı yad edib ağlayan». Allah bizi də onlardan etsin. Amin!

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:45 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
HAQQ – HESAB
Möminlər insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəklər. Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənim kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəklər.

«Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!».Bundan belə o xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günhalarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).
Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O gün əməllərin çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl_Əraf 8-9). «Biz qiyamət günü ədalət tərəzisi quracağıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o əzaba uğramış olacaqdır». Aişə – radıyallahu anhə – dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». (əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, əməllərin ərzi haqqındadır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, qiyamət günü iri cüssəli, yekə bədənli birini gətirirlər. Lakin Allah yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq». (əl-Kəhf 105). İbn Məsud – radıyallahu anhu – bir dəfə Ərak ağacından bir misvad qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəyə gülürsünüz?» «Ey Allahın Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır gələcəklər».
Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təharət imanın yarsıdır, əlhəmdulilləh də mizanı doldurur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Sübhənəllahi və Bilhəmdihi və Subhənallahul Azim».
Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92).
Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qulları olan lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlandırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırılmayacaqdır. «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – də Uca və Böyük Allahdan etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq yazar. Hər kim də bir yaxşılıq etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar».
Qiyamət günü haqq-hesab iki cür olacaqdır.
1. HİSƏBUL-ƏRZ – təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr – radıyallahu anhu – nin belə dediyini eşitdim: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə hədd qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. «Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz».
2. HİSƏBUN-NİQAS – münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını ona tək-tək söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.
Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bun -
lar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərindədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilir, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qaytarmaq üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın (istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!».
Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların etdiklərin əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaş-maq». (İbrahim 18). «O gün nə bir insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən39). Çünki kafirin etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir».
Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi fikirləşin. Çünki o günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir».

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:47 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
SİRAT ( Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür.)
Sirat – məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz ki, bu mənim siratımdır (yolumdur). O halda ona uyun». (əl-Ənam 153). Allahın haqq dini olan bu siratın üzərində doğru yeriyən bir kimsə axirətdə də o, siratın üzərində doğru yeriyə biləcəkdir.
Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür. İnsanlar əməllərinə görə siratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir.

Ta ki, günahlarından və kirşərindən təmizlənənə qədər. Siratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. «O gün kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sirat körpüsündə onlara yol göstərdiyini) görəcəksən». (əl-Hədid 12). Aişə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) – ayəsi haqqında: «O gün insanlar harada olacaqlar, ya Rəsulullah?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sirat üzərində».
Siratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındakı bir körpüdə dayandırılırlar və birinin o biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün onlara izn verilir.

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:47 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
HOVUZ
Bütün müsəlmanlar Qiyamət günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzunun (əl-Havdul –Məvrudun) olduğuna da inanırlar. Bu hövuzun suyu süddən daha ağ, baldan daha şirindir. İyi miskdən gözəldir, ətrafındakı qədəhlərin sayı göydəki ulduzlar qədərdir. Eni bir aylıq, uzunluğu da bir aylıq gedilən məsafə qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mənim hövuzum bir aylıq məsafə qədərdir. Suyu süddən ağdır, iyi miskdə gözəldir. Qədəhlərinin sayı göydəki ulduzlar qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz».

Lakin dində yeniliklər etmişlər o dəhşətli istidə bundan məhrum olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qisim insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartdığını bilmirsən» Bu dəfə mən də «Məndən sonra dəyişikliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar».
Hovuzun xüsusiyyətləri.
1. Uzunluğu bir ay gedilən məsafə qədərdir. 2. Eni bir ay gedilən məsafə qədərdir. 3. Dördbucaqlı şəklindədir. 4. Suyu baldan şirindir. 5. Süddən ağdır. 6. Buzdan soyuqdur. 7. Bir dəfə içən əbədiyyən susamaz. 8. Qədəhlərin sayı ulduzlərın sayı qədərdir. 9.İyi miskdən gözəldir. 10. Ona axan su Cənnətdəki Kövsər bulağından iki qızıl və gümüş boru ilə axır.
Bəzi rəvayətlərdə hər bir Peyğəmbərin öz hovuzu olduğu da qeyd edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə onlardan fərqli olaraq Cənnətdə Kövsər bulağı da veriləcəkdir. Kövsər – bol nemətlər deməkdir.
Hovuz ilə Kövsərin fərqi.
1. Hovuz məşhərdə olacaq, Kövsər isə Cənnətdə. 2. Hovuzun ləfzi Quranda varid olmayıb, Kövsər haqqında isə Quranda surə vardır. 3. Kövsər hovuzdan böyükdür. 4. Kövsər əslidir, hovuz isə qoludur. 5. Kövsər yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə verilib, hövuz isə bütün peyğəmbərlərə: «Həqiqətən biz sənə Kövsəri bəxş etdik». (əl-Kövsər 1). Səmura – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərin hovuzu vardır. Onlar hansının hovuzundan daha çox insan su içmək üçün gəldiyi barədə bir-birləri ilə iftixar edərlər. Su içmək üçün insanların saylarının ən çox olduğu hovuzun mənim olacağına ümid edirəm». Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzu ən böyük, ən şirin və su içmək üçün insanların saylarının ən çox olduğu hovuzdur. Allah bizi də onlardan etsin. Amin!

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:48 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
SUR
Allah bu dünyanın sona çatması hökmünü verirsə İsrafil – əleyhissəlam – a Sura birinci dəfə üfürməsini əmr edəcəkdir. O zaman göylərdə və yerdə olanların hamısı (Allahın istədiyi kimsələrdən başqa) öləcəkdir. «Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Rəbbinin hüzuruna müti, zəlil vəziyyətdə gələr». (ən-Nəml 87).

Yer üzü düm-düz olacağı zaman, dağlar darmadağın və yumşaq toz dənələri halına düşəcəkdir. Bu dünya günlərinin sonuncusudur. «Günəş sönəcəyi zaman ulduzlar səpələnəcəyi zaman, dağlar yerindən qopardılacağı zaman, dənizlər od tutub yanacağı zaman, ruhlar (bədənlərə) qovuşacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy (yerindən) qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət yaxınlaşdırılacağı zaman, hər kəs nə hazır etdiyini biləcəkdir». (ət-Təkvir 1-15). «Göy parçalanacağı zaman, ulduzlar dağılıb səpələnəcəyi zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman, qəbrlər çevriləcəyi zaman, hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?». (əl-İnfitar 1-6). Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccal öldürüldükdən sonra insanlar iki nəfər arasında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Sonra Allah Şam tərəfdən soyuq bir külək göndərər (bu rəvayətdə Yəmən tərəfdən) və artıq yer üzündə qəlbində zərrə ağırlığında xeyir və ya iman olan heç kimsə qalmaz. O külək qəlbində zərrə qədər iman olan hər kəsin ruhunu alar. Hətta sizdən biriniz bir dağın ortasına girsə belə o külək o kimsəni təqib edib ruhunu alacaqdır. Yer üzündə ən şərli insanlar qalacaqdır. Onlar heç bir yaxşılığı tanımaz və heç bir günahı da rədd etməzlər».
Allah İsrafil – əleyhissəlam – a Sura ikinci dəfə üfürməsini əmr edəcəkdir. O vaxt kafirlər və münafiqlər: «Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbrlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar». (Yasin 51-53).
Allah səmadan bir su endirəcəkdir. Onlar yaşıl yabanı bitkisi kimi (yerdən) bitəcəklər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun hər bədən üzvünü torpaq yeyəcəkdir. Yalnız bel sümüyünün aşağı hissəsində olan xırda sümük müstəsnadır. İnsan təkrar ondan qiyamət günü yoğrulacaqdır. Torpaq əbədiyyən onu yeməyəcəkdir».
İki sur arasında olan müddət haqqında dəqiq məlumat yoxdur. Yalnız bir hədisdə Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki sur arasında 40 il vardır». Səhabələr: «Ya Əbu Hureyrə! Bu 40 gündür?» deyə soruşdular. Əbu Hureyrə dedi ki, mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 aydır?» deyə soruşdular. Mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 ildir?» deyə soruşdular. Mən buna cavab verməkdən çəkindim.

Hazırlayan: Kamal Hüseyn



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:49 | Yazı # 13
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın düşməni fironun ölümqabağı anı və ölümü
Məqəddəs Quranda canabi Haqq Musa peyğəmbərin çağrısını rədd edən Misir fironunun tarixi və ölümü haqda bəhs etdi. Allah-Təala buyurub: "İsrail oğullarnın dənizdən' (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalimcəsinə və düşməncəsinə onlann arxasınca düşdülər. Firon batacağı anda: "İsrail oğullarının inandıqlarından başqa Tanrı olmadığına iman gətirirəm. Mən artıq (Ona) təslim olanlar-danam!" -dedi. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fltnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə bu gün səni xilas edəcəyik (Sənin cansız bədənin sahilə atılacaq). Həqiqətən çoxusu ayələrimizdən xəbərsizdir!" ("Yunus", 90-92).

Bu ayədə Allah fıronun və onun qoşununun batmasını təsvir edib. Firon eşidəndə ki Musa (aleyhissalam) altı min kişi və onların ailələri ilə Misiri tərk edib, qəzəbləndi və bütün bölgələrdən öz əsgərlərini topladı. Sübh tezdən fironun boyük ordusu İsrail oğullarını haqladı. Musa və səhabələrinin qarşısında dəniz, arxasında isə saysız hesabsız düşmən ordusu dururdu. İsrail oğulları Musadan qətiyyətlə xahiş edirdilər ki, onlann fironla vuruşmadan yaxalarını qurtarsın və artıq ləngitmək mümkün olmayanda Allah Musaya öz asası ilə dənizə vurmağı əmr etdi.
Dəniz aralandı və arasında dağabənzər divarları olan on iki dənə boyük cığır əmələ gəldi. Bu cığırın hər birindən israillilərin nəsilləri keçdi. Allah küləyə torpağı qurutmağı əmr etdi və Musaya belə buyurdu: "...qullarımla gecə yola çıx (əsanı suya vurmaqla) onlar üçün dənizə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!" ("Taha", 77).
İsrail oğullarımn keçdiyi cığırları bölən su divarları insanların bir-birlərinin salamat olmasından xəbər tutması üçün şəffaf pəncərəyə bənzəyirdilər. Sonda Musanm bütün səhabələri sudan sağ-salamat çıxdılar. Bu zaman bütün bunları görən fıronun canını qorxu aldı və o, öz qoşununu saxlayıb dönmək istədi, "lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi" ("Sad", 3).
Tale əvvəlcədən müəyyən edilmişdi və möminlərin duası eşidildi. Firon artıq Allahın qəzəbindən yaxa qurtara bilmədi. O, öz əyanlarına müraciət etdi və hökmlə dedi: "İsrail oğullarnı dənizə bizdən artıq haqları yoxdur. Bir-birinizin ardınca dənizi döyüşə-döyüşə keçin". Onların hamısı denizə girdi və öndə gedənlər cığırlarla sahilə çıxmaq istəyəndə Allah dənizə onlann üstünə qapanmağı əmr etdi. Dalğalar cəsədləri atıb-tuturdu və günahkarlardan heç biri sağ qalmadı. Dəniz bu-rulğanı fıronu udanda, qaçılmaz ölüm isə onu öz ağuşuna alanda o, qışqırdı: "Mən inandım ki, İsrail oğullarının inandıqlarından başqa Allah yoxdur və mən ona (Allaha) təslim olanlardanam". O, imanın insana heç nə ilə kömək edə bilməyəcəyi vaxt inandı və bunun üçün Allah dedi: "İndi sən İnandın, ancaq əvvəl sən bizə tabe olmurdun ve kafir idin". israil oğullarının bəziləri fironun ölməsinə şübhə ilə yanaşdıqda Allah dənizə onun ölü cəsədini quruya atmağı əmr etdi. Onun üzərində hələ də məşhur dəmir geyimi var idi və insanlar bu əzazil tiranın öldüyünə əmin oldular'

Xalid ibn Əbdürrəhman aş-Şayi Sultan ibn Fahd ar-Raşid



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:50 | Yazı # 14
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜ
Rəhimli, Mərhəmətli Allahın adı ilə!

DÜNYANIN YARADILIŞI BARƏDƏ FİKİRLƏR
Həmd olsun Allaha– aləmlərin Rəbbinə! Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi vasəlləm) , onun ailəsinə və bütün mömin səhabələrinə Allahın sala¬vatı və salamı olsun!
Uca Allah insana ağıl bəxş edib bununla onu bir çox yaradılmışlardan üstün etdi. İnsanların çoxu öz varlıqlarının mənasını başa düşməkdən ötrü ondan istifadə etmək istəmirlər. Amma elə insanlar da tapılır ki, öz həyatlarının mənası haqqında fikirləşir və həyat tərzlərini dəyişirlər. Bəs onların hansı haqlıdır? Bu məsələyə aydınlıq gətirmək üçün həyatın mənası və ətrafımızda baş verənlər haqqında düşünmək kifayət edir. Düşüncələr mütləq bizi kainatı yaradan və insanı yerdə öz canişini edən Allahın mövcudluğuna gətirəcəkdir.

Məgər Allah insanlara Özünün qayğısını və mərhəmətini əsirgəmişdir? Əlbəttə ki, yox. Bu isə o deməkdir ki, Allah insanları İlahi təlimatsız, əmr və qadağalarsız da qoymamışdır. İnsanlar həmin əmrlərə əməl edərək öz həyatlarını qaydaya sala bilərlər. Eyni zamanda biz görürük ki, insanlardan bəziləri xeyirxahlıq edir, digərləri isə şər işlərlə məşğul olurlar. Belə çıxır ki, birincilər mükafatlandırılmalı, digərləri isə cəzalandırılmalıdırlar. Buna baxmayaraq, bizim hər birimiz şər və qanunlara tabe olmayan adamların bu dünyanı layiqli cəza almadan tərk etdiklərini, möminlərin isə bütün həyatları boyu əzab-əziyyət çəkdiklərinin şahidi olmuşuq. Bəs necə olur ki, kainatı Yaradan kafirlərə bu dünyanı cəzasız tərk etməyə izin verir? Hər bir şeyin çox, hətta kiçik də olsa, Yaradanı var və heç vaxt ola bilməz ki, belə nəhəng və mükəmməl Kainat özbaşına əmələ gəlsin. Onu Yaradan Rəhimli olmalıdır, Öz yaratdıqlarına çoxlu nemətlər bəxş edib. O, Müdrik olmalıdır, hər şeyi öz yerinə qoyub. O hər şeyə Qadir olmalıdır, nəhəng planetlər və ulduzlar yaradıb. O, hər şeyi Görən olmalıdır, Kainatın istənilən guşəsində yaratdığı hər bir bəndənin qayğısını çəkir. O hər şeyi Eşidən olmalıdır, ona görə ki, Öz qullarının dualarına cavab verir. Bəs nə üçün Allah kafirlərin zənginləşməsinə, möminlərin isə ehtiyac və məhrumiyyətlər içərisində yaşamasına izin verir? Nə üçün O, illərlə qayğısını çəkdiyi məxluqları öldürür? Və nə üçün O, Özünə səcdə edənləri sınağa çəkir və Onun mərhəmətini başa düşməyənləri daha da zənginləşdirir?
İnsanların bu suallara cavab tapmaları üçün Uca Allah onlara Öz elçilərini göndərir ki, onların vasitəsi ilə möminlərin cənnət bağlarında layiqli yer tutacağı, kafirlərin isə cəhənnəm əzabına düçar olacağı gələcək həyatın mövcud olması haqqında Allahın qullarına xəbər verilsin. Dünyəvi sınaqlar isə bütün insanlara aid edilir ki, möminlər haqq yolunda öz imanlarını və sədaqətlərini sübut etsinlər. Əgər insan Allaha və gələcək həyata inanırsa, o zaman onun cavab tapa bilmədiyi sual qalmır.Əgər o, inamdan imti¬na edirsə, onda bu insanın həyatı çətinləşir və mənasız olur. Və əgər onda zərrə qədər ağıl varsa, o zaman o bütün həyatını şübhələr və həyəcan içərisində keçirir.
QİYAMƏT GÜNÜNƏ İNAM
Axirət gününə inam imanın altı sütunundan biridir. Uca Allah deyib:
«Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanandır» (əl-Bəqərə, 177).
Bu Günün gələcəyi barədə Allahın bütün peyğəmbərləri xəbər vermişlər. Nuh peyğəmbər deyirdi:

«Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır» (Nuh, 17-18).
İbrahim peyğəmbər deyib
«Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur! Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!» (əş-Şuəra, 77-82).
Məhəmməd Peyğəmbərə gəldikdə isə, Uca Allah ona Axirət gününün heç vaxt gəlməyəcəyini israr edən kafirlərə belə deməyi buyurmuşdur:

«Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır» (ət-Təğabun, 7).
Axirət gününə inam, müsəlmana elə bir həqiqəti başa düşməyə imkan verir ki, insanın həyatı fani dünya ilə vidalaşmaqla bitməyib əbədi davam edir. Axirət gününə qəti əmin olmaq sayəsində müsəlman öz əməllərinə fani dünya baxımından qiymət verməyib onları gələcək həyatın tərəzisində ölçməyə çalışır. Onun dünyagörüşü dünya problemlərinə məhdud təsəvvürlərdən daha geniş olur. O, çətinliklərə və məhrumiyyətlərə mətinliklə sinə gələrək, aza qane olub Allahın səxavətini və mərhəmətini qiymətləndirə bilir və ölümündən sonra böyük mükafat qazanacağına ümid bəsləyir. Süheyb ər-Rumi rəvayət edir ki, Allahın Peyğəmbəri  belə deyib: «Möminin vəziyyəti təəccüblüdür! O, başına gələnlərdən xeyir götürür və bu, mömindən başqa heç kəsə nəsib olmur. Əgər o, nə isə xeyirli bir şey əldə edirsə, şükür edir və bundan xeyir götürür. Hər hansı bir bədbəxtçilik üz verəndə isə, o, səbr edir və bundan da xeyir götürür». (Hədisi Müslüm rəvayət edib)
Gələcək həyata inam sayəsində müsəlman yaxşı əməllər görəndə xəsislik etmir və səmimi qəlblə öz Tanrısına ibadət edib ətrafındakılarına xeyirxahlıq göstərir və günahlardan uzaqlaşmağa başlayır. O hər zaman Allahın:
«Rəbbiniz tərəfindən bağışlanmağa və kenişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf (mərhəmət) sahibidir!» (əl-Hədid, 21) çağırışına hazırdır. Eyni zamanda mömin şəxs başqalarına yardım etməklə kifayətlənməyib heyvanlara və başqa məxluqlara da qayğı göstərir. Buna parlaq misal olaraq xəlifə Ömər ibn əl-Xəttabın sözlərini göstərmək olar: «Mən qorxuram ki, Fəratın kimsəsiz sahillərində ölən bir qoyuna görə də Allah məni sorğu-suala çəksin»(Hədisi Əbu Nueym rəvayət edib)

O ki, qaldı gələcək həyata inanmayan insanlara, onlar öz həyatlarını var-dövlət yığmağa sərf edir, bütün ümidlərini bu həyata bağlayıb dünyada nə üçün gəldikləri barədə düşünmürlər və nəticədə xeyirxah işlərdən də uzaq olurlar. Uca Allah deyib:
«Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır» (ən-Nisa, 136).
Belə insanlar üçün fani dünyanı tərk etmək çətindir. Bilərəkdən Allaha təbe olmayan günahkarlara isə dünya ilə vidalaşmaq lap çətin olur və buna görə də Uca Allah deyib :
«Sən onların bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa hə¬ris görərsən. Onlardan hər biri istəyir ki, min il yaşasın, halbuki, (bu) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların etdiklərini görəndir» (əl-Bəqərə, 96).
Allahın kitablarına inanmayan çoxallahlılar özlərinin dirildiləcəklərini bilmirlər və ona görə də özlərinə ayrılan vaxtlarından kef çəkmək üçün istifadə etmək istəyirlər. Yəhudilir isə onları gözləyən əzabdan xəbərdardırlar və buna görə onlar, çoxallahlılara nisbətən daha qatı günahkarlardır. Amma onların hamısını əxlaqsız mənəviyyat və heyvani hissləri doyurmaq istəyi birləşdirir.

Hazırlayan:
Mahmud Qəhrəmanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:50 | Yazı # 15
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
GƏLƏCƏK HƏYATIN MÖVCUDLUĞUNA DƏLİLLƏR
Həqiqətən Qiyamət gününə inam – görünməyən bir şeyə inamın bir hissəsidir və yerdə yaşayan insan fani dünyanı tərk etməyənə qədər gələcək həyatın mövcudluğu barədə dəlilləri əyani surətdə görə bilmir. Bununla bərabər ağıllı adam üçün Qiyamət gününün gerçəkliyini sübut edən bir çox müqəddəs yazı və məntiqi dəlillər mövcuddur.
Müqəddəs yazıların bəziləri haqqında biz artıq danışmışıq. O ki qaldı məntiqi dəlillərə, onlar da müqəddəs yazılarda əks olunur.
Uca Allah deyir:

«Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim diril¬də bilər?!» – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız». Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). Yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman buyurduğu ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan (Allah) pak və müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!» (Yasin, 77-83).

Məşhur müsəlman ilahiyyatçısı şeyx Əbd ər-Rəhman əs-Sadi Quranın bu ayələrinin təfsirini verərkən yazırdı:
«Bu mübarək ayələrdə Allah müşriklərin və kafirlərin qəlblərini incidən şübhələr haqqında danışır. Onlar diriləcəklərinə şübhə edir və bunun mümkün olmadığını hesab edirlər. Amma Allah ən kamil surətdə bu şübhələrin əsassız olduğunu göstərərək deyir: «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi?». Məgər yenidən diriləcəyinə inanmayan insan özünün necə yarandığı barədə heç düşünürmü? Əgər o, Allahın insanı bir neçə inkişaf mərhələsindən keçərək uşağa, sonra gözəl və ağıllı bir adama çevirən kiçik bir damcıdan yaratdığı barədə düşünsə, o zaman Allahın insanı ölümündən sonra yenidən dirildə biləcəyinə heç bir şübhə qalmaz. Əgər o, kiçicik damcı ilə böyük bir insan arasındakı fərqi anlasa, onda başa düşər ki, insanı heç nədən yaratmaq onu yenidən bərpa etməkdən daha çətindir.
Amma kafirlər Allaha aid muxtəlif rəvayətlər uydurur və yaradılanların miskin qabiliyyətləri ilə Yaradanın ilahi qabiliyyətlərini müqayisə edirlər. Onlar güman edirlər ki, insanların edə bilmədiyini Qüdrətli Allah da edə bilməz. Buna görə onlar deyirlər: «Çürümüş sümükləri kim dirildə bilər?» Məgər yer üzərində elə bir insan varmı ki, çürümüş və külə çevrilmiş sümükləri yenidən diriltsin?
Yenidən dirildiləcəyinə inanmayan kafir bu rəvayətləri ona görə uydurur ki, o, ölünü dirildə biləcək insanın olmadığını dəqiq bilir. Amma o, özünün həyata necə gəldiyini unudur. Əgər o, Allahın məxluqlarının bu həyata necə gəlmələri haqda fikirləşsəydi, onda belə rəvayətləri də uydurmazdı.
Uca Allahın cavabı inandırıcı və təkzibolunmazdır: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir». Kainatda baş verənlərə diqqətlə baxmaq belə bir qənaətə gəlmək üçün kifayət edər ki, nəyi isə bir dəfə yaradan, onu çətinlik çəkmədən ikinci dəfə də yarada bilər. Bundan əlavə, nəyi isə sonradan bərpa etmək onu ilk dəfə yaratmaqdan daha asandır.
Amma yenidən dirilmənin həqiqiliyinə daha bir sübut da var. Bu hər bir insana Allahın bütün yaratdıqlarından xəbərdar olduğunu başa düşdükdən sonra aydın olur. Uca Allahın gözəl xüsusiyyətlərindən biri də, Onun kamil elmliliyidir. O Öz yaratdıqları ilə nə baş verdiyini və cəsədin torpağa qarışdığını çox gözəl bilir. O, bilir ki, insan bədəninin hansı həssəsi çürüyüb toza dönür, hansı isə salamat qalır. O, aşkarı və gizlini Biləndir və Uca Allahın kamil biliyə malik olmasına inanan hər kəs başa düşür ki, kainatda baş verənlərə nəzarət etmək ölünü diriltməkdən daha çətindir.
Sonra Allah yenidən dirilmənin həqiqiliyinə üçüncü sübut gətirir və insanların yadına Özünün odu (alovu) necə yaratdığını salır. Quru alov budaqları nəmişliklə dolu yaşıl ağaclardan əmələ gəlir. Alovla yaşıl ağaclar arasında nə qədər fərq varsa, alovun yaranması ilə ölülərin dirildiləcəyi arasında da bir o qədər uyğunluq var!
Sonra Uca Allah Öz qullarına, yenidən diriləcəklərinin doğruluğuna dördüncü sübüt gətirərək deyir: «Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?!». O, möhtəşəm göyləri və yeri yaratmış və O da, insanları yenidən yaradacaq. Bu Onun üçün çətin deyil çünki, Kainatı yaratmaq insanları yaratmaqdan qat-qat çətindir. Ona görə də Allahın gözəl adları arasında əl-Xaliq (Yaradan) və əl-Alim (hər şeyi Bilən) adları da var. Bu– artıq xüsusi bir sübutdur. Bütün insanlar kiçikdən tutmuş böyüyə qədər bu həyata Allahın ilahi gücü nəticəsində gəlirlər. Onun üçün mümkün olmayan heç bir şey yoxdur və Onun istədiyi hər bir şey mütləq baş verir.
«Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar». Allahın etmək istədiyinə heç nə mane ola bilməz və ölüləri dirildən vaxtda da məhz, belə də olacaq.
Nəhayət, Allah, yenidən dirilmənin həqiqiliyinə altıncı sübutu gətirərək deyir: «Hər şeyin hökmü əlində olan (Allah) pak və müqəddəsdir. Siz də onun hüzuruna qaytarılacaqsınız!». Uca Allah bütün məxluqların Hökmdarıdır, göylərdə və yerdə olan bütün varlıqlar Ona tabedirlər. O, kainatı Özünün dini qanunları və ədalətli cəza tədbirləri ilə idarə edir. O, Özünün ədalətli cəzasını tətbiq etmək üçün insanları mütləq dirildəcək. Bütün məxluqlar mütləq Allaha qaytarılacaqlar və buna heç bir şübhə yoxdur. Buna çoxlu inandırıcı dəlil və təkzibolunmaz subutlar var. Sözləri insanların gözlərini açıb, onlara düzgün yol göstərərək onlara şəfa verib, həyat yollarını işıqlandıran Allaha Həmd olsun!»
Gələcək həyatın haqq olduğunu sübut edən bu məntiqi dəlillər üzərində bir fikirləşin. Məgər insanı bir dəfə yaradan onu ikinci dəfə yarada bilməz? Bunu inkar edən, sözsüz ki, Allahı da inkar etmiş olur. Allahı isə yalnız cənayətkarlar və ağılsızlar inkar edirlər və buna görə də Allah deyib:
«Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və ya düşməmiş bir parça ətdən yaratdıq…» (əl-Həcc, 5). Əgər sağlam düşüncəli bir insan bu həqiqətlər barəsində düşünsə, ona aydın olar ki, nəyi isə ikinci dəfə yaratmaq, onu birinci dəfə yaratmaqdan daha asandır. Uca Allah məhz bunu göstərmək istəyərək deyir:«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır» (ər-Rum, 27).
Müqəddəs Quranın səhifələrində yenidən dirilmənin həqiqiliyinə daha bir subut da tapmaq olar. Uca Allah deyib: «Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haq¬dır, ölüləri dirildir və O, hər şeyə qadirdir! Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcəkdir!» (əl-Həcc, 5-7). Üzərində hər hansı bir həyatın kiçik bir izi belə olmayan quru torpağın ya¬ğış¬dan sonra necə canlandığı haqqında bir fikirləşin. Onun üzərində insanlar üçün qida, heyvanlar üçün yem olan çoxlu bitkilər, həmçinin ağaclar, rəngbərəng çiçəklər və otlar əmələ gəlir. Bütün bunları görən insanlar özlərinin yenidən diriləcəklərinə gərək şübhə etməsinlər və bu barədə Tanrı belə deyib:«Onun qüdrət nişanələrindən bir də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O (Allah) hər şeyə qadirdir!» (Fussilət, 39).
Allahın toz və tüstüdən yaratdığı nəhəng ulduzları güclü teleskopların köməyi ilə görə-görə biz, Quranda deyildiyi kimi Onun çürümüş sümüklərə yenidən can verəcəyinə şübhə edə bilərikmi? (Bu elmi fakt ilk dəfə Quranda bildirilib: «Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və Yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!”...» (Fussilət, 11)
«Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu bilməz» (Mumin, 57)
Bu – yenidən dirilmənin həqiqiliyinə doqquzuncu dəlildir. Mükəmməl biliyə və müdrikliyə malik olan Tanrı nəhəng kainatı və onun sakinlərini əyləncə və ya ədalətsizlik xatirinə yaratmazdı. O, insanları yalnız Özünə ibadət üçün yaratmışdır. Amma insanların çoxu bu həyata nə üçün gəldikləri barədə düşün¬mürlər. Onlar Allahın:
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyatət günü dirildib haqq-hesb üçün) hüzurumuza qaytarılmayacağınızımı güman edirsiniz? Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir Tanrı yoxdur» (əl-Muminun, 115-116) sözlərinə məhəl qoymadan fani dünyanın əyləncələrindən həzz almağa çalışırlar. Doğrudanmı onlar Qüdrətli Allahın onları yaddan çıxardığını zənn edirlər? Onlar düşünmürlərmi ki, Öz qullarına xeyirxahlığa məhəbbət, pis əməllərə isə nifrət hissi oyadan Allah, möminlərə yaxşı işlərinə görə mükafat və kafirlərə itaət etmədiklərinə görə cəza verilməsi mümkün deyil? Ola bilərmi ki, insanlara saysız hesabsız nemətlər bəxş edən Allah, kafirlərin möminləri istismar etməsinə və sonra cəzasız qalmasına icazə verən ədalətsiz zülmkar olsun? Əlbəttə yox! Fani dünya ancaq sınaq meydanıdır ki, buradan insan öz əməllərinin bəhrəsini görəcəyi əbədi düyaya köçür və əgər siz buna hələ tam əmin deyilsinizsə, onda özünüz üçün aşağıdakı suallara cavab tapmağa çalışın:
1. Məgər insanları kiçik bir damcıdan yaradan Allah onları öldükdən sonra yenidən dirildə bilməz?
2. Məgər nəhəng kainatı yaradan və alim-astranomların gözləri qarşısında ulduzun birini dağıdıb, o birini qazdan və tozdan düzəldən Allah insanı tozdan, yenidən yarada bilməz?
3. Məgər quru və cansız torpağa həyat verən Allah ölüləri dirildə bilməz?
4. Məgər sizin ana bətnində və anadan olandan sonra da qayğınızı çəkən Allah, sizə ona görə ağıl verib ki, günah işlədərək heyvan kimi öz ehtiraslarınızı doyurub bu dünyadan iz qoymadan gedəsiniz?
5. Məgər ölüm və şər rəmzi olan alovu, həyat və xeyir rəmzi olan ağaclardan yaradan Allah, ölünü canlıya çevirə bilməz?
Uca Allah Müqəddəs və Nöqsansızdır! Əgər insan ətrafında baş verənlər haqqında azacıq fikirləşsə, ona aydın olar ki, bizim kainat müdrik, rəhmli, qüdrətli, hər şeyi bilən və ədalətli Yaradan tərəfindən qurulmuşdur ki, O, şəri cəzasız, xeyri isə mükafatsız qoymur! İlahi ədalətin məkanı isə gələcək həyatdır ki, o, gündən-günə bizim hər birimizə yaxınlaşır.

Hazırlayan:
Mahmud Qəhrəmanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:51 | Yazı # 16
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BAŞLANĞICI HAQQINDA BİLİKLƏR
Uca Allah deyib:
«Səndən saat (qiyamət günü) haqqında soruşsalar ki, nə vaxt qopacaq? De: «O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerə bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!» Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: «O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!» (əl-Əraf, 187).

Uca Allah, həmçinin deyib:
«Səndən saatın (qiyamətin) nə vaxt qopacağı barəsində soruşsalar. Sən onu nə bilirsən?! Onu sona qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur» (ən-Naziat, 42-44).
Cabir ibn Abdullah rəvəyət edir ki, Peyğəmbər 9sav) ölümünə bir ay qalmış belə deyib: «Siz məndən qiyamət saatının nə vaxt qopacağını soruşursunuz? Bunu yalnız Allah bilir! Allaha and olsun ki, yüz ildən sonra bu dünyada yaşayanların heç biri sağ qalmayacaq».
(Hədisi Müslüm rəvayət edib)
Ömər ibn Xəttab danışır: «Bir dəfə biz Peyğəmbərin (sav) yanında oturmuşduq və birdən yanımıza ağ paltarlı və qara saçlı bir adam gəldi. Onun üst-başında uzun yolun əlamətləri yox idi, amma bizlərdən heç kəs onu tanımadı. O, Peyğəmbərlə üzbəüz oturdu və öz dizlərini onun dizlərinə dirəyərək əllərini onun budları üzərinə qoyub dedi: «Ya Məhəmməd! Mənə İslam haqqında danış». Allahın Peyğəmbəri  dedi: «İslam ondan ibarətdir ki, sən Allahdan başqa heç bir ilahın olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət verməlisən, namaz qılmalısan, zakat verməlisən, ramazan ayında oruc tutmalısan və əgər gedib çata biləcəksənsə, Məkkəyə Həccə getməlisən». O: «Düzdür» – dedi. Biz onun əvvəlcə Peyğəmbərdən soruşmasına, sonra isə onun sözlərini təsdiq etməsinə təəccübləndik. Sonra o dedi: «Mənə imandan danış». Peyğəmbər  dedi: «Sən Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun peyğəmbərlərinə və Qiyamət gününə və həmçinin qəzavü-qədərə (xeyrin və şərin Allahdan olmasına) inanmalısan». O dedi: «Bu da düzdür». Sonra o dedi: «Mənə ixlas barədə danış». Peyğəmbər (sav)dedi: «Sən Allaha elə ibadət etməlisən ki, sanki sən Onu görürsən. Axı sən onu görməsən də, O səni görür». «Mənə Saatın başlanması haqqında danış»– qonaq dedi. Peyğəmbər dedi: «Soruşulan soruşandan çox bilmir». «Onda mənə əlamətlərdən danış», – kişi davam etdi. «Kəniz qadın öz ağasını doğacaq, ac-yalavac və ayaqyalın dəvə otaranlar isə hündür binalar tikməkdə bəhsə girişəcəklər»– Peyğəmbər  cavab verdi. Budan sonra o adam getdi, Peyğəmbər  isə uzun müddət fikrə daldı. Sonar o məndən soruşdu: «Ey Ömər, məni sorğu-suala çəkəni tanıdınmı?». Mən cavab verdim: «Allah və Onun Peyğəmbəri bunu daha yaxşı bilər». Peyğəmbər  dedi: «Sizə dininizi öyrətmək üçün, Cəbrayılın özü gəlmişdi!».(Hədisi Müslüm rəvayət edib)
Bu gün bəzi adamlar Qiyamət gününün gələcəyi vaxtını bildiklərini israr edirlər, amma bu ağ yalandır və yalnız cahil insanlar bu cür əsassız bəyanatlara inana bilərlər. Hətta müqəddəs Məhəmməd Peyğəmbər (sav) və mələk Cəbrayıl da Qiyamət gününün nə vaxt gələcəyini bilmirdilər Ona görə ki, bunu bilmək göylər üçün də, yer üçün də çox çətindir.
Amma pak Sünnədən məlumdur ki, Qiyamət günü cümə günü qopacaq. Əbu Hüreyrə danışır ki, Allahın Peyğəmbəri belə deyib: «Günəşin doğduğu ən yaxşı gün, cümədir. Adəm bu gündə yaradılıb və bu gündə də cənnətə düşüb və elə bu gündə də oradan qovulub. Qiyamət günü də məhz bu gün qopacaq».
(Hədisi Müslim, Əhməd və Tirmizi rəvayət ediblər)

Hazırlayan:
Mahmud Qəhrəmanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:52 | Yazı # 17
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN YAXINLIĞI
İnsanlar Axirət gününün başlanması haqqında heçnə bilmədiklərinə baxmayaraq onlar, onun durmadan yaxınlaşmasını yaddan çıxarmamalıdırlar. Bundan əlavə, hər bir insan üçün gələcək həyat, onun bu fani dünya ilə vidalaşdığı andan başlanır. Buna görə də müqəddəs Quranda Axirət gününün yaxınlaşması barədə dönə-dönə xəbərdarlıq edilir.

Uca Allah deyib:
«İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər» (əl-Ənbiya, 1).
Uca Allah həmçinin deyib:
«Camaat səndən saatın nə vaxt qopacağını soruşar. De: «Onu ancaq Allah bilər!» Nə bilirsən, bəlkə də, saat (qiyamət) tezliklə qopacaq!» (əl-Əhzab, 63).
Allahın Peyğəmbəri isə deyib: «Mən bəşəriyyətə qiyamət saatı ilə bir yerdə göndərilmişəm və o az qalmışdı ki, məni qabaqlasın».
(Hədisi Əhməd və Təbəri rəvayət edib, İbn Həcərə görə həsəndir)

Hazırlayan:
Mahmud Qəhrəmanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:53 | Yazı # 18
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (1-7)
Dünyanın sonunun yaxınlaşmasına, Allahın Peyğəmbərinin bu barədə dediklərinin bir çoxunun həyata keçməsi dəlalət edir. O, öz ardıcıllarını bu hadisə ərəfəsində nələr baş verəcəyi haqqında xəbərdar etmişdi. Bu hadisələri Qiyamət saatının böyük və kiçik əlamətləri adlandırırlar.

1-ci əlamət: Sonuncu Peyğəmbərin gəlişi:

Məhəmməd Peyğəmbər (sav) öz səhabələrinə tez-tez deyərdi ki, onun gəlişi Axirətin yaxınlaşmasını sübut edir. O, həmçinin özünü Qiyamət saatının Peyğəmbəri adlandırırdı.
Ənəs ibn Malik rəvayət edir ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Mən, Qiyamət saatı ilə birgə, bu iki barmaq kimi göndərilmişəm». Bu zaman o, şəhadət və orta barmaqlarını birləşdirdi.(Hədisi Buxari, Müslüm, Əhməd, Timrizi rəvayət ediblər)
Əbu Cübeyrə danışır ki, Peyğəmbər (sav) deyib: «Mən Qiyamət saatının küləyi ilə göndərilmişəm».(Hədisi əd-Daulabi rəvayət edib, əl-Əlbani səhih adlandırıb)

2-ci əlamət: Məhəmməd Peyğəmbərin vəfatı:

Auf ibn Malik danışır ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatından qabaq altı hadisəni gözləyin: mənim ölümümü, Qüdsün (Yerusəlimin) fəthini, kuasun (xəstəlik növü) qoyunları tələf etdiyi kimi, sizi də qıran epidemiyanı, var-dövlətin çoxluğunu, belə ki, miskinə 100 dinar verəndə o narazı qalacaq, heç bir ərəb ailəsindən yan keçməyən hərcmərcliyi, sizin Əsfarın nəsilləri(Əsfar bin Rum bin Ays bin İshaq bin İbrahimin nəsli olan Rumlular nəzərdə tutulur. Bu haqda İbn Həcər «Fəth əl-Bari» əsərində deyib) ilə barışığınızı. Bundan sonra onlar qəflətən sizə 80 bayraq altında hücum edəcəklər ki, hər bayrağın altanda 12 min döyüşçü olacaq». Bu hədisi əl-Buxari rəvayət edib. Burada Qiyamət saatının bir neçə kiçik əlaməti qeyd edilir ki, biz onları daha geniş araşdıracağıq. Onlardan biri, bütün bəşəriyyətin ağası və elçilərin sonuncusu– Məhəmməd Peyğəmbərin (sav) vəfatıdır.
Uca Allah deyib:
«(Ya Məhəmməd!) Səndən əvvəl də heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar? Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədi ilə Biz sizi şər və xeyirlə sınağa çəkirik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!» (əl-Ənbiya, 34-35).
Allahın Rəsulunun ölümü onun səhabələri üçün böyük faciə idi. Ənəs deyirdi: «Peyğəmbər Mədinəyə gələndə bütün şəhər parlayardı. O öləndə isə şəhər zülmətə qərq oldu. Onu dəfn edərkən biz öz ürəklərimizi tanımayana qədər ondan əl çəkmək istəmirdik».(Hədisi Tirmizi rəvayət edib)
Peyğəmbərin ölümü həm də ilahi vəhylərin sonu demək idi və bu da, həmçinin səhabələri kədərləndirirdi. Peyğəmbər (sav) öləndən sonra Əbu Bəkr əs-Siddiq və Ömər ibn əl-Xəttab onun süd anasını – Um Aymanı ziyarət etmək qərarına gəlirlər. Görüşəndə onlar qoca qadının ağladığını görüb dedilər: «Ağlamaq lazım deyil, axı Allahın Rəsulu üçün Onun dərgahı daha yaxşıdır». Qadın cavab verir: «Mən ona görə ağlayıram ki, ilahi vəhylərə son qoyuldu».(Hədisi Müslim rəvayət edib)
Bu sözlər Əbu Bəkri də, Öməri də, Um Aymanla birlikdə ağlamağa məcbur etdi.

3-cü əlamət: Qüdsün (Yerusəlimin) fəthi.

İkinci xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti zamanı, hicrətin 16-cı ilində müsəlman ordusu Qüdsü qəti olaraq işğal etdi. Xəlifə şəxsən Qüdsə gəlib onun sakinlari ilə sülh müqaviləsi bağlayır və onu düşmənçilik edən yəhudilərdən və xaçpərəstlərdən təmizləyib böyük bir məscid tikintisinə başlayır. Übeyd ibn Adəm danışırdı ki, o, Ömər ibn əl-Xəttabın Kab əl-Əxbardan belə soruşduğunu eşidib: «Mən namazı harada qılsam yaxşı olar?» Kab cavab verir: «Məncə sən namazı qayanın ətəyində qılmalısan ki, bütün Qüds sənin qarşında, ovucunun içindəki kimi olsun». Ömər etiraz edir: «Sən yəhudilər kimi danışırsan. Mən belə etməyəcəm. Mən namazı Allahın Rəsulunun qıldığı yerdə qılacağam. O, üzünü qibləyə çevirib namazını qılır və sonra üst geyimini çıxarıb ona ətrafdakı tör-töküntünü yığmağa başlayır və insanlar da bu cür etdilər».(Hədisi Əhməd rəvayət edib)

4-cü əlamət: Amvasda taun epidemiyası.

Məhəmməd Peyğəmbərin (sav) xəbər verdiyi bu hadisə, hicrətin 18-ci ilində, Ömərin vaxtında baş vermişdi. Bu epidemiya Amvasda– Fələstinin kiçik bir şəhərində başlamışdır. Xəstəlik bütün Şam vilayətinə yayılmış və 25 min müsəlmanın həyatına son qoymuşdu. Bu qorxulu xəstəlikdən ölənlərin arasında Peyğəmbərin müsəlmanların mühafizi adlandırdığı Əbu Übeydə ibn Cərrah da var idi.(Bax: «əl-Bidayə və ən-Nihayə» c. 7, səh. 90)

5-ci əlamət: müsəlmanların varlanması.

Əbu Hüreyrə danışır ki, Allahın Peyğəmbəri (sav) delə deyib: «Qiyamət– müsəlmanlar görünməmiş var–dövlət toplamayana qədər qopmayacaq. Bu var-dövlət o qədər çox olacaq ki, onun sahibi kimə yardım etmək məsələsi üzərində düşünməli olacaq. O, sədəqə paylamaq istəyəndə isə ona deyəcəklər: «Mənim buna ehtiyacım yoxdur».(Hədisi Müslim rəvayət edib)
Allah Rəsulunun bu hədisi xəlifə Ömər ibn Abduləzizin vaxtında müsəlmanların var-dövlət içində yaşadıqları zamanədə həyata keçmişdir. Bu cür hadisə İsa ibn Məryəmin yerə nazil olacağı və həqiqətən Məhəmməd Peyğəmbərin nəslindən olan Mehdinin hakimiyyəti dövründə də olacaq.

6-cı əlamət: iğtişaşın yaranması.

İğtişaş – sınaq, yoldan çıxarmaq və həyəcan mərhələsidir. Məhəmməd Peyğəmbərin (sav) dediyi kimi, elə bir zaman gələcək ki, bu vaxt müsəlmanların imanı böyük sarsıntılara məruz qalacaq və bir çoxları küfrə yuvarlanıb aldadılacaqlar.
Əbu Musa əl-Əşari danışır ki, Peyğəmbər  belə deyib: «Dünyanın sonu yaxınlaşanda, qaranlıq gecəyə oxşayan sınaq mərhələsi başlanacaq. Hələ səhər mömin olan insan, axşama qədər kafirə dönəcək. Axşam mömin olan isə, səhərə qədər kafirə dönəcək…».
(Əhməd, Əbu Davud, İbn Macə)
Əbu Hüreyrə deyir ki, Peyğəmbərin  belə dediyini eşidib: «Zülmət gecəyə oxşayan iğtişaş düşənə qədər xeyirxahlıq edin. Hələ səhər mömin olan, axşam gafirə çevriləcək, axşam mömin olan səhərə qədər kafir olacaq. İnsanlar öz imanlarını dünya malına satacaqlar».(Müslim)
Müsəlman aləmini sarsıdan ilk böyük iğtişaş xəlifə Osman ibn Əffanın dövründə başlamışdır. Əvvəlki iğtişaşların öhdəsindən müsəlmanlar gəlmişdilər.
Xəlifə Ömər ibin Xəttab öldürüləndən sonra müsəlmanlar arasında Abdullah ibn Səbanın başçılığı altında qorxulu bir cərəyan əmələ gəlir. O, yəhudi idi, amma özünü müsəlman kimi qələmə verərək nadan insanları xəlifə Osmana qarşı qaldıra bildi. Abdullah ibn Səba müsəlman icmasını parçalamaq istəyirdi. Yəhudinin canfəşanlığı ona gətirib çıxardı ki, Mədinəyə Kufədən, Bəsrədən və Misirdən gələn silahlı kütlələr xəlifənin evini uçurub onu öldürdülər. Və bundan sonra da müsəlman aləmi bir çox sarsıntılara məruz qaldı.

7-ci əlamət: yalançı peyğəmbərlərin peyda olması.

Sauban danışır ki, Allahın Rəsulu  delə deyib: «Mənim ardıcıllarımın nəsilləri bütlərə ibadət etmək üçün çoxallahlılara qoşulmayana və mənim ardıcıllarım arasında özünə peyğəmbər deyən otuz yalançı gəlməyənə qədər Qiyamət qopmayacaq. Həqiqətən, mən sonuncu Peyğəmbərəm, məndən sonra peyğəmbər olmayacaq».
Əlbəttə, yalançı peyğəmbərlərin sayı otuzla məhdudlaşmır, ona görə ki, Allahın Rəsulu onlardan yalnız hakimiyyət əldə edənləri və insanları öz arxasınca apara bilənləri nəzərdə tuturdu. İlk yalançı peyğəmbərlərdən biri, Bəni Hənifə nəslindən olan Müseylim idi. O, öz nəslindən olan bir neçə adamı arxasınca apara bilmiş və xəlifə Əbu Bəkrin dövründə döyüşdə öldürülmüşdür. Səcah adlı qadın da özünü peyğəmbər elan etmişdi və Müseylim həmin an onunla evlənmişdi, lakin onun ölümündən sonra qadın tövbə etmiş və İslamı qəbul etmişdi. Sonra Əsəb qəbiləsindən olan Tüleyxa ibn Xüveyld adlı yalançı peyğəmbər meydana gəldi. Daha sonra Sakif tayfasından olan Muxtar ibin əbu Übeyd peyğəmbərlik iddiası ilə, ibn Zübeyrin hakimiyyəti illərində, Məhəmməd Peyğəmbərin nəslindən olanlara məhəbbət və Hüseyn ibn Əlinin intiqamını almaq istəyi nümayiş etdirərək, Kufə əhlini öz tərəfinə çəkmiş və bundan sonra özünü peyğəmbər elan etmişdir. Malik ibn Marvanın hakimiyyəti zamanı Xaris adlı yalaçı peyğəmbər peyda oldu və çox keçmədən o öldürüldü. Abbasilərin dövründə də özünü peyğəmbər deyənlərin sayı çox idi. Son əsrlərdə daha çox «tanınmış» yalançı peyğəmbərlərdən Mirzə Qulam Əhməd əl-Qədyani və Bəhaullahı (Bəhai) göstərmak olar. Yalançı peyğəmbərlərdən sonucusu əd-Dəccal olacaq ki, o, İsa ibn Məryəm tərəfindən öldürüləcək. Qalan yalançı peyğəmbərlər isə möminlərin xüsusi diqqətinə layiq deyillər.

Hazırlayan:
Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:54 | Yazı # 19
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (8-14)
8-ci əlamət: Hicazda alovun əmələ gəlməsi.
Hicaz – Məkkə ilə Mədinə arasında yerləşən bir vilayətdir.
Əbu Hüreyrə rəvayət edir ki, Allahın Peyğəmbəri (sav) delə deyib: «Hicazda ( Hicaz- Səudiyyə Ərəbistanında Məkkə və Mədinə arasında yerləşən ərazi).Busradakı dəvələrin boyunlarını işıqlandıran alov püskurməyinjə Qiyamət qopmayacaq». (Buxari və Müslim)
İmam ən-Nəvəvi demişdir: «Bizim zəmanəmizdə, dəqiq desək, hicrətin 654-cü ilində, Mədinənin yaxınlığında yerdən nəhəng alov püskürdü. Bu, şəhərin şərq tərəfində, Hirra deyilən yerdə baş verdi. Bu hadisə barəsində Şamın və digər yerlərin sakinləri bilirlər. Mən bu haqda hadisənin canlı şahidləri olmuş Mədinəlilərdən də eşitmişəm».
(«Şərh Səhih Müslüm» c. 18, səh. 28)

9-cu əlamət: müsəlman xilafətində təhlükəsizlik və əminamanlıq.
Əbu Hüreyrə, Peyğəmbərin (sav) belə dediyini rəvayət edir: «İraqdan Məkkəyə gedən süvari yalnız yolunu azacağından qorxana qədər Qiyamət qopmayacaq».(Hədisi Əhməd rəvayət edib, əl-Heysəmiyə görə səhihdir)
Pak və ədalətli xəlifələrin dövründə müsəlmanlar artıq bunun şahidi olmuşdular, amma bu daha bir dəfə İsanın yerə enəjəyi və Mehdinin hakimiyyəti dövründə olacaq.

10-cu əlamət: türklərlə döyüş.
Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Müsəlmanlar türklərlə döyüşməyənə qədər, Qiyamət saatı qopmayajaq. Türklərin üzləri dəri ilə halqalanmış qalxanlara bənzəyir. Onların həm geyimləri, həm də ayaqqabıları yundandır".
(Müslim)
Başqa bir rəvayətdə belə deyilir: "Siz yun ayaqqabılar geymiş millətlə döyüşməyənə qədər Qiyamət saatı qopmayajaq. Onlar ensiz gözləri, qırmızı üzləri, enli burunları və dəri ilə halqalanmış qalxanlara bənzər üzləri olan türklərdir".(Buxari)
Hüdeyc danışır ki, Müaviyə ibn Əbu Süfyan öz vəlisindən məktub alan zaman, o, Müaviyənin yanında idi. Orada yazılırdı ki, müsəlmanlar türklərə hücum edib, onları qırıb, türklərə böyük xətər yetirib, çoxlu qənimət əldə etdilər. Bütün bunlar Müaviyəni çox hirsləndirdi və o, cavab olaraq aşağıdakı məzmunlu məktub yazmağı əmr etdi: "Sənin sözlərindən türklərin böyük itki verdiklərini və sənin onlardan zəngin qənimət ələ keçirdiyini anladım. Gələjəkdə sənin belə şeyləri təkrar elədiyin barədə eşitmək belə istəmirəm. Mənim icazəm olmadan onlarla döyüşlərə başlama". Hüdeyc soruşdu: "Ey əmirəl-möminin! Niyə belə etdin?" Müaviyə cavab verdi: "Çünki mən eşitmişəm ki, peyğəmbər (sav) belə deyib: "Türklər ərəblərə yovşan bitən çöllərdə mütləq qalib gələcəklər". Bax buna görə mən onlarla müharibə etmək istəmirəm".(Əbu Yalə)
Müsəlmanlar uzun zaman türk qəbilələrdən uzaq dururdular, lakin türklər tədricən müsəlmanların etibarını qazanmağa başladılar. Əl-Mütasimin xilafəti zamanı isə türklər artıq müsəlman qoşununun böyük hissəsini təşkil edirdilər. Onların təsiri güclənir və bu da Səlcuqların və başqa türk qəbilələrinin yüksəlişinə gətirib çıxartdı. Müsəlman təqvimi ilə VII əsrdə monqollar Çingiz xanın rəhbərliyi ilə islam xilafətinə hücum etdilər. Hicrətin 656-cı ilində onlar Bağdadı dağıdıb, böyük kitabxanasını məhv edib, xəlifə Əl-Mütasimi öldürdülər. Bir neçə onillik ərzində monqollar müsəlman ölkələrini soymağa davam etdilər. Sonra bura Teymur Ləng soxuldu. O, müsəlman ölkələrini soyub, Dəməşqi tamamilə söküb yandırmışdı. Bir sözlə desək, türk istilaçıları müsəlmanlara böyük ziyan vurdular, lakin sonra onlar imana gəlib, islamın bayrağını yüksəklərə qaldırdılar. Onlar Konstantinopolu və başqa torpaqları fəth etdilər və bunun hesabına qüvvətli Osmanlı imperiyasını yaratdılar. Bu da XX əsrin əvvəlinədək islam dininin qalası oldu.

11-ci əlamət: inamın itməsi.
Əbu Hüreyrə, Peyğəmbərin (sav) belə dediyini söyləyir: «İnamın itdiyi zaman Qiyaməti gözləyin».(Buxari)
Hüzeyfə delə deyirdi: «Allahın Rəsulu (sav) bizə iki hədis danışdı, onlardan biri artıq baş verib və mən indi ikincini gözləyirəm. O deyib: «İnam və düzlük, insanların qəlblərində Quranı və Sünnəni biləndən sonra möhkəmlənəcək». O, həmçinin demişdi: «İnsan yatacaq, inam və düzlük isə azacıq onun qəlbini tərk edəcək. Yerində qalan isə yanıq izinə oxşayacaq. Gələn dəfə yatanda inam və düzlük yenə də onun qəlbindən gedəcək, qalan isə, ayağa çıxan suluğa oxşayacaq. Sən, onun dəri üzərində necə şişdiyini görürsən, amma onun içi boşdur. Elə gün gələcək ki, insanlar bir-biriylə alver edəcəklər, amma onların arasında inanılası adam olmayacaq. İnsanlar, qəlblərində, hətta ağırlığı bir istiot tozunun çəkisi qədər inamı olan adamlara pərəstiş edəcəklər» Sonra Hüzeyfə əlavə etdi: «Vaxt var idi ki, mənim üçün kimlə alver etməyimin əhəmiyyəti yox idi. Əgər bu müsəlman idisə, din onu fırıldaqçılıqdan çəkindirirdi. əgər o, xaçpərəst idisə, onu kələkdən hökmdar çəkindirirdi. Amma bu gün mən, onların hər ikisi ilə ticarət aparıram».
(Buxari)

12-ci əlamət: candarmaların və nəzarətçilərin sayının artması.
Əbu Ümamə danışır ki, Peyğəmbər 9sav) belə deyib: "Dünyanın sonu gəlməzdən əvvəl mənim ümmətimdə əllərində öküz quyruğuna oxşar qamçı olan kişilər peyda olacaq. Onlar səhər evlərindən çıxanda və axşam evlərinə qayıdanda Allah onlara qəzəblənəcək".(Əhməd)

13-cü əlamət: dini biliklərin aradan çıxması və cəhalətin genişlənməsi.
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (sav) belə deyib: «Qiyamət saatından qabaq elmi biliklər aradan çıxacaq, cəhalət, zinakarlıq, uyuşdurucu içkilərin qəbulu artacaq, qadınların sayı artıb kişilərin sayı azalacaq belə ki, əlli qadının bir ağası olacaq».(Buxari və Müslim)
Əmr ibn əl-As danışır ki, Peyğəmbərin (sav) belə dediyini eşidib: «Həqiqətən, Allah insanları birdən-birə elmsiz etmir, O, əvvəlcə onları alimsiz qoyur. Alimsiz qalan insanlar isə özlərinə biliksiz başçılar seçirlər. Onlardan soruşurlar, onlar isə müstəqil qərar qəbul edirlər. Nəticədə özləri də azır, başqalarını da düz yoldan çıxarırlar».(Buxari və Müslim)
Dini elmsizlik haqqında olan bu hədislər bizə Peyğəmbərimizdən və müsəlman ilahiyyatçılarından miras qalıb. Digər dünyəvi elmlərə və alimlərə gəldikdə isə, onların sayı artır, amma onlar insanlara cəhalətin zülmətindən çıxmağa kömək edə bilməzlər.
Bu gün biz bu hədislərdə qeyd olunanların həyata keçməsinin şahidi oluruq: bu gün müsəlmanlar cəhalətin çirkabında çapalayır. Onlar İslamın ümümi əsaslarından belə bixəbər qalıblar.
Hüzeyfə rəvayət edir ki, Allahın Rəsulu (sav) belə deyib: «İslam paltarın rəngi solan kimi solacaq. Nəhayət insanlar namazın, orucun, qurbanın, xeyrxahlığın nə olduğunu bilməyəcəklər. Allahın Müqəddəs Kitabı bir günün içində yox olacaq və yerdə heç bir yazılmış ayə qalmayacaq. Amma qocalar hələ belə deyəcəklər: «Biz atalarımızdan Allahdan başqa bir ilahın olmadığını eşitmişik və biz də bunu deyirik». Sula ondan soruşdu: «Yəqin ki, namazın, orucun, qurbanın, sədəqənin nə olduğunu bilmədikləri üçün bu sözlərin onlara heç bir xeyiri olmayacaq?» Hüzeyfə üzünü ondan çevirdi. O, öz sualını üç dəfə təkrar etdi və hər dəfə Hüzeyfə ondan çəkinirdi və nəhayyət o, cavab verdi: «Ey Sula! Bu sözlər onları cəhənnəmdən qurtaracaq! Bu sözlər onları cəhənnəmdən qurtaracaq! Bu sözlər onları cəhənnəmdən qurtaracaq!».
(İbn Macə, əl-Hakim. Əlbaniyə görə səhihdir)
Beləliklə, Axirətdən əvvəl dünyada heç bir yazalmış ayə qalmayacaq. Hətta elə bir zaman gələcək ki, insanlar öz Allahlarının adını belə çəkməyəcəklər. ƏnƏs deyirdi ki, o, Allahın Rəsulunun (sav) belə dediyini eşidib: «Qiyamət– insanlar «Allah, Allah» deməyəndə qopacaq».(Müslim)
Belə bir fikir var ki, insanlar ümumiyyətlə Allahı yada salmayacaqlar. Amma ikinci mülahizəyə əsasən insanlar ətrafdakıları xeyirxahlıq etməyə və şərdən çəkinməyə dəvət etməyəcəklər. Məhz buna görə İbn Məsudun hədisində Peğəmbərin belə dediyi göstərilir: «Qiyamət saatı sağ olanlar ən murdar adamlar olacaqlar».(Buxari)

14-cü əlamət: zinanların çoxalması.
Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Mənim canım əlində olan Allaha and olsun: elə bir vaxt olacaq ki, bir kişi bir qadını düz yolun ortasında yerə uzadacaq. Və bu vaxt gəlməyincə mənim ümmətin yoxa çıxmayacaq. O zaman yaşayanların ən yaxşıları isə həmin kişiyə: "Yaxşı olardı ki, sən o divar arxasına keçəsən" – deyəcəklər".(Əbu Yalə rəvayət edib, əl-Heysəmiyə görə səhihdir)
Abdullah ibn Məsud deyir: "Peyğəmbərliyi özünə rəhbər tutan insanlar, onların aralarında zinalar və sələmçilik yayılmayana qədər məhv olmurdular"

Hazırlayan:
Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:54 | Yazı # 20
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (22-25)
22-ci əlamət: valideylərə hörmətsizlik
Cəbrayıl haqqında məlum hədisdə Allahın Rəsulunun (sav) belə dediyi xəbər verilir: «Kəniz qız öz xanımını doğacaq, lüt və evsiz-eşiksiz dəvə otaranlar isə hündür binalar tikməkdə bəhsə çıxacaqlar».(Buxari və Müslim)

Bu hədisin bir neçə təfsiri var.
Əl-Xattabi yazır: «Bu, o deməkdir ki, İslam sürətlə yayılacaq, onun ardıcılları isə bütpərəstlərin torpaqlarını zəbt edib uşaqlarını əsir götürəcəklər. Əsir edilmiş kənizlərdən də uşaqlar doğulacaq ki, onlar sahibləri kimi hüquqlara malik olacaqlar. Beləliklə, qul öz ağasını doğacaq».(Maalim əs-Sünən», c. 7, səh. 67)
Amma İbn Kəsir və İbn Həcər bununla razılaşmayıblar. İbn Həcər yazır: «Bütpərəstlərin ərazilərinin işğalı və onların uşaqlarının əsir alınması artıq İslamın yayılmasının ilk illərində baş verirdi. Hədisdə isə Qiyamət günü ərəfəsində baş verəcək hadisələr göstərilir».(Fəth əl-Bari», 1/122)
İkinci təfsirə görə ağalarr qullarını satacaq, onlardan olan uşaqlar böyüdükdə isə onlar da özlərinə qul alacaqlar və bu zaman onların öz anaları olduqlarını bilməyəcəklər.
Üçüncü təfsirə görə uşaqlar öz valideynlərinə ağanın öz quluna yanaşdığı kimi münasibət bəsləyəcəklər. Onlar valideynlərini döyüb və söyərək öz qullarına çevirəcəklər. İbn Həcər məhz bu təfsirə üstünlük verir.

23-cü əlamət: qətllərin çoxalması.
Əbu Musa əl-Əşari danışır ki, Peyğəmbər (SAV) belə deyib: «Axirət günü ərəfəsində xarc başlanacaq». Ondan soruşurlar: «Xarc nə deməkdir?» O dedi: «Qətl». İnsanlar soruşurlar: «Məgər onlar biz öldürdüyümüzdən çox öldürəcəklər? Biz ildə yetmiş mindən çox adam öldürürük». Peyğəmbər (sav))dedi: «Bu, çoxallahlılarla vuruş olmayacaq. Siz bir-birinizi öldürəcəksiniz». Adamlar soruşurlar: «Biz nə etdiyimizi biləcəyikmi?». O, cavab verdi: «O dövrdə insanların çoxu sağlam düşüncəsini itirəcək və çox az adam buna düçar olmayacaq. Bir çoxları elə hesab edəcək ki, haqlıdır, amma əslində onlar həqiqətdən çox uzaq olacaqlar».(Əhməd, İbn Macə. Əlbaniyə görə səhihdir)
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Ruhum əlində Olana and içirəm ki, ölən nə üçün öldüyünü, öldürən isə nə üçün öldürdüyünü bilmədiyi zəmanə gəlməyincə Axirət başlamayacaq». Ondan soruşurlar: «Bəs bu necə baş verəcək?» O dedi: «Bu elə qətllər olacaq ki, həm ölən, həm də öldürən cəhənnəmə düşəcək».(Müslim)
Əbu Burda söyləyir ki, bir dəfə o, bazarda olarkən gördüyündən çox təəccüblənir. Atası Peyğəmbərin (sav) səhabələrindən olan Mədinə sakinlərndən biri ondan soruşur: «Əbu Burda, sən nəyə belə təəccüblənirsən?» O, cavab verir: «Mən eyni dinə qulluq edən, eyni peyğəmbərə inanan, eyni həqiqətə çağıran, eyni dəlillərə əsaslanan və bir düşmənlə vuruşan insanların bir-birini öldürmələrinə təəccüblənirəm». O dedi: «Buna təəccüblənmə! Mənim atam Allahın Rəsulunun (sav) belə dediyini eşitmişdi: «Mənim ardıcıllarım əhf olunacaqlar. Gələcək həyatda onlar sorğu-suala çəkilməyəcək və cəzalandrılmayacaqlar, ona görə ki, onların cəzası qətllər, zəlzələlər və hərislik olacaq».(əl-Hakim və əz-Zəhəbi. Əlbaniyə görə səhihdir)
Əl-Əşarinin rəvayətində isə, Allahın Rəsulu ()sav) belə deyib: «Mənim ardıcıllarım məhv olunacaqlar. Onlar gələcək həyatlarında cəzalandrılmayacaqlar, amma fani dünyada onların cəzaları var. Bu – qətllər, narahatçılıq və zəlzələlərdir».(Əhməd. Əlbaniyə görə səhihdir. Bax: "Silsilət əl-Əhadis əs-Səhihə", c. 2, səh. 684)

24-cü əlamət: qohumluq əlaqələrinin kəsilməsi və
qonşulara hörmətizlik
Abdullah ibn Əmr danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşulara hörmətsizlik yayılmayana qədər Qiyamət saatı qopmayacaq» (Əhməd).
İndi biz Məhəmməd Peyğəmbərin (sav) vaxtı ilə xəbərdar etdiklərinin baş verməsinin şahidi oluruq. İnsanlar kobud və daş ürəkli olublar. Onlar heç də bütün qohumlarını tanımayıb, qonşularının hamısı ilə istiqanlı deyillər. Amma mömin müsəlmanların arasında həmişə sülh və məhəbbət olub və məhz bu keyfiyyətlərinə görə onlar hər zaman seçilmişlər.
Cubeyr ibn Mutim danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Qohumluq əlaqələrini kəsən Cənnətə girməyəcək».(Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi)
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Qoy Allaha və Axirət gününə inanan öz qonşusunu incitməsin və qadınlarla yaxşı rəftar etsin».(Buxari)
İbn Ömər rəvayət edir ki, Peyğəmbər (sav) delə deyib: «Cəbrayıl məni qonşuma yaxşılıq etməyə o qədər çağırdı ki, mən onun qonşumun varisi olacağını zənn etdim».(Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi)

25-ci əlamət: vaxtın sürətlənməsi.
Ənəs danışır ki, Allahın Rəsulu (sav) deyib: «Vaxt sürətlənməyənə qədər Qiyamət saatı qopmayacaq. İl aya, ay həftəyə, həfət günə oxşayacaq, gün saata, saat isə kösövün çürüməsinə bənzəyəcək».(Əhməd, Tirmizi. Əlbaniyə görə səhihdir)
Peyğəmbərimizin (sav) bu dediklərinin bir necə təfsiri var.
İbn Həcər, əl-Xəttabi və ibn əl-Əsir yazırlar ki, zaman tədricən öz bərəkətini itirəcək və bunun nəticəsində insanlar əvvəlki nəsillərin gün ərzində görə bildiklərini edib çatdıra bilməyəcəklər».(Fəth əl-Bari», 13/16; «Məalim əs-Sünən», 6/141-142; «Cəmii əl-Usul», 10/409)
İkinci təfsirə görə, Mehdinin hakimiyyəti dövründə insanlara elə gələcək ki, vaxt tez keçir. Bütün dünyada əminamanlıq, təhlükəsizlik və ədalət hökm sürəcək və məlumdur ki, yaxşı günlər tez gəlib keçir, yaman günlər isə həmişə uzun və əzablı görünür.(«Fəth əl-Bari», 13/16)
Seyid Sabiq və Hamud ət-Tuvecri hesab edirlər ki, Peyğəmbərin  sözlərində əlaqə və sürətli nəqliyyat vasitələrinin əmələ gələcəyi nəzərdə tutulur ki, onların köməyi ilə insanlar böyük məsafələrə informasiya ötürmək və tez bir zaman¬da uzun məsafələr qət etmək imkanı qazanacaqlar.(İthaf əl-Camaa», 1/497; «əl-Aqaid əl-İslamiyyə», səh. 247)
Bu göstərilən və deyilməyən digər təfsirlərin hamısı Məhəmməd Peyğəmbərin (sav) dediklərinin məcazi mənasına toxunur, amma Axirət günü onun peyğəmbərliyi hərfi mənada baş verəcək, ona körə ki, zaman həqiqətən sürətlənəcək.(Fəth əl-Bari», 13/17.)

Hazırlayan:
Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
  • Страница 1 из 4
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru