[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 3 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
Axirət Dünyası
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:33 | Yazı # 41
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (5-ci, 6-cı, 7-ci əlamətlər) ŞƏRQDƏ,QƏRBDƏ, ƏRƏBİSTAN YARIMADASINDA
Quran böyük çatlar (dərin yarğanlar) əmələ gələrək Yer səthində olanların bütünlüklə onun dibinə batmasının dəhşətli olmasına belə işarə edir: «nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük...» (əl-Qəsəs, 81)

Huzeyfə bin Əsiddən rəvayət olunur ki, Rəsulullah (sav) dedi: ”Qiyamət saatı on əlamətdən sonra qopacaq: -bəzilərini saydı və yerin 3 ərazidə batmasını bildirdi:-Şərqdə, Qərbdə, Ərəbistan yarımadasında yerin batması” .(Müslim: “Səhih” Nəvəvi şərhi: 18/22-23)
Um Sələmə deyir ki, Rəsulullahın (sav) belə dediyini eşitdim: ”Sonra Şərqdə, Qərbdə, Ərəbistan yarımadasında yer yarılaraq, üstündəkilər öz dibinə batacaq” və soruşdum ki, ya rəsulullah yer batacaq üzərində saleh adamlar olsa belə? Dedi: ”İnsanların əksəriyyəti xəbis (pis, murdar) olacaq”
(ət-Tabarani “əl-Əvsat”, əl-Heysəmi “Məcmuə əz-Zəvaid” 8/11)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:33 | Yazı # 42
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (8-ci əlamət) GÜNƏŞİN ÖZ MƏĞRİBİNDƏN (BATDIĞI YERDƏN) ÇIXMASI
Son saatın baş verməsini göstərən aydın əlamətlərdən biri də Günəşin öz məğribindən çıxmasıdır.

İmam əl-Buxari və Müslim Əbu Hüreyrədən bu hədisi verir: Peyğəmbər (sav) demişdir: "Son saat tamam olanda Günəş öz məğribindən çıxır. Günəş çıxanda onu görən bütün insanlar iman gətirəcəklər. Bu o vaxt baş verəcək ki, onların imanı onlara bir xeyir verməyəcək. Bu heç də əvvəldən gələn iman deyildir və bu imanda xeyir yoxdur".
(əl-Buxari Səhih. «Fəth əl-Bari», 11/352; Müslim. İman kitabı: 2/167. Hədis 157)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:34 | Yazı # 43
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (9-cu əlamət) DABBƏNİN (HEYVANIN) MEYDANA ÇIXMASI
Bu heyvan Axır zamanda meydana gələn Allah ayələrindən biridir. Bu zaman şər artır, fitnə-fəsad hər yeri bürüyür. Bu vaxt xeyir çox azalır. Allah təala bu heyvan barədə buyurur: «Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): "İnsanlar ayələrimizə inanmırdılar!" - deyər» (ən-Nəml, 82).

Heç şübhəsiz bu heyvan insanın görmüş olduğu heyvanlara bənzəmir. Belə ki, o, insanlarla danışır. Biz artıq heyvanın meydana gəlməsinin son saatın tamam olması əlamətlərindən biri olması barədə Peyğəmbər (sav) hədislərini vermişik.
İmam Əhməd "Müsnəd", əl-Buxari "Kəbir", əl-Bəğəvi "Əli bin əl-Cə"din hədisi", Əbu Nueym "İsfəhan xəbərləri" əsərlərində Əbu İmamənin səhih istinadlı və Peyğəmbərlə əlaqələndirilən hədisində deyilir: "Dabbə (heyvan) meydana gəlir. Adamların burnunu əzir və bununla da onları nişanlayır. Bir kişi dəvə alır. Deyirlər: Kimdən aldın? Cavab verir ki, bir burnu əzilmişdən aldım".
(«Silsilət əl-Əhadis əs-səhihə», 1/31, hədis: 322, İmam Əhməd 5/268)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:34 | Yazı # 44
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (10-cu əlamət) ADAMLARI BİR YERƏ TOPLAYAN OD
Son saat tamamlanmışdan qabaq baş verəcək son hadisə Ədən torpağının dərinliyindən çıxan və insanları Məhşərə (Toplanış yerinə) yığan bir od xaric olacaqdır. Yuxarıda qeyd etdiyimiz hadisələrdə Peyğəmbər (sav) son saatın şərtlərini sadalayır, qeyd edir ki, bunlar ondur və deyir: "Bunların sonuncusu Yəməndə xaric olub insanları öz Məhşərinə qovan oddur".
(Müslim "Səhih". Fitnələr kitabı Son saat fəsli. 18/22, hədis: 2901)

İmam əl-Buxarinin "Səhih"ində Ənəsdən rəvayət edilən hədisdə deyilir ki, Peyğəmbərlə  Mədinəyə hicrət edən Abdulla bin Səllam Rəsulullahdan (sav) bəzi şeylər barədə soruşub deyir: “Mən üç şey barədə soruşuram: "Son saatın ən birinci şərti nədir?"
Peyğəmbər (sav) deyir: "Son saatın ən birinci şərti odur ki, insanları məşriqdən məğribə qovub bir yerə toplayır".
(Qalan məsələlər və Peyğəmbərin (sav) cavabları barədə əl-Buxarinin Səhih əsərinə bax: «Fəth əl-Bari», 7/272)
İmam ət-Tirmizinin və İmam Əhmədin Abdulla bin Ömərdən verdiyi hədis: Rəsulullah (sav) demişdir: "Hadramautdan (Yəmənin cənubunda) son saat tamamlanana qədər od qalxacaq və insanları bir yerə toplayacaqdır”.(İmam Əhməd «Müsnəd» 7/133, Tirmizi 6/463-464)
Soruşdular: "Ya Rəsulullah! Bizə nə əmr edirsən?" Deyir: "Şama getməlisiniz". ət-Tirmizi deyir ki, bu etibarlı və səhih hədisdir.
(Camiul usul: 10/368 hədis: 7888. Səhihul camiis səğir: 3/203, Hədis: 3603, Tirmizi 6/434-435.)
Peyğəmbər (sav) bizə insanların Məhşərə toplaşması barədə danışır. İmam əl-Buxari "Səhih"ində Əbu Hüreyrədən bu hədisi verir: "İnsanlar qorxudan və xilas olmaq istəyi ilə müxtəlif yollarla gedirlər, ikisi, üçü, dördü, onu bir dəvəyə minirlər. Yerdə qalanlarını da od bir yerə toplayır. Yerləşdikləri yerə yerləşir, gecələdikləri yerdə gecələyir, sübh açdıqları yerdə sübh açır, axşamladıqları yerdə axşamlayır".
(əl-Buxari. "Səhih". Rifaq kitabı. Həşr fəsli. «Fəth əl-Bari», 11/384.)
Əhməd "Müsnəd"də, ət-Tirmizi «Sünən»də, əl-Hakim "Müstədrək"də Müaviyyə bin Heydər səhih istinadla bu hədisi verirlər: Peyğəmbər (sav) demişdir: "Siz adamlar və minik heyvanları bir yerə toplanırsınız. Üzünüzü bax bura tutursunuz" - əlini Şam tərəfə uzatdı.
(Səhihul camiis səğir: 2/272, hədis: 2298)
Odun topladığı son adamlar Müzəyyənədən olan iki çobandır. İmam əl-Buxarinin, Müslimin və Əhmədin Əbu Hüreyrədən verdikləri hədis: Mən Rəsulullahın (sav) bu sözləri dediyini eşitmişəm: "Mədinəni çox yaxşı bir vəziyyətdə qoyub gedirlər. Şəhərdə yalnız quşlar və heyvanlar qalır. Həşrə toplanan Müzəyyənədən olan son iki çoban oldu. Onlar öz qoyunlarını otarırlar. Onların qoyunları vəhşi heyvana çevrilirlər. Onlar hətta vadinin aşağı hissəsinə çatanda bu heyvanlar onların üzünü bulaşdırırlar".
(«Silsilət əl-Əhadis əs-səhihə», 2/302. Hədis: 683)
Odun insanları topladığı Məhşər yeri Şam (Suriya) ölkəsindədir. Ər-Rubinin "Şamın fəzilətləri" kitabından Əbu Zərrdən səhih istinadla bu hədis verilir: Peyğəmbər (sav) demişdir: "Şam məhşər (toplanış) və mənşər (yayılmaq) yeridir". Bu hədisi Əhməd "Müsnəd"də, İbn Macə «Sünən»də, ər-Rubi "Şamın fəzilətləri"ndə Meymunə bin Sədə istinadən verirlər(Səhihul camiis səğir: 3/232, hədis: 3620.)
Bəzi alimlərin fikrincə bu toplanış Axirətdə baş verəcəkdir. əl-Qurtubi bu fikri əl-Hüleymiyə və Hamid əl-Qəzaliyə şamil edir. (əl-Qurtubi "ət-Təzkirə": səh.198-199 «Fəth əl-Bari»,11(379) Əl-Xəttabi, ət-Tayyibi, Qazi İyaz, əl-Qurtubi, İbi Kəsir və İbi Həcər bu fikirdədirlər ki, bu həşr (toplanış) dünyanın ömrünün sonunda, Ədən dərinliklərində od çıxıb adamları Şama topladıqda baş verəcəkdir. («Fəth əl-Bari», 11/379-380; ət-Təzkirə: səh.200).
İbn Kəsir bu hədislər barədə deyir: "Bu şərhlər göstərir ki, bu həşr (toplanış) dünyanın axırında mövcud olanların toplanışıdır. Bunlar da həşrin baş verdiyi ölkələrdən olanlardır. Bu yer Şam ölkəsidir. Bu adamlar üç qismdə olurlar: bir qismi tox, geyinmiş və miniklə olacaq, bir qismi bəzən piyada, bəzən də miniklə gedəcəkdir. Bunlar bir dəvəyə minəcəklər. Necə ki, hər iki "Səhih"də deyilir: "İkisi, üçü...onu bir dəvəyə minirlər". Yəni miniyin azlığından onun dalınca gedirlər. Başqa bir hədisin şərhində deyildiyi kimi qalanlarını od bir yerə toplayacaqdır. Bu od Ədən torpağının dərinliklərindən çıxıb insanları arxadan bürüyür. Hər tərəfdən onları Məhşər torpağına qovur, gecikəni yandırır. Bütün bunlar göstərir ki, bu, dünyanın sonunda baş verir. Yemək, içmək, müstəvi şəkilli yerə minmək və s. baş verir. Geridə qalanları od yandırır.
Əgər bu oyanış şeypur səsindən sonra baş versəydi nə ölü, nə minmək üçün düz bel, nə yemək, nə içmək, nə libas, nə də ki, bu hədislərin əksəriyyətini rəvayət edən Hafiz Əbu Bəkr əl-Beyhəqqi bu minmək hadisəsini Qiyamət gününə aid edir. Öz dediyini səhih sayır, biz göstərdiklərimizi isə zəif hesab edir. Buna sübut kimi Allah təalanın bu kəlamını gətirir: «O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik» (Məryəm, 85-86).
Bununla, Qiyamətin 10 böyük əlaməti haqqında müxtəsər məlumat verdik. Lakin başqa əsərlərdə Mehdinin də böyük əlamət olmasını bildirən hədislər vardır. Mehdi ilə bağlı ayrıca “Mehdilik və imamlıq” kitabı hazırlanması nəzərdə tutulduğuna görə burada onları təkrarlamamaq qərarına gəldik.
Həmin kitabda Allahın izni ilə ”Mehdi” sözünün şəri və lüğəvi mənası veriləcək, Mehdinin zühurundan əvvəl və sonrakı əlamətlər, onun nəsəbi və xarici görkəmi haqda məlumatlar, Mehdinin xilafəti və vəzifələri, həmçinin mehdiliklə əlaqəli bəzi məsələlər Peyğəmbərimizin sünnəsi ilə əsaslandırılacaq.

SON SÖZ

Allahın Rəsulunun hədisləri və müsəlman ilahiyyatçılarının təfsirləri üzərində əməlli başlı fikirləşsək aydın olar ki, bəşəriyyət sürətlə Axirət gününə yaxınlaşır. Bu hədislərin yalnız bəziləri hələ baş verməyib. Amma çox keçməz ki, onlar da hayata keçər və onda insanlıq üçün ən qorxulu gün – Axirət günü başlayar. Uca Allah deyib:
«O böyük bəla (qiyamət) gələndə. O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı və pis əməllərini) yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir. Kim (dünyada) azğınlıq etmiş¬sə, dünyanı üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!» (ən-Naziat, 34-41).
Bu qədər hədisin həyata keçməsindən sonra Qüdrətli Allahın vədinə şübhə etməyə dəyərmi? Uca Allah deyib:
«Onlar (kafirlər) ancaq saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?» (Məhəmməd, 18).
Həqiqətən, sağlam düşüncəli adam təkzibolunmaz şeyi inkar etməz. Bundan başqa o, Qüdrətli Allahı ilə görüşə hazırlaşmaq üçün yaxşı işlər görməyə tələsər.
Ey Allahın qulu! Bu gün hələ sən tövbə edib düzgün yolu tuta bilərsən. Amma sabah, ruhun boğazına dirənəndə və gələcək həyatın astanasında duranda, tövbənin sənə artıq heç bir xeyiri olmayacaq. Sən öz günahlarına bəraət qazandıra bilməyəcəksən, ona görə ki, Müqəddəs Quran və Sünnə sənə öz həqiqiliklərinə inandırıcı sübütlar gətirmişlər ki, onların bəziləri bu kitabçada göstərilib. Əgər sən bunu dəqqətlə oxudunsa, onda sənə bəşəriyyətin və hətta musəlmanların hansı fəlakət içində yaşadıqları aydın olar. Cahil insanların çirkabında çapaladıqları küfrdən imtina et! Allahın dinin bilən müsəlmanlardan öyrən! İslamı təhrif edib onun həqiqi davamçılarına qara yaxan cahil və araqarışdıranlara fikir vermə! Qutuluş yoluna keç və onu öz qohumlarına və dostlarına göstər və sən başa düşəcəksən ki, həqiqi din insana yalnız xeyir gətirir və ona dünyanı dərk etməyə və həyatda öz yerini tutmağa gömək edir!
Uca Allah! Bizi və bütün xalqımızı düzgün yola yönəlt və hamımızı Səndən qorxan möminlərdən et!

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:35 | Yazı # 45
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cəhənnəm Atəşi
Hər şeydən öncə Allaha həmd edir, Onun elçisinə Allahın xeyir-duası və salamı olsun deyirik. Beləliklə, Cəhənnəm zəlillik və həqarət, əzab və alçaqlıq, bədbəxtçilik və müsibət, peşmançılıq və hönkürtü, şiddətli əzab və ağır cəza, böyük rüsvayçılıq və açıq-aşkar həlak diyarıdır ki, bunu Allah-taala öz düşmənləri və Ona qarşı üsyan edənlər üçün hazırlamışdır.

Artıq Allah-taala və Onun elçisi bizi Cəhənnəmlə qorxutmuşdur. Allah-taala Qurani-Kərimdə belə buyurur: «(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum». Digər ayələrdə isə belə deyilir: «(Cəhənnəm) böyük bəlalardan biridir! (O, Allahın əzabı ilə) qorxudur insanları». Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) isə özünün bir hədisində: «Sizi atəşlə qorxutdum, sizi atəşlə qorxutdum, sizi atəşlə qorxutdum» – demiş və bunu söyləyərkən səsinin tonu hətta bazar əhlinin eşidəcəyi dərəcədə ucalmış,
Bir çox insanların dünyanın naz-nemətinə aludə olub Allahın itaətindən uzaqlaşdığını, həddini aşaraq günahlar aləminə qərq olduğunu görüb həm özümüz, həm də həmin kəslər üçün Cəhənnəm atəşini və Allah-taalanın orada öz düşmənləri üçün hazırladığı müxtəlif cür cəza, əzab və rəzillik tədbirlərini vəsf etmək qərarına gəldik ki, bizə ancaq günah işlər görməyi əmr edən nəfslərimizə qalib gələk və tezliklə zəfərə və haqq yoluna qhvuşaq.
Allahdan diləyimiz budur ki, bizi Cəhənnəm atəşindən qorusun və bizimlə onun arasında Öz rəhmət və kəramətindən bir hicab yaratsın.

MƏHŞƏR AYAĞINDA

İnsanlar məhşər ayağında olarkən hər kəsin başı öz halına qarışacaq, bədənlər tər içində, günvurmadan onlar sanki, sərxoş halında olacaqlar. Lakin bu heç də sərxoşluq halı deyildir. Məhşərin dəhşətli mənzərəsindən ayaqlar titrəyəcək, ürəklər sanki yerindən qopacaq və insanlar təlaşdan başlarını itirəcəklər. «Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!»
Belə bir dəhşətli şəraitdə insan yetmiş min kəndirlə cilovlanmış və hər bir kəndirdən yetmiş min mələyin dartdığı Cəhənnəmə gətirilir. İnsan Cəhənnəmin bağırtısı altında oraya atılır, sonra isə əzab mələkləri Cəhənnəmi bağlayırlar. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!», «Cəhənnəm də azğınlara göstərilər», «O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik».
Həmin vaxt insan öz zəhmətini xatırlayacaqdır. Ona dünyada olarkən etdiyi əməllər göstəriləcəkdir. Sonra o dünya malını, dünya eşqini yada salacaq və bütün bunların ona bu günü necə unutdurmasını düşünəcəkdir. Lakin bu xatiratlar və əməllərin göstərilməsi peşmançılıqdan və həsrətdən başqa heç bir şey gətirməyəcəkdir. Bu mənzərə barədə Allah-taala Quranda belə buyurur: «Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!».
Budur sənin dünyada barəsində qafil olduğun vəd olunmuş vaxt! Budur sənin hesaba almadığın yer! Budur sənin gözləmədiyin və dünyada səni maraqlandırmayan sonluq!
Həmin gün Cəhənnəm əhlinin üzüstə sürüklənib gətiriləcəyi mənzərə bizlərə göstəriləcəkdir. Bu barədə Allah-taala Quranda buyurur: «Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir».
Həqiqətən də bu dəhşətli, rəzil, ürəkləri qopardan, həlim xasiyyətli insanları heyrətləndirən bir mənzərədir. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «İnsanlar üç yol üzərində məhşərə çəkiləcəklər: istəyənlər və qorxanlar. İki nəfər, üç nəfər, dörd nəfər, hətta on nəfər dəvə belində olacaqdır. Qalanlarını isə Cəhənnəm özünə toplayacaq, onlarla gecələyəcək, onlarla dincələcək, onlarla sabahlayacaq, onlarla axşamlayacaqdır». (Buxari və Müslim).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:36 | Yazı # 46
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN QAPILARI
Rəbbimiz bizə Cəhənnəmin yeddi qapısı olduğunu xəbər verərək buyurur: «Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir! (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər».

İbn Kəsir (Allah ona rəhmət eləsin!) bu ayənin təfsiri barədə yazır: «Hər bir qapıdan İblisin müəyyən bir dəstəsi daxil olacaqdır və bu həmin dəstələr üçün qaçılmazdır. Hər kəs öz əməlinə görə müəyyən bir qapıdan daxil olacaq və müəyyən bir qatda bərqərar olacaqdır. Əli ibn Əbu Talibdən nəql olunan bir rəvayətdə onun xütbə verərkən bu barədə: “Həqiqətən də Cəhənnəmin qapıları bu cürdür” – deməsi bildirilir. Əbu Harun İmam Əlinin Cəhənnəmin qapıları barədəki yuxarıda səslənən fikrini qapıların üst-üstə, yəni mərtəbə formasında olması ilə izah edir. İmam Əlidən nəql olunan başqa bir rəvayətdə isə onun belə deməsi bildirilir: “Cəhənnəmin qapıları üst-üstə yeddi qapıdan ibarətdir. İlk olaraq birinci, sonra ikinci, sonra üçüncü və bu minvalla bütün mərtəbələr dolur”».
Cəhənnəm qapılarının xüsusiyyətlərindən biri odur ki, bu qapılar böyük günah sahiblərinin üzünə birdəfəlik bağlanılır və Allahın izni olmadan bu qapılar əsla açılmır. Cəhənnəm əhlinin də bu qapılardan bayıra çıxmaları üçün Allahda heç bir istək və maraq olmaz. Bu barədə Allah-taala buyurur:
«O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!»
«Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!»
Mücahid sonuncu ayədəki “مؤصدة” sözünü bağlı, kilidli kimi təfsir edir. Müqatil isə ayədəki «…qapalı Cəhənnəm…» ifadəsini belə izah edir: «Qapılar Cəhənnəm əhlinin üzünə bağlanacaq, onlardan heç biri açılmayacaq və oradan cəhənnəm hərarətinin çıxmasına, Cənnət ab-havasının daxil olmasına yer qalmayacaqdır».
Bəzi sələflər «…qapalı Cəhənnəm…» ifadəsini belə təfsir edirlər: «Cəhənnəm əhlinin əyninə əridilmiş misdən libaslar geyindiriləcək. Aldıqları nəfəslərini isə geri qaytara bilməyəcəklər. Beləliklə, içlərinə nəfəs kimi aldıqları atəş bədənlərini yandıracaqdır. Belə bir şəraitdə Cəhənnəmin qapıları artıq onların üzlərinə bağlanmış olacaq və bütün tanrıların tanrısı olan Allahın qəzəbinə düçar olmuş olacaqlar».



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:36 | Yazı # 47
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN DİVARI VƏ ONUN CƏHƏNNƏM ƏHLİNİ BÜRÜMƏSİ
Qurani-Kərim bu divarları, məhəccərləri və alovlu hasarları bir çox ayələrdə bizlərə təsvir etmiş və bildirmişdir ki, bu divar və hasarlar Cəhənnəm əhlinin üzünə bağlanaraq onların yerini dar edər, üzüntü və əzab içində onlar daha da pərişan olarlar.

Bunun nəticəsində ah-nalələr yüksələr, göz yaşları axar. Allah-taala bu barədə Öz kitabında belə buyurur: «...(Bu sözlərdən sonra) onların (mö’minlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir», «Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir». Pərdələrin onları bürüməsi isə atəşin alovlanması ilə onların ah-nalə və əzab çəkmələrinə səbəb olar. «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:37 | Yazı # 48
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN GENİŞ VƏ DİBİNİN DƏRİN OLMASI
Həqiqətən, Cəhənnəm ucu-bucağı olmayan, hündür divarları və dərin dibli olması ilə vəsf olunan bir məkandır.

Əbu Hüreyrənin (Allah ondan razı olsun!) rəvayət etdiyi aşağıdakı hədis də belə bir təsvirə dəlalət edən hədislərdəndir. Belə ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Kafirin dərisinin qalınlığı nəhəng insanın dirsəyinin qırx iki misli uzunluğunda, azı dişi Uhud dağı böyüklüyündə və tutduğu yer isə Məkkə ilə Mədinə arasındakı məsafə qədər olacaqdır». Hədisi Tirmizi rəvayət etmişdir, Albani isə hədisi səhih adlandırmışdır.
Əgər Cəhənnəmdəki kafirlərdən birinin azı dişi Uhud dağı böyüklüyündə, tutduğu yer Məkkə ilə Mədinə arasındakı məsafə uzunluğunda və dərisinin qalınlığı qırx iki dirsək enliyində olacaqsa, onda əziz oxucu, Cəhənnəmin özünün genişliyini necə, təsvir etmək olarmı?!
Cəhənnəmin dibinin dərinliyinə gəlincə, bu barədə Müslimin rəvayət etdiyi aşağıdakı hədisi qeyd etmək lap yerinə düşərdi. Belə ki, yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allah elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) ilə birlikdə idik. Birdən o, [nəyinsə düşməsindən çıxan] gurultu səsi eşitdi və bizdən: “Bilirsinizmi bu nə səsdir?” – deyə soruşdu. Biz də: “Allah və elçisi daha yaxşı bilir” – deyə cavab verdik. Dedi: “Bu yetmiş payızdan [ildən] bəri Cəhənnəmə atılan bir daşdır ki, Cəhənnəmin dibinə hələ indi çatdı. Siz onun Cəhənnəmin dibinə düşdüyünü eşitdiniz”». Digər bir hədisdə isə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Əgər yeddi boylu dəvə böyüklüyündə bir qaya Cəhənnəmin kənarından ora buraxılsa, yetmiş payız [il] yol getsə belə, onun dibinə çatmaz». Hədisi Hakim rəvayət etmişdir. Albani isə hədisi səhih adlandırmışdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:37 | Yazı # 49
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN TƏBƏQƏLƏRİ
Cəhənnəm əhlinin müxtəlif səviyyəli olması ilə əlaqədar onun hərarətinin dərəcəsi də fərqlidir. O bir təbəqədən ibarət deyildir. Cəhənnəm əhlinin ən ağır əzaba düçar olunanları onun ən aşağı təbəqəsində olacaqlar və bunlar da Allah-taalanın qeyd etdiyi kimi münafiqlərdir. «(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir...».

Bu təbəqədən üstdə nisbətən yüngül təbəqə yerləşir və bu qayda ilə Cəhənnəmin ən yüngül təbəqəsinə çatırıq. Cəhənnəmin hər bir təbəqəsində onun sakinlərinin bu dünyadakı küfr, günah və asi əməllərinə uyğun müxtəlif fiziki və mənəvi əzablar vardır. Cəhənnəmdə get-gedə aşağı endikcə onun hərarəti yüksəlir, atəşi daha da güclü alovlanmağa başlayır. Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) əzabın belə müxtəlif dərəcəli olmasını bizlərə belə təsvir etmişdir: «Cəhənnəm [öz sakinlərinin] bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır». Hədisi Müslim rəvayət etmişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:38 | Yazı # 50
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN YANACAĞI
Allah-taala Cəhənnəmin yanacağını daşlardan, kafirlərdən və Ondan qeyri ibadət olunan məbudlar təşkil etmişdir.

Bu barədə Qurani-Kərimdə belə deyilir: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)», «...o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!».
Hər iki ayədə Cəhənnəmin alışdırıldığı «...insanlar...» dedikdə kafirlər və müşriklər nəzərdə tutulur. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!».



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:38 | Yazı # 51
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN ZÜLMƏTİ VƏ HƏDSİZ QARANLIĞI
Həqiqətən, Cəhənnəm elə bir zülmət və qaranlıq diyarıdır ki, bu diyar öz sakinlərini kömürə çevirmiş, onların üz və dərilərini tam qaraltmışdır. Onun nə qaynar kömürü söndürülər, nə də atəşi ətrafa nur saçar.

Bu barədə Əbu Hüreyrədən rəvayət olunan bir hədisi qeyd etmək daha maraqlı olardı. Beləiklə Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cəhənnəm min il alovlandı və ağardı, sonra yenə min il alovlandı və bu dəfə qızardı, daha sonra yenə min il alovlandı və bununla da qaraldı. İndi o zülmət bir gecə kimi qaradır». Hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:39 | Yazı # 52
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN QIZMAR İSTİSİ VƏ SƏRT SOYUĞU
Allah-taala buyurur: «...Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö’minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!»

Ömər (Allah ondan razı olsun!) deyərdi: «Cəhənnəmi tez-tez yada salın. Çünki onun istisi şiddətli, dibi dərin və toppuzları isə dəmirdəndir». Bu rəvayəti Tirmizi nəql etmiş, Albani isə onu səhih adlandırmışdır.
Allah-taala Cəhənnəmin güclü və gücün öz sakinlərinə göstərdiyi təsirin daha uzunmüddətli olmasını açıq-aşkar bəyan edərək buyurur: «Biz onu Səqərə atacağıq (orada yandıracağıq). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!»
Həqiqətən də Cəhənnəm hər şeyi udar, hər şeyi dağıdar, heç kəsi sağ qoymaz, salamat buraxmaz, sümüyə çatana qədər dərini yandırar, qarınlarda olanları əridər, ürəkləri yandırıb yaxar.
Buxari və Müslimin Əbu Hüreyrədən rəvayət etdikləri bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Adəm övladını yandıran sizin bu atəşiniz [günəşiniz] Cəhənnəm atəşinin yetmiş parçasından biridir». Səhabələr: «Ey Allahın elçisi! Allaha and olsun ki, elə bu [Cəhənnəm əzabı üçün] bəs edər» – dedilər. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurdu: «Onun üzərinə Hər birinin istisi onun istisi kimi olan altmış doqquz parça da əlavə edilmişdir».
Cəhənnəmdə əzab növlərindən biri də sərt soyuqdur. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində belə buyurur: «Cəhənnəm Tanrıya şikayət edərək: “Ey Tanrım! Özüm özümü yeyirəm. İcazə ver bir az da nəfəs alım” – deyir və Allah-taala da ona biri qış, biri də yayda olmaq şərtilə ildə iki dəfə öz nəfəsini [Cəhənnəmdən kənara, yəni bu dünyaya] buraxmaq üçün icazə verir. Beləliklə, sizin [yayda] keçirdiyiniz ən isti hava onun səmumu, [qışda] yaşadığınız ən soyuq gün isə onun sərt soyuğudur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:40 | Yazı # 53
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN DUMANI, QIĞILCIMI VƏ ATƏŞİ
Cəhənnəm əhlini gözləyən dəhşətli əzablardan biri də Cəhənnəmin künclərinə dolaraq nəfəsləri boğan dumandır. Bu barədə Allah-taala belə buyurur: «(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır!»

Allah-taala başqa bir ayədə isə belə buyurur: «(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz».
İbn əl-Couzi (Allah ona rəhmət eləsin!) yazır: «Ayədəki «الشواظ» sözünün üç məna ifadə etdiyini bildirir. Onlardan biri atəş, digəri duman və üçüncüsü isə xalis od mənasındadır. «النحاس» sözünü isə iki cür, alovun dumanı və ya Cəhənnəm əhlinin başından tökülən əridilmiş mis kimi izah etmək olar.
Allah-taala buyurur: «Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir».
İbn Rəcəb (Allah rəhmət eləsin!) bu barədə deyir: «Bu ayə dünya həyatında istidən sərinləşdirici amilləri – su, hava və kölgəni özündə ehtiva edir. Cəhənnəmin havası səmum yelidir ki, bu da hədsiz dərəcədə isti bir küləkdir. Cəhənnəmin suyu qaynar sudur. Onun kölgəsi isə başqa kölgələrdən fərqli olaraq qapqara və dumanlı bir kölgədir».
Qurani-Kərim Cəhənnəmi bürüyən duman haqda bizə belə xəbər verir: «Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!" O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. O (hər biri) bir saray boyda qığılcımlar saçar. O (qığılcımlar), sanki sarı dəvə sürüləridir».
Ayələrdən də göründüyü kimi Cəhənnəmdən ucalan duman böyüklüyünə və nəhəngliyinə görə üç qola ayrılır. Bu duman ətrafa kölgə salar, lakin nə sərinlik gətirər, nə də alovlu atəşdən qoruyar. Cəhənnəmdən saçan qığılcımlara gəlincə, onlar həm nəhəng qalalara, həm də sarı dəvə karvanlarına bənzəyir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:43 | Yazı # 54
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN UĞULTUSU VƏ QƏZƏBLİ QAYNAMASI
Allah-taala xəbər verir ki, Cəhənnəm uzaqdan öz əhlinin ona sarı gəldiyini gördükdə onlara qəzəbindən qorxunc səslərlə bağırar. Bu barədə Allah-taala buyurur: «O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər».

Digər bir ayədə isə belə deyilir: «Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar».
İbn Abbas (Allah ondan razı olsun!) buyurur: «İnsan Cəhənnəmə atılacaq və elə bu zaman Cəhənnəm dişi qatırın erkək dəvəyə bağırtısı kimi ona bağıracaq. Sonra elə bir nərə çəkəcək ki, bu nərənin qorxutmağı bir nəfər belə qalmayacaq». Rəvayəti İbn Kəsir qeyd etmişdir, isnadı səhihdir.
Müsəlman qardaşım! Xəbərdar ol ki, bu necə də bədbəxt bir taledir! Bura necə də ümidsiz bir məkandır! Aqil insana ancaq bu barədə düşünmək və belə bir həyatı tez-tez xatırlamaq yaraşar. Qafil insan isə qəflət yuxusundan oyadılmalı və bu barədə xəbərdar olunmalıdır.

يا غافلا عن منايا ساقها القدر ماذا الذي بعد شيب الرأس تنتظر
عاين بقلبك إن العين غافلة عن الحقيقة واعلم أنها سقر
سوداء تزفر من غيظ إذا سعرت للظالمين فما تبقي ولا تذر
لو لم يكن لك غير الموت موعظة لكان فيه عن اللذات مزدجر

Tərcüməsi:
Ey qədərin bəxş etdiyi imtahanlardan qafil olan kəs! Saçlarına dən düşəndən sonra nəyi gözləyirsən?! Ayıl, qəlbinlə düşün, bax! Çünki göz həqiqəti görmür və bil ki, bu həqiqət zalımlar üçün yandırıldıqda qəzəbindən od püskürən, heç kəsi sağ qoymayan və salamat buraxmayan qara Cəhənnəmdir. Onu da bil ki, yalnız ölümü yada salmaq sənə şəhvani duyğulardan, ləzzətlərdən özünü qorumağa kömək edər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:44 | Yazı # 55
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMİN ZƏNCİRLƏRİ VƏ QANDALLARI
Allah-taala buyurur: «Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq», «Küfr edənlərin boyunlarına zəncir vurarıq», «O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər, Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar», «Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!»

Allah-taala bu ayələr vasitəsi ilə xəbər verir ki, O, Cəhənnəm əhli üçün orada üç növ əzab hazırlamışdır və bunlar aşağıdakılardır:
Birinci növ əzab qandallardır ki, bu da Cəhənnəm əhlinin boyunlarına vurulacaqdır. Qandalla bir əl boyuna bağlanılır, zəncirlə isə hər iki əl boyuna vurulur. Beləliklə, onların əlləri qandallı üzüstə əzaba doğru sürüklənəcəklər və üzləri ilə əzabdan qoruna bilməyəcəklər. Bunu aşağıdakı ayə də təsdiq edir.
«Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?!»



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:45 | Yazı # 56
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMDƏ TOPPUZLAR
Həmçinin Allah-taalanın Cəhənnəm əhli üçün hazırladığı əzablardan biri də dəmir və qalın toppuzlardır ki, onlar Cəhənnəm əhlinin başını əzəcək, onlara özünü nümayiş etdirməyin, təkəbbürlüyün cəzasının nə olduğunu daddıracaq, hər dəfə onlar Cəhənnəmdən çıxmağa can atdıqda başları üstündən üzərilərinə buraxılacaqdır və beləliklə, onlar yenidən Cəhənnəmin ağuşuna atılacaqlar.

Bu barədə Allah-taala buyurur: «Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır. (Kafirlər) oradan - (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) "Dadın atəşin əzabını!" (deyilər)».
Malik ibn Dinar demişdir: «Cəhənnəm əhli Cəhənnəmdə toppuzların zərbəsini hiss etdikdə insan suda bataraq onun dərinliklərinə qərq olduğu kimi həmim(Cəhənnəmdəki qaynar su) hovuzlarına batırılmaqla onların dibinə enəcəklər».
Allahım! Sən bizi belə bir əzabdan, zəlillikdən və alçaqlıqdan qoru!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:45 | Yazı # 57
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏHLİNİN YEMƏYİ
Qurani-Kərim və Peyğəmbər sünnəsi Cəhənnəm əhlinin yeməyini bizə elə təsvir edir ki, sanki biz gözümüzlə həmin yeməkləri görür, yaxud onları dadırıq. Belə bir yemək nəfsə gözyaşardıcı bir acılıq gətirər və insanın daha əvvəl hiss etdiyi şirinliyi bütünlüklə yox edər.

Cəhənnəm əhlinin yeməyi onu yeyənlərin dərəcələrinə görə müxtəlifdir. Amma istənilən halda bu yemək Allahın da buyurduğu kimi çox zərərli və iyrəncdir: «Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar».
Zəri’ xoşagəlməz iyi olan acı tikanlı bir bitki növüdür. Bu bitkinin heç bir xeyiri olmaz, onu yeyənin qarnı tox, canı sağ olmaz. Bu yemək hədsiz acılığı ilə yanaşı boğazda tıxanıb qalması, çətinliklə qida borusundan keçərək mədəyə daxil olması, həmçinin ağır həzmi ilə səciyyələnən bir qida növüdür. Bu barədə Allah-taala buyurur: «Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!».
Cəhənnəm əhlinin yeməklərindən biri də atəşin istisi nəticəsində Cəhənnəm əhlinin dərisindən axan və xoşagəlməz iyi olan bir irindir. Digər təfsirlərdə bu irinin zinakar qadınların cinsiyyət orqanlarından axan irin və həmçinin kafirlərin ətindən və dərisindən axan çirk olduğu da bildirilir. Başqa bir təfsirdə isə bunun Cəhənnəm əhlinin sıxılması nəticəsində axan irin olduğu deyilir. Allah-taala buyurur: «Bu gün bax burda onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur».
Bu irinin Allahın da buyurduğu kimi müxtəlif növləri vardır: «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır».
Cəhənnəm əhli bu əzabların ağırlığından ölüb yaxa qurtarmağı arzulayacaqlar. Lakin onlar Allah-taalanın da buyurduğu kimi bu ölümdən də məhrum edilmişlər: «(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!»
Cəhənnəm əhlinin yediyi yemək növlərindən biri də xoşagəlməz və qorxunc görünüşü, pis dadı olan zəqqum ağacıdır. Allah-taala bu ağacı vəsf edərək buyurur: «(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı? Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!», «Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir», «Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi!»
Həqiqətən, yuxarıdakı ayələr bu eybəcər və əcaib ağacı bizlərə təsvir edərək bildirir ki, onun kökü Cəhənnəmin dibindədir, budaqları isə Cəhənnəmin hər tərəfinə şaxələnmişdir. Həmçinin ayələr bu ağacın meyvələrini şeytan başlarına bənzədir. Lakin heç kəs şeytan başı görməsə də, o insan təxəyyülündə çirkin görünüşü ilə həkk olunmuşdur.
Bu ağacın eybəcərliyinə və meyvələrinin əcaibliyinə baxmayaraq, Cəhənnəm əhlinin onu qarınlarını doldurana kimi yeməkdən başqa çarələri yoxdur. Elə ki, qarınları yeməklə doldu, mədələrində yağ kimi qaynamağa başlar və onlara dözülməz ağrılar gətirər. Sonra isə bərk yanğı gəldiyi üçün qaynar suya doğru gedərək yanğı xəstəliyinə tutulmuş dəvə kimi həmin qaynar sudan içər, içər, amma doymazlar və qaynar su Allahın da buyurduğu kimi onların bağırsaqlarını parça-parça edər: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!»
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bu ağacın iyrəncliyini və xoşagəlməz ətrini təsvir edərək demişdir: «Əgər zəqqum ağacının bir damlası yer üzünə düşsəydi, bu dünya sakinlərinin həyatını zəhər edərdi. Bəs onda yeməyi zəqqum olanın halı necə olar?!» Hədisi Tirmizi rəvayət etmişdir. Albani hədisi səhih adlandırmışdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:46 | Yazı # 58
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏHLİNİN İÇKİSİ
Cəhənnəm əhlinin içkisi haqda Allah belə buyurur: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!», «Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;», «Qaynar sudan və irindən başqa!», «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!», «(Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!», «O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz)», «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»

Bu ayələr dörd növ Cəhənnəm şərabının adını çəkməkdədir və bunlar aşağıdakılardır:

1. əl-Həmim (qaynar su). Bu Allahın da buyurduğu kimi hərarəti maksimal dərəcəyə çatmış qaynar sudur: «Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar», «Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir».

2. əl-Qəssaq (irin). Lakin bu içkinin təkcə irin olması deyil, həm də soyuqluğundan alovlandığı bum-buz bir su olması da vurğulanmaqdadır. Əbu Səiddən rəvayət olunan bir hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə deməsi qeyd olunur: «Əgər qəssaqdan bir vedrə qədər bu dünyaya axıdılsa, onun iyi yer üzündəki bütün insanları bürüyər». Hədisi Hakim rəvayət etmiş və eyni zamanda da onu səhih adlandırmışdır.

3. əs-Sadid (irin). Bu, kafirlərin ətindən və dərisindən axan irin növüdür. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində buyurur: «Allah-taala [bu dünyada] şərab içənlərə [axirətdə] tınətul-xəbəl içirtmək barədə Öz üzərinə öhdəlik götürmüşdür». Səhabələr: «Ey Allahın elçisi? Tınətul-xəbəl nə olan şeydir?» – deyə soruşduqda o: «Cəhənnəm əhlinin təri və ya üzərindən axan irinli şirə» – deyə cavab vermişdir. Hədisi Müslim rəvayət etmişdir.
4. əl-Muhl (qətran və ya yaradan axan irin və qan). Bu yağın çöküntüsünə bənzər bir mayedir ki, Cəhənnəm əhlinin sifətinə sürtüldükdə onun üz dərisi qoparaq yerə düşəcəkdir. Bu şərab növü Əhməd və Tirmizinin Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə də öz əksini tapmışdır. İbn Abbas da bu mayenin yağın xılt və ya tortasına oxşar bir maye olduğunu söyləmişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:47 | Yazı # 59
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏHLİNİN GEYİMİ
Allah-taala Cəhənnəm əhli üçün oddan paltar biçdiyini xəbər verərək buyurur: «Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir».

Bu heç də bu dünyada olduğu kimi bəzəkli və şıx libas deyildir, əksinə, intiqam və əzab naminə əsil oddan hazırlanmış libaslardır. Oddan paltar yaradan Allah necə də nöqsansız və qüsursuzdur!
Allah-taala buyurur: «O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!»
Ayədəki qətran sözü ərinmiş mis mənasındadır. Allah-taala qətranın pis iyli və xoşagəlməz rəngə malik olması ilə yanaşı daha tez alovlanmasını da vurğulamışdır.
Allah-taala buyurur: «Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!»
Əziz oxucu! İndi paltarları od və qətran olan, alçaldıcı və rüsvayçı libaslara bürünən insanların aqibətini, vəziyyətini özün düşün və bundan bir nəticə çıxart!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:47 | Yazı # 60
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏHLİNİN ƏZABI
Cəhənnəm əhlinin əzabının çeşidli və müxtəlif dərəcəli olması: Cəhənnəm əzablarının bir-birindən şiddətli olduğu təbəqələrdən ibarət olduğu üçün onun əhli də öz əməllərinin müqabilində müxtəlif dərəcəli əzablara məruz qalacaqdır. Cəhənnəm əzabı ancaq eyni dərəcəli bir əzab deyil, əksinə, onun əhlinin bu dünyada gördüyü əməllərin, etdiyi günahların səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilmiş müxtəlif dərəcəli əzablardan ibarətdir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bu əzabların müxtəlif dərəcəli olmasını Müslimin rəvayət etdiyi aşağıdakı hədisində belə təsvir etmişdir: «Cəhənnəm [öz sakinlərinin] bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır».

İbn Rəcəb (Allah ona rəhmət eləsin!) demişdir: «Bilmək lazımdır ki, Cəhənnəm əhlinin düçar olduğu əzabların müxtəlif səviyyəli olması onu Cəhənnəmə aparan günahların dərəcəsi ilə əlaqədardır və Allah-taala bu barədə belə buyurur: «Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır...», «(Dünyadakı əmələrinə) uyğun cəza olaraq». Həmçinin qeyd etmək lazımdır ki, tövhid əhli arasında olan asi insanlar da öz əməllərinin müqabilində müxtəlif dərəcəli əzablarla qarşılaşacaqlar. Təbii ki, belə olan halda böyük günahlar törətmiş insanlarla kiçik günah sahiblərinin cəzası da eyni ola bilməz və üstəgəl onların bəzilərinin cəzası son anda onlara verilən savabın müqabilində və ya Allahın istədiyi hansısa bir səbəbə görə yüngülləşdirilə də bilər».

Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olunanı kimdir?
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) Cəhənnəmdəki ən yüngül əzab haqqında bizlərə belə xəbər vermişdir: «Qiyamət günü Cəhənnəm əhlinə verilən ən yüngül cəza insanın ayaqqabı və qaytanlarının oddan olmasıdır ki, bundan da insanın beyni qaynayır. Heç kəs özünün düçar olduğu əzabdan daha şiddətli əzaba düçar olanı görə bilmir. Halbuki o, ən yüngül əzaba düçar olandır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Tanrı Özü bizi belə əzablardan qorusun. Əgər Cəhənnəm əhlinə verilən ən yüngül əzab belədirsə, bəs onda ən şiddətli əzabı necə, təsəvvür etmək mümkündürmü?!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
  • Страница 3 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru