[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
RAMAZAN
medinäTarix: Bazar, 24.08.2008, 19:16 | Yazı # 1
Qrup: Удаленные





SALAMALEYKUM RAMAZAN AYI HAGGINDA BILDIKLÄRIMIZI YAZAG

Добавлено (24.08.2008, 19:16)
---------------------------------------------
Hz. Ayse (r.anha) der ki, "Ramazanin son on günü girince Peygamber(s.a.s) ev halkini uyandirarak ve her zamankinden daha büyük bir titizlikle kendini ibadete vererek geceleri ihya ederdi (Buhari Müslim Riyazüs Salihin sähivä 129 hädis 99)

 
ProgrammerTarix: Bazar ertəsi, 25.08.2008, 02:16 | Yazı # 2
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Allah razı olsun. Təşəkkürlər..

 
XEDICE73Tarix: Bazar ertəsi, 25.08.2008, 16:26 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Şəriət terminaloğiyasında orucun mənası: "Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir".
Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.
Allah taala Quranda buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə: 183).

Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) həcc etmək"
(Buxari: 1\ 49\ № 8. Müslim: 1\ 45\ № 16)

İslam alimləri orucun İslamın beş əsasından biri olaraq vacibliyini yekdilliklə qeyd edərək deyirlər: "kim orucun vacib olmasını inkar edərsə, artıq küfr etmiş sayılır".
Orucun çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Orucun ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:
1. Oruc, təqvalı olmaq (Allah rizasına, Onun buyurduğu qadağalardan, günahlardan çəkinmək və əmrləri yerinə yetirmək) üçün bir vasitədir. Allah taala buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).
Alimlər deyirlər ki, ayədə deyilən: "çəkinəsiniz" - sözü vacib məna daşıyır. Yəni, əgər siz oruc tutsanız o zaman təqva sahibi olacaqsınız. Təqva isə bəndənin ən gözəl və ən əzəmətli qazancı sayılır.
2.Oruc, Allahın insana verdiyi nemətlərə şükür etməkdir. Bu zaman nəfs yemək, içmək və şəhvətdən imtina edir. İmtina edilən bu əməllər ən gözəl nemətlər sayılır. Onları bir müddət tərk edən adam onların qədir-qiymətini daha yaxşı bilir. Çünki nemətlərin qədrini onlar tükəndikdən sonra bilmək olur. Oruc isə insanı verilən nemətlərə şükür etməyə vadar edir. Nemətlərə şükür etmək ağıl və şəriət baxımından vacibdir. Allah taala oruc tutmaqla verilən nemətlərə şükür etməyə bu ayələrdə işarə etmişdir:
"...Ona şükür edəsiniz" (əl-Bəqərə: 185).
3.Oruc tutmağın daha bir gözəlliyi nəfsi sındırmaq və şəhvətini idarə etməkdir. Çünki nəfs tox olanda təmənnalı olur, ac olanda isə artıq şeylərdən gözünü çəkir. Ona görə Peyğəmbər (sav) cavanlara müraciət edərək buyurmuşdur: .
"Kimin evlənməyə imkanı varsa evlənsin. İmkanı olma¬yanlar oruc tutsunlar. Çünki oruc tutmaq onun dərmanıdır"
Belə ki, oruc tutmaq günahlardan çəkin¬mək üçün bir vasitədir.
4.Oruc, insanın iradəsini gücləndirir, ona səbirli olmağı öyrədir və zehninin təmizlənməsinə kömək edir. Müsəlmanın güclü iradəyə böyük ehtiyacı vardır. O, Ramazan ayında şiddətli aclıq və susuzluğa səbir etməklə öz güclü iradəsini göstərir. Oruc olduğu halda belə iradə nümayiş etdirən şəxs, iftar etdikdən sonra da həmin iradəsini qorumaq üçün iradəsinə zidd olan əməllərdən çəkinər və beləliklə, onu mühafizə edər. Güclü iradəyə sahib olan şəxs çox asanlıqla pisə pis, yaxşıya yaxşı deyə bilir. Cəmiyyətin hər acısına davam gətirir. Beləliklə cəmiyyətin fəal üzvlərindən biri olur.
5.Oruc, insana gözəl əxlaq bəxş etdirir. Oruc tutmaq elə bir məktəbdir ki, oructutanlar orada ən gözəl əxlaq nümunələrinə yiyələnirlər. Həmin nümunələr: təqva, yaxşılıq, əliaçıqlıq, birlik, şəfqət, məhəbbət, səbir və s. bu kimi gözəl xasiyyətlərdir.
Oruc, oructutanlarda rəqabət hissi oyadır. Oruc tutmuş insan şəriətə zidd olan hərəkətlər etməmək üçün öz əməllərini ciddi nəzarət altında saxlayır. Oruc, insanı daxildən tənzim etdiyi üçün, o öz əməllərində şəriətə zidd olan hərəkətlərə yol vermir.
Heç ola bilərmi ki, oruc tutan Allah yanında sadiq, insanlar arasında isə yalançı olsun?
Heç ola bilərmi ki, orucunu xalis Allah üçün tutsun, sonra cəmiyyət arasında ikiüzlülük göstərsin, xəyanət etsin, aldatsın və ya hiyləgər olsun?
Ona görə oruc, ən gözəl əxlaq mənbəyi sayılır. Allah taala da Qurani Kərimdə bu mənaya işarə edərək buyurmuşdur:
"...(bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).
Alimlərdən biri buyurur: "Orucun zahiri əzaları və daxili gücü onları məhv edəcək amillərdən qorumaqda çox böyük təsiri vardır. Oruc, ürək və digər əzaların sağlamlığını qoruyur. Ehtirasların ondan oğurladıqlarını geri qaytarır. Oruc, təqva üçün ən böyük dayaqdır".
6.Oruc, İslam ümmətinin: varlı ilə kasıbının, rəhbər ilə sıravisinin, böyük ilə kiçiyinin, kişi ilə qadınının, - birliyini nümayiş etdirən zahiri amillərdən biridir. Hamı oruc tutur, Allahdan günahlarının bağışlanmasını diləyir, eyni vaxtda hamı yemək içməkdən imtina edir və eyni vaxtda da iftar edirlər. Gün ərzində orucla əlaqədar bütün ibadətlərdə, o cümlədən aclıq və məhrumiyyətdə də hamı bərabər olur.
Oruc, oructutanlar arasında bir növ onların hədəflərini və istəklərini birləşdirir və onların arasında vəhdət yaradır. Bu həqiqi birlik böyük və sadiq birlikdən xəbər verir. O birlik, ölkəsindən, cinsindən və irqindən asılı olmayaraq bütün İslam ümmətinin birliyidir. Əgər bunun həqiqətini bilmək və görmək istəyirsənsə əl-Haram məscidində iftar zamanı yaranan mənzərəyə tamaşa et. Bu zaman minlərlə insanın bir saniyə ərzində iftar etdiyini görərsən. Bundan daha aydın birlik nə ola bilər?!.
7.Orucun insan səhhətinə də çox xeyri vardır. Oruc, insanın bədən hüceyrələrini yeniləməklə onun həyatını təzələyir. Həmçinin zərərli hüceyrələr bədəndən ifraz edilir, mədə və həzm orqanları rahatlanır. Yemək və içməyin tərk etdiyi artıq turşular, qidalar və qalıqlar hamısı ifraz edilir. Tibb alimləri orucun çoxlu xeyirlərini sadalamaqdadırlar. Məsələn, onlar deyirlər: oruc insan bədəninə daxil olmuş artıq rütubəti qoruyur və mədəni, qarın nahiyəsinin törətdiyi zəhərlərin fəsadından təmizləyir, daxili orqanlarda piylənmənin qarşısını alır. Əks halda bunlar, ürək üçün çox təhlükəli olan xəstəliklərdir. Oruc insanı cıdıra çıxarılan at kimi fəal və gümrah edir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ProgrammerTarix: Çərşənbə axşamı, 26.08.2008, 05:26 | Yazı # 4
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).

 
XEDICE73Tarix: Çərşənbə axşamı, 26.08.2008, 15:49 | Yazı # 5
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ramazana dair tibbi meslehetler.

Bu məqalə Ramazan ayında rastlanan bəzi ümumi problemlərin qarşısını necə almaq barəsində faydalı məsləhətləri təmin edir. Bunlara riayət olunsa, sizlərin rahat oruc tutmanıza və Ramazanın mənəvi faydalarından tam ləzzət almağınıza imkan yaradacaqdır. Mübarək Ramazan ayında süfrəmiz (yeməyimiz) adəti süfrəmizdən çox da fərqli olmamalı və mümkün olduğu qədər bəsit olmalıdır. Yemək, normalBu məqalə Ramazan ayında rastlanan bəzi ümumi problemlərin qarşısını necə almaq barəsində faydalı məsləhətləri təmin edir. Bunlara riayət olunsa, sizlərin rahat oruc tutmanıza və Ramazanın mənəvi faydalarından tam ləzzət almağınıza imkan yaradacaqdır. Mübarək Ramazan ayında süfrəmiz (yeməyimiz) adəti süfrəmizdən çox da fərqli olmamalı və mümkün olduğu qədər bəsit olmalıdır. Yemək, normal çəkimizi qorumaq, nə çəkimizi itirmək, nə də kökəlməmək üçün uyğun olmalıdır. Bununla belə, kiminsə çəki artıqlığı varsa, çəkisini normallaşdırmaq üçün Ramazan çox gözəl vaxtdır.

GEC HƏZM OLUNAN YEMƏKLƏRDƏN İSTİFADƏ EDİN
Gündəlik oruc zamanı uzun saatları nəzərə almaqla tez həzm olunan qidalardan deyil, tərkibində lif (Bağırsaqları yaxşı işlətməklə və digər qidaların bədəndən sürətlə xaric olunmasını təmin etməklə insanın gümrah olmasına kömək edən qidanın hissəsi ) olan gec həzm olunan qidalardan istifadə etməliyik. Gec həzm olunan qidaların həzm olunması 8-saata qədər davam edir, bununla yanaşı tez həzm olunan qidaların həzm olunması sadəcə 3-4 saat davam edir.
Gec həzm olunan qidalara: tərkibində dən və tum (toxum) olan arpa, buğda, çovdar, darı, manna yarması, paxla, mərci, ələnməmiş un, cilalanmamış düyü və s. (kompleks karbohidratlar adlanan) daxildir. Tez bişən qidalara tərkibində şəkər, ağ un, və s. olan qidalar (saflaşdırılmış karbohidratlar) daxildir.
Tərkibində lif olan qidalara kəpəkli qidalar, ələnməmiş buğda, dənlər və toxumlar, yaşıl lobya, noxud, ilik, ispanaq kimi tərəvəzlər və şəkərçuğundurunun yarpaqları (tərkibi dəmirlə zəngin) kimi otlar, üstü qabıqlı meyvələr, quru meyvələr, əlalxüsus qurudulmuş ərik, əncir və qara gavalı, badam və s. daxildir.
Qəbul olunan qidalar yaxşı tənzimlənməli, hər bir qrupdan olan qidalar (yəni, meyvələr, tərəvəzlər, ət/toyuq/balıq, çörək/ yulaf, qarğıdalı yarmasından olan xörək (səhər yeməyi) və süd məhsulları) olmalıdır. Qızardılmış yeməklər sağlamlıq üçün zərərlidir və məhdudlaşdırılmalıdır. Bu qidalar həzmin pozulmasına, qıcqırma, ürəkbulanma və çəki problemlərinin yaranmasına səbəb olur.

BUNLARDAN ÇƏKİNİN!!!

Qızardılmış və yağlı yeməklər
Tərkibində həddindən çox şəkər olan qidalar
Xüsusilə də səhurda həddindən artıq yemək
Səhurda həddindən artıq çay içmək. Çünki çoxlu çay bədəndən daha çox sidiyin ifraz olunmasına və beləcə də gün ərzində bədənin ehtiyac duyduğu qiymətli mineral duzlarının xaric olunmasına səbəb olur.
Siqaret çəkmək. Siqaret səhhət üçün zərərdir və buna tamamilə son qoymaq lazımdır.
NƏ YEMƏK LAZIMDIR???

Qidanın həzm olunma prosesinin uzun davam etməsi və gec acmanız üçün səhurda kompleks karbohidratlar qəbul edin. Xurma - tərkibi şəkər, lif, karbohidratlar, potasium və maqnezium ilə zəngin əla qida mənbəyidir. Badamın tərkibi proteyin ilə zəngindir və həmçinin yağ səviyyəsi aşağı olan lif var. Banan potasium, maqnezium və karbohidratlarlar zəngin yaxşı qida mənbəyidir.

NƏ İÇMƏK LAZIMDIR???

İftar ilə yataqa getmək vaxtı arasında mümkün olduğu qədər çoxlu su və yaxud meyvə suyu için ki, bədəninizdə suyun səviyyəsi vaxtında tənzimlənsin (qaydaya düşsün).

QƏBİZLƏŞMƏ

Qəbizləşmə bağırsaqların şişməsinə (babasil), yaraların əmələ gəlməsinə və həzm sisteminin pozulması ilə köpmə yaranmasına səbəb ola bilər.
SƏBƏBLƏRİ: Çoxlu rafinə edilmiş (saflaşdırılmış) qidaların qəbul edilməsi, çox az su qəbulu və yeməkdə kifayət qədər liflərin olmaması
MÜALİCƏSİ: Həddindən artıq saflaşdırılmış qidalar qəbul etməyin, çoxlu su qəbul edin və kəpəkli çörəkdən istifadə edin.

HALSIZLIQ (AŞAĞI QAN TƏZYİQİ)

Həddindən çox tərləmə, zəiflik, yorğunluq, taqətsizlik, oturaq vəziyyətdən ayağa qalxdıqda baş gicəllənməsi, solğun görünüş və özünü zəif hiss etmək aşağı qan təzyiqinin əlamətləridir. Bu əlamətlər günortaya doğru getdikcə baş verir.
SƏBƏBLƏRİ: Həddindən az maye qəbulu, az miqdarda duz qəbulu
MÜALİCƏSİ: Maye və duz qəbulunu artırın.

XƏBƏRDARLIQ!!!

Aşağı qan təzyiqinin əlamətləri aşkar olunduqda bunu bir daha təsdiq etmək üçün qan təzyiqi yoxlanılmalıdır. Yüksək qan təzyiqi olanlar Ramazan ayında dəva dərman məsələsini nizamlasınlar...Həkimləri ilə məsləhətləşsinlər.

BAŞAĞRISI
SƏBƏBLƏRİ: Kofein və tütün qəbulu, gün ərzində çox iş görmək, yuxusuzluq. Gün ötdükcə adətən aclıq hiss olunur və günün sonunda şiddətlənir. Aşağı qan təzyiqində baş ağrısı olduqca ağır keçə bilər və həmçinin iftardan əvvəl ürəkbulanması meydana gətirə bilər.
MÜALİCƏSİ: Ramazandan bir və yaxud iki həftə əvvəl yavaş-yavaş kofein və tütünün kökünü kəs. Ot tərkibli və tərkibində kofein olmayan çaylar bunu əvəz edə bilər. Rahat yatmaq üçün Ramazanda vaxtını yenidən tənzimlə.

AŞAĞI QAN ŞƏKƏRİ

ƏLAMƏTLƏRİ:

Zəiflik, baş gicəllənməsi, yorğunluq, zəif konsentrasiya, tez tərləmə, fiziki işləri bacara bilməmək, baş ağrısı, ürək döyünməsi (qan damarlarında) aşağı qan şəkərinin əlamətləridir.
SƏBƏBLƏRİ:Diabet (şəkər xəstəsi) olmayanlarda bunun səbəbləri: Həddindən ziyadə şəkər qəbul edilməsi (xüsusilə səhurda saflaşdırılmış karbohidratların qəbulu). Bədən həddindən ziyadə insulin istehsal edir və qandakı qlükozanın düşməsinə səbəb olur.
MÜALİCƏSİ:Səhurda bir şey ye və tərkibində şəkər olan qida və içkiləri məhdudlaşdır.

XƏBƏRDARLIQ!!!

Diabetlər Ramazanda dava dərman məsələsini nizama salsınlar və həkim ilə məsləhət etsinlər.

ƏZƏLƏLƏRDƏ QIC OLMA

SƏBƏBLƏRİ: Kalsium, maqnezium və potasium qidalarının lazımi qaydada qəbul edilməməsi.
ÇARƏSİ: Yuxarıda adı keçən tərkibində zəngin minerallar olan qidalar qəbul edin (yəni, tərəvəz, meyvə, süd məhsulları, ət və xurma).

XƏBƏRDARLIQ!!!

Yüksək qan təzyiqi olanlar və böyrəklərində daş problemi olan kəslər həkimlə məsləhətləşsinlər.

HƏZM XORALARI (YARALARI), QICQIRMA, QASTRİT VƏ QRİJA

Ramazanda boş mədədə turşunun səviyyəsinin artması yuxarıda qeyd olunan halları şiddətləndirir. Qabırğaların altında mədə boşluğunda bu özünü (göynəmə) yanğı hissi kimi əks etdirir və bunun təsiri boğaza kimi hiss oluna bilər. Ədviyyəli qidalar, kofe və kola içkisi bu halları ağırlaşdırır.
Mədədə turşuluğun səviyyəsinə nəzarət etmək üçün dərmanlar mövcuddur. Həzm xoraları və qrija olduğu məlum olan kəslər Ramazandan əvvəl öz həkimləri ilə məsləhətləşsinlər.

BÖYRƏK DAŞLARI

Böyrək daşları daha az maye qəbul edən insanlarda meydana gəlir. Ona görə də, daşların əmələ gəlməsinin qarşısını almaq üçün daha çox maye qəbul etmək zəruridir.

OYNAQLARDA AĞRILAR

SƏBƏBLƏRİ: Ramazanda, əlavə namazlar çox qılanda oynaqlara təzyiq artıq. Yaşlılar və artrit (oynaqların xəstəliyi) xəstəliyi olanlarda, bu: ağrı, gərginləşmə, şişmə və çətinliklər ilə nəticələnə bilər.
MÜALİCƏSİ: Dizlərdə əlavə yük daşımanın qarşısını almaq üçün çəkinizi aşağı salın. Ramazandan əvvəl bədən üzvlərinizi çalışdırın ki, Ramazanda onlar əlavə gərginlik üçün hazır olsunlar. Fiziki cəhətdən sağlam olmaq daha çox iş görməyə, beləcə də namazı asanlıqla əda etməyə imkan yaradır.
Həmişə öz şəxsi həkiminiz ilə Ramazan ayında sizin səhhətinizə xas ehtiyacları və qayğınıza qalmaq barəsində müvafiq məsləhətləri təmin eməsi üçün məsləhətləşin. çəkimizi qorumaq, nə çəkimizi itirmək, nə də kökəlməmək üçün uyğun olmalıdır. Bununla belə, kiminsə çəki artıqlığı varsa, çəkisini normallaşdırmaq üçün Ramazan çox gözəl vaxtdır.

GEC HƏZM OLUNAN YEMƏKLƏRDƏN İSTİFADƏ EDİN
Gündəlik oruc zamanı uzun saatları nəzərə almaqla tez həzm olunan qidalardan deyil, tərkibində lif (Bağırsaqları yaxşı işlətməklə və digər qidaların bədəndən sürətlə xaric olunmasını təmin etməklə insanın gümrah olmasına kömək edən qidanın hissəsi ) olan gec həzm olunan qidalardan istifadə etməliyik. Gec həzm olunan qidaların həzm olunması 8-saata qədər davam edir, bununla yanaşı tez həzm olunan qidaların həzm olunması sadəcə 3-4 saat davam edir.
Gec həzm olunan qidalara: tərkibində dən və tum (toxum) olan arpa, buğda, çovdar, darı, manna yarması, paxla, mərci, ələnməmiş un, cilalanmamış düyü və s. (kompleks karbohidratlar adlanan) daxildir. Tez bişən qidalara tərkibində şəkər, ağ un, və s. olan qidalar (saflaşdırılmış karbohidratlar) daxildir.
Tərkibində lif olan qidalara kəpəkli qidalar, ələnməmiş buğda, dənlər və toxumlar, yaşıl lobya, noxud, ilik, ispanaq kimi tərəvəzlər və şəkərçuğundurunun yarpaqları (tərkibi dəmirlə zəngin) kimi otlar, üstü qabıqlı meyvələr, quru meyvələr, əlalxüsus qurudulmuş ərik, əncir və qara gavalı, badam və s. daxildir.
Qəbul olunan qidalar yaxşı tənzimlənməli, hər bir qrupdan olan qidalar (yəni, meyvələr, tərəvəzlər, ət/toyuq/balıq, çörək/ yulaf, qarğıdalı yarmasından olan xörək (səhər yeməyi) və süd məhsulları) olmalıdır. Qızardılmış yeməklər sağlamlıq üçün zərərlidir və məhdudlaşdırılmalıdır. Bu qidalar həzmin pozulmasına, qıcqırma, ürəkbulanma və çəki problemlərinin yaranmasına səbəb olur.

BUNLARDAN ÇƏKİNİN!!!

Qızardılmış və yağlı yeməklər
Tərkibində həddindən çox şəkər olan qidalar
Xüsusilə də səhurda həddindən artıq yemək
Səhurda həddindən artıq çay içmək. Çünki çoxlu çay bədəndən daha çox sidiyin ifraz olunmasına və beləcə də gün ərzində bədənin ehtiyac duyduğu qiymətli mineral duzlarının xaric olunmasına səbəb olur.
Siqaret çəkmək. Siqaret səhhət üçün zərərdir və buna tamamilə son qoymaq lazımdır.
NƏ YEMƏK LAZIMDIR???

Qidanın həzm olunma prosesinin uzun davam etməsi və gec acmanız üçün səhurda kompleks karbohidratlar qəbul edin. Xurma - tərkibi şəkər, lif, karbohidratlar, potasium və maqnezium ilə zəngin əla qida mənbəyidir. Badamın tərkibi proteyin ilə zəngindir və həmçinin yağ səviyyəsi aşağı olan lif var. Banan potasium, maqnezium və karbohidratlarlar zəngin yaxşı qida mənbəyidir.

NƏ İÇMƏK LAZIMDIR???

İftar ilə yataqa getmək vaxtı arasında mümkün olduğu qədər çoxlu su və yaxud meyvə suyu için ki, bədəninizdə suyun səviyyəsi vaxtında tənzimlənsin (qaydaya düşsün).

QƏBİZLƏŞMƏ

Qəbizləşmə bağırsaqların şişməsinə (babasil), yaraların əmələ gəlməsinə və həzm sisteminin pozulması ilə köpmə yaranmasına səbəb ola bilər.
SƏBƏBLƏRİ: Çoxlu rafinə edilmiş (saflaşdırılmış) qidaların qəbul edilməsi, çox az su qəbulu və yeməkdə kifayət qədər liflərin olmaması
MÜALİCƏSİ: Həddindən artıq saflaşdırılmış qidalar qəbul etməyin, çoxlu su qəbul edin və kəpəkli çörəkdən istifadə edin.

HALSIZLIQ (AŞAĞI QAN TƏZYİQİ)

Həddindən çox tərləmə, zəiflik, yorğunluq, taqətsizlik, oturaq vəziyyətdən ayağa qalxdıqda baş gicəllənməsi, solğun görünüş və özünü zəif hiss etmək aşağı qan təzyiqinin əlamətləridir. Bu əlamətlər günortaya doğru getdikcə baş verir.
SƏBƏBLƏRİ: Həddindən az maye qəbulu, az miqdarda duz qəbulu
MÜALİCƏSİ: Maye və duz qəbulunu artırın.

XƏBƏRDARLIQ!!!

Aşağı qan təzyiqinin əlamətləri aşkar olunduqda bunu bir daha təsdiq etmək üçün qan təzyiqi yoxlanılmalıdır. Yüksək qan təzyiqi olanlar Ramazan ayında dəva dərman məsələsini nizamlasınlar...Həkimləri ilə məsləhətləşsinlər.

BAŞAĞRISI
SƏBƏBLƏRİ: Kofein və tütün qəbulu, gün ərzində çox iş görmək, yuxusuzluq. Gün ötdükcə adətən aclıq hiss olunur və günün sonunda şiddətlənir. Aşağı qan təzyiqində baş ağrısı olduqca ağır keçə bilər və həmçinin iftardan əvvəl ürəkbulanması meydana gətirə bilər.
MÜALİCƏSİ: Ramazandan bir və yaxud iki həftə əvvəl yavaş-yavaş kofein və tütünün kökünü kəs. Ot tərkibli və tərkibində kofein olmayan çaylar bunu əvəz edə bilər. Rahat yatmaq üçün Ramazanda vaxtını yenidən tənzimlə.

AŞAĞI QAN ŞƏKƏRİ

ƏLAMƏTLƏRİ:

Zəiflik, baş gicəllənməsi, yorğunluq, zəif konsentrasiya, tez tərləmə, fiziki işləri bacara bilməmək, baş ağrısı, ürək döyünməsi (qan damarlarında) aşağı qan şəkərinin əlamətləridir.
SƏBƏBLƏRİ:Diabet (şəkər xəstəsi) olmayanlarda bunun səbəbləri: Həddindən ziyadə şəkər qəbul edilməsi (xüsusilə səhurda saflaşdırılmış karbohidratların qəbulu). Bədən həddindən ziyadə insulin istehsal edir və qandakı qlükozanın düşməsinə səbəb olur.
MÜALİCƏSİ:Səhurda bir şey ye və tərkibində şəkər olan qida və içkiləri məhdudlaşdır.

XƏBƏRDARLIQ!!!

Diabetlər Ramazanda dava dərman məsələsini nizama salsınlar və həkim ilə məsləhət etsinlər.

ƏZƏLƏLƏRDƏ QIC OLMA

SƏBƏBLƏRİ: Kalsium, maqnezium və potasium qidalarının lazımi qaydada qəbul edilməməsi.
ÇARƏSİ: Yuxarıda adı keçən tərkibində zəngin minerallar olan qidalar qəbul edin (yəni, tərəvəz, meyvə, süd məhsulları, ət və xurma).

XƏBƏRDARLIQ!!!

Yüksək qan təzyiqi olanlar və böyrəklərində daş problemi olan kəslər həkimlə məsləhətləşsinlər.

HƏZM XORALARI (YARALARI), QICQIRMA, QASTRİT VƏ QRİJA

Ramazanda boş mədədə turşunun səviyyəsinin artması yuxarıda qeyd olunan halları şiddətləndirir. Qabırğaların altında mədə boşluğunda bu özünü (göynəmə) yanğı hissi kimi əks etdirir və bunun təsiri boğaza kimi hiss oluna bilər. Ədviyyəli qidalar, kofe və kola içkisi bu halları ağırlaşdırır.
Mədədə turşuluğun səviyyəsinə nəzarət etmək üçün dərmanlar mövcuddur. Həzm xoraları və qrija olduğu məlum olan kəslər Ramazandan əvvəl öz həkimləri ilə məsləhətləşsinlər.

BÖYRƏK DAŞLARI

Böyrək daşları daha az maye qəbul edən insanlarda meydana gəlir. Ona görə də, daşların əmələ gəlməsinin qarşısını almaq üçün daha çox maye qəbul etmək zəruridir.

OYNAQLARDA AĞRILAR

SƏBƏBLƏRİ: Ramazanda, əlavə namazlar çox qılanda oynaqlara təzyiq artıq. Yaşlılar və artrit (oynaqların xəstəliyi) xəstəliyi olanlarda, bu: ağrı, gərginləşmə, şişmə və çətinliklər ilə nəticələnə bilər.
MÜALİCƏSİ: Dizlərdə əlavə yük daşımanın qarşısını almaq üçün çəkinizi aşağı salın. Ramazandan əvvəl bədən üzvlərinizi çalışdırın ki, Ramazanda onlar əlavə gərginlik üçün hazır olsunlar. Fiziki cəhətdən sağlam olmaq daha çox iş görməyə, beləcə də namazı asanlıqla əda etməyə imkan yaradır.
Həmişə öz şəxsi həkiminiz ilə Ramazan ayında sizin səhhətinizə xas ehtiyacları və qayğınıza qalmaq barəsində müvafiq məsləhətləri təmin eməsi üçün məsləhətləşin.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Abu_MuhammadTarix: Çərşənbə axşamı, 26.08.2008, 19:19 | Yazı # 6
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
2 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3 - Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4 - O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5 - O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.


Yazını Muhammad - Çərşənbə axşamı, 26.08.2008, 19:22
 
ProgrammerTarix: Çərşənbə axşamı, 26.08.2008, 21:12 | Yazı # 7
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Muhammad,
Allah razı olsun..


 
SelefTarix: Çərşənbə, 27.08.2008, 02:40 | Yazı # 8
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Ramazan ərəbcə bir kəlmədir. Qəməri aylardan doqquzuncusunun adıdır. Ramazan kəlməsinin mənası və bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə açıqlanmışdır:

a- Ramazan, yazın sonunda qızılgül mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağmur mənası “ramda” kəlməsindən alınmışdır. Bu yağmur yer üzünü təmizləyir. Bunun kimi Ramazan da möminləri günahlardan təmizləyir, qəlbləri pak edir.
b- Bir izaha görə günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan “ramad” kəlməsindən alınmışdır. Belə qızğın yerdə gəzənin ayağı yanar, zəhmət, məşəqqət çəkər. Bunun kimi oruc tutan da aclıq və susuzluq hərarətinə qatlanar, zəhmət, məşəqqət çəkər, içi yanar.
Yaxud qızğız yer ayaqları yandırdığı kimi Ramazan da möminlərin günahlarını yandırar, yox edər. Həmçinin Ənəs bin Malikdən (r.a.) rəvayət edilən bir hədisi şərifdə Hz. Peyğəmbər (S.A.V.) “Bu aya Ramazan adının verilməsi günahları yandırdığı üçündür.” deyə buyurmuşdur.
Bu halda mübarək Ramazan ayında oruc tutan və ixlasla tövbə edən möminlərin günahları yanar, beləcə günahlardan uzaqlaşar, təmiz olarlar.
c- Qılıncın tiyəsini və ya oxun ucundakı dəmiri kəskinləşdirmək üçün iki daşın arasına qoyub döymək mənasına gələn “ramd” kökündən alınmışdır. Bu aya Ramazan adının verilməsi həmçinin ərəblərin bu ayda silahlarını hazırladıqlarından dolayıdır.
Razaman ayı rəhmət və məğfirət ayıdır. Allahın lütfü və ehsanı, rəhmət və məğfirəti və bərəkəti hər yeri bürüyər.
Daha əvvəlki peyğəmbərlərə və ümmətlərinə verilməyən fəzilətlər Ramazan ayında bizim peyğəmbərə və bizim ümmətimizə verilmişdir. Peyğəmbərimiz bir hədisində ümmətinə verilən beş şeydən bəhs edərək belə buyurmuşdur.
"- Ümmətimə Ramazanda beş şey verilmişdir ki, bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir:
1- Ramazan ayını ilk gecəsi Allah Təala ümmətinə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxarsa, ona əbədi əzab verməz.
2- İftara yaxın, axşam vaxtı ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəl olar.
3- Mələklər hər gün və gecə onlar üçün istiğfar edərlər, Allahdan bağışlanma diləyərlər.
4- Allah Təala cənnətinə əmr edib: “Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən qurtulub, mənim yurduma və ehsanıma istirahət üçün gəldiyi vaxt yaxınlaşdı.” buyurur.
5- Gecənin sonu olanda, Allah (c.c.) hamısını bağışlayar. Orada olanlardan biri:
"- O gecə Qədr gecəsidirmi?" deyəndə:
Xeyr, çalışanları görmürsənmi? Onlar çalışıb, işləri bitincə özlərinə haqları tam olaraq ödənir." buyurdu.
İbadət Mövsümü hər ay ibadət ayıdır. Mömin Allahın, “Sənə ölüm gəlincəyə qədər Rəbbinə ibadət et” əmrinə tabe olaraq ölənə qədər ibadət etməyə davam edər. Ancaq Ramazan ayı daha çox ibadət olunduğu bir aydır, adətən ibadət mövsümüdür. Bu ayda nələri edəcəyimizi belə sıralanmaq mümükündür:
a- Hər şeydən əvvəl Ramazan ayında fərz olan orucu əskiksiz və ədəbinə uyğun olaraq tutmalıyıq.
b- Yenə Ramazana məxsus olan bir ibadət olan Təravih namazını qılmalıyıq. Təravih namazını qılmaq sunnətdir.
c- Mümükündürsə hər zaman, heç olmazsa Ramazan ayında beş vaxt namazın məsciddə camaatla qılmağa çalışmaq gərəkdir. Çünki Peyğəmbərimiz (s.a.s.): "Camaatla qılınan namazın savabı təklikdə qılınan namazın savabından iyirimi yeddi dəfə daha fəzilətlidir” deyə buyurmuşdur.
d- Qurani Kərim oxumağı biliriksə ay ərzində oxumağa çalışmalıyıq. Ramazan ayı həm də Quran ayıdır. Çünki daha əvvəl söyləndiyi kimi Qurani Kərim bu ayda enməyə başlamışdır.
e- Allahı çox zikr və dua etməli, Peyğəmbərimizə (s.a.s.) çox salavat gətirməliyik. Hz. Muhamməd bir hədisində: “Ramazanda Allahı zikr edən bağışlanar və Allahdan istəyi geri çevrilməz” buyurmuşdur.
f- Mümkünsə çoxlu xeyir işlər görməli və sədəqə verməliyik. Hz. Muhamməd Əfəndimiz insanların ən səxavətlisi olub, bu səxavəti Ramazan ayında daha da artırardı.
g- Razamanda daha çox ibadət etməliyik. Peyğəmbərimiz də çox ibadət edərdi. Həmçinin Hz. Aişə validəmiz demişdir ki: “Rəsulullah (s.a.s.) Ramazanda digər zamanlardan daha çox ibadət etməyə çalışardı." (10)
Bərəkət ayı olan Ramazanda insanlar Allahu Təala rəhmətinə bürünər. Günahları bağışlayar. Duaları qəbul edər. Xeyirdə yarışan mömin qulları ilə mələkləri yanında iftixar edər.
Oruc tutmayan və Allah qarşı vəziflərini yerinə yetirməyənlər Allahın bu sonsuz rəhmətindən məhrum olar. Sevgili Peyğəmbərimiz Ramazan ayının yeni girdiyi bir gün belə buyurmuşdu: “Sizə bərəkət ayı, Ramazan ayı gəldi. Bu ayda Allah sizə rəhmətini endirər. Günahları bağışlayar, duaları qəbul edər. Allah bu ayda sizin xeyirdə yarışmağınıza baxar və mələkləri yanında iftixar edər. Allaha xeyir əməllər təqdim edin. Günahkarlar bu ayda Allahın rəhmətindən məhrum olanlardır.”
Elə isə Ramazanda çoxlu ibadət edərək, onun fəzilətindən istifadə etməyə çalışmalıyıq. Səhih hədis kitablarının əvvəlində gələn Buxaridən rəvayət edildiyinə görə Rəsulullah (s.a.s.) belə buyurmuşdur: “Ramazan ayı girəndə göylərin qapısı açılar, cəhənnəmin qapıları bağlanar. Şeytanlar zəncirə vurular.”
Tirmizi və İbn Macənin rəvayətlərində hədis uzun şəkildə belədir: “Ramazan ayının ilk gecəsində şeytanların və cinlərin azğınlarına zəncir vurular. Cəhənnəmdə heç bir açıq qapı qalmaz, hamısı bağlanar. Bir nida edən (mələk) belə səslənər: Ey xeyir əhli! Xeyir işlərə yönəl!Ey şər əhli, Şərini tərk et! Allah tərəfindən atəşdən qurtulanlar olar. Bu hal Ramazan ayının hər gecəsində baş verər.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Abu_MuhammadTarix: Çərşənbə, 27.08.2008, 12:54 | Yazı # 9
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Quote (MuSLiM)
Allah razı olsun..

Cumlemizden inshallah!


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
Ema777Tarix: Cümə axşamı, 28.08.2008, 13:55 | Yazı # 10
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Mübarek Ramazan ayı, çok şereflidir. Bu ayda yapılan, nafile namaz, zikir, sadaka ve bütün nafile ibadetlere verilen sevap, başka aylarda yapılan farzlar gibidir. Bu ayda yapılan bir farz, başka aylarda yapılan yetmiş farz gibidir. Bu ayda bir oruçluya iftar verenin günahları affolur. Cehennemden azat olur. O oruçlunun sevabı kadar, ayrıca buna da sevap verilir. O oruçlunun sevabı hiç azalmaz.

Bu ayda, emri altında bulunanların, işlerini hafifleten, onların ibadet etmelerine kolaylık gösteren âmirler de affolur, Cehennemden azat olur. Ramazan-ı şerif ayında, Resulullah, esirleri azat eder, her istenilen şeyi verirdi. Bu ayda ibadet ve iyi iş yapabilenlere, bütün sene bu işleri yapmak nasip olur. Bu aya saygısızlık edenin, günah işleyenin bütün senesi, günah işlemekle geçer.

Bu ayı fırsat bilmeli, elden geldiği kadar ibadet etmelidir. Allahü teâlânın razı olduğu işleri yapmalıdır. Bu ayı, ahireti kazanmak için fırsat bilmelidir.


 
XEDICE73Tarix: Cümə axşamı, 28.08.2008, 16:13 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Alimlər söyləmişlər ki, oruc və aclıqda on gözəl xislət vardır:
l. Aclıqda göz safası, könlün haqqı görməyi, göz kəskinliyi vardır.
Toxluq isə tənbəllik və səfehlik verir, bəsirəti kor edir. Damağda buxarı çoxaldır, bu səbəblə qəlbdə ağırlıq olur.

2. Aclıqda riqqəti-qəlb olur. Qəlb safası da insanı münacatın ləzzətini dərk etməyə hazırlayır, Zikrinin və sair ibadətlərinin təsirini görür.

3.Qəlbdən şıltaqlıq gedir.
Lüzumsuz fərəh və tüğyanın bağlanğıcı olan, eyni zamanda böyük məhrumiyyətlərin səbəbi olan iftixar duyğusu gedir. Nəfs aclıqla qırıldığı kimi daha heç bir şeylə qırılmır.

4. İnsan ac olarkən bəlaları unutmaz, zərərlərə və fəlakətlərə düçar olanları unutmaz. Tox acları unudar, ac olanlar isə aclığı və bəlaları, kasıbları və zəifləri unutmaz.

5. Aclıq lüzumsuz arzuları qırar, davamlı olaraq pisliyi əmr edən nəfsə (nəfsi-əmmarəyə) qalib gələr.

6. Aclıq yuxunu dəf edər. Çox yeyən çox içər, çox içən isə çox yatar, çox yatanın isə qəfləti artar. Kimin qəfləti artarsa fəlakətə uğrayar

7. Aclıqda ibadətə davam asanlaşar. Toxluqda isə ibadət çətinləşər, ibadətə davam isə daha da çətinləşər.

8. Aclıqla bədənlər və üzvlər sağlam olar, xəstəliklər dəf olar. Çünki, ümumiyyətlə xəstəliklərin səbəbi çox yemək, çox içmək, çox yatmaq, qan artıqlığıdır. Xəstəlik ibadətlərə mane olur, ibadət şövqünü qırır.

9. Daha asan bir həyat yaşayar, sıxıntısı olmaz. Az yeməyə öyrəşən az mala qənaət edər.

10. Aclıqda insane sədəqəni könül rahatlığı ilə verilir, yeməkdən yetimlərə, kimsəsizlərə paylayar, qiyamətdə də sədəqəsinin altında kölgələnər.

Təqva üçün oruc
Allahu Təala: “Orucun fərziyyəti sizin yaxşılığınız üçündür” buyurmuşdur. Çünki, orucun insanın qüvveyi-şəhvaniyyəsini qırdığı kimi nəfsin arzularını qıraraq bütün günahdan, üsyandan xilas edən təqvaya səbəb olduğunu bəyan buyurmuşdur. Çünki insanın dünya əməli iki şeyə həvəslidir: Biri yeyib-içmək arzusudur. Digəri də qüvveyi-şəhvaniyyədir. Bu iki arzu da ancaq oruc ilə məhv edilir.

Muhamməd bin əl-Haris -radıyallahu ahnu- deyər ki: Beş zümrədən beş şeyi soruşdum, hamısı eyni cavabı verdi:

1. Təbiblərə dəvaların ən şəfalısını sual etdim: “Aclıqdır və az yeməkdir.” dedilər.
2. Hikmət əhlinə: “Allaha ibadətdə ən çox kömək edən nədir?” deyə sual etdim. "Aclıqdır və az yeməkdir.” dedilər.
3. Zahidlərə, "Zühdə ən çox qüvvət verən nədir?" deyə sual etdim. "Aclıqdır və az yeməkdir" dedilər.
4. Alimlərə, "Elm hifzində ən çox köməkçi şey nədir?" deyə sual etdim, "Aclıqdır və az yeməkdir" dedilər.
5. Sultanlara, "Hər vaxt diqqətli olmağın çarəsi və ən gözəl, ən ləzzətli təam nədir?" deyə sual verdim, "Aclıqdır və az yeməkdir" dedilər.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Cümə axşamı, 28.08.2008, 17:06 | Yazı # 12
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Büyük bir heyecan ve merakla beklediğimiz Ramazan ayında neler yapmamız gerektiğini az çok biliyoruz. Fakat neler yapmamamız gerektiğini herhalde pek bilmiyor veya dikkat etmiyoruz.

Oruç çok önemli bir ibadet ama oruç tutup sevabı kazanamama tehlikesi de var. Eğer gereklerine uyulmaz, kaçınılması gerekenlerden de kaçınılmazsa, emekler boşa gider, yazık olur.

Peygamber (sav) Efendimiz buyuruyorlar ki: "Nice oruç tutan insan vardır ki, tuttuğu oruçtan ona bir kâr, bir kazanç, bir sevap gelmez, ancak aç kalmış olur. Aç kalmaktan başka eline bir şey geçmez."

Demek ki, elimizden geldiği kadarıyla -zorunlu haller dışında- ibadetlerin bütün gereklerini yerine getirmemiz gerekiyor. Tabi gevşeklik ve tembellik nefsin heva ve arzularındandır, zorunlu hallerden olmadığını unutmamalı.

Ne Yapmamalı?

O halde oruç tutan kişi neleri yapmamalı bir hatırlayalım:

* İftarda çok aşırı yemek yiyoruz. Hem sıhhate aykırı, hem de orucun mantığına aykırı. Oruçlu aç duruyor ki, biraz nefsi zayıflasın, kalbi nurlansın, ruhu kuvvetlensin!

* Gündüz oruç tutup, akşam haram yollardan kazanılmış paralarla orucunu açmamalı

* Özellikle oruçluyken gözüne sahip çıkmalı, harama, namahreme bakmamalı

* Kulağına da sahip olacak, kulağı haram şey dinlemeyecek, harama kulak vermeyecek (özellikle akşamki TV eğlence programlarına dikkat)

* Eline ve diline de sahip olacak, alış-verişe, ticaretine dikkat edecek; eli harama uzanmayacak, dili haram söylemeyecek (gıybet-dedikodu, yalan)

* Ayağına da sahip olacak, ayağı harama ve kötü mekanlara gitmeyecek

* Oruç tutuyoruz diye aç kalınınca, insanın ruhsal istikrârı da biraz sarsılabiliyor. Oruçlu olan sinirli oluyor. Sinirli olunca sağa sola çatıyor, bağırıyor. Sigara alışkını, tiryakisi, oruçlu olunca sigarayı içmediği için bir asabilik bastırıyor; etrafını haşlıyor, üzüyor, vuruyor, kırıyor... Halbuki oruç sabır ibadetidir. Kendisini tutacaktı, böyle şeyler yapmayacaktı

* Teravih namazını, çok rekât çabuk bitsin diye süratli bir şekilde kılmamalı

* Bazıları sahura kalkmayıp "Ben dayanabilirim, akşamdan yer yatarım" diyorlar, sahura kalkmamak da yanlıştır, sahur sünnettir.

* Evde sahurdan sonra, imsak kesildiği zaman, hemen sabah namazını kılıp tekrar yatağa girmemeli.

Hatta bazıları oruç tutuyor ama namaz kılmıyor… Ne acaip bir iş! Namaz alışkanlıkları yoksa bile, hiç değilse oruç vesilesiyle namazlarını kılmalı, kendilerini namaza alıştırmalılar.

* Ramazanda ibadetlerin arttırılması gerekirken, tam aksi yapılıyor ve akşam namazı camide cemaatle kılınmıyor.

Ne Yapmalı?

* Helâl lokma dindarlığın, takvânın temelidir. Onun için lokmanın helâl olmasına çok dikkat etmek lâzım!..

* iftarda da biraz hafif yemeliki, açlığın faydaları, aç durmanın, oruç tutmanın manevî faydaları, maddî faydaları, sıhhî faydaları vücut üzerinde görülsün...

* Teravih namazını, sakin sakin, tâdil-i erkân ile, rükûsuna, secdesine hakkını vererek namaz kıldıran imamların arkasında namaz kılmalı!.. Hırsızlığın en kötüsü namazda rükûdan, secdeden çalmaktır. Yatsıdan sonra kılınan bu teravih namazı gece namazından sayılır. Gece namazının sevabı da çok büyüktür ama, Ramazanda sevap daha da büyükleşiyor.

* Özellikle sahura, uykuyu bölüp kalmak lâzım. Çünkü gece kalkmaya alışma çalışmasıdır Ramazan... Sahura yemek yiyeceğiz diye kalkıp, bir ay sahur vaktinde, seher vaktinde uyanmayı öğrenince, senenin öbür zamanlarında da o güzel vakitte kalkıp ibadet etmeye bir alıştırmadır,

* Sahura kalkıldığı zaman, bir de abdest alınmalı, iki rekât-dört rekât, hanım yemeği hazırlayıncaya kadar, çoluk çocuk sofraya toplanıncaya kadar bir teheccüd namazı kılınmalı. Sahurda kılınan namaz çok sevaptır.

* Sahurdan sonra camide namaz kılmaya gitmeli. Evde kılmak, cemaatle bile olsa, çoluk çocuğu toplayarak cemaatle kılsa bile, camide kılmaya denk olamaz.

Çünkü camiye doğru giderken attığı her adımda bir derecesi yükselir. Her adımda bir günahı silinir, her adımda kendisine bir hasene verilir. Oraya gittiği zaman da, camideki mübarek insanların kazançlarından ona da ortaklık gelir. Camide o mübareklerin kıldığı namazlar dolayısıyla, namazı kabul olur. Evindeki belki kabul olmaz.

Camiye gidemiyorsa, hiç değilse bir müddet başka bir ibadetle meşgul olup sonra kılmalı.

* İftar yemeğini hafifçe geçirerek, fazla vakit kaybetmeden camiye gidilip cemaatle akşam namazı kılınmalı.


 
XEDICE73Tarix: Cümə, 29.08.2008, 11:05 | Yazı # 13
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ramazan ayındakı oruc, İslamiyyətin beş şərtindən birincilərindəndir və İslam hökmlərinin ən mühümlərindəndir. Ramazandakı oruc sadəcə ac qalmaqdan ibarət deyil; saymaqla bitməyən bir çox hikmətləri vardır. Bu hikmətlərin bəzilərindən bəhs edək:

1- Allahu Təala yer üzünü bir nemət süfrəsi kimi yaradıb, hədsiz və hesabsız nemətlərlə doldurmuşdur. Bununla öz, “rübubiyyətini”, “rəhmaniyyətini” və “rəhimiyyətini” insanlara göstərmişdir. Ancaq insanlar qəflət pərdəsi altında olduqları və unutduqları üçün bu həqiqəti aydın şəkildə görə bilmirlər. Ramazan ayında isə insanların qəflətləri qırılır və o Uca Rəbbə qarşı həqiqi bir “abd”, həqiqi “qul” vəzifələrini xatırlayırlar. Həm də bütünlüklə, bütün aləmi-İslam ilə birlikdə.

2-İnsanlar məişət, yəni keçimlərinmə görə fərqli yaradılmışdır.Beləliklə, Uca Yaradan zənginlərə kasıblara kömək etməyi əmr etmişdir. Bunun üçün də hər insana insanlara qarşı şəfqət hissi verilmişdir. Ancaq Ramazan ayı xaricindəki vaxtlarda ac insanların aclıqları tam olaraq hiss olunmadığı üçün şəfqət hissi oyanmır. Ramazan ayında isə ən zənginindən ən kasıbına qədər hər kəs aclıq hissini dadır. Hər kəs özündən bir dərəcə kasıbı tapa bilər və ona şəfqət göstərmək, yardım etmək bir borcdur. Ramazan ayındaki oruc, bu hissi oyandırdığı üçün sosial həyatın rahatlığına vəsilə olur. Beləliklə oruc şükrün açarıdır.

3-İnsan, özünə verilən nemətlərə qarşı şükür etməlidir. İnsanın yaradılışının qayəsi şükürdür. Şükür isə ancaq “nemətin qiymətini təqdir etmək”, “nemətin Allahdan olduğunu bilmək” və “nemətə ehtiyac duymaqla” mümükündür. Ramazan xaric başqa vaxtlarda insan, həqiqi aclığı tam olaraq hiss etmədiyi üçün bəzən nemətləri lazımınca qiymətləndirə bilmir. Ramazanda isə ac qalmaqla “Bu nemətlər mənim mülküm deyil! Çünki bunların istifadəsində azad deyiləm” deyib neməti nemət bilir və gerçək vəzifəsi olan şükrə yönəlir.

4-Ramazandakı oruc, maddi və mənəvi bir pəhrizdir. İnsan Ramazan ayı xaricində istədiyi qədər yemək-içmək istəyir. Bu şəkildə bədəninə zərər verdiyi kimi, halal və haramlara diqqət etmədiyi üçün də mənəvi olaraq da zərər görür. Bu cür nəfsin cilovlanması çətinləşir; nəfs cilovları ələ keçirir, insana hər istədiyini etdirir. Ramazandakı oruc vasitəsiylə nəfs pəhrizə alışır və “əmrə tabe olmağı” öyrənir. Demək orucun İslamda mühüm təsiri vardır və cihadi-əkbər olan nəfslə mübarizədə ən təsirli silah orucdur.

5-Oruc nəfsin qürurunu, kibri qırır və insana acizliyini, nöqsanlarını, qul olduğunu hiss etdirir.

Orucun ən mükəmməli, bütün hisslərə, əzalara, duyğulara oruc tutdurmaq, hamısını Allahın razı olacağı fellərlə məşğul etməkdir. Haramlardan, məkruhlardan, boş və yararsız işlərdən bütün əza və hisslərə əl çəkdirməkdir. Peyğəmbərimiz buyurmuşdur ki: “Elə oruc tutan vardır ki, onlardan özlərinə qalan ancaq aclıq və susuzluqdur”. Belə kimsələrdən olmamaq üçün böyük səy göstərməliyik. Ramazanımız mübarək olsun! Haqq Təala tutacağımız orucları qəbul etsin. Amin.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Cümə, 29.08.2008, 12:39 | Yazı # 14
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Peygamber Efendimizin Lisanından Ramazan

--------------------------------------------------------------------------------

Oruç, İslâm'ın dördüncü emridir.

- İnsanın manevî yönden gelişmesini sağlar.
- Oruç tutan kimseyi kötü davranışlardan ve iffetsizlikten alıkor;
- ve Cehenneme girmesine engel olur.1

Allah Teâlâ, işte bu gibi özellikleri sebebiyle orucu hem Muhammed ümmetine, hem ondan önceki ümmetlere farz kıldı.2

Orucun "sayılı günlerde," yani yılda bir defa Ramazan ayında tutulmasını emretti.3

Oruç tutmanın sevabı

Namaz kılan, zekât veren ve haccedeni herkes görür. Fakat bir kimsenin oruç tuttuğunu sadece Allah bilir. Oruca riya ve gösteriş bulaşmadığı için, oruç tutan kimsenin Allah katında farklı bir yeri vardır.

Peygamber Efendimizin bildirdiğine göre Allah Teâlâ bu özel durumu şöyle açıklamıştır:
Oruç tutan kimse; yemesini, içmesini ve her türlü bedenî zevkini sadece Benim rızâmı kazanmak için bırakır; bu sebeple onun ödülünü bizzat Ben vereceğim.

Oruç tutan kimsenin çok sevindiği iki zaman vardır. Biri akşam iftar ettiği zaman, öteki de Rabbine kavuştuğu zaman.4

Orucun ve oruçlunun değerini şimdi de Resûl-i Ekrem Efendimizden dinleyelim:

Oruçlu bir ağzın kokusu, Allah yanında en güzel kokudan daha değerlidir.

Sevap olduğuna inanarak ve karşılığını Allah'tan bekleyerek Ramazan orucunu tutan kimsenin geçmiş günahları bağışlanır.5

Allah Teâlâ, kendi rızâsı için oruç tutanı, Cehennem ateşinden yetmiş yıl uzaklaştırır.6

Cennetin sekiz kapısı vardır. Namaz kılanlar, kıyamet gününde Cennete namaz kapısından; cihad edenler cihad kapısından, sadaka verenler sadaka kapısından gireceklerdir.

Bu sekiz kapıdan birinin adı Reyyân’dır. O kapıdan sadece oruç tutanlar girecektir.

Mahşer yerinde bir ara "Oruç tutanlar nerede?" diye seslenilecek. Oruç tutanlar yerlerinden doğrulacak. Onlar Cennete girince bu kapı kapanacak; artık oradan kimse girmeyecek. Reyyân kapısından girenler bir daha susuzluk çekmeyecek.7

Sahâbîlerden biri, Peygamber Efendimizden, kendisine fayda verecek bir ibadet tavsiye etmesini istedi. Resûl-i Ekrem ona "Oruç tutmanı tavsiye ederim. Onun gibisi yoktur" buyurdu.8 Böylece orucun gösterişten uzak, ihlâs ve samimiyetle yapılan müstesna bir ibadet olduğuna işaret buyurdu.

Ramazan ayının değeri

Şimdi yine Sevgili Efendimizi dinleyelim:

Ramazan ayının daha ilk gecesinde Cennetin bütün kapıları ardına kadar açılır; Cehennemin kapıları birer birer kapanır; azgın şeytanlar bağlanıp tesirsiz hale getirilir." 9

Oruç tutan kimse, büyük günahlardan sakınırsa, iki Ramazan arasında yaptığı günahları affedilir.10

"Bin aydan daha hayırlı olan Kadir Gecesi" bu aydadır." 11

Ramazan ayını oruçla geçiren, bir de her ay üç gün oruç tutan kimseye bütün yıl oruç tutmuş gibi sevap verilir.12 Çünkü iyiliklere on katı sevap verilecektir.

Bir ibadete ve iyiliğe on katı sevap verileceğini Allah Teâlâ da belirtmiştir.13

Ramazan ayı Kur'ân ayıdır. Peygamber Efendimiz Ramazan'ın her gecesinde Cebrail aleyhisselâm ile buluşur ve o güne kadar inen Kur'ân âyetlerini karşılıklı olarak birbirlerine okurlardı.14

Allah'ın Resulü her zaman cömertti; ama Cebrail aleyhisselâm ile çokça buluştuğu bu ayda, esen rüzgârdan daha cömert olurdu.15

Oruçlu nasıl olmalı?

Oruçlunun sadece midesi değil, dili de oruç tutmalıdır. Bunu Peygamber Efendimiz şöyle anlatmıştır:

- Oruçlunun ağzından kesinlikle kötü söz çıkmamalı,
- kimseyle kavga etmemeli,
- yalan söylemekten, boş ve mânâsız konuşmaktan kaçınmalıdır.
- Eğer biri ona hakaret etmeye kalkarsa, "Ben oruçluyum" deyip geçmelidir.16

Hem oruç tutup, hem yalan söyleyenin, yalan dolanla iş yapanın, yemeyi içmeyi bırakmasına Allah Teâlâ hiç değer vermeyecektir.17
Orucu oruç gibi tutmayanların eline, aç susuz kalmaktan başka birşey geçmeyecektedir.18

Sahur ve iftar vakitleri

Ramazan ayının her ânı değerli olmakla beraber bu ayda özel zamanlar vardır. Bu zamanlardan biri sahur, diğeri iftar vaktidir.

Sahur vakti hakkında Peygamber Efendimiz şöyle buyurmuştur:
"Sahur yapınız, çünkü sahurda bolluk, bereket vardır."19

Bizim orucumuzla Ehl-i Kitab'ın orucunu birbirinden ayıran en önemli fark sahur yemeğidir.20

Peygamber Efendimiz iftar vaktine de önem verilmesini istemiş; iftar saati girdiği anda oruç açmayı tembih ederek şöyle buyurmuştur:

"Müslümanlar, oruç açmakta acele ettikleri sürece hayır içinde yaşarlar."21

Kadir Gecesi

Ramazan ayı içinde en değerli zaman dilimi Kadir Gecesidir. Allah Teâlâ, "kutlu bir gece" olduğunu haber verdiği22 Kadir Gecesinin önemini özel bir sûre ile, Kadir Sûresi ile belirtmiş, ve:
- Kur'ân-ı Kerîm'i Kadir Gecesinde indirdiğini,
- Kadir gecesinin bin aydan daha hayırlı olduğunu,
- o gecede sabaha kadar Allah'ın izniyle meleklerin ve Cebrail'in yeryüzüne indiğini,
- o gece yeryüzüne barış ve esenliğin hâkim olduğunu haber vermiştir.23

Resûl-i Ekrem Efendimiz de şu gerçekleri bize bildirmiştir: Bu mübarek geceyi, faziletine inanarak, karşılığını Allah'tan bekleyerek değerlendiren kişinin geçmiş günahları bağışlanır.24

Kadir Gecesini Ramazan ayının son on günündeki tekli gecelerde,25 hattâ Ramazan'ın yirmi yedinci gecesinde aramalıdır.26 Kadir gecesinin sabahında güneşin, iyice yükselinceye kadar, ziyâsı ay gibi sönük olur.27

Bir adam Resûl-i Ekrem'e gelerek yaşlı ve hasta olduğunu, geceleyin namaz kılamadığını, fakat Kadir Gecesinde ibadet etmeyi arzu ettiğini belirterek o geceyi kendisine söylemesini istedi; Peygamber Efendimiz de ona, Ramazan'ın yirmi yedinci gecesinde ibadet etmesini tavsiye etti.28

Bununla beraber Efendimiz, Ashabına, Kadir Gecesini Ramazan'ın yirmi dokuzuncu, yirmi yedinci, yirmi beşinci gecelerinde aramalarını da söyledi.29

Kadir Gecesi nasıl dua etmeli?

Bir gün Hz. Âişe, Allah'ın Elçisine Kadir Gecesine rastlarsa nasıl dua etmesi gerektiğini sordu. Peygamber Efendimiz de ona şöyle dua etmesini söyledi:
Allahım! Sen affedicisin, affetmeyi seversin, beni de affet!30

İ'tikâfa çekilmek

Sevgili Peygamberimiz Ramazan ayının son on gününde dünya işlerini bırakır, Mescid-i Nebevî'ye çekilir, sadece ibadetle meşgul olurdu.

Ailesini de bu gecelerde ibadet etmeleri için uyandırırdı.

Itikâf denen bu ibadet sırasında Peygamber Efendimiz namaz kılar, Kur'ân okur ve tefekkürle meşgul olurdu.

Vefatından sonra da eşleri itikâfa çekilmeye devam etti.31

Teravih namazı

Ramazan ayının oruçtan sonra en belirgin ibadeti teravih namazıdır. Sahâbîler, Peygamber Efendimizin kendi başına teravih namazı kıldığını öğrenince, bu namazı kendilerine de kıldırmasını istediler. Hz. Peygamber onlara sadece üç defa teravih namazı kıldırdı.

Bu olay şöyle oldu:

O yıl Ramazan ayının çıkmasına yedi gün kalmıştı.
Her gece yatsı namazını kıldırdıktan sonra evine çekilen Peygamber Efendimiz, o gece mescitte kaldı ve Ashabına ilk defa teravih namazı kıldırdı. Teravih, gecenin üçte birine kadar devam etti.

Ertesi gün ağızdan ağıza Peygamber Efendimizin teravih namazı kıldırdığı haberi yayıldı. Sahâbîler mescitte toplandılar; fakat Efendimiz o akşam teravih namazı kıldırmadı.

Ertesi gün yine teravih namazı kıldırdı ve namaz gece yarısına kadar devam etti. Bir sonraki gün yine kıldırmadı.

Nihayet Ramazan'ın çıkmasına üç gün kala, eşlerine ve kızlarına da haber göndererek bütün gece devam eden bir teravih daha kıldırdı. O gün Müslümanlar sahurlarını zor yapabildiler. Sevgili Peygamberimiz teravih namazının farz olabileceğini, bunun da Müslümanları zora sokacağını düşünerek bir daha teravih kıldırmadı.32

Herkesin teravih namazını kendi evinde kılmasını tavsiye etti.

O günden sonra Sahâbîler, hem Peygamber Efendimiz zamanında, hem Hz. Ebû Bekir devrinde, hem de Hz. Ömer'in hilâfetinin ilk yıllarında teravih namazını evlerinde kıldılar.

Teravih namazlarının camide cemaatle kılınması âdeti, Hz. Ömer devrinde başladı.

Şevval orucu

Resûl-i Ekrem Efendimiz, Ramazan orucunu tutanların, Ramazan'ın hemen ardından gelen Şevval ayında altı gün daha oruç tutmalarını tavsiye etti. Böylece otuz beş veya otuz altı gün oruç tutmuş olacaklarını, her iyiliğe on misli karşılık verileceğine göre, bir yıl boyunca oruç tutmuş gibi sevap kazanacaklarını söyledi.33

Добавлено (29.08.2008, 12:39)
---------------------------------------------
Peygamber Efendimiz (sallallahu aleyhi ve sellem) "Ramazan ayı girince Cennet kapıları açılır, Cehennemin kapıları kapanır ve merede-i şeyâtîn zincire vurulur." buyurmuştur. "Merede", inatçılar, direnenler, saldırganlar demektir. Bu ifadeyle, şeytanların en azgınları, ipe-sapa gelmezleri, gözü dönmüşleri kastedilmektedir. Evet, bu mübarek ayda, "merede-i şeyâtîn" zincire vurulmaktadır.

Bununla beraber, Ramazan-ı şerifte de hatalar işlendiği, günahlara girildiği ve büyük yanlışlıklar yapıldığı bir gerçektir. Fakat, bu Kur'an ayında mü'minlerin elde ettiği büyük kâr düşünüldüğünde ve şeytanın buna razı olmayacağı, adeta hırsından deliye döneceği ve insanları günahlara çekmek için bütün hilelerini kullanacağı göz önünde bulundurulduğunda merede-i şeyâtînin elinin-kolunun bağlanmış olduğu anlaşılacaktır.

Şüphesiz, Ramazan'da yapılan ibadetler çok önemlidir. Cenâb-ı Allah oruç hakkında "Oruç Bana ait bir ibadettir; onu Nefsime izafe ediyorum. Mükâfatını da Ben vereceğim." buyurmaktadır. Bu itibarla da onun genişliğini, derinliğini ve Hak indindeki değerini kavramak, ona bir kıymet takdir etmek mümkün değildir. Dolayısıyla, onun mükâfâtını vermeye Cenâb-ı Hak'tan başka kimsenin gücü yetmez. Allah Teâlâ, oruç sevabını bizzat takdir etmiş ve onu öbür âlemde bir sürpriz olarak verme vaadinde bulunmuştur. Bu sürpriz mükâfâtın en önemli vesilesine de "Çünkü oruç tutan kulum, yemesini-içmesini Benim için terk ediyor" sözüyle işaret buyurmuştur.

Bu kutlu zaman diliminde mü'minler oruç ibadetiyle beraber, teravih namazı da kılarlar. "O Ramazan ayı ki insanlara bir rehber olan, onları doğru yola götüren ve hakkı bâtıldan ayıran en açık, en parlak delilleri ihtiva eden Kur'ân o ayda indirildi." (Bakara, 2/185) ilâhi beyanı gereğince Ramazan'ı tam bir Kur'an ayı olarak değerlendirir ve bol bol Kur'an okurlar. Aynı zamanda, gönülleri açılır, semahatle ve engin bir cömertlikle coşarlar; hayır ve hasenât hesabına bütün fırsatları değerlendirirler. Bir hadis-i şerifin ifadesiyle, "Rasûlullah insanların en cömerdi idi. Onun bu cömertliği Ramazan ayı girip de Cebrail aleyhisselamla buluştuğu zaman daha da artardı. Hazreti Cebrail Ramazan ayı çıkıncaya kadar her gece Peygamber Efendimiz'e gelip Kur'an'ı arz ederdi. O günlerde Allah Rasûlü (sallallahu aleyhi ve sellem) insanlara rahmet getiren rüzgardan daha cömert olurdu." Mü'minler de, Rehber-i Ekmel'e ittiba ederek, o günlerde daha bir cömertleşir; zekat, sadaka ve fıtır sadakası adı altında sürekli ihsanda bulunurlar. Dahası, bazıları, Ramazan ayının son on gününde itikafa girer ve kendilerini bütün bütün ibadete verirler.

İşte, böyle bir hayır yarışı karşısında şeytanın çileden çıkması onun tabiatının gereğidir. Zira o, insanoğluna düşmanlığını ifade ederken, "Zâtına kasem olsun, hepsini şirâzeden çıkaracağım!" demiş ve sürekli, ayakları kaydırma yolları arayıp durmuştur. Öyleyse, Ramazan'ın bereketi çıldırtır şeytanı ve şeytanlaşan bir kısım habis ruhları. Bu büyük sevapları insanların ellerinden alabilmek için, onlar arasında çok hır-gür çıkarma hırsıyla kıvrandırır insî-cinnî şeytanları.

Ne ki, görüldüğü gibi, insanlar bu huzur ikliminde büyük ölçüde ramazanlaşıyor; daha dikkatli ve ahirete açık yaşıyorlar. Allah'ın izni ve inayetiyle, Ramazan'ı sükûnet içinde geçiriyor ve günahlardan biraz daha uzak kalıyorlar. Demek ki, merede-i şeyâtîn diyebileceğimiz o azgınlar gerçekten zincire vuruluyor. Bazı insî ve cinnî şeytanlar heva ve heves gibi yardımcıları vasıtasıyla tahribatlarına devam etmeye çalışsalar da, Cenâb-ı Hak, azgın şeytanların önünü tıkıyor ve onlara faaliyet izni vermiyor.


 
SelefTarix: Şənbə, 30.08.2008, 00:19 | Yazı # 15
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Peyğəmbər (s.a.s) demişdir: “Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər...” (əl-Buxari, 1896). “Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır” (əl-Buxarı, 1901).


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
medinäTarix: Bazar, 31.08.2008, 21:47 | Yazı # 16
Qrup: Удаленные





SALAMALEYKUM HAMINIZI RAMAZAN AYININ GÄLISI ILÄ TÄBRIK EDIRÄM : ALLAH BIZÄ RAMAZAN AYINI LÄYIGINCÄ XUSU ICINDÄ IBADÄT ETMÄYÄ GÖZÄL AMÄLLÄR ISLÄMÄYÄ NASIB ETSIN : GAEDAS VÄ BACILAR DUALARMIZDA MESCIDIMIZ ÜCÜN GARDASLAR ÜCÜN DUA ETMÄYI YADDAN CIXARMAYIN : ALLAH KOMÄYINIZ OLSUN
 
Ema777Tarix: Bazar ertəsi, 01.09.2008, 10:50 | Yazı # 17
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Bayramınız mübarək (Səhabələr və Ramazan ayı)
Ramazan ayında səhabələr çox böyük həvəslə ibadət mühitində olardılar. Özləri oruca diqqət yetirdikləri kimi övladlarının da şüurlu şəkildə böyümələrinə çalışır, onlara Ramazan ayının ləzzətini daddırırdılar. Belə ki, Hz.Ömər Ramazan ayında sərxoş vəziyyətdə olan birinə: “Ar olsun sənə! Hətta bizim uşaqlarımız da oruc tuturlar” (Buxari, “Saum”, 47), deyərək məzəmmət etməklə səhabələrin Ramazan həyəcanını uşaqları ilə birlikdə yaşadıqlarını bildiriblər. Əslində səhabələr Ramazan ayı xaricində də nafilə ibadətlərə, xüsusən də oruca böyük əhəmiyyət veriblər. Onlar bazar ertəsi, cümə axşamı kimi müəyyən vaxtlarda da fürsət düşdüyü zaman oruc tuturdular. Səhabə xanımlardan Rubeyyi binti Muavviz (r.anhə) belə deyir: “...Biz aşura orucu tuturduq. Bunu kiçik uşaqlarımıza da tutdururduq. Məscidə gedən uşaqlara yundan oyuncaq hazırlayırdıq. Onlardan biri yemək üçün ağladığı zaman həmin oyuncağı ona verir və onu iftara qədər orada saxlayırdıq” (Buxari, “Saum”, 47: Müslim, “Siyam”, 136).

Səhabələr oruc tutanlara iftar vermək və ac olanları doyurmağın savabı ilə məşğul olur, daim süfrələrinə qonaq axtarırdılar. Humeyd b. Əbdürrəhman səhabələrin iftar etməsilə bağlı digər cəhəti belə nəql edir: “Hz.Ömər və Hz.Osman (r.anhuma) üfüqdə gecənin qaranlığını görənə qədər iftar etmədən axşam namazını qılırdılar. Onlar bunu Ramazan ayında edirdilər” (Muvatta, “Siyam”, 8).
Ramazan gecələrinin layiqincə dəyərləndirilməsi günahların bağışlanmasına səbəb olur. Rəsululah (s) belə buyurub: “Kim səmimi olaraq və qarşılığını Allahdan gözləyərək Ramazan gecələrini dəyərləndirərsə, onun keçmiş günahları bağışlanar” (Buxari, “Təravih”, 46). Buna görə də səhabələr Ramazan gecələrində uzun müddət ibadətlə məşğul olmağı vərdişə çevirmişdilər. Bir dəfə Rəsulullah (s) Ramazan ayında məscidin bir kənarında namaz qılan bir qrupun yanına gəlir. O (s): “Bunlar nə edir?” - deyə soruşdu. “Bu insanlar Qurandan çox da əzbər bilməyənlərdir, Ubeyy b. Kab (r.a.) onlara namaz qıldırır!” - cavab verdilər. Rəsulullah (s) belə buyurdu: “Doğru edirlər, onlar nə qədər də gözəl və yaxşı əməllə məşğul olurlar!” (Əbu Davud, “Ramazan”, 1:1377).
Həsən Bəsrinin ® nəql etdiyinə görə, Hz.Ömər insanları Ubeyy b. Kabın yanında toplayaraq Ramazan gecələrində onlara namaz qıldırmışdı (Əbu Davud, “Vitr”, 5:1423). Ubeyy (r.a.) belə deyir: “Ramazan ayında təravih namazından sonra vaxtın çıxmasından narahat olaraq tələsik xidmətçilərə sahur yeməyi gətirmələrini bildirirdik” (Muvatta, “Salat”, 7). Deməli namaza qapıldıqları zaman səhərə qədər buradan ayrılmır, yalnız imsaq vaxtı yaxınlaşanda qalxır və yeməklərini yeyirdilər. Ubeyy (r.a.) həmçinin Quran oxuması ilə də məşhur olan səhabə idi. Buna görə də Ramazan gecələrində insanlara gözəl Quran feyzi verirdi.
Aşağıdakı rəvayət də səhabələrin Ramazan ayında və başqa vaxtlarda gecələri necə dəyərləndirmələrini göstərir: “Muzzəmmil” surəsinin ilk ayələri nazil olduğu zaman möminlər gecələri Ramazan ayında oyandıqları kimi oyanırdılar. Bu vəziyyət surənin (izn verən) son ayələri nazil olana qədər belə davam etdi” (Əbu Davud, “Tatavvu”, 17:1305). Lakin bu o demək deyil ki, “Muzzəmmil” surəsinin son hissəsi nazil olduqdan sonra artıq onlar həmin vaxtda oyanmadılar. Onlar həmin vaxta qədər fərz kimi oyanırdılarsa, artıq bundan sonra bunu nafilə ibadət kimi yerinə yetirdilər. Çünki hədislərdən birində belə buyurulub: “Gecədə elə bir saat vardır ki, əgər həmin saatda bir müsəlmanın Allahdan dünya və ya axirətlə bağlı xeyirli istəyi olarsa, Allah mütləq istəyini yerinə yetirər. Bu saat hər bir gecədə vardır” (Müslim, “Musafirin”, 166).
Müsəlman olmaq məqsədilə Rəsulullahın (s) yanına gələn Saqif qəbiləsindən ibarət heyət də Mədinəyə Ramazan ayında daxil olmuşdu. Peyğəmbər (s) də qəlblərinin yumşalması üçün onları məscidə qonaq dəvət etmişdi (Əhməd, IV, 218). Heyət üzvləri gecə vaxtı oxunan Quranı, səhabələrin təhəccüd namazında oxuduqları surələri və beş vaxt namazda müsəlmanların bir cərgədə düzülmələrini seyr edirdilər (Vakidi, III, 965). Onlara İslam dininin fərzləri və əxlaqı öyrədildi. Kainatın fəxri Rəsulullah (s) Ramazan ayının digər günlərində də oruc tutmalarını onlara əmr etdi. Bundan sonra Bilal Həbəşi sahur və iftar yeməklərinə onları özlərilə apardı (Vakidi, III, 968). Həmin heyətdən olan Evs b.Hüzeyfə belə nəql edir: “Bir gecə gecə (işa, yatsı) namazından sonra Rəsulullah (s) yanımıza çox gec gəldi. Biz ondan: “Ey Rəsulullah! Nə üçün gec gəldiniz?” soruşduğumuz zaman Peyğəmbər (s) buyurdu: “Qurandan gündə bir hissəni oxumağı qarşıma məqsəd qoymuşam. Bunu bitirmədən yanınıza gəlmək istəmədim”. Səhər açıldığı zaman səhabələrdən soruşduq: “Siz Quranı hissə-hissə necə oxuyursunuz?” Onlar: “Biz surələrin ilk üçünü bir hissə, ondan sonra gələn beş surəni ikinci hissə, sonra sıra ilə yeddi, doqquz, on bir və on üç surəni birləşdirərək bir hissə kimi oxuyuruq. Sonda isə “Qaf” surəsindən sonuna qədər mufassal surələri birləşdirərək Quranı (yeddi hissədə) oxuyuruq” - cavabını verdilər (Əhməd, IV, 9: İbni Macə, “Salah”, 178).
Səhabələr Rəsulullahdan (s): “Sədəqənin hansı daha üstündür?” - soruşduqları zaman o belə buyurdu: “Ramazan ayında verilən sədəqə” (Tirmizi, 28:663). Buna görə də səhabələr sədəqələrini Ramazan ayında verdikləri kimi fitrələrini və nafilə nəfəqələrini də həmin ayda verirdilər (Buxari, “Kəffaratul-Əyman”, 5). Rəsulullah (s) müsəlmanlar arasında fitrənin böyük kiçik, qadın kişi, kölə və sərbəst olmasından asılı olmayaraq hər birinə bir qədər xurma və ya bir qədər arpa miqdarında vacib olduğunu buyurub (Buxari, “Zəkat”, 7078; Müslim, “Zəkat”, 13). Ehtiyacı olanlar haqqında isə: “Bu bayram günündə onları aclıqdan xilas edin!”, - deyib (İbni Sad, I, 248).
Rəsulullah (s): “Ramazan ayında edilən ümrə ziyarəti ya həcc hesab olunur, ya da mənimlə birlikdə edilən həccə bərabərdir” müjdəsini verib (Buxari, Ümrə, 4). Buna görə də şərəfli səhabələr Ramazan ayında daha çox ümrə ziyarəti həyata keçirməyə səy göstərirdilər.
Ramazan ayının içində olan və min aydan xeyirli olan Qədr gecəsini dəyərləndirmək hər bir müsəlmanın arzusudur. Allah-təala onun vaxtını gizli saxladığı üçün Hz.Peyğəmbər və səhabələri Ramazan ayının son on günlüyündə vaxtlarını etiqafa (dünya həyatından ayrılaraq ibadətlə məşğul olmaq) sərf edirdilər. Bu da Rəsulullahın (s) sünnəsi idi. Hz.Aişənin (r.anhə) bildirdiyinə görə Rəsulullah (s) digər aylardan fərqli olaraq Ramazan ayındakı ibadətlərə hədsiz dərəcədə diqqət yetirirdi. Ramazan ayının sonuncu on günlüyündə isə vaxtının çoxunu ibadətə həsr edirdi. Həmin günlərdə gecələri lazımınca dəyərləndirir, ailəsini oyandırırdı (Buxari, Fadlu Leylətil-Qadr, 5).
Səhabələr Ramazan ayında bu şəkildə ibadətlə məşğul olmaqla yanaşı digər işlərini də bir kənara qoymurdular. Hətta onlar Ramazan ayında cihada da çıxmışlar. Belə ki, onlar Rəsulullahla birgə Bədr döyüşünü və Məkkənin fəthini Ramazan ayında həyata keçirmişlər. Ondan sonra özləri də bir çox səfərlərə həmin ayda çıxmış, Ramazan bərəkətilə cihad fəzilətini birləşdirmişlər (Müslim, Siyam 90: Tirmizi Savm, 18/710; Nəsai, Savm 49) Əbud-Dərda bunula bağlı belə deyir: “Biz şiddətli istilərin olduğu fəsildə, Ramazan ayında Rəsulullahla (s) birlikdə səfərə çıxdıq. İstidən hamı əlini başına tutmuşdu. Aramızda isə yalnız Rəsulullah (s) və İbni Ravaha oruc tumuşdular” (Buxari, Savm 35: Müslim, Siyam 108: Əbu Davud, Savm, 45/2409).
Ramazan tövbə edərək günahlardan təmizlənmə və ibadətlərlə yüksəlmə ayıdır. Həmin ayda insan özünə diqqət yetirib keçmişindən nəticə çıxararaq gələcəyinə istiqamət verməlidir. Əldən verdiyi fürsətləri bu ayda düzəltməli, Qədr gecəsi kimi imkandan lazımınca istifadə etməlidir. Səhabələr bu məsələlərdə səy göstərib və özlərindən sonra bizlərə gözəl nümunələr qoyub gediblər.


 
XEDICE73Tarix: Bazar ertəsi, 01.09.2008, 11:10 | Yazı # 18
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
BU AYI QOZLEYENLER VARDI ....... BU DA RAMAZAN.

Günlər-aylar keçdi, neçə-neçə gecələr gəldi ötdü və beləcə ömrümüzün bir ili də geridə qaldı. Budur, Allah ruhumuzu almadan yenə Ramazana qovuşduq. Əlimizə zikr və Quran ayı gəldi. Bu ay yaxşılıq və ehsan ayıdır. Bu ay səbr və dözümlülük ayıdır. Bu ay əcr və savab ayıdır. Bu ay itaət və ibadət ayıdır. Bu ay təravih və təhəccüd ayıdır. Bu ay bədənlərə sağlamlıq və imanlara dəstək ayıdır.

Bu ayı həqiqi gözləyənlər vardı. Bu ayı sağ-salamat qarşılamaq və bərəkətindən məhrum olmamaq üçün onların könülləri ancaq o ayın həsrətini çəkirdi, ürəkləri alışıb yanırdı. Onlar bu ayı görə bildikləri üçün dəlicəsinə sevinirlər və sevinc göz yaşları axıdırlar. Sevdikləri İlahi, Ona olan bütün yolları asanlaşdırıb və Özünə yaxınlaşmağa bol-bol fürsət yaradıb. İnsan sevdiyinə aparan yolun asanlaşdığını görüb sevinməyə bilərmi? !

Bu təbəqədən olan müsəlmanlar, 30 gün içincə 30 bayram qeyd edirlər. Hər gün onların qəlbi, ruhu və könlü bayram əhval-ruhiyyəsi içində olur. Gündüzləri fərəh, gecələri isə nur içində keçir. Ramazan gəlib sanki bütün ilin aylarına zamana və dünyaya deyir ki; Ey dünya, ey ömür dayan! Bəşəriyyəti hara qədər aparırsan?! Öz zinətin və məşğuliyyətlərinlə insanları məftun etdin, yalançı gözəlliyinlə onları aldatdın. Bütün istədiklərini verib onları öz qullarına çevirdin. Artıq nəfslərinə yiyə çıxa bilmədilər, ruhları yaralandı məlhəm tapa bilmədilər. 11 ay boyunca onları dəridən-qabıqdan çıxardın. O qədər yedizdirdin ki, daha da ac-göz oldular. Günahlar damarlarına və qanlarına o qədər işlədi ki, ürəkləri günah üçün susuzladı. Çox istirahət və kef görməkdən tənbəlləşdilər. Daha çox istirahət etdikcə, onları daha çox zəiflətdin. Dayan ey dünya, bu ömrü hara sürükləyirsən?! Məni və səni yaradanın əmri və fərmanı ilə gəlmişəm, səni dayandırmağa. Öz bataqlıqlarında batırdığın qullara, Allah öz mərhəmətini əsirgəmir. İndi iman günəşi işıq saçan, qəlblərin Quranla dirilən bədənlərin və ruhların sağalan, iradələrin möhkəmlənən və səbrlərin artan vaxtıdır. Bu ayı başqa aylardan fərqləndirən xüsusiyyətlər bilirsən nədir? Gör, Allah bu fərqi necə bəyan edir:

«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl-Bəqərə, 2:183).

«İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir» (əl-Bəqərə, 2:185).

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!» (əl-Qədr, 97:1-3).

Peyğəmbərimiz də (s.a.s) bu ayın xüsusiyyətlərini və bu ayda tutulan orucun mənasını bizlərə bəyan edib.
Peyğəmbərimiz (s.a.s) buyurub: «Cənnətdə bir qapı var, adı Rəyyandır. O qapıdan oruc tutanlar daxil olacaqlar. Onlar girdikdən sonra qapı bağlanar və başqaları girə bilməz».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Oruc və Quran qiyamət günü öz sahiblərinə şəfaət edəcəklər. Oruc deyəcək; Ey Rəbb! Onu yeməkdən (içməkdən) və şəhvətindən çəkindirdim, onun üçün şəfaətimi qəbul et. Gecə namazı deyir; Ey Rəbb! Gecələri yatmaqdan onu çəkindirdim, onun üçün şəfaətimi qəbul et! Onların ikisi şəfaət edəcəklər ona».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Ramazanın ilk günü şeytanlar və murdar (ən pis) cinlər qandallanar, cəhənnəmin qapıları bağlanar və bir qapısı da açılmaz, cənnətin qapıları açılar və bir qapısı da bağlanmaz “Ey xeyir istəyən, xeyir əməllərini buyur çoxalt. Ey şər istəyən, şər əməllərini dayandır.” – deyə çağırılır. Hər gecə Allahın cəhənnəmdən (həmişəlik) xilas etdiyi qullar var».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Oruc tutanın iftar (oruc açan) vaxtı duası rədd olunmur».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Kim bir gün Allah yolunda oruc tutarsa, Allah onun üzünü (onu) 70 payız (il) cəhənnəmdən uzaq edər».

Ey müsəlman qardaşım və bacım! Madam ki, Ramazan ayının və orucun məqsədlərini, fərqli xüsusiyyətlərini və mükafatlarını bildin, elə isə oruc tutaraq xeyir əməllərini də artır.

Bu bərəkət və mərhəmət dolu ayda çalış bir namazının da vaxtını keçirmə, bütün fərzlərlə bərabər bütün sünnətləri də qıl. Hər gün Quran oxu və çalış məhz bu ay Quranı əvvəldən-sonuna qədər xətm et! Təravih və gecə namazlarını davamlı yerinə yetir! Bacardığın qədər sədəqə ver, ehtiyacı olanlara kömək et və qohumlarınla gözəl rəftar et. Bütün vaxtı isə Allahı zikr et! Qəlbini təmizlə və günahlardan azad et! Ağlını və biliyini bərkit! Bu ayın bərəkətindən bacardığın qədər nə götürdünsə, qənimətdir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
SelefTarix: Bazar ertəsi, 01.09.2008, 23:12 | Yazı # 19
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Salam aleykum hemd olsun ALLAH ramazanin 1 ci gunu ALLAHIN komeyi ile cox rahat kecdi , iftar vaxtindan sonrada hec yemek yemeyim gelmir , ALLAH ona hemd shukur dua edenleri eshider ,,

«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu
kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz» («əl-Bəqərə» surəsi, 183).



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Cümə axşamı, 04.09.2008, 11:04 | Yazı # 20
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
FITRE, ZEKATI.........

Hökmü:
Hikməti:
Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatının çıxarılan miqdarı:
Fitrə zəkatının çıxarılan vaxtı:
Fitrə zəkatı kimlərə verilməlidir?

Fitrə zəkatı
Hökmü:
Fitrə zəkatı hər bir müsəlmana vacibdir. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,6 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir»[1].

Hikməti:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[2].

Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir azad müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq və müsəlman xidmətçilər bura daxildir.
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir»[3].

Fitrə zəkatının çıxarılan miqdarı:
Hər insanın boynuna yarım saa (yəni, 1,3 kq) buğda, yaxud bir saa (2,6 kq) xurma, kişmiş, arpa, quru süd, yaxud yaşadığın ölkədə bu yeməklərin əvəzləyicisi sayılan düyü, qarğıdalı və s. bu kimi qida məhsulları çıxarılır.
Buğdanın yarım saa (1, 3 kq) çıxarılması haqqında dəlil Urva ibn əz-Zubeyrin hədisidir. Hədisdə deyilir:
«Əsma bint Əbu Bəkr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında, öz ailəsinin, azad və kölə xadimələri də daxil olmaqla, hərəsinin əvəzinə iki ovuc (1,3 kq) buğda, bir saa (2,6 kq) xurma çıxarardı. Onlar məhsulu ya saa ilə, yaxud uvuc ilə ölçürdülər»[4].
Amma buğdadan başqa digər məhsulların bir saa (2,6 kq) çıxarılmasının sübutu Əbu Səid əl-Xudrinin hədisidir. O deyir: «Biz fitrə zəkatını bir saa (2,6 kq) yemək, arpa, xurma, quru süd və ya kişmiş çıxarırdıq»[5].
Əksər fiqh alimləri məhsulun qiymətini çıxarmağı məqbul saymırlar. Yalnız Əbu Hənifə buna icazə vermişdir. Bu məlumatı Nəvəvi Müslimin şərhində (7/ 60) qeyd etmişdir.
Mən isə deyirəm ki, Əbu Hənifənin bu sözü (yəni, məhsulun qiymətinin çıxarılması) məqbul sayılmır. Çünki, Allah unutqan deyildir. Əgər fitrə zəkatının qiymətini çıxarmağa icazə olsaydı, bunu Allah və rəsulu buyurardı. Biz gərək şəriət dəlillərini təhrif etmədən, mənasını yozmadan, olduğu kimi qəbul edək.

Fitrə zəkatının çıxarılan vaxtı:
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir»[6].
Fitrə zəkatını toplayanlar[7] bunu bir-iki gün əvvəlcədən edə bilərlər.
Nafi deyir ki, «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər»[8].
Fitrə zəkatını səbəbsiz yerə vaxtından gecikdirmək haramdır.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[9].

Fitrə zəkatı kimlərə verilməlidir?
Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın hədisində deyildiyi kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «... miskinlər üçün toxluq olsun deyə vacib etmişdir».


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru