[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
RAMAZAN
XEDICE73Tarix: Cümə axşamı, 04.09.2008, 11:10 | Yazı # 21
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
selef, Salam aleykum hemd olsun ALLAH ramazanin 1 ci gunu ALLAHIN komeyi ile cox rahat kecdi , iftar vaxtindan sonrada hec yemek yemeyim gelmir , ALLAH ona hemd shukur dua edenleri eshider ,,
____________________________________________________________________________________________________________________

ASSALAMUNALEYKUM AXI ! DUZ DEYIRSEN COX RAHAT KECIR, HEMDE HAVALARDA SERINLIYIB ALLAHA HEMD OLSUN. ALLAH HEMMESE MOMUNLERLEDIR.
good


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 08.09.2008, 16:19 | Yazı # 22
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil


“De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 58). Sevinək ki, Allah Təala bizə Ramazan ayı kimi mübarək bir ay bəxş etmişdir. Sevinək ki, bizə hidayət edib və bu ayı dərk etməyə nail edib. Həmçinin də sevinək ki, bizə sağ-salamat şəkildə bu ayın feyzindən istifadə etməyə də imkan verib. Allahın bizə verdiyi Ramazan neməti ilə sevinək və Ona dayanmadan şükürlər edək.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Cümə axşamı, 11.09.2008, 12:58 | Yazı # 23
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Orucun çoxsaylı hikmətləri və faydaları vardır. Onların mühümləri aşağıdakılardan ibarətdir:
1.Oruc insanın ruhunu lətafətli, iradəsini güclü edir, meyl və istəklərini nizamlayır, insana təqva və pəhrizkarlıq yolunda kömək edir.
2. Oruc kasıb və varlı arasında bərabərliyi tənzimləyir
İnsanlar aclığı dadmaqla yoxsullar və məhrumlar haqda düşünüb onların hüquqlarını ödəyir.
3. Oruc qəlblərə rahatlıq verir.
4. Oruc sağlamlıq və müalicə baxımından böyük tə`sirlərə malikdir və bədənin sağlamlığına səbəb olur. Aleksey Soforin (rusiyalı alim) oruc tutmağı qan azlığı, uşağın zəif olması, revmatizm, göbələk xəstəlikləri, şəkər, böyrək və ciyər kimi bir çox xəstəliklərin müalicəsi yolu bilir.

Orucun tarixçəsi
Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur.
Qur`ani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.

Orucun dərəcələri
Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»
İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»
Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.

Vacib olan oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir:
1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. E`tikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.

Haram oruclar
Haram oruclar aşağıdakılardan ibarətdir:
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Oruc tutmamağa icazəsi olanlar
Bütün müctəhidlərin rə`yi:
İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:
1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;
9. Bədəni zəif olan şəxs; (Oruc tutmaq ona dözülməz həddə əziyyətlidirsə)
10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs;
11. Dəlilər.

ALLAH BÜTÜN ORUC TUTANLARIN ORUCUN QƏBUL ELƏSİN! AMİN!


 
AisaTarix: Şənbə, 13.09.2008, 20:58 | Yazı # 24
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
salam aleykum va rahmatullahi va barakatuhu, qardaş və bacılar
siz məğrib namazını iftar açıb yeyəndən sonra qılırsınız, yoxsa iftarı açıb namaz qılıb sonra yeyirsiniz?
mümkün olsa, cavabınızı dəlillə yazın.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
medinäTarix: Şənbə, 13.09.2008, 21:33 | Yazı # 25
Qrup: Удаленные





Salamaleykum Aisa, baci män iftari acib gilib sonra yeyiräm . Baci vä gardaslar da yazarlar insallah necä edirlärsä
 
SelefTarix: Şənbə, 13.09.2008, 21:56 | Yazı # 26
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Aisa, SALAM ALEYKUM baci iftarini ac istesen birazda yeye bilersen nese sonra namazini qil inshallah


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
AisaTarix: Bazar, 14.09.2008, 00:24 | Yazı # 27
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
va aleykum salam. Allah razı olsun

(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
AisaTarix: Bazar, 14.09.2008, 21:34 | Yazı # 28
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Ramazan Allaha qayıdış ayıdır

Allah yaratdıqlarının bəzilərini müəyyən üstün cəhətlərlə digərlərindən fərqləndirib. Məsələn, insanların içindən peyğəmbərləri, günlərin içindən Zülhiccə ayının ilk 10 gününü, gecələrin içindən qədir gecəsini və s. seçmiş, onları digərlərindən üstün etmişdir. Ramazan ayı da bu seçilmişlər arasındadır. Quran bu ayda nazil edilmişdir. Orucun tutulması fərz olan yeganə ay da məhz, bu aydır. Oruc, dinimizin əsaslarından biridir.

O, forma və müddət baxımından fərqli şəkildə keçmiş ümmətlərə də əmr edilmiş bir ibadətdir. Oruc tutmada bir çox faydaların olmasına rəğmən, o, insan nəfsinə ağır gələn bir ilahi əmrdir.

Oruc Mədinədə hicrətdən il yarım sonra Şaban ayında Bəqərə surəsinin 183 -185-ci ayələri ilə fərz edilmişdir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (bunun vasitəsilə) müttəqilərdən olasınız!

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”.

Oruc yemə, içmə və şəhvət kimi istəklərdən nəfsin gün ərzində saxlanılmasıdır. Oruc kimi nəfsi tərbiyə edən, insanın özünə hakim olmasını öyrədən ikinci bir alternativ yoxdur. Ramazan ayı Allaha qayıdış, təmizlənmə, bağışlanma ayıdır. Əbu Hüreyrədən gələn hədisdə buyurulduğu kimi, bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları isə bağlanar, şeytanlar da zəncirlənərlər.

Əbu Hüreyrədən ® rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurub:

“Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Digər bir hədisdə isə deyilir: “İnsanın hər əməlinə qat-qat savab verilir. Bir yaxşılığın on mislindən yeddi yüz mislinə qədər savabı vardır. Allah təala deyir: “Orucdan başqa. O, mənim üçündür, mükafatını da mən verərəm. Çünki oruclu şəhvətini və yeməyini mənim üçün tərk edir”.

“Oruclu üçün iki sevinc anı vardır: Biri iftar etdiyi zaman olan sevinci; digəri Rəbbinə qovuşduğu zaman olacaq sevincidir. Heç şübhəniz olmasın ki, oruclunun ağız iyi Allah qatında müşk iyindən daha yaxşıdır” (Müslim).
Oruc onu tutan bildirmədikcə heç kəsin bilməyəcəyi, riya və göstərişdən uzaq bir ibadətdir. Çünki orucun digər ibadətlər kimi görünən bir şəkli yoxdur. Bundan başqa müşriklərin ilahlarına yaxın olmaq üçün etdikləri ibadət növləri içində oruc yer almayıb. Yəni, heç bir bütpərəst oruc tutaraq bütlərə ibadət etməmişdir. Bu yönü ilə oruc sırf Allah üçün yerinə yetirilən bir ibadət növüdür.

Orucluların və ya digər təbirlə desək, oruc tutmağa xüsusi önəm verənlərin, çox oruc tutanların Cənnətdə rəyyan adlı qapıdan çağırılması onlara xüsusi bir hörmətdir. Səhl ibn Səaddan ® rəvayət edilən hədislərin birində Peyğəmbər (s) belə buyurub:

“Cənnətdə rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa oradan heç kəs keçməyəcəkdir”.

Vaxtında edilən iş, yaxşılıq və ibadətin dəyəri iki səbəbə görə böyükdür. Birincisi, edilənin yaxşılıq və ibadət olması, ikincisi isə vaxtında edilmiş olmasıdır.

Peyğəmbər (s) hər bir işdə olduğu kimi, bu iki xüsusu dəyərləndirmədə də bütün insanlara örnəkdir. O, bu ayda yalnız oruc tutmaqla kifayətlənməz, digər ibadətlərini də artırardı.

İbn Abbasdan ® rəvayət olunan hədisdə belə deyilir: “Rəsulullah (s) insanların ən comərdi idi. Onun ən comərd olduğu anlar da Ramazanda Cəbrayılın onunla görüşdüyü zamanlar idi. Cəbrayıl (ə) Ramazanın hər gecəsində onunla görüşər, Quran oxuyardılar. Bu səbəbdən Rəsulullah (s) Cəbrayıl (ə) ilə görüşdüyündə əsməsi üçün maneə tanımayan bərəkətli küləkdən daha comərd olardı”.

Hz. Aişədən ® rəvayət edildiyinə görə isə “Rəsulullah (s) Ramazanda digər aylardan daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də digər günlərdən daha çox ibadət edərdi”.

Hədislərdən də göründüyü kimi. Allahın rəsulu (s) bu ayda daha çox ibadət etmişdir. Ramazanın son on günündə isə etikafa çəkilərdi.

Allah təala insana məğfirətə (bağışlanma) nail olma yollarını, vasitələrini göstərmiş, üzünə mərhəmət qapılarını açmış və onu bağışlamaq, savab yazmaq üçün hər şeyi etmişdir. İnsan isə bu vasitələrdən az yararlanaraq sanki cənnətin səkkiz qapısının səkkizi də üzünə taybatay açılmış kimi axirəti üçün cüzi çalışır. Gəlin, heç olmazsa, bu aydan layiqincə yararlanmağa çalışaq, Allaha qayıdaq. Onsuz da bir gün ona qaytarılacağıq. Lakin o gün keçirəcəyimiz peşmanlığın heç bir faydası olmayacaq. Gəlin, bu aydan elə yararlanaq ki, arxaya döndükdə “təəssüf, bu aydan daha yaxşı istifadə etmədim; bu ayda daha çox yaxşı əməl edə bilərdim” və s. kimi ifadələri işlətməyək. Bu Ramazanı sanki ömrümüzün sonuncu Ramazanı kimi yaşayaq. Kim bilir, bəlkə bu, elə həqiqətən, sənin sonuncu Ramazanındır. Kim bu aydan bağışlanmamış çıxarsa, özünü qınasın, günah onun özündədir.

məqalə azerimuslims.com saytından götürülüb


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
Ema777Tarix: Şənbə, 20.09.2008, 11:58 | Yazı # 29
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
ZEKAT - ORUC - HAC - KURBAN ve FITRA

İmâm-ı Rabbânî "kaddesallahü teâlâ sirrehül azîz" üçüncü cild, 17. ci mektûbunda buyuruyor ki:

(...İslâmın üçüncü şartı, malın zekâtını vermekdir. Zekât vermek, elbette lâzımdır. Zekâtı seve seve ve islâmiyyetin emr etdiği kimselere vermelidir. Bütün ni’metlerin, malların hakîkî sâhibi olan Allahü teâlâ, zenginlere verdiği ni’metlerin kırkda birini, müslimânların fakîrlerine vermelerini, buna karşılık, çok sevâb, katkat mükâfât vereceğini [ve zekâtı verilen malı elbette artdırırım ve hayrlı yerlerde kullanmanızı nasîb ederim. Zekâtı verilmiyen mâlı, derd ile, belâ ile istemiyerek harc etdiririm, elinizden alır, düşmanlarınıza veririm, siz de bu hâli görür, kendinizi yer, yanıp kavrulursunuz!] buyurup da, bu kadar az bir şeyi [istediğin herhangi bir din kardeşine] vermemek, ne büyük insâfsızlık ve inâdcılık olur.

Allahü teâlânın emrlerini yapmamak, hep kalbin bozuk olmasındandır. Kalbin bozuk olması, islâmiyyete tam inanılmamasıdır. Mü’min olmak için, yalnız kelime-i şehâdeti [Eşhedü en lâ...] söylemek yetişmez. Münâfıklar [kalbi kâfir olduğu hâlde, müslimân görünen zındıklar] da bunu söylüyor. Kalbde îmân bulunduğuna alâmet, islâmiyyetin emrlerini seve seve yapmakdır. Zekât niyyeti ile fakîre bir altın vermek, yüzbin altın sadaka vermekden dahâ sevâbdır. Çünki, zekât vermek, farzı yapmakdır. Zekât niyyeti olmadan verilenler ise, nâfile ibâdetdir. Farz ibâdetin yanında nâfile ibâdetlerin hiç kıymeti yokdur. Deniz yanında, damla kadar bile değildir. Şeytân aldatarak, kazâları kıldırtmıyor, nâfile kılmağı, [nâfile hacca ve ömreye gitmeği] güzel gösteriyor. Zekât verdirmeyip, nâfile hayrları, göze güzel gösteriyor. [Sünnetlerin ve nâfilelerin, söz verilen büyük sevâbları, farz borcu olmıyanlar, kazâlarını ödeyenler içindir. Kazâsı olanların, farzlardan başka hiçbir ibâdetlerine, hiç sevâb verilmez.]

İslâmın şartının dördüncüsü, mubârek Ramezân ayında, hergün oruc tutmakdır. Mubârek Ramezân ayında hergün, muhakkak oruc tutmalıdır. Olur olmaz sebeblerle, bu mühim farzı elden kaçırmamalıdır. Peygamberimiz “sallallahü aleyhi ve sellem” buyurdu ki, (Oruc, mü’mini Cehennemden koruyan bir kalkandır). Hastalık gibi, mecbûrî bir sebeble oruc tutulmazsa, [gizli yimeli ve özr bitince] hemen kazâ etmelidir. Hepimiz Onun kuluyuz. Başı boş, sâhibsiz değiliz. Sâhibimizin emrlerine, yasaklarına göre yaşamalıyız ki, azâbdan kurtulabilelim. İslâmiyyete uymıyanlar, inâdcı kul, aksi, âsî me’mûr olur ki, cezâ çekmeleri lâzım gelir.

İslâmın beşinci şartı hacdır [ömründe bir kerre, Mekke şehrine gidip, hac vazîfelerini yapmakdır]. Hac vazîfesinin şartları vardır. Hepsi, fıkh kitâblarında yazılıdır. Hadîs-i şerîfde, (Kabûl olan bir hac, geçmiş günâhları yok eder) buyuruldu.)

Fıtra ve kurban sevâbından da mahrum kalmamalıdır. Kurban kesen, kendini Cehennemden âzâd etmiş olur. Bir hadîs-i şerîfde, (Hasîslerin en kötüsü, [kesmesi vâcib olduğu hâlde] kurban kesmiyendir) buyuruldu. Resûlullah “sallallahü aleyhi ve sellem” iki kurban keserdi. Biri kendisi için, biri de ümmeti için idi. Resûlullah “sallallahü aleyhi ve sellem” için de kurban kesmek müstehabdır ve çok sevâbdır.

Добавлено (19.09.2008, 12:07)
---------------------------------------------

Oruca niyyət

Hər-hansı bir oruca qəlbdə niyyət kifayətdir, bu niyyətin dilə gətirilməsi bəyənilən bir əməldir.
Oruca niyyət vaxtı oruc tutulacaq gündən öncəki gün — gün batandan sonradan oruc tutulacaq gün günortaya qədər, Ramazan orucuna isə ilkindi vaxtına kimi niyyət etmək olar. Gün batandan sonra həmin günə və ya batma anında niyyət edilməz.
(Malikilərə görə niyyət səhər gün doğana kimi edilməlidir)
Qəza və ya kəffarət oruclarına gecə səhərə, dan yeri sökülənə kimi niyyət edilməlidir. Edilməzsə oruclu sayılmaz.
Ramazan ayının hər günü üçün ayrıca niyyət edilməlidir. Çünki birinci gündən bir aya niyyət edilərsə gecələri yemək-içməz olmazdı.
Niyyətsiz oruc oruc sayılmaz.
Ramazan ayı digər oruca niyyət edən Ramazan orucunu tutmuş olur.
Bir qadın adət halında ikən sabahkı oruca gecə niyyət edər, səhər yuyunub oruc tutarsa, oruc tutmuş sayılır.

Добавлено (19.09.2008, 12:08)
---------------------------------------------

Oruc tutmaqin savabi
Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun.

Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir.

Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər».

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır».

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar.»

Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır».

Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur.

Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalənin ona vacib etdiyi əməlləri layiqincə etməlidir. Xüsusən gündəlik beş vaxt namazı hər bir müsəlman kişi və qadın vaxtında, xüşu və rahatlıqla yerinə yetirməlidir. Çünki namaz islamın dirəyi və şəhadətdən sonra ikinci əsasıdır. Namazın kişilərə daha vacib olan haqqı onu, Allahın adını yüksəltməsini əmr etdiyi evlərdə, məscidlərdə camaat ilə qılmaqdır. Allah təalə buyurur: «Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!» (əl-Bəqərə: 43). "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).» (əl-Bəqərə: 238). «Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» (əl-Muminun: 1—2). «Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!» (əl-Muminun: 9—11).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Bizimlə onlar (kafirlər) arasında olan fərq namazdadır. Kim onu tərk edərsə küfr etmiş olar».

Namazdan sonra ən əsas fərz zəkat verməkdir. Bu haqda Allah təalə buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!» (əl-Bəyyinə: 5). Allah təalənin kitabı və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) sünnəsi (hədisləri), malının zəkatını verməyən adamın qiyamət günü əzaba düçar olacağı haqda xəbər verir.

Namaz və zəkatdan sonra ən əhəmiyyətli məsələ Ramazan orucunu tutmaqdır. Oruc tutmaq, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulan islamın beş əsasından biridir. Hədisdə deyilir: «Islam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir kəlməsinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc etmək».
Müsəlman şəxs orucunu və digər ibadətlərini haram buyurulmuş söz və əməllərdən qorumalıdır. Çünki, oruc tutmaqda məqsəd Allah təaləyə ibadət etməkdir. Həmçinin müsəlman orucla öz nəfsini Rəbinin itaətinə alışdırmalı və ona səbri öyrətməlidir. Bu ibadəti etməkdə məqsəd sadəcə yeməy-içməyi tərk etmək deyil, bütün haramlardan və qadağalardan əl çəkməkdir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: «Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa «Mən orucam!» desin». Digər hədisdə isə buyurur: «Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz».

Bu və digər dəlillərdən görsəndiyi kimi oruc tutan adam Allah təalənin haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız belə halda onun Ramazan ayında bağışlanmasını, cəhənnəm atəşindən qurtulmasını, oruc və ibadətinin qəbul olunmasını demək mümkündür.


Bəzi məsələlər vardır ki, ola bilsin çoxları onu bilməsin.

Belə məsələlərdən: Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır. Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. — baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar.»

Добавлено (20.09.2008, 11:55)
---------------------------------------------

RAMAZAN AYININ SO№ 10 GÜNÜ
Bismilləhir-Rəhmanir-Rəhim

Həmd olsun aləmlərin Rəbbi və bizə Ramazan ayında oruc tutmağı nəsib edən Allaha.
Salat və salam olsun Onun Rəsuluna (s.a.s), eləcə də Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Ramazan ayının son 10 günü Ramazan ayının ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necəki Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər.
Möminlərin anası Aişədən (r.a) rəvayət olunurki: «Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı» (Buxari və Müslim rəvayət etmişdir). Müslimin başqa bir rəvayətində də deyilirki: «Rəsulullah son 10 gündə o qədər çalışardıki, başqa heç bir vaxt belə çalışmazdı» Bir başqa hədisdə də Buxari və Müslim rəvayət edirki: «Peyğəmbər Ramazan ayının son 10 günündə həmişə etikaf (məsciddə qalmaq) edərdi, vəfat edənə qədər belə etmişdir.»
Yuxarıdakı hədislərdən belə nəticəyə gəlirik ki;
1. Peyğəmbərimiz (s.a.s) ailəsini də bu son 10 gündə oyadardı. Ailəsinə olan rəhmətinə və məhəbbətinə görə, istəmirdiki bu 10 gündə olan xeyir və bərəkət onlara nəsib olmasın.
2. Gecələri oyaq keçirərdi. Ramazanın başqa gecələrini oyanıb namaz qılsa da, sonra bir müddətini də yatardı. Amma son 10 gündə gecəni səhərə kimi oyaq qalardı.
3. Paltarını, yəni əyninə geydiyini (tuman və ya şalvar) bərkidərdi. Alimlərin təfsirində belə gəlirki, Rəsulullar bu son 10 gündə qadınları ilə yaxınlıq etməzdi.
4. Etikaf edərdi. Yə'niki bütün günü məsciddə qalardı, ordan ayrılmazdı, heç bir yerə çıxmazdı. Bu müddətdə O (s.a.s) yalnız ibadət edərdi və qəlbini hər şeydən təmizləyərək ancaq Allah üçün çalışardı. Heç nəyin fikrini etməzdi.
Sevimli oxucularımız, görəsən niyə Rəsulullah (s.a.s) bütün bunları edərdi?! Niyə O (s.a.s.) məhz Ramazan ayının son 10 günündə belə edərdi?!
Çünki O (s.a.s), mübarək və xeyirli olan gecəni, Quran nazil olan və min aydan faydalı olan gecəni, Qədr gecəsini istəyirdi, Onun (s.a.s.) məqsədi Qədr gecəsini keçirməmək idi.
Bəli məhz Qədr gecəsini keçirməmək üçün Rəsulullah (s.a.s.) belə edərdi. O gecə ki, həmin gecəni ibadət edərək və mükafatını Allahdan istəyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar. O gecə ki, həmin gecə edilən ibadət Allahu Təala yanında 83 il edilən ibadət kimi yazılır.
Bu mübarək gecəni keçirmək olarmı?! Bu gecəni boşuna keçirmək necə də böyük ziyandır! İnsan, 83 il ibadətə bərabər olan 1 gecəlik ibadəti necə əldən verə bilər?! Bu gecəni ibadətlə keçirməkdən məhrum olan adam necə həsrət çəkməsin, yanmasın?
Ey müsəlmanlar, sadəcə 10 gecə oyanmaq lazımdır. Şirin yuxunu tərk edərək, əziyyətə qatlanaraq 10 gecə oyaq qalacaqsınız. Amma qəbirdə yeriniz elə rahat olacaqki, 10 gecə gözünüzə görünməyəcək.

Allah bizə Qədr gecəsini ibadətlə keçirməyi nəsib etsin! Allah bizim günahlarımızı bağışlasın!

Добавлено (20.09.2008, 11:58)
---------------------------------------------

RAMAZAN AYI HAQQINDA BİLMƏDIKLƏRİMİZ
Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına «ramda» sözündən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar» (Buxari, Savm, VI) buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan «ramad» sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

Ramazan ayına «on bir ayın sultanı» deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:
1- Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 2- Quran-ı Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi» (əl-Bəqərə, 2/185) buyurmuşdur.
3- Quran-ı Kərimdə, «min aydan daha xeyirli» olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir.

4- Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Quran-ı Kərimdə; «Sizdən kim bu aya çatdırsa oruc tutsun» (əl-Bəqərə, 2/185) buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: a- Ramazan ayparasının görülməsiylə (Ru'yet-i Aypara), b- Aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: «Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın» (Buxari, Savm, 5,11)

5- Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir

6- Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Əbu Hüreyrə (r.a)dan belə rəvayət edilmişdir: «Rəsulullah (s.a.s)ın Ramazan haqqında belə buyurduğunu eşitdim: Kim inanaraq və savabını ümid edərək Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar» (Buxari, təravih, I)

7- İtikafa girmək: Ramazan ayının son on günündə itikafa girmək sünnədir. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilmişdir: «Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni canlandırar və ev xalqını oyandırardı» (Buxari, Qədr, V) Yenə Hz. Aişə (r.ə.) dan belə rəvayət edilmişdir: Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə vəfatına qədər itikafa girdi.

8- Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək: İbn Abbas (r.ə.) dan belə rəvayət edilmişdir: «Rəsulullah (s.ə.s) insanların ən cömərdi idi.

Onun bu cömərdliyi Ramazan ayı girib də özüylə Cəbrayıl (ə.s.) qarşılaşdığı zaman daha da artardı. Cəbrayıl (ə.s.) Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşüb, Rəsulullah (s.ə.s) Quranı oxuyardı. Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşdüyündə insanlara rəhmət gətirən küləkdən daha comərd, daha faydalı olardı» (Buxari, Savm, 7).

Hədis-i şərifdən Ramazan ayında Quran-ı Kərimi xətm etmənin (sona bitirməyin) sünnət olduğu aydın olduğu kimi, gücü çatanların çox sədəqə vermələri, xeyr və gözəl əməldə olmaları da savab olduğu aydın olmaqdadır. Ənəs (r.a)dan rəvayət edildiyinə görə Peyğəmbər (s.a.s) a; «Hansı sədəqə daha fəzilətlidir?» deyə soruşulunca, «Ramazan ayında verilən sədəqə» buyurmuşdur (Tirmizi, Zəkat, 28)

Ramazan ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır. Bu mövzuda Peyğəmbər Əfəndimiz (s.a.s)dan bir sıra hədis-i şəriflər rəvayət edilmişdir: Əbu Hureyre (r.a)dan Rəsulullah (s.a.s)ın belə buyurduğu rəvayət edilmişdir: «Ramazan ayı girincə göylərin qapısı (başqa bir rəvayətdə Cənnətin qapıları) açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular» (Buxari, Savm, V)

Cabir b. Abdullah Rəsulullah (s.a.s)ın belə buyurduğunu rəvayət etmişdir: "Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir»:
1- Ramazan ayının ilk gecəsi olunca Allah Təala ümmətimə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxsa ona əbədi olaraq əzab etməz.

2- Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.

3- Mələklər hər gün və gecə onlara istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər.

4- Allah Təala Cənnətinə əmr edib; «Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma və lütfkarlığıma istirahət üçün gəlmələri yaxınlaşdı» buyurar. Ubade b. əs-Samit (r.a)dan: Rəsulullah (s.ə.s) Ramazan ayının yeni girdiyi bir gün belə buyurdu: «Sizə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah sizi əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər.

Allah bu ayda sizin xeyr barəsində yarışmanıza baxar və sizinlə mələklərinə qarşı fəxr edər. Allaha xeyr əməllər təqdim edin. Beləki, günahkar, bu ayda Allahın rəhmətindən məhrum olan kimsədir» (Tabəranidən canlı ət-Tergib, II, 99)
İbn Hüzeymenin nəql etdiyinə görə Səlman (r.ə) belə izah etmişdir; Rəsulullah (s.ə.s) bir Şaban ayının son günündə bizə belə xitab etdi: «Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. O ayda bir gecə vardır ki min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı fərz etdi. Gecə ibadət etməyi (təravih) etməyi nafilə etdi (fərz olmayan ibadətlər).

O ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir.

O, köməkləşmə ayıdır. O ayda möminin ruzisi bollaşdırılar. O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər.

Oruclunun savabından da bir şey əskik olmaz. " Səhabələr; «Ya Rəsulullah! Hamımız oruclunu iftar etdirəcək bir şey tapa bilmirik» dəyincə Rəsulullah (s.ə.s): Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya da bir qurtum süd ilə iftar etdirənə də verər.

O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur. O ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar.


 
SelefTarix: Bazar ertəsi, 22.09.2008, 01:46 | Yazı # 30
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) adətən Ramazan ayının son günü heç vaxt olmadığı kimi çox və davamlı şəkildə ibadət edərdi. Aişə (Allah ondan razı olsun) rıvayət edir ki, Ramazan ayının son 10 günü daxil olduqda, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecələr yatmaz, bütün ailəni oyadar və paltarını möhkəm bağlayardı.
Buxari, Müslim
Beləliklə aydın olur ki, son 10 gündə müsəlman Ramazanın digər günlərindən daha çox ibadətə yer ayırmaq lazımdır.
İkincisi: Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Qədr gecəsini mükafata ümid edərək namaz və dua ilə keçirməyə sövq edərdi. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Məhəmməd (səllallahu aleyhi və səlləm) buyurmuşdur:" Kim ki, Qədr Gecəsini mükafata ümid edərək və inanaraq keçirər, onun bütün keçmiş günahları bağışlanacaqdır"
Buxari, Müslim, Əbu Davud, Tirmizi
Üçüncüsü: Qədr Gecəsi edilə biləcək ən gözəl dualardan biri Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) Aişəyə (Allah ondan razı olsun) öyrətdiyi duadır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə o soruşur:"Ya Rəsulullah, əgər mən Qədr Gecəsinin hansı gecə olduğunu bilirəmsə, nə deməliyəm?". O (səllallahu aleyhi və səlləm) cavab verir: "De ki, Allahummə innəkə afvun tuhibul afva faffu anni" (Allahım, Sən Bağışlayansan və bağışlamağı sevirsən. Elə isə məni bağışla)
Tirmizi
Dördüncüsü: Qədr Gecəsinin məhz hansı gecəyə düşdüyü məlum deyil. Lakin səhih Sünnəyə əsasən Ramazan ayının son 10 gününün tək gecələri və xüsusən də 27-ci gecə Qədr Gecəsi ola bilər.
Beşincisi: Bidət etmək istər Ramazanda, istərsə də bütün başqa günlərdə qadağandır. Çünki Allah Rəsulu (səllallahu aleyhi və səlləm) dinə öz başından yenilik əlavə etməyi qadağan etmişdir. Bu qayda həmçinin Qədr Gecəsinə də aiddir. Ona görə də bu gecə öz başından yeni yeni ibadət növləri kəşf etmək, bayramsayağı yeyib-içməklə, deyib-gülməklə keçirməyə dair Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) həyatından heç bir nümunə yoxdur.

Allah yenilməz güc-qüvvət sahibidir.
Fətva əl-Ləcnə əd-Daiməh 10/413



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
leyla10Tarix: Bazar, 31.05.2009, 16:49 | Yazı # 31
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
Peyğəmbərin gecə namazı

Aişə (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (Allahın ona salavat və salamı olsun) nə ramazan ayında, nə də ramazandan qeyri aylarda on bir rükətdən çox qılmazdı. Öncə dörd rükət qılardı. Bunların uzunluğu və gözəlliyi barədə soruşmayın. Sonra yenə dörd rükət qılardı. Bunlarında uzunluğu və gözəlliyi barəsində soruşmayın. Sonra üç rükət qılardı. Aişə soruşdu: Vitr namazını qılmadan yatırsanmı? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Mənim gözlərim yatsada qəlbim yatmır". (Buxari və Muslim)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Bazar, 31.05.2009, 18:47 | Yazı # 32
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Näfi rävayät edir ki: "Abdullah bin Ömär Ramazan vä Gurban bayrami günü namaz gilinacag yerä catana vä somra imam gälänä kimi uca säslä Allahu Äkbar deyärdi.( äd-Daragutni sähih sänädlä rävayät etmisdir)

Aisädän rävayät olunur ki, Peygämbär(s.a.s) Ramazan ayinda oruclu halda gözlärinä sürmä cäkmisdir. Hädis sähihdir.Bax :Sähih ibn Macä 1369 , äl-Raud ; 759


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Cümə, 31.07.2009, 15:33 | Yazı # 33
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ramazanda qazananlar və itirənlər

Bismilləhir Rahmənir Rahim

Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Allahın salavatı və salamı Qiyamət gününədək Onun yolunu gedənlərin üzərinə olsun.
Müsəlman bacı və qardaşlar! Allahdan haqqı ilə qorxun, çünki təqva yaxşıların azuqəsi, xeyirli insanların sərmayəsidir. Müsəlmanlara xüsusi, şərəfli və dəyərli olan uca bir ay gəlir. Allah Quranı bu ayda endirmiş, bu ayda oruc tutmağı fərz qılmışdır. Bu ay gecə namazı qılmaq və Quran oxumaq ayıdır, bağışlanma zamanıdır, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər ard-arda gəlir və bərəkət hər yeri bürüyür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Sizə Ramazan gəldi. O mübarək bir aydır. Allah bu ayda sizə oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları isə bağlanır və azğın şeytanlar isə zəncirlə bağlanır. Bu ayda min aydan daha xeyirli bir gecə vardır. Həqiqi məhrum olanlar da bu gecənin xeyrindən məhrum olanlardır.” (Nəsai)

Ayların ən şərəflisini və Allah qatında ən dəyərlisini Uca Allah, ibadət və itaət növləri ilə yarışdığı bir meydan etmişdir. Ramazan ayı nəfislərin təmizlənməsi, qardaşlıq bağlarını bir-birindən qopardan kin-küdurətdən uzaqlaşmaq üçün bir fürsətdir. Günahlarla Ramazanı qarşılayan, ata-anasına pislik edən, onlarla kobud davranan, qohumları ilə əlaqəni kəsən, qardaşından küsən, danışanda qeybət edən insan Ramazandan necə faydalana bilər?! Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Pis sözləri və pis əməlləri tərk etməyənin yeməyi və içməyi tərk etməsinə Allahən ehtiyacı yoxdur.” (Buxari)

Orucun ən yüngül tərəfi yemək və içməyi tərk etməkdir. Keçmiş alimlər oruc tutduqlarında məscidlərdə otururdular, bunun səbəbini soruşanda belə deyirlər: “Orucumuzu qoruyuruq”. Bu ayda Rəblərinə ibadətdə ciddi olanlar məscidlərə möhkəm sarılar, camaatla birlikdə gecə və gündüz namazları qılar, qonşularına, qohumlarına, ehtiyacı olanlara imkanları daxilində yardım edər, iftar verərdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir orucluya iftar verən oruc tutmuş kimi savab qazanır.” (Tirmizi)

Bu ayda müsəlmanlar məscidlərdə etiqafa girirlər. Etiqaf Ramazanın son 10 günündə daha fəzilətlidir. Həmçinin bu ayda Umrə edirlər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Ramazanda edilən umrə Həccə bərabərdir.” Başqa bir rəvayətdə: “mənimlə Həcc etməyə bərabərdir.” Həmçinin, zikri və duanı da çoxaldırlar, xüsusi ilə də iftar vaxtı dua daha fəzilətlidir. Çünki bu vaxt oruc tutanın etdiyi dua geri çevrilməyən dualardandır. Həmçinin, gecənin üçdə birində Uca Allah dünya səmasına enərək qullarına belə buyurur: “Kim mənə dua etsə duasını qəbul edərəm, kim məndən isdəsə ona verərəm.”

Insanın öz nəfsini islah etdikdən sonra edəcəyi ən fəzilətli əməllərdən biri də başqalarını islah etməsidir, başqalarını Allahın dininə dəvət etməsidir, insanların hidayətə qovuşması üçün çalışmasıdır, əxlaqda və əməllərdə naqislik olanların düzəldilməsi üçün səy göstərməsidir. Uca Allah buyurur: “Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam” deyən kəsdən daha gözəl danışan kim ola bilər?” (Fussilət, 33) Dəvət sahəsi geniş bir sahədir. Səmimi nəsihətdir, doğru bir sözdür, elm və əməl, təqva, əxlaq baxımından çox şaxəlidir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir xeyir işə səbəb olan onu etmiş kimi savab qazanır.” Başqa bir hədisdə “Bir nəfərin sənin vasitənlə hidayətə qovuşması dünya və içindəki hər şeydən xeyirlidir” deyə buyurmuşdur. Hədisi Muslim rəvayət etmişdir. Doğruluq və hidayətə yüksəlmək üçün səmimiyyətlə Ramazanı malını haramdan təmizləyərək qarşıla! Haram mal dünyada və axirətdə bəlaya səbəb olur. Haram mal ilə birlikdə dua qəbul olunmaz, o duaya səma qapıları açılmaz. Bu işdə tələs, özünə yaxşıca bax, nəfsini və ailəni yoxla və hər haram maldan təmizlə. Allahın önündə səmimi bir qəlblə dur ki, Allah duanı eşitsin.

Bu ayda Allahın rəhmətini qazanmaq üçün çalışan insanlarla yanaşı bu ayı günah və asiliklə keçirən kimsələr də vardır. Gözləri, qulaqları haramsız qalmaz. Ramazan ayını da ancaq aclıq ayı zənn edib vaxtlarını televiziyada gedən lazımsız verilişlərin qarşısında keçirən, vaxt keçirmək məqsədilə bazarlarda, gəzintilərdə dolaşan kimsələri Allah islah etsin. Bu insanlar zamanın qiymətini, Ramazanın şərəfini bilməzlər, nəfslərinə narahatlıq, ruhlarına soyuqluq, solğunluq gətirərlər. Bilməzlər ki, ibadətdən başqa bir şeydə ləzzət yoxdur. Haramla faydalanan hər bir şey sonda peşmançılığa yol açar. Haram tikələr ilk anda sıxıntıları aparır kimi görünür, amma sonra çox qapılar bağlanır. Uca Allah buyurur: Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik". (Taha, 124)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 13:24 | Yazı # 34
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ramazan hazırlıqları

Üzümüzə müqəddəs Ramazan ayı gəlir. Bizim kimi bütün islam dünyası da Ramazan ayının gəlişindən xəbərdardır. Kimlərsə onu səbirsizliklə gözləyir, kimlərinsə də heç gəlib-yetişənə qədər Ramazandan xəbəri olmur.

Ramazan ayı Allahın əsl qulları üçün bir fürsətdir. Bu, Allaha yaxınlaşmaq və ibadətlərin qarşılığında daha yüksək savab əldə etmək fürsətidir. Ona görə də bu ayda Allahın rəhməti, məğfirəti, lütfü və bərəkəti itaətkar qullarının üzərində olur və Allah Ona yaxınlaşdıran yolları qullarına daha da asanlaşdırır. Məhz Ramazan ayında Allahın əmrilə ən pis və lənətlənmiş şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır.
Ramazan ayının fəzilətlərindən, savablarından və üstünlüklərindən söhbət açmamışdan əvvəl Ramazan ayının gəlişi ilə əlaqədar hazırlıqlara toxunmaq istərdik. Hər bir insan mühüm bir işə, görüşə, layihəyə və ya münasibətə qabaqcadan hazırlaşır. İnsan baş verəcək mühüm hadisəni qabaqcadan düşünür, həyəcan keçirir, əldə edə biləcək nailiyyətləri düşünüb sevinir, itirə biləcəkləri varsa kədərlənir və bütün bunlardan əlavə o, bu hadisəyə hazırlıqlar görür. Buna bir çox misal gətirmək olar. Məsələn, toy mərasiminə, futbol maçına, dünya kubokuna, imtahana, böyük şəxsiyyətlə görüşə, çoxlu gəliri olan alverə və sairə kimi dünyada insan üçün əhəmiyyət daşıyan hadisələrə insanların hazırlaşdıqlarını görə bilərik. Halbuki bütün bu mənfəətlər fani, keçici və müvəqqətidir. Hər şeyi yaradan və insana hər şeyi verən Allah öz yaratdığı bəndələrinə faydalı və xeyirli bir ay təyin edib və onlara mərhəmət etdiyi üçün bu ayı xüsusiləşdirib. Heç bir zaman səhv etməyən və hər şeyi hikmətlə edən rəbbimiz bizə Ramazan ayını bir hədiyyə olaraq verir ki, bu ayda çalışıb yüksək nailiyyətlər əldə edək. Lakin çoxlarımız bu ayı sadəcə İslamın 5 şərtindən biri kimi qəbul edib bu ayın oruc tutmaqdan başqa mahiyyəti olmadığını düşünürük. Halbuki biz bu aya qabaqcadan hazırlıqlar görməliyik. Səhabələr bu aya 6 ay öncədən hazırlaşırdılar ki, onun bərəkətindən məhrum olmasınlar, onu lazımınca yaşasınlar və Allahın rəhmətinə qovuşan qullarından olsunlar. Bizlər səhabələr kimi ola bilməsək də bu aya xüsusi hazırlıq görməliyik.

Ramazan ayına necə hazırlaşmalıyıq? Əvvəla, bu aya həm fiziki, həm də mənəvi olaraq hazırlıq görməliyik. Mənəvi hazırlığın əhəmiyyəti ondan ibarətdir ki, hər bir müsəlman daxilində bu ayın gəlişini səbirsizliklə gözləməli, bu ayın fəzilət və bərəkətinə inanmalı və bu aydakı ibadətlərə ruhu ilə hazır olmalıdır. Bunun üçün hər bir müsəlman müxtəlif üsül və vasitələrdən istifadə edə bilər. Məsələn, buraya daxildir:

1. Əvvəla, Allahın insana verdiyi bu fürsəti insan daxilində dəyərləndirməlidir. Allahın ona olan mərhəmətini hiss edərək, Allaha olan məhəbbətini artırmalıdır. Bu ayda tam olaraq Allahın razılığını qazana bilib bilməyəcəyini düşünüb həyəcanlanmalı və əlbəttə ki, daxilində böyük bir iradə toplamalıdır ki, bu ayın ibadətlərini müntəzəm şəkildə həyata keçirə bilsin.

2. Ramazan ayının əhəmiyyətini yalnız öz daxilində deyil, başqaları ilə də paylaşmalıdır. Ramazan ayı xüsusi və şəxsi bir məsələ deyil. Bunu ətrafdakı bütün müsəlmanlarla müzakirə etmək gərəkdir. Bizdən hər birimiz evimizdə, qohum-əqrəbalarımızın arasında, məktəb və universitetlərdə, iş yerimizdə və tanıdığımız hər bir şəxsə Ramazanın gəlişi haqqında danışmalıdır. Bununla biz bilməyənlərə nəyisə xatırlada və bizdən daha çox bilənlərdən faydalı məlumatlar əldə edə bilərik.

3. Bəzən təklikdə oturub Ramazan ayında olunacaq ibadətlər üçün proqram da qurmaq lazımdır. İnsan oturub bir müddət daxilində bu ayı layiqincə keçirəcəyini və ibadətləri bacardığı qədər çoxaldacağını niyyət etməlidir.

4. Əlbəttə, bütün bunlardan əlavə rəbbimizin bizə verdiyi daha bir fürsətdən də istifadə etməliyik. Bu, dua etmək fürsətidir. Hər gün, hər namazda, hər an təklikdə olanda əlimizi açıb Allaha yalvarmalıyıq ki, bu aya sağ-salamat çıxaq, bu ayda ibadətləri müntəzəm etməkdə müvəffəq olaq və Allah bizi bu ayın bərəkətindən məhrum etməsin.

Mənəvi hazırlığın əhəmiyyəti olduğu kimi, fiziki hazırlığın da xüsusi əhəmiyyət var. Çünki bunlar ikisi bir-birini tamamlayır. Fiziki hazırlıq deyəndə isə biz Ramazan ayında görəcəyimiz müxtəlif ibadətlərə fiziki və maddi baxımdan hazırlaşmağı nəzərdə tuturuq. Məsələn, Ramazan ayında gecə namazı, sədəqə vermək, oruc tutmaq, nafilə namazları qılmaq, Quran oxumaq, çoxlu zikr etmək və sairə kimi ibadətlər varsa, biz bunlarla qabaqcadan məşq etməliyik. Bunun, həqiqətən, böyük faydası var. Peyğəmbərdən (s) rəvayət olunduğuna görə, o, Ramazan ayından savayı Şaban ayında tutduğu oruclar qədər, başqa ayda oruc tutmazdı. Gecə namazına gəlincə isə peyğəmbərimiz (s) istər Ramazanda, istərsə də digər zamanlarda, həmişə gecə namazı qılardı.

Buna görə də biz:

1. gecə namazlarına qalxmağı öyrənməliyik ki, Ramazan gələndə tənbəllik etməyək.

2. indidən oruc tutmalıyıq və bu zaman ən azından peyğəmbərimizin (s) sünnəsinə uyğun olaraq bazar ertəsi və cümə axşamları orucla keçirməliyik.

3. evdəkilərlə və dost-tanışlarla bir yerə yığılıb Ramazan ayı üçün gözəl plan hazırlamalıyıq. Bu planda biz müxtəlif ibadətləri, iftara dəvətləri və sairə kimi xeyir əməlləri proqram şəklində yığmalıyıq.

4. İş yerində iş yoldaşları ilə Ramazan ayının gəlişini müzakirə etmək gərəkdir. Bununla biz onları bir növ oyatmış olarıq. Oruc tutmaq fikrində olmayanı oruca dəvət edə, tutmağı qərarlaşdıranı isə həvəsləndirə bilərik.

5. Ramazan ayında olan nafilə ibadətlərin savabları, fərz ibadətlərinin savabları qədər, fərz ibadətlərin savabları isə 70 dəfə artıq olur. Buna görə biz fərz namazlarının bütün sünnətlərini, züha namazlarını, əlavə (nafilə) namazları və davamlı sədəqə verməyi indidən öyrənməliyik ki, bunu Ramazanda daha sıx şəkildə həyata keçirə bilək.

Əziz müsəlmanlar! Bütün yuxarıda yazılan vasitələr şərt və ya zərurət deyil. Bunlar sadəcə mübarək Ramazandan daha çox faydalanmaq üçün bizim bacarıb bildiyimiz qədər sizə çatdırdıqlarımızdır. Bundan əlavə siz öz bildiyiniz vasitələrdən də istəfadə edə bilərsiniz. Ancaq Ramazan ayına hazırlığı indidən başlamaq lazımdır. Bu nə qədər gec də olsa, heç olmamasından daha yaxşıdır.

Allah sizi qarşıdan gələn Ramazan ayının bərəkətindən məhrum etməsin! Amin!

/AzeriMuslims/


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə, 12.08.2009, 13:58 | Yazı # 35
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Sual-Cavablı Ramazan fiqhi

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yox-dur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Orucun hökmü
Sual: Oruc nə deməkdir?
Cavab: Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.

Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz."(əl-Bəqərə surəsi, 183.)

"(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır." (əl-Bəqərə surəsi, 185.)

Sual: Oruc tutmaq kimlərə vacibdir?
Cavab: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir." (əl-Bəqərə surəsi, 185.)

Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa, Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;

Niyyətin hökmü
Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki, qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail olur.)" ( Buxari və Muslim)

Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.

Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Cavab: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.

Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Cavab: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?
Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 12.08.2009, 14:11 | Yazı # 36
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Aləmlərə rəhmət olan Peyğəmbərimizdən öyrəndiyimiz, “Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək qıl və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan iqliminə doğru irəliləyirik.
Ramazan ayı, “Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur.” müjdəsi ilə bütün möminləri sevindirir.
Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı , daha sakit olmağı bizi çaşdırmır.
Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.

Şükür duyğusu
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da ziyadələşdirir.Bir quru çörəklə bu isti günlərdə bir az suyun qiymətini daha yaxşı dərk edirik. “Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun.” deyir, aclığımızı, əslində şükürdə nə qədər geri qaldığımızı dərk edirik.

* Öyrənməyin yaşı yoxdur
Bu ayda yeni şeylər öyrənirik. Öyrəndiklərimizin mənalarını daha yaxşı anlayırıq. Zehnimizdə, qəlbimizdə yeni- yeni fəqli pəncərələr açılır. Quranla daha çox həmhal oluruq. Oxumağı bacarmırıqsa oxumağı öyrənirik və daha çox oxumağa səy göstəririk.

Yardımlaşmaq zamanı
Zəkat üçün bəlli vaxt yoxdur. Dinə görə zəkat düşən malınızın üstündən bir il keçdikdən sonra zəkat vermək gərəkdir. Amma Ramazanda edilən ibadətlərin birə on, birə yetmiş hətta birə yeddi yüz qat savab gətirdiyini bilən müsəlmanlar, zəkatlarını Ramazanda verir, həm rəhmət xəzinəsindən yararlanmağı, həm də ehtiyacı olan insanları Ramazanda sevindirməyi düşünürlər. Dinə görə zəngin olanların zəkatlarını hesablamaqları, sədəqələri bir kənara ayırmaqları, sədəqeyi-fitrəni ərəfə gününə qədər gecikdirməmiş verməkləri gərəkdir.

Quran ayı
Bizə əyrini və doğrunu ancaq Rəbbimiz göstərə bilər. Allahu Təala belə buyurur: “Ramazan ayı insanlara yol göstərən, doğrunun və doğrunu əyridən ayırmağın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır...” (Bəqərə, 185) “Ey iman edənlər! Oruc sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi sizə də fərz olunmuşdur. Artıq pisliklərə qarşı özünüzü qoruyarsınız” (Bəqərə, 183) Möminlərə fəzilət və bərəkət qazandıran Ramazan ayında nəfsani arzular deyil, insani dəyərlər önə çıxmalı, günümüz, gecəmiz Quranla keçməlidir.

Niyə ac qalırıq?
İnsan nəfsini tərbiyə edən ən böyük imtahan aclıqdır. Nəfsin acizliyini, gücsüzlüyünü anlayan; bir tikə çörək, bir az su içə bilməsə heç nə edə bilməyəcəyini gördüyü ibadət oruc ibadətidir. Bir mömin ac qalmaq üçün deyil, ruhundakı lətif və başqa gözəllikləri bəsləmək üçün ac qalır. Maddi və mənəvi saysız gözəlliklərin yaşandığı və mükafatların hədsiz olaraq verildiyi bu mənəvi iqlimi çox yaxşı dəyərləndirməliyik.Özümüzə dönərək, qəflət və cəhalətlə içində keçən günlərimizi hesaba çəkməli, xəta və günahlardan təmizlənmək istəyimizi artıraraq özümüzlə hesablaşmalıyıq.

Ramazan rəhmət, bolluq və bərəkət ayıdır. Rəhmət və məğfirətə hər zaman ehtiyacımız var. Əvvəlki Ramazanda nə qədər çox ibadət etməyə səy göstərirdiksə, bu il bir qat daha artıq ibadətə cəhd və səy etməliyik.
Ramazanda edilən xeyir və ibadətlərə qat- qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, təfəkkür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq.
Sağlamlıq və xoşbəxtliyin sadəcə mədəni doldurmaq olamdığını öyrədən, ruhu yüksəldən, sevinc və ümidlə qarşılanan günlər gəlir. Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır. Həyatın içinə başqa bir həyat yaşadan, mələkləri insanlara qiptə etdirən, qəzəb və xudbinliyin qarşısını alan müqəddəs gün və gecələr gəlir.
Qurani Kərimin vəhy edilməyə başlandığı və min aydan daha xeyirli Qədr gecəsinin olduğu bir ay Ramazan gəlir.
İstifadə edə bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır.
Qulluğun mənasını bütünlüklə öyrədən və duyğuları ucaldan Ramazan, hər evə ayrı bir sevinc gətirir.
Kasıbın, darda qalanın, qəribin həsrətlə gözlədiyi yardımlaşmaq mövsümü Ramazan gəlir. Sadəcə məscidləri deyil, küçə və meydanlarda birlikdə təkbirlərlə səcdə etməyin, yenidən qardaşlaşmağın mövsümü Ramazan gəlir...
Günün erkən vaxtlarında, nura qaçan, ümidlə coşan, birlik və bərabərlik göstərən İlahi Bayram günləri gəlir...Müqəddəs günlər gəlir...
Bayramlarda milyonları bir yerə gətirən, örnəkləşən Rəbbani günlər gəlir....Hər birimizə xeyirli olsun İnşallah bu Ramazan! On bir ayın sultanı Ramazan ayınız indidən Mübarək olsun!


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 12.08.2009, 14:13 | Yazı # 37
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ramazanın ilk günü ilə birlikdə nur və fəzilət dolu bir mövsüm yaşamağa başlayırıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşır. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir, Ramazan ayı…

Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə cinlər, mələklər, ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edir. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanır.
Bu ayın Allah Təala qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz mömin qullarına sonsuz rəhmətini bəxş edir. Başda Qurani Kərim olmaqla! Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilməsi, bu günlərin qiymət və müqəddəsliyini artıran digər bir xüsusiyyətdir.
Möminlər ilahi bir ehsan olaraq bu günləri gözəl bir fürsət bilərək dəyərləndirər, Rəblərinə olan qulluq dərəcələrini göstərər, ona yaxın olmaq üçün böyük səylə ixlas və şüurla ibadət və itaətə qaçarlar.
Bunun nəticəsi əlbəttə qarşılıqsız qalmayacaqdır. Oruc tutub, Ramazan ayını qulluq şüuru içində keçirənlər çox nemətlərə nail olurlar.
Ubadə bin Samit rəvayət edir: Ramazan ayı başlandığı gün
Rəsulullah Aləyhissalatu Vəssəlam belə buyurdu:
"Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi bürüyür. O ay, yer üzünə bol-bol rəhmət enər. Günahlar əfv edilər. Dualar qəbul olunar. Allah sizin yaxşılıq və ibadətdə yarışmağınıza baxar, bununla mələkləri yanında iftixar edər. Elə isə qulluğunuzla özünüzü Allaha sevdirin. Əsil bədbəxt olan, bu ayda Allahın rəhmətindən nəsibini almayandır.”
Ramazan hər cəhəti ilə ibadət mösümüdür. Hər mömin namazı, orucu, yaxşılıqları və duasıyla bu rəhmət və bərəkətdən nəsibini almağa çalışar. Bilərək və ya bilməyərək etmiş günahları üçün Allahdan əfv diləyər, Rəbbinə niyaz edər:
Allahu Təala da qulunun bu səmimi dua və niyazını qaşılıqsız qoymaz, günahlarını əfv edər, rəhmətinə qərq edər.
Ey insanlar böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başımızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı haqlı qıldı. Bu ayda kiçik-böyük xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab alar.
Bu ayda bir fərzi yerinə yetirmək , başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir.
Bu ay yardımlaşmaq ayıdır.
Bu ay möminlərin ruzilərini artıran aydır.
Bu ayda hər kim oruclu bir möminə iftar etmək üçün bir şey verərsə, etdiyi günahların bağışlanmasına və Cəhənnəmdən qurtulmasına səbəb olar. Oruclunun savabından heç bir şey əskik olmadan onun qədər savaba qovuşar.”
Peyğəmbərimiz(sav) buyurmuşdur:
"Bu ayın başı rəhmət, ortası məğfirət, sonu da Cəhənnəmdən qurtuluşdur"
Dəyərli Bacı və Qardaşlarım
Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xisləti artıqlamasıyla özünüzdə cəmləşdirin:Bu dörd xislətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisinə isə hər zaman ehtiyacınız var.
Rəbbinizin rizasına səbəb olan xislətlərin biri, kəlimeyi-şəhadətə davam etməyiniz, digəri də Allahdan məğfirət diləməyinizdir.
Digər iki xislətdən biri Allahdan cənnəti istəmək, digəri isə Cəhənnəmdən Allaha sığınmaqdır.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 12.08.2009, 18:07 | Yazı # 38
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey müsəlmanlar!.. Bu ay, qəbul və xoşbəxtlik ayıdır. Bu ay, bağışlama və comərdlik ayıdır. Bu ay, yüksəliş və irəliləyişin başlanğıcıdır. Vay tənbəl olanların halına… Ənəs ibn Malik (radiyallahu anhu) qüdsi bir hədisdə Peyğəmbərdən (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir:
“Qul mənə bir qarış yaxınlaşsa, mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşsa mən ona bir qulaç yaxınlaşaram. Mənə doğru iti addımlarla gəlsə, mən ona doğru qaşaraq gələrəm.” (əl-Buxari.)

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun!.. Çünki ALLAH`dan layiqincə qorxmaq axirətdə ən gözəl sonluqdur.
“Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran surəsi, 3/102.)

Bilin ki, dünya həyatı şirin və gözəldir. Nemətləri vardır, saxta olmasa... Zənginlikdir, sonda yox olmasa... Ona bağlanan sonda yox olur, yerləşən oradan daşınır. Vəziyyətlər dəyişir və hər qul hesaba çəkilir. Dünyaya sarılan cəfası bitməyən işə, əlçatmaz ümidə və sonu bilinməyən ehtirasa bağlanmışdır.

Günlər sürətlə keçir, aylar bir-birini təqib edir. Dünya özü də böyük müddət deyil, ondan da yalnız az bir hissə qalmışdır. Təmiz olanı içilmiş və yerdə çirkli hissəsi qalmışdır.

Təhlükələr və maneələr, qarışıq fitnələr, kiçik və böyük hadisələr... İnsanlar bunlar arasında mömin və kafir, təqvalı və günahkar, xilas olan və itirənlərə bölünür... Özünü və uşaqlarını, qadınlarını və dostlarını qəzəb və nifrətə aparan amillərdən qoruyan nə xoşbəxtdir...

“…ALLAH`a (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir” (Ali İmran surəsi, 3/101.)
Günlər sürətlə keçir, aylar bir-birini təqib edir. Dünya özü də böyük müddət deyil, ondan da yalnız az bir hissə qalmışdır. Təmiz olanı içilmiş və yerdə çirkli hissəsi qalmışdır.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə, 21.08.2009, 19:48 | Yazı # 39
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Assalamu aleykum baci vä gardaslar Ramazan ayiini baslanmasi münasibäti ilä täbrik ediräm

Allah ramazan ayini bütün mömünlär icin xeyrli etsin ,ramazan ayinin ihlasla äda etmäyi näsib etsin

Allah bütün mömünlärin günahlarini bagislasin amin

Bərkidilib: 1136713.gif (5.2 Kb)


ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Cümə, 21.08.2009, 19:49
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 25.08.2009, 19:30 | Yazı # 40
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Rasulullahın (sas) Ramazan xütbəsi
Salman Farisi (ra) rəvayət edir: Peyğəmbər (sas) Şaban ayının son günündə müsəlmanların önünə çıxdı və xütbə verməyə başladı:

“Ey insanlar, mübarək bir ay yaxınlaşdı.Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır.Allah təalə bu mübarək ayın gündüzlərində orucu, gecələrində isə namazı fərz etdi.Bu ayda kiçik bir xeyir edənə başqa aylara nisbətən daha çox savab yazılar.Bu ayda bir fərzi yerinə yetirən başqa aylarda yetmiş fərz yerinə yetirmiş kimidir

Bu ay yalnız Allah üçün- aclıq və susuzluq, itaət və ibadətin məşəqqətinə səbr və dözüm ayıdır.Bu ay möminin ruzisini artıracaq bir aydır.Bu ayda kim oruc tutmuş bir möminə iftar süfrəsi açarsa, etdiyi bu iş günahlarının bağışlanmasına atəşdən azad olmasına səbəb olar,həmçinin oruclunun qazandığı əcr qədər savab qazanar.Səhabələrdən bəziləri:-Ya Rasulullah, hamımızın oruclu birisi üçün iftar verəcək imkanı yoxdur!-dedi.Rasulullah (sas) buyurdu:-Allah təalə bu savabı tək bir xurma ilə bir içim su və ya bir qurtum süd ilə oruclu möminə iftar verən kəsə də verər.Bu ayın əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəmdən xilas olmaqdır.Bu ayda hər kim köləsini azad edərsə, Allah da onu atəşdən azad edər.Buna görə də bu ayda söyləyəcəyim bu dörd şeyi unutmayın: “Kəlmeyi-şəhadətə davam etməniz, Allahdan bağışlanma diləməniz.Hansı ki, bunlar Rəbbiniz razılığına səbəb olan xüsusiyyətlərdir.Digər ikisi isə, Allah təalədən Cənnəti diləmək və Cəhənnəm odundan Ona sığınmaqdır.Hər kim orucluya bir qurtum su verərsə, Allah təalə ona mənim hovuzumdan elə bir su içirər ki, Cənnətə girənə qədər bir daha susuzluq çəkməz.
(Buxari)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru