Muslimah_92 | Tarix: Bazar ertəsi, 11.06.2012, 15:17 | Yazı # 1 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| "Seyyid Qutbun əqidəsi və fikirləri" kitabına bu yaxınlarda göz gəzdirdim və həqiqətən də insanların qəlbindəki əyriliklərin necə təzahür etdiyinə şahid oldum! Təbii ki, biz Seyyid Qutbun, Allah ona rahmət etsin, elm əhli olduğunu və yaxudda hüccət olduğunu qətiyyən demirik. Lakin eyni zamanda da insanlara qarşı insaflı olmaq da bizim borcumuzdur! Yaşar bu kitabını Rabi bin Umeyr əl-Mədxalinin "Ədvau İsləmiyyə alə Aqidəti Seyyid Qutb və fikrihi" əsərindən götürmüşdür. Kitabın müqəddiməsində Yaşar yazır:
Bəs nə üçün əsrimizdə özlərini elm əhli kimi qələmə verməyə çalışan “xariji” Salman, Səfər, Abdur-Rəhman Abdul Xaliq və sairləri Seyyid Qutubun əqidəsinin batil olduğunu bildikləri halda buna göz yumur, onu müdafiə edirlər.
Görəsən hansı elm əhli adı çəkilənlər haqqında "xavaric" sözünü işlədib?! Yoxsa Yaşar bunu öz havasından uydurub?! Ya da ki, bu ad qoyma sadəcə olaraq onların batil "cərh və təbdi" metodlarından biridir?! Təbii ki, biz bununla bu şəxsləri müdafiə etmək istəmirik, lakin axı bu Yaşar kimilər hansı ağılla onları "elm əhli" çərçivəsindən çölə atmaq istəyirlər? Yoxsa, elm əhli bunlara görə yalnız Yaşar özü, Qamət və onların dostlarıdır?! Bəlkə, şişirtdikləri iordaniyalı şeyxləridir?! Bəs necə olur ki, Ali Həsən əl-Hələbi, Xalid əl-Ənbari, əl-Hilali kimi elm tələbələri bunlara görə alim olur, (Qamətə görə Həsən əl-Hələbi zamanımızın mötəbər alimlərindəndir) lakin Səfər, Salman, Abdurrahmən kimi şeyxlər elm əhli olmurlar?! Bütün bunlar ondan irəli gəlir ki, əsl hizbilər əslində elə Qamət gil özüdürlər, özü də ifrat hizbidirlər. Kim onlarla razılaşmırlarsa, ona mübtədi damğasını vururlar. Hətta xütbələrinin birində Qamət deyir ki, "bizdən təkfirçiləri necə tanımaq barədə soruşurlar" və bu sualın cavabında da deyir ki, kim onların məsciddəki dəvətindən narazıdırsa, onlar təkfirçidirlər!!!
Daha sonra kitabda başqa-başqa əyriliklər də var. Beləki, iddia olunur ki, guya Seyyid Qutb, Musa haqqında əsəb xəstəsi ifadəsini istifadə edib. Bildiyimiz qədəri ilə Seyyid Musanı, aleyhis-sələm, "tələskən, əsəbi təbiətə sahib bir rəhbər" sözləri ilə vəsf etmişdir. O, zaman iki sözün fərqinə diqqət edin: "düşünmədən hərəkət edən, əsəbiliyə qapanan (əsəb xəstəliyinə tutulan), əsəbi dövlət başçısını" "tələskən, əsəbi təbiətə sahib rəhbər"... Bu iki söz arasındakı fərqə diqqət edin və özünüz bu əyriliklər haqqında mühakimə edin!
Daha sonra kitabda bir çox yerdə, Seyyidin çox mənalə sözlərini elə müəllif "öz xeyrinə" şərh edib. Bu isə digər əyriliklərdir!
Bu barədə öz fikrinizi də bildirsəniz yaxşı olar!
|
|
| |