Xeberler.
| |
XEDICE73 | Tarix: Çərşənbə, 27.05.2009, 16:15 | Yazı # 1 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Yapon cizqi filminde ,Qurani Kerim,, tehqir olunub. Yapon cizgi filmində Qurani-Kərimin təhqir edilməsi müsəlmanların etirazına səbəb olub. Artıq 300-ə yaxın ərəb dilli və İslam forumlarında “Quranın təhqir edilməsi” ciddi şəkildə müzakirə olunur. Bir çox tamaşaçıların fikrinə görə, artıq kifayət qədər məşhur olan Tokio “Syueysya” firması tərəfindən videodisklərdə buraxılan cizgi filmində Qurani-Kərim təhqir edilib. Belə ki, “Co-Conun qeyri-adi sərgüzəşti” adlı filmdə əsas mənfi qəhrəman Qahirədə yaşayır və filmin qəhərəmanını və onun xoş niyyətli dostlarını öldürmək əmri verəndə Qurani-Kərim oxuyur. “Bu səhnə müsəlmanları terrorçu kimi təsvir edir, bu isə həqiqətə uyğun deyil”, deyə Kiodo agentliyinə müsahibə verən Qahirədə Əl-Əzhar universitetində fitva verən komitə yə rəhbərlik edən şeyx Abdul Həmid Attraş bildirib. “Film bizim dinimizi təhqir edir, onun yaradıcılarına İslamın düşmənləri kimi baxılmalıdır”, deyə şeyx bildirib. “Syueysya” şirkətinin nümayəndəsi isə bildirib ki, Quran-Kərim cizgi filminə səhvən düşüb. Onun sözlərinə görə, filmin yaradıcısı “Qahirə həyat şəraitini” göstərmək üçün kadra ərəb dilində kitab salmaq istəyib. Nümunə üçün isə onlar kitabxanada əllərinə düşən ilk kitabı seçiblər və bunun müqəddəs Quran olduğunu bilməyiblər. Şirkət nümayəndəsi bildirib ki, onlar üzr istəmək və cizgi filmlərinin disklərinin müvəqqəti olaraq satışdan yığışdırılmasına hazırdırlar. Buna baxmayaraq artıq internetdə yapon məhsullarına baykot qoyulması ilə bağlı çağırışlar edilib. /ANS PRESS/
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Selef | Tarix: Cümə axşamı, 12.08.2010, 01:51 | Yazı # 2 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Məsciddə qız sevən axundla bağlı araşdırma aparılır 15:22 11-08-2010 Hacı Salman Musayev: “Belə hal baş veribsə, onun mahiyyəti öyrəniləcək və müvafiq tədbirlər görüləcək” Göyçayda şəhər məscidinin axundu Əsgər Babayevin ibadət evində azyaşlı qızla sevişməsini əks etdirən video kadrlar yayılıb. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, avqustun 10-dan rayon sakinlərinin mobil telefonlarında yayılmış bu video çarx artıq facebook sosial şəbəkəsinə də yerləşdirilib. Video çarxda axundun məscidin içində azyaşlı qızla sevişməsi ilə bağlı səhnə əksini tapıb. Axund Əsgər Babayevlə bağlı video mobil telefon vasitəsilə məsciddə ibadət edənlər tərəfindən gizli çəkilib. Məlumata görə, axund qızla tanış olan zaman ona namaz qılmağı və “Qurani-Kərim”i oxumağı öyrədəcəyini bildirib və bu məqsədlə qızı məscidə dəvət edib. Hətta qızı bir oğlanla tanış edərək onları nişanlayıb və kəbinini də özü kəsib. Molla özünü də qıza siğə (molla kəbini) edib. Video kadrların yayılmasından sonra Axundun rayon hüquq-mühafizə orqanlarına dəvət edilərək, dindirildiyi bildirilir. Hazırda Göyçay dindarları, sadə insanlar, ziyalılar Əsgər Babayevin rayonu tərk etməsini tələb edirlər. Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Əsgər Babayevin mövqeyini öyrənmək istəyib. Amma o heç bir media nümayəndəsi ilə danışmaq istəmədiyini bildirərək, telefonunu qapadıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev isə Lent.az-a açıqlamasında belə bir hadisədən xəbərdar olmadıqlarını söyləyib. Bununla belə, o deyib ki, elə bizim müraciətimizdən dərhal sonra məsələ ilə dəqiqləşdirmə aparılacaq: “Biz elə bu gün sizin suallarınız əsasında ciddi araşdırma aparacağıq. Əgər belə hal baş veribsə, onun mahiyyəti öyrəniləcək və müvafiq tədbirlər görüləcək”. Hacı Salman deyib ki, bu yaxınlarda Masallıda da oxşar hadisənin baş verdiyi barədə məlumatlar yayılmışdı. Ancaq onun sözlərinə görə, QMİ bu məsələni araşdırdıqdan sonra məlum olub ki, həmin şəxs məscidin axundu deyilmiş: “O adamın da bizə aiddətiyyəti yox idi, adi bir müsəlman kimi məscidə gəlib-gedirmiş”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə Lent.az-a bildiriblər ki, Göyçayda belə bir hadisənin olduğu barədə məlumatlar var. Hazırda həmin məlumatların həqiqət olub-olmadığını öyrənmək üçün komitə tərəfindən də araşdırma aparılır. Elxan SALAHOV LENT.AZ
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Bazar ertəsi, 23.08.2010, 05:10 | Yazı # 3 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Norveç məhkəməsi polis orqanlarında müsəlman qadın polislərin hicab geyinməsini qadağan edən qərarı ləğv etmişdir, - "dunyabulteni" xəbər verir. Həmin qərar, ölkənin bərabərlik qanunlarına, din və vicdan azadlıqlarına zidd olan, çoxlu sayda müsəlman qadınlarının polis işləmək haqqını əlindən aldığı üçün məhkəmə tərəfindən ləğv edilmişdir. Xatırladaq ki, qadın polislərin başörtüyü geyinməsini qadağan edən qərar keçən il qüvvəyə minmişdir. Norveç hökuməti keçən il əvvəlcə müsəlman qadın polislərin hicablı olaraq fəaliyyət göstərməsinə icazə vermiş lakin, bir həftə sonra isə, bəzi müəssisələrin təzyiqləri nəticəsində qərarı geri götürmüşdür.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 27.08.2010, 02:21 | Yazı # 4 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| İranda Buşəhr Atom Elektrik Stansiyasının açılışı günü Ermənistanın energetika naziri Movsisyan bildirmişdi ki, İslam Respublikasındakı bu müəssisədə erməni atomçusu işləməyib. Amma bu o demək deyil ki, bu iki ölkə atom texnologiyası sahəsində əməkdaşlıq etmirlər. Bu baxımdan, Tehranın Yerevan qarşısında borclu olduğunu ehtimal etmək olar. Lent.az-ın «news.am»-a istinadən məlumatına görə, Ermənistanda AES-in yeni enerji blokunun açılmasına ehtiyac var. Rusiya «Energetika və maliyyə institutu» fondunun baş mütəxəssisi Sergey Kondratyevin sözlərinə görə, Ermənistanda yeni enerji blokunun Rusiya layihəsi əsasında tikilməsi daha məqsədəuyğundur. O, bu layihəyə əlavə sərmayəçilər də (layihənin 60 faizini maliyyələşdirəcək) cəlb etmək lazım olduğunu bildirib. Xatırladaq ki, avqustun 20-də Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən Moskva Ermənistanda yeni atom bloku tikiləcək. «Rosatom»un başçısı Sergey Kirienkonun dediyinə görə, onlar bu laiyhənin 20 faizini maliyyələşdirə bilər. Bu layihənin ilkin dəyəri 5 milyard dollardır. Bu məqsədlə artıq Rusiya-Ermənistan birgə şirkəti yaradılıb. Həmin qurum yeni enerji bloku layihəsinin 40 faizini maliyyələşdirə biləcəyini bəyan edib. Şirkətin başçısı AES-in tikintisi üçün lazım olan maliyyə vəsaitinin hələ dəqiqləşmədiyini söyləyib. Sərmayəçilərə gəldikdə, bu yöndə danışıqlar aparılır. Danışıqlara Ermənistan da cəlb edilib. Rusiya mütəxəssisləri hesab edir ki, Ermənistanda yeni enerji blokunun tikintisinə İran İslam Respublikası da cəlb edilə bilər. Çünki Tehranla Yerevan arasında elektrik enerji ixrac-idxalına dair anlaşma da mövcuddur. Bu isə İranın həmin layihədə iştirakını mümkün edən amillərdəndir. Sədrəddin Soltan LENT.AZ
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Şənbə, 28.08.2010, 00:43 | Yazı # 5 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| İllər uzundur ki, İranda ermənilər uydurma tarixlə bağlı tədbirlər keçirir, həmin mərasimlərdə Türkiyənin əleyhinə şüarlar səsləndirir, çıxışlar edir. Müsəlman dünyasında ikiüzlülüyü ilə seçilən Tehran hakimiyyəti isə həmişə buna şərait yaradır. Bu azmış kimi, belə mərasimlərdə dövlət rəsmiləri də iştirak edir. İslam Respublikası prezidentinin müavini, turizm və tarixi abidələrin müdafiəsi idarəsinin, azad iqtisadi zona mərkəzinin sədri Həmid Baqainin çıxışı İrandakı mövcud rejimin əsl üzünü bir daha açıq şəkildə göstərdi. Tehranda İkinci dünya savaşı zamanı müttəfiqlərin (1941-ci ildə keçmiş sovet qoşunu və ingilislər İrana girərək, bu ölkəni alman faşistlərinin nəzarətindən çıxartdılar) İranı ələ keçirməsinin 70 illiyinə həsr olunmuş «İran: Qələbə körpüsü» adlı toplantıda çıxışı zaman Əhmədinijatın müavini tarix haqda biliyini nümayiş etdirməyə çalışıb: «Osmanli imperiyası 100 ilə qabaq, 1915-ci ildə ermənilərə qarşı soyqırım törədib». Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, hakimiyyət təmsilçisi daha sonra deyib: «İndi Osmanlı imperiyası mövcud deyil. Ancaq Ermənistan Türkiyədən tələb edir ki, rəsmi şəkildə üzr istəsin və buna görə kompensasiya ödəsin». Oxşar çıxışı Tehranın Yerevandakı səfiri Seyid Saqian da etmişdi. Ermənistan Respublika Partiyasının təmsilçisi Hagik Melikyan deyib ki, rəsmi Tehranın təmsilçisinin bu çıxışı tarixi həqiqətin etirafıdır. Ən təəssüfləndirici hal odur ki, 1918-ci ilin martında Salmas, Xoy, Urmiya və başqa şəhərlərində ermənilərin müsəlman türklərə qarşı etdiyi soyqırımdan indiyə kimi islam Respublikasının heç bir rəsmisi danışmayıb. Hələ ötən il Ermənistan prezidenti Sarkisyan İrana səfəri çərçivəsində Tehranda erməni icmasına məxsus «Ararat» mədəni-idman kompleksində, soydaşlarının təmsilçiləri ilə görüşündə İslam Respublikası ilə dostluq münasibətinə toxunaraq, İranın ölkəsi üçün «etibarlı qonşu» olduğunu dəfələrlə təsdiqlədiyini söyləmişdi. Ermənistan-Türkiyə münasibətlərindən danışan erməni lider onu demişdi ki, ölkələrarası əlaqələrin yaxşılaşması «soyqırım»ı şübhə altına qoymamalıdır və bu məsələdə «biz heç bir şərti qəbul edə bilmərik». Bir də Türkiyədəki hakimiyyətin İrandakı iqtidarın atom-nüvə proqramını dəstəkləməsi ilə balı sənədin heç mürəkkəbi də qurumayıb. Xatırladaq ki, bu günlərdə rəsmi Ankara İranı «Türkiyə Cümhuriyyətinin milli təhlükəsizliyini təhdid edənlərin siyahısı»ndan çıxarıb. Sədrəddin Soltan LENT.AZ
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Şənbə, 25.09.2010, 00:15 | Yazı # 6 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) inanclı xanım tələbələr dərslərə buraxılmır. Bu barədə qəzetimizə dərsə buraxılmayan tələbələr məlumat veriblər. Tələbələr iddia edirlər ki, onlar hicab taxdıqlarına görə institutun prorektoru Tünzalə Yusifova tərəfindən dərslərdə iştirak etmək hüququndan məhrum ediliblər. İnstitutun rəhbərliyi xanım tələbələrdən dərsə gələrkən başlarını açmağı tələb edib, əks təqdirdə, dərsə buraxılmayacaqlarını bildirib. Sentyabrın 21-də artıq Müəllimlər İnstitutunun bütün inanclı tələbələri prorektor Tünzalə Yusifova tərəfindən dərslərdə iştirak etmək hüququndan tamamilə məhrum ediliblər. Dünən adıçəkilən institutda olduq. Rəhbərliklə görüşüb məsələyə aydınlıq gətirmək istədik. Nəzarətçilər prorektor T.Yusifova ilə əlaqə saxladılar: “Yeni Müsavat”ın əməkdaşı gəlib sizinlə görüşmək istəyir “. Nəzarətçi telefon danışığını bitirəndən sonra Tünzalə xanımın bizi qəbul edə bilməyəcəyini dedi. Sonra hansı məsələ ilə bağlı gəldiyimi soruşdu. - Hicablı tələbələri dərsə buraxmırlar. Bununla bağlı söhbət etmək istəyirdim. - Tez çıxın bayıra. Sizi bura kim buraxıb? - Siz kimsiz ki? - Mən bu universitetin vətəndaşıyam. - Başa düşmədim... - Bu universitetdə bütün məsuliyyət mənim üzərimdədir. Elə yaxşı edirlər hicablı tələbələri universitetə buraxmırlar. O hicablı qızların hamısı yevrey mafiyasının qurbanlarıdır. Onlar hər ay yaylığa görə pul alırlar. - Aqiyə xanım işdədir? - O kimdir? Bizdə elə adam işləmir. - İnstitutun rektorunu soruşuram. - Onun adı Aqiyə deyil, Naxçıvani xanımdı. Bu zaman nəzarətçi qapıçıya zəng edib, qışqırmağa başlayır: “Sənə tapşırmamışam ki, bir nəfər də olsa müxbir içəri buraxma”. Çıxarkən qapıçı ilə də söhbətləşirik. O, dünən 15-ə yaxın tələbəni geri qaytardığını dedi: “Gündə 10-15 tələbəni geri qaytarıram. Tələbələrdən bəziləri başlarını açıb dərslərdə oturmağa razılaşıblar. İnstitut rəhbərliyi onlar üçün ayrıca otaq ayırıb. Onlar orada başlarını açıb dərsdə otururlar. Daha bundan artıq onlara nə şərait yarada bilərlər ki? Əsl dindar qızlar onlardı. O biriləri adam bilmir ki, hansı məzhəbə qulluq edirlər”. Ötən gün ANS-in canlı efirində Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov yaranmış vəziyyətlə bağlı şərhində bildirmişdi ki, heç bir universitet və orta məktəblərdə hicab geyinməklə bağlı qadağa yoxdur. Bununla da bu addımların qanunlara zidd olduğunu bildirən İlham Pirməmmədov Təhsil Nazirliyinin mövqeyini çatdırmışdı. Zülfiyyə SAKİTQIZI
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə axşamı, 30.09.2010, 21:39 | Yazı # 7 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Amerika astronavtları axır ki, Yer planetinə bənzər şəraiti olan bir planet tapıblar. Deyirlər o planet də, elə bizim Yer kimi öz günəşindən ideal məsafədə fırlanır. Nə çox istidir, nə də çox soyuq. Həm cazibə qüvvəsinə, həm də atmosefra malik olmağa imkan verən ideal ölçüləri var. Planetin adını Gliese 581g – (Qlizi 581 C) qoyublar. Libra bürcündə, yerdən cəmi 20 işıq ili məsafədə yerləşir. Havay adalarındakı rəsədxanada aparılan 11 illik araşdırmalardan sonra planeti tapmaq mümkün olub. Bu kəşf haqda məlumat verən professor Stefan Voqt deyib ki, planet “qırmızı ulduz” tipli bir ulduzun ətrafında 37 günə dönür. Yəni orda bir il bizdəkindən 10 dəfə qısadır. Onların günəşi də elə bizimkindən bir az böyükdür, soyuq, kiçik ulduzdur. Gliese 581g öz oxu ətrafında hərəkət eləmir. Yəni Yerdən fərqli olaraq planetin bir tərəfində daim zülmət olur, digər tərəfində gündüz. Odur ki, planetin heç də hər yerində bizim kimi insanlar yaşaya bilməz və yaxud bizim bildiyimiz həyatın olması çətindir. Amma gecəylə gündüz qurşaqlarının kəsişdiyi ərazilərdə həyatın olmasına şübhə yoxdur. BU PLANETDƏ CANLI HƏYAT OLMASI ŞANSLARI 100 FAİZDİR Kaliforniya Universitetindən olan amerikalı alimlər iddia edirlər ki, yeni kəşf olunan planetdə maye halda suyun, fərqli canlıların olması üçün şərait var. Universitetin professoru Stefan Voqt sevinclə jurnalistlərə bildirib ki, bu planetdə canlı həyat olması şansları 100 faizdir. Yeni planet həcmcə Yerdən 3 dəfə iridir. Ekspertlərin fikrincə, Gliese 581g-də sadə, birhüceyrəli bakteriyaların olmasını güman edirlər. Bu isə o deməkdir ki, insanların çoxdankı arzusuna- başqa planetlərdə həyat tapmaq arzusuna çatmağa çox az qalıb. Stefan Voqtsun sözlərinə görə, onların fikrincə, kosmosda bunun kimi planetlər çoxdur. Və bu planetlərdə bizim Yer kimi həyat üçün əlverişli şərait var. Voqtsun hesablamalarına görə, qalaktikadakı 100 milyardlarla ulduz sistemlərinin 10 milyardına yaxınında bizimkinə bənzər şəraiti olan planetlər var. Amma onların bəziləri yerdən o qədər uzaqdırlar ki, heç düz-əməlli araşdırmalar da aparmaq olmur. Gliese 581g isə Yerə ən yaxın olanıdır. Cəmi 20 işıq ili. Amma 20 işıq ili 193 trilyon kilometr deməkdir. Yəni hətta lap kimsə ora uça biləcək kosmik gəmini inşa eləsə də, ora gedib çatmaq üçün 2 ömür lazımdır.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Çərşənbə axşamı, 04.01.2011, 00:07 | Yazı # 8 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Fırıldaqçıya kömək edən həyat yoldaşı və 3 nəfər yaxalanıb Türkiyənin Adana şəhərində özünü “zühur etmiş imam Mehdi Sahib əz-Zaman” kimi təqdim edən 40 yaşlı Mustafa Almas yaxalanıb. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, polis gənc bir qızın özünü “imam Mehdi” adlandıran bir şəxsin təcavüzünə məruz qalması barədə şikayətindən sonra hərəkətə keçib. Mustafa Almas, eyni zamanda ona bu fırıldaqçılıqda kömək edən 24 yaşlı həyat yoldaşı Ayten Almas, 24 yaşlı Emrah Uysal, 23 yaşlı İbrahim Ceylan, 34 yaşlı Saniye Vural da saxlanılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, elektrik avadanlıqları ticarəti ilə məşğul olan bir mağaza sahibi Mustafa Almas bir müddət əvvəl ətrafına özünü “zühur etmiş Mehdi” kimi təqdim etməyə başlayıb. Ərəbcə bilməyən, “Quran” oxumağı bacarmayan Mustafa Almas həyat yoldaşının və digər 3 şəxsin vasitəçiliyi ilə yanına dua oxutmağa gələnləri aldadaraq, pul qazanmağa başlayıb. Dua oxutmağa gələnlərin yanında anidən yerə düşərək titrəməyə başlayan Mustafa Almasın ağzından qan gəlməyə başlayırmış. Saxta Mehdinin adamları dua oxutmağa gələnlərə deyirlərmiş ki, o ölüb, ancaq bir müddət sonra təkrar diriləcək. Qorxu içində baş verənləri izləyənlər bir müddət sonra titrəyərək ayağa qalxan Mustafa Almasın həqiqətən dirildiyini güman edirlərmiş. Bundan sonra Mustafa Almasın saxta duasına qulaq asanlar ona müəyyən miqdar pul verərək, ayrılırlarmış. Yalançı “imam Mehdi” yanına gələn gənc qızları isə aldadır, onlara təcavüz edirmiş. Mustafa Almas onunla birlikdə olmaq istəməyən gənc qızların çayına yuxu gətirən dərmanlar ataraq, onları zorlayırmış. İndi polisin saxladığı Mustafa Almas cinsi zorakılılıqda günahlandırılır.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Çərşənbə, 05.01.2011, 21:28 | Yazı # 9 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Neo-con (evanjelistler, sionistlər) qanadın ən şahin qanadından və İraq işğalının ən hərarətli müdafiəçilərindən biri olan George W. Buş rəhbərliyində Amerikanın ən əhəmiyyətli təşkilatı olan Amerika Müdafiə Nazirliyi vəzifəsini icra edən Donald Ramsfeld xatirələrinin iştirak etdiyi kitabını nümayiş etdi. Kitabında xüsusilə Ayətullah əl-uzma Seyyid Əli Sistanini istiqamətli 1987-ci ildən bu yana Kuveyt'teki Cavad əl mihri vasitəsilə milyonlarla dollar pul köməyi edildiyi başda olmaqla qorxunc ifşaatların iştirak etdiyi məlumatlara yer verir. Sistanini özlərinə kömək etməsi istiqamətində açıq sorğu olduqlarını ifadə edən Ramsfeld, İraqda Amerika işğal qüvvələrinə qarşı savaşılmaması üçün Sistanini fətva verməsini istəyir. Və bu fətva nümayiş olunur ... Maraqlı rəqəmlər, məlumatlar və ifşaatlardan ibarət olan faylın ilk hissəsi ... Amerikan Müdafiə köhnə naziri Donald Ramsfeldin hatıratlarının iştirak etdiyi kitabda Amerika idarəsinin 2003 İraq işğalı əvvəlində, əsnasında və sonrasında Sistani və şiə dini mərkəzləri ilə əlaqələrə dair dəhşət məlumatlar yer alır. Kitabında Rumsfeld, Sistani ilə dostluq münasibətlərinin 1987-ci ildə Səudiyyə Ərəbistanında merciiyyet vəzifəsini əl Hui'den aldığı sırada Sistani ilə etdiyi görüşdə qədər uzandığını söyləyir. "İraqdakı yoldaşlarımıza və əlbəttə bunların başında müttəfiqimiz olan Sistanini Amerika Birləşmiş Ştatlarına razı olması üçün 200.000.000 (ikiyüzmilyon) ABŞ dolları məbləğində hədiyyə verdik. Küveyt vasitəsilə Sistanini verilən bu hədiyyənin sonra əlaqələrimiz olduqca inkişaf və inkişaf etdi. Sistanini hədiyyəni aldığı istiqamətindəki bu xəbər prezident Buşa çatdı və özü məlumatlandırıldı. Bunun üzərinə Sistani ilə əlaqələr ofisi adlı bir vahidi CIA nəzdində açmağa qərar verdik. Başçılığına dəniz qüvvətlərindən təqaüdçü general Simon Yolande təyin edildiyi ofis vasitəsilə informasiya mübadiləsi etmək və münasibətin təmin edilməsi hedeflenmekteydi. Açılan bu ofis bütün ciddiyetiyle işlərini icra etdi. Qarşılıqlı əlaqələrin meyvələrindən biri də Sistanini nümayiş fətva idi. Küveyt sərhədinə qədər uzanan müttəfiq qüvvələrə qarşı direnmemeleri istiqamətində şiələrə və onu fətva nümayiş etdi. "Deyir kitabında Ramsfeld. Davam edəcək ...
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Çərşənbə, 05.01.2011, 21:48 | Yazı # 10 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| firqəsi Şiəliyin (Caferilik/12 İmam vs) dair əsərlərdən birinə daha iştirak veririk. Kamilul Ziyarat adlı bu əsərdə şiə alim şəxsən Allah (cc) ın ağzından qələmə tökdüyü böhtanlarla Kərbəlanın Məkkədən necə fəzilətli olduğunu vs iddia ediyor.Eser Adı: Kamilul Ziyarat Muellif: ebile noyabr Cəfər min Məhəmməd min Cəfər bin Musa bin Mövzu Başlığı: Kərbəlanın və İmam Hüseyinin (ə.s.) səfərinin Fəziləti Səhifə 811'de son dərəcə komik və azğın bir şiə ədəbiyyatın rəvayəti nəql edilir. Aləmlərin Rəbbi olan Allaha (cc) bu insanların nələr ətf etdiyi və nələr uydurduğuna dair əhəmiyyətli bir sənəd xarakteri daşıyır kitab. Əlaqədar səhifədə bunlar iddia edilir: "Əbu Abdullahdan rəvayət edildi ki, o:" Kəbənin torpağı dedi: "Kim mənim kimidir? Şübhəsiz ki, Allah mənim üzərimə bu evi inşa etdi, hər vadidən insanlar axın-axın mənə gəlirlər. Və mən müqəddəs bir məbəd yapıldım!? " Bu münasibətlə Allah bunu vəhy etdi: "Sən olmalı və bir ara verməlisən. Mənim qüdrətinin və azametimle, sənə verdiyim mükəmməllik Kərbəlaya verdiğimle müqayisədə bir heçdir. Okeana dağıltığında bir iynə nə qədər su alarsa onun kimi bir şey müstəsna! Əgər Kərbəlanın tozu-torpağı olmasaydı sənə heç bir mükəmməllik verməz idim. Əgər Kərbəla torpağı məcburi kılmasaydı; səni yaratmazdım, və Mən sənin fəxr etdiyin Kəbəni yaratmazdım! Buna görə sakit ol və yerində dur, təvazökar ol, Kərbəla torpağına doğru boynu bükük ol, Kərbəla torpağının qarşısında böbürlenme: Əgər belə olmazsan sənə öfkenirim və səni Cəhənnəm atəşinə fırlatırım! " Kitabdan götürmə burada bitir. İşdə bir çox Ayət-i Celileyi alenen çarpıtan, tərcümələrini ağla gəlməmişik şəkildə şərh edərək səhv çevirən, Hz. Rəsulullah (cc) 'ı ittiham edən, Sahabeleri təkfir edib lənətləyən Şiə alimlərdən birinin daha ümumi şiə mantalitesini gözöne serdiği əsəri! Bu gün bu əsər və bənzəri yüzlərlə rəvayətlə döşənilmiş, Uca Allahı belə qorxusuzca öz adlarına danışdıran bu zihniyete mənsub seqmentlər Məkkədə mübarək Kəbədə terrorist hərəkətlərə girişmiş, yüzlərlə günahsız hacı katledilmişti! Türkiyədə "Kəbə Müqaviməti" və ölənlərin şəhid qəhrəmanlar olaraq önə edildiyi bu çirkin xain hərəkətin dini, nəzəri çərçivəsi məhz bu cür Şiə ədəbiyyatın tərəfindən bəslənir. Həccə gedən şiələrin əsas düşüncəsi də bu istiqamətdə olub bütün dünya müsəlmanların kin və nifrətini qazanan hərəkətlər sərgiləyirlər. Son olaraq Ahmedinecat, Xameneyi və digər sair şiə liderlərin, elm adamların sözdə Vəhhabilərin, Səudiyyələr hədəf alaraq etdiyi hücumlar əslində daha dərində Kəbəyə və həqiqi mö'minlərə qarşı sahib olduqları düşmənçilik, akidevi fanatizm və sapkınlıktan qaynaqlanır.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
|