Foto və video
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:36 | Yazı # 1 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin. Əziz müsəlmanlar! Əslində bu, elə bir məsələdir ki, bunun müzakirəsini dilədiyin qədər uzatmaq olar. Onu bilmək lazımdır ki, bu yeni bir məsələdir, yəni əvvəlki nəsillərdə belə bir texnoloji ixtira və onunla bağlı hökmlər olmamışdır. Bunun hökmü haqqında isə elm əhli mübahisələr ediblər və hələ də bu mübahisə davam etməkdədir. Onu da qeyd edək ki, məsələ ilə bağlı olaraq elm əhlinin hökm çıxarmaq şəkilləri də fərqlidir. Bəziləri məsələnin mahiyyətini başa düşməyə çalışdığı halda, digərləri isə ümumi hökmlərlə kifayətlənməyə üstünlük verirlər. Məs: "surət vermək haramdır"...
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:42 | Yazı # 2 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Bu barədə oxuduğum və qəbul etdiyim ən gözəl izahat Şeyx İbn əl-Useyminin sözləridir. Onu burada təqdim edəcəm və imkan daxilində anlaşılmasını asanlaşdıracağam. Muhamməd bin Saleh əl-Useymin, rahiməhullah, bu barədə deyir: ”Yeni üsullarla (texnologiya ilə) edilən şəkillər iki qismə ayrılır: Birinci qism: Görünməyən, müşahidə edilməyən təsvirlərdir. Mənə bu video kasetlər barədə verilən məlumata əsasən, bunların ümumi bir hökmü yoxdur və mütləq olaraq haram hökmünün altına daxil olmurlar. Hətta fotoqrafiya aləti ilə vərəq üzərinə çıxarılan şəkilləri qadağan edən elm əhli belə bunu (videonu) caiz görürlər və deyirlər: “Bundan heç bir bəis yoxdur.” Hətta belə bir bəhs ortaya çıxdı: “Məscidlərdə keçirilən mühazirələri videoya almaq caizdirmi?” Lakin rəyə görə tərk etmək uyğun görüldü, çünki ola bilsin ki, namaz qılanların fikirlərini qarışdırsın və ya qeyri-münasib bir mənzərə, ya da buna bənzər hallar ola bilər.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:43 | Yazı # 3 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| İkinci qism: Vərəq üzərində sabit olmuş şəkillər. Əgər bu, ani çəkilişli fotoqrafiya aləti ilə olarsa, o zaman bu təsvirə (surət vermə, şəkilləndirmə) daxil deyildir. Heç kəs deyə bilməz ki, “bunu edən lənətlənmişdir.” Çünki bu, həqiqətdə təsvir olunmur (yəni, surət verilmir), beləki, “Təsvir” sözünün məsdəri “savvara, yusavvir” fellərindəndir, yəni bu şeyə müəəyyən bir surət vermək deməkdir. Necəki Allahu Təalə deyir: “Bətnlərdə sizə istədiyi surəti verən Odur.” (Ali-İmran, 6) və “sizə surət verib onları gözəl şəklə saldı.” (ət-Təğabun, 3) Bu söz ("savvara, yusavvir") isə tələb edir ki, burada həmin şəkildə bir fel, bir iş (dəyişiklik) olmalıdır. Çünki "fəa'alə" (fəaliyyətə gətirmək) sözü ərəb dilində bu mənanı tələb edir və məlumdur ki, bir şəkli bir alət ilə nəql etmək bunun kimi deyildir. Əgər bunun kimi deyilsə, o zaman bunu "lənət" hökmünə daxil edə bilmərik və deyə bilmərik ki, "bu kəs peyğəmbərin, salləllahu aleyhi va səlləm, dili ilə lənətlənmişdir", çünki sözün zahiri anlamına daxil olmayan bir şeyi ora daxil etməkdən çəkinmək bizə vacibdir. Eləcədə sözə daxil olduğu bizə aydın olmayan bir mənanı, o sözə daxil etməyi qadağan etməkdən də çəkinmək bizə vacibdir. Çünki biri müsbətdir (pozitiv), digəri mənfidir (neqativ). Müsbət hallarda çəkindiyimiz kimi, mənfi hallarda da çəkinməliyik. Eləcədə mənfi hallarda çəkinmək, ehtiyat etmək vacib olduğu kimi, müsbət hallarda da ehtiyat etmək vacibdir.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:44 | Yazı # 4 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Bu məsələ sadəcə olaraq haramlılıq məsələsi deyildir, bunun üzərinə onun cəzası da gəlməlidir. Məgər biz şahidlik edə bilərikmi ki, bunun cəzası lənətdir və fəlakəti zülmdür bə ya buna bənzər bir şeydir? Xeyr, açıq-aydın bir dəlil olmadan bunda əmin ola bilmərik. Ona görə də biz, əli ilə yazılmış bir kitabı götürüb, onu fotoqrafiya alətinə qoyub, aləti çalışdıran və surətini çıxardan bir adam ilə - və bu zaman deyilir ki: "Bu vərəqdə çıxan birincinin (yəni kitabın) rəsmidir" və deyilir ki: "bu onun xəttidir" və insanlar buna şahidlik edirlər - sənin xəttinlə yazmaq arasında fərq qoyuruq. (İkinci halda) öz əlimlə təqlid edirəm, onun hərifləri və kəlimələri kimi yazıram. Bu zaman mən səni təqlid etməyə, sənin yazdığını yazmağa və sənin şəkil verdiyin kimi şəkil verməyə çalışıram. Lakin birinci halda isə, mən qətiyyən özümdən bir iş görmürəm. Buna görə də gecə belə (fotoaparat ilə) şəkil çəkmək mümkündür. İnsan gözünü bağladığı halda belə şəkil çəkməsi mümkündür. Hətta kor bir insanın belə şəkil çəkməsi mümkündür. Axı bu halda biz necə deyə bilərik ki, "bu adam buna surət vermişdir?!" Mənim görüşümə görə bu (fotoaparat ilə şəkil çəkmək), - şəddəli vav ilə yazılan - "savvara" sözünün törədiyi mənaya daxil deyildir və buna lənət hökmü düşməz. Lakin burada diqqət edilməli bir məsələ qalmışdır. Əgər insan bu mübah yolla şəkil çəkmək istəyirsə, bu, niyyətdən asılı olaraq beş hökmün altına daxildir. Əgər bununla haram bir şeyi qəsd edirsə, bunu etmək haram olur. Əgər vacib bir şeyi qəsd edirsə, bunu etmək də vacib olur. Bəzən belə şəkil çəkmək vacib olur. Məsələn, insanların haqqında cinayətlərə yol verən cinayətkar biri - insanları öldürməkdə olan biri və ya bənzər hallardakı kimi - və bunu şəkil çəkmədən isbat etmək mümkün deyilsə, bu zaman şəkil çəkmək vacib olur. Xüsusilə bu, şəkil çəkməkdən tamamilə asılı olan işlərdə vacib olur, çünki vasitələrin hökmü məqsədlərinin hökmünə görədir. Əgər insan - baxaraq həzz alınması haram olan - bir surətin şəklini çəkirsə və məqsədi ona baxaraq həzz almaqdırsa, heç şübhəsiz ki, bu haramdır. Eləcədə xatirə şəkilləri kimi, çünki biz demirik ki, bu fotolar şəkil (surət) deyildir, əksinə biz deyirik ki, şübhəsiz ki, onlar da surətdir. Əgər baxsaq, evində şəkil olan haqqında vaid vardır, çünki mələklər şəkil olan evə daxil olmurlar. İnşəallah bu barədə qarşıda gələcəkdir." "əş-Şərh əl-Mumti alə Zad əl-Mustaqni", 2/197-199
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:45 | Yazı # 5 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Bu sözlərdən anladığımız budur ki, naslarda zəmm olunmuş "surət vermək", "şəkilləndirmək" vəsfi fotoqrafiya şəkillərində yoxdur. Surətin olması özlüyündə haram deyildir. İbn əl-Useyminin də söylədiyi kimi fotokamera ilə şəkil çəkəndə bu vəsflər yoxdur. Yəni, fotokamera ilə şəkil çəkən özü heç bir şey etmir, yəni bunu istər kor olsun, istər gözü bağlı biri olsun, istər gecə olsun..hamı çəkə bilər. Bu şəkli çəkən həmin insan olmur. Onun elədiyi sadəcə olaraq surəti texniki alət vasitəsilə vərəq üzərinə nəql etməkdir. Bunun üçün isə gözəl bir misal verir. Tutaq ki, bir nəfər əli ilə kitab yazır. Bu zaman iki nəfər təsəvvür edin. Biri həmin kitabı götürür və fotokamera ilə onun surətini çıxardır, yəni onun surətini çıxardaraq vərəq üzərində həkk edir. Bu zaman heç kəs iddia edə bilməz ki, həmin surəti fotokamera ilə çəkən çəkmişdir. Əksinə, hamı deyəcək ki, bu əlyazma, bu xətt kitabın müəllifinə aiddir. Digər biri isə kitabı qarşısına qoyur və eyni xətt ilə, eyni hərflərlə, eyni kəlimələrlə yazmağa çalışır. Təqlid edir. İkinci halda isə qətiyyətlə demək olar ki, bu əlyazma müəllifə deyil, həmin adama aiddir. Bir başqa yerdə İbn əl-Useymin deyir: "Fotoqrafiya surətində gördüyümüz budur ki, bu alət şəkli dərhal çıxardır və (fotokameranı çalışdıran) insanın burada heç bir əməyi yoxdur. Görürük ki, bu "təsvir" (surət vermək, şəkilləndirmək) növündən deyildir, əksinə bu, Allahın - Azzə və Cəllə - şəkilləndirdiyi, surət verdiyi bir şeyin surətini bu alətin vasitəsi ilə nəql etmək növündəndir. Bu şəkli çap etməkdir, surət vermək, şəkilləndirmə baxımından qulun burada heç bir əməyi yoxdur. Varid olmuş hədislər isə qulun əməyi olan və bununla Allahın yaratdığına bənzətmək üçün surət vermək, şəkilləndirmək barədə gəlmişdir. Bunu sənə daha yaxşı başa salmaq üçün: sanki sənə bir şəxs məktub yazarsa və sən onun foto alət ilə surətini çıxarsan, çıxan bu surət həmin aləti idarə edənin və onu çalışdıranın əməyi deyildir, çünki bu aləti çalışdıran ola bilsin ki, əslən yazmağı bacarmır. İnsanlar da bilirlər ki, bu, ilk yazanın yazısıdır. İkinci şəxsin isə burada heç bir əməyi yoxdur. Lakin əgər bu foto şəkilləri haram məqsədlər üçün çəkirsə, bunu çəkmək haram olur, çünki bu, haram vasitədən istifadə etməkdir. "Məcmu Fətava və Rasəil əş-Şeyx", 2-ci cild/fətva: 318
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:45 | Yazı # 6 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Burada Şeyxin də təsbit etdiyi kimi, hədislərdəki hökmün səbəbi şəkil çəkib Allahın yaratdığına bənzətməkdir. Foto şəkillərdə isə bu xüsusiyyət yoxdur. Çünki fotoşəkildəki surət də Allahın yaratdığı surətin elə özüdür və bu, bir bənzətmə deyildir. Həmin surətin isə bir vərəq üzərində həkk olunmasında heç bir insan əməyi yoxdur, bütün bunlar Allahın qoyduğu təbiət qanunlarına əsasən çalışır. Bunun üçün şəxsi bacarıq və qabiliyyət lazım deyildir. Bunu kor bir adam belə, bir ipi dartmaq vasitəsi ilə də edə bilər. Bir başqa fətvasında isə deyir: "Şəkil çəkmək iki növdür: Birinci: əl ilə şəkil çəkmək İkinci: Alət ilə şəkil çəkmək Əl ilə şəkil çəkməyə gəldikdə haramdır, hətta böyük günahlar içində ən böyük günahlardandır, çünki peyğəmbər, salləllahu aleyhi va səlləm, bunu edəni lənətləmişdir. Doğru görüşə görə bunda üç ölçülü surət ilə adi rəsm arasında heç bir fərq yoxdur, çünki hədis ümumi mənada gəlmişdir. Əgər bu təsvirdirsə, böyük günahlardandır. İnsanın isə bir başqasından özünün şəklini çəkməsinə imkan verməsi isə günahda və düşmənçilikdə köməkləşməkdirvə bu halal deyildir. Lakin alət ilə şəkil çəkməyə gəldikdə isə, bu alət kameradır. Onun vasitəsilə surət çap olunur və burada şəkil çəkənin heç bir eskiz və ya cizgi verməklə surətə təsiri olmur. Bu isə son dövr alimlər arasında ixtilaflı məsələdir. Onlardan bəziləri bunu qadağan edirlər. Bəziləri isə bunu caiz görürlər. Onlardan kim hədisin ləfzinə nəzər yetirirsə, bunu qadağan edir, çünki alət ilə şəkil çəkmək də təsvir növünə daxildir, baxmayaraq ki, bu aləti çalışdırmaqla, tərtib etməklə, neqativi yumaqla belə insanın bu surətdə bir əməyi olmur(yəni, surət həmin surət olaraq qalır). Lakin kim həmin sözün mənasına və hədisin illətinə nəzər salırsa, fotoşəkli caiz görür, çünki hədisdəki hökmün illəti Allahın yaratdığına bənzətməkdir. Alət ilə şəkil çəkməkdə isə Allahın yaratdığına bənzətmək yoxdur, sadəcə olaraq Allahu Təalənin yaratdığı surətin özünü nəql etmək (köçürmək) vardır. Bu zaman nəql edilən bu surət Allahın yaratdığına aiddir, onun bənzəri deyildir. Bunu aydınlaşdırmaq üçün deyək ki, əgər bir şəxs başqa bir şəxsin yazısını təqlid edirsə, ortaya çıxan yazı ikinci şəxsin yazısıdır, birinci şəxsin (ilk yazanın) yazısı sayılmaz, sadəcə olaraq onun yazısına bənzəmiş olur. Lakin əgər həmin yazının foto surətini çıxarsa, bu ilk şəxsin yazısı olaraq qalır, baxmayaraq ki, bu nəql etmə əməli ikinci şəxsə aiddir. Bir surəti foto alət ilə, yəni kamera ilə nəql etmək də eyni şeydir, bu surətdəki şəkilçəkmə aləti ilə nəql edilmişdir, lakin surət isə Allahın verdiyi surətdir. Ehtiyatlı davranmaq isə bundan çəkinməklə olur, çünki bu mütəşabihatdandır. Kim şübhələrdən ehtiyat edərsə, dinini və şərəfini qurtarmışdır. Lakin əgər müəyən məqsədlərdə buna ehtiyac doğarsa, məsələn şəxsiyyətin isbatı, onda heç bir eyib yoxdur. Çünki ehtiyac şübhəni qaldırır, şübhəli məsələdə isə məfsədə sabit olmamışdır və ehtiyac bu şübhəni aradan qaldırmışdır. "Məcmu Fətava və Rasəil əş-Şeyx", 2-ci cild/fətva: 313
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:48 | Yazı # 7 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Burada isə aydın olur ki, alimlərin bu məsələdəki ixtilafının səbəbi nədir?! O kəslər ki, hədisi ümumi anlamda qəbul edirlər və hədisdəki ləfzin xüsusi anlamına və ya hökmün illətinə nəzər yetirmirlər, onlara görə hər bir növ surət bura daxildir, yəni hətta fotoşəkillər belə haramdır. Bu isə fiqh üsulu qaydalarına əsaslanmayan bir hökmdür. Məsələnin həqiqətinə varanlar və fotoşəklin mahiyyətini başa düşənlər, adətən haram hökmünü tərceh etmirlər. İbn əl-Useyminin də söylədiyi kimi, burada sözün mənası və hökmün illətini nəzərə almaq lazımdır. Əgər bunlar nəzərə alınarsa, fotoşəkil ilə digər surətlər arasındakı fərq aydın görünər. Əgər bir müsəlman bu məsələni aydın başa düşərsə və fotoşəklin haram olmadığı qənaətinə gələrsə, artıq şübhələrdən uzaqlaşmışdır. Lakin, əgər kimsə bunda şübhə edirsə, ən ehtiyatlı görüşə baş vursun. Çünki şübhələrə yol vermək və ya şübhələr içində qalmaq olmaz, bu vəsvəsələr üçün şeytan yanında bir vəsilədir. Video çəkilişə gəldikdə isə bunda heç bir şübhə ola bilməz. Bu halaldır. Lakin haram məqsədlər üçün istifadə olunarsa, digər əşyalarda olduğu kimi, bunda da təhrim hökmü qüvvəyə minər. Doğrusunu Allah bilir! Bunu güzgü ilə müqayisə etmək barədə İbn Baz deyir: "Bu yazının sahibinin fətvasına görə foto şəkil ilə güzgüdəki surət eynidir. Məlumdur ki, fətva vermək şəri dəlillər barədə elmin olmasını tələb edir. Yazı sahibi özü də əvvəl də etiraf etmişdir ki, onda bu xüsusiyyət yoxdur. Onun sahib olduğu keyfiyyətlər isə -Allah ona hidayət etsin - ona fətva verməyə və elmsiz hökm etməyə əsas vermir. Ona yenə deyirik: "Sən onları (güzgü ilə fotşəkli) bərabərləşdirməkdə və müqayisə etməkdə iki tərəfdən xəta etmisən. Birinci: Foto şəkil heç cür güzgüdəki şəklə bənzədilə bilməz, çünki foto şəkil olduğu yerdən yoa çıxa bilməz və onun səbəb olduğu fitnə davam edir. Güzgüdəki surətə gəldikdə isə, o sabit deyildir. Qarşısındakının yox olması ilə güzgüdəki əks də yox olur. Bu, çox aydın bir fərqdir və ağıl sahibi bir kəs bunda şübhə etməz. İkinci: Məsum peyğəmbərdən, salləllahu aleyhi va səlləm, gələn naslar surətləri mütləq olaraq haram qılır və foto şəkillər növündən olan bütün şəkillərin, məs: paltar və divarlar üzərindəki şəkillərin hamısının haramlığını bildirir. Peyğəmbərdən, salləllahu aleyhi va səlləm, bir neçə hədisdə səhih olaraq gəlmişdir ki, o, Aişənin evində üzərində şəkillər (təmsillər) olan pərdəni gördükdə əsəbləşdi və onu aşağı dartdı və dedi: "Qiyamət günü əzabı ən şiddətli olanlar "müsavvir"lərdir. (yəni surət verənlərdir.) Bir başqa hədisdə isə deyir: "Bu şəkillərin sahiblərini - və bu arada paltarın üzərindəki şəkillərə işarə etdi - Qiyamət günü əzab görəcəklər və onlara deyiləcək: "Yaratdıqlarınızı dirildin!" Sabit olmuşdur ki, o, aleyhis-salət va səlləm, Fəth günü Kəbənin divarlarındakı şəkilləri silmişdir və bunlar da foto şəkillərin hökmündədir. Əgər biz foto şəkillərlə güzgüdəki surətlərin eyniliyini qəbul etsək belə, yenə qiyas edə bilmərik, çünki nöqsanlardan təmiz olan Şəriətdə təsdiqlənmişdir ki, dəlil olan yerdə qiyas mümkün deyildir. Usul alimlərinin və bütün elm əhlinin bildiyi kimi yalnız dəlil olmadıqda qiyas edilər." "Məcmu Fətava Şeyx bin Baz", 27/442
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını Umar - Bazar, 03.10.2010, 14:50 |
|
| |
Umar | Tarix: Bazar, 03.10.2010, 14:49 | Yazı # 8 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Qəbul etmək lazımdır ki, güzgü ilə foto şəkilləri qiyas etmək uyğun deyildir. Çünki ortada fərq vardır. Lakin eləcədə qəbul etmək lazımdır ki, foto şəkillər ilə peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanındakı şəkilləri də qiyas etmək doğru deyildir, çünki ortada açıq-aydın fərq vardır. Yenə əl-Ləcnənin bu barədə verdiyi fətvada deyilir: "Foto şəkil heç cür güzgünün qarşısında duranın orada gördüyü əks olunmuş rəsm kimi deyildir, çünki güzgüdəki xəyalidir (hərəkətlidir) və güzgü qarşısındakı adamın çəkilməsi ilə o da itir. Lakin foto şəkil isə sabitdir, adam alətin qarşısından çəkilsə də surət orada qalır və əqidədə fitnələrə səbəb ola bilər. Eləcədə şəkildəki gözəl surətlər əxlaqda fitnəyə səbəb ola bilər. Lakin bəzi hallarda zərurətin tələb etdiyi zaman fotoşəkillərdən faydalanmaq olar, məsələn pasportlara, şəxsiyyət vərəqələrinə, iqamə sənədlərinə və maşınları sürmək rüxsətində (sürücülük vəsiqələrinə) vurula bilər. Foto şəkillər sadəcə olaraq surətin çap olunması deyildir. Bu, surətləri (əks edərək) çap edən alət ilə işləməkdir. Bu isə alətlərdən istifadə edərək Allahın yaratdıqlarına bənzətmək deməkdir. Bir də təsvirin qadağan olunması ümumi mənadadır, çünki orada Allahın yaratdığına bənzətmə vardır və əqidə və əxlaq üçün təhlükə səbəbidir və bunda surətləri əmələ gətirmək üçün istifadə olunan alət və metodların fərqi yoxdur." Burada anladığımız nədir?! əl-Ləcnə özü də təsdiq edir ki, hökmün illəti Allahın yaratdıqlarına bənzətməkdir. Digər tərəfdən isə foto şəklin haram olması üçün digər səbəbləri də gətirirlər, bu isə fotoşəklin əqidədə və əxlaqda səbəb olduğu fitnələrdir. Yəni birincisi (Allahın yaratdıqlarına bənzətmə) hökmün illətidir, hədislərdə gələn lənətin, əzabın səbəbidir. İkinci isə (əqidə və əxlaqda səbəb olduğu fitnə) isə əməlin gətirib çıxardığı fəsadlar üzündən, məqsədlərin hökmünün vasitələrə də tətbiq olunmasıdır və yaxud da "sədd əz-zərai" qaydasını nəzərə alaraq hökm verməkdir. Buna iki tərəfdən cavab vermək olar. 1. Foto şəkillər qəti olaraq Allahın yaratdığına bənzətmək deyildir. Necəki bunu Şeyx ibn əl-Useymin haqqlı olaraq göstərmişdir. Əksinə bu, Allahın yaratdığı surəti nəql etməkdir, yəni köçürməkdir. Bu ikisi arasında böyük bir fərq vardır. Əgər fotoşəkillər bənzətməkdirsə, o zaman eyni hökm rəqəmsal (digital) alətlərə də aiddir. Yəni, kağız üzərində olmasa belə, rəqəmli hafizədə qalır və istənilən vaxtı ekrana çıxarıla bilər. Bunda isə kağız ilə rəqəmsal ekranın heç fərqi yoxdur. Əgər birincisi Allahın yaratdığına bənzətməkdirsə, ikincisi də bənzətməkdir. Əgər bunu qəbul ediriksə, eynilə video kasetləri və televiziya proqramlarını da qəbul etməliyik. İstər televiziya proqramı canlı olsun, istərsə repris olsun, bunun fərqi yoxdur. Doğru olan budur ki, foto şəkillər Allahın yaratdığına bənzətmək deyildir. 2. Əgər foto şəkillər əqidə və əxlaqdakı fitnəyə görə qadağan olunursa, o zaman onlardan da qabaq video kamera və televiziya qadağan olunmalıdır. Çünki video çəkilişlərin əqidə və əxlaqa təhlükəsi foto şəkillərin təhlükəsindən böyükdür. Halbuki, foto şəkilləri qadağan edənlər, videonu caiz sayırlar. Bu isə sözün əsl mənasında onların ziddiyətləridir. Çünki, fotonu qadağan etmək üçün gətirdikləri səbəblər, videoda da vardır. əl-Ləcnə yuxarıdakı sözlərindən sonra deyir: "Televiziyaya gəldikdə isə, oradakı nəğmə, musiqi, təsvir və surətlərin göstərilməsi və buna bənzər münkərlər haramdır. Orada göstərilən İslami mühazirələr, ticari və siyasi proqramlar və Şəriətdə qadağan olunmayan buna bənzər şeylər mübahdır. Əgər şər xeyirdən çox olarsa, hökmü çoxluğa görə verilər. (yəni haram olar)" Digər tərəfdən isə çox doğru deyilir ki, dövrümüzdəki Şəriət elmlərlə məşğul olanlar dünyəvi elmlərə tənə edirlər. Onlardan bir çoxu dünyəvi elmlərdə çox-çox geri qalırlar. Foto, rəqəmsal kamera və digər məsələlərdə bu alətlərin mahiyyətini anlamaq lazımdır. Əvvəlki dövrlərdə müsəlman alimləri sadəcə olaraq şəri elmlərlə məşğul deyildi, onlar tibb, riyaziyyat, astronomiya və o dövrün ən inkişaf etmiş elmləri ilə məşğul idilər. Məşhur usul alimlərindən olan İmam əl-Qarafi əl-Maliki, rahiməhullah, deyir: "...və neçə-neçə fəqihlər və hakimlər var ki, riyaziyyat, tibb və mühəndislik kimi elmlərdən cahil olduqları üçün bir çox məsələlərdə haqq onlardan gizli qalmışdır. (Elm tələbində) yüksək məqsədləri qarşısına qoyan hər bir kəs üçün bu elmlərdən imkanları qədər öyrənməyi tərk etməmək vacibdir. Mən insanların eyibləri içində, kamil olmağa qadir olanlardakı nöqsanları eyib saydığım kimi başqa heç bir eybi eyib saymıram." "əz-Zaxira", 5/506 Doğru olanı Allah bilir! Sübhənəkə Allahummə və bihəmdik, əşhədu ənlə iləhə illə ənt, Və Əstağfirullah və ətubu ileyh!
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını Umar - Bazar, 03.10.2010, 14:50 |
|
| |
|