[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » PEYĞƏMBƏRİN (S.A.S) HƏYATI
PEYĞƏMBƏRİN (S.A.S) HƏYATI
AisaTarix: Cümə, 26.09.2008, 22:08 | Yazı # 1
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Doğulduğu yer Məkkədir. Məkkədə hişam oğulları məhəlləsində Rəbiul-Əvvəl ayının 9-du və ya 12-də birinci günü səhər, 571-ci ildə (Fil ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə 22 Aprel). Məkkədə 53 il yaşadıqdan sonra Mədinəyə hicrət etmiş, orada da 10 il yaşamışdır. Hicrətin 11-ci ilində, Rəbiul-Əvvəl ayının 12-i, birinci günü, əsr vaxtına yaxın 63 yaşında dünyasını dəyişmişdir. Ənəs b. Məlik - radıyallahu anhu - deyir: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - 63 yaşında ikən dünyasını dəyişdi))1. İbn Abbas - radıyallahu anhu - deyir: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - Məkkədə 13 il, Mədinədə isə 10 il qaldıqdan sonra 63 yaşında dünyasını dəyişdi»2.Onu dünyaya gətirən (doğuşda kömək edən) Abdurrahman b. Auf - radıyallahu anhu-nun anası Amrın qızı Şifa olmuşdur. Doğumunun yeddinci günündə sünnət edilmişdir. Bu haqda üç görüş vardır: Bəziləri qeyd edirlər ki, sünnətli doğulmuşdur. Uydurma bir hədisdə rəvayət edirlər. Bu iddia ilə bağlı doğru bir rəvayət yoxdur. Bəziləri də qeyd edirlər ki, süd anasının yanında Mələklərin qəlbini açdıqları gün sünnət edildi, bəziləri də deyirlər ki, doğumunun 7-ci günü babası AbdilMuttalib sünnət etdi və ən doğru rəy də elə budur. Ona ilk xidmət edən Peyğəmbər - sallallahu aleyhi və səlləm - in atası Abdullahın xidmətçisi Ummu Əymən olmuşdur. Ummu Əymən müsəlman olana qədər yaşamış, hicrət etmiş və Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən 5 və ya 6 ay sonra vəfat etmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Zeyd b. Həris - radıyallahu anhu - ilə evləndirmişdir. Usamə b. Zeyd - radıyallahu anhu - nun anasıdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Ummu Əymən üçün: «UMMU ƏYMEN UMMİ BADƏ UMMİ Ummu Eymən anamdan sonra anamdır». Ənəs - radıyallahu anhu -rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu3. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər - radıyallahu anhum - onun süd anasını ziyarət etmək qərarma gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb dedilər: «Nəyə ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır». Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radıyallahu anhum- da ağlamağa məcbur etdi4.
Rəsulullahın atası AbdulMuttalib oğlu Abdullahdır. Məhəmmədin atası o, doğulmamışdan əvvəl, yoxsa sonra öldüyü haqqında bəzi rəylər vardır. Bu rəylərdən ən doğrusu: Peyğəmbər-sallallahu aleyhi və səlləm - in anasının bətnində ikən atasının öldüyüdür. İkinci rəyə görə, Rəsulullah - sallallahu aleyhi və səlləm - doğulduqdan 7 ay sonra ölmüşdür. Abdullah ticarət məqsədi ilə Şama gedib qayıtdıqda Mədinədə vəfat edir. DARUL NƏBİYYATUZ ZƏHRA deyilən yerdə dəfn edilir. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam haradadır?» deyə soruşdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Cəhənnəmdə». Adam getmək istədikdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - onu çağıraraq: «Heç şübhəsiz ki, mənim atamda, sənin atanda Cəhənnəmdədir» deyə buyurdu5. Anası Kilabın oğlu Zuhrənin oğlu AbdiMənafın oğlu Vəhbin qızı Əminədir. Kilab Rəsulullah - sallallahu aleyhi və səlləm - in nəsəbində 5-ci babasıdır. Bu tərəfdən Rəsulullah - sallallahu aleyhi və səlləm - in atası və anası eyni kökdən olub ikisi də Kilabda birləşirlər. Anası Əminədən sonra onu ilk əmizdirən Əbu Ləhəbin köləsi Suveybədir. Ərəblərdə o, vaxtlar yeni doğulan uşaqları əmizdirmək üçün başqa bölgələrə göndərmək adəti var idi. Bu da uşaqların daha sağlam və güclü böyümələri üçün belə edirdilər. Suveybə öz oğlu olan Məsruqla bərabər onu bir aya yaxın əmizdirdi. Həmçinin də Hamda və Əbu Sələmə b. Abduləsəd əl-Mahzumiyi də əmizdirmişdir. Hər ikisi də Peyğəmbər -sallallahu aleyhi və səlləm - in süd qardaşlarıdır. Həmçinin də Peyğəmbərin əmisi Həmzə -radıyallahu anhu - nu da əmizdirmişdir. Bundan sonra Məkkəyə Bəni Sad b. Bəkr b. Həvazin qəbiləsindən bir neçə süd əmizdirici qadınlar gəlir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu qadınlara süd verilməsi üçün təqdim edilir. Lakin yetim olduğuna görə onu götürən olmur. Buna baxmayaraq içərilərindən Əbu Zuveybin qızı Həlimə əmizdirmək üçün uşaq qalmadığından əlacsızdıqdan onu götürür. Həlimənin əri Həris b. Abdiluzzadır. Hər ikisi də Sad b. Bəkr b. Həvazin qəbiləsindəndirlər. Uşaqları Peyğəmbər - sallallahu aleyhi və səlləm - in süd qardaşları-dırlar. Abdullah, Ənisə və Qudamə (Şeymə kimi də tanınır) Peyğəmbər - sallallahu aleyhi və səlləm - in yetişməsində böyük rolu olmuşdur. Həlimə həmçinin də Əbu Sufyanı da əmizdirmişdir. Həlimənin Məkkədə olduğu o günlər qıtlıq və aclıq günləri idi. Dəvələri süd vermir, köksündə də
süd azalmışdır. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm - i öz yurduna götürdükdə Allahın izni ilə onlara bərəkət nazil olmuşdur. Qadın onu qucağına alıb əmizdirmək istədikdə köksünün südlə dolduğunu gördü. Dəvələri bol süd verməyə başladılar. Həlimə 2 ildən sonra onu süddən kəsir. Artıq böyümüş və güclənmişdir. Həlimə hər 6 aydan bir onu görmələri üçün anasının yanına gətirirdi. Süddən kəsiləndən sonra onu anası Əminənin yanına gətirir. Peyğəmbər ilə gələn bərəkətdən son dərəcə sevinc içində olan Həlimə uşağın bir müddət də yanında qalmasını xahiş edir. Əminə razı olur. Həlimə Peyğəmbər - sallallahu aleyhi və səlləm - i alaraq sevinc içində öz yurduna dönür. İki il də daha süd anası Həlimə ilə bərabər qalır. Lakin sonra baş verən Peyğəmbər - sallallahu aleyhi və səlləm - in ŞAKKISADR qəlbinin yarılması hadisəsi onları uşağı anasına qaytarmağa məcbur edir. Ənəs b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - uşaqlarla oynayarkən Cəbrail - əleyhissəlam - onun yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını çıxardıqdan sonra Peyğəmbərə: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerinə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Məhəmməd öldürüldü!» dedilər. Onun yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm - in sinəsində o, izi görmüşdüm!» dedi6. Bu hadisədən sonra Məkkəyə anasının yanına gətrilir və 2 il orada qaldıqdan sonra anası onu Mədinəyə qohumlarının, dayılarının və atasının qəbrinə götürür. Mədinədə bir ay qaldıqdan sonra geri qayıdırlar. Yolda anası xəstələnir və Məkkə ilə Mədinə arasmda olan ƏBVA adlanan yerdə dünyasını dəyişir. Anası dünyasını dəyişəndə Peyğəmbər -sallallahu aleyhi və səlləm - 6 yaşında idi.
Anasının ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib götürür. Ölənə qədər ona baxır. AbdulMuttalibin atası Haşim Şama ticarət məqsədi ilə çıxdıqda yolda Mədinə şəhərinə daxil olur. Orada Nəccar b. Adi qəbiləsindən Amr b. Zeydin evində müsafir olur. Amrın qızı Səlmanı görüb onunla evlənir. Bir müddət orada qaldıqdan sonra Səlmanı hamilə olaraq orada buraxaraq Şama getmək üçün yola çıxır. Səfəri əsnasında Fələstinin Gazzə bölgəsində vəfat edir. Sonra Səlma Mədinədə bir oğlan uşağı dünyaya gətirir. İsmini Şeybə olaraq adlandırır. Əmisi Muttalib qardaşı oğlunu görmək arzusu ilə Mədinəyə gəlir və orada Səlmanın razılığı ilə uşağı götürüb Məkkəyə gətirir. Məkkədə Muttalibi görənlər yanındakı kimdir? deyə soruşardılar. O, da göz dəyməsin deyə köləmdir - deyə cavab verərdi. Bundan sonra da insanlar onu AbdulMuttalib - Muttalibin köləsi deyə çağırmağa başladılar. AbdulMuttalibə yuxusunda Zəm-Zəm quyusunun yeri göstərilir və oranı qazmaq əmr edilir. Oğlu Haris b. AbdulMuttaliblə birlikdə o, yeri tapıb qazır. AbdulMuttalib nəzir etmişdir ki, əgər həyatda on övladı olsa onlardan birini qurban kəsəcəkdir. Dilədiyi həyata keçdikdə (on üç oğlu olduqda) o, oğlanları arasında püşk atır. Püşk də hər dəfəsində Abdullaha düşür. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in atası Abdullah, AbdulMuttalibin oğulları arasında ən gözəli, ən sevimlisi və ən iffətlisi idi. Lakin qardaşları, Qureyşlilər onu bu işdən çəkindirirlər. Buna görə də AbdulMuttalib Abdullahın yerinə 100 dəvə qurban etməyi Allaha nəzir edir. Buna görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm - həm 2 qurban edilənin İsmail və Abdullah - həm də 2 fidyə verilənin oğludur. İsmail - əlehissəlam - ın yerinə 1 qoyun, Abdullahın yerinə isə 100 dəvə fəda edilmişdir. AbdulMuttalib öldükdə Peyğəmbər - sallallahu aleyhi və səlləm- 8 yaşında idi. On yaşında olduğu da söylənilir.
Babasından sonra əmisi Əbu Talibin yanında yaşamağa başlayır. On iki yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir. Doqquz yaşında olduğu da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Peyğəmbər - sallallahu aleyhi və səlləm - in əlindən tutaraq bu aləmlərin Rəbbinin elçisidir. Bunu Allah haqq olaraq, aləmlərə rəhmət olaraq göndərib. Oradakılar: «Bunu haradan bilirsən?» deyə soruşdular. O: «Siz nə zaman ki, buraya gəldiniz bütün daşlar və ağaclar səcdəyə qapandılar. Belə ki, onlar Peyğəmbərdən başqasına səcdə etməzlər və mən onun iki kürək sümüyü arasındakı Peyğəmbərlik möhürünü də bilirəm. Bu bizim kitabımızda yazılmışdır. Yəhudilərdən ona bir zərər gələ bilməsindən qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir. Əmisi onu uşaqları ilə birlikdə Məkkəyə geri göndərir. Məkkəyə qayıtdıqdan sonra isə Peyğəmbər - sallallahu aleyhi və səlləm - Məkkə xalqının qoyunlarını otarmağa başlayır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurur: «Elə bir Peyğəmbər yoxdur ki, çobanlıq etmiş olmasın»7.

1Müslim.
2Müslim.
3Tirmizi, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.
4Müslim.
5Müslim 203, Əbu Davud 4718.
6Buxari, Müslim.
7Tinnizi 4/516, İmam Məlik 2/971, İbn Məcə 2148, Buxari 9/488, Müslim 14/5,6.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
XEDICE73Tarix: Bazar, 08.03.2009, 14:11 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Bu ümmətin Peyğəmbərinin halını düşün: Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat edənə qədər masa üzərində yemək yeməmişdi, yenə vəfat edənə qədər buğda çörəyi yeməmişdi1. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm - onun yanına gələr və buyurardı: «Yeməyə bir şey varmı?» Aişə:
«Xeyr» dedikdə o: «O halda mən bu gün orucam» deyə buyurardı2. Buna görə də Peyğəmbər -
sallallahu aleyhi və səlləm - heç bir yeməyi pisləməz, yemək bişirən heç bir kimsəni qınamaz,
mövcud olanı geri çevirməz, olmayanı istəməzdi, yeməyə görə Allaha həmd edərdi. O, bu ümmətin
Peyğəmbəri idi. Onun dərdi qarnı və yeməyi deyildi.

Daha sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gündəlik həyatında istifadə etdiyi əşyalarına baxaq. Saxsıdan düzəldilmiş kasası. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu kasa ilə su, süd və bal içərdi. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi. Əbu Cuhayfə Vəhb b. Abdullah - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Mən yaslanaraq yemək yemirəm»4. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Biriniz yemək yediyi zaman barmaqlarını yalamadıqca onları silməsin»5. Cabir - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışanı (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)»6. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman BİSMİLLƏH deyin. Qurtardığınız zaman ƏLHƏMDULİLLƏH deyin (Başqa rəvayətdə: İçərkən üç dəvə nəfəs alardı-verərdi)»7. Əbu Qatadə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Suya doğru nəfəs almağı qadağan etmişdir»8. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir»9. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızardılmış qoyun ətinin bud hissəsini çox sevərdi»10.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu qədər mallara və qənimətlərə rəğmən, Uca Allahın ona müyəssər etdiyi fəthlərə baxmayaraq miras olaraq nə bir dinar, nə də bir dirhəm buraxdı. O, sadəcə elmi miras olaraq buraxdı. O, da Peyğəmbərlik mirasıdır. Hər kim bu mirasdan bir şey almaq istəyirsə məharətlə irəli keçsin və belə bir mirasdan götürsün. Aişə - radıyallahu anhə
- rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - miras olaraq nə bir dinar, nə bir
dirhəm, nə bir dəvə buraxmadı, heç bir şey də vəsiyyət etmədi»11. Çünki onun dərdi dünya, mal,
mülk, cah-cəlal və s. deyildi. Dərdi Allahın razılığı və rəhmətini qazanmaq idi. Utbə b. Həris -
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bizə əsr namazını
qıldırdı. Namazdan sonra dərhal qalxaraq evinə tələsdi və sonra evindən çıxdı. Mən ondan bunun
səbəbini soruşdum. O: «Evdə zəkat malından bir miqdar qızıl var idi. Evimdə qalması məni
narahat etdi. Ona görə də paylaşdırdım»12. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm - müsəlman olmaq istəyənə istədiyini verirdi. Bir nəfər onun yanına
gəldi və iki dağ arasında olan qoyunları ona verdi. O, kimsə qövmünə dönərək dedi: «Qövmüm
müsəlman olun! Muhəmməd kasıblıqdan qorxmayan bir kimsənin (mal payladığı kimi) mal
verir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə, 27.03.2009, 17:09 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: Eşitdiyimə görə Fatimə (Allah ondan razı olsun) və Əlinin (Allah ondan razı olsun) Həsən və Hüseyindən başqa bir qız övladı varmış. Lakin onun barəsində bundan başqa hər hansı bir məlumatım yoxdur. Fatimə barədə, onun həyat tərzi və islam tarixində onun rolu haqqında məlumat verməyinizi sizdən xahiş edirəm.

Cavab:

Həmdü-sənalar Allaha məxsusdur.

Fatimə, insanların seyyidi, Allahın Elçisinin [Ona Allahın salavatı və salamı olsun] qızı, əl-Qüreyşi, əl-Haşimi, Həsəneynin (iki həsənin-Həsən və Hüseyinin) anasıdır. O Peyğəmbərin – [Ona Allahın salavatı və salamı olsun] göndərilməsindən qısa bir müddət öncə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbi Talibə - Allah ondan razı olsun - ərə getmişdir.

Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] onu sevir və ona hörmət edirdi.
Fatimə səbirli, dininə bağlı, səxavətli, namuslu, sadiq və Allaha şükür edən bir qul idi.
Allahın Rəsulu [Ona Allahın salavatı və salamı olsun] vəfat etdikdə ona görə hüznlənmiş və onun üçün ağlamış və demişdir: “Ey atacan, ölümün barədə Cəbrayıla xəbər veririk. Ey atam, Rəbbinin dəvətinə cavab verdin, Ey atam, əbədi məskənin Cənnətdədir”.

Allah Rəsulunun [Ona Allahın salavatı və salamı olsun] danışığına insanlar içərisində ən çox oxşayanı Fatimənin danışığı idi.

Aişənin - Allah ondan razı olsun - belə söylədiyi rəvayət olunur: “Danışığında Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sözünə Fatimədən daha çox oxşayan birini heç bir zaman görmədim”.

Fatimə Allah Rəsulunun [Ona Allahın salavatı və salamı olsun] yanına daxil olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayardı, eynilə Fatimə radiyallahu anhə ona qarşılıq verərdi.

Peyğəmbərin vəfatından sonra Fatimə altı ay yaşadı. Gecə vaxtı dəfn etdilər.

Əl-Vaqidi deyir: “Bu bizə görə ən doğru rəydir”.

Həmçinin deyir ki, Abbas onun üçün (cənazə) namazı qılmış, o, Əli və Fəzl onu qəbirə endirmişdi.

Fatimənin oğlanları Həsən və Hüseyin, qızları Ümmü Külsüm idi, Ömər ibn Xəttaba ərə getmişdi. Digər qızı Zeynəb, Abdullah ibn Cəfər ibn Əbi Talibə ərə getmişdi.

Məsruq, Aişənin - Allah ondan razı olsun – belə söylədiyini rəvayət edir:

“Fatimə Peyğəmbərin [Ona Allahın salavatı və salamı olsun] yürüdüyü tərzdə yürüyərək gəldi. Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] dedi: “Xoş gəldin, mənim qızım”. Sonra onu sağ və yaxud sol tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə ağladı. Mən ona: “Nə üçün ağlayırsan?” deyə soruşdum. Sonra o Fatiməyə gizlicə bir söz söylədi və o gülümsədi. Mən: “Bu günki kimi sevincin kədərə bu cür yaxın olduğunu görmədim”. Rəsulullahın ona nə söylədiyini soruşdum və o: “Allah Rəsulunun sirrini açmaram” deyə söylədi. Peyğəmbər vəfat etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: “O mənə dedi: “Cəbrayıl mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan”. Ona görə də mən ağladım. Sonra o dedi: “Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?”. Buna görə də güldüm.

[Buxari, əl-Mənaqib 3353]

Onun fəzilətinə dəlalət edən şeylərdən biri əl-Səhiheyndə Abdullah ibn Məsudun rəvayət etdiyi hədisdir. Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəzilərinə digərlərinə: “Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbaxtı gedib bunu gətirdi və Peyğəmbər [Ona Allahın salavatı və salamı olsun] səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və (gülərək) bir-birinə söykənirdilər və Allah Rəsulu – Ona Allahın salavatı və salamı olsun – səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi [Ona Allahın salavatı və salamı olsun] başını qaldıraraq üç dəfə: “Ey Allahım! Qüreyşi sənə həvalə edirəm' deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...”

[Buxari 233; Müslim, 3349]

Fatimənin fəzilətlərindən həmçinin Səhiheyndə rəvayət olunan Allahın Elçisinin sözüdür: “Fatimə məndən bir hissədir və kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər”,

[Buxari 3437; Müslim, 4483]

Daha doğrusunu Allah bilir.

Bax. Nuzhatul-Fudala Təhzib Siyar Ə-lamul Nübala, 1/116


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 29.04.2009, 11:55 | Yazı # 4
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Aişədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbərdən (s):
– Ühüd döyüşü günündən daha ağır bir gün yaşadınmı? – deyə soruşdum. Belə cavab verdi:
– Xalqından gələn bir çox çətinliklərlə qarşılaşdım. Rastlaşdığım çətinliklərin ən ağırı isə Aqəbə günü idi. O zaman İbn Abdyəlil ibn Abdkuləlin yanına gələrək məni saxlamasını xahiş etdim, lakin o mənim xahişimi yerə saldı. Mən də kor-peşman oradan qayıtdım. “Qarnus-səalib” adlanan yerə çatana qədər özümə gələ bilməmişdim. Bir də başımı qaldırıb gördüm ki, göydə bir bulud məni kölgəsi altına alaraq müşayət edir. Diqqətlə baxanda Cəbrayıl əleyhissəlamı buludun arasında gördüm. Məni səsləyərək belə dedi:
– Allah-taala xalqının sənə dediyi sözü və xahişini rədd etməsini eşitdi. Bunun üçün də dağlar mələyini sənə göndərdi ki, onlar barədə istədiyini bu mələyə əmr edəsən.
Bu zaman dağlar mələyi məni səslədi. Məni salamladıqdan sonra dedi:
– Ey Məhəmməd! Allah-taala xalqının sənə dediyi sözü eşitdi. Mən dağlar mələyiyəm. Rəbbim məni sənin yanına göndərdi ki, istədiyini öz əmrinlə mənə buyurasan. İstəyirsən [Məkkəni əhatə edən bu] iki dağı onların başına uçurdum?
Mən də:
– Əksinə, mən Allahın onların belindən yalnız Ona ibadət edən və Ona heç nəyi şərik qoşmayan bir nəsil yetişdirməsini istəyirəm, – deyə cavab verdim”.

( əl-Buxari və Müslim.)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 01:47 | Yazı # 5
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Daim düşüncəli idi.
Susması danışmasından uzun çəkərdi.
Lazımsız danışmazdı.
Danışdığı vaxt nə çox artıq,nə də əksik söz işlədərdi.
Dünya işləri üçün heç vaxt hirslənməz və qisas almazdı.

Ona qarşı olanları bağışlamaqla kifayətlənməz,onlara şərəf və dəyər verərdi.
Heç kimlə munaqişə etməzdi.
Çox danışmazdı.
Boş şeylərlə məşğul olmazdı.
Ümid edəni ümidsizliyə salmazdı.
Xoşuna gəlməyən bir şey haqqında susardı.
Heç kimin nə üzünə qarşı,nə də arxasınca qınamaz ve qüsurlarını deməzdi.
Heç kimin qüsurunu axtarmaz və araşdırmazdı.
Heç kimə haqqında xeyirli olmayan sözü söyləməzdi.
Yanında ən axırıncı danışanı əvvəlcə danışan kimi diqqətlə dinləyərdi.
Həmişə ciddi və təmkinli idi.
Danışarkən ətrafındakıların diqqətini cəlb edərdi.
Sözləri parıldayan inci dənəcikləri kimi xoş və aydın idi.
Yeriyərkən ayaqlarını yerdən nizamla qaldirar,sağa-sola yellənməzdi.
Addımlarını geniş atar,yüksək bir yerdən enirmiş kimi önə doğru əyilərdi.
Təmkin və sükunətlə rahatlıqla yeriyərdi.
Qapısına gəlib kömək istəyəni boş qaytarmazdı.
Dostlarına belə deyərdi: „Dünyada qərib,yaxud bir müsafir kimi ol.“
Hər zaman təbəssümlu halda olardı.
Adət üzrə işlədilən heç bir pis sözü dilinə gətirməmishdir.
Sıxıntılı hallarında kobudlaşmaz,qışqırmazdı.
Kasıblarla birlikdə yeyərdi və onlardan ayrı oturmazdi.
Sadə paltar geyinər,özünü göstərməkdən xoşu gəlməzdi.
Danışarkən üzünü başqa tərəfə çevirməzdi.
Olduğu məclisdə özünə xüsusi bir yeri seçməzdi.
Səhərlər evindən çıxarkən belə deyərdi:“ Allahın adı ilə, Allaha arxalanırıq. Güc və qüvvət Uca Allaha məxsusdur) Allahım, Sənin yolundan azmaqdan, azdırılmaqdan, insanlar qarşısında alçalmaqdan və alçaldılmaqdan, zülm etməkdən, zülm edilməkdən, başqasına qarşı cahillik etməkdən və mənə qarşı cahillik edilməsindən Sənə sığınıram“.
O RƏSULULLAH (SAV) İDİ.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 29.12.2009, 17:19 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək məsələsində insanlar bir neçə qismə ayrılmışlar. Onu sevənlərin içində ən xeyirli qrup Allahın bəsirətlərini açdığı və qəlblərini təmizlədiyi qrupdur. Bunların sevgiləri mütədildir. Sevgilərini Sünnəyə uyğun bir şəkildə ifadə edərlər. İfrat və təfritdən uzaq orta bir yolu izləyərlər. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevərlər necə ki, onu səhabələr, tabiinlər və onların yolunu qarış-qarış izləyənlərin və onlara oxşamaq istəyənlərin sevdikləri kimi.

Səhabələrin Sevgisi: Əbu Bəkr – radıyallahu anhu – deyir ki: “Gizli dəvətdən üç il keçmişdi. Əbu Bəkr – radıyallahu anhu – artıq dəvətin açıqdan edilməsi üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə çox israr etdi. Nəhayət Peyğəmbər – sallallahu aleyhi və səlləm – də açıq dəvəti qəbul etdi. Müsəlmanlardan hər biri məscidin dörd bir yanına dağıldılar. Əbu Bəkr – radıyallahu anhu – Məscidul Hərama Allaha dəvət edən ilk xatib olmaq üçün ayağa qalxdı. Müşriklər onun nə demək istədiyini başa düşdülər və həmən onun və müsəlmanların üzərinə hücum etdilər. Məsciddə münaqişə başladı. Əbu Bəkr – radıyallahu anhu – şiddətli zərbələr aldı. Utbə b. Rabia onu ayaqqabılarıyla vurmağa başladı. Hətta ağzı və üzü tanınmaz oldu. Əbu Bəkr – radıyallahu anhu – bayılmış halda evinə gətrildi. Həyatından ümüd kəsildi. Öləcəyini zənn etdilər. Lakin günün sonunda özünə gəldi. Başına gələn və harda isə həyatını itirəcəyi şiddətli bir müsibətin içində özünə gələn kimi söylədiyi ilk söz: Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə oldu? Ya Rəbbim! Həyatla ölüm arasında olan bir kimsə özünə gələn kimi: Mənə nə oldu? demir. Ən böyük həycanı, fikri Peyğəmbər – sallallahu aleyhi və səlləm – dir. Bununla da sakitləşməyərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına getməyincə heç bir şey yemərəm və heç bir şey içmərəm dedi. Qaranlıq düşdükdə anası və zövcəsi ilə birlikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu gördükdə qucaqladı, öpdü və ona çox böyük şəfqət bəslədi
(İbn Kəsir “əl-Bidayə vən Nihayə” 3/30. )

Əli – radıyallahu anhu – dan Peyğəmbər – sallallahu aleyhi və səlləm – i necə sevdiklərini soruşduqda: “Onu mallarımızdan, övladlarımızdan, ata və analarımızdan və susuzluq anında suya olan ehtiyacımızdan daha çox sevirdik” dedi
(Qadi İyaz “Şərhu Şifa” 2/40. )

Müsəlman olduqlarını söylədikdən sonra Adal və Kare qəbilələrinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dinlərini öyrətmək üçün Zeyd b. Desinə – radıyallahu anhu – və sahəbələrdən bir neçəsini göndərdi. Lakin Adal və Kare qəbilələri Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə xəyanət etdilər. Zeyd b. Desinə – radıyallahu anhu – nu Qureyşə satdılar. Öldürülmək üçün gətirildikdə Əbu Sufyan ona: “Allah xatirinə de görüm ey Zeyd! İndi sənin yerinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – olsaydı və onu öldürsəydik və sən də ailənin yanında olsaydın daha məmnun omazdınmı?” dedi. Zeyd: “Vallahi! Əsla xeyr, mən evimdə otururkən Muhəmməd – sallallahu aleyhi və səlləm – in ayağına bir tikanın batmasına belə razı olmaram” dedi. Əbu Sufyan: “İndiyə qədər Muhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələrinin Muhəmməd – sallallahu aleyhi və səlləm – i sevdikləri qədər heç kimsənin başqa birisini sevdiyini görmədim”
(İbn Hişam “Sıra” 2/72. )

Musab b. Umeyr – radıyallahu anhu – əlində bayrağ olduğu halda öldürülüncəyə qədər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önündə vuruşdu”(İbn Hişam “Sıra” 2/73. )

Ummu Umarə – radıyallahu anhə – adlı bir qadın da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına qədər gəldi və yaralanıncaya qədər onun yanında və önündə vuruşdu”(İbn Hişam “Sıra” 2/81. )

Uhud günü Muhəmməd – sallallahu aleyhi və səlləm – in öldüyü xəbəri Mədinədə hər tərəfə yayıldıqda Ənsardan bir qadın çölə çıxdı. Dörd cənazə ilə qarşılaşdı. Bunlar kimdir? deyə soruşdu. Sənin atan, qardaşın, sənin ərin və oğlundur, dedilər. Düşün, kimləri itirdiyini? Qadın: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə nə oldu?” dedi. Ona: “Yaxşıdır ey Ummu Filan! Allaha həmd olsun ki, sağdır” dedilər. Qadın: “Onu mənə göstərin ona baxmaq istəyirəm” dedi. Qadın qaçaraq getdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən başqa heç bir fikri yox idi. Nəhayət onu gördü və dedi: “Artıq bundan sonra mənim üçün heç bir müsibətin önəmi yoxdur. Anam, atam sənə fəda olsun Ya Rəsulullah! Sən ölümdən qurtuldunsa artıq mən heç bir şeyin fikirini çəkmərəm”( İbn Hişam “Sıra” 2/95, “əl-Bidayə vən Nihayə” 4/47. )

İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bəşərə aid olan bütün sevgi və hörmət Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək və saymaq kimi ancaq Allahı sevmək və hörmətə bağlı olarsa caizdir. Çünkü bu sevgi və hörmət onu göndərən Zatı sevməyi və Ona hörmət göstərməyi tamamlayan bir sevgi və hörmətdir. Çünki onun ümməti onu Allah sevdiyi üçün sevərlər, Allah onu ucaltdığı üçün ucaldır və hörmət göstərərlər. O, halda bu sevgi Allah üçün olan bir sevgidir. Eyni şəkildə elm və iman əhlini sevmək də səhabələri sevmək və onlara hörmət göstərmək də Allah və Rəsulunu sevməyin bir nəticəsidir”(Cəlaul Əfham Fis Saləti vəs Səlam Alə Xayrul Ənam” s. 297. )

İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Allahı qullarına ən böyük neməti və ən qiymətli hədiyyəsi onlara Peyğəmbərlərini göndərməsi, kitablararını endirməsi və doğru yolu onlara açıqlamasıdır. Əgər bu nemət olmasaydı onlar vəhşi heyvanlar, hətta daha aşağı mətrəbədə olardılar. Yer üzündə yaşayanların Peyğəmbərlərə olan ehtiyacları onların günəşə, aya, küləyə və yağışa olan ehtiyacları kimi deyildir. İnsanın yaşamağa olan ehtiyacı kimi deyildir. Gözün işığa, bədənin yeməyə və içməyə olan ehtiyacı kimi deyildir. Bilavasitə bunlardan daha böyük və hər cür təqdirdən və ağla gələn hər şeydən daha şiddətli bir ehtiyacdır. Çünki Peyğəmbərlər Allahın əmrləri və qadağaları mövzusunda insanlarla Allah arasında vasitədirlər, Allah ilə qulları arasında elçidirlər. Onların sonuncusu, ən böyüyü və Rəbbi qatında ən dəyərlisi Muhəmməd b. Abdullahdır. O: “Ey insanlar! Mən ancaq hidayət edilmiş bir rəhmətəm”. Allah: “Biz səni aləmlərə rəhmət olaraq göndərdik”. Uca Allah onu Qiyamətin önündə bir müjdəçi, bir nəsihətçi, Allahın izni ilə Allaha dəvət edən, bir qəndil və nur olaraq hidayətə və haqq din ilə göndərdi. Allah Peyğəmbərliyi onunla sona çatdırdı, onunla sapıqlıqdan hidayətə sövq etdi, cəhalətdən onunla qurtardı, bağlı gözləri, kar qulaqları, bağlı qəlbləri onun Peyğəmbərliyi ilə açdı. Yer üzü qaranlıq ikən onunla işıqlandırdı. Qəlblər parça-parça ikən onunla birləşdi”(Məcmuu Fətava” 19/100-101. )

Bir Müşrikin Etirafi: Hudeybiyyə sülhündə müşriklər tərəfindən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə müqavilə bağlamağa gələn Urvə, səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – i necə sevdiklərini belə açıqlayır: “Sonra Urvə tərəfdarlarının yanına qayıdaraq: Ey qövmüm! Mən bir nümayəndə kimi çox padşahların – Qeysərin, Xosrovun, Nəcaşinin və s. hüzurunda olmuşam. Padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovcuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtür, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edirdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar. Həqiqətən o, sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!”(Buxari, Muslim. )

Tabiin Və Sonra Gələnlərin Sevgisi: Sabit əl-Bunani Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi olan Ənəs b. Məlik – radıyallahu anhu – nu görəndə ona doğru yönələr və əllərini öpər və deyərdi: “Bu əllər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə toxunan əllərdir”. Dəməşq Məscidinin İmamı Yəhyə b. Həris, Vəslə b. Əskaya deyərdi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu əllərləmi beyət etdin?”. O: “Bəli,” dedikdə ona: “Ver əlini öpüm” dedi. Vasilə əlini verir, Yəhyə də öpərdi”(Məcmauz Zəvaid 12798. )

Həsənul Bəsri – rahmətullahi aleyhi - kötük hadisəsini insanlara danışır və deyirdi: “Ey müsəlmanlar! Bir odun parçası Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə qovuşmaq arzusu ilə inildəyir. Siz onu gözləməyə daha layiqsiniz”(Siyeru Aləmin Nubela 4/570. )

Muhəmməd b. əl-Muqtədir deyir ki, nə vaxt İmam Məlik – rahmətullahi aleyhi - dən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir hədisini soruşsaydıq ağlayar, hətta ona acıyardıq”(Siyeru Aləmin Nubela 5/354,355. )

İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Mənim əməl etmədiyim heç bir hədis rəvayət etmədim. Hətta Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Hicama etdiyini və bu iş üçün Əbu Teybəyə bir dinar pul da verdiyini öyrəndim. Mən də Hicama etdim və bu işi edənə bir dinar verdim”(Xatib “Cami” 2/34-45)

İmam ət-Tucibi – rahmətullahi aleyhi - deyir ki: “Kim Peyğəmbər – sallallahu aleyhi və səlləm – i xatırlayarsa və ya onun yanında xatırlanarsa xuşu içində olması, boyun əyməsi, əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – yanında olsaydı onun heybətindən və böyüklüyündən necə olacaqdırsa o cür də olması lazımdır”. Muhəddis İmam AbdurRahman b. Mehdi – rahmətullahi aleyhi - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisini oxuduğu zaman yanında olanlara susmalarını əmr edər və: “Səsinizi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səsindən çox qaldırmayın” deyərdi. Bu ayəni onun sözü eşidildikdə necə susmaq lazımdırsa onun hədisi oxunduğu zaman da susmaq lazımdır deyə təvil edirdi”.
Ey Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevdiyini iddia edən kimsə... Ey onu sevdiyini zənn edən kimsə... “Allaha itaət edin, Peyğəmbərə itaət edin” ayəsini heç düşündünmü? “Ona itaət etsəniz hidyət olarsınız” ayəsini heç düşündünmü? “Kim mənə itaət edərsə Allaha itaət etmiş olar” hədisini heç düşündünmü? Sevgi insanın səmimiyyətinin və himməsinin açıq dəlilidir. Kim Allah və Rəsulunu sevərsə himməsi və səmimiyyəti də yüksək olar. Sevən və sevilənlərdən olar. Kim bir şeyi sevərsə onu tez-tez xatırlayar. Kim malı sevərsə onun Sələfi Qarundur, kim məqam və dərəcələri sevərsə onun Sələfi Vəlid b. Muğirədir, kim övladlarını sevərsə onun Sələfi Qaysdır, kim də qəlbini böyük və kiçik bir şeyə bağlayarsa Allah da onu o, sevdiyi şeyə həvalə edər (bağlayar). Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi: “Kişi sevdiyi ilə bərabərdir”(Buxari 10/557, H. 6169, Muslim 2640, 2034. )

Allah – subhənəhu və təalə - bizləri Allah və Rəsulunu sevənlərdən və Onların sevgisini qazananlardan etsin. Amin!
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!

--------------
"RƏSULULLAH SEVGİSİ VƏ ONUN ƏLAMƏTLƏRİ" kitabndan


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə axşamı, 31.12.2009, 14:11 | Yazı # 7
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
1. Uca Allah buyurur: "Quranı da aramla oxu!" (əl-Muzzəmmil, 4)

2. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) üç gündən tez Quranı xətm etməzdi. (Tirmizi rəvayət etmişdir. Səhihdir)

3. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qiraətini hər ayənin sonunda bitirərdi. "Həmd olsun aləmlərin Rəbbi Allaha" deyər və sonra durar, sonra "Mərhəmətli və Rəhmliyə" sonra yenə durardı. (Tirmizi rəvayət etmişdir. Səhihdir)

4. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyərdi: "Quranı səsinizlə bəzəyin. Çünki gözəl səs Quranın gözəlliyini daha da artırır". (Səhih Əbu Davud)

5. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Quranı oxuduqda səsini (Quran uzatmalarına) uyğun şəkildə uzadardı. (Əhməd rəvayət etmişdir. Səhih hədisdir)

6. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xoruzun banlamağını eşitdikdə oyanardı. (Buxari və Muslim)

7. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (döşənməmiş yer olmadıqda) ayaqqablarını çıxarmadan namaz qılardı. (Buxari və Muslim)

8. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sıxıntı gəldiyi zaman namaz qılardı. (Əhməd və Əbu Davud rəvayət etmişdir. Səhihdir)

9. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) namazda oturduqda əllərini dizlərinin üzərinə qoyar, sağ əlinin baş barmağına bitişik barmağını qaldırıb dua edərdi. (Muslim)

10. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sağ əllinin barmağını tərpədərək dua edərdi. (Nəsəi rəvayət etmişdir. Hədis səhihdir). (Namazda oturarkən baş barmağın yanındakı barmağını tərpədərək) deyərdi: "Bu şeytana dəmirdən daha da ağır gəlir". (Əhməd rəvayət etmişdir. Hədis həsəndir).

11. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (namazda) sağ əlini sol əlinin üzərinə qoyar və sinəsinə tutardı. (Hədisi İbn Xuzeymə "Səhih" kitabında və digərləridə ravəyət etmişdir. Tirmizi hədisin həsən olduğunu bildirmiş. Bu hədisi İmam Nəvəvi Muslimin şərhində qeyd etdikdən sonra demişdir: əlləri göbəyin altına qoymaq barəsində olan hədisin zəifliyində alimlər müttəfiqdilər).

12. Dörd məzhəb alimləri bu söz üzərində ittifaq ediblər. Hədis səhih olarsa mənimdə məzhəbim odur. Buna görə namazda barmağı tərpətmək, əlləri sinənin üzərinə qoymaq onların məzhəbidir və bu namazın sünnələrindəndir.

13. Namazda şəhadət barmağını tərpətməyin sünnə olmasını İmam Malik və başqaları və bəzi Şafeilər, necəki Nəvəvinin əl-Məzhəb kitabında (3/454), həmçinin Cəmiul-Usul kitabının muhaqqiqi zikr etmişdir (5/404).

14. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yuxarıda zikr olunan hədisdə barmağı tərpətməyin hikmətini bəyan etmişdir. Həqiqətən barmağı tərpətmək Allahın təkliyinə işarət edir və bu şeytana dəmir zərbəsindən də ağırdır. Çünki şeytan tovhidə nifrət edir. Müsəlman peyğəmbərin sünnəsinə tabe olmalı və sünnəsini rədd etməməlidir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Məni necə namaz qılan görürsünüzsə o cürə də namaz qılın". (Buxari)

15. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sağ əli ilə təsbih edərdi. (Hədisi ət-Tirmizi və Əbu Davud rəvayət etmişdir. Səhih hədisdir).

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Bazar, 23.05.2010, 00:31 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyğəmbərimizin gülməsi də, ağlaması da bənzər idi. Qəhqəhə ilə gülmədiyi kimi, yüksək səslə bağıraraq da ağlamazdı. Gözləri yaşarar ta ki, göz yaşları tökülərdi. Köksündə inilti hiss edilərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - gülməzdi, yalnız təbəssüm edərdi (Başqa rəvayətlərdə: Səhabələr Peyğəmbər - sallallahu aleyhi və səlləm -in azı dişləri görününcəyə qədər güldüyünü görmüşlər)1. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in ağzının içi görününcəyə qədər (qəhqəhə ilə) gülərkən görmüş deyiləm
. Onun gülməsi sadəcə təbəssüm etməkdən ibarətdi2. İbn Ömər - radıyallahu anhu - rəvayət edir ki, Sad b. Ubadə - radıyallahu anhu -nun xəstəliyi ağırlaşmışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə bərabər Abdurrahman b. Auf, Sad b. Əbu Vaqqas və İbn Məsud - radıyallahu anhum - olduğu halda onu ziyarətə gəldilər. Yanına girdikdə o, bayılmışdı. Peyğəmbər: «Öldümü?» deyə soruşdu. Ordakılar: «Xeyr, Ya Rəsulullah!» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ağladı. Səhabələr Peyğəmbər -sallallahu aleyhi və səlləm -in ağladığını gördükdə onlar da ağladılar. Peyğəmbər: «Yaxşı dinləyin! Allah göz yaşı və könül hüznüylə insanlara əzab etməz. Fəqət (dilinə işarə edərək) bunun üzündən əzab və ya rəhmət edər» deyə buyurdu3. Usamə b. Zeyd - radıyallahu anhu - rəvayət edir ki, biz Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanında olduğumuz zaman qızlarından biri (Zeynəb) Peyğəmbər- sallallahu aleyhi və səlləm -i çağırmaq üçün bir xəbərçi göndərdi. Peyğəmbər -sallallahu aleyhi və səlləm -ə öğlunun ölüm üzrə olduğunu xəbər verdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızının göndərdiyi elçiyə: “Onun (Zeynəbin) yanına qayıt və xəbər ver ki, Allahın aldığı, verdiyi hər bir şey də Allaha aiddir. Hər şey Allah qatında müəyyən bir qədər ilədir. Səbr etsin və savabını Allahdan umsun”. Elçi geri qayıdaraq xəbəri çatdırdı. Bu dəfə (Zeynəb) Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə xəbər göndərərək yenidən gəlməsini təmənna etdi. Bu xəbərdən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - qalxdı və onunla birlikdə Sad b. Ubadə, Muaz b. Cəbəl - radıyallahu anhum - da qalxdılar. (Zeynəbin) evinə gəldilər. Uşaq peyğəmbərə verildi. Körpə artıq can verirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gözü yaşla doldu. Sad b. Ubdə: «Ya Rəsulullah! Bu (ağlamaq) nədir?» deyə soruşdu. Peyğəmbər: «Bu göz yaşı Allahın qullarının qəlblərində qoyduğu bir rəhmətdir. Allah qullarından ancaq mərhəmətli olanlara mərhəmət edər» deyə buyurdu4.
Bu gülər üzlü və mərhəmətli bir insan olmasına baxmayaraq Allahın haqları tapdanıldığı zaman Peyğəmbər - sallallahu aleyhi və səlləm -in üzü dəyişərdi. Aişə - radıyallahu anhə - rəvayət edir ki: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in döyüşə çıxdığını gördüm. O, vaxtı mən kənarları saçaqlı bir yataq örtüyü almış və onu qapı üzərinə asmışdım (Başqa rəvayətdə: Qanadlı at şəkili olan bir örtük). Peyğəmbər - sallallahu aleyhi və səlləm - qayıtdıqda bu pərdəni gördü. Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in bunu xoşlamadığını üzündən hiss etdim. Peyğəmbər -sallallahu aleyhi və səlləm - pərdəni çəkdikdə onu cırdı, hətta yerindən qopardı və: «Şübhəsiz ki, Allah bizlərə divarın daşını və torpağını belə surətlə olan pərdə ilə örtməyimizi əmr etmədi» deyə buyurdu (Başqa rəvayətdə: Ya Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düçar olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır5)6.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN GECƏ İBADƏTİ VƏ
AĞLAMASI
Gecə qaranlığı hər tərəfi bürümüşkən Peyğəmbər - sallallahu aleyhi və səlləm - hər tərəfi namaz ilə işıqlandırırdı. O, Allahı zikr edir, gecəni təhəccüdlə keçirir, göylərin və yerin Rəbbini səsləyir, bütün işlərin açarı əlində olana dua edir. «Ey (libasına) bürünmüş Peyğəmbər. Gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! Həm də aramla, ağır-ağır Quran oxu!» (əl-Muzəmmil 1-4). Peyğəmbər sallallahu aleyhi və səlləm - ayaqları şişənə qədər namaz qılardı. Ona: «Ey Allahın Rəsulu! Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün bu qədər ibadət edirsən?». O: «Mən Allaha şükr edən bir qul olmayımmı?» deyə buyurdu7.
İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - bütün sünnətləri və nafilələri, xüsusilə də gecə ibadələrini evində qılardı. Onun bu sünnəti məsciddə qıldığı heç bir şəkildə nəql edilmiş deyildir. Evdə nafilə ibadətlərinin qılınmasının bir çox faydaları vardır: Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sünnətinə tabe olmaq, ev əhlinə namazın necə qılındığını öyrətmək, zikr və Quran oxumaq səbəbiylə şeytanların qovulması, ixlaslı olmağı və riyakarlıqdan uzaq edir.
O, Allaha çox ibadət edənlərdən idi. O, namaz qılarkən, Quran oxuyarkən, Quranı dinləyərkən, Rəbbinə dua edərkən ağlayardı. Bunun isə qəlb incəliyindən, qəlb təmizliyindən Uca Allahın əzəmətini bilməkdən, Ondan qorxmaqdan başqa bir səbəbi yoxdur. Mutarrif b. Abdullah b. əş-Şihhir - radıyallahu anhum - deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına daxil oldum. Namaz qılırdı. Ağlamaqdan köksündən uğultu kimi səs gəlirdi»8. İbn Məsud -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənə: «Mənə Quran oxu!» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Quran sənə nazil olmuşkən sənə Quranmı oxuyum» dedim. Peyğəmbər: «Mən onu başqasından dinləməyi sevirəm» deyə buyurdu. Mən ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: «Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman nə cür olacaq» (ən-Nisa 41) ayəsinə qədər oxudum. Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə baxdıqda gördüm ki, gözündən yaşlar axır»9.
Ağ saçları haqqında soruşaq. Onun şərəfli dilindən bu ağ saçların nə üçün ağardığını öyrənək. Əbu Bəkr - radıyallahu anhum - rəvayət edir ki: «Ey Allahın Rəsulu! Saçlarına ağ düşüb» dedim. Peyğəmbər: «Hud, Vaqiə, Mursələt, Ammə Yətəsə Alun, İzəş Şəmsu Kuvvirat surələri saçlarımı ağartdı» deyə buyurdu10.

1Tirmizi.
2Buxari.
3Buxari 1304, Müslim 924.
4Müslim 923.
5Müslim 2108.
6Müslim 2107.
7İbn Məcə.
8Əbu Davud.
9Buxari.
10Tirmizi.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 02.08.2010, 23:45 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
YA RESULELLAH! ALEMLERE REHMET OLARAQ GONDERILDIN .SENDEN COX SONRA YASASAQ VE SENI GORMESEKDE ,SENI QELB QOZU ILE SEYR EDIRIK . BIR YASINDASAN... BENI-SED YURDUNDASAN, YOXSA QADINLAR SUD ANASI OLMADI SENE. BU UZDENMI BULUDLAR DA QEZEBLIDIR ? BIR DAMLA YAGIS ENDIRMIR SEMADAN . QITLIQ HOKUM SURUR BENI-SED YURDUNDA .YANLIZ SENE ASIQ OLAN BIR BULUD VAR GOY UZUNDE. INSANLAR DUA EDIR,ALLAHDAN YAGIS YAGDIRMASINI DILEYIR. HEZRET HELIME SENI UCAGINA ALIB , RAHIBININ YANINA APARIR.BEREKETLI VUCUDUNDAN ILHAM ALAN TITREK ELLER , UMID DOLU GOZLER UCA SEMAYA DIKILIR .XIRDA , MESUM GOZLERINLE GOYLERE BAXIRSAN , BASIN UZERIND SUZEN KICIK BULUD BOYUYUR- BOYUYUR VE SEMADAN YAGIS ENDIRIR YER UZUNE .AMMA INSANLARIN BIR COXU BILMIR BUNUN SEBEBINI .COXLARI TANIMIR SENI. ALTI YASINDASAN…ARTIK MEKE YOLUNDASAN .YANINDA EZIZ ANAN UMMI EYMEDIR ,ATANIN MEZARI USTUNE GELIB YETIMLIYINI HISS EDIRSEN. BU AZMIS KIMI , ECEL EZIZ ANANA AMAN VERMEDEN SENDEN AYRI SALIR. CANIM SENE FEDA OLSUN ,YA RESULALLAH! ANASIZ GIRIRSEN MEKKEYE. BABAN EBDUL MUTELLIB TAMAM BASQA CUR SEVIR SENI ,EMIN EBU TALIB DE EYNILE.YA RESULALLAH ,MEKKELI USAQLAR “ANA!” DEYEREK SESLENIRDILERMI SENIN YANINDA? ONLAR “ANA” DEYINCE SEN YEREMI BAXARDIN? MEKKE SENIN KEDERLI GUNLERINI YASATDI OZUNDE. NECE GECE “ANA” DEYEREK NALE ETDIN ? YA RESULALLAH! SENIN DE YERINE ‘ANA” DEDIK ANAMIZA.SENIN DE YERINE “ATA” DEDIK ATALARIMIZA. IYIRMI BES YASINDASAN… KIMSEYE BENZERIN YOXDUR SENIN . NUR YAQIR MUBAREK SIMANDAN. ARTIQ MUHEMMED EMINSEN(S.A.S.) OTUZ UC YASINDASAN … DALQA-DALQA REHMET VE BEREKET YAQIR VUCUDUNA. OTUZ BES YASINDASAN… HAYDI GEL BU QEDER GOZLETME OZ ASIQLERINI.QELBLER ARTIQ DOZMUR INTIZARINA. HAYDI GEL ,EY YAR! NUR DAQINA DEVET VAR.ARTIQ QIRX YASINDASAN..CEBRAIL ENIR SEMADAN.HER YERDEN SALAM VE SALAVAT GONDERILIR SENE. BES NIYE BU QEDER INCITDILER SENI?! NIYE BU QEDER ISGENCE VERDILER SENE? HIMAYESIZ QALDINMI DEYE ? KEBEDEKI AQLAR SESIN GELIR QULAQLARIMIZA,YASLI GOZLERIN GELIR GOZLERIMIZIN ONUNE. MEKKE KUCELERINDE BIRI SENE TEREF YUYURUR.KIM OLA BU? BU MUHEMMEDIN S.A.S. QIZI FATIMETUZ-ZEHRADIR E. IMAMLAR, OVLIYALAR ANASI, KICIK ELLERI ILE ATASININ YASLI GOZLERINI SILIR. YA RESULALLAH NE UCUN CIXARDILAR SENI EL-OBANDAN? SENI KIMIN HIMAYE EDECEYINI BILMIRDILER? SENI YETIM TAPARAQ EZIZLERINE QOVUSDURANI, ALEMLERE REHMET OLARAQ GONDERENI TANIMIRDILAR? ONLAR KAHIN, MECNUN, SEHIRBAZ SAIR DE DEDILER SENE.AMMA SEN SEBR EDIB YENEDE SUSDUN.DISLERINI QICAYIB ,,SENI BIZIM ELIMIZDEN KIM QURTARACAQ?” –DEYE SORUSDUQDA SEN “ALLAH HER SEYDEN UCA VE EZEMETLI OLAN ALLAH!” DEDIN. SEN ALLAH ! DEDIKCE ERS LERZEYE GELDI. “ALLAH!” DEDIKCE BEDIRDE GOYDEN BES MIN MELEK ENDI.YUZ IYIRMI BES MIN SEHABE ,,ATAM-ANAM SENE FEDA OLSUN!” DEDI. ALTIMIS UC YASINDASAN.. DOST DIYARINA SEFER TEDARUKU GORERKEN SENE BIR XIRQE HEDIYYE OLUNDU.AMMA SEHABELERDEN BIRI “ONU MENE VER” DEYE XAHIS ETDIKDE BIR SOZ DEMEDEN ONA VERDIN.SEN YENE DE YAMAQLI XIRQENI GEYINDIN.DOST DIYARINA QOVUSMAQINA TEK BIR HEFTE QALDI,HEMIN XIRQEDEN BIRINIDE TIKDILER.AMMA ONU GEYINMEK NESIB OLMADI SENE. BIR VAXTLAR MALIK IBN ENESE DEMISDIN; “MENI GORMEDEN MENE IMAN GETIRENLERI GORMEYI COX ISTERDIM” CANIMIZ SENE FEDA OLSUN ,YA RESULALLAH . GORMEDEN SENE IMAN GETIRDIK,HALALINI HALAL ,HARAMINI HARAM BILDIK OZUMUZE. BIZ DE SENI COX GORMEK ISTERDIK, BUNA UMUDIMIZ VAR. KOVSER HOVUZUNDA ALLAHDAN BIZIM SEFAETIMIZI DILE, YA RESULALLAH!

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Bazar ertəsi, 02.08.2010, 23:52
 
medineTarix: Çərşənbə axşamı, 03.08.2010, 14:16 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ASSALAMU ALEYKUM

XEDICE73, BACI MASALLAH

ALLAH RAZI OLSUN


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 03.08.2010, 17:43 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
medine, VAALEYKUMASSALAM BACIM!

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » PEYĞƏMBƏRİN (S.A.S) HƏYATI
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru