[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » NAMAZ (namazları vaxtında və gözəl bir şəkildə qılaq)
NAMAZ
AisaTarix: Bazar, 14.09.2008, 22:24 | Yazı # 1
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Sübh namazına necə qalxa bilərəm?

Müsəlmanların hal-hazırkı vəziyyətinə nəzər yetirən kəs onların bir çox şeyi yerinə yetirmədə qüsur və etinasızlıq etdiklərinin şahidi olacaq. Bunların arasında əlbəttə ki, hamının laqeydliklə yanaşdığı və ondan qafil olduğu sübh namazı da vardır. Bəli, biz sübh namazının başqa namazlar kimi dinin sütunlarından biri olduğunu bilirik. Əlavə olaraq bunu da deməliyik ki, sübh namazının müsəlman fərdin ehtiyac hiss etdiyi bir çox fəziləti və faydası vardır. Onlara daxildir:

Həqiqətən, sübh namazı imanın ölçülərindən hesab olunur. Əbu Hüreyrə Rəsulullahdan (s) belə bir hədis rəvayət edir: “Münafiqlərə sübh və işa namazından ağır gələn namaz yoxdur. Əgər onlar o namazlarda olan xeyr və fəziləti bilmiş olsaydılar ona sürünə -sürünə olsa belə gedərdilər”.

Bundan əlavə, bu namazda başqa namazlardan fərqli olaraq mühüm bir amil mövcuddur. Bir şəxs yuxudan qalxıb sübh namazını qılmaq üçün məscidə getdiyi zaman nəfsi üzərində böyük qələbə çalmış olur. Bununla o, Allahın əmrini onu yatmağa və namazı tərk etməyə çağıran istəyindən üstün tutur. Habelə o, bununla öz şeytanı üzərındə qələbə çalır. Bundan başqa bunun insana digər bir faydası da budur ki, o, bundan sonra gün boyu asanlıqla onu Allahın əmirlərinə müxalifət etməyi və Allahın qadağa qoyduğu əmirləri yerinə yetirməyi əmr edən nəfsi, şeytanı və istəkləri üzərində qələbə çala bilər.

Habelə müsəlmanların sübh namazına olan istəyi onları qələbəyə yaxınlaşdırır. Çünki onlar həmin namazın əhəmiyyəti və müsəlmanların ona olan ehtiyacına dəlil olaraq kifayt qədər səbəblər əxz edirlər. Keçmiş hökumət işlərinin birində işləyən israilli məsul şəxslərdən birinin dediyi kimi, onda böyük fəzilətlər vardır. O, belə demişdi: “Biz etiraf edirik ki, müsəlmanlarla aramızda müharibə olacaq. Mən ondan soruşdum: “Bəs bu müharibə nə vaxt olacaq?” O, mənə belə cavab verdi: “Bu, müsəlmanlar cümə namazına getdikləri kimi sübh namazına gedəcəkləri zaman baş verəcək”.

Yəhudilər müsəlmanların sübh namazına başqa namazlar kimi həvəslə yanaşdıqları zaman onların qəlblərində buraxmış olacaq böyük təsirdən xəbərdardırlar. Bu və xatırlatmağa imkan tapmadığımız fəzilətlərlə yanaşı sübh namazı ilə bağlı digər yönü həll edə biləcək başqa xüsus mövcuddur.

Bu yön bir çox müsəlmanın qılmaq istəmələrinə baxmayaraq, sübh namazını qıla bilməmələri şikayəti ilə bağlıdır. İndi biz müsəlmanda sübh namazını qılmaq üçün güc verəcək bəzi nüansları qeyd etməyə çalışacağıq. Təbii ki, bütün bunları Allahın kitabı Peyğəmbərin (s) pak sünnəsi, sələfi-salihinin və başqalarının ibrətli sözlərindən götürmüşük. Bütün bunları aşağıdakı kimi sıralamaq olar:

1) Allahdan qorxmaq və çəkinmək

2) Günahlardan uzaq durmaq

3) Allahdan günahların bağışlanmağını istəmək

4) Gün boyu saleh əməllər etmək

5) Saleh, doğru niyyət

6) Təmiz şey üzərində yatmaq

7) Yatmadan əvvəl iki rükət olsa belə namaz qılmaq

8) Yatmadan əvvəl zikr etmək

9) Ona kömək edəcək vasitələrdən istifadə etmək

Yuxarıda göstərilənləri aşağıdakı kimi izah edə bilərik:

1. Allahdan qorxmaq və çəkinmək: müsəlman nəinki Allahın ona əmr etdiyi hər hansı bir işdə qüsur və ifrata varmalı, işin içində olduğu zaman belə qəlbində Allah qorxusunu hiss etməlidir. Ola bilsin ki, bu qorxu hissi həmin şəxsi doğru niyyətli böyük bir əmələ sövq edə bilər. Bu da onun daima sübh namazını vaxtında qılmağa sövq edər. Təbii ki, bu haqda danışdığımız zaman biz əməl etdikləri zaman belə qəlblərində Allah qorxusu olan səhabələrin və digər saleh insanların həyatından misal gətirməyə ehtiyac hiss edirik. Hz. Əbu Bəkir ® belə deyib: “İstərdim ki, mömin bir qulun yanında ona yaxın bir saç teli olum”. Hz Əbu Bəkir haqqında deyirdilər: “O, daima dilini boş söz söyləməkdən qoruyar və deyərdi: “Mənə yalnız bu dil bədbəxtlik gətirə bilər”.

Bundan başqa Hz. Ömər ® Tur surəsini oxuyub oradakı “Rəbbinin əzabı mütləq gələcək” ayəsinə çatdığı zaman elə ağlayardı ki, bu, onda xəstəliyə səbəb olmuşdu. Onun üzündə ağlamaqdan qara izlər meydana gəlmişdi. Eləcə də Osman ibn Əffan ® haqqında deyilir ki, o, qəbrin başında duraraq ağlayar və deyərdi: “Sanki Cənnət və Cəhənnəm arasındayam. Amma hansı birinə girməyim əmr olunacağını bilmirəm. Kaş ki, mən hansına girəcəyimi bilmədən əvvəl kül olub sovrulaydım”. Hz Əli ® onun barəsində deyirdi: “Osman çox ağlayan, Allahdan çox qorxub çəkinən bir səhabə idi. Abdullah ibn Abbas ® barəsində isə bunları deyirlər: “Onun gözünün altında qara izlər vardı. Sanki tələyə düşüb ağlayan ceyran kimi ağlayıb sızlayırdı”.

Əbu Zərr ® deyirdi: “Kaş ağac olaydım, kaş heç yaradılmayaydım”.

2. Günahlardan uzaq durmaq: günahın həm dünyada həm də axirətdə cəzası olub insanı günahlara sövq edəcək təsirləri vardır. Günahın təsirlərindən biri bəndəni sübh namazından məhrum etməkdir. Bundan başqa günah insanı itaətdən məhrum edir. İnsanın günah işləməsi onu itaətdən uzaqlaşdırdığı kimi, həm də növbəti dəfə itaət etmənin qarşısını alır. Bununla da itaətə aparan yollar bir-birinin ardınca kəsilməyə başlayır. Bu sanki zərərli bir şey yeyib xəstələnən adamın halına bənzəyir və bu xəstəlik ona daha ləziz yeməklər yeməyə maneçilik törədir. Günahlar da belədir. O, insanı Allaha və axirət həyatına yaxınlaşmaqdan məhrum edir. Ona mane olur, onun qarşısını kəsərək, onu Allaha bir addım belə yaxınlaşmağa qoymur. Günah Allahla olan əlaqəni aradan qaldırır və ruzinin gəlməsinə mane olur. Qəlb öz gücü ilə Allaha yaxınlaşarkən günahlarla xəstələndiyi zaman Ona aparan güc get-gedə zəifləməyə başlayır. Əgər qəlb bütünlüklə Allahdan qırılarsa, onu yenidən müalicəsi demək olar ki, qeyri-mümkün olur. Allah bizi bu bəlaya düşməkdən qorusun.

3. Allahdan günahların bağışlanmasını istəmək: müsəlman günah işləməmək üçün səy göstərərsə belə bəzən bir və ya daha çox günah edə bilir. Buna görə də o, daima Allahdan günahlarının bağışlanmasını diləməlidir. Əks təqdirdə bu, onu həm dünyada həm də axirətdə cəzalanmasına səbəb ola bilər. İnsan daima gün boyu etdiyi günahlara görə Allhadan günahlarının bağışlanmasını istəməlidir. O, günah etməsə belə bunu etməlidir. Buna dəlil, təbii ki, Peyğəmbərin (s) həyatıdır. Belə ki, Peyğəmbər (s) hər gün bəzən 70 dəfə Allahdan günahlarının bağışlanmasını istəyirdi.

Ənəs ibn Malik rəvayət edir ki, bir gün Peyğəmbər (s) buyurdu: “Sizə xəstəliyinizi və o xəstəliyin əlacını deyimmi? Diqqətli olun, günahlar sizin xəstəliyiniz, Allahdan günahlarınızın bağışlanmasını istəməniz isə o xəstəliyin dərmanıdır”. Abdullah ibn Yasir deyib: “Rəsulullahın belə dediyini eşitdim: “Əməl dəftərində istiğfarı (bağışlanma diləmə) çox olan şəxs necə də xoşbəxtdir!”.

Loğman (Ona salam olsun!) oğluna belə deyirdi: “Ey oğlum! Daima dilini “Allahım günahlarımı bağışla” duasına öyrəşdir. Həqiqətən, Allahın elə saatları vardır ki, o zaman Allah heç bir dua edənin duasını geri qaytarmaz”.

Ribah əl-Qeys belə deyib: “Mənim ədalətsizliyim və 40-a yaxın da günahım var .Hər bir günah üçün hər gün yüz min dəfə Allahdan bağışlanmağımı istiyirəm”. Əbu Hüreyrə ® yeni yazmağa başlayan tələbələrinə belə deyirdi: “Allahdan Əbu Hüreyrənin bağışlanmasını istəyin” və o, onların dualarından məmnun olurdu”.

4. Gün boyu savablı işlər görmək: çünki bu, müsəlmanın sübh namazına qalxmasına kömək edir. İbn Cövziyyənin dedikləri buna bir sübutdur: “Həqiqətən, itaətlər savab olana səbəb olar. İtaət itaəti doğurar. O zaman qul etdiyi itaətlərdən ayrıla bilmir. Günahlar da eynən özü kimi günahlara səbəb olar”. Sələf alimlərinin bəzisi belə deyib: “Pisliyin aqibəti pislikdir. Saleh işlər də belədir. Əgər bir qul savab olan bir əməli etdiyi zaman dərhal onun ardından başqa bir yaxşı işi də görər. Bu, ardıcıllıqla davam edər. Bu zaman qulun həm bu dünyada həm axirətdə qazancı iki qat artıb yaxşılıqları get-gedə çoxalar. Pisliklər də dediyimiz kimidir. O zaman itaətlər və günahlar insanın dəyişilməz obrazı, ona xas sifəti və ayrılmaz mülkiyyəti olur. Əgər saleh insan Allaha itaət etməkdən uzaqlaşarsa, bu, onun qəlbində bir sıxıntı əmələ gətirər, yer-göy ona dar gələr və o, özünü dənizdən çıxarılmış balıq kimi pis hiss edər. Dənizə qaytarıldığı zaman sakitləşib rahatlıq tapar”.

Buna görə biz sübh namazına qalxmaq istəyən hər bir şəxsi gözəl işlər görməyə çağırırıq. Ola bilsin ki, bu əməllərdən hər hansısa biri sübh namazı ilə fəzilət qazana bilər

5. Doğru, saf niyyətli olmaq: Mömin şəxs yatmadan əvvəl niyyətini təzələməlidir. O, sübh namazına qalxmaq niyyətində olub –olmamasını götür-qoy etməlidir. Çünki niyyət hər bir əməldə mühüm amillərdən biridir. Hz. Ömərin ® rəvayət etdiyi hədisdə deyilir: “Əməllər niyyətlərə görədir”. Hər bir şəxsə etdiyi niyyətin qarşılığı vardır. Niyyət təkcə iş zamanı deyil, işdən qabaq edilməlidir. Mömin şəxs sübh namazı ilə bağlı olaraq öz niyyətinin doğru olub olmadığını araşdırmalı və öz-özündə, həqiqətən, sübh namazına durmaq istəyib istəməməsini özünə sual verməlidir.

6. Təmiz bir şey üzərində yatmaq: bu, müsəlmana nəinki sübh namazına qalxmağa, həm də gecə namazını qılmağa kömək edir. Bu haqda sübh namazına qalxmaq niyyəti ilə yanaşı təmiz bir şey üzərındə yatmanın əhəmiyəti haqda hədislər mövcuddur. İbn Ömər ® deyib: “Rəsulullah belə buyurub: “kim təmiz bir şey üzərində yatarsa, onun örtüyünün yanında bir mələk yatar. O, yuxudan qalxana qədər mələk Allaha yalvarar: “Ey Rəbbim! Bu qulunu bağışla, o, həqiqətən, təmiz olaraq gecələyib”.

7. Gecə namazına qalxmaq: Allah təala belə buyurur: “Gecə vaxtı qalx və nafilə namaz qıl ki, Rəbbin səni layiq olduğun məqama çatdırsın”.

Səhl ibn Sə`d rəvayət edir ki, bir gün Cəbrayıl (Ona salam olsun!) peyğəmbərimizin yanına gələrək, ona belə dedi: “Ey Məhəmməd! İstədiyin kimi yaşa, onsuzda bu dünyadan köçəcəksən. İstədiyini et, onsuzda etdiklərinin mükafatını alacaqsan. İstədiyini sev, onsuzda bir gün ondan ayrılacaqsan. Bil ki, möminin şərəfi gecə namazını qılmasındadır. Onun şərəfi isə insanlara möhtac olmamasıdır”.

Bu səbəbdən də biz də hər bir müsəlmanı bu işə başlayarkən yatmadan, ya da gecə namazına qalxmaq niyyəti ilə iki və daha çox rükət sayı olan namazı qılmadan əvvəl başlanğıc üçün bir rükət olsa belə namaz qılmamış gecə namazına qalxmamağı məsləhət görürük. Bundan sonra o, vitr namazını qıla bilər. O, bununla gecə namazına qalxmış kimi onun savabını qazanır. Lakin hər bir müsəlman bu namaza başlamadan əvvəl bu namaza özünü hazırlayıb öyrəşdirməli, bunu ya namazlarının rükətlərinin saylarını artırmalı, ya da onu gecənin son üçdə birinə saxlamalıdır. Peyğəmbərin (s) həyatına nəzər saldıqda onun gecə namazına necə həvəs göstərdiyinin şahidi oluruq. Bildirdiyimiz kimi, gecə namazının müsəlmanlar üçün böyük fəzilətləri vardır. Ümumiyyətlə, gecə qalxmaq müsəlmana sübh namazını vaxtında qılmağa kömək edir.

8. Yatmadan əvvəl zikr etmək: müsəlmanın təmiz bir şey üzərində yatması, gecə namazına qalxmaq üçün niyyət etməsi və yatmadan əvvəl Allahı zikr etməsi onun yuxusunu ibadətə və Allaha itaətə çevirir. Bu da ona başqa ibadətləri xüsusilə gecə namazını vaxtında yerinə yetirməyə kömək edir. Yatmadan əvvəl edilən zikrin fəziləti haqda Cabirin ® Peyğəmbərdən (s) rəvayət etdiyi bu hədis dəlil ola bilər: “Bir şəxs yatmağa gedərkən mələk və şeytan onu izləyər. Mələk ona deyir: “Gecəni xeyirlə tamamla”. Şeytan isə: “Gecəni şərlə tamamla” deyər. Həmin şəxs Allahı xatırlayaraq, yatarsa, mələk onu sübhə qədər qoruyar. Yuxuda oyandığı zaman mələk ona “Sübhü xeyirlə başla” deyərək, müraciət edər. Şeytan isə “Sübhü şərlə başla” deyərək, ona vəsvəsə verər. Əgər o, yuxuda onu öldürməyib nəfsini ona qaytaran, yeri-göyü sütunsuz saxlayan Allaha həmd edib bu imanla ölərsə, Cənnətə girər”. Hədisdən məlum olur ki, mələk yatmadan əvvəl Allahı zikr edib yatanı qoruyar, mühafizə edər.

Həmçinin, Allahı zikr edəninin sübh namazına durma ehtimalı zikr etməyən quldan daha çoxdur. Bizin istəyimiz şey sizə yatmadan əvvəl Allahı çoxlu zikir edib onu xatırlamağı məsləhət görməkdir. Bunun da qeyd edək ki, insanlar üçün yatmadan əvvəl peyğəmbərimizdən rəvayət olunan bir çox zikr və dua mövcuddur. Bu dualar və zikrlər bir çox hədis və dua kitabında yer alır.

9. Kömək edəcək vasitələrdən istifadə etmək: bu, insanın bu işdə istifadə edəcəyi zəngli saat ola bilər. Ya da daima sübh namazına qalxmağı vərdiş halına gətirən dostların köməyindən istifadə etmək olar. Bunu ya onun yanına getməklə ya da telefon vasitəsi ilə ya da sübh namazını camaatla qılmaq istəyən hər bir şəxs üçün münasib olan hər bir vasitə ilə gerçəkləşdirmək olar.

/aljazeera/


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
SelefTarix: Çərşənbə axşamı, 16.09.2008, 05:40 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Terk olunan namazları qeza etmek lazımdır, yoxsa?

Sual: Terk etdiyimiz namazları nece qeza edek?

Cavab:
Hemd Allaha mexsusdur.

Birincisi: Allah teala Ona melum olan sebeblerden dolayı ibadetler üçün xüsusi vaxtlar teyin etmişdir. Biz onların bezisine beledik, lakin onlardan bezileri bize gizlidir. İstenilen halda bizim üzerimize düşen mesuliyyet onlardan möhkem tutmaqdır. Şerietde icaze verilen üzrler istisna olmaqla o sebeblere qarşı heddimizi aşa bilmek bize caiz deyil.

Bir insan namazı buraxarsa, o iki haldan xali olmur:

1. O namazı yuxuya getmek ve yaxud unutmaq kimi sebeblerden dolayı buraxmışdır. Bu halda ona günah yoxdur, lakin oyandıqda ve yaxud yadına düşende buraxdığı namazı qeza etmelidir.

Enes ibn Malikden radiyallahu anhu revayet olunmuşdur ki, peyğember sallallahua aleyhi ve sellem buyurmuşdur: “Kim namazı unutsa, xatırlayan kimi derhal onu eda etsin, çünki onun bundan başqa keffaresi yoxdur”. El-Buxari (572) ve Müslim (684) revayet etmişdir. Müslimde ziyade var: “Yatıb qalarsa”.

Müslim (684) hemçinin revayet etmişdir: “Sizden kim (namazdan) yatıb qalarsa ve ya onu unudarsa (ondan qafil qalarsa), (namaz) yadına düşende onu eda etsin. Çünki Allah teala buyurur: “Meni anmaq üçün namaz qıl!” (Ta-He 20:14)

2.O namazı heç bir üzr olmadan buraxmışdır; daha doğrusu namazın vaxtı çıxana kimi tenbellikden ve etinasızlıqdan namazı terk etmişdir. Müselmanların ittifaqı ile (yekdil reyi ile) bu günahdır. Böyük günahlardan böyüyünü etmişdir.

Alimler arasında olan iki reyden daha doğru (sehihine) olanına göre bunu (namazı) qeza etmesi doğru deyil ve o tövbe etmeli ve peşman olmalı, bunu bir daha etmemeye qerar vererek bunda ezmli, qetiyyetli olmalı ve çoxlu saleh emeller görmeli ve çoxlu nafile (elave) namazlar qılmalıdır.

İbn Hezm demişdir: Namazın vaxtı çıxana kimi namaz qılmağı bilerek, qesden terk edene geldikde, o bunu heç zaman qeza ede bilmez, ona göre de o adam çoxlu xeyirli emeller etmeli ve çoxlu nafile namazlar qılmalıdır ki, onun terezisi (yaxşı emeller) qiyamet gününde ağır gelsin ve o tövbe etmeli, Allahdan bağışlanma istemelidir. Sitatın sonu. (El-Muhelle 2/235)

Bu hemçinin Ömer ibn el-Xattab ve oğlu Abdullahın ve Sad ibn Ebi Vaqqas, Salman, İbn Mesud, el-Qasım ibn Muhemmed ibn Ebi Bekr, Bedil el-Aqili, Muhemmed ibn Sirin, Mutarrif ibn Abdullah, Ömer ibn Abdul Ezizin reyidir. Hemçinin Davud el-Zahiri ve İbn Hezm bu reyde olmuşdur. Şeyx ul-İslam ibn Teymiyye ve el-Şövkeninin üstün tutduğu rey de beledir. Müasir alimlerden el-Albani, İbn Bez, İbn Üseymin ve digerleri bu reyi tercih etmişdirler.

Onlar aşağıdakıları delil olaraq getirmişdirler:

Allah tealanın kelamı (tercüme menası): “Namazınızı qıldıqdan sonra ayaq üste olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda ise, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlere belli vaxtlarda ferz (vacib) edilmişdir”. (el-Nise 4:103)

Onlar demişdirler: Namaz üçün teyin olunmuş bir vaxt var ve delil olmadan bunu başqa bir vaxtda eda etmek olmaz.

Peyğemberin sallallahu aleyhi ve sellem sözleri: “Kim namazı unutsa, xatırlayan kimi derhal onu eda etsin, çünki onun bundan başqa keffaresi yoxdur”.

“Xatırlayan kimi derhal onu eda etsin, çünki onun bundan başqa keffaresi yoxdur”-sözlerinin menası beledir: Yadına düşdükden sonra o namazı eda etmekde tenbel davranarsa, o zaman bu keffare sayılmır, ele ise unutmadan ve yaxud yuxuya getmeden bile-bile, qesdle namaza laqeyd yanaşanın halı nece olar? Hetta daha çox ehtimal var ki, o halda keffare teşkil etmeyecekdir ve bu namazı qeza etmesinin ona heç bir faydası olmayacaqdır.

Çünki Allah her bir ferz namaz üçün mehdud bir vaxt teyin etmişdir, onun başlanğıcını ve sonunu müeyyen etmişdir, ona göre de sanki bu namazları hemin müeyyen olunmuş vaxtdan evvel, ne de sonra eda etmek sehih deyildir. (El-Muhelle, 2/235)

İbn Hezm demişdir: “Hemçinin, namazı qeza etmek delile esaslanmaldır ve Allah tealanın Öz Resulunun sallallahu aleyhi ve sellem dili ile emr etdiklerinden başqa bir şeyi şerietde buyurmaq olmaz. O kesler ki “namazı qesden terk eden onu qeza etmelidir”-deyirler, biz onlardan xahiş edirik ki, bize söylesinler: “Bu (ona qılmasını söylediyiniz bu namaz) Allah terefinden emr olunmuş namazdır yoxsa başqa bir namazdır? Onlar eger bunun Allah terefinden emr olunan namaz olduğunu söyleseler, o zaman biz onlara deyirik: “Ele ise namazı qesden terk eden asi deyil, çünki o Allahın ona buyurduğunu etmişdir ve sizin dediyinize göre bunda bir günah yoxdur ve namazın vaxtı çıxana kimi onu qesden buraxan insanın üzerinde bir qebahet, günah yoxdur. Bununla bele bu ele bir şeydir ki, heç bir müselman söyleye bilmez. Onlar eger bunun Allah terefinden buyurulan bir namaz olduğunu söyleseler, o zaman biz deyirik: “Siz doğru söylediniz ve bu kifayetdir, çünki onlar etiraf edirler ki, onlar ona Allah terefinden buyurulmayan bir şeyi etmeyi demişdirler. Sitatın sonu.” (El-Muhelle 2/236)

Namazı qeza etmelidir söyleyenler, namazı unudan ve yaxud yatan ile qiyas ederek bu reye gelmişdirler ve onlar deyir ki, eger unudan kes namazı qeza etmelidirse, o zaman qesden edenin bunu qeza etmesi daha çox güman ediliir.

Menim cavabım budur ki, iki hal arasında qiyas yoxdur, çünki namazı qesden terk eden günah edir, lakin unudan üçün ise bu hökm tetbiq edilmir, ele ise günah eden ile günah etmeyen arasında qiyas nece ola biler ki?

Eş-Şeukeni rahimehullah demişdir:
İbn Teymiyye demişdir: “Bununla razı olmayanlar-yeni namazı qeza etmelidir söyleyenler-öz mübahiselerini desteklemek üçün heç bir delilleri yoxdur. Onların ekseriyyeti deyir ki, aydın (yeni) bir emr (delile esaslanan) olmayınca o bunu qeza etmemelidir, lakin bu veziyyetde bu cür emr yoxdur. Biz namazı qeza etmeyin vacibliyi baresinde mübahise etmirik; daha doğrusu biz qeza olunacaq namazın ondan qebul olunub-olunmaması, vaxtında eda edilmeyen namazın sehih yoxsa sehih olmaması barede mübahise edirik. O bu meseleni uzun-uzadı müzakire etmişdir ve Davud ve onunla razılaşanlar terefinden qeyd olunan reyi götürmüşdür. Mesele (iş) onun zikr etdiyi şekildedir, çünki bu meseleni men etraflı tedqiq etmişem ve namazı qesden terk edenin namazı qeza edeceyinin ferz olmasını bildiren heç bir etibarlı delile rast gelmedim”. Neyl el-Euter (2/26)

Daha üstün (racih) rey-ve Allah daha yaxşı bilir-beledir ki, namazı qesden terk eden onu qeza etmemelidir, eksine Allahdan bağışlanma istemeli ve tövbe etmelidir.

İbn el-Qeyyim Allah ona rehmet etsin bu meseleni, münaqişeni etraflı müzakire etmişdir ve her iki terefin delillerini es-Salet (namaz) adlı kitabında (seh.67-109) yoxlamışdır.

Fayda: Şeyx ul-İslam İbn Teymiyye demişdir: “Namazı qeza etmelidir deyen alimler, qeza etmekle hemin insanın günahlarının ondan silineceyini demirler, eksine onlar deyirler ki, qeza etmekle onun günah yükü yüngülleşir, lakin namazı buyurulmuş vaxtında eda ememek ve yaxud gecikdirmeyin günahı (texire salmaq) ya tövbe etmek ya da xeyir emeller etmekdir ki, günahı silsin ve yaxud cezaya mane olmaq üçün diger şeyler etmekdir. Sitatın sonu”. Minhec el-Sünne (5/233)

Muhammad Saleh elMuneccid



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 16.09.2008, 11:48 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Namaz islamın şəhadətdən sonra ən mühüm dayağıdır.
İbn Ömər (r.a.) Peyğəmbərin -səllallahu alşyhi və səlləi- belə dediyini rəvayət edir: «İslam beş dayaq üzərində bina edilmişdir: Allahdan başqa ibadət haqqı olan ilahın olmamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq!» (hədisi Buxari və Müslim rəvayət etmişdir).

Namaz Uca Allahın əmridir:
«(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!» («əl-Bəqərə», 43 və ya bax: «əl-Bəqərə» 83, 110; «İbrahim», 31; «əl-Həcc», 78).
«Həmçinin: "Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"» («əl-Ənam», 72).
Namaz Uca Allaha itaətdir: «(Fərz, vacib) namazlara, (xüsusi ilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)» («əl-Bəqərə», 238).
Namaz qurtuluşa, nicata vəsilədir: «Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, bəlkə nicat tapasınız!» («əl-Həcc», 77).
Namaz doğru yolda olmanın əlamətidir: «O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar…» («Loğman», 4-5).
Namaz qılana cənnət mücdəsi, Allah mükafatı vardır: «Namaz qılanlar istisnadır. O kəslər ki, daim namaz qılarlar; … Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər- məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!» («əl-Məaric», 22-23, 34-35 və ya bax: «əl-Bəqərə», 277; «ət-Tövbə», 112; «əl-Həcc», 34-35, 41; «ən-Nəml», 2-3; «Fatir», 29-30; «əş-Şura», 36-38 ).
Namaz Allahdan kömək istəmək üçün vasitədir: «(Müsibət vaxtında) səbr və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («əl-Bəqərə», 45 və ya bax: «əl-Bəqərə»,153).
Namaz möminliyin əlamətidir: «Möminlər yalnız o kəslərdir ki, … namaz qılar və verdiyimiz ruzidən sərf edərlər. Onlar həqiqi möminlərdir…» («əl-Ənfal», 2-4 və ya bax: «ət-Tövbə», 71; «ən-Nəml», 2-3).
Namaz Allahın rəhmətini qazanmağa səbəbdir: «Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə, sizə rəhm olunsun!» («ən-Nur», 56).
Namaz insanı pis əməllərdən çəkindirir: «(Ya Məhəmməd!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər» («əl-Ənkəbut», 45).
Namaz qılmamaq təhlükəlidir, şirkə apara bilər: «(Ya Məhəmməd! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!» («ər-Rum», 31).
Namaz hər bir atanın öz övladına etməli olduğu mühüm nəsihətidir, nidasıdır: «Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə» («Loğman», 17).
Namaz hər bir ailə başçısının öz əyalına edəsi əmridir: «Əhlinə namaz qılmağı əmr et, özündə ona (namaza) səbrlə davam et…» («Ta Ha»,132).
Namaz Allahın haqqıdır, Onun üçün qılınır: «De: "Mənim namazım da, ibadətimdə, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür…"» («əl-Ənam»,162; və ya bax: «əl-Kövsər», 2).
Namaz günahları yuyar: «…Həqiqətən (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparır…» («Hud», 114).
Namaz qılana mane olana Qüdrətli Allah cəhənnəm əzabını vəd edir: «Gördünmü o kimsəni ki, mane olur, bir bəndəyə namaz qıldığı vaxt? … Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik …» («əl-Ələq», 9-19).


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Şənbə, 20.09.2008, 13:01 | Yazı # 4
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
DUANIN EDEBLERI
Duanın ədəbləri
Dua edərkən qul əvvəlcə Allaha həmdü-səna etməli, Rəsuluna səlatu-səlam göndərməlidir. Fudalə bin Ubeyd rəvayət edir ki, “Rəsulullah ilə əyləşmişdik. Bir adam içəri girərək dua etməyə başladı. Hz.Muhamməd ona dedi: “Sən dua edərkən tələsdin. Duadan öncə Allaha həmd et və mənə səlatu-səlam et. Ey namaz qılan, belə dua et, duan müstəcəb olacaqdır.” (Tirmizi)
Dua edərkən Allaha günahları etiraf və iqrar etmək lazımdır. Günahları etiraf qulun Allaha ixlasla yönəlməsinin göstəricilərindəndir. Yunus (ə) da bu hal ilə dua etmişdi: “…Amma sonra qaranlıqlar içində: “Səndən başqa İlah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam.” (Ənbiya 87)
Əzm və israrla dua etmək lazmdır. Hədisi-şərifdə Allah Rəsulu (s) buyurmaqdadır: “Sizlərdən biri dua edərkən dua etdiyi məsələdə əzm göstərsin. Heç zaman deməsin ki, Allahım istəsən ver. (Həm də bilsin ki,) Allah məcbur deyil.” (Buxari və Müslim)
Dua edərkən dəstəmazlı olmaq, qibləyə yönəlmək ,əlləri qaldırmaq və hüzur içərisində olmaq. Bu halda dua etmək qəlbin hüzurunu təmin etməkdə, sədaqət, istiqamət və ixlas üzərində olmağa yardım etməkdədir. Abdullah bin Zeyddən ® rəvayət olunur: “Allah Rəsulu yağış yağması üçün namazgaha gəldi və dua etdi., qibləyə yönəldi əllərini qaldırdı.” Musa əl-Əşəri ® rəvayət edir ki, “Rəsulullah Hüneyndən qurtarmış və dua etmişdi. Dəstəmaz almış və əllərini qaldıraraq demişdi: “Ey Allahım Ubeyd bin Amiri bağışla” (Ravi deyir ki,) Mən onun qolunun altının ağlığını gördüm.” (Buxari. Müslim)
Aşağı səslə və gizli dua etmək. Allah Qur`anda buyurmaqdadır: “Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları sevməz” (Əl-Ə`raf 55) Hədisdə də buyurulir: “Dua edərkən səsinizi qısaldın. Dua etdiyiniz sizə yaxındr, eşidəndir. O, hər şeyi eşidən və biləndir. (Buxari)
İddialı dəbdəbəli duadan çəkinmək. Dua acizliklə, yalvarılaraq, boynu bükük olaraq edilər. İbn Abbas dostlarından birinə nəsihət edərək deyir: “Dua edərkən ş`er formasından (qafiyəli) çəkinin. Mən Allah Rəsulunun zamanında yaşadım. O, qafiyəli duadan əshabını çəkindirərdi.” (Buxari)
Müstəhəb vaxtları aramaq və və bu zamanlarda dua etmək. Beş vaxt fərz namazlardan sonra, əzan oxunanda, əzan və iqamə arasında, gecənin üçdə birində, cümə günündə, Ərəfə günündə, yağış yağanda səcdədə və Allah yolunda çıxarkən dua etmək müstəhəb zamanlarda edilən dualardandır.
Bəddua etməkdən uzaq olmaq. Allah Rəsulu belə buyurur: “Özünüzə, övladlarınıza, malınıza bəddua etməyin. Duanın qəbul edildiyi vaxt var ki, lənət oxuyarkən dua yerinə keçər və qəbul olunar.” (Müslim)

Добавлено (20.09.2008, 12:09)
---------------------------------------------

DUA VE YALVARISIN GUCU
Gecələr tərtəmiz qara örtüyü ilə bütün varlığı “örtdüyü” bir vaxtda bəzi qaranlıq ruhlu insanlar tənhalığa qapılırlar. Halbuki ən qaranlıq vaxtlarda, ən tənha yerlərdə, ən kimsəsiz çöllərdə belə, O, bizimlə birlikdədir. O, qəriblərin dostu, kimsəsizlərin kimsəsi, çarəsizlərin çarəsidir. O, özünü sevənləri əsla tək qoymaz.

Qəlbi sınıq olanların dərdinə dərman göndərən, mənəvi sıxıntılarla qıvrılanların ruhlarını şənləndirən Odur. İstiqamətini Ona çevirən, yalnız Onun qapısını döyən, yalnız və yalnız Ona yalvaran muradına çatmışdır. Vicdanlarında Onu tanıyanların bilib-öyrənəcəkləri heç nə qalmamışdır. Onu tanıyanların ruhlarında depressiyaya, tənhalıq sindromuna yer yoxdur. Onu tanımayanlar isə cansız bədən kimidirlər. Ona inananların varlığı bütövlükdə şəffaflaşır, onların əşya və hadisələrə qarşı duyğuları saflaşır. Bu saf duyğu və düşüncələr onları Ona yaxınlaşdırır. Ona yalvarmağı bacaranlar, bu yalvarışları həyatlarında düstura çevirənlər dünyanın ən bəxtəvər insanlarıdır.

Səadətə gedən yolun Onu tanımaqdan keçdiyini bil və özünü tənha hiss edəndə bütün mənliyinlə Ona yönəl, qəlbinin qapılarını Ona aç, kiçik-böyük bütün dərdlərinə dərmanı Ondan istə, arzu-diləklərini Ona bildir. Acı və iztirablarının sakitləşdiyini, ruhunun hüzura qovuşduğunu yalnız onda hiss edəcəksən.

Bəlkə, sən Onu gözlərinlə görə, qulaqlarınla eşidə bilməyəcəksən. Ancaq O öz varlığını hər an, hər dəqiqə sənə hiss etdirəcək, sənə yaxın olduğunu ruhuna daddıracaq.

Gecənin ən qaranlıq vaxtında isti yatağından qalx, əllərini aç və Ona yalvar, bütün varlığınla Onun hüzuruna çıx, qəlbindəki sirləri bir-bir Ona aç, dərdinə dərman dilə, Onun hüzurunda inlə, göz yaşlarında boğul. Ruhunun oyandığını, könül dünyana doğru qapıların açıldığını görəcəksən. Səhər yuxudan qalxanda özünü havada hiss edəcəksən, buludların üstü ilə uçacaqsan. Yüngülləşəcəksən. Özünü cənnət yamaclarında gəzirmiş kimi rahat və hüzurlu hiss edəcəksən. Bu yaşam tərzini həyatında düstura çevirdikcə ömür boyu güləcəksən. Hər gecəni dua ilə işıqlandırmağa çalışacaqsan.

Onu itirən heç nəyin sahibidir, Onu tapan hər şeyə malikdir…

Добавлено (20.09.2008, 12:38)
---------------------------------------------

ALLAHI ANMAQ — (ZIKR ETMƏK)
İnsan öz sevdiyi insanın razılığını qazanmaq istədikdə, onun xoşuna gəlməyi arzu etdikdə görüşə ən gözəl paltarlarını geyir və ən gözəl şəkildə hazırlaşır. Həmin şəxsə hədiyyə vermək fikrində olanda, ən qiymətli və ən gözəl bir şey alır və ya özündə olan ən qiymətli bir şeyi ona bağışlayır. Qarşılığında alacağı mükafat və ya əldə edəcəyi bir şey çox böyükdürsə, var gücüylə əlindən gələni edir ki, o şeyə nail olsun.
Allahu Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam halda qəbul edir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib. Hud surəsinin 7-ci ayəsində Allahu Təala buyurur ki; ((Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.))
Allahu Təalanın insanlara verdiyi bəlalarda hikməti, onların ən gözəl işlər görənləri ilə pis işlər görənləri ayırmaqdır. Bütün ayələrdə Allahu Təala bildirir ki, hansı insanlar ən gözəl əməl edəcəklər, ən çox əməl deyil.
Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır.
((Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!)) (Əl-Bəqərə, 152)
((O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): «Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Əl-İmran, 191)
((O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə'ninə tə'riflər deyib şükür et!» buyurdu.)) (Əl-İmran, 41)
((Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!))(Əl-Əraf, 205)
((Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.)) (Əl-Muzəmmil, 8)
Bunun kimi bir çox ayələrə rast gəlmək olar. Bəs Allahı zikr etməyin, Onu daim xatırlamağın faydası nədir?!
Allahı zikr etməyin aşağıdakı faydaları vardır:
1) Şeytanı qovur, onu əzir və sındırır;
2) Rəhman olan Allahı razı salır;
3) Qəlbdə olan sıxıntı və kədəri aparır;
4) Könüldə sevinc və fərəh hissləri oyadır;
5) Ürəyi və bədəni bərkidir;
6) Qəlbi və sifəti nurlandırır;
7) Ruzinin gəlməsinə səbəb olur;
8) Cabirdən rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurub: " Kim Sübhənallahi və Bihəmdihi deyərsə, ona, cənnətdə bir xurma ağacı əkilər» ;

Добавлено (20.09.2008, 12:55)
---------------------------------------------
NAMAZIN QILINMASI ICIN QADAGA OLUNAN YERLER!

Murdar yerlər;

Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tutmaqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müstəsnadır);

Hamam və tualetdə;

Dəvə saxlanılan yerdə;

Добавлено (20.09.2008, 13:00)
---------------------------------------------

NAMAZDA BEYENILMEYEN EMELLER (MEKRUHLAR)

Yuxarı baxmaq;

Səbəbsiz yerə başı döndərmək;

Namazdan yayındıran şeylərə baxmaq;

Əlləri belə qoymaq;

Səcdədə dirsəkləri yerə qoymaq;

Gözləri yummaq;

Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);

Ortalığa yemək qoyulduğu zaman;

Eyni rək'ətdə Fatihəni təkrar oxumaq;

Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.

Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırmalamaq;

Çiyni açıq namaz qılmaq;

Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;

Namaz qılanın qabağında sütrənin [Təqribən dirsək hündürlüyündə olan ağac və ya ona bənzər əşyanın qoyulması] olmaması;

Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;

Rükuda olarkən belin və qolların düz olmaması;

Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;

Səcdə zamanı başla dizlər, həmçinin dirsəklərlə bel arasında məsafə (boşluq) qoymamaq.

Camaat namazında imamdan qabaq hərəkət etmək.

Rüku və səcdədə Quran oxumaq.

Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.

NAMAZI BATIL EDEN EMELLER!

Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);

Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək;

Namaz əsnasında bilərəkdən artıq (namaza aid olmayan) danışmaq və ya hərəkət etmək;

Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üstdə duruşların) və qüudların (oturuşların) sayını artırmaq;

Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bilərəkdən pozulduğuna görədir.

Bilərəkdən namaz əsnasında bir şey yemək və ya içmək;

Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır).

Bilərəkdən tələffüz olunan rükn [ilk təkbir, Fatihə surəsi, sonuncu təşəhhüd, salamlar] və vacibləri [ilk təkbirindən sonrakı təkbirlər, «Səmi-Allahu limən həmidəh», «Rabbənə və ləkəl həmd», «Sübhanə Rabbiyə-l-Azım», «Sübhanə Rabbiyə-l-Ə'lə», «Rabbi-ğ-firli», ilk təşəhhüd] dili tərpətmədən (qəlbdən keçitrməklə) yerinə yetirmək.

Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt su tapılsa.


NAMAZIN SERTLERI!

Namaz qılmaq, həddi-büluğa çatmış, ağlı başında olan hər bir müsəlmana vacibdir.

Təharətli olmaq (dəstəmazlı və ya zərurət olduqda qüsllü, və ya onları əvəz edən təyəmmümlü olmaq);

Hər namazı vaxtında qılmaq;

Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;

Ayıb yerlərini (övrəti — Kişi üçün göbəkdən dizə qədər, qadın üçün isə əl və üzdən başqa bədənin hər yerini) örtmək;

Qibləyə tərəf durmaq.

Hər namaz üçün (qəlbdə) niyyət etmək

Добавлено (20.09.2008, 13:01)
---------------------------------------------

NAMAZ

İslamın beş şərtindən ikincisi namazdır. Namaz hicrətdən bir il yarım öncə “Merac” gecəsində fərz qılınmışdır. İmandan sonra fərzlərin ən önəmlisi sayılan namaz ruhun, qəlbin mənəvi qidası, insanı Allahın hüzuruna ucaldan bir ibadətdir. Peyğəmbərimizin (s): “Namaz dinin dirəyidir”, - hədisi bunu təsdiqləyir. Məhz namaz müsəlmanın günahlarını təmizləyən və onu cənnətə girməyə layiq edən ən üstün ibadət sayılır. Allah Rəsulu (s) bununla bağlı buyurur: “Sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və o şəxs çayda gündə beş dəfə yuyunarsa, onun bədənində çirk qalarmı?” Ona qulaq asanlar: “Xeyr, Ya Rəsulallah! Heç bir şey qalmaz”, - dedilər. Peyğəmbərimiz: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” - deyə, buyurdu (Buxari, «Səhih», 15775). Namaz qəlblərə Allah qorxusu yerləşdirməklə yanaşı, bizi pis əməllərdən çəkindirir. Ənkəbut surəsinin 45-ci ayəsində Allah belə buyurur: “Sənə vəhy olunan kitabı oxu, namazı düzgün qıl. Həqiqətən, namaz (insanları) abırsızlıqdan və pis işlərdən çəkindirir».


 
SelefTarix: Çərşənbə, 08.10.2008, 23:03 | Yazı # 5
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Sünnə namazların evdə qılınmalarının müstəhəb olması

Əhməd və Muslimin Cabir (r.a)-dan rəvayət etdikləri hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : "Sizdən biriniz məsciddə namazı qıldığı zaman evi üçün də namazlardan bir payı ayırsın. Həqiqətən Allah, evdə qıldığı namazına görə evinə xeyir edər" (Muslim, İbn Macə)

Əhməd ibn Hənbəl Ömər (r.a)-dan rəvayət etdiyi hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : "İnsan evində qıldığı sünnə namaz bir nurdur. İstəyən evini nurlandırsın"

Abdullah ibn Ömər (r.a)-dan rəvayət edilən hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : "Namazlarınızdan bəzilərini evlərinizdə qılın. Evlərinizi qəbirlərə çevirməyin" (Hədisi Əhməd, Əbu Davud rəvayət etmişdir)

Sünnə namazlarında rükətin çoxluğu deyil, qiyamın uzunluğu daha fəzilətlidir

Buxari, Muslim, Tirmizi, Nəsai və ibn Macə, Muğirə ibn Şubədən rəvayət etdiklərinə görə, Muğirə demişdir ki : "Rəsulallah (s.ə.s) namaza qalxdığında ayaqları və topquları keyiyənəcən namaz qılardı. "Niyə belə edirsən?" deyə soruşanda "Şükr edən bir qul olmalıyammı?" deyərdi.

Əbu Davud Abdullah ibn Hubşi əl Hasamidən rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (s.ə.s) "Hansı əməl daha fəzilətlidir" deyə soruşulunca, Rəsulallah (s.ə.s) "Namazda qiyamı uzatmaqdır" buyurdu.

Sübh namazının sünnəti

Fəziləti: Sübh namazının sünnətinə davam etmənin fəziləti haqqında bir çox hədis gəlmişdir. Bunları aşağıda göstəririk:

Aişə (r.a)-nun, sübh namazından əvvəlki iki rükət haqqında etdiyi rəvayətdə Rəsulallah (s.ə.s) buyurmuşdur ki : "O iki rükət mənə bütün dünyadan daha sevimlidir" (Hədisi Muslim, Əhməd, Tirmizi rəvayət etmişdir)

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurmuşdur : "Atlar sizi qovsa belə sabahın iki rükətini tərk etməyin" (Hədisi Əhməd, Əbu Davud, Beyhaki, Tahavi rəvayət etmişdir) Hədisin mənası, üzrü nə qədər şiddətli olursa olsun, istərsə düşmən qovsun, sübhün iki rükətini tərk etməməyiniz deməkdir.

Aişə (r.a) belə deyir : "Rəsulallah (s.ə.s) sübhdən əvvəl iki rükətə davam etdiyi qədər heç bir sünnətə davam etməmişdir" (Hədisi Buxari, Muslm, Əhməd və Əbu Davud rəvayət etmişdir)

Aişə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurur: "Sübhün iki rükəti dünya və içindəkilərdən daha xeyirlidir" (Hədisi Muslm, Əhməd, Nəsai rəvayət etmişdir)

Əhməd və Muslim Aişə (r.a)dan rəvayət etdiklərinə görə Aişə (r.a) : "Rəsulallah (s.ə.s)-in, sübhün iki rükətinə tələsdiyi qədər heç bir xeyrə tələsdiyini görmədim" demişdir.

Yüngül qılması: Rəsulallah (s.ə.s)-in bilinən tətbiqatı, sübhün iki rükətinin qiraətini yüngül edərdi.

Həfzə (r.a)-dən rəvayət edir ki : "Rəsulallah (s.ə.s) sübh namazından əvvəl evimdə iki rükəti çox yüngül olaraq qılardı" demişdir. (Hədisi Buxari, Muslim, Əhməd rəvayət etmişdir) Nafi belə deyir : "Abdullah ibn Ömər də eyni şəkildə yüngül qılardı" (Hədisi Buxari, Muslm, Əhməd rəvayət etmişdir)

Aişə (r.a) belə rəvayət edir: "Rəsulallah (s.ə.s) sübh namazından əvvəl iki rükət qılar, onları çox yüngül edərdi. Hətta Fatihəni oxudu mu, oxumadı mı deyə şübhə edərdim" (Hədisi Əhməd və başqaları rəvayət edir)

Sübhün iki rükətindən sonra Quran oxumaq: Sübhün iki rükətindəki qiraətin Rəsulallah (s.ə.s)-dən gələn şəkli ilə oxunması müstəhəbdir. Bu barədə hədislər aşağıdadır:

Aişə (r.a) rəvayət edir ki : "Rəsulallah (s.ə.s) sübh namazının fərzindən əvvəlki iki rükəti qılma vaxtı, Fatihəni oxuyacaq qədərdir" (Bu hədisi Əhməd, Nəsai, Beyhaki, Malik və Təhavi nəql edir)

Aişə (r.a) rəvayət edir ki : "Rəsulallah (s.əs) sübhün iki rükətində "Qul ya eyyuhəl kafirun" və "Qul huvallahu əhəd" sürələrini oxuyardı. (Hədisi Əhməd, Təhavi rəvayət etmişdir) "Rəsulallah (s.ə.s) bunları Fatihədən sonra oxuyardı. Çünki bilindiyinə görə Fatihəsiz namaz caiz deyil"

Aişə (r.a) rəvayət edir ki : "Rəsulallah (s.ə.s) belə buyurdu: "Bu ikisi nə gözəl surədir" Aişə (r.a) belə deyir: "Rəsulallah (s.ə.s) bu iki surəni, sübh namazından əvvəlki iki rükətdə, yəni sünnətdə oxuyardı" (Hədisi Əhməd, ibn Macə rəvayət etmişdir)

Cabir (r.a) rəvayət edir ki : "Bir adam sübh namazının iki rükətini qılmaq üçün qaxdı. Birincidə "Qul ya eyyuhəl kafirun" surəsini bitirincəyə qədər oxudu. Peyğəmbər (s.ə.s) "Bu qul Rəbbini tanımışdır" dedi. Digər rükətdə "Qul huvallahu əhəd" surəsini bitirincəyə qədər oxudu. Peyğəmbər (s.ə.s) "Bu qul Rəbbinə inanmışdır" buyurdu. Talha (r.a) "Bu iki surəni, bu iki rükətdə oxumaq ən çox sevdiyimdir" demişdir. (Hədisi ibn Hibban, Təhavi rəvayət etmişdir)

Sübh namazının qəzası: Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurdu : "Sübh namazının sünnətini qılmamış olan kimsə günəş doğunca qılsın" (Hədisi Beyhak rəvayət etmişdir, Nəvəvi "hədisin sənədi həsəndir" demişdir" Qeys ibn Amr rəvayət edir ki, o sübh namazına çıxdığında Peyğəmbər (s.ə.s)-i namazda gördü. Sübhün sünnətini hələ qılmamışdı. Rəsulallah (s.ə.s) ilə birlikdə fərz namazını qılıb namaz bitincə qalxıb sünnəti qıldı. Rəsulallah (s.ə.s) yanından keçincə "bu nə namazdır" deyə soruşdu. Sübhün sünnəti olduğunu bildirincə Rəsulallah (s.ə.s) susdu. Heç bir şey söyləmədi (Hədisi Əhməd, inbi Huzeymə, ibni Hibban, Əbu Davud, Tirmizi, ibni Macə rəvayət etmişdir. İraqi "hədisin sənədi həsəndir" demişdir) Buxari, Muslim və Əhmədin İmran bin Huseyndən rəvayət etdiklərinə görə, Rəsulallah (s.ə.s) bir səfərə çıxdığında sübh namazında yatıb qaldılar. Günəşin hərarətilə oyanınca, günəş tam yüksəlincəyə qədər gözlədilər. Sonra müəzzinə əmr edərək azan oxutdu. Fərzdən əvvəl iki rükət qıldı. Sonra qalxdı, fəzi qıldı" (Muslim, Məsacid 55) Hədisin zahirindən anlaşıdlığına görə, sübhün sünnəti günəş doğmadan əvvəl və doğduqdan sonra bir üzrlü və ya üzrsüz fərzdən ayrı olaraq və ya fərzlə bilikdə qəza ediləbilər.

Mənbəə: Fiqhussünnə 1-ci cild, səh. 190 , Nafilə namazları bəhs



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
medineTarix: Şənbə, 16.05.2009, 20:47 | Yazı # 6
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
HÄGIGÄTÄN NAMAZ GÄBAHÄTDÄN VÄ XOSA GÄLMÄZ ISDÄN GORUYAR(ÄNGABUT45) NAMAZ KÖMÄK VÄ DÄSTÄKDIR.( ALLAHDAN) KÖMÄK ÜCÜN SÄBRÄ VÄ NAMAZA ÜZ TUTUN. (BÄGÄRÄ45) NAMAZ RAHATLIGDIR.MÖMÜNLÄR UGUR GAZANMISLAR. O KÄSLÄR KI, ÖZ NAMAZLARINDA MUTIDÜRLÄR.(MUMINUN1-2) NAMAZ RUZININ YOLUDUR. ÖZ CAAMATINA NAMAZ GILMAGI ÄMR ET, ÖZÜNDÄ GILMAGDA SÄBIRLI OL, BIZ SÄNDÄN RUZI ISTÄMIRIK, BIZ SÄNÄ RUZI VERIRIK(TAHA132)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
leyla10Tarix: Bazar, 17.05.2009, 13:51 | Yazı # 7
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil

.Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) "Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!" (əl-Muddəssir, 56.) ayəsi haqda belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Mənəm qorxub çəkinməyə layiq olan. Kim məndən qorxar və mənimlə yanaşı başqa bir məbud qəbul etməzsə, onu bağışlamağa layiq olan da mən olaram”. ( ət-Tirmizi (3328), Əhməd (3/142, 243), əd-Darimi (2/302), İbn Macə (2/4299), əl-Hakim (2/508), İbn Əbu Asim (2/969) və b. Hədis həsəndir.)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Bazar, 17.05.2009, 14:42 | Yazı # 8
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
NAMAZ RAZILIGIN YOLUDUR:" O,ÖZ TAYFASINA NAMAZ GILMAGI VÄ ZÄKAT VERMÄYI BUYURURDU. O ÖZ RÄBBI YANINDA ONUN RIZASINI GAZANMIS BIR KÄS IDI.(MÄRYAÄM55) NAMAZ, NAMAZ GILANIN, IMANININ SAHIDIDIR:"ONLAR NAMAZ GILAR, VÄ BIZIM VERDIYIMIZ RUZIDÄN SÄRF EDÄRLÄR. ONLAR DOGURDAN DA MÖMÜNLÄRDIR." (ÄNFAL-3-4) NAMAZ UGRUN YOLUDUR:" O KÄS UGURA GOVUSACAGDIR KI, PAK OLSUN, ÖZ RÄBBININ ADINI ZIKR EDIB , NAMAZ GILSIN" NAMAZ GILANLAR GECÄLÄR RÄBBLÄRI ILÄ BÄRABÄR OLARLAR:"ONLAR GECÄLÄRINI ÖZ RÄBBI ÜCÜN , SÄCDÄ EDIB GALXMAGDA(NAMAZDA) KECIRÄRLÄR"(FÜRGAN, 64) NAMAZ GILANLARA MÄLÄKLÄR SAHIDIR." GÜN ÄYILÄN VAXTDAN, GECÄ GARANLIGI DÜSÄNÄ GÄDÄR NAMAZLARINI GIL, SÜBH GURANINI (NAMAZINI) DA" (ISRA78) NAMAZ GILANLAR CÄNNÄTIN VARISIDIRLÄR:" O , MÖMINLÄR KI, ONLAR ÄMANÄTLÄRINÄ VÄ ÄHDLÄRINÄ ÄMÄL EDIRLÄR, ÖZ NAMAZLARINA GAYIDASINCA RIAYÄT EDIRLÄR. BUNLARDIR VARIS OLANLAR! CÄNNÄTÄ VARIS OLANLAR! ONLAR ORADA ÄBÄDI GALACAGLAR!"( MUMINUN, 8-11)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 19.05.2009, 13:43 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Namazda qəlbin və ruhun yaşadığı həyat başqa olur. Həmçinin Allahu Təala namaz zamanı bəndənin qəlbinə baxar. Rüku, səcdə və qiyam kimi xarici hərəkətlər isə məhz qəlbin yaşadığı anların zahiri görünüşüdür. Bu zaman qəlbdə Allahın əzəməti, heybəti və tam mütilik olur.
Namazda həyat dedikdə, namazın hökümləri onun şərtləri, onu batil edən şeylər nəzərdə tutulmur. Bunları xüsusi fiqh kitablarından tapmaq mümkündür. Namazda qəlb və ruh qidalanır, buna bizim böyük ehtiyacımız var, hansı ki, cəsədlərimiz qidalanaraq bütün vaxtlarımızı məşğul edib. Peyğəmbərimiz (s.a.s.) kimi biz də namazda ruhumuzun səadətini, qəlbimizin fərəhini və itaətin ləzzətini hiss etməliyik. Namazın girişini sevinc və səbirsizliklə gözləməliyik.Peyğəmbərimiz (s.a.s.) buyurub ki, “Gözümün sevincini namazda etdim” Başqa bir hədisdə də buyurub ki, “Namazla bizi rahat et, ey Bilal”.
Həqiqətən namazda qəlbimizi və ruhumuzu yaşatmağa çox ehtiyacımız var.Çoxlarımız namazda bu ali hissləri və yüksək məqamları yaşaya bilmirik. Çünki namazı, boynumuzda qalan bir iş kimi ağırlıqla yerinə yetiririk ki, tez bitirib rahat olaq


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə axşamı, 19.05.2009, 15:47 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ALLAH-Täala Peygämbär(s.a.s) -ä belä ämr etmisdir:" Gecänin bir vaxti durub ancag sänä xas olan(tähäccüd) älavä namaz gil.Ola bilsin ki, Räbbin säni ( giyamät günü hami täräfindän) bäyänilib täriflänän bir magama (axirätdä än böyük säfaät mägamina) göndärsin.( ÄL-Isra surasi 79). Bu ämrin Peygämbärä(s.a.s) aid olmasina baxmayarag Räsulallah(s.a.s) ä tabe olmalari ämr edilän bütün müsälmanlarda bu hökmün icärisinä girir.ALLAH- Täala gecä namazlarina davam edänlärin yaxsi insanlar olduglarin vä ALLAHIN xeyr vä rähmätini gazandiglarini aciglayarag belä buyurur: "Hägigätän müttägilär cännätdä vä cesmälär basinda olacaglar: Räbbinin onlara verdiyini alacaglar: Cünki, onlar bundan ävväl yaxsi ämällär etmisdilär. Onlar gecälär(ibadätlä mäsgul olub) az yatirdilar .Sähärlär isä(ALLAHDAN) bagislanmalarini diläyirdilär. Mallarinda da, diläncinin(abrina gisinib dilänmäyän) yoxsulun payi var idi.(Zariyat surasi 15-19)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Şənbə, 23.05.2009, 17:08 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Vitr namazına laqeyd yanaşmaq

Sual: Vitr namazını tərk etmək olar? Bu namazını tərk etdikdə bunun aqibəti nədir?

Cavab:

Həmd Allaha məxsusdur.

Vitr namazı cumhur alimlərinin rəyinə görə müəkkəd (təsdiq olunmuş) sünnətdir və fiqh alimlərindən bəziləri bu namazı vacib saymışdır.

Vitr namazının vacib olmadığı həqiqətinə dəlalət edən hədis Buxari (1891) və Müslimin (11) Talha ibn Übeydullahdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir. Talha ibn Übeydudllah dedi: Bir kişi Allahın Elçisinin (Ona Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, Allahın mənə vacib etdiyi fərz bir namaz varmı? O dedi: “Könüllü şəkildə etdiklərin (nafilə namazlar) istisna, beş vaxt qılınan namaz.” Müslimin rəvayət etdiyi hədisin ləfzində deyilir: “Gündüz və gecə beş vaxt namaz.” O dedi: “Bundan başqa üzərimdə bir borc (vacibat) varmı? O dedi: “Xeyr, lakin nafilə namazları qılsan bu istisna.”

Imam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:

Bu dəlildir ki, vitr namazı fərz deyil. Sitatın sonu.

Əl-Hafiz “əl-Fəth” əsərində demişdir:

Vitr və yaxud fəcr namazının iki sünnətinin fərz olduğunu söyləyənlərin fikrinə zidd olaraq, bu dəlalət edir ki, gün ərzində beş namazdan başqa fərz namaz yoxdur. Sitatın sonu.

Bununla belə vitr ən çox təkid (əda olunması təkidlə bildirilən) olunmuş sünnətdir və peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunu birdən çox hədisdə əmr etmişdir.

Müslim (754) Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Sahab gəlməzdən öncə vitr namazını qılın.”
Əbu Davud (1416) rəvayət edir ki, Əli (Allah ondan razı olsun) dedi: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Quran Əhli, vitr namazını qılın, çünki Allah Vitrdir (Təkdir) və tək sayı (vitri) sevir.” Albani “Səhih Əbi Davud”da hədisi səhih olaraq təsnif edib.

Ona görə də səfərdə olarkən və yaxud səfərdə olmadıqda Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) etdiyi kimi vitr namazını əda etməyə davam etməliyik, qorumalıyıq. Buxari (1000) və Müslim (700) rəvayət edir ki, İbn Ömər (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) səfərdə idi, miniyin üstündə hansı istiqamətə dönməsindən asılı olmayaraq, gecə namazının hərəkətlərini işarə edərək, fərz namazı istisna, vitr namazını miniyinin üstündə qılırdı.”

İbn Qudamə (Allah ona rəhmət etsin) demişdir:

Vitr namazı fərz deyil. Malik və Şafi bu cür söyləmişdir. Əbu Hənifə isə demişdir: Vitr namazı vacibdir. Sonra o demişdir: “Əhməd dedi: Kim bilərəkdən vitr namazını tərk edərsə o pis bir insandır, onun şahidliyi qəbul edilməməlidir.O məsələnin əhəmiyyətini vurğulayaraq söyləmək istəyir ki, vitr namazının əmr olunduğu və buna təşviq edildiyini bildirən hədislərdən dolayı bu namaz təkid olunmuşdur. əl-Muğni, 1/827


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Bazar ertəsi, 25.05.2009, 10:41
 
medineTarix: Bazar, 24.05.2009, 15:37 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Xaricä ibn Nuzafädän rävayät olunur ki, Allahin elcisi(s.a.s) buyurmusdur:" Allah-täala sizi girmizi dävälärdän daha xeryli olan bir namazla mükafatlandirmisdir" Sorusdug: "Ey Allahin elcisi! O hansi namazdir!" Dedi:! Isa ilä sübh arasindaki vitr namazidir!" ( Ämad, Abu Davud, Tirmizi vä Ibn Macä rävayät etmisdir) Aisädän rävayät olunur ki, Allahin elcisi (s.a.s) gecänin istänilän vaxti vitr namazini gilar vä hätta dan yeri sökülmäyänä gädär taxirä salardi .( Buxari VÄ Müslim)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Bazar, 07.06.2009, 04:06 | Yazı # 13
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
NAMAZ ALLAHU TEALAYA TEZIM,NIMETLERINE SHUKÜR VE SEVABA MALIK OLMAQDIR.NAMAZ VASITESILE ALLAHU TEALAYA TEZIMLER ERZ EDILMISH, HER SHEYDEN ÜSTUN OLAN ALLAHA DIQQET EDILMELI ,FIKIR ONA YÖNELMISH OLUR.NAMAZ MÖMINLERIN MERACIDIR.BIR MÖMININ MENEVI YAXINLIGA QOVUSHMASI NAMAZ ILE MÜMKÜN OLUR .BUNUN MADDI,SIHHI MENFETLERI DE OLUR.NAMAZ INSANI GUNAHA DÜSHMEKDEN QORUYUR.QIYAMET GUNU INSANDAN ILK SHEY KI ,SORUSHULACAQ ,O DA NAMAZDIR.NAMAZI YÜNGÜL SAYANLAR QIYAMET GÜNÜ DEHSHETLI EZABA DÜCAR OLACAQLAR.NAMAZ QELBIN RAHATLIGIDIR,ONUNLA INSAN OZÜNÜ KONTROL EDIR,BIR NÖV GUNAHA DÜSHMEKDEN SAXLAYIR.KIM NAMAZI YÜNGÜL SAYARSA ALLAHU TEALA ÖLÜM ANINDA ONU"LE ILEHE ILLELLAH MUHEMMEDUN RESULULLAH"KELIMEYI TOHIDINI SÖYLEMEKDEN MEHRUM BURAXAR .ALLAHU TEALA BIZLERI BUNLARDAN MÜHAFIZE ETSIN INSHALLAH!

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Cümə, 12.06.2009, 15:29 | Yazı # 14
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Cabirden (r.a.) rivayet edildigine göre Peygämbärimiz(s.a.s) buyuruyor ki; "Bes vakit namaz , herhangi birinizin evi önünden akan ve günde bes kere icine girip yikandigi suyu bol bir nehre benzer." (Müslim--hädis 1045 Riyazüs Salihin)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Şənbə, 20.06.2009, 02:10 | Yazı # 15
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
NAMAZLA ILGILI BIR TERIM OLARAQ TADILI ERKAN;RÜKNLERIN HAQQINI VEREREK,DÜZGÜN QILMAQ,HEREKETLER ARASINDA DURMAQ,YAXUDQALXMASI EGILMESINDENAYRILACAQ SHEKILDE IKI HEREKET ARASINDA SUKUNET TAPMAQDIR.NAMAZDA TEDILI ERKAN;RUKUDA RUKUDAN DOGRULMADA;SECDEDE,IKI SECDE ARASINDAKI OTURUSHDA SÖZ KONUSU OLUR.RUKUDAN DURARKEN VÜCUD DIMDIK BIR VEZIYYET ALMALI ,EN AZ BIR KERE "SUBHANÄLLAHIL AZIM" (UCA ALLAH HER TURLU EKSIKLIKDEN TENZEH EDIREM )DEYECEKQEDER AYAQDA DURUB SONRA SECDEYE VARMALI ,HER IKI SECDE ARASINDA BU SEKILDE DURMALIDIR.NITEKIM HEDISI SHERIFDE ;" SIZDEN BIRI,RUKU VE SECDELERDE BELINI (TAM OLARAQ )DOGRULTMADIQCA NAMAZI YETERLI OLMAZ."(EBU DAVUD,SALAT,148)BUYURULUR.ALLAH RESULU BIR GUN MESCIDDE TADILI ERKANA RIAYET ETMEDEN NAMAZ QILAN BIRINE :"DÖN YENIDEN BASHDAN QIL ,CUNKI SEN NAMAZ QILMADIN ".BUYURDU.NAMAZDAN MENEVI FEYZ ALMAQ ISTEYEN MUSELMAN TADILI ERKANA RIAYET ETMELI ,NAMAZINI TELESMEDEN QILMALI RUHUNA OXSHAYARAQ HUZUR ,SAKIT VE HUSH ICINDE QILMAGA CALISHMALIDIR.

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 14:41 | Yazı # 16
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Malik ibn əl-Huveyris (r.a.) rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm- dedi: «…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…»

Namazın şərtləri

1. Təharətli olmaq (dəstəmazlı və ya zərurət olduqda qüsllü, və ya onları əvəz edən təyəmmümlü olmaq);
2. Hər namazı vaxtında qılmaq;
3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;
4. Ayıb yerlərini (övrəti ) örtmək;
5. Qibləyə tərəf durmaq;
6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Gündəlik namazların rükətlərinin sayı və vaxtı

Fəcr namazı– iki rükətli, səslə qılınan namazdır. Bu namazdan yalnız əvvəl iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: dan yerinin ağarmasından günəş çıxanadək.

Zöhr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl (daima) iki və ya dörd (iki-iki) rükət, sonra da iki rükət sünnət namazı qılmaq olar.
Vaxtı: günəş zeniti keçdikdən sonra əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadək (Əsr namazınadək).

Əsr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl iki və ya dörd rəkət sünnət namazının qılınması sünnədə sabit olmamışdır.
Vaxtı: əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi andan əşyaların kölgələrinin uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olan anadək (caiz vaxtı) və ya gün batanadək (zəruri halda).

Məğrib namazı– üç rükətli, iki rükət səslə və bir rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: günəş batan andan qaranlıq çökənədək. (Üfüqdə olan qızartı itənə qədər)

İşa namazı– dörd rükətli, iki rükət səslə və iki rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).

• Yuxarıda sadalanan sünnət namazları Peyğəmbərin səllallahu aleyhi və səlləm- hər namazdan öncə və sonra təkidlə qıldığı 12 rükətə daxildir. Lakin o, bu sünnət namazlarından əlavə təşviq etdiyi digər nafilə namazlarını da qılmışdır: məsələn; Əsr namazından əvvəl iki və ya dörd rükət, hər fərz namazın azanı ilə iqaməsi arasında iki rükət, gecə tək saylı vitir namaz kimi.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 15:08 | Yazı # 17
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Peyğəmbərin gecə namazı

1. Uca Allah buyurur: "Ey libasına bürünüb örtünmüş peyğəmbər!. Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!". (əl-Muzzammil surəsi,1-2)

2. Aişə (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (Allahın ona salavat və salamı olsun) nə ramazan ayında, nə də ramazandan qeyri aylarda on bir rükətdən çox qılmazdı. Öncə dörd rükət qılardı. Bunların uzunluğu və gözəlliyi barədə soruşmayın. Sonra yenə dörd rükət qılardı. Bunlarında uzunluğu və gözəlliyi barəsində soruşmayın. Sonra üç rükət qılardı. Aişə soruşdu: Vitr namazını qılmadan yatırsanmı? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Mənim gözlərim yatsada qəlbim yatmır". (Buxari və Muslim)

3. Əsvəd ibn Yezid (Allah ona rəhmət eləsin) dedi: Aişədən Allahın elçisinin (Allahın ona salavat və salamı olsun) namazı haqqında soruşduqda O dedi: "Gecənin əvvəlini yatar sonra qalxardı. Səhərə yaxın vitr namazını qılardı. Sonra isə yatağına uzanar ehtiyacı olardısa ailəsinə yaxınlaşardı. Fəcr namazının azanı eşitdikdə qalxar, cunub olduqda üzərinə su tökər, əks halda isə dəstəmaz alıb namaza çıxardı". (Buxari və Muslim)

4. Əbu Hureyrə (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ayaqları şişənə qədər (gecə) namazını qılardı. Ona "Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda belə niyə edirsən?" deyə soruşduqda O, "Allahın şükr edən qullarından olmayımmı?!" deyə cavab verərdi. (Buxari və Muslim)

5. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Sizin dünyanızdan mənə qadınlar və ətir sevdirildi. Gözümün bəbəyi isə namaz oldu". (Əhməd rəvayət etmişdir)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 05.07.2009, 01:55 | Yazı # 18
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Duha namazı

«Duha» – səhər, gündüzün başlanğıcına deyilir.
Duha namazı iki rəkət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rəkət qılınmasına heç bir məhdudiyyət yoxdur.
Əbu Zərr (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih, hər bir təhmid, hər bir təhlil, hər bir təkbir sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!» (Səhih Muslim, 1668)

Əbu Hureyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - üç şeyi mənə nəsihət etdi: Hər ayın üç gününü oruc tutmağı, iki rəkət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!» (Səhih Muslim, 1669)

Ummu Hani (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Məkkənin fəthi günü səkkiz rəkət Duha namazı qıldı» (Səhihu-l-Buxari, 1176; Səhih Muslim, 1664; «Zadu-l-Məad» 1/342)

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Duha namazını daima qılmazdı ki, ümmətinə fərz buyrulmasın.» (Səhih Muslim, 1659)

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dörd rəkət Duha namazı qılar və istədiyi qədər rəkətlərin sayını artırardı.» (Səhih Muslim, 1662)

Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).

Əlixan Musayev (Şəriət Risaləsi)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 12.07.2009, 18:11 | Yazı # 19
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
CƏNAZƏ NAMAZİNİN QİLİNMASİ

1. Cənazə namazında birinci təkbirdən sonra Fatihə surəsi oxunulur;
«Əuzu billəhi minə-ş-şeytani-r-racim» deyərək («Lənətlənmiş şeytandan Allaha sığınıram»),
«əl-Fatihə» surəsini oxunulur:
«Bismilləhi-r-rahməni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-rahim. Məliki yaumi-d-din. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ənamtə aleyhim, ğeyri-l-məğdubi aleyhim və lə-d-dallin»
(«Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha - aləmlərin Rəbbinə, Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox!»).
2. İkinci təkbirdən sonra Peyğəmbərə - səllallahu aleyhi və səlləm - salavat oxunulur
«Allahummə salli alə Muhəmmədin və alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə əli Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid!»
(«Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver!»).
3. Üçüncü təkbirdən sonra vəfat edən şəxs üçün dua oxunulur;
4. Dördüncü təkbirdən sonra bir və ya hər iki tərəfə salam verməklə namaz tamamlanır;
Vəfat edən şəxs üçün oxunan dua:
«Allahummə-ğfir li hayyinə və meyyitinə, və şahidinə və ğaibinə, və sağirinə və kəbirinə, və zəkərinə və unsanə! Allahummə mən əhyəytəhu minnə fə əhyihi alə-l-isləmi, və mən təvaffəytəhu minnə fətəvaffəhu alə-l-iymən» («Allahım, dirilərimizi də, ölülərimizi də, burada olanlarımızı da, olmayanlarımızı da, kiçiklərimizi də, böyüklərimizi də, kişilərimizi də, qadınlarımızı da bağışla! Allahım, bizlərdən yaşatdığını müsəlman kimi yaşat, öldürdüyünü də imana gətirib öldür!»)
«Allahummə-ğfir ləhu vər-həmhu və afihi vafu anhu, və əkrim nuzuləhu və vassi mudxaləhu, vəğ-silhu biməin və səlcin və bəradin, və nəqqihi minə-l-xataya kəmə yunəqqa-s-səubu-l-əbyadu minə-d-dənəsi, və əbdilhu dəran xayran min dərihi və əhlən xayran min əhlihi və zəucən xayran min zəucihi, və ədxilhu-l-cənnətə və əizhu min azəbi-l-qabri və azəbi-n-nər!» («Allahım, onu bağışla, ona rəhm et, onu günahlarından uzaqlaşdır, onun günahlarından keç, yeni məskunlaşdığı yerini onun üçün şərəfli et, daxil olduğu qəbrini genişlət, onu su, qar və dolu ilə yu, onu günahlarından ağ paltar kirdən təmizlənən kimi təmizlə, onun evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et, ona qəbr əzabından, Cəhənnəm odunun əzabından qorunmaq üçüün Öz yanında sığınacaq ver!»)
* Qadın üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq olaraq «hə» bitişən əvəzliyi ilə dəyişmək lazımdır.
* İki nəfər üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq olaraq «humə, himə» bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
* İkidən çox kişilər üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq olaraq «hum, him» bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
* İkidən çox qadınlar üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq olaraq «hunnə, hinnə» bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
Cənazə namazını camaatla qılmaq əfzəldir. Lakin qeyd etmək lazımdır ki, ölən şəxs dəfn olunduqdan sonra qəbrinin önündə üzü qibləyə dayanıb, onun cənazə namazını qılmaq olar.
Kişiyə cənazə namazı qılınarkən imam onun baş tərəfində, qadına cənazə namazı qılınarkən isə onun tən orta istiqamətində dayanmalıdır.
Cənazə namazının qılınması üçün heç bir vaxt məhdudiyyəti yoxdur.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 13:30 | Yazı # 20
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Hz. Ömər yaralı halda belə səhər namazını qılıb

İslam peyğəmbərinin (s) səhabələri namaza böyük əhəmiyyət verərdilər. Vaxtı çatdığı zaman bu ibadətin yerinə yetirilməsində onlara heç nə əngəl ola bilməzdi.

Onlar, hətta müharibə dövründə və ya yaralı olduqları zaman namazlarını qılardılar.

Hələ sağlığında cənnətlə müjdələnmiş səhabələrdən olan Hz. Ömərə qarşı sui-qəsd həyata keçirilmişdi. O isə yarasından qan axmasına baxmayaraq, səhər namazını qılmış, onu tərk etməyi ağlına belə gətirməmişdi.

Eləcə də Xəndək döyüşündə yaralanan səhabə Səd ibn Rəbi üçün məscidin içərisində çadır qurulmuş, o, yaralı olduğu halda namazını qılmış və şəhid olmuşdu.

Aşağıda səhabələrdən biri ilə bağlı baş vermiş hadisə də heyrətamizdir:

Peyğəmbər (s) səhabələri ilə birlikdə Zatürriqa qəzvəsinə yollanmışdı. Bir ərazidən keçdikləri zaman istirahət edirlər. Peyğəmbər (s) Əbbad ibn Bişrlə Əmmar ibn Yasiri keçidlərdən birinin girişinə gözətçi təyin edir. Onlar keçidə çatdıqda Əmmar yatır, Əbbad isə namaz qılmağa başlayır.

Onları izləyən müşriklərdən biri namaz qılan Əbbadın siluetini görüncə dərhal bir ox ataraq, onu yaralayır. Ancaq Əbbad əli ilə oxu çıxarıb namaz qılmağa davam edir. Müşrik onun namazını davam etdirdiyini gördükdə oxun hədəfə dəymədiyini zənn edərək, yenə bir ox atır. Bu minvalla üç ox Əbbada tuş gəlir. Aradan bir az keçdikdən sonra Əmmar oyanır və müşrik onların iki nəfər olduğunu görərək, oradan uzaqlaşır.

Əmmar dostunun yaralandığını gördüyü zaman: “Sübhənallah! Sənə ilk ox atıldığı zaman nə üçün məni oyatmadın?” – deyə soruşur. Əbbad isə ona cavabında “Elə bir surə oxuyurdum ki, yarımçıq qoymaq istəmədim” – deyir.

Bu, necə bir iman, bu necə bir itaətdir ki, bədəninə saplanan oxlar səhabələri namazdan uzaqlaşdırmır? Bəli, səhabə dünyasında namazdan daha əhəmiyyətli digər ibadət yox idi


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » NAMAZ (namazları vaxtında və gözəl bir şəkildə qılaq)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru