[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » CENNET VE CEHENNEM! (Allahin kelami!)
CENNET VE CEHENNEM!
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 02:10 | Yazı # 21
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Cəhənnəmlik olmağın bir çox səbəbləri vardır ki, onları da Allah-taala Öz müqəddəs kitabında, Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) isə sünnəsində bizlərə açıqlamışdır. Bu səbəbləri iki qrupa bölmək olar. Birinci qrupa aid olan səbəblər onu törədənin əbədi cəhənnəmlik olmasını labüd edir. İkinci qrupdakı səbəbləri törədənlər isə müvəqqəti olaraq Cəhənnəmdə qalmağa layiq görülürlər. Aşağıda bu səbəblərin hər biri haqqında qısaca olaraq danışmağa çalışacağıq.

CƏHƏNNƏMDƏ ƏBƏDİ QALMAĞIN SƏBƏBLƏRİ

1. İbadətdə Allaha şərik qoşmaq. Bu barədə Allah-taala Quranda belə buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur», başqa bir ayədə isə belə deyilir: «...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!»

2. Müşrikləri təkfir etməyən, yaxud onların kafir olmasına şübhə ilə yanaşan, yaxud da onların məzhəbinin doğru yol olduğunu iddia edənlər kafir hesab olunur və əbədi olaraq Cəhənnəmi qazanırlar.

3. Kim Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) gətirdiyi hansısa qanuna və ya dini ayinə ikrah hissi ilə yanaşsa, ona əməl etmiş olsa belə, kafir hesab olunur. Bu barədə Allah-taala Quranda belə buyurur: «Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi».

4. Kim Məhəmmədin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) dinindən hansısa bir məqama, istər həmin dinin mükafatı, istərsə də cəzası olsun, istehza ilə yanaşsa, artır küfr etmiş olur. Aşağıdakı ayələri də bu öz təsdiqini tapmışdır: «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz...».

5. Sehr və falçılıqla məşğul olan və ya ondan məmnun qalan aşağıdakı ayəyə görə küfr etmiş hesab olunur: «...Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər...».

6. Bəzi insanların Məhəmmədin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) şəriətindən kənara çıxmalarının caiz olduğunu düşünənlər kafir hesab olunur və Cəhənnəmin əbədi sakinlərinə çevirirlər. Bu haqda Allah belə buyurur: «Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!».

7. Allahın dinindən üz döndərmək, onu öyrənməmək və ona uyğun yaşamamaq. «Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!».


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 02:19 | Yazı # 22
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Dua və qədər

[ Sayta qoyulub: 08:59 18.02.2009 ] : [ Oxunub: 77 dəfə ]
Belə fikir yayılıb ki, duada istədiyin şey qədərdə varsa onda o qulun dua edib etmədiyindən asılı olmayaraq mütləq olacaq. Əgər həmin şey qədərdə yoxdursa, onda qulun bu barədə dua edib etmədiyindən asılı olmayaraq o olmayacaq.

Bəziləri bu fikri ədələtli hesab edir və dua etməyi saxlayırlar. Onlar duanı faydasız hesab edirlər. Bunlar son dərəcə cahil və azmış insanlardır. Bununla yanaşı onların sözləri ziddiyətlidir, çünki onların yolu ilə gedilərsə onda istənilən səbəbdən imtina etmək lazımdır. Onlara demək lazımdır ki: “Əgər sizə yeyib içmək yazılıbsa, onda sizin yeyib içməyinizdən asılı olmayaraq bu mütləq olacaq. Əgər sizə övladlarınızın olması yazılıbsa onda zövcənizlə yaxınlıq edib etməməyinizdən asılı olmayaraq uşaqlarınız olacaq. Yox əgər yazılmayıbsa, onda bu baş verməyəcək və evlənməyə və kəniz almağa heç bir ehtiyac yoxdur və s.”

Məgər şüurlu insan belə bir şey deyə bilər? Hətta heyvanlar da başa düşürlər ki, həyatın saxlanılması üçün müvafiq səbəblərdən tutmaq lazımdır. Elə çıxır ki, heyvanlar mal-qaraya bənzər olan və daha duzgün olmayan yolla gedən bu insanlardan şüurludurlar. Onlardan bəziləri hazırcavablıq nümayiş etdirərək dedilər: “Dua yalnız Allahın mükafatlandırdığı ibadət forması kimi lazımdır, lakin o nəticəyə çatmağa heç bir təsir göstərmir”. Bu dərrakəli kişilərin fikrinə görə arzulanan nəticəyə çatmaq üçün dil və qəlblə edilən dua ilə susmaq arasında heç bir fərq yoxdur. Onlar hesab edir ki, duanın təsiri susmağın təsiri kimidir.
Onların aralarından olan daha dərrakəliləri dedilər: “Dua – sadəcə Uca Allahın insanların ehtiyacını ödədiyinə dair əlamətdir və əgər Allah qulu dua etməyə həvəsləndiribsə onda bu o deməkdir ki, onun ehtiyacları ödənəcək. Bu sənin qış günündə tezliklə yağacaq yağışın əlaməti olan soyuq, qara bulud gördüyün hala bəzəyir”.
Onların düşüncələrinə əsasən Allahın razı qaldığı əməllər, küfr və gunahlar da mükafatın və cəzanın əlamətləridir, onların səbəbləri deyildir. Sındırma, yandırma, qətl – bunların heç birini onlar səbəb hesab etmirlər. Onlar aralarında səbəb-nəticə bağlantısına fikir vermədən əməlləri son nəticə ilə yalnız sözlərlə bağlayırlar. Bununla onlar hissiyat təcrübəsinə, sağlam düşüncəyə, insan təbiətinə habelə digər şüurlu insanlara qarşı çıxırlar. Bundan əlavə, şüurlu insanların gülüşünə səbəb olurlar.
Düzgün baxışlar əvvəlki rəylərlə razı olmayan üçüncu dəstəyə aiddir. Onlar hesab edirlər ki, hər bir şey səbəblə yazılıb və onlardan biri də duadır. Heç bir şey səbəbsiz yazılmayıb və hər şeyin qədərlənmiş səbəbi mövcuddur. Qul səbəbi həyata keçirdikdə yazılan hadisə baş verir. Belə ki, doymaq və susuzluğu yatızdırmaq yeyib içməklə, uşağın olması isə cinsi yaxınlıqla, bəhərin yığılması səpinlə, heyvanın ölməsi onun kəsilməsi ilə bağlıdır. Eyniliklə, Cənnətə düşmək bir sıra əməllərlə bağlıdır, Cəhənəmə düşmək isə digərləri ilə. Bu düzgün rəydir və bunun əksini söyləyənlər belə dərketmədən məhrumdurlar.

-----------------


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 05:51 | Yazı # 23
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Cəhənnəm əhlinin içkisi haqda Allah belə buyurur: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!», «Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;», «Qaynar sudan və irindən başqa!», «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!», «(Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!», «O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz)», «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»

Bu ayələr dörd növ Cəhənnəm şərabının adını çəkməkdədir və bunlar aşağıdakılardır:

1. əl-Həmim (qaynar su). Bu Allahın da buyurduğu kimi hərarəti maksimal dərəcəyə çatmış qaynar sudur: «Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar», «Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir».

2. əl-Qəssaq (irin). Lakin bu içkinin təkcə irin olması deyil, həm də soyuqluğundan alovlandığı bum-buz bir su olması da vurğulanmaqdadır. Əbu Səiddən rəvayət olunan bir hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə deməsi qeyd olunur: «Əgər qəssaqdan bir vedrə qədər bu dünyaya axıdılsa, onun iyi yer üzündəki bütün insanları bürüyər». Hədisi Hakim rəvayət etmiş və eyni zamanda da onu səhih adlandırmışdır.

3. əs-Sadid (irin). Bu, kafirlərin ətindən və dərisindən axan irin növüdür. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində buyurur: «Allah-taala [bu dünyada] şərab içənlərə [axirətdə] tınətul-xəbəl içirtmək barədə Öz üzərinə öhdəlik götürmüşdür». Səhabələr: «Ey Allahın elçisi? Tınətul-xəbəl nə olan şeydir?» – deyə soruşduqda o: «Cəhənnəm əhlinin təri və ya üzərindən axan irinli şirə» – deyə cavab vermişdir. Hədisi Müslim rəvayət etmişdir.
4. əl-Muhl (qətran və ya yaradan axan irin və qan). Bu yağın çöküntüsünə bənzər bir mayedir ki, Cəhənnəm əhlinin sifətinə sürtüldükdə onun üz dərisi qoparaq yerə düşəcəkdir. Bu şərab növü Əhməd və Tirmizinin Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə də öz əksini tapmışdır. İbn Abbas da bu mayenin yağın xılt və ya tortasına oxşar bir maye olduğunu söyləmişdir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 24.06.2009, 02:01 | Yazı # 24
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
CƏHƏNNƏMİN QIZMAR İSTİSİ VƏ SƏRT SOYUĞU

[ Sayta qoyulub: 18:32 24.02.2008 ] : [ Oxunub: 301 dəfə ]
Allah-taala buyurur: «...Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö’minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!»

Ömər (Allah ondan razı olsun!) deyərdi: «Cəhənnəmi tez-tez yada salın. Çünki onun istisi şiddətli, dibi dərin və toppuzları isə dəmirdəndir». Bu rəvayəti Tirmizi nəql etmiş, Albani isə onu səhih adlandırmışdır.
Allah-taala Cəhənnəmin güclü və gücün öz sakinlərinə göstərdiyi təsirin daha uzunmüddətli olmasını açıq-aşkar bəyan edərək buyurur: «Biz onu Səqərə atacağıq (orada yandıracağıq). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!»
Həqiqətən də Cəhənnəm hər şeyi udar, hər şeyi dağıdar, heç kəsi sağ qoymaz, salamat buraxmaz, sümüyə çatana qədər dərini yandırar, qarınlarda olanları əridər, ürəkləri yandırıb yaxar.
Buxari və Müslimin Əbu Hüreyrədən rəvayət etdikləri bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Adəm övladını yandıran sizin bu atəşiniz [günəşiniz] Cəhənnəm atəşinin yetmiş parçasından biridir». Səhabələr: «Ey Allahın elçisi! Allaha and olsun ki, elə bu [Cəhənnəm əzabı üçün] bəs edər» – dedilər. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurdu: «Onun üzərinə Hər birinin istisi onun istisi kimi olan altmış doqquz parça da əlavə edilmişdir».
Cəhənnəmdə əzab növlərindən biri də sərt soyuqdur. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində belə buyurur: «Cəhənnəm Tanrıya şikayət edərək: “Ey Tanrım! Özüm özümü yeyirəm. İcazə ver bir az da nəfəs alım” – deyir və Allah-taala da ona biri qış, biri də yayda olmaq şərtilə ildə iki dəfə öz nəfəsini [Cəhənnəmdən kənara, yəni bu dünyaya] buraxmaq üçün icazə verir. Beləliklə, sizin [yayda] keçirdiyiniz ən isti hava onun səmumu, [qışda] yaşadığınız ən soyuq gün isə onun sərt soyuğudur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:12 | Yazı # 25
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
CƏHƏNNƏMİN TƏBƏQƏLƏRİ

[ Sayta qoyulub: 16:52 21.02.2008 ] : [ Oxunub: 360 dəfə ]
Cəhənnəm əhlinin müxtəlif səviyyəli olması ilə əlaqədar onun hərarətinin dərəcəsi də fərqlidir. O bir təbəqədən ibarət deyildir. Cəhənnəm əhlinin ən ağır əzaba düçar olunanları onun ən aşağı təbəqəsində olacaqlar və bunlar da Allah-taalanın qeyd etdiyi kimi münafiqlərdir. «(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir...».

Bu təbəqədən üstdə nisbətən yüngül təbəqə yerləşir və bu qayda ilə Cəhənnəmin ən yüngül təbəqəsinə çatırıq. Cəhənnəmin hər bir təbəqəsində onun sakinlərinin bu dünyadakı küfr, günah və asi əməllərinə uyğun müxtəlif fiziki və mənəvi əzablar vardır. Cəhənnəmdə get-gedə aşağı endikcə onun hərarəti yüksəlir, atəşi daha da güclü alovlanmağa başlayır. Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) əzabın belə müxtəlif dərəcəli olmasını bizlərə belə təsvir etmişdir: «Cəhənnəm [öz sakinlərinin] bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır». Hədisi Müslim rəvayət etmişdir.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:15 | Yazı # 26
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
CƏHƏNNƏMİN GENİŞ VƏ DİBİNİN DƏRİN OLMASI

[ Sayta qoyulub: 09:03 19.02.2008 ] : [ Oxunub: 337 dəfə ]
Həqiqətən, Cəhənnəm ucu-bucağı olmayan, hündür divarları və dərin dibli olması ilə vəsf olunan bir məkandır.

Əbu Hüreyrənin (Allah ondan razı olsun!) rəvayət etdiyi aşağıdakı hədis də belə bir təsvirə dəlalət edən hədislərdəndir. Belə ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Kafirin dərisinin qalınlığı nəhəng insanın dirsəyinin qırx iki misli uzunluğunda, azı dişi Uhud dağı böyüklüyündə və tutduğu yer isə Məkkə ilə Mədinə arasındakı məsafə qədər olacaqdır». Hədisi Tirmizi rəvayət etmişdir, Albani isə hədisi səhih adlandırmışdır.
Əgər Cəhənnəmdəki kafirlərdən birinin azı dişi Uhud dağı böyüklüyündə, tutduğu yer Məkkə ilə Mədinə arasındakı məsafə uzunluğunda və dərisinin qalınlığı qırx iki dirsək enliyində olacaqsa, onda əziz oxucu, Cəhənnəmin özünün genişliyini necə, təsvir etmək olarmı?!
Cəhənnəmin dibinin dərinliyinə gəlincə, bu barədə Müslimin rəvayət etdiyi aşağıdakı hədisi qeyd etmək lap yerinə düşərdi. Belə ki, yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allah elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) ilə birlikdə idik. Birdən o, [nəyinsə düşməsindən çıxan] gurultu səsi eşitdi və bizdən: “Bilirsinizmi bu nə səsdir?” – deyə soruşdu. Biz də: “Allah və elçisi daha yaxşı bilir” – deyə cavab verdik. Dedi: “Bu yetmiş payızdan [ildən] bəri Cəhənnəmə atılan bir daşdır ki, Cəhənnəmin dibinə hələ indi çatdı. Siz onun Cəhənnəmin dibinə düşdüyünü eşitdiniz”». Digər bir hədisdə isə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Əgər yeddi boylu dəvə böyüklüyündə bir qaya Cəhənnəmin kənarından ora buraxılsa, yetmiş payız [il] yol getsə belə, onun dibinə çatmaz». Hədisi Hakim rəvayət etmişdir. Albani isə hədisi səhih adlandırmışdır.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:22 | Yazı # 27
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
CƏHƏNNƏMİN DİVARI VƏ ONUN CƏHƏNNƏM ƏHLİNİ BÜRÜMƏSİ

[ Sayta qoyulub: 16:50 16.02.2008 ] : [ Oxunub: 332 dəfə ]
Qurani-Kərim bu divarları, məhəccərləri və alovlu hasarları bir çox ayələrdə bizlərə təsvir etmiş və bildirmişdir ki, bu divar və hasarlar Cəhənnəm əhlinin üzünə bağlanaraq onların yerini dar edər, üzüntü və əzab içində onlar daha da pərişan olarlar.

Bunun nəticəsində ah-nalələr yüksələr, göz yaşları axar. Allah-taala bu barədə Öz kitabında belə buyurur: «...(Bu sözlərdən sonra) onların (mö’minlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir», «Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir». Pərdələrin onları bürüməsi isə atəşin alovlanması ilə onların ah-nalə və əzab çəkmələrinə səbəb olar. «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:26 | Yazı # 28
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
CƏHƏNNƏMİN QAPILARI

[ Sayta qoyulub: 16:01 14.02.2008 ] : [ Oxunub: 406 dəfə ]
Rəbbimiz bizə Cəhənnəmin yeddi qapısı olduğunu xəbər verərək buyurur: «Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir! (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər».

İbn Kəsir (Allah ona rəhmət eləsin!) bu ayənin təfsiri barədə yazır: «Hər bir qapıdan İblisin müəyyən bir dəstəsi daxil olacaqdır və bu həmin dəstələr üçün qaçılmazdır. Hər kəs öz əməlinə görə müəyyən bir qapıdan daxil olacaq və müəyyən bir qatda bərqərar olacaqdır. Əli ibn Əbu Talibdən nəql olunan bir rəvayətdə onun xütbə verərkən bu barədə: “Həqiqətən də Cəhənnəmin qapıları bu cürdür” – deməsi bildirilir. Əbu Harun İmam Əlinin Cəhənnəmin qapıları barədəki yuxarıda səslənən fikrini qapıların üst-üstə, yəni mərtəbə formasında olması ilə izah edir. İmam Əlidən nəql olunan başqa bir rəvayətdə isə onun belə deməsi bildirilir: “Cəhənnəmin qapıları üst-üstə yeddi qapıdan ibarətdir. İlk olaraq birinci, sonra ikinci, sonra üçüncü və bu minvalla bütün mərtəbələr dolur”».
Cəhənnəm qapılarının xüsusiyyətlərindən biri odur ki, bu qapılar böyük günah sahiblərinin üzünə birdəfəlik bağlanılır və Allahın izni olmadan bu qapılar əsla açılmır. Cəhənnəm əhlinin də bu qapılardan bayıra çıxmaları üçün Allahda heç bir istək və maraq olmaz. Bu barədə Allah-taala buyurur:
«O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!»
«Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!»
Mücahid sonuncu ayədəki “مؤصدة” sözünü bağlı, kilidli kimi təfsir edir. Müqatil isə ayədəki «…qapalı Cəhənnəm…» ifadəsini belə izah edir: «Qapılar Cəhənnəm əhlinin üzünə bağlanacaq, onlardan heç biri açılmayacaq və oradan cəhənnəm hərarətinin çıxmasına, Cənnət ab-havasının daxil olmasına yer qalmayacaqdır».
Bəzi sələflər «…qapalı Cəhənnəm…» ifadəsini belə təfsir edirlər: «Cəhənnəm əhlinin əyninə əridilmiş misdən libaslar geyindiriləcək. Aldıqları nəfəslərini isə geri qaytara bilməyəcəklər. Beləliklə, içlərinə nəfəs kimi aldıqları atəş bədənlərini yandıracaqdır. Belə bir şəraitdə Cəhənnəmin qapıları artıq onların üzlərinə bağlanmış olacaq və bütün tanrıların tanrısı olan Allahın qəzəbinə düçar olmuş olacaqlar».


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 11.07.2009, 19:08 | Yazı # 29
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
İnsanlar Tək sorğuya çəkiləcəklər
Bu günün bir başqa xüsusiyyəti də, insanların hesaba tək çəkilmələridir. Həm dünyada, həm də axirətdə yaxınlarından yardım görəcəyini umanlar hesab günü onlardan uzaqlaşacaq və tək başlarına hesab verəcəklər. Rəbbimiz, Quranda belə xəbər vermişdir: «Onların hamısı Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.» (Məryəm Surəsi, 95)
Hesab anı insanlar üçün çətin bir gündür. Çünki yalnız qalmaq çox insanın – xüsusilə çətin anlarında ən çox çəkindiyi duyğulardan biridir. Tək başına buraxılmaq, dünyada belə insanlar üçün ən böyük əzablardan biridir. Elə isə axirət günü təkcə yalnızlıq olmayacaq. O gün heç bir inkarçının yanında güvənə biləcəyi, yardım ala biləcəyi heç kimsə olmayacaq. «Sur çalındığı gün artıq aralarında nə qohumluq əlaqəsi olar, nə də onlar bir-birindən soruşub hal əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).» (Muminun Surəsi, 101)

Əməl dəftərlərinin verilməsi
İnsanın dünya həyatı boyunca etdiyi hər şey, özünün görmədiyi, ancaq Uca Allahın Qurandakı ifadəsi ilə sağ və sol tərəfində olan mələklər tərəfindən yazılır. Hesab anı üçün hazırlanan dəftərlər din günündə insanlara verilir. İnsan etdiklərinin heç birini rədd edə bilməz, çünki yaşadığı hər an əməl dəftərinə yazılmışdır. Hər kəs öz dəftərindən, axirət üçün nələr hazırladığını öyrəə bilər. Rəbbimizin kimsəni zərrə qədər haqsızlığa düçar etmədiyi və bir xurma dənəsi qədər əməlin belə hesaba qatıldığı bu anda, möminlərlə kafirlərin davranışları çox fərqlidir. Möminlər böyük sevinc içində dəftərlərini alıb, oxumaları üçün yanlarında olanlara uzadarlar.
Möminlərin bu sevincləri ilə bərabər iman etməyənlər alçaldıcı bir utanc və qorxu içindədirlər. Dəftərləri sol əllərinə verilər. Ən kiçiyindən ən böyüyünə qədər heç bir əksik buraxılmadan mələklər tərəfindən yazılan bu dəftər, Allahın hədlərini qorumayan və Onun razılığını qazanmayan əməllərlə doludur.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Cümə, 24.07.2009, 16:10 | Yazı # 30
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
•Axirət həyatı bir neçə mərhələlərdən keçir:
- a) ölüm – qeyd etdiyimiz kimi, hər insanın (və cinin) fərdi və kiçik axirət həyatı onun ölümü ilə başlayır, çünki, ölüm hər fərdin artıq axirətə keçid dövrüdür və vəfat edən şəxs, artıq, axirət həyatına bir pillə daha da yaxınlaşır;

- b) qəbir həyatı – Qəbir həyatı insanı dəfn etdikdən sonra müəyyən sual-cavab ilə başlayır. Onun sürəcək qəbir həyatının vəziyyəti bu sual-cavabın nəticələrindən asılıdır. Ona ilk növbədə dinə dair münasibətini araşdırmaq üçün İnkir və Münkir adlı mələklər tərəfindən Allahın əmri ilə suallar verilir: «1- Rəbbin kimdir, 2- dinin nədir, 3– Mühamməd adındakı şəxs kimdir?» Bu suala düzgün cavab verənə Allahdan nida gəlir ki,: «Qulum düz söylədi, ona Cənnətdə yerləşdiriləcəyi yeri göstərin» və bu insan bunu görüb artıq rahatlaşır, ona, qəbir aləminə uyğun olan nemətlər verilir. Lakin bu qəbir sualına cavab verə bilməyən isə çaş-baş qalaraq belə deyəcək: «M, m … mən bilmirəm, lakin bunlar haqqında bəzi şeylər eşitmişəm». Belə olduqda, ilk növbədə həmin mələklər onu böyük polad sütunlarla başından vururlar və bunun təsirindən o elə bağırır ki, bütün canlılar, yalnız insan və cinlərdən başqa, bu dəhşətli bağırtını eşidib oradan sürətlə qaçırlar. Biz isə texniki baxımdan bunu eşitməkdən məhrumuq, çünki biz şüurlu məxluqlar olduğumuz halda onu eşitsək, onun dəhşətindən ya bağrımız partlayar, ya huşumuz itər. Lakin, bunu bütün məxluqlar eşidir (ona görə həmin an orada nə bir heyvan, nə də bir quş görmərik), yalnız insanlardan və cinlərdən başqa. (Çünki, yalnız insan və cinlər din anlayışına görə məsuldurlar və şüurlu şəkildə, oxuyub-öyrənmə üsulu ilə dini məlumatlarını öyrənib dərk etməlidirlər. Yoxsa, bircə dəfə o bağırtını eşitsək əlbəttə ki (sağ qala bilsək) artıq mütləq iman gətirərdik. Lakin Allah bizə qorxuducu və təzyiq edici hadisələr deyil, məhz Qurani Kərim, kitab və elm göndərib. Axı biz şüurlu məxluqlarıq!!) Daha sonra həmin dinsizə onun Cəhənnəmdəki yeri göstərilir və ona cəza olaraq artıq əzab – qəbir əzabı – verilməyə başlanır. Qəbir aləminin özunə məxsus olan tələbatsız həyat tərzi, sistemli halda planlaşdırılmış hadisələri, müxtəlif mərhələləri və hər kəsin öz əməllərinə uyğun olan müvafiq əvəzi var – ya müxtəlif növ cəzalar, ya da mükafat olaraq özünəməxsus müəyyən rahatlıqlar var. Digər tərəfdən, qəbir aləmində, bəzi günahkar müsəlmanlar da dünyada işlətdikləri müxtəlif günahlardan təmizlənib, gələcəkdə Cənnətə daxil olmaları üçün müəyyən cəza növləri çəkəcəklər (məs: Qeybət edib arada söz daşıyan və ya ayaq yoluna çıxaraq özünü /paltarını/ sidik sıçramasından kifayət qədər qorumayan, və ya öz valideyninə qarşı nəzakətsiz, kobud və asi olan müsəlmanlar şiddətli qəbir əzabına tutulurlar, lakin, nəticədə bu və ya digər günah onlardan yuyulur);

-c)Hər kəsin büzdüm sümüyündə yerləşən özünün ilk toxumunun cütü olan ikinci toxumu var. Hər kəs öldükdən sonra onun bu ikinci toxumu (bir yer qurdu kimi) yerin dərinliyinə çökməsi və yeni bir bədənlə bitmək üçün qiyamətə qədər öz növbəsini gözləməsi; digər tərəfdən də, vəfat edənin ruhu «Bərzah aləmi»-nin (bizim göz ölçülərimizlə görə bilmədiyimiz olan aləmin) bir hissəsi olan və «Qəbir aləmi» adlanan, dirilərlə də heç bir əlaqəsi olmayan ruhlar məqamında öz həyatını davam edir. (Lakin, istisna olaraq yalnız Peyğəmbərlərə salam göndəriləndə, bu «salam» onlara Allah tərəfindən çatdırılır və onlar salamı qaytarmaq ixtiyarındadırlar, bundan başqa isə onlara heç bir müraciət edilməz, digər vəfat edənlərə isə, heç bir müraciət edilməz, yalnız onlar üçün Allahdan rəhmət arzulamaq olar).

- d) surun çalınması – Mələk İsrafil (a) tərəfindən tükürpədici (məs: çox aşağı tezliklərdə ola biləcək) səslə surun (borunun) ilk çalınması, onun təsirindən də yer üzündə qalan bütün məxluqatın vəfatı, ümumi həyatın sona çatması və bu sükutun bir müddət sürməsi. «Riyadus – Salihin» adlı hədis məcmuəsinda 1836№-li hədisdə bildirilir: Əbu Hüreyra ® belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «iki surun səslənilməsi arasında (müddəti olan) qırx …(aymı, ilmi bilinmir) vardır»;

-e) xüsusi yağış – ilk surun çalınmasından və yer üzündəki həyatın sona çatıb sükut etməsindən bir müddət sonra qatı bir maye halında xüsusi bir yağışın uzun bir müddət yağması; bu yağış səbəbi ilə, yer üzünün müəyyən bir maye ilə bürünməsi

- f) ikinci dəfə surun çalınması ilə (refleks olaraq) hər bir kəsin büzdüm sümüyündəki o ikinci toxumun bu mayeyə üz tutması;

- g) həşr - həmin mayenin içərisində, sanki ümumi ana bətnindəki kimi olaraq bütün məxluqatın təzə bədənlə yetişib inkişaf edərək dirilməsi (həşr olunması). Bu, yetişib dirilmə mərhələsi müəyyən bir müddət davam edir. Əbu Hüreyra ® belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «İnsanın büzdüm sümüyündən başqa, bütün hissələri çürüyür. Yaradılış ondan təşəkkül edər. Sonra Allah səmadan (digər bir rəvayətdə də «nütfəyə bənzər olan» sözü əlavə edilərək) yağış yağdırır. Beləliklə, insanlar, yaşıl bitkilərin bitməsi kimi, dirilirlər»(İm. Nəvavi, «Riyadus-Salihin», 1836№-li hədis. Buxari, Müslim.)
Hər bir kəsin yeni bədəni yetişib (inkişaf edib) formalaşmasından sonra ona məhz öz ruhu qaytarılıb yerləşdirilir və o, artıq tam sağlam şəkildə – ruhu bədənində, ağlı başında, yaddaşı (dünya həyatının bütün xatirələri) yerində olaraq tam sağlam-salamat halda olacaqlar. Hətta bir rəvayətə görə bütün insanlar artıq daima 33 (otuz üç) yaşında olacaqlar. Bu vəziyyətdə olduqları halda, artıq dünyada nə etdiklərinə görə mühakiməyə, sorğu-suala tutulurlar və nəticəsində də müvafiq aqibət qazanırlar. Necə ki, Peyğəmbərimiz Hz. Mühamməd (s. s.) buyurmuşdu: «Bu dünya axirətin tarlasıdır».

- h) «Kövsər» hovuzu – Cənnət hovuzlarından bir hovuzdur. Cənnətdən gətirilmiş və baldan şirin, süddən ağ olan bir içki növü ilə dolmuş hovuzdur. Qiyamət günü bu hovuzun yanında Peyğəmbərimiz Hz. Mühamməd (s) öz ümmətini qarşılayacaq və hər möminə bunun suyundan içirdəcək. Bu, yalnız müsəlmanların içəcəyi şərbətdir və bir daha əbədiyyən susuzluq hiss etməyəcəkləri olan bir mükafatdır. Hətta, günahkar olan müsəlmanlar həmin an bunu içtikdən sonra öz günahlarının cəzasını çəkib onlardan təmizlənmək üçün bir müddət Cəhənnəmə düşsələr də, inşaallah susuzluq hiss etməyəcəklər. Digər tərəfdən də, ümumiyyətlə bunu içənlər üçün gələcəkdə Cənnətə daxil olacaqlarına dair ilahi lütfdən gələn bir işarədir.

- i) Qiyam (qalxıb durmaq) – yerdən qalxıb ALLAH qarşısında mühakimə olunmaq üçün bütün bəşəriyyətin yenidən dirilib qalxaraq, cərgə-cərgə durması; bütün bəşəriyyətin üç böyük dəstəyə – iman edərək ibadət edənlər, inamı və ibadəti inkar edərək küfr edənlər və nəhayət dinin mövcud olmasından bixəbər olanlar (dəlilər, əldən düşmüş qocalar, kar olanlar və son sivilizasiyalardan xəbərsiz halda digər insanlardan ayrı qapalı yaşayan vəhşi tayfalar kimi) – bölünməsi; Adəmdən (a) bəri iman edənlər ümmət-ümmət hər biri (öz dövründə qüvvədə olan) öz Peyğəmbəri ilə «məhşər» yerindən (həşr olub dirilən yerdən) gəlib mühakimə meydanından keçməsi və s., bütün bunlar artıq Qiyamət Gününün başlanmasıdır və bu, müddəti 50 000 il olan mühakimə günüdür, həmin gün Yer kürəsi durdurulacaq və Günəş «batmayacaq». Bu gün barədə Allah Təala belə buyurub: «Mələklər və Ruh (Cəbrail) Allahın dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar!»
(«Məaric»: 4.)

- j) əməl dəftərlərin verilməsi – insan həddi buluğ yaşına çatdıqda, artıq ömrünün sonuna qədər onun bütün söz və əməlləri gündəlik halında, mütləq olaraq, qeydə alınır və Allah qarşısında durduğu bu anda, həmin dəftərlərin (cildlərlə də olsa) hamısı gətirilir, və hər kəs özünün bütün etdikləri əməllərini aydın görəcək. «Xatırla ki, sağında və solunda (onun bütün əməllərini) yazan iki mələk mövcuddur!» (Qaf, 50: 17);

-k) mizan (tərəzi) – çox dəqiq olan haqq tərəzisi qurularaq, insanların bütün yaxşı və pis, düzgün və batil əməlləri, insanlar hələ dünyada yaşadıqları vaxt nəzarətçi mələklər tərəfindən yazılmış olan dəftərlər (gündəliklər) halında həmin tərəzi ilə haqq-hesaba çəkiləcəklər. Yəni, tərəzinin bir gözünə yaxşı əməllərlə bağlı olan dəftərlər, digər gözünə isə pis əməllərlə yazılıb dolmuş dəftərlər yığılır və artıq hansının ağır gəlməsi göz qabağında olur. Artıq, əməllər bu üsulla çəkilib qiymətləndirildikdən sonra insan və cinlərin ya CƏNNƏTƏ, ya CƏHƏNNƏMƏ Hakimlər Hakimi olan Allah Təala tərəfindən ədalətcəsinə təyin olunması; Kiminsə, yaxşı və düzgün əməli pis əməlindən ağır gəlir, kimin isə, əksinə, pis əməlləri yaxşı əməllərindən ağır gəlir. Odur ki, yaxşı və xeyirxah əməlləri çoxaldın.

- l) sırat (yol, keçid) - «qıl körpüsü» adlanan, Cənnətin yolunda bir mərhələ olan və cəhənnəm oduyla dolu dərənin üzərində tük nazikliyində çəkilmiş olan körpü; Hər kəs də öz imanı sayəsində bu körpüdən keçmək məcburiyyətindədir. Kimisi bu körpüdən çox sürətlə (şimşək kimi) keçir, kimisi qaçaraq keçir, kimisi yeriyərək və ya hətta iməkləyərək keçir, kimisi heç keçə bilməyib körpünün ətrafındakı «günah» qırmaqlarına ilişərək körpüdən aşıb, bu odlu dərəyə düşəcək. Bu körpüdən keçmə qabiliyyəti hər kəsin dünyada ikən qəlbində olan imanın dərəcəsindən və işlətdiyi yaxşı və ya pis əməllərinin təsirindən asılı olur. İman bir nurdur, nur isə həm işıq, həm də dayaqdır. Sırf dinsizlər, inkarçı və kafirlərlə yanaşı bəzi günahkar müsəlmanların da bir neçəsi burada ilişərək oda yıxılacaq, lakin etdiyi günahlara görə bir müddət (ya qısa, ya çox uzun) cəza olaraq yandıqdan sonra, səcdə etdikləri bədən üzvlərindən tanınaraq (yeddi səcdə üzvü bir nur vasitəsi ilə atəşin yandırmasından qorunur) oradan çıxarılaraq Cənnətə aparılma mərhələsi və beləliklə onların da (yəni, Cənnətə girəcək son dəstənin də) əbədi Cənnət həyatının başlaması;

-m) CƏNNƏTƏ və ya CƏHƏNNƏMƏ yerləşdirilmə anı.
«(24).(Allah o iki mələyə buyuracaqdır): «Atın Cəhənnəmə hər bir inadcıl kafiri; (25). Xeyrə mane olanı, həddi aşanı, (Allahın vəd etdiklərinə) şəkk edəni». «(30). O gün Biz Cəhənnəmə: «Doldunmu?» - deyəcək, o isə: «Yenə varmı? – deyə cavab verəcəkdir.» (Qaf, 50: 24, 25, 30).
«(31). Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (32). (Onlara deyiləcəkdir): «Bu, vəd olunduğunuz Cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (özünü haramdan, günahdan) qoruyan. (33). Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! (34). Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür!» (Qaf, 50: 31-34).

Cənnətə daxil olanlar iki qrupa ayrılır:

1-ci qrup – bunlar vəfat etdikdən sonra heç bir əziyyət görməyən, ilk növbədə, Peyğəmbərlər, daha sonra sıddıqlar (sadiqlər), şəhidlər, saleh əməlli möminlər və müxtəlif xırda xətaları olan, lakin, həmin ana qədər keçdikləri o müxtəlif mərhələlərin əzab-əziyyəti ilə artıq yuyulmuş (əvəzi çıxılmış) olan müsəlmanlar;

2-ci qrup – bunlar böyük günah sahibi olan, lakin, etiqadları (iman əsaslarına dair inamı) pozulmamış (küfr etməyən, Allaha şərik qoşmayan və islam dinindən çıxmayan) müsəlmanlardır ki, həmin ana (Cənnətə və Cəhənnəmə yerləşdirilməyə başlanılan ana) qədər günahları yuyulmadıqda (lazımi miqdarda cəzalarını görməyənlər) və bu günahlarına görə bir müddət (istər ya uzun, ya qısa müddət) Cəhənnəmin üst təbəqələrinə atılıb orada bir müddət məhkum edilərək, cəzalarını çəkdikdən sonra yerdə qalan ibadət və yaxşı əməlləri müqabilində, ilahi Ədalət və mükafat olaraq, Cəhənnəmdən çıxarılıb azad edilərək nəhayət, Cənnətə daxil ediləcəklər. Cənnətdən isə, artıq heç kim geri çıxarılmır; müsəlmanların ən axırıncısına qədər hamı günahlarını yuyub mükafatlarını alacaqlar və artıq Cənnətdə əbədi qalacaqlar. Cəhənnəmdən ən sonuncu çıxan müsəlman, bədəni tam yanmış olduğu halda cənnət sularıyla (sanki müalicəvi emulsiyə kimi) dolu bir neçə çərhovuzlardan keçirdirilərək, bədəni gözəl şəkildə bərpa olunduqdan sonra, Allah onu Cənnətə dəvət edəcək. O isə, Cənnəti sanki artıq dolu olduğunu görüb deyir ki: «Ya Rəbbim! Mən Cənnəti dolu görürəm!». Və Allah Təala onun, Cənnətdə yerin olub-olmadığı tərəddüdü müqabilində belə buyuracaq: «Cənnətə daxil ol. Sənə yer kürəsi qədər və onun 10 misli qədər də ərazi verildi»(«Kutubi Sittə»; Buxari; Müslim 186. İm. Nəvavi «Riadus Salihin», 1884.)

Bu sonuncu müsəlman yerləşdirildiyi andan etibarən də, həm Cəhənnəm əhli, həm də Cənnət əhli yerləşdirilmiş olduqları bu sistemlərdəki məkanlarda artıq əbədiyyən qalacaqlar – Cəhənnəm əhli hər an oradan çıxmaq istəyərlər, Cənnət əhli isə heç bir an belə Cənnətdən çıxmaq istəməyəcəklər və ən yüksək mükafatı gözləyəcəklər – öz Rəbbini, Yaradanını, İlahını, Ən Ali Varlığı görmək. Bu mükafat digər mükafatlar kimi təkcə nəfsi təmin (rahatlaşdıran) edən, maddi zövqlər verən mükafatlardan deyil. Bu mükafat yüksək ağıl səviyyəsində olan, ağlı sevindirən, təfəkkürü işıqlandıran, elmi artıran, baxan üzləri nurlandıran mükafatdır. Bəli, ən yüksək mükafat – ALLAH TƏALANI görməkdir. «O gün neçə-neçə üzlər sevinib güləcək.»; «Öz Rəbbinə baxacaqdır! (Rəbinin cəmalına tamaşa edəcəkdir!)» (Əl-Qiyamə, 75: 22, 23). Bunu Allah özü vəd edib. «(Bu kafirlər) Qurana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!» (Əl-Mürsəlat, 77: 50).

Beləliklə də, Cənnətə daxil olanlar iki qrupa ayrıldığı kimi, Cəhənnəmə daxil olanlar da iki qrupa ayrılır. Yəni, Cəhənnəmə daxil olanların bir qrupu - azğın kafir olanlar ora düşərək əbədiyyən əzab içində qalacaqlar, ikinci qrup isə bir sıra günahı olan müsəlmanlardır ki, bu günahlarının cəzasını çəkib onları yumaq üçün ora daxil olanlardır, lakin günahlarının miqdarları qədər çəza çəkdikdən sonra oradan çıxarılıb Cənnətə yönəldiləcəklər. Bu proses, ən sonuncu müsəlman Cəhənnəmdən çıxıb Cənnətə daxil olana qədər davam edəcək. Nəhayət, Cəhənnəmdə bir müsəlman da qalmadıqda, artıq oranın qapıları bağlanacaq və orada qalanlar əbədiyyən çıxmayacaq. Bu çox dəhşətli bir haldır.
Cənnətdən məhrum olan kəslər, yəni Cəhənnəmə əbədiyyən girənlər, bunlar iman etməyib küfr və şirk əhli olduqları üçün, Allaha deyil, şeytana və öz nəfslərinə, istəklərinə qulluq və ibadət etdikləri üçün həm qəbir əzabı çəkəcək, həm də, Cəhənnəmin dibinə, ən qızmar, ən alt təbəqələrinə atılaraq, əbədiyyən dəhşətli əzablara məhkum ediləcəklər və onlara belə deyiləcək: «Dadın inkar etdiyinizi». Bu onların İslama qarşı olan münasibətlərinə görə verilən əzabdır. Yoxsa, Allah heç kimə haqsızlıq etməz. «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik.» (Əl-Müddəssir, 74: 41, 42.)
Görün Rəbbimiz olan Allah bu nankorlar barədə nə buyurur:
«Onlara nə olub ki, iman gətirmirlər?», «Özlərinə Quran oxunduqda səcdə etmirlər?!» (Əl-İnşıqaq, 84: 20, 21).
«O gün vay halına (qiyaməti) yalan sayanların!», «Onlara: «Namaz qılın! – deyildiyi zaman namaz qılmazlar!», «O gün vay halına (qiyaməti) yalan sayanların!», «(Bu kafirlər) Qurana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!» (Əl-Mürsəlat, 77: 47-50).
Bütün bu məsuliyyət, sorumluluq, cəza və mükafat ancaq, tam ağlı başında olana, həddi buluğa çatmış, eşitməyə qadir olan (kar olmayan, azanın çağırışını eşidib cavab verə bilən, yəni, eşidərək namaza, məscidə gələ bilən), din (hal-hazırdakı dövrdə İslam) barədə dəvət-təbliğ məlumatları gəlib çatan ərazidə yaşayan və özünü idarə etmək iqtidarında olan şəxslərə aiddir. Yalnız, bu xüsusiyyətlərə malik insanlar dini məsuliyyətə cəlb edilirlər. Bu xüsusiyyətlərə malik olmayan insanlar isə, din və ibadət məsuliyyətindən azaddırlar. Yəni, uşaq, kar, dəli, səmavi dinin (hal-hazırda yalnız İslamın) sorağı heç çatmayan bixəbər və nəhayət, lap qocalmış (qarımış) yaşlı insan dini vəzifədən azaddırlar. Onlar üzürlüdürlər. Bəs Siz özünüzü bunların hansına şamil edirsiniz?!!
Lakin, normal xüsusiyyətlərə malik olmayan bu qrup insanlar barədə sual yaranır. «Yaxşı, sağlam adamın məsələsi aydındır! Bəs həddi-buluğa çatmadan vəfat edən uşaq, din dəvəti gəlib çatsa da, ya qulağı eşitməyən, ya ağlı başında olmayan (ruhi xəstə), ya əldən düşmüş (çox qocalıb qarımış) yaşlı və ya İslam dəvəti (məlumatı) hələ də gəlib çatmayan bir ərazidə yaşayıb dinini fitrət üzrə tutan insanın (fitrət əhlinin) qiyamət günü halı necə olacaq?»
Əvvəla, uşaq ikən vəfat etmiş insan barədə söhbət edək.
Peyğəmbərimiz (s.ə.s.) buyurub ki:
«Hər doğulan uşaq fitrətdən (fitri olaraq qəlbində) müsəlman olaraq doğulur. Sonradan, ana-atası onu ya yəhudi, ya xaçpərəst və ya məcusi (odpərəst, zərdüştçü və ya dinsiz ateist) edirlər» .(Müslim, 2628; 22.)
Beləliklə də, uşağın dini onun böyüdüyü ailəsi ilə bəlli olur. Və şəriətə görə vəfat etmiş uşaq, yaşadığı ailəsinin dini durumuna şamil edilir. Əgər, ailəsi müsəlmandırsa, onu mütləq müsəlman kimi müsəlman şəriətinə görə dəfn etmək digər müsəlmanlara fərzdir: yəni onu qüsl etmək, kəfənə bürümək, cənazə namazını qılmaq və torpaqa tapşırmaq, cənazənin də üstündə «şüvən qoparmamaq» lazımdır. Çünki Peyğəmbər s.ə.s. buyurub:
«Cahilliyə (dini savadsızlıq olan) dövründəki kimi yanaqlarına döyən, paltarını cıran və şüvən qoparanlar bizdən deyillər»
(İm. Buxari: 3/163,166; 6/546.)

Yəni, bu xüsusiyyətdə onlar artıq, müsəlmançılıqdan uzaqlaşırlar,böyük günah sahibi olurlar. Bu cür hərəkətlər, sanki Allaha qarşı üsyan etməkdir və verilən sınağa etiraz etməkdir. Müsəlman – Allaha təslim olmuş deməkdir. Allahdan gələn xeyrə də, şərə də müsəlman şəxs bəndə olaraq etiraz etməməlidir və bunu səbrlə və imanla qəbul etməlidir. Heç bəndə də öz Rəbbinə etiraz edər?! Bu, sağlam düşüncəyə ziddir. Müsəlman olmaq çox şərəflidir. Lakin, eyni zamanda, müsəlman olmaq çox məsuliyyətli və sorumlu bir vəzifədir. Dünyada hər bir iş Allahla bağlıdı, çünki O, Aləmlərin Rəbbidir (nəzarət edib, idarə edəndir). Müsəlman isə, bunu dərk edib qəbul edəndir. Əsl müsəlman, eyni zamanda mömindir. Mömin o kəsdir ki, Allah ona xeyir bir iş nəsib edəndə o, Allaha şükr edir, həmd gətirir və Allah ona şər bir iş (məs. bir müsibət) nəsib edəndə o, səbr (dözüm, şəriət çərçivəsində hərəkət) göstərir və yenə də Allaha həmd gətirir. Bu keyfiyyət yalnız möminə aiddir. Ölüm hadisəsi də buna aiddir.
Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurub: «..o kəslər ki, yüksək səslə ağlayırlar və saçlarını yolurlar və paltarını yırtırlar… bizdən deyillər».
(Buxari: 3/165.)

Bu şərt bütün yaş hədlərinə aiddir. Yəni, vəfat edən istər yaşlı olsun, istərsə də uşaq olsun, şəriətin hökmü birdir – vəfat etmiş müsəlmanı səbrlə və təmkinlə dəfn etmək lazımdır. Hətta bu cür ağır bir hadisəni Allahdan razılıqla qəbul etmək lazımdır. Çünki müsəlman kimi vəfat etmək - çox böyük xoşbəxtlik və ali şüurlu insanın ən böyük arzusudur. Müsəlman şəriətlə yaşadığı kimi, şəriətlə də vəfat etməlidir.
Yox, əgər vəfat edən uşağın ailəsi qeyri müsəlmandısa, onda islam şəriətinin icrasına ehtiyac yoxdur.
Lakin, valideynlərindən heç olmasa biri müsəlman olsa, artıq uşaq müsəlman sayılır və müsəlman şəriəti üzrə dəfn edilir. Çünki, İslam onun fitrətinə daha yaxındır və haqq din olaraq daha üstündür.
Digər qrup insanlar haqında isə, şəriətin hökmü odur ki, fitrət əhli qiyamət günü qısa bir şəkildə xüsusi bir imtahanla imtahana çəkiləcəklər.
Şəriətin banisi Rəsulullah (s.ə.s.) belə buyurub:
- «Qiyamət günü üzürlü olduqlarını irəli sürərək dəlil göstərən dörd sinif insan vardır: qulağı eşitməyən sağır (kar), axmaq (yəni tibbi cəhətdən «ruhi xəstə»), çox yaşlı adam və fitrət zamanı (təbliğ çatmayan dövrdə) ölən kəs. Sağır deyəcək ki, «Ey Rəbbim! İslam gəldi amma mən heç bir şey eşitmədim». Axmaq da belə deyəcək, «Ey Allahım, İslam gəldi, amma hətta kiçik uşaqlar belə mənimlə oynayıb başıma dəvə peyini atırdılar». Yaşlı isə belə deyir, «İslam gəldi, amma mən heç bir şeyi dərk edə bilmirdim». Fitrət zamanı ölən şəxs də deyəcək, «Ey Rəbbim, sənin elçilərin, rəsulların bizə gəlmədi». Bunun üzərinə Allah onlara müəyyən şeyləri başa salır (digər tərəfdən də onlar artıq hər şeyi öz gözləri ilə də görmüş olurlar). Allah Təala insanların Ona (yəni Allaha) itaət etmə xüsusunda onlardan vəd alır və (onların iman edib-etmədklərini, vəd verib Onun əmrinə itaət edib-etmədiklərini imtahan etmək üçün) «Atəşə girin» hökmünü onlara çatdırmaq üçün onlara bir Rəsul (elçi) göndərir». Bunun davamıyla Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu: «Nəfsim (və ya canım) əlində olan Allaha and verirəm ki, əgər (əmrə uyğun) atəşə girmiş olsalar o, onlar üçün sərin və salamat olardı»
(Bu hədisi im. Tabarani (841), İbni Hibban (1827), im. Əhməd b. Hənbəl (4/24) rəvayət etmişdilər. Şeyx Albani bu hədisi «Əs-Sahiha» (1434) adlı əsərində qeyd etmiş və səhihliyini bildirmişdir.)

Unutmayaq ki, artıq Allahın lənətinə düşmüş İblis də Allahı tanıdığı halda, ona müəyyən ibadət formaları etdiyi halda məhz Adəmin peyğəmbərliyini qəbul etməyib və səcdə əmrini aldıqda bunu qürurundan dolayı etmədiyi üçün Allah tərəfindən lənətləndi, «şeytan» (həddini aşmış, cızığından və itaətdən çıxmış) adı ilə adlandırıldı, Allahın rəhmətindən uzaqlaşdırıldı və gələcəkdə əbədiyyən Cəhənnəmin sakini təyin edildi.
Bu ən böyük səfehlik və ən böyük faciədir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə axşamı, 25.08.2009, 19:44 | Yazı # 31
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Cənnətə girmək üçün 30 səbəb

Bismilləhir Rahmənir Rahim

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa, 1) Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar (Əhzab, 70-71)
Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (Allahın ona salavatı və salamı olsun)-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir. (Xütbətul Hacc adı ilə məşhur olan bu duanı, Cümə xütbələrində və bütün söhbətlərində oxuyan Rəsulallah (Allahın ona salavatı və salamı olsun) birbaşa əshabına da öyrətmişdir. (Muslim, 867; Nəsai, 3/188)

Müqəddimə

Şübhəsiz, həmd Allaha məxsusdur. Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz. Allahdan başqa heç bir ilah olmadığına və şəriki də olmadığına şəhadət gətirirəm. Məhəmməd (Allahın ona salavatı və salamı olsun)-in Allahın qulu və elçisi olduğuna da şəhadət gətirirəm.

Cənnətə girmək üçün otuz səbəb adlı bu risalədə Allahın fəziləti ilə- failin cənnətə girməsinə səbəb olan əməllərin zikr edildiyi bir çox ayə və səhih hədisləri topladım. Ancaq burada etiqadı nə qədər olursa olsun bir insan sayılacaq əməlləri yerində yetirdiyində bu əməllər onun cənnətə girməsinə kəfildir mənası qəsd edilmişdir.

Mömin olan kimsədən başqası cənnətə girməz. Kafir və ya müşriklərdən biri (Allaha imanın xaricində) bu əməllərdən bəzisini və ya hamısını yerinə yetirsə o kimsəyə faydası toxunmayacaq və o kimsə cənnətə girməyəcək. Çünki Allah belə buyurur: (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! (Zumər, 65)

Allah kafirlərdən bəhs edərək belə buyurur: Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Furqan, 23)

Buna görə İslam hər əməlin qəbul edilməsi üçün lazım olan ilk şərt olmuşdur. İkinci şərtə gəlincə Allahın yanında əməlin qəbulu üçün, Allaha edilən əmələ səmimiyyətin də dostluq etməsi lazımdır. Yəni əməl edən kimsənin əməli ilə hər hansı bir varlığı qəsd etməməsi və o əməli ilə sadəcə Allahın Üzünü qəsd etməsi lazımdır. Bunun dəlili Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-in : Şübhəsiz Allah, xalis olan və sadəcə öz Üzü istənilən əməli qəbul edər barəsindəki hədisidir. Əməlin qəbul olunması üçün lazım olan üçüncü şərtə gəlincə: O da Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-ə tabe olmaqdır. Bu səbəblə bu risalədə Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-in sabit və səhih hədisləri üzərində ittifaq etdim.

Uca Allaha gözəl isimlərlə və uca sifətlərlə təvəssül edər, bu və bütün əməllərimizi öz Üzü üçün xalis etməsini diləyirəm.

Bu əməllə məni və bütün müsəlman qardaşlarımı faydalandırılmasını; bunun əcrini (salamatlı bir qəlb gətirən xaric mal və oğulların fayda vermədiyi) qiyamət günündə mənə, atama və anama yazmasını istəyirəm. Bu risalədə doğru dedimsə o Allahdandır, Onun fəziləti ilə olmuşdur. Xəta etdimsə o, məndən və şeytandandır.

1-2 İman və səhih əməl işləmək

Qurani Kərimdə iman, Allahın izni ilə cənnətə çatdıran səbəblərin ən mühümü olaraq gəlmişdir. Bununla bərabər o daima saleh əmələ bitişik olaraq xatırlanır, əməlsiz olaraq xatırlanmır. Quranda imanın saleh əmələ bitişik olmadan cənnətə girməyə səbəb olduğu zikr edilən bir yer haradasa yox kimidir.

Saleh əməllərsə çox geniş və böyük savab, qazanmanın yolları da çox ümumidir. Allahdan başqa kimsə onları saya bilməz. Allah Təala belə buyurur: İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə, 82)

Bu mənadakı ayə və hədislər olduqca çoxdur. Tək tək saymaqla yox, misal olmaq üçün aşağıdakı ayələrə baxa bilərsiz:: Bəqərə: 25-82, Loğman: 8, Kəhf: 107, Həcc: 14-23-56, Fəth: 5, Hədis: 12-21, Təğabun: 9, Talaq 11, Buruc: 11, Beyyinə: 7, Muminun: 1-11, Ənkəbut: 57

3-Təqvalı olmaq

Təqvanın təriflərindən ən doğru olan: Allahdan qorxmaq, Quranla əməl etmək, aza qənaət etmək, yolçuluq günü üçün hazırlaşmaqdır.

Bu da təqvanın təriflərindəndir: Allahdan bir nurla, Allaha itaət etmək, savabını umub əzabından qorxaraq Ona asi olmağı tərk etməkdir. (Yəni: Allahın Kitabında və Rəsulunun (Allahın ona salavatı və salamı olsun) sünnəsində gəldiyi kimi əməl etməkdir)

Allah Təala belə buyurur: Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar (Zariyat, 15)

Cənnət müttəqilər üçün hazırlanmışdır. Yenə Allah Təala belə buyurur: Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. (Ali İmran, 132)

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: İnsanları ən çox Cənnətə salan şey, Allaha qarşı təqvalı olmaq və gözəl əxlaqdır. İnsanları ən çox Cəhənnəmə salan şey isə insanın dili və cinsi orqanıdır (İbn Macə, 4246; Sahiha, 977)

4- Allah və Rəsuluna İtaət etmək

Allah Təala belə buyurur: Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər! (Fəth, 17)

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan belə rəvayət olunur: Ümmətimin hamısı Cənnətə girəcək. Ancaq imtina edənlər müstəsna. Dedilər ki: Ya Rəsulallah imtina edənlər kimlərdir? Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Kim mənə itaət edərsə Cənnətə girər. Kim də mənə asi olarsa o da imtina eləmiş olur. (Buxari, 7143)

5-Allah yolunda cihad etmək

Cihad: Allah yolunda can və malla savaşaraq olur. Allah Təala belə buyurur: Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə, 111) Və belə buyurur: Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)! (Saff, 10-12)

6- Tövbə

Gözəl əxlaq nədir və onu necə qazanırıq Bunu öyrənmək üçün Allahın Kitabına, Rəsulunun sünnəsinə, həyatına və əshabının həyatına baxmamız lazımdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)-in əxlaqı haqqında Tirmizinin Muxtasarı Şəmail Muhamadiyyə adlı kitabıdır. Bu kitabı, müxtəsər və təhqiq edən Şeyx Məhəmməd Nəsiruddin əl-Əlbani (Allah ona rəhmət eləsin)-dır.
Tövbə ondan əvvəlki günahları silir.
Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Günahdan tövbə edən günahı olmayan kimidir (İbn Macə, 4250)
Allah Təala belə buyurur: Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar (Məryəm, 60)

7- Allahın dini üzərində doğru olmaq

Allah Təala belə buyurur: Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf, 13)

Sufyan ibn Abdullah əs-Səqafi (Allah ondan razı olsun) dedi ki: Ya Rəsulallah, mənə İslamda səndən sonra heç kimsədən soruşmayacağım bir söz söylə-dedim. Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Allaha iman etdim de, sonra doğru ol (Muslim, 38/62)

8-Allah üçün elm tələb etmək

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: ...Kim elm tələb etmək üçün bir yol gedərsə, Allah ona cənnətin yolunu asanlaşdırar. Bir qövmün Allahın evlərindən bir evdə toplanıb Allahın Kitabını oxuyar və aralarında onu öyrənərlərsə onlara sükunət enər, rəhmət onları əhatə edər, mələklər onların ətrafına yığılar və Allah öz yanındakılarına onlardan danışar. (Muslim, 2699/38; Əbu Davud, 3641)

9-Məscid inşa etmək

Osman ibn Affan (Allah ondan razı olsun) Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-i belə buyurarkən eşitdiyini bizə xəbər verdi: Kim Allahın Üzünü istəyərək məscid inşa edərsə, Allah da onun bənzərini Cənnətdə o kimsə üçün bina edər. (Buxari, 545)

10-Gözəl əxlaq

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: ...Əxlaqını gözəlləşdirən kimsəyə Cənnətdə ən yüksək bir ev cavabdehəm (Əbu Davud, 4800)
Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: İnsanların ən çox Cənnətə girdirən şey Allah qorxusu və gözəl əxlaqdır (İbn Macə, 4246)

Bir çox şey gözəl əxlaqın içinə girər. Aişədən (Allah ondan razı olsun) Rəsulallahın (Allahın ona salavatı və salamı olsun) əxlaqı soruşuldu. O da : Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-in əxlaqı Qurani idi-dedi. Bununla gözəl əxlaqı xüsusilə ifadə etmişdi.

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) bizim tək misalımızdır. Allah : Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Qələm, 3) ayəsilə Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-i öymüşdür. Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.
Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (Allahın ona salavatı və salamı olsun) Onun qulu və elçisidir. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali İmran, 102)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 31.12.2009, 23:09 | Yazı # 32
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allah-taala Cəhənnəmin yanacağını daşlardan, kafirlərdən və Ondan qeyri ibadət olunan məbudlar təşkil etmişdir.

Bu barədə Qurani-Kərimdə belə deyilir: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)», «...o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!».
Hər iki ayədə Cəhənnəmin alışdırıldığı «...insanlar...» dedikdə kafirlər və müşriklər nəzərdə tutulur. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə, 01.01.2010, 20:04 | Yazı # 33
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
11-Mübahisəni tərk etmək

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Haqqı da olsa mübahisə tərk edən kimsə üçün mən Cənnətin ortasında bir evə cavabdehəm.." (Əbu Davud, 4800)

12-Zarafat da olsa yalanı tərk etmək

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "..Zarafat da olsa yalanı tərk edən kimsə üçün mən cənnətin ortasında bir ev kəfiləm." (Əbu Davud, 4800)

13-Hər hədəsdən sonra dəstəmaz almağa və azandan sonra iki rükət namaz qılmağa davam etmək

Abdullah ibn Ubeydə (Allah ondan razı olsun) atasının belə dediyini rəvayət edir: Rəsulallah (Allahın ona salavatı və salamı olsun) bir gün səhər vaxtı Bilalı çağırdı və ona belə dedi: Ey Bilal, məni cənnətə girməkdə nə ilə keçdin Mən Cənnətə girdim. Önümdə sənin ayaq səslərini eşitdim. Bilal dedi ki: Mən azan oxuduğum vaxt iki rükət namaz qılıram. Mənə hədəs olanda dəstəmaz alıram. Rəsulallah (Allahın ona salavatı və salamı olsun) dedi: Bax bununla (məni keçdin)-buyurdu. (Əhməd, 23102; Səhihut-Təğrib vət-Təhrib, 194)

14-Namaz qılmaq üçün məscidə getmək

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan belə rəvayət edilir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Kim məscidə axşam və ya gündüz gedərsə, Allah, hər getdiyində cənnətdə onun üçün məskən edər" (Buxari, 694; Muslim, 669/285) İmam Nəvəvi (Allah ona rəhmət eləsin) bu hədisin şərhində dedi ki: Hədisdə keçən məskən ləfzi, müsafirə gələn zaman hazırlandığı qonaqlama yeridir.

15- Allah üçün səcdəyi çoxaltmaq

Rəbiə bin Kab əl-Əsləmi (Allah ondan razı olsun) belə rəvəyət edir: Rəsulallah (Allahın ona salavatı və salamı olsun) ilə gecələyir, ona dəstəmaz və ehtiyaz suyunu gətirirdim. Rəsulallah (Allahın ona salavatı və salamı olsun) mənə dedi ki: "Məndən bir şey istə!". Mən də Cənnətdə sənə dost olmaq istəyirəm-dedim. Rəsulallah (Allahın ona salavatı və salamı olsun): "Bundan başqa bir şey varmı buyurdu". Mən: İstədiyim budur-dedim. Rəsulallah (Allahın ona salavatı və salamı olsun): "Sən də səcdəni çoxaldaraq nəfsinlə mənə yardım et"-buyurdu (Muslim, 489/226)

16-Məqbul Həcc

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Kim həcc edər, pis söz söyləməz və günah işləməsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar". (Buxari, 1448; Tirmizi, 808)

Yenə Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Məqbul həccin Cənnətdən başqa qarşılığı yoxdur". (Əhməd, 14489)

17-Hər fərz namazından sonra ayətəl-kursini oxumaq

Əbu Umamə əl Bəhili (Allah ondan razı olsun)-dən belə rəvayət edilmişdir: Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Kim fərz namazından sonra Ayətəl-Kursini oxuyarsa, özü ilə Cənnətə girmə arasında ölümdən başqa bir şey əngəl ola bilməz". (Nəsəi, (Əməlulyoum):100; Sahiha, 972)

Bunun bənzəri yəqin olaraq inanıb söyləyən kimsəyə Cənnətin vəd edildiyi zikirlər də vardır. Məsələn: Şəddat bin Əvs (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)-dən belə rəvayət edir: İstiğfarın ağası budur:

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Hər kim bu duanı yəqinliklə iman edərək gündüz söyləyib axşamlamadan əvvəl ölərsə o cənnət əhlindəndir. Kim də bunu gecə yəqinliklə iman edərək oxuyub səhər olmadan əvvəl ölərsə o kimsə cənnət əhlindəndir". (Buxari, 6244)

18-Hər gündüz və gecədə Allah üçün on iki rükət nafilə namazı qılmaq

Ummu Həbibə (Allah ondan razı olsun) Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-dən belə rəvayət edir: "Kim bir gün və gecədə on iki rükət namaz qılarsa onun üçün cənnətdə bir ev bina olunar: Dörd zöhrdən əvvəl, iki sonra, iki axşamdan sonra, iki işadan sonra, iki də sabah namazından əvvəldir". (Nəsəi, 1801, 1802; Əbu Davud, 1250)

19-Salamı yaymaq, yemək yedizdirmək, qohumları ziyarət etmək və gecə namazı qılmaq

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: "Ey insanlar! Salamı yayın, yemək yedirdin, qohumları ziyarət edin, insanlar yatarkən gecə namazı qılın, salamatla cənnətə girərsiniz". (İbn Macə, 3251; Əhməd, 23845)

20-Sözdə doğruluq, əhdə vəfa, əmanətə xəyanət etməmək, fərci qorumaq, gözü çəkindirmək, haramdan əl çəkmək

Ubadə ibn Sanit (Allah ondan razı olsun) Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-dən belə rəvayət edir: "Mənə nəfslərinizin adına altı şeyi təminat verin, mən də sizə cənnəti təminat verim: Danışdığınız vaxt doğru söyləyin, vəd etdiyiniz vaxt vəfa göstərin, əmanət verildiyi vaxt ödəyin, fəcrlərinizi qoruyun, gözlərinizi (haramdan) çəkindirin, əllərinizi (haramdan) çəkin". (İbn Huzeymə, 31; Əhməd, 22821)

ardı...

21-Allahın əmr etdiyi şəkildə namazı qılmaq, Ramazan orucu tutmaq, Fərcu qorumaq və qocaya itaət etmək

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Qadın beş vaxt namazını qıldığı, ramazan orucunu tutduğu, fərcini qoruduğu, ərinə itaət etdiyi vaxt ona: Cənnətin hansı qapısından dilərsən oradan gir-deyilər (Əhməd, 1661; İbni Hibban, 4163; Səhihul Cami, 660)

22-Üç qız uşağın və ya bacının baxım və tərbiyəsini öz öhdəsinə götürmək

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) Kimin üç qızı və ya üç bacısı var və Allahdan qorxaraq onların baxımını yerinə yetirərsə, cənnətə mənimlə belədir buyurdu və şəhadət və orta barmağını işarə etdi. (Əhməd, 12594; Səhiha, 295)
Başqa bir hədisdə Rəsulallah (Allahın ona salavatı və salamı olsun): Kim iki qıza baxarsa, o mənimlə bərabərdir, belə cənnətə girər buyurdu və iki barmağı ilə işarə etdi. (Muslim, 2631/149; Tirmizi, 1981)

23- Uşaqların və yaxınların ölümünə səbr edib bu səbrin qarşılığını Allahdan gözləmək

Rəsulallah (Allahın ona salavatı və salamı olsun) Kim üç uşağının ölümünə səbr edib qarşılığını Allahdan gözlərsə, cənnətə girər. Bir qadın: İki də olar mı Dedi. Rəsulallah (Allahın ona salavatı və salamı olsun): Bəli buyurdu. (Muslim, 2632/151; Nəsəi, 1871; İbn Hibban, 2943)

Yenə Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurur: Müsəlman qoşalardan birinin büluğa çatmadan üç uşağı ölərsə, Allah onları fəzli rəhməti ilə Cənnətə salar (Əhməd, 3534; Nəsəi, 1874)

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan rəvayət edildiyinə görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Allah belə buyurur: Mömin bir qulumun dünya əhalisindən yaxın olanı ölər, səbr edib qarşılığını məndən gözlərsə, mənim yanımda onun cənnətdən başqa bir qarşılığı yoxdur buyurdu. (Əhməd, 9402; Səhihul Cami, 8193)

24-Yetimin baxımını öz öhdəsinə götürmək

Səhl bin Sad (Allah ondan razı olsun)-dan rəvayət edildiyinə görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Mən və yetimi öhdəliyinə götürən cənnətdə beləyik buyurdu və şəhadət və orta barmağı ilə işarət etdi. (Buxari, 6000)

25-Allah üçün xəstə və yaxud din qardaşı ziyarət etmək

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan belə rəvayət edilir: Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Kim Allah üçün bir xəstəni və ya qardaşını ziyarət edərsə, bir nidaçı belə nida edər: Sən təmiz oldun, gəzdiyin yer də təmiz oldu. Cənnətdə sənə bir yer hazırlandı (Tirmizi, 2076; Albani (əl-Mişqat), 5015)

Yenə Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Kim xəstəni ziyarət edərsə, dönənə qədər cənnətin bağçasında olar (Muslim, 2568/40)

26-İki təsbihata davam etmək

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)-dən belə rəvayət etdi: İki xislət var ki, müsəlman bir qul onları qorusa mütləq cənnətə girər. O ikisi asandır, ancaq edənlər azdır: Hər namazdan sonra on dəfə Sübhanallah demək, on dəfə Əlhəmdulilləh, on dəfə Allahu Əkbər desin. Bunlar dildə yüz əlli edər. Mianda isə min beş yüz olar. Yatağına girdiyində otuz dörd dəfə Allahu Əkbər, otuz dörd dəfə Sübhanllah, otuz dörd dəfə Əlhəmdulilləh desin. Bunlar dildə yüz edər. Mizanda min olar. Mən Rəsulallah (Allahın ona salavatı və salamı olsun)-i bunları əli ilə sayarkən gördüm. Dedilər ki: Ya Rəsulallah necə həm onlar asandır, həm də edəni azdır Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Şeytan sizdən birinə yatağında gəlir və təsbihatı söyləmədən yatızdırır. Namazda gəlir və təsbihatı söyləmədən əvvəl bir ehtiyacını xatırladır. (Əbu Davud, 5065; İbn Hibban, 2018)

27-Alış-verişdə müsamaha davranmaq

Osman ibn Əfvan (Allah ondan razı olsun) belə dedi: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Müştəri də olsa satıcı da olsa, hökm verən də olsa, hökm edilən də olsa asanlaşdırıcı kimsəni Allah cənnətə salar. (Nəsəi, 4669; Sahiha, 1181)

28- Kasıb kimsəyə müsamaha göstərmək

Huzeyfə ibnul Yəmən (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)-dən belə rəvayət etdi: Bir adam öldü və cənnətə girdi. Ona: Sən nə əməl edirdin deyə soruşuldu. Ya özü xatırladı, ya da xatırladıldı. Dedi ki: Mən insanlarla alış veriş edirdim. Yoxsul kimsəyə nəzarət edirdim. Sikkədə və ya nəğd pulda müsamahakar davranırdım. O kimsə bu səbəblə bağışlandı. (Muslim 1560/28; Əhmə, 23444)

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan rəvayət edildiyinə görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Bir adam insanlara borc verirdi. Quluna dedi ki: Yoxsul biri gəldiyində ona müsamahakar davran. Bəlkə Allah da bizə müsamahakar davranar. O adam Allah ilə qarşılaşdığı vaxt Allah da ona müsamahakar davrandı (Muslim, 1562/31; Əhməd, 7582)

29-Saleh əməllər eyni gündə müsəlmanda eyni anda olarsa Allahın fəziləti ilə Cənnətə girər

Əbu Hureyrə (Allah ondan razı olsun) belə demişdir: Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Sizdən kim bu gün oruclu olaraq sabahladı Əbu Bəkr (Allah ondan razı olsun) Mən dedi. Rəsulallah (Allahın ona salavatı və salamı olsun) Sizdən kim bu gün cənazəni təqib edib Əbu Bəkr (Allah ondan razı olsun) Mən dedi. Rəsulallah (Allahın ona salavatı və salamı olsun): Sizdən kim bu gün bir kasıb doyuzdurub Əbu Bəkr (Allah ondan razı olsun) Mən dedi. Rəsulallah (Allahın ona salavatı və salamı olsun): Sizdən kim bu gün xəstəni ziyarət edib Əbu Bəkr (Allah ondan razı olsun) Mən dedi. Rəsulallah (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Bir kimsədə bu xislətlər bir araya gələrsə o ancaq cənnətə girər (Muslim, 1028/87)

30- Görmə nemətinin itirilməsinə səbr etmək

Əbu Hureyrə (Allah ondan razı olsun)-dan rəvayət edildiyinə görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: Allah Təala buyurur ki: Kimin görməsini alsam, o kimsə də səbr edib qarşılığını məndə gözləsə, onun üçün cənnətdən başqa bir savaba razı olmaram (Tirmizi, 2511, 2512)

Səid İsrafilov

Oxunub:290 Müəllif: admin Məqalələr Print


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 10.06.2010, 01:35 | Yazı # 34
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Bir hedisde Peyqamber s.a.s. qiyamet gunu bas verecek bir hadiseni bele anlatdi; Qudretli ve Uca Allah qiyamet gunu insanlara beyan olsun deye, ummetimden bir neferi sececekdir.Ona emellerinden ibaret 99 kitab (emel defteri) gosterecekdir. Her defter gozun gore bilme mesafesi boyukluyunde olacaqdir; Emellerini qeyde alanlar sene qarsi haqsizliq etmeyibler ki, ? Cavab verecekdir ki, Xeyir, ey Rebbim Allah yeniden sorusacaqdir; Uzurlu sayilacaq emelin varmi? Sexs yene de; Xeyir ey Rebbim deyecek.Allah deyecekdir; bu gun bizim sene bir yaxsiliqimiz olacaqdir.Bu gun sene zulum olunmayacaqdir;Sonra bu kitablarin arasindan uzerine Sehadet edirem ki, Allahdan basqa Allah yoxdur, Muhammed Onun qulu ve elcisidir.! yazilmis bir kaqiz parcasi cixarilacaqdir.Sonra bu sexse deyilecekdir; Emellerin olculecek ;; Sexs deyecekdir; Ey Rabbim bu kitablar hara, bu kaqiz hara? Allah buyuracaqdir; Bu gun sene qarsi haqsizliq edilmeyecekdir,, Terezinin bir gozune kitablari , diger gozune ise kaqiz parcasini qoyacaqlar.Kitabin yungul,kaqiz parcasi ise aqir gelecekdir.Qudretli ve Boyuk Allahin adi olan yerde hec bir sey aqir gele bilmez!(Tirmizi .Iman17,(2641)/Kutubi-Sitte.14.390.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » CENNET VE CEHENNEM! (Allahin kelami!)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru