[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » OLUMU UNUTMAYIN! (esl heyat olumden sonradir!)
OLUMU UNUTMAYIN!
Ema777Tarix: Cümə axşamı, 11.09.2008, 12:18 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
HƏR AN ÖLƏ BİLƏCƏYİNİZİ UNUDMAYIN.

Allah Təala Cuma 8-də buyurur: (Ey peyğəmbər) de ki: ?(qorxub) qaçdığınız ölüm mütləq sizi haqlayacaq. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir?
Bir ətrafınıza baxın. Bütün insanlar, qohumlarınız, valideyinləriniz, dostlarınız hər bir insan daha əvvəl yaşamış milyonlarla insanlar kimi öləcəklər. Allah bu gerçəyi Ənbiya 35 də belə göstərir: "Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (dözüb dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq, ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız " ayətiylə göstərir. UNUDMAYIN. Nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə kasıb heç kim öz yaxasını ölümdən qurtara bilməyib. Bütün bunları bilən insanların əksəriyyəti ölümü unudmağa çalışırlar. Allah Təala Qaf 19-da buyurur: Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan) bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir.
Siz bu sətirləri oxuyarkən ölümün necə yaxın olduğunu düşünürsünüz. Kim bilir bəlkə bu yazini oxuyub qurtarmadan ölüm sizi haqlayacaq. O halda nə badə ölümün sizə də, başqa insanlara da çox yaxın olduğunu unudmayın. Allah insana heç gözdəmədiyi zamanda ölüm mələyini göndərir. Olduğunuz otaqda anidən ölüm mələyini qarşınızda görə bilərsiniz.
Öldükdən sonra bədəninizin nə hala düşdüyünü heç bilirsinizmi?
Unudmayın ki ölüm əsla yox olma deyil. Əsl həyat ölümdən sonradır. Hər bir insan unudmamalıdır ki, ondan əvvəl yaşayan insanlardan sabahkı gününü planlayıb sabaha sağ çıxmayanlar olub. Ona görə siz heç bir xeyir iş görə biləməyəcəyiniz gün olan ölüm gününə çatmamış bacardığınız qədər xeyir iş görməli olduğunuzu unudmayın. Allah Təala Münafiqun 10-11-də belə buyurur: Birinizin ölümü çatıb :?Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!? deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.

Qiyamətin və hesab gününün mütləq baş verəcəyini unudmayın.
Allah Təala Həc 7-də belə buyurur: Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.
Bu saniyə qolunuzdakı saata baxın. Keçən bir saniyə sizi Allaha daha da yaxınlaşdırır. Sizin üçün müəyyən olunmuş vaxt gələcək. Sizin heç gözləmədiyiniz anda mələklər sizin canınızı alacaq. Bir anda dünyaya aid bütün işləriniz öz mənalarını itirəcək. Elə isə nə qədər ki, fürsətiniz var, dünyaya aid hər nə varsa yox olacağı, bu günə qədər bütün insanların olduğu yerdən qaldırılıb Rəbblərinə hesab vermək üçün biraraya toplanacaqları qiyamət gününü unudmayın. Allah Təala Ənbiya 1-də belə buyurur: İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərdilər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)


 
SelefTarix: Cümə axşamı, 09.10.2008, 00:02 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97).

). «O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq». (Kəhf 47). «O gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta Ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əleyhissəlam – olacaqdır». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Necə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada onu iki ayağı üstə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?».
Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyəcan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Məhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü o qədər tərləyəcəklər ki, onların tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir. (Oranı isladacaqlar). Onlardan birinin təri qulaqlarının ortasına qədər çatacaqdır».
Əməllərinə görə isə bir qrup insanlar o dəhşətli bir gündə Allah – sübhanəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın qiyamət günü kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını Allah yolunda verən gənclər, qəlbi məscidlərə bağlı olan, Allah xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və «mən Allahdan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə Allahı yad edib ağlayan». Allah bizi də onlardan etsin. Amin!



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Abu_MuhammadTarix: Çərşənbə, 22.10.2008, 20:24 | Yazı # 3
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Adil qardashin faydali dersi lezzeltlere son qoyan olum

yukle


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
XEDICE73Tarix: Şənbə, 02.05.2009, 19:01 | Yazı # 4
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Uca Allah deyib: Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər! (əl-Hicr, 43-44). İbn Ömər Peyğəmbərin belə dediyini danışırdı: Cəhənnəmin yeddi qapısı var və onlardan biri mənim ümmətimə əl qaldıranlar üçündür (Əhməd). İbn Cüreyx deyib ki, birinci qapı Cəhənnəm adlanır, ikinci Ləza (od), üçüncü Hutamə (odlanmış), dördüncü əs Səhr (cəhənnəm), beşinci Saqar (alov), altıncı Cahim (cəhənnəm), yeddinci əl Haviya (uçurum). Qapılar nə qədər aşağıdırsa onların hərarətinin dəhşəti çoxalır. Muqatil rəvayət edirdi ki, Cəhənnəmin qapıları ora keçənlərin arxasınca bağlanacaq və onlar dəmir bizlərlə oda doğru qovulacaqlar.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə, 08.05.2009, 16:03 | Yazı # 5
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Her kes ölümü tadacak ve kiyamet günü yapmis olduklarinizin karsiligi size ,tastamam verilecektir.O zaman, kim cehennemden uzak tutulup cennete konursa muradina ermistir. Dünya hayati aldanma metaindan baska bir sey degildir.( AL-i IMRAN 185)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Şənbə, 09.05.2009, 13:56 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
“Ey qəlblərə hökm еdən Аllаhım! Qəlblərimizi Sənə itаətə hаzır еylə!” (Qədər, 17).

Rəsullаh (s.ə.s) həyаtı bоyu ən dərin məhəbbətlə bаğlаndığı Ucа Rəbbinə qоvuşmаğı аrzulаmışdır. Vəfаtı yахınlаşdıqdа isə bu həsrət duyğulаrı zirvəyə çаtmışdır. О, vəzifəsini tаmаmlаyıb dünyаdа qаlmаqlа «Rəfiqi-Əlа»sınа, yəni Ən Ucа Dоstunа gеtmək аrаsındа sеçim еtməli оlаndа, bir ömür bоyu gözlədiyi vüsalın gəldiyini düşünüb, Оnа qovuşmağı üstün tutmuşdur. Аişə аnаmız sеvgilinin dоstunа qоvuşmа аnını bеlə nəql еdir:

“Аllаh Rəsulu sоn аnlаrını yаşаyаrkən mübаrək bаşı mənim sinəmin üstündə idi. Mən: “Еy insаnlаrın Rəbbi! Хəstəliyi аrаdаn götür! Həqiqi təbib, həqiqi şəfа vеrən аncаq sənsən!”- dеyərək şəfа diləyirdim. Sеvgili Pеyğəmbərimiz isə belə dua edirdi: “Хеyr! Аllаhım, məni Rəfiqi-Əlаyа qоvuşdur. Еy Аllаhım! Məni bağışla! Mənə rəhmətini lütf еt! Məni Rəfiqi-Əlаyа qоvuşdur!” (İbn Hənbəl, VI, 108, 231).


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Şənbə, 09.05.2009, 14:13 | Yazı # 7
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ey iman edenler,mallariniz ve coluk-cocugunuz sizi ALLAHI anmaktan alikoymasin, kim böyle yaparsa, iste o kimseler hüsrana ugramislardir. Icinizden birine ölüm gelip de" yaRABBI, beni yakin bir zamana kadar geri biraksaydin da sadaka verip iyi amel isleyenlerden olsaydim" demeden önce size verdigimiz maldan sadaka veriniz,cünkü ALLAH hicbir kulu eceli gelince geri birakmaz, ALLAH islediklerinizden haberdardir.(MÜNAFIKUN 9-11)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Bazar, 10.05.2009, 11:07 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahu Təala Qur'ani Kərimdə buyururki:
((Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər".)) (Yunus surəsi, ayə 49)
((Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.)) (Əl-Hicr surəsi, ayə 5)
((Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!)) (Əl-Ənbiya surəsi, ayə 35)
((Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!)) (Əl-Ənkəbut surəsi, ayə 57)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 17.05.2009, 00:29 | Yazı # 9
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
SÄNIN GÖZLÄRIN ÖNÜNDÄ (BIR GOC SÄKLINÄ GÄTIRILÄN) ÖLÜMÜ AXIRÄTDÄ BOGAZLAYARLAR. SÄN ARTIG ÖLÜMDÄN ÄMIN OLARSAN VÄ ONDAN HEC BIR ZAMAN GORXMAZSAN. SÄNÄ RÄBBININ YAXINLIGI VÄ CÄNNÄTI EHSAN EDILMISDIR. RÄBBIN SÄNDÄN RAZI OLDUGDAN SONRA , BIR DAHA ÄBÄDI OLARAG ONUN GÄZÄBINDÄN GORXMAZSAN. CÜNKI, SÄN DÄGIG OLARAG BILIRSÄN KI, ÄZIZ VÄ CÄLIL OLAN ALLAH SÄNI SEVIR, SÄNDÄN RAZIDIR, ICINDÄ GÄRG OLDUGUN NEMÄTLÄRDÄN MÄMNUNDUR. ALLAHIN SADÄT YURDU NÄ MÜÄZZÄMDIR!ALLAHIN YAXINLIG VÄ HIMAYÄSI NÄ BÖYÜKDÜR!

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 01:58 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ölüm qaçınılmaz bir haldır. Lakin, qeyd etdiyimiz kimi, ölüm – insan varlığının sonu olmadığı üçün, ölüm anı müstəqil bir mərhələ kimi araşdırılmalıdır. Bu mövzunu sevimli Peyğəmbərimizin (s.ə.s.) bir hədisi ilə başlamaq istəyirik.
Allah Rəsulu (s) buyurmuşdur:
«Beş şeydən əvvəl beş şeyin qiymətini bil: ölümündən öncə hə¬ya¬tının; xəstəliyindən öncə səhhətinin; məşğuliyyətindən (iş-güc, baş qarışıqlığından) öncə boş vaxtının; yaşlılığından öncə gəncliyinin (gümrahlığının); kasıblığından öncə zənginliyinin»
((«Camiu-s-sağir» c.1, sh. 40.))

Ümumiyyətlə, ölüm faktı və anlayışı düzgün dəyərləndirilməlidir. Ölüm ümumi son demək deyil. Ölüm – tamamilə yox olmaq, məhv olmaq demək deyil. Digər tərəfdən Ölüm anı – nə bir faciə, nə də qəfildən nizamsız baş verən bir hadisə də deyil. Əksinə, o, planlaşdırılmış şəkildə hazırlanaraq təqdir edilmiş «Qədərlərdən» biridir və insan həyatında sonuncu Qədər olaraq «əcəl» adlanır. Ölüm - sadəcə insanın bir ölçülər aləmindən (sistemindən) digər ölçülər sisteminə keçid mərhələsi və köçməsidir.
Ölümün özündən qorxmaq lazım deyil. Bir halda ki, bu, qaçınılmaz bir haldırsa, onda ondan deyil, ondan sonra cərəyan edən hadisələrin pis ola biləcək aqibətindən qorxmaq lazımdır. Bu daha çox məntiqə uyğundur və reallığa doğru gözü açıq olmaqdır.
Ölüm anı heç bir hazırlıq tələb etmir, o an bizdən asılı deyil. Lakin ölümə səbəb olacaq halların gözəl olmasına çalışmaq lazımdır. Yəni, insan daima yaxşı əməl üzərində olmalıdır ki, günah əməl törətmək anında deyil, yaxşı bir iş, bir ibadət əsnasında vəfat etsin və öz barəsində xoş təəssurat saxlasın. Beləliklə, ölümə hazırlıq – sadəcə ölümdən sonrakı hadisələrə düzgün hazırlıq görmək, iman edilməsi lazım olan xəbərlərə iman etmək, tələb olunan əməllərə əməl etmək, qadağan edilmiş hərəkətlərdən çəkinməkdir. Və ən mühüm məsələ – müsəlman kimi, müsəlman olaraq vəfat etməkdir. Bu, ən xeyirli sonluqdur.
“Ey iman edənlər! Allahdan (O, ilah olduğu üçün) layiqincə qorxun və müsəlman olduqdan sonra başqa hal üzərində ölməyin.” (Ali-İmran: 102)
İslamın ikinci xəlifəsi Ömərdən (İslam tarixində ilk şəhid edilən xəlifədir.) (r.) edilən rəvayətə görə Rəsulullaha (s.ə.s.) sual verdikdə ki: «Hansı müsəlman daha ağıllı və zəkalıdır (fərasətlidir)?»,

Rəsulullah (s.ə.s.) belə buyurdu:

«Ağıllı olanlar – ölümü ən çox yad edənlər və ölümə gözəl hazırlananlardır!». (İbn Macə)

Ölüm hadisəsinə düzgün hazırlıq görmək lazımdır. Lakin, bu hazırlıq ondan ibarət deyil ki, hər hansı bir qəbirsanlıqda qabaqcadan yer alıb qəbir qazmaq və bir kəfən alıb daima özü ilə daşımaq. Bu cür əməllər İslam şəriətinə görə bəyənilmir. Düzgün hazırlanmaq – ölüm anından sonra cərəyan edən hadisələrə, yəni bərzah hadisələrinə düzgün hazırlanmaqdır, öldükdən sonra başlayan qəbir aləminin sorğu-sualına, qəbir həyatının mərhələlərinə əvvəlcədən hazırlaşmaqdır. Əzabmı, yoxsa mükafat mı indidən qazanmaqdır.

-------------


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 24.06.2009, 15:36 | Yazı # 11
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ölüm anı müstəqil bir mərhələdir və onun özünə məxsus halları və cərəyan edən hadisələri mövcuddur.
Ölüm anına dair Peyğəmbərimizin s. gözəl bir hədisi var. Bərzah aləminə dair bir məlumat mənbəyi kimi, onu burada rəvayət etməyi məqsədə uyğun görürük. Bu hədisdə çoxlu məlumat və ibrətlər var:

«əl-Bərai ibn Əzaib (radıyallahu anh) demişdir:
«Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilə birgə ənsarlardan bir nəfərin cənazəsini dəfn etmək üçün qəbristanlığa getdik. Meyidi hələ qəbrə endirməmişdilər. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oturdu. Biz də onun yanında sükut içərisində oturduq. Onun əlində bir əsa var idi, onu bir neçə dəfə yerə vurduqdan sonra başını qaldırıb iki və ya üç dəfə «Qəbr əzabından qorunmaq üçün Allaha sığının» dedi və sözünə davam etdi:
«Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşanda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində cənnət kəfənləri, xoş ətirli cənnət hanutu (balzam, mumiya) olur.
Gözlə görünən bir məsafə uzaqlığı qədər ölmüş adamdan aralı otururlar. Bundan sonra ölüm mələyi (Ona salam olsun) (kütlə onu Əzrayıl adlandırır, bu ad yəhudilərin kitablarından götürülmüşdür, İslamda bu yoxdur.) gəlib onun başı üstündə oturaraq deyir: «Ey xoş nəfs, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Nəfs xaric olur, tuluğun ağzından su kimi axır. Ölüm mələyi onu bir an belə əlində saxlamayıb dərhal o biri mələklərə verir. Onlar nəfsi (həmin ruhu) əllərindəki kəfənə bürüyürlər, ona hanut vururlar. Bundan sonra nəfslə birlikdə göyə qalxırlar. Mələklərin qarşısından keçərkən, onlar deyirlər: «Bu xoş ruh kimdir? Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşıdığı ən yaxşı adları sadalayırlar və onunla dünya səmasına çatırlar. O, səma qapılarının açılmasını tələb edir və onları açırlar. Hər bir səmada yaxın adamları onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Ən axırda onlar yeddinci göyə çatırlar. İzzət və Cəlalət sahibi Allah buyurur: «Mənim bəndəmin məktubunu möminlərin ruhlarının yerləşdiyi bu yeddinci göydə yazıb onun cəsədi ilə yerə göndərin». İki mələk gəlib oturur. Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Rəbbim, Allahdır!» Deyirlər: «Dinin hansıdır?» Deyir: «Dinim İslamdır». Deyirlər: «Sizə göndərilən bu adam kimdir?» Deyir: «O, Allahın rəsuludur». Deyirlər: «Nə bilirsən?» Deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan çağırış səsi gəlir: «Mənim bəndəm haqqı dedi. Onu cənnətə yerləşdirin, cənnət qapısını onun üzünə açın. Onun bədənindən xoş iy gəlir. Onun məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifət, gözəl geyimli, xoş ətirli bir adam gəlib deyir: «Səni sevindirəcək kəsin müjdəsini ver. Bu, sənə vəd edilmiş gündür». O soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O adam deyir: «Mən sənin saleh əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənə bir an imkan ver, bir an imkan ver ki, ailəmi, əmlakımı görüm».
Kafir bəndə dünyanı tərk edib axirətə qovuşduqda isə, onun yanına qara sifətli mələklər gəlir, əllərində tükdən parça olur. Ondan gözlə görünən bir məsafədə otururlar. Sonra ölüm mələyi gəlir, onun başı üstə oturub deyir: «Ey xəbis (pis) nəfs, Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Nəfs (can) onun bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxır. Mələk onu əlinə götürür, bir an belə saxlamadan o biri mələklərə ötürür. Onlar isə nəfsi gətirdikləri parçaya bükürlər, elə bil ki, yerdən tapılmış cəsəddir. Onu göyə qaldırırlar. Onunla mələklər qarşısından keçəndə onlar soruşurlar: «Bu murdar iy nədir?» Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşımış olduğu ən pis adları sadalayırlar. Bu yolla dünya səmasına çatırlar, qapıları açmağı tələb edirlər. Lakin onları açan olmur. Sonra Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) «Onlar üçün səma qapıları açılmaz, dəvə iynənin gözündən keçməyənə qədər onlar cənnətə daxil olmazlar» (əl-Əraf, 40) ayəsini oxuyub dedi: «İzzət və Cəlalət sahibi Allah buyurur: «Onun məktubunu yerə, dar bir məhbəsə göndərin!» Onun ruhunu yerə atırlar. Bu ayəni də oxudu: «Allaha şərik qoşan göydən düşən, quşun dimdiyinə alıb apardığı və küləyin havaya sovurub uzaq bir yerdə atdığı bir şey kimidir» (əl-Həcc, 31). Onun ruhu bədənə qayıdır. İki mələk gəlib sorğu-suala başlayır. Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Ah, bilmirəm». Deyirlər: «Dinin hansıdır?» Deyir: «Bilmirəm». «Sizə göndərilən bu adam kimdir?» Deyir: «Bilmirəm». Həmin an səmadan çağırış səsi gəlir: «O yalan deyir. Onu oda atın. Cəhənnəm qapısını onun üzünə açın!» Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri daralır, bu adamın qabırğaları yapışır (bir-birinə keçir). Çirkin sifətli, kirli paltar geymiş, bədənindən pis iy gələn bir adam gəlib deyir: «Sənə pislik gətirənin müjdəsini ver. Sənə vəd edilmiş gündür bu gün». Deyir: «Sən kimsən? Sənin sifətin çox çirkindir, ondan şər yağır». Bu adam deyir: «Mən sənin pis əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənim vaxtımı uzatma» (“Cəmius Səhih”, Səhih hədislər toplusu).

--------------


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Cümə, 24.07.2009, 16:08 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Axirətə inam – vəfat edərək bir müddət «Qəbir aləmində» saxlandıqdan sonra, Qiyamət Günü təzə bir bədənlə yenidən dirildirilərək, haqq-hesaba çəkildikdən sonra, həyatın əsas və əbədi olan mərhələsinin ya CƏNNƏT, ya CƏHƏNNƏM sistemlərində davamına inamdır. O günü hər kəs Yer kürəsində yaşadığı dövrdə Allahdan gələn Dinə qarşı və o dövrdə qüvvədə olan hər bir Peyğəmbərə dair olan münasibətinə və əlaqəsinə görə şəxsən Allah tərəfindən sorğu – suala çəkiləcəkdir və bunun nəticələri ilə mühakimə olunacaqdır. O gün çox dəhşətli bir gündür.

Hər insanın vəzifəsi özünün yaşadığı dövrün Peyğəmbərinə tabe olmasıdır. Yəni, hər hansı bir Peyğəmbərin peyğəmbərliyi dövründə yaşayan hər insanın, həmin dövrdə güvvədə olan bu Peyğəmbərə və ya ondan sonra onun təliminə tabe olması vacibdir, Ona olan münasibətinə görə məsuldur və cəvabdehdir. Bizim hal-hazırda yaşadığımız dövr də yalnız Hz. Mühammədin (s.ə.s.) və onun təliminin dövrüdür, Onun peyğəmbərlik və onun şəriətinin dövrüdür və bu gün bütün bəşəriyyət məhz bu Peyğəmbərə olan münasibətinə görə cəvabdehdir. Artıq, bizim bu Peyğəmbərimiz (s.ə.s.) Allahın göndərdiyi sonuncu, tamamlayıcı Elçisidir və bu Qiyamətə qədər qüvvədə olan sonuncu Peyğəmbərlikdir. Digər tərəfdən də, Qiyamətin və Axirətin yaxınlaşmasının birinci əlaməti və Rəbbimiz olan Allahın sonuncu xəbardarlığıdır.

Beləliklə, Axirət nədir, nədən ibarətdir? O hansı mərhələlərdən keçir?

Yuxarıda qeyd etdiyimz kimi, axirət sözünün kökü «axırıncı», «sonuncu» mənasını verir. Bəşəriyyətin həyatı ilə bağlı olaraq istifadə edilən Axirət sözü də, insanların hal-hazırdakı dünyada yaşayışının ümumi şəkildə sona çatması, burada həyatın dayanması, törənəcək insanların limitinin (həyat daşıyan toxumların sayının qurtararaq) bitməsı və bəşəriyyətin ümumi şəkildə təzə və ya digər mərhələyə keçməsi, həyatın başqa aləmdə davam etməsi mənasını daşıyır. Lakin, axirət həyatı öz başlanğıcını insanın ilk yaranması tarixindən başlayır. Çünki, insanın yaradılışındakı olan texniki xüsusiyyətlərində bir sıra amil və xüsusların əvvəlcədən qoyulması, onun axirətdə də yaşayacağı üçün əvvəlcədən planlaşdırılaraq nəzərə alınıb və insan bədəni sanki bir cihaz şəklində bu göstəricilərə uyğun tutulduğu halda icad edilərək «quraşdırılıb». İnsanın varlığı, tərkibi və funksiyaları birbaşa Ali Varlığın, Ali Yaradıcının, Ali Ağıl Sahibinin varlığına, ən azı məntiqi dəlildir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 29.07.2009, 04:20 | Yazı # 13
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ƏQALƏLƏR: AXİRƏTİN MƏRHƏLƏLƏRİ

[ Sayta qoyulub: 14:50 23.07.2009 ] : [ Oxunub: 111 dəfə ]
•Axirət həyatı bir neçə mərhələlərdən keçir:
- a) ölüm – qeyd etdiyimiz kimi, hər insanın (və cinin) fərdi və kiçik axirət həyatı onun ölümü ilə başlayır, çünki, ölüm hər fərdin artıq axirətə keçid dövrüdür və vəfat edən şəxs, artıq, axirət həyatına bir pillə daha da yaxınlaşır;

- b) qəbir həyatı – Qəbir həyatı insanı dəfn etdikdən sonra müəyyən sual-cavab ilə başlayır. Onun sürəcək qəbir həyatının vəziyyəti bu sual-cavabın nəticələrindən asılıdır. Ona ilk növbədə dinə dair münasibətini araşdırmaq üçün İnkir və Münkir adlı mələklər tərəfindən Allahın əmri ilə suallar verilir: «1- Rəbbin kimdir, 2- dinin nədir, 3– Mühamməd adındakı şəxs kimdir?» Bu suala düzgün cavab verənə Allahdan nida gəlir ki,: «Qulum düz söylədi, ona Cənnətdə yerləşdiriləcəyi yeri göstərin» və bu insan bunu görüb artıq rahatlaşır, ona, qəbir aləminə uyğun olan nemətlər verilir. Lakin bu qəbir sualına cavab verə bilməyən isə çaş-baş qalaraq belə deyəcək: «M, m … mən bilmirəm, lakin bunlar haqqında bəzi şeylər eşitmişəm». Belə olduqda, ilk növbədə həmin mələklər onu böyük polad sütunlarla başından vururlar və bunun təsirindən o elə bağırır ki, bütün canlılar, yalnız insan və cinlərdən başqa, bu dəhşətli bağırtını eşidib oradan sürətlə qaçırlar. Biz isə texniki baxımdan bunu eşitməkdən məhrumuq, çünki biz şüurlu məxluqlar olduğumuz halda onu eşitsək, onun dəhşətindən ya bağrımız partlayar, ya huşumuz itər. Lakin, bunu bütün məxluqlar eşidir (ona görə həmin an orada nə bir heyvan, nə də bir quş görmərik), yalnız insanlardan və cinlərdən başqa. (Çünki, yalnız insan və cinlər din anlayışına görə məsuldurlar və şüurlu şəkildə, oxuyub-öyrənmə üsulu ilə dini məlumatlarını öyrənib dərk etməlidirlər. Yoxsa, bircə dəfə o bağırtını eşitsək əlbəttə ki (sağ qala bilsək) artıq mütləq iman gətirərdik. Lakin Allah bizə qorxuducu və təzyiq edici hadisələr deyil, məhz Qurani Kərim, kitab və elm göndərib. Axı biz şüurlu məxluqlarıq!!) Daha sonra həmin dinsizə onun Cəhənnəmdəki yeri göstərilir və ona cəza olaraq artıq əzab – qəbir əzabı – verilməyə başlanır. Qəbir aləminin özunə məxsus olan tələbatsız həyat tərzi, sistemli halda planlaşdırılmış hadisələri, müxtəlif mərhələləri və hər kəsin öz əməllərinə uyğun olan müvafiq əvəzi var – ya müxtəlif növ cəzalar, ya da mükafat olaraq özünəməxsus müəyyən rahatlıqlar var. Digər tərəfdən, qəbir aləmində, bəzi günahkar müsəlmanlar da dünyada işlətdikləri müxtəlif günahlardan təmizlənib, gələcəkdə Cənnətə daxil olmaları üçün müəyyən cəza növləri çəkəcəklər (məs: Qeybət edib arada söz daşıyan və ya ayaq yoluna çıxaraq özünü /paltarını/ sidik sıçramasından kifayət qədər qorumayan, və ya öz valideyninə qarşı nəzakətsiz, kobud və asi olan müsəlmanlar şiddətli qəbir əzabına tutulurlar, lakin, nəticədə bu və ya digər günah onlardan yuyulur);

-c)Hər kəsin büzdüm sümüyündə yerləşən özünün ilk toxumunun cütü olan ikinci toxumu var. Hər kəs öldükdən sonra onun bu ikinci toxumu (bir yer qurdu kimi) yerin dərinliyinə çökməsi və yeni bir bədənlə bitmək üçün qiyamətə qədər öz növbəsini gözləməsi; digər tərəfdən də, vəfat edənin ruhu «Bərzah aləmi»-nin (bizim göz ölçülərimizlə görə bilmədiyimiz olan aləmin) bir hissəsi olan və «Qəbir aləmi» adlanan, dirilərlə də heç bir əlaqəsi olmayan ruhlar məqamında öz həyatını davam edir. (Lakin, istisna olaraq yalnız Peyğəmbərlərə salam göndəriləndə, bu «salam» onlara Allah tərəfindən çatdırılır və onlar salamı qaytarmaq ixtiyarındadırlar, bundan başqa isə onlara heç bir müraciət edilməz, digər vəfat edənlərə isə, heç bir müraciət edilməz, yalnız onlar üçün Allahdan rəhmət arzulamaq olar).

- d) surun çalınması – Mələk İsrafil (a) tərəfindən tükürpədici (məs: çox aşağı tezliklərdə ola biləcək) səslə surun (borunun) ilk çalınması, onun təsirindən də yer üzündə qalan bütün məxluqatın vəfatı, ümumi həyatın sona çatması və bu sükutun bir müddət sürməsi. «Riyadus – Salihin» adlı hədis məcmuəsinda 1836№-li hədisdə bildirilir: Əbu Hüreyra ® belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «iki surun səslənilməsi arasında (müddəti olan) qırx …(aymı, ilmi bilinmir) vardır»;

-e) xüsusi yağış – ilk surun çalınmasından və yer üzündəki həyatın sona çatıb sükut etməsindən bir müddət sonra qatı bir maye halında xüsusi bir yağışın uzun bir müddət yağması; bu yağış səbəbi ilə, yer üzünün müəyyən bir maye ilə bürünməsi

- f) ikinci dəfə surun çalınması ilə (refleks olaraq) hər bir kəsin büzdüm sümüyündəki o ikinci toxumun bu mayeyə üz tutması;

- g) həşr - həmin mayenin içərisində, sanki ümumi ana bətnindəki kimi olaraq bütün məxluqatın təzə bədənlə yetişib inkişaf edərək dirilməsi (həşr olunması). Bu, yetişib dirilmə mərhələsi müəyyən bir müddət davam edir. Əbu Hüreyra ® belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «İnsanın büzdüm sümüyündən başqa, bütün hissələri çürüyür. Yaradılış ondan təşəkkül edər. Sonra Allah səmadan (digər bir rəvayətdə də «nütfəyə bənzər olan» sözü əlavə edilərək) yağış yağdırır. Beləliklə, insanlar, yaşıl bitkilərin bitməsi kimi, dirilirlər»(İm. Nəvavi, «Riyadus-Salihin», 1836№-li hədis. Buxari, Müslim.)
Hər bir kəsin yeni bədəni yetişib (inkişaf edib) formalaşmasından sonra ona məhz öz ruhu qaytarılıb yerləşdirilir və o, artıq tam sağlam şəkildə – ruhu bədənində, ağlı başında, yaddaşı (dünya həyatının bütün xatirələri) yerində olaraq tam sağlam-salamat halda olacaqlar. Hətta bir rəvayətə görə bütün insanlar artıq daima 33 (otuz üç) yaşında olacaqlar. Bu vəziyyətdə olduqları halda, artıq dünyada nə etdiklərinə görə mühakiməyə, sorğu-suala tutulurlar və nəticəsində də müvafiq aqibət qazanırlar. Necə ki, Peyğəmbərimiz Hz. Mühamməd (s. s.) buyurmuşdu: «Bu dünya axirətin tarlasıdır».

- h) «Kövsər» hovuzu – Cənnət hovuzlarından bir hovuzdur. Cənnətdən gətirilmiş və baldan şirin, süddən ağ olan bir içki növü ilə dolmuş hovuzdur. Qiyamət günü bu hovuzun yanında Peyğəmbərimiz Hz. Mühamməd (s) öz ümmətini qarşılayacaq və hər möminə bunun suyundan içirdəcək. Bu, yalnız müsəlmanların içəcəyi şərbətdir və bir daha əbədiyyən susuzluq hiss etməyəcəkləri olan bir mükafatdır. Hətta, günahkar olan müsəlmanlar həmin an bunu içtikdən sonra öz günahlarının cəzasını çəkib onlardan təmizlənmək üçün bir müddət Cəhənnəmə düşsələr də, inşaallah susuzluq hiss etməyəcəklər. Digər tərəfdən də, ümumiyyətlə bunu içənlər üçün gələcəkdə Cənnətə daxil olacaqlarına dair ilahi lütfdən gələn bir işarədir.

- i) Qiyam (qalxıb durmaq) – yerdən qalxıb ALLAH qarşısında mühakimə olunmaq üçün bütün bəşəriyyətin yenidən dirilib qalxaraq, cərgə-cərgə durması; bütün bəşəriyyətin üç böyük dəstəyə – iman edərək ibadət edənlər, inamı və ibadəti inkar edərək küfr edənlər və nəhayət dinin mövcud olmasından bixəbər olanlar (dəlilər, əldən düşmüş qocalar, kar olanlar və son sivilizasiyalardan xəbərsiz halda digər insanlardan ayrı qapalı yaşayan vəhşi tayfalar kimi) – bölünməsi; Adəmdən (a) bəri iman edənlər ümmət-ümmət hər biri (öz dövründə qüvvədə olan) öz Peyğəmbəri ilə «məhşər» yerindən (həşr olub dirilən yerdən) gəlib mühakimə meydanından keçməsi və s., bütün bunlar artıq Qiyamət Gününün başlanmasıdır və bu, müddəti 50 000 il olan mühakimə günüdür, həmin gün Yer kürəsi durdurulacaq və Günəş «batmayacaq». Bu gün barədə Allah Təala belə buyurub: «Mələklər və Ruh (Cəbrail) Allahın dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar!»
(«Məaric»: 4.)

- j) əməl dəftərlərin verilməsi – insan həddi buluğ yaşına çatdıqda, artıq ömrünün sonuna qədər onun bütün söz və əməlləri gündəlik halında, mütləq olaraq, qeydə alınır və Allah qarşısında durduğu bu anda, həmin dəftərlərin (cildlərlə də olsa) hamısı gətirilir, və hər kəs özünün bütün etdikləri əməllərini aydın görəcək. «Xatırla ki, sağında və solunda (onun bütün əməllərini) yazan iki mələk mövcuddur!» (Qaf, 50: 17);

-k) mizan (tərəzi) – çox dəqiq olan haqq tərəzisi qurularaq, insanların bütün yaxşı və pis, düzgün və batil əməlləri, insanlar hələ dünyada yaşadıqları vaxt nəzarətçi mələklər tərəfindən yazılmış olan dəftərlər (gündəliklər) halında həmin tərəzi ilə haqq-hesaba çəkiləcəklər. Yəni, tərəzinin bir gözünə yaxşı əməllərlə bağlı olan dəftərlər, digər gözünə isə pis əməllərlə yazılıb dolmuş dəftərlər yığılır və artıq hansının ağır gəlməsi göz qabağında olur. Artıq, əməllər bu üsulla çəkilib qiymətləndirildikdən sonra insan və cinlərin ya CƏNNƏTƏ, ya CƏHƏNNƏMƏ Hakimlər Hakimi olan Allah Təala tərəfindən ədalətcəsinə təyin olunması; Kiminsə, yaxşı və düzgün əməli pis əməlindən ağır gəlir, kimin isə, əksinə, pis əməlləri yaxşı əməllərindən ağır gəlir. Odur ki, yaxşı və xeyirxah əməlləri çoxaldın.

- l) sırat (yol, keçid) - «qıl körpüsü» adlanan, Cənnətin yolunda bir mərhələ olan və cəhənnəm oduyla dolu dərənin üzərində tük nazikliyində çəkilmiş olan körpü; Hər kəs də öz imanı sayəsində bu körpüdən keçmək məcburiyyətindədir. Kimisi bu körpüdən çox sürətlə (şimşək kimi) keçir, kimisi qaçaraq keçir, kimisi yeriyərək və ya hətta iməkləyərək keçir, kimisi heç keçə bilməyib körpünün ətrafındakı «günah» qırmaqlarına ilişərək körpüdən aşıb, bu odlu dərəyə düşəcək. Bu körpüdən keçmə qabiliyyəti hər kəsin dünyada ikən qəlbində olan imanın dərəcəsindən və işlətdiyi yaxşı və ya pis əməllərinin təsirindən asılı olur. İman bir nurdur, nur isə həm işıq, həm də dayaqdır. Sırf dinsizlər, inkarçı və kafirlərlə yanaşı bəzi günahkar müsəlmanların da bir neçəsi burada ilişərək oda yıxılacaq, lakin etdiyi günahlara görə bir müddət (ya qısa, ya çox uzun) cəza olaraq yandıqdan sonra, səcdə etdikləri bədən üzvlərindən tanınaraq (yeddi səcdə üzvü bir nur vasitəsi ilə atəşin yandırmasından qorunur) oradan çıxarılaraq Cənnətə aparılma mərhələsi və beləliklə onların da (yəni, Cənnətə girəcək son dəstənin də) əbədi Cənnət həyatının başlaması;

-m) CƏNNƏTƏ və ya CƏHƏNNƏMƏ yerləşdirilmə anı.
«(24).(Allah o iki mələyə buyuracaqdır): «Atın Cəhənnəmə hər bir inadcıl kafiri; (25). Xeyrə mane olanı, həddi aşanı, (Allahın vəd etdiklərinə) şəkk edəni». «(30). O gün Biz Cəhənnəmə: «Doldunmu?» - deyəcək, o isə: «Yenə varmı? – deyə cavab verəcəkdir.» (Qaf, 50: 24, 25, 30).
«(31). Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (32). (Onlara deyiləcəkdir): «Bu, vəd olunduğunuz Cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (özünü haramdan, günahdan) qoruyan. (33). Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! (34). Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür!» (Qaf, 50: 31-34).


ALLAH BIZLÄRI GORUSUN
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 25.08.2009, 19:41 | Yazı # 14
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
BƏRZAX ALƏMİ

Ölüm – insan həyatının sonu demək deyil. Ölüm – yeni bir başlanğıc, ümumi silsilənin davamıdır. Ölüm zahiri görünüşdə qəribə və qorxunc bir şey olduğu halda, öz daxilindəki olan mahiyyətinə görə isə çox maraqlı və ümid verici bir prosesdir. Bir kəsin ölümü, sanki bir nəfərin başqa ölkəyə köçməsidir. Ətraf mühit və şərait dəyişsə də, həyat yenədə davam edir, sadəcə başqa ölçülərdə.

Ölmək, sanki yuxuya getməkdir, lakin ölüm halı həqiqətdir, yuxu deyil, sadəcə varlığın digər bir mərhələdəki davamıdır – bərzah həyatıdır. Bu hər kəsi gözləyir! Lakin, ölümün özündən qorxmaq deyil, ondan sonra baş verəcək proseslərdən qorxmaq lazımdır. Bunun üçün ölümə düzgün hazırlıq etmək lazımdır. Lakin bu hazırlıq əvvəlcədən qəbir qazımaq və ya kəfəni həmişə özü ilə daşımaq deyil. Əsl və düızgün hazırlıq – məhz öldükdən sonra vəfat edənin başına gələ biləcək hadisələrə qarhı hazırlaşmaq, özünü müəyyən dərəcədə onlardan qorumaq və qabaqcadan əmin-amanlıq qazanmaqdır. Bütün bunun üçün isə, Bərzah Aləmi barəsində məlumat toplamaq lazımdır.

Həyat yolu bizi hara aparır?

İnsan daimə düşünməlidir ki, haradan gəlib haraya gedəcək, necə gəlib necə gedəcək? Yaradılış ilə son nəticə arasındaki mövcud olan məsafə hansı mərhələlərdən keçir? İnsanın ölümündən sonra hansı proseslər baş verir? Məgər həyat o qədər mənasızdır ki, ölümdən sonra heç bir nəticə yoxdur? Axı belə olsa idi, onda həyatın heç bir məqsədi olmazdı, yaxşılığın əhəmiyyəti, pisliyin isə ziyanı olmazdı. Lakin insan əbəs yerə yaranmayıb və mütləq gəldiyi yerə qayıdacaqdır.
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman (zənn) edirsiniz?!» (Möminlər: 115)
Hər bir kəs, kimliyindən asılı olmayaraq Allahın haqq-hesab hüzuruna qayıdacaq, yanında da yalnız onun əməlləri olacaq.
Ənəs ®, Rəsulüllahın (s.ə.s.) belə buyurduğunu rəvayət etmişdir: «Üç şey ölünü təqib edir: ailəsi, malı, əməli. İkisi geri dönüb qayıdır, birisi isə onunla qalır. Ailəsi və malı geri dönür, etdiyi yaxşı və pis əməlləri onunla qalır»
(Buxari, Kitabur-Rikaq; Muslim, Kitabuz-Zühd vər-Rikaq, 2690; Tirmizi.)

ÖLÜM ANI!

Təbii ki, hər bir fərdin bərzah həyatı onun vəfatı ilə başlayır. Yəni, hər bir fərd vəfat etməklə, əvvəlcə ruhu, sonra isə cismi də qəbr aləminə – bərzah aləminə – köçür. Hər kəsin vəfatı bir anda baş verir. Bu an – ölüm anıdır. Lakin, zahirən çox qısa görsənən bu an, əslində daxilən bir çox hadisələrlə axan prosesdir. İrəlidə bu barədə daha ətraflı danışılacaq.
Ölüm anı müstəqil bir mərhələdir və onun özünə məxsus halları və cərəyan edən hadisələri mövcüddur. Bu anın başlanğıcı, sürməsi və tamamlanması var. Ölüm faktının əsas amili – bədəndən ruhun çıxmasıdır. Ölüm anı isə – ruhun bədəndən çıxma prosesidir. Vəfat edəcək kəs istər yaşlı olsun, istərsə də cavan, istər xəstə olsun, istərsə də sağlam, istər qəzaya uğrayan olsun, istərsə də əmin-əmanlıqda olsun – onun vəfatı yalnız ruhun bədəndən çıxması ilə baş verə bilər. Ruh – sağ olanın həyat amilidir, vəfat edənin isə ölüm amilidir. Beləliklə də ölüm – sadəcə xəstələnmək və ya yaralanmaq deyil. Burada əsas amil – ruhun bədəndən çıxıb-çıxmamasıdır, ruhun bədəndə qalıb-qalmamasıdır. Necəki, ana bətnində də, döl vəziyyətində olan uşağa ruhun verilib-verilməməsi ilə onun həyat əlamətlərinin müşahidə edilməsi, onun, artıq, diri olub-olmaması nişanələrinin meydana gəlməsidir. Beləliklə də, ruhun bədənə daxil olması dirilik, bədəndən çıxması isə ölülük amilidir. Bu bir həqiqətdir. Doğuş təyin olunan bir qədər olduğu kimi, olüm də təyin olunan bir əcəldir.
Ölüm, sanki dünya həyatı ilə bərzah həyatı arasında bir keçid mərhələsidir. Vəfat edən kəs ölüm anından bərzaha düşənə qədər qısa da olsa bir neçə mərhələdən keçir. Bu mərhələlər əcəl ilə başlayan və bərzah aləminə daxil olmaq ilə nəticələn ümumi bir prosesdir.
Bu proses barədə həm Allahın kəlamı olan Qurani Kərimdə, həm də Allah Elçisini Hz. Muhammədin (s.ə.s.) pak təlimində (sünnəsində) açıq şəkildə bildirilibdir.

«Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun ruhunu (canını) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əksikliyə yol verməzlər (nə bir an tələsər, nə bir an geçikərləl)!» (Ən-am: 61).

«Can boğaza yetişdiyi (birinin ölümü gəlib çatdığı və artıq ruhunun boğazına çatdığı) zaman. Siz ona baxıb durursunuz (əlinəzdən heç bir şey gəlmir). Biz (isə) ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!» (Əl-Vaqiə, 56: 83 - 87).

Ölüm anına və ruhun vəziyyətinə dair Peyğəmbərimizin s.ə.s. bir sıra gözəl hədisi var. Onlardan bir neçəsini burada zikr edək.

Əbu Said əl-Hudridən ® edilən rəvayətdə Peyğəmbər (s.ə.s.) belə buyurub: «Ölən adam onu yuyanı, kəfənləyəni, daşıyanı və qəbirdə uzadanını görür.»(İmam Əhməd; Təbarani «Əvsat»-da; İbni Əbu Dünya; Mərvizi. İm. Suyuti, «Aləmul Bərzah»..)

Mücahiddən edilən bir rəvayətdə bildirilir ki: «İnsan öldükdə bir mələk onun ruhunu alır. Onu qəbrə qoyuncaya qədər o hər şeyi – yuyanı, daşıyanı və s. – görür.»(İbni Əbu Dünya. İm. Suyuti, «Aləmul Bərzah»..)

Abdurrahman bin Əbu Leyladan edilən digər bir hədistə bildirilir ki: «İnsan öldükdə onun ruhu mələyin əlində qalır. Qəbrə çatdıqda mələk ruhu ona qaytarır.»(İbni Əbu Şeybə. İm. Suyuti, «Aləmul Bərzah»..)

Əbu Hureyrədən ® rəvayət edildiyinə görə, Peyğəmbər (s.ə.s.) belə buyurub: «Cənazəni tez aparın. Salehdirsə onu xeyrə aparırsınız. Saleh deyilsə o, boynunuzdan (daha tez) atılacaq bir şeydir.»(Buxari; Müslim. İm. Suyuti, «Aləmul Bərzah»..)

İbn Abbasdan edilən rəvayətə görə Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: «Hər ölən öz qassalını (qüsl edəni) tanıyır (görü). Əgər ölən kəs cənnətlə müjdələnsə, daşıyanlara yalvarıb deyir ki, - məni tez aparın. Əgər cəhənnəmlə müjdələnsə, tələsməmələrini rica edir.»
(Əbul-Həsən bin Bərra, «Ridvan» kitabında, zəif bir isnadla. İm. Suyuti, «Aləmul Bərzah»..)

Bir rəvayətdə bildirilir ki: «Hər ölənin ruhu mələyin əlində qalır. (Bu ruh) Onu yuyanlarını, kəfənləyənləri və onların etdikləri digər işlərini görür. Əgər danışmaq iktidarında olsaydı, onların yüksək səslə ağlamalarını qoymazdı.»
(İbni Əbu Dünya, Bəkir bin Abdullah əl-Müznidən.)

Hüzeyfədən ® belə rəvayət edilmişdir: «Ruh mələyin əlində qalır. Qassal (qüsl edən şəxs) cəsədi sağa sola çevirir. Qəbrə aparılınca, mələk onun ruhu ilə bərabər cəsədini daşıyanları təkib edir. (Cəsəd) Qəbrə qoyulduqda onun ruhunu cəsədinə qeri qaytarır.»(Beyhəkki. İm. Suyuti, «Aləmul Bərzah»..)

Huzeyfədən ® edilən digər rəvayətdə belə bildirilir: «Ruh mələyin əlində qalır, cəsəd yuyulur. Mələk onunla bərabər qəbrə qədər gedir. Üstü torpaqla bağlandıqda ruhu cəsədə buraxır. Beləliklə də insan həmin vaxt qəbr sualına tutulur.»


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Şənbə, 12.09.2009, 00:55 | Yazı # 15
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Bir saatınız qaldı...

Təcili xidmətdəydim. Peşəyə yeni başlamanın həyəcan və zövqünü yaşayır, 'həkim' xitabına alışmağa çalışırdım. Hər bir böyük xəstəxananın təcili xidmətində olduğu kimi, burada da növbə hissəsi canlı keçirdi. Təcrübəli mütəxəssis həkimlərin yanında, mənə çox məsuliyyət düşmürdü. Mən yalnız olub bitənləri diqqətlə izləyərək təcrübə qazanmağa çalışırdım.
Gecə saat birin yarısı idi. İki qadın, qollarından tutduqları, 16-17 yaşlarında, bir cavanı xəstəxanaya gətirirdi. Cavanın atası olduğu aydın olan bir kişi arxalarından tənginəfəs gəlir, bir tərəfdən də belə səslənirdi:
-Qurtarın balamı, qurtarın uşağımı!

Növbətçi həkim, gecənin yorğunluğuyla söykəndiyi kreslosundan qalxdı. Bu vaxt tibb bacıları yeni gələnləri qarşılayırdı. Mən həkimin yanında ayaqda üstə gözləyirdim. Adam danışmağa davam edirdi:
- Ey həkim, oğlum intihar niyyətilə dərman atıb. Anası bilən kimi biz dərhal onu bura gətirdik.
-Atdığı dərmanlar yanınızdamı?
Kişi, pencəyinin ciblərindən həb qutularını çıxarıb həkimə göstərdi.
-Bu həbdən on beş-iyirmi dənə, bundan on dənə, bundan da üç-beş dənə atıb.
-Nə vaxt atdığını bilirsinizmi?
-İki saata yaxın.

Həkim həb qutularını uzun müddət araşdırdıqdan sonra, bir cavana, bir də qutulara baxdı. Ardından başını sağa sola yelləyib üzünü büzdürərək:
-Hmm! Təəssüf, çox təəssüf!

Ailə narahatlıq və maraq içində, həkimin bir şeylər söyləməsini gözləyir, amma həkimdən səs çıxmırdı. Mən isə, gəncin mədəsini yuyacağımızı düşünürdüm. Qısa sürən bir səssizlik, atanın sualı ilə pozuldu:
-Nə edəcəyik, ay həkim?

Həkimin üzü gərginləşdi. Baxışlarını ümidsizcə qaldırdı. Dodaqlarını dişlədi. Başını çarəsizcə sağa-sola yellədi. Əlləriylə də çarəsizlik işarəsi etdi. Ağızından tökülən son sözlər, xəstə və yaxınları üçün qəlpə kimi idi.

-Təəssüf edirəm! Ediləcək bir şey yox. Həm bu dərmanlarla... Üstəlik də gecikmisiniz.

Mən göz ucuyla ailəyə baxdım. Hamısının başları yerə dikilmişdi, ümidsüzliyə düçar olmuşdu. Cavanın üzü qorxudan gərilmişdi. Anası və bacısının dəstəyilə ayaqda çətin dayanan cavan, birdən dikəlib diqqətlə həkimə baxdı. Həkimin ifadələrindəki qətiliyi və üzündəki ciddiliyi görüncə sarsıldı. Dizlərinin bağı boşalmışcasına özünü yerə buraxdı. Ailə fərdlərinin ayaqda dayanmağa gücləri qalmamış olacaqdı ki, hər biri bir kənara yıxıldı. Ata və ana, bir şeylər zümzümə edirdilər. Uzun sürən bir susqunluq və qarışıqlıqdan sonra:
-Nə olacaq, ey həkim? Heç bir şey edə bilməzsinizmi?
-Artıq çox gecdi. Bu vəziyyətdə təəssüf ki, bir şey edə bilmərik. Etsək də faydası da olmaz. Hər halda bir saata qədər xəstəni itirərik. Yenə də xəstəni müşahidə altına alaq.

Mən də ən az ailə qədər çaşmışdım. Cavanın üzünə baxırdım. Ölüm narahatlığı və ümidsizlik iliklərinə qədər işləmiş kimi idi. Öz-özümə onun nələr hiss etdiyini düşündüm. Ölümə bu qədər yaxınlaşmaq, həqiqətən çətin bir vəziyyət olmalı idi. Həm insan bir saat sonra öləcəyini bilsə nələr düşünər, nələr hiss edər, nələr edərdi? Əslində hər birimizin, ölümə bir saat yaxınlaşacağı an gəlməyəcəkmi? Həyatın qarışıqlıq arasında, ölüm həqiqətini necə də keçirir və ya özümüzdən uzaq görürdük. İndi bu cavan, keçmişini, yoldaşlarını, ailəsini düşünür olmalı idi. Və ya ölümdən sonrakı həyatı; yəni bir saat sonrasını... Bəlkə də arxasından nələr düşünüləcəyini, danışılacağını... Halbuki nə qədər çox planı vardı. İndi isə o planları düşünmək bir tərəfə, son saatını necə keçirəcəyinə dair doğru düşünmə bacarığını belə itirmiş kimi idi.

Ata özünü topladı. Yalvaran bir əda ilə sualını təkrarladı:
-Heç bir şey edə bilməzsinizmi, ay həkim? Heç ümid yoxdurmu?

İçəri yeni girən həkim, qaş-göz işarəsiylə nə olduğunu soruşdu. Həkim ayağa qalxıb qəti bir ifadə ilə cavab verdi:
-İntihar cəhdi, həkim!. Gecikmişlər təəssüf ki. Vəziyyət də ciddi. Ediləcək bir şey qalmamış. Sonra hesabatını yoluna qoyarıq.

Deyilənləri diqqətlə dinləyən cavanı ölüm gerçəyi ilə üzləşmək ürkütmüşdü. Peşmanlıq duyğusu içərisində və titrək bir səslə həkimə: 'Xilas olmaq üçün nə etmək lazımdırsa etməyə hazıram. Nə olar həkim! Məni qurtarın, ölmək istəmirəm!" dedi. Həkim isə ona heç fikir vermədi. Ölümə bu qədər yaxın bir kimsəni daha əvvəl heç görməmişdim. Üstəlik çox da gənc idi. Xəyalımda meyitxanaya gedib, gəncin yarılmasını düşünürdüm. Demək, qarşımda dayanan bu diri bədən bir azdan öləcək, yarılma üçün açılacaq və biz bir hesabat tənzimləyib buraxacağıq! ... Bir çox düşüncə beynimə dolaşırdı.

Həkim oradan uzaqlaşdı. Mən də arxasından getdim. Bir az naşılıq iy verən bir rəftarla soruşdum:
-Ay həkim! Serumla bol maye verib, bir tərəfdən də sidik çıxarıcılarla qanını təmizləyə bilməzdikmi?

Həkim dönüb, gözlərəmin içinə baxdı:
-Qardaşım, görürsən, burada ayaqda çətin dayanan yaşlılar belə bir az daha həyatda qalmaq üçün mübarizə edərkən, bu cavan daha on yeddi yaşındadır və intihara cəhd edir. Ölmək istəyirsə, niyə ona mane olaq? Bir az istəyi ilə baş-başa qalsın baxaq. Ölüm nə imiş, həyat nə imiş düşünsün! Həyatının dəyərini, ailəsinə nə qədər acı çəkdirdiyini hiss etsin! Doğrusu Allahı xatırlasın; qul olmağı... Ölümü və sonrasını da təbii ki...

Arxasından, məni bir dəfə daha çaşdıran bir qəhqəhə çəkib belə dedi:
-Yoxsa səndəmi inandın öləcəyinə? həkim dedi.
-Necə yəni, cavan ölməyəcəkmi? mən dedim.

Gülərək, dərman qutularını göstərdi. Əlindəkilər vitamin həbi, öskürək kəsici və bəlğəm təmizləyicilər idi.

*) Yaşanmış bir hadisədir

Mənbə: www.sizinti.com.tr


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 01.06.2010, 01:20 | Yazı # 16
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Olum ani qeldikde olumle pencelesen insani qurtarmaq ucun yaxinlari her cur careye el atirlar ki, ve bir umudle etrafinda pervane kimi firlanirlar. Can veren insan onlarin b calismalarinin hec heder bir is olduqunu bilir, o anda bu qune qeder qormediyi bir alemden yaradilanlarla - olum melekleri ile uz- uze dayanir.bu ani Qurani - Kerimde Vaqie,suresinin 19 cu Enam suresinin 61-62-ciCuma suresinin8-ci Seba suresinin 30-cu Ali imran suresinin145-ci Secde suresinin11-ci ayesinde bele ifade edir;
Can boqaza yetisdiyi zamansiz ona baxib durursunuz .Biz ona sizden daha yaxiniq,amma siz qormursunuz!

Size muvekkil olan olum meleyi caninizi alacaqdir.Sonra da Rebbinizin huzuruna qaytarilacaqsiniz!
olum heqiqeten qelir. Bu senin qorxub qacdiqin seydir.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 01.06.2010, 01:29 | Yazı # 17
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
pISLIYE OLMA YOLDAS
NEFSIN ILE ET SAVAS
HAZIRLAS YAVAS-YAVAS
OLUM VARDIR UNUTMA!

BASLASIN HAZIRLIQLAR
DEME DAHA VAXTIM VAR
QEBRE QIRME QUNAHKAR
OLUM VARDIR UNUTMA!

DUNYA ELBETTE FANI
SULTAN SULEYMAN HANI?
SENDE QEDERSEN YENI
OLUM VARDIR UNUTMA!

HEC BIR SEYLE OYUNME
PESMAN OLUB DOYULME
SAQLIQINA QUVENME
OLUM VARDIR UNUTMA!

HAQQ QARSISINDA EYIL
MEHSERDE OLMA ZELIL
TOVBE ET ,QUNAHI SIL
OLUM VARDIR UNUTMA!

ECEL ZAMAN TANIMAZ
YASLI VE QENC AYIRMAZ
SENI,MENI ANLAMAZ
OLUM VARDIR UNUTMA!

OLMAYASAN DIVANE
ETME UZUR BEHANE
YASASANDA SAHANE
OLUM VARDIR UNUTMA!

SER MEHMAN ALI DEMIRTASA MEXSUSDUR.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » OLUMU UNUTMAYIN! (esl heyat olumden sonradir!)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru