[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » SEYTAN (seytan qalib gelmek)
SEYTAN
Ema777Tarix: Bazar ertəsi, 08.09.2008, 12:32 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Seytanin fitne ve fesadlarindan chekindirme.

Allah Taala insani yaratdigi zaman, onun fitretine xeyirli seylere maraq gostermesi ucun heva ve istek, zererli sheylerden chekinmek uchun gezeb yerlesdirmisdir. Hemcinin hemchinin istekleri ve cekindikleri arasinda edaleti berqerar etmek uchun ise terbiyechi rolunu oynayan agli vermisdir. Seytan ise insani hem isteklerde, hem de cekindiklerinde ifrata varmaga sovq etmek ucun yaradilmishdir. Bele oldugu tegdirde agli olan her kes Ademden(as) beri butun insanlarla dusmenchilik eden bu sheytandan ve onun fitne-fesadlarindan uzag olmaliyiq. Chunki sheytan nefsini ve omrunu insan oglunu yoldan chixartmaq ucun serf etmisdir. Gurani Kerimde Allah Taala bele buyurmusdur:

"Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. "
(Guran/Begere/168,169)

"Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, "
(Guran/Begere/268)

"Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər "
(Guran/ Nisa/60)

Bu menada Guranda bir cox ayeler movcuddur.
Daim yeni oyunlar hazirlayan sheytanin ilk asiliyi Allahin secde emrine etiraz etmesile elaqedardir. O Adem(as) ile ozunu mugayise ederek, ozunun ustun oldugunu bildirmisdi:

"(Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi. "
(Guran/Eraf /12)

Sheytan insana her hansi 1 pis emeli gozel gostererse, hemin insan bu pislikden Allah siginmalidir. Bele bir veziyyetde olan insan qelbine girmis seytandan sorusmalidir:

"Nefsimin arzusuna yetmeim ucun mene "nesihetler" eleirsen? Amma ozune ozune nesihet etmeyenin mene elediyi nesihetin dogru olub-olmadigini kim bile biler? Insan oz dusmeninin nesihetine neje qulaq asa biler?"

Belelikle sheytani ozunden uzaglashdirar. Amma bu defe de lenetlenmis seytan insanin nefsinden ona komek etmesini xahis eder. Cunki nefs insana ele bir quvve verir ki, o isteyine halal-haram billmeden butun yollarla catmaga cehd edir. Ona gore de insan ilk ewel edejei gunahin ne netije verejeyini dusunmelidir, bu halda umid edilir ki, ezm ordusu insanin komeyine gelecek ve nefsin esgerleri meglub olajaqdir.

Добавлено (07.09.2008, 14:04)
---------------------------------------------
Şeytanın hiylələri

Aləmlərin Rəbbi olan Allaha həmd olsun...

Salat və Salam Onun əmin elçisi Əfəndimiz Məhəmməd Mustafaya (s.a.v) onun pak ailəsinə və əshabına olsun.

İbni Abbas (r.a) Həzrətlərindən nəqlən Muaz bin Cəbəl rəvayət edir:

- Bir gün Rəsulullah (s.a.v) ilə birlikdə ənsardan birinin evində toplanmışdıq. Tam bir camaat halında söhbət edirdik. Bu sırada bayırdan bir səs gəldi:
- Ay ev sahibi . Evə girməm üçün izn verərmisiniz? Mənim sizdən bir diləyim, görüləcək bir işim var.
Hamımız dönüb Rəsulullah (s.a.v) Əfəndimizin üzünə baxdıq. Orada və hər zaman böyük idi. İzni O verməliydi. Rəsulullah (s.a.v) Əfəndimiz duruma vaqif oldu və :
- Bu səslənən kimdir, bilirsinizmi - buyurdu. Hamımız bir ağızdan: Ən doğrusunu bilən Allah və Onun Rəsuludur- dedik.
Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: O lənətlənmiş iblisdir-şeytandır; Allahın lənətinə gəlsin.....
Həzrəti Ömər dedi:- Ya Rəsulullah mənə izn verin onu öldürüm.
Rəsulullah (s.a.v) Əfəndimiz izni vermədi buyurdu ki,- Dayan ya Ömər . Məgər ona bəlli bir vaxta qədər möhlət verildiyini bilmirsənmi? Öldürməyi unut. Sonra Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: - Qapını açın gəlsin. O buraya gəlmək üçün əmr almışdır. Deycəklərini anlamağa çalışın. Sizə anladacaqlarını diqqətlə dinləyin.
Bundan sonrasını ravidən dinləyək:
Qapını açdılar. İçəri girdi və bizə göründü. Onun zahiri görünüşü belə idi: ixtiyar bir adam , çaş, eyni zamanda kosa,çənəsində at qılı kimi altı və ya yeddi qıl, gözləri yuxarı doğru baxırdı, başı böyük bir fil başı kimi , dodaqları camış dodağına bənzəyirdi. Bizə salam verdi.- Salam ey Məhəmməd salam ey müsəlman camaatı.Onun bu sualına Rəsulullah (s.a.v) Əfəndimiz belə cavb verdi: - Salam Allahındır ey lənətlənmiş ... Bir iş üçün gəldiyini duydum, nədir o iş.
Şeytan dedi: - Mənim buraya gəlişim öz arzumla olmadı. Məcburam gəldim. Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Nədir oməcburiyyət? Şeytan dedi ki, izzət sahibi Rəbbin qatından bir mələk gəldi və mənə dedi ki, Allah Təala (c.c) sənə əmr edir: Məhəmmmədin yanına gedəcəksən. Ancaq alçaq və zəlil bir halda, təvazö ilə gedəcəksən və adəm oğullarını necə aldatdığını anladacaqsan.Onları necə yoldan çıxardığını bir-bir söyləyəcəksən. Sonra o səndən nə sorarsa doğrusunu deyəcəksən.
Sonra Allah Təala (c.c) buyurdu ki; - Söylədiklərinə bir yalan qatarsansa, əgər olanı söyləməzsənsə, səni kül edərəm, rüzgarlar külünü sovurar. Düşmənlərin qarşısında sənirüsvay edərəm. Bax belə ya Məhəmməd o əmrinə görə gəldim. İstədiyini məndən sor. Əgər sorduqlarına doğru cavab verməzsəm, düşmənlərim mənə rişxənd edəcəklər. Bu da şübhəsizdir ki, düşmənlərimin rişxənd etməsindən betər bir şey yoxdur.

Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Mdam ki, sözlərində doğru olacaqsa, o halda mənə anlatgörüm, xalq arasında ən çox sevmədiyin kimdir?- Şeytan dedi ki, sənsən ya Məhəmməd ... Allahın xəlq etdikləri arasında səndən daha çox sevmədiyim kimsə yoxdur.Çünki sənin kimi heç kim ola bilməz. Rəsulullah (s.a.v) Əfəndimiz sordu:
- Məndən sonra ən çox kimlərə kin bəslərsən və sevməzsən ?
- Şübhəsiz ki bir gəncə ki, varlığını Allah yoluna vermişdir. Bundan sonra sual-cavab yeədə də davam etdi Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Sonra kimi sevməzsən ? Şeytan dedi: - Şübhəli işlərdən çəkinən səbirli bildiyim alimi.; Təmizkarı ... yuduğu yeri üç dəfə yumağa davam edən kimsəni; səbirli olan fəqii ki, ehtiyacını heç kimsəyə anlatmaz, halından şikayət etməz.
Rəsulullah (s.a.v) Əfəndimiz sordu:
- Yaxşı bu fəqirin ehtiyaclı olduğunu haradan bilirsən ?
Ya Məhəmməd o ehtiyacını özü kimi olan birinə söyləməz. Hər kim ehtiyacını özü kimi birinə üç dəfə anladarsa, Allah onu səbr edənlərdən yazmaz. Səbirli kimsələrin işi buna bənzəməz. Bir sözlə onun səbrini halından, davranışından və şikayət etməsindən anlayıram.
Sonra kim?...
- Şükr edən zəngin
- Yaxşı o zənginin şükür edən olduğunu necə bilirsən?
- Əgər görsəm ki, aldığını halal yolla alır və lazım olan yerə xərcləyirsə, bilirəm ki, o şükr edən zəngindir.
Rəsulullah (s.a.v) Əfəndimiz bu dəfə mövzunu dəyişdi və başqa bir sual verdi:- Yaxşı ümmətim namaza qalxdıqca sənin halın necə olur?- Məni bir üşütmə tutar titrəyərm ya Məhəmməd.
- Niyə belə olursan ey lənətlənmiş ?
- Çünki bir qul Allah üçün səcdə edincə bir dərəcə yüksəlir.
- Yaxşı bəs oruc tutduqları zaman necə olursan ?
- O zaman onlar iftar edincəyə qədər əlim-qolum zəncirlənir.
- Yaxşı bəs həcc ibadəti etdikləri zaman necə olursan?
- O zaman da dəli kimi oluram.
- Yaxşı bəs Quran oxuduqları zaman necə olursan?
O zaman da əriyirəm . Atəşdə əriyən bir qurğuşun kimi əriyirəm.
- Yaxşı bəs sədəqə verdikləri zaman halın necədir?
- Həə... Bax, o zaman halım çox yaman olur. Sədəqə verən sanki əlinə bir mişar alıb, məni ikiyə bölür.
- Nə üçün mişarla ikiyə bölünürsən, ey Əbamürrə?
- Oru anladım çünki sədəqədə dörd gözəllik var- şeytan dedi. 1) Allah Təala (c.c.) sədəqə verənin malını artırar. 2) Cənabı Haqq sədəqə verəni xalqına sevdirər. 3) Allah Təala (c.c) onun verdiyi sədəqəni cəhənnəmlə onun arasında bir pərdə eylər. 4) Allah Təala (c.c) bəlanı , sıxıntını, və ahu -zarı ondan dəf edər.

Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz əshabı haqqında bəzi suallar verdi:
- Əbubəkir haqqında nə deyə bilərsən? - Omənə cahiliyyət dövründə belə itaət etmədi... İslama girdikdən sonra heç itatət edərmi?
- Yaxşı Ömər üçün nə deyə bilərsən?- Allah and olsun ki, hər onu gördüyüm yerdə ondan qaçdım.
- Yaxşı Osman üçün nə deyə bilərsən? - Ondan utanıram həm də çox....
- Yaxşı bəs Əli barədə nə deyə bilərsən.? - Ax... Kaş onun əlindən qurtara bilərdim. O özbaşına qalsa, və məndə özbaşına qalsam, O məndən əl çəkə məndən ondan əl çəkəm. Mən ondan əl çəkərəm , amma o məndən əl çəkməz.
Bu sual-cavabdan sonra Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu:
- Ümmətimə səadət ehsan edən səni də bəlli bir vaxta qədər hər çeşid rəzaləti edən bədbəxt bir məxluq olaraq yaradan Allaha həmd olsun.
- Heyhat, heyhat.... Ümmətinin səadəti haradadır? Mən o bəlli vaxta qədər diri qaldıqca, sən ümmətin üçün necə fərəh duya bilərsən?... Mən onların qan damarlarına girərəm, ətlərinə qarışaram. Amma onlar mənim bu halımı görə bilməz, hiss edə bilməzlər. Məni yaradan və bəəs (öldükdən sonra təkrar dirilmə) gününə qədər mənə möhlət verən Allaha and içirəm ki, ümmətinin hamısını azdıracam: cahil və alimlərini, savadsız və oxumuşlarını, haqdan dönənləri və ibadət əhli olanları. Bir sözlə bunlardan heç biri əlimdən qurtara bilməz. Fəqət Allahın xalis qulları istisna olmaqla ... Bəli onları azdıra bilmərəm.
Rəsulullah (s.a.v) Əfəndimiz sordu: - Sənə görə ixlas sahibi olan xalis qullar kimlərdir?
Şeytan dedi:- Ya Məhəmməd məgər bilməzmisən ki, bir kimsə dinar və dirhəmini sevər, o kimsə Allah üçün bir ixlas sahibi ola bilməz. Əgər görsəm ki, bir kimsə dirhəmini və dinarını sevməz, öyünməkdən , mədh edilməkdən xoşlanmaz, bilirəm ki, o ixlas sahibidir... Onu həmən buraxıb qaçaram. Bir qul dünya malını və öyünməyi sevdikcə, qəlbi və dünya istəklərinə bağlı qaldıqca o sizə tərif etdiyim kimsələr arasında mənə ən çox itatət edənlərdir. Bilməzmisən ki, Ya Məhəmməd hamıdan yuxarıda olmaq sevgisi yenə böyük günahların ən böyükləri arasındadır. Mənim yetmiş min ədəd övladım var. Bunların hər birini bir başqa yerə təyin etmişəm. Sonra.. hər övladımla birlikdə yenə yetmiş min ədəd şeytan vardır. Onların bir qismini alimlərə göndərdim, bir qismini gənclərə yolladım, bir qismini yaşlı kişilərə yolladım, digər bir qismini ixtiyar qadınlara musallat etdim. Gənclərə gəlincə aramızda heç bir anlaşılmazlıq yoxdur, onlarla çox gözəl keçinirik. Uşaqlarla da bizimkilər istədikləri kimi birlikdə oynarlar. Bizimkilərin bir qismini adillərin bir qismini də zahidlərin başına dərd etdim. Bizimkilər onların yanına girər, haldan-hala salarlar. Bir təpədən o birinə baz beləcə dolaşdırıb durarlar. Elə bir hal alarlar ki, səbəblərdən hər hansı birinə söyməyə başlarlar... Bax beləcə onlardan ixlası alaram. Onlar bu halları ilə etdikləri ibadətləri ixlassız yerinə yetirərlər. Amma bu halların fərqinə varmazlar.
İblis bundan sonra aldatdığı bir rahibin hekayəsini danışdı:
- Ya Məhəmməd, məgər bilməzmisən ki, rahib Barsisa tam 70 il ixlas ilə Allaha ibadət etdi? Bu ibadətlərin nəticəsində ona elə bir hal ehsan edilmişdir ki, hər dua etdiyi xəstə onun duası hörmətinə şəfa tapırdı. Ona musallat oldum, heç buraxmadım.. Zina etdi. Qatil oldu. Sonunda da küfrə düşdü. Bu, o kimsədir ki, Allah təala ziz kitabında onu belə anladır: « ... Şeytanın halı kimidir. O insana : « Kafir ol!» -deyər. Kafir olan kimi: « Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!» - deyər» (Əl-Həşr surəsi 16)
İblims bundan sonra insanda olan bəzi pis xasiyyətlər haqqında danışdı və onların hər birindən necə istifadə etdiyini anlatdı....

Yalan
- Ya Məhəmməd, bilməzmisisən ki, yalan məndəndir və ilk yalan söyləyən də mənəm. Hər kim yalan söylərsə, o mənim dostumdur. Hər kim yalan yerə and içərsə, o da mənim sevgilimdir. Ya Məhəmməd yəqin ki, bilirsən mən yalan yerə Adəm və Həvvaya yalan yerə Allaha and içdim: « Mən əlbəttə sizin xeyirxah məsləhətçilərinizdənəm» (Əl-Əraf : 21) dedim. Bunu mən edirəm. Çünki, yalan yerə and içmək könlümün əyləncəsidir.

Qiybət - Xəbərçilik
Qiybət və xəbərçiliyə cgəlincə... onlar da mənim törətdiklərim və sevinc mənbəyimdir.

Nigah üzərinə and içmək
- Hər kim talağa and içərsə, günahkar olacağından əndişə edir: istər bir dəfə olsun, istər doğru bir şey üçün olsun, fərq etməz. Hər kim talağı ağzına alaraq and içərsə, həqiqət bəlli oluncaya qədər arvadı ona haram olar. Bu halları ilə onların qiyamətə qədər dünyaya cgələcək olan uşqları, həmişə zina uşağı olar. Ağzına alınan talaq kəlməsi üzündən hamısı cəhənnəmə girər.

Namaz
Ya Məhəmməd indi də namazı vaxtında qılmayıb tərixə salanı sənə anladım. Bu şəxs nə zaman namaza qalxmaq istəsə, yapışıb ona vəsvəsə verərəm. Deyərəm: «Hələlik vaxt deyil. Sən də məşğulsan. Hələ indilik öz işinə baxÖ sonra qılarsan.» Beləliklə o vaxtında namazı qılmaz qəza edər və bu səbəbdən onun qıldığı namaz üzünə çırpılar. Əgər o kimsə məni məğlub edərsə, ona insan şeytanlarından birini göndərərəm... onu vaxtında namazqılmaqdan saxlayır. O şəxs bu işdə məni məğlub edərsə, bu səfər onun namazına mane olmağa başlaram. O namazda ikən : «sağa bax... sola bax.. -deyərəm.O da baxar... Əgər mən deyəni edərsə üzünü oxşar alnından öpərəm. Bundan sonra ona : - Sən əbədi yaramaz bir iş gördüm - deyərəm və beləcə onun rahatlığını pozaram. Ya Məhəmməd sən də bilirsən ki, hər kim namazda sağa sola baxarsa, Allah onun namazını qəbul etməz. Əgər burda da istəyimə çatmayıb ona məğlub olsam, təkbaşına namaz qılan vaxt yanına gedərəm və ona tələm-tələsik namaz qılmasını əmr edərəm.O da eynilə xoruzun dimdiyi ilə yerdən bir şeylər topladığı kimi namazını tez-tez qılmağa başlar. Bu işdə də məğlub olsam, bu səfər camaatla namaz qılarkən ona yaxınlaşaram. Orada onun başına bir cilov taxaram, başını imamdan əvvəl səgdədədn aə rukudan qaldıraram... imamdandan əvvəl də səcdə və ruku etdirərəm. Bax, o bu cür etdiyi üçün Qiyamət günü Allah onun başını eşşək başına çevirər. O kimsə bu işdə də mənə qalib gələrsə, bu dəfə ona namazda barmaqlarını çırtlatmağı əmr edərəm. Beləliklə o məni təsbih edənlərdən olar bir şərtlə ki, bu işi ona namazın içində gördürməyə müvəffəq ola biləm.Bunda da məğlub olsam, bu səfər ona yaxınlaşıb, namazın içində ikən onun burnuna üfürərəm. Mən üfürdükcə o əsnəməyə başlayar, o bu əsnəmə əsnasında əli ilə ağzını qapamazsa, onun içinə kiçik bir şeytan girər, dünya təmahını aə dünyəvi bağlarını artırar. Bax bundan sonra o kimsə bütünlükdə bizə itaət edər, sözümüzü dinlər, dediklərimizi yerinə yetirər. Şeytan bundan sonra söhbətini belə davam etdi: - Sən ümmətinin hansı səadətindən fərəh duyursan ki? Mən onlara elə tələlər quraram elə tələlər... Ümmətin miskinlərinə, çarəsizlərinə, və zavallılarına doğru gedərəm. Namazı tərk etmələrini əmr edərəm. Və onlara deyərəm: - Namaz sizə görə deyil o Allahın afiyət ehsan etdiyi və bolluq verdiyi kimsələr üçündür. Sonra da xəstələrin yanına gedərəm: - Namaz qılmağı burax Çünki Allah Təala (c.c) «Xəstəyə günah yoxdur» (Ən Nur : 61) buyurur. Yaxşılaşdığın zaman çoxlu namaz qılarsan - deyərəm. və beləliklə o namazını buraxar və hətta küfrə də düşə bilər. Əgər o xəstəliyi ərzində namazını tərk edərək ölüb gedərsə, Allahın hüzuruna çıxarkən Allah Təalanı qəzəbli halda tapar. - Ya Məhəmməd əgər bu sözlərimə yalan qatmışımsaÖ məni əqrəb çalsın... Və yenə də əgər yalan varsa ... Allahdan dilə məni kül eyləsin.
İblis bundan sonra sözünə davam edərək dedi: - Ya Məhəmməd sən ümmətin üçün fərəhmi duyursan? Halbuki, mən onların altıda birini dindən çıxartdım.
Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz iblisə qısa-qısa bəzi suallar verdi. O da bunlara cavab verdi.
- Ey Allahın lənətəgəlmiş oturub-durduğun yoldaşın kimdir?- Faiz yeyən
- Dostun kimdi ?- Zina edən
- Yataq yoldaşın kimdir ?- Sərxoş
- Müsafirin kimdir? - Oğru
- Elçin kimdir ?- Sehirbazlar
- Gözünün nuru nədir ?- Arvad boşamaq
- Sevgilin kimdir ?- Cüma namazını tərk edənlər
- Ey lənətə gəlmiş sənin qəlbini qıran nədir?- Allah yolunda cihada qaçan atların kişnəməsi
- Sənin cismini nə əridir ?- Gecə və gündüz Allaha edilən bol-bol istiğfar (tövbə)
-Üzünü nə büzüşdürür ?- Gizli sədəqə
-Gözlərini kor edən nədir ?- Gecə namazı
- Başını aşağı edən nədir?- Camaatla qılınan çoxluca namaz.
Rəsulullah (s.a.v) Əfəndimiz başqa bir mövzuya keçdi və sual verdi:
-Sənə görə insanların ən xoşbəxti kimdir ? - Namazlarını bilərəkdən buraxanlar
- Sənə görə insanların ən bədbəxti kimdir? Xəsislər
- Səni işindən ayıran nədir ? - Alimlərin məclisləri
- Yeməyini necə yeyirsən? - Sol əlimlə, barmaqlarımın ucu ilə
-Sam yeli (öldürücü rüzgar) əsdiyi zaman və ortalığı istilik bürüdüyü zaman uşaqlarını harada saxlayırsan?- İnsanların dırnaqları arasında
Rəsulullah (s.a.v) Əfəndimiz başqa bir mövzuya keçdi və sual verdi:
- Rəbbindən nələr tələb etdin ?- On şey tələb etdim.
- Nədir onlar ey lain? - Bunlardır : 1) Allahdan dilədim ki, məni adəmoğullarının malına və övladına ortaq eyləsin.. Bu tələbim yerinə yetirildi. Bu « mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Halbuki, şeytan (ona uyanlara) yalnız yalan vədlər verir!» ayəti cəliləsi ilə sabitdir. (Əl-İsra : 64)
Hər bismillah deyilmədən kəsilən heyvan ətindən yeyərəm.Faiz və haram qarışan yeməkdən də yeyərəm. Şeytandan Allaha sığınılmayan malın da ortağıyam. Cinsi münasibət anında Allaha şeytandan sığınmayan kimsə ilə birlikdə xanımı ilə mən də münasibətdə oluram... Və o birləşmədən hasil olan uşaq bizə itaət edər, sözümüzdən çıxmaz. Hər kim heyvana minərkən halal bir iş üçün yola çıxmayıb, əksini istəyərək minərsə, mən də onunla bərabər minərəm. Yol yoldaşı və minik yoldaşı olaram. Bu da ayəti kərimə ilə sabitdir: Allah Təala mənə bu əmri verdi: «atlı və piyadanı onlara qarşı səfərbər et...» (Əl -İsra :64)
2) Allah Təaladan dilədim ki, mənə bir ev versin.. Bu diləyimə görə hamamları mənə ev olaraq verdi.
3) Dilədim ki, mənə bir məscid versin.Bazar yerlərində mənə bir məscid tikdirdi.
4) Mənim üçün oxumağa bir kitab verməsini dilədim.Şerləri mənə oxumaq üçün kitab eylədi.
5) Mənim üçün bir əzan verilməsini dilədi, məzlumları (ilahi münacatları) verdi.
6) Bir yataq yoldaşı dilədim,sərxoşları verdi. Mənə qardaşlar verməsini dilədim. Mallarını boş yerə israf edənləri və günah işlərə pul xərcləyənləri verdi. Bunlar da aşağıdakı ayəti kərimə ilə sabitdir: «O kəslər ki, mallarını boş yerə xərcləyirlər,onlar şeytanın qardaşlarıdır...» (Əl-İsra : 27)
Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: - Əgər söylədiklərini Allahın kitabındakı ayətlərldə isbat etməsəydin, səni təsdiq etməzdim. Bundan sonra iblis davam etdi. - Ya Məhəmməd Allahdan dilədim ki, adəmoğullarını mən görüm, ancaq onlar məni görməsinlər. Bu istəyim də yerinə yetirildi.
10)Adəmoğullarının qan damarlarında mənə yer etməsini istədim, bu da oldu. Beləliklə mən onların daxilində necə istərsəmsə eləcə də gəzib dolaşaram.
Allah Təala buyurdu: - «Bütün istəklərinin hamısı sənə verildi.»
Mən də bu hallarımla iftixar edirəm. Bunu da əlavə edim ki, mənim tərəfdarlarım sənin tərəfdarlarından daha çoxdur. Bax beləcə qiyamətə qədər adəmoğullarının əksəriyyəti mənim tərəfdarım olarlar. Bundan sonra iblis dedi: - mənim bir oğlum var... Adı Atəmədir. Bir qul yatsı namazını qılmadan yatarsa, gedib onun qulağına sidiyə çıxar...Əgər belə olmasaydı insanların namazları əda etmədən yatmaları mümkün deyildi. Mənim bir oğlum da var, adı Mütəqazidir. Onun da vəzifəsi gizli edilən əməlləri aşkara çıxarmaqdır. Məsələn6 Bir qul gizli bir ibadət edirsə və bu əməlinin də gizlətməyə çalışarsa, Mütəqazi onu dümsüklər, ən sonunda həmin gizli əməlin yayılmasına və aşkara çıxarmağı müvəffəq olar. Beləliklə Allah Təala o əməl sahibinin yüz savabından doxsan doqquzunu silər yalnız biri qalar. Çünki bir qulun işlədiyi gizli bir xeyirli əməl üçün tam yüz savab verilir. Sonra mənim bir oğlumda var adı Kühayldır. Onun da işi insanların gözlərinə sürmə çəkməkdir. Bu işi xüsusilə, alimlərin məclisində və hatib xütbə oxuyarkən görər. Onun çəkdiyi sürmə onların gözləriniə dəydiyi zaman yuxulamağa başlayarlar. Alimlərin sözlərini eşitməzlər və beləliklə də heç bir savab ala bilməzlər. Sonra iblis dedi: -Hansı qadın dursa onun qalxdığı yerə şeytan oturar. Hər bir qadının qucağında da mütləq bir şeytan oturar və onu baxanlara gözəl göstərər.Sonra o qadına bəzi əmrlər verər. Məsələn -əlini-qolunu bayıra çıxar, göstər -deyər.. Qadın da bu əmri yerinə yetirər. Əl-qolunu açıb göstərər. Bundan sonra şeytan o qadının həya pərdəsini dırnaqları ilə yırtar.
- Ya Məhəmməd bir kimsəni azdırmaq üçün əlimdə elə bir imkan,ixtiyar yoxdur. Mən ancaq vəsvəsə verirəm və bir şeyi gözəl göstərirəm. Yalnız bu qədər. Əgər insanları haqq yoldan azdırmaq əlimdə olsaydı, yer üzündə «Allahdan başqa ilah yoxdur və Məhəmməd Allahın Rəsuludur» -deyən hər kəsi, orug tutanı, namaz qılanı əldən verməzdim., Hamısını Allahın yolundan azdırardım. Eyniylə sənin əlində də hidayət etmək ixtiyarı yoxdu, ya Məhəmməd. Sən ancaq Allahın Rəsulusan və yalnız təbliğlə məmursan. Əgər hidayət etmək əlində olsaydı, yer üzündə tək bir kafir qoymazdın qala. Sən- Allahın insanlara göndərdiyi bir şahidsən mən də - o şəxslər üçün ki əzəldə bəla və zillətə düşmək yazılıb, onlar üçün bir səbəbəm. Said (Allahın (c.c) rizasını qazanmış) olan şəxs taa ana qarnında ikən saiddir, Şaki (hər çeşid rəzaləti işləyən bədbəxt) olan da yenə ana qarnında tkən şakidir.İnsanları səadət əhli qılan da Allahdır, bəla və zillət əhli qılan da ...Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz aşağıdakı bu iki ayəti kəriməni oxudu: « Allahın əmri əzəli hökmdür!» (Əl-Əhzab 38) .
Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz belə buyurdu:
- Ey Əbamürrə sənin bir tövbə etmən və Allahın yoluna dönmən mümkün deyilmi : cənnətə girmənə zamin duraram...
İblis dedi: - Ya Rəsulullah iş verilən hökmə görə olubdur... Qərarı yazan qələmin mürəkkəbi də quruyub... Artıq qiyamətə qədər təqdir olunmuş işlər olacaqdır. Səni peyğəmbərlərin əfəndisi qılan cənnət əhlinin natiqi eyləyən və səni ümməti içindən seçən və ümməti arasında ən əziz eyləyən, məni də rəzil və bədbəxtlərin əfəndisi qılan və cəhənnəm əhlinin natiqi eyləyən Allahdır. Və O, bütün nöqsan sifətlərdən münəzzəhdir. Bax belə ... Bu söylədiklərim sənə son sözümdür... Və bütün söylədiklərimi də doğru söylədim.
Əvvəl, Axır, Zahir, Batin, aləmlərin Rəbbi olan Allaha həmd olsun. Əfəedimiz Məhəmməd (s.a.v) Nəbiyə Allah salat eyləsin, həmçinin onun ailəsinə və əshabına... Amin!
Bütün Peyğəmbərlərə Allahın salamı... Aləmlərin Rəbbi olan Allaha dönə-dönə həmd olsun.

Добавлено (07.09.2008, 14:06)
---------------------------------------------
Sheytan insanin daxilinde qan damarlarda hereket eden kimi hereket edir (seh.51)

ResulAllahin zovcelerinden Safiye bint Huyey revayet edir:
ResulAllah mescidde etikafdaydi. Bir gece onun yanina ziyarete geldimş Bir az sohbet etdikden sonra geri qayitmaq istedim. O vaxtlar men Usame b. Zeydin evinde yasayirdim. Ancaq ResulAllah meni evime oturmek istedi. Buna gore de mescidden cixdiq. Feqet ensardan 2 nefer ResulAllahi gorende addimlarini suretlendirdiler ve onun yanindan uzaqlasdilar. Bunun uzerine ResulAllah tezce onlarin dalinca getdi ve catib bele dedi:
"Yanimdaki zovcem Safiye bint Huyeydir" dedi.
O 2 nefer de cavabinda:
"SubhanAllah, ya ResulAllah! Biz senden basqa bir sey ummariq axi" dediler. Amma ResulAllah bele buyurdu:
"Seytan insanda qanin damarlarda hereket etdiyi kimi hereket edir. Ureyinize pis bir fikrin gelmeyinden qorxdum"

(Muslim)
Sheytanin insani dogru yoldan azdirmag metodlari.

BIRINCI METOD: Yalanin bezedilmesi.

Uca Allah buyurub:

"(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! "
(15:39)

Evvelce bezetmek, sonra da yoldan chixarmag. Sheytan insanlara butlere ibadet etmeyi, gohumlarla elageni kesmeyi, exlagsizligi gozel emel kimi gosterib evezinde Cennete gireceklerini soz verdi. Sheytan Allaha sherik qoshmagi hech de birbasha insana telgin elemir, eksine bunu hemin insana olan hormetin numunesi kimi gosterir. Hemchinin Peygemberin yolunu boyuk alimlere hormetde, onlara sozsuz sohbetsiz tabechilikde(bashga sozle teglidde) gosterir. Ichki, sigaret kimi haramlari "muasirleshmek" adi altinda tanidir. Yad qadin ve kishinin sarmash-dolash regsini ise bize medeniyyet kimi tanidir. Hemchinin ikiuzluluk ve yalanla meshgul olan adamlari bizim gozumuzde "talantli siyasetchi" , "boyuk diplomat" kimi gosterir.

IKINCI METOD: Gunahin gozel adlarla adlandirilmasi.

Sheytanin metodlarindan biri de gunahi gozel adlarla adlandirib onlarn menfi yonunu gizletmekdir. Sheytan adi agaci "heyat agaci" adi ile tanidandir. Uca Allah Guranda sheytanin Ademi dogru yoldan azdirmag uchun bele dediyini bildirir:

"Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?" "
(20:120)

Sheytanin terefdarlari da onu teglid ederek qadagan olunmush sheyleri gozel adlarla adlandirmaga bashladilar. Meslen, onlar sherabi "eynelncenin anasi", qadinin qeyri-Islami geyimini "serbestlik", qadinin kishi ile qadaga olunmush unsiyyetinin "proqress, inkishaf", exlaqsiz mugennini "senet adami" adlandirarag insanlari yoldan chixarmagi chalishirlar.

UCHUNCU METOD: Yaxshi emellere pis adlar qoymaq.

Allah insanin fitreten ele yaradib ki, o, hemishe tehrifi ve ifrati olmayan saf haqqa meyl edr. Ona gore de sheytan ilk novbete haggi tehrif ederek, insanlarda ona qarshi nifret oyatmaga chalishir. Bunun uchun sheytan hagg emeli pis, exlagsiz, iyrenc adlarla adlandirir ki, insanlari ondan uzaglashdirsin. Sheytan oz dostlari olan kafirlere Hud peygembere bele demeyi emr etmishdi:
" (Hud) tayfasının kafir başçıları ona:"Biz səni safehlik içində görür və yalançılardan (biri) hesab edirik!" - deyə cavab verdilər.""
(7:66)

Sheytan hemchinin Medyandan olan kairlere-dostlarina insanlara beleye demeyi emr etdi:

"(Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: "Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!"
(7:90)

Sheytan gureyshli mushrik dostlarina Peygemberi dinden chixmish, deli adlandirmagi emr etdi. Ve o gunden indiyedek de sheytan oz yolundan donmeyerek, eyni metodlarla insanlari aldadir. Lenetlenmish sheytan Guran ve Peygemberimizin Sunnesine esaslanan muselmanlari ekstremist ve fanatik adlandirmagi insanlara telgin edir. Hemin sheytan exlagsizlig mekanlarini "eylence merkezleri", muselman qadinin hicabini ise "geridegalmishlig" adlandirarag, insanlara Allahin goydugu ganunlara asi olmagi emr edir. Halbuki Allah hem Guran vasitesile, hem de Peygemberimiz vasitesile bizi temizliye, safliga cagirir.

DORDUNCU METOD: Insanin nefsini ozune dushmen olmasi.

Allahin dushmeni olan sheytanin en sevimli metdou bax budur, Sheytan insanin nefsini onun ozunun eleyhine chixmasina sebeb olur. Ve demek lazmdir ki, mehz bu metdola sheytan insanin ozunu oz elyhine chixarir.
Lenetlenmish sheytan insanin sevdiyi, en chox xoshuna geldiyi sheyleri oyrenir, bashga sozle zeif cehetlerini axtarib tapir, sonra ise mehz bu noqteden ona tesir edib azdirmaga chalishir.

Добавлено (08.09.2008, 12:16)
---------------------------------------------
Şeytan çılpaqlığı əmr edir

Qurani Kərimdə Allah Təala buyurur: Ey Adəmoğulları. Şeytan ana və atanızı, övrət yerlərini onlara göstərmək üçün, paltarlarını açdıraraq necə cənnətdən çıxardısa, sizə də bir fitnə (tələ) qurmasın! Çünki o da, qəbiləsindən olanlar da sizi, sizin onları görəməyəcəyiniz yerlərdən görürlər. Biz şeytanları iman etməyənlərin dostu etdik. (Əl Araf 27)
Müfəssirlər (Quranı izah edənlər) şeytanın Hz. Adəm və Hz. Həvvanı necə bir tələ qurduğunu və onların paltarlarını soyundurduğunu bu ayə ilə izah etmişlər. Eyni zamanda bütün insanlara şeytanın quracağı bu hiylələr qarşısında həssas olması mütləq vacibdir. Şeytan və onun görünməyən köməkçiləri daima iş başındadır. Demək surəti ilə övrət yerlərini açmanın, şeytanın vəsvəsəsi ilə əlaqəli olduğunu bəyan etmişlər. Dövrümüzdə şeytanı özlərinə dost tutan siyasi avtoritetlər, qadınların örtünməsinə riayət etmələrinə belə müdaxilə edəcək dərəcədə çılğınlaşmışlar. Ayrıca gözəllik yarışları adı altında, qadınların soyunmalarını təşviq edirlər. Biz şeytanın əsgərlərinə qarşı dirənən müsəlmanlar isə həqarət edilməkdə və həbsxanalarda ömrünü keçirməkdədirlər. Gördükləri işgəncələri isə sözlə danışmaqla qurtarmaq olmaz. Yenə digər ayədə : Onlar (o iman etməyənlər) bir həyasızlıq etdikləri zaman Biz atalarımızı da bunun üzərində gördük(bunu edən gördük) Allah da bizə bunu (fahışəliyi) əmr etdi. (Fahişa ilə əməl edirik) deyirlər! O iman etməyənlərə söylə: Allah heç zaman fahişəliyi (pisliyi) əmr etməz. Bilməyəcəyiniz şeyləri Allahın üzərinə mi (iftira edərək) söylüyürsünüz? (Əraf 28) Fahişə sözü şirki, küfrün digər növlərini və hər cür pisliyi içinə alır. Müşriklər Günah işlədiyimiz paltarla ibadət edə bilmərik deyərək Kəbəni (anadan doğma) çılpaq bir şəkildə təvaf edirdilər. Ayrıca Atalarımızdan bu şəkikldə gördük. Allah belə əmr etməsəydi onlar belə edərlərdi mi deyərək çılpaqlığı müdafiə edirdilər. Diqqət edilirsə müşriklərin hər cür pisliyi atalarına mal etmələri bəyan edilmişdir. Çünki həyasızlığın və şirkin müdafiə edəbiləcək hər hansı bir tərəfi yoxdur. Müşriklər də bunu bilirlər. Tək şüarları : Atalarımızın yolundayıq.
Kişilərin qadın, qadınların da kişi paltarları geymələri qadağandır. Burası mütləq bilinməlidir ki, hər iki cinsin (qadın, kişi) özünə məxsus xüsusiyyətləri və buna uyğun geyimləri var. Qarşı cinsə oxşayan insanda, əxlaqi pozqunluq və ruhi xəstəliklər var. Bu səbəblə bu cür insanların müalicə olunması lazımdır. Peyğəmbər (s.ə.s) kişinin qadın, qadınların da kişi paltarı geyməsini qadağan etmişdir. Hədisdə, Rəsulullah (s.ə.v) kişilərdən qadınlaşanlara, qadınlardan da kişiləşənlərə lənət etmişdir. Və Bu cür kimsələri evinizdən qovun demişdir. Geyim xüsusunda hər yerin adəti fərqlidir. Rəsulullah buyurur: Cəhənnəmliklərdən 2 sinif var ki, mən onları dünyada görmədim. Birincisi yanlarında olan qamçı ilə insanları qamçılayan kimsə. İkincisi geyinmiş çılpaq, kolçasını oynadan, forslanaraq gəzən, başları Xorasan dəvələrinin əyilmiş hörükləri kimi olan qadınlar. Bunlar cənnətə girməzlər, onun iyini də almazlar. Halbuki cənnətin iyi uzaq məsafələrdən hiss olunur. Geyindiyi halda paltarının dar və incə olması səbəbi ilə bütün vücud xətləri bilinən qadınlar geyinmiş çılpaq sayılırlar.
- Dişlərin şəklinin dəyişməsi
- Bədənə şəkil döydürmə
- Qaş aldırmaq
- Estetik əməliyyət
- Parik qoyma
Bunlar insanın fitrətinə (yaradılışına) tərs düşən əməllərdir. Peyğəmbər (s.ə.v) tərəfindən bu kəslər lənətlənmişdir. Çünki Allahın yaradılışına zidd hərəkət edib fitrəti dəyişdirirlər. Fəqət hər hansı bir xəstəlik səbəbi ilə dışləri düzəltmək və s. olar. Ola bilsin ki, xəstəlik səbəbi ilə insanlar arasına çıxmağa utanır. Heç bir səbəb olmadan etmək isə haramdır. Və o kəs tövbə etmədikcə (bir daha etməmək şərti ilə) onun üçün cəza vardır. Bu gün bəzi insanlar, İslam düşmənləri cavanların İslamdan xəbərsiz olduğundan istifadə edərək, onları aldadır, şeytanın yoluna dəvət edirlər və azdırırlar. İslamın gerilik olduğunu, qədim dövr üçün olduğunu, qızların soyunmasını, əxlaqsızlığı və bu cür hərəkətlərin müasirlik, inkişaf; namusunu, əxlaqını qoruyan, Allahın qoyduğu prinsiplərlə tərbiyə olunan şəxsləri isə geri qalmış adlandırırlar və öz şəhvətlərinə uyğun fikirlər söyləyib müsəlmanları Quran oxumaqdan, tam təslim olmaqdan çəkindirirlər. Təbii ki, bunun üçün müxtəlif şeytani yollardan istifadə edirlər. Müsəlman üçün ən gözəl nümunə isə insanların ən kamili olan Peyğəmbərdir (s.ə.v). Allah Təala buyurur: Andolsun ki, Rəsulullah, sizin üçün, Allaha və axirət gününə qovuşmağı umanlar və Allahı çox zikredənlər üçün güzəl bir nümunədir. (Əl Əzhab 21)
Digər bir ayədə buyurur: Həqiqətən sən böyük əxlaq sahibisən
Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan Seçin

Добавлено (08.09.2008, 12:32)
---------------------------------------------
SEYTAN SEVGI VASITESI ILE DE ALDADIR!

Assalamu aleykum. Uzun vaxt bundan əvvəl oxuduğum, müsəlman qızın həqiqi başına gələn bir hadisəni danışmaq istəyirəm.

Bacı deyir ki, gözəl əxlaqlı bir müsəlman ilə ailəli idi. Əri onunla həddən artıq gözəl davranır, heç vaxt haqqına girmirdi. Xasiyyətcə də həddən artıq mülayim, tez güzəştə gedən idi. Günün birində evdə tək darıxmaması üçün və İslam saytalarına daxil alıb elm alması üçün əri ona kompyuter alır. Bacı danışır ki, ilk əvvəl təkcə İslam saytlarına girirdim, sonra hardansa bir söhbət otağı ilə tanış oldum və daxil olan kimi gənc bir kişi mənə yazmağa başladı. Əvvəllər onunla təkcə İslam haqqında danışırdıq, get-gedə vəziyyət elə bir hal aldı ki, söhbət şəxsi məsələlərin üstünə gəlməyə başladı. Ona evli olduğumu bildirdim. Vaxt keçdikcə münasibətlərimiz daha da yaxınlaşdı,o mənə sevdiyini bildirdi, mən də hislərinə müsbət cavab verdim. Yoldaşımın bunlardan xəbəri yox idi,o elə bilirdi ki, mən yalnız İslamla maraqlanıram. Həmin kişi ilə artıq telefonla danışmağa başlamışdım. Ərim evdən çıxan kimi dəstəyi götürüb onun nömrəsini yığırdım, onsuz yaşaya bilməyəcəyimi fikirləşirdim. O, mənə ərimlə boşanmağımı və yalnız sonra birlikdə xoşbəxt olacaqlarını deyirdi. Bu fikir beynimi gəmirirdi. Tez-tez gecələr də yatağımdan qalxın onun nömrəsini yığır, xısın-xısın telefonda pıçıldaşırdıq. Yoldaşım artıq şübhələnmişdi, bu da təbii idi, fikrim özümdə olmurdu, ona diqqət yerimirdim və tez-tez toxuduğum yalanların üstü açılırdı. Günün birində yoldaşım məndən boşanmaq istədiyini bildirdi. Sən demə şübhəsini dəqiqləşdirmək üçün telefon söhbətlərinə qulaq asdırırmı. Mən etiraz etmədim, sevinclə razılaşdım. Tezliklə məsələ həll olundu və mən sevinclə ona zəng elədim ki, bildirim. Bildirim ki, artıq bir yerdə olacağıq, özü də ölənədək....Məni dinləyəndən sonra dedi: "bilirsənmi, mən o sözləri səni yoxlamaq üçün deyirdim. Ona qarşı belə ədalətli, gözəl rəftar edən həyat yoldaşına xəyanət edən qadının sabah mənə də xəyanət edəcək. Məni bir də axtarma".
Bacı deyir ki, əvvəl inana bilmədim. Sonra ona nifrət etməyə başladım, onu özlüyümdə vəfasız adlandırmağa başladım. Bir az da vaxt keçdi, artıq emosiyalar soyuduqca hadisələri analiz edə bilirdim. Başa düşdüm ki, günah məndədir, başa düşdüm ki, həqiqətən İslam dini necə hər bir xırda detalı belə hesablayan dindir. Məhz buna görə İslamda naməhrəm qadın və kişilərin ünsiyyəti hətta məsum məqsədlər üçün belə olsa qadağan edilib. Çünki şeytan "sən pis bir şey eləmirsən ki" fikrini təlqin edə - edə insanın qulağına pıçıldayır və addım-addım günaha sürükləyir. Məhz belə haram münasibətlərin nəticəsində şeytan bir-birinə yad insanları bir-birinin gözündə gözəl göstərir, zinanı "sevgi, eşq, məhəbbət" adlandırıb insanın gözünə gözəl göstərir. Və haramın ardınca haram gəlir.Nəticədə isə insan axtardığı o xoşbətliyin illuziyadan başqa bir şey olmadığını anlayır....Amma artıq gecdir, ətrafında nə sənə doğma olan, səni sevən insan qalmır, nə də sənə hörmət etmirlər, yalnız çirklənmiş qəlbdən başqa heç nəyin yoxdur artıq. Nə qədər gec deyil, tövbə edib yenidən, özü də SIFIRDAN başlamasan, bu dünyadan başqa əbədiyyətini də itirə bilərsən...


 
XEDICE73Tarix: Bazar ertəsi, 16.03.2009, 14:41 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
İnsanların Allaha ortaq qoşduqları bir qism varlıqlardan biri də cinlərdir. cinlər fiziki yaradılış baxımından insandan fərqlidir. Qur'an ayələrində cinlərin atəşdən yaradıldığı deyilməkdədir.
«Cinləri isə təmiz [tüstüsüz] oddan xəlq etdi.¿ (Rəhman 15)
Cinlər hər zaman gözlə görünmədikləri, insanlardan fərqli güc və xüsusiyyətlərə sahib olduqlarına görə bəzi cahil insanlar onları gözlərində şişirdib onlardan kömək umurlar. Qısaca olaraq cinləri ilah kimi görürlər. Bu hadisə ayələrdə belə izah olunur:
İnsanlardan bə'ziləri cinlərdən bə'zilərinə pənah gətirir və onlar da bunların azğınlığını artırırdılar. (Cin 6)
Onlar cinləri də Allaha şərik qoşdular, halbuki onları da Allah yaratmışdır. Özləri bir şey bilmədən Onun adına oğullar və qızlar uydurdular. Ona tə'riflər olsun! O, onların təsəvvür etdiklərinin fövqündədir.
Cinlər də bütün yaradılmışlar kimi Allahın qullarıdır. Allahın onlara verdiyi gücdən başqa heç bir gücləri yoxdur. İnsanlar kimi cinlərin də mö'mini və kafiri var. Bu dünyada imtahan olunur və imanlarına görə cənnətə və cəhənnəmə göndəriləcəklər. Qur'anın bir çox ayələrində xüsusilədə Cin surəsində cinlərlə bağlı önəmli məlumatlar verilmişdir.
Bir çox vaxt cinlər, cin olduqlarını gizləyərək özlərini Allahın elçiləri olan mələklər kimi insanlara tanıdırlar. Onlara Allah adına bir çox yalan sözlər söylər, onları gerçək dindən, doğru yoldan sapdırırlar. Günümüzdə cinlərin sapdırdığı müxtəlif mistik qruplar və təriqətlər vardır. Bunlar özlərinə ya da başlarındakı liderlərinə Allahdan vəhy gəldiyinə və insanların artıq bu vəhyə uymaları lazım olduğuna inanırlar. Aralarında cinlərin özlərinə ilham etdikləri sözləri kitab halına gətirib bunun ilahi bir kitab olduğunu, artıq bu kitabın inanılması lazım olduğunu bildirirlər. Bu şəkildə cinlərin təlqini altında qalaraq özünü peyğəmbər hesab edən və bu yolla da kibirlənən bir çox insan gəlib keçmişdir.
Qur'an bunların axirətdəki vəziyyətlərini belə xəbər verir:
«O günü O, onların hamısını bir yerə toplayacaq, sonra isə mələklərə deyəcəkdir: «Sizə (qulaq asıb) ibadət edənlər bunlardırmı?¿
Onlar deyəcəklər: «Sənə təriflər olsun! Bizim ixtiyar sahibimiz onlar yox, Sənsən. Xeyr, onlar cinlərə (qulaq asıb) ibadət edirdilər, çoxusu onlara iman gətirmişdi.¿ (Səbə 40-41)
cinlərdən kafir olanlar, insanları doğru yoldan azdıra bilmək məqsədiylə onları bu şəkildə özlərinə çəkib şirkə sürüklərlər.
Ondarın hamısını bir yerə toplayacağı gün (deyəcəkdir): «Ey cinlər tayfası! Siz insanlardan bir çoxunu (şirnikləndirib) yoldan çıxartdınız¿. Onların tərafdarı olan insanlar deyəcəklər: «Rəbbimiz, biz biri-birimizdən faydalandıq və Sənin bizim üçün tə'yin etdiyin əcəlimizə gəlib çatdıq.¿ O deyəcək: «Allahın istədiyi kəslərdən başqa sizin yeriniz cəhənnəm odudur ki, orada əbədi qalacaqsınız.¿Həqiqətən, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Ənam 128)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 02.06.2010, 11:09 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
IBLIS
Dunyanin en yaxin dostu .Allahin ve insanlarin dusmenlerinden biridir
Maraqlidir, hec bir elaqeleri,is birlikleri olmayan, insandan bir pislik gormeyen Iblis goren neden insane yaranan gonden ona qarsi bu qeder kinli,edavetli bir dusmene cevrilmisdir ?
Yene de uz tuturuq Qurani-Kerime:
“Sizi(babaniz Ademi) yaratiq,sonar size suret verdik ve meleklere: “Ademe secde edin!” dedik Iblisden basqa hamisi secde etdi.O secde edenlerden olmadi Allah iblise.Men sene emr edende sen secde etmeye ne men oldu?-deye buyurdu.Iblis.Men onda daha yaxsiyam(ustunem)cunki,sen meni oddan,onu ise palciqdan yaratdin!-dedi. Seytan dedi.Senin quru ve qoxumus qara palciqdan yaratdigin insana secde etmek mene yarasmaz!(Iblis)hemcinin.Pervardigara! Bir de gorek ne ucun onu menden ustun tutdun ? Eger qiyamet gunune qeder mene mohlet versen , az bir qismi istisna olmaqla , onun neslini oz hokmum altina alaram (ve ya yoldan cixarib kokunu keserem )”.
(Iblis) dedi: “”Men ondan daha yaxsiyam .Cunki,sen meni oddan onu ise palciqdan yaratmisan !”
Bu ayelerden melum olur ki, Seytanin insane qarsi olan dusmenciliyi hesed , paxiliq ve tekebburlukdur .
Demeli kin ,hesed ,paxiliq ve tekebburluk hamisi Seytana xas olan xususiyyetlerdir .Amma ne qeder insanlar var ki,oz tekebburu kin ve hesedliye hec de Seytandan , Iblisden geri qalmirlar. Halbuki, Allah Teala Qurani-Kerimde aciq-aydin buyurur :
“Yer uzunde tekebburle qezib dolanma.Cunki sen ne yeri yara biler ne de (boyca) yukselib daqlara cata bilersen.
Butun bunlar Rebbinin derqahinda beyenilmeyen , pis seylerdir.
Rebbiniz buyurdu; Mene dua edin, Men de sizing dualarinizi qebul edim!
Mene ibadet etmeyi tekebburlerine siqisdirmayanlar,cehenneme zelil olaraq qirecekler.
Girin cehennemin qapilarina (tebeqelerine) orada ebedi qalmaq ucun!Tekeburlulerin siqinacagi nece de pisdir.
Tekebbur qosterenler deyecekler; Biz hamimiz cehennem odundayiq.Allah artiq oz bendeleri arasinda lazimi hokum vermisdir!
Od icinde olanlar cehennem qozetcilerine deyecekler;
Rebbinize dua edin ki, hec olmasa birce qun ezabimizi yunqullesdirsin


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » SEYTAN (seytan qalib gelmek)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru