[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
ƏRƏB DİLİ TƏHSİLİN HÖKMÜ, ƏRƏB DİLİ ÖYRƏNMƏK FƏRZDİRMİ?
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:37 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

بسم الله الرحمن الرحيم

Ərəb dilini öyrənmənin hökmü nədir?
Bu hər müsəlmanın üzərinə fərzdirmi?
Elm tələbəsinə ərəb dilini hansı səviyədə bilmək yetərlidir?


Yazını Muslimah_92 - Çərşənbə axşamı, 12.06.2012, 00:02
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:38 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Həmid Əl Ğazali (450-505h/1058-1111 m) "İhyau Ulumid Din" adlı kitabında fərzul kifayə elmləri zikr edərkən deyir:

والضربُ الثالثُ: المقدِّماتُ, وهي التي تَجري منه مَجْرى الآلاتِ, كعلْمِ اللغةِ والنحوِ, فإنهما آلةٌ لعلمِ كتابِ اللهِ تعالى وسنةِ نبيِّهِ صلى الله عليه وسلم, وليستِ اللغةُ والنحوُ مِن العلومِ الشرعيةِ في أنفسِهما, ولكن يلزَم الخوْضُ فيهما بسببِ الشرعِ, إذ جاءتِ هذه الشريعةُ بلغةِ العربِ, وكلُّ شريعةٍ لا تظهَر إلا بلغةٍ فيصيرُ تعلُّم تلك اللغةِ آلةً

"(Təhsil edilməsi fərzul kifayə olan elmlərdən) Üçüncü qism: Müqəddimə xarakterli elmlərdir.
Bu elmlər "alət" elmləri statusunda olanlardır. "Lüğət*" və "Nəhv" elmi kimi. Bu iki elm, Uca Allahın Kitabı və Nəbisinin – sallallahu aleyhi və səlləm – sünnətinin bilinməsinə/anlaşılmasına alətdir/vasitədir.
"Lüğət" və "Nəhv" elmi özlüyündə şəri elmlərdən deyillər. Lakin, şəriəti öyrənmək üçün onlarla ciddi məşğul olmaq lazımdır. Çünki, bu şəriət ərəb dilində gəlmişdir.
Hər şəriət bir dildə gələr və beləliklə bu dilin öyrənilməsi (şəriətin öyrənilməsi üçün) alət/vasitə olar."

Qaynaq: Əbu Həmid Əl Ğazali: İhyau Ulumid Din: 35
Beyrut: Darus Sadir: 2004
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:38 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən İbn Teymiyə (661-728 h/1263-1328 m) ərəb dilini öyrənmək haqda belə deyir:

واعلمْ أن اعتيادَ اللغة يُؤثِّر في العقلِ ، والخُلُقِ ، والدِّينِ تأثيرًا قويًّا بيِّنًا، ويُؤثِّر أيضًا في مُشابهة صدرِ هذه الأمّةِ من الصحابةِ والتابعينَ، ومشابهتُهم تَزيدُ العقلَ والدِّينَ والخُلُقَ .
وأيضًا فإنَّ نفسَ اللغةِ العربيةِ مِن الدينِ ، ومعرفتُها فرضٌ واجبٌ، فإنَّ فهمَ الكتابِ والسنةِ فرضٌ، ولا يُفهَم إلا بفهمِ اللغةِ العربيةِ، وما لا يتِمُّ الواجبُ إلا به فهو واجبٌ

"Bil ki, dil (ərəb dili) alışqanlığı ağla, əxlaqa və dinə açıq və güclü təsir edir.
Həmçinin bu ümmətin səhabə və tabiundan olan ilklərinə (sələfə) bənzəməyə təsir edir. Onlara bənzəməksə, əqli, dini (həssasiyyəti) və əxlaqı artırar.
Həmçinin ərəb dilinin özü dindəndir. Onun bilinməsi də (kifayə olmaq üzrə) fərzdir, vacibdir. Çünki, Kitab və Sünnətin anlaşılması fərzdir. (Bunlar isə) sadəcə ərəb dilinin bilinməsiylə anlaşılar. Vacibin sadəcə onunla tamamlandığı şey də vacibdir."

Qaynaq: İbn Teymiyə: İqtidaus Sıratil Mustəqim li Muxaləfəti Əshabil Cəhim: 469
Riyad: Məktəbətur Ruşd
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:39 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə İbn Teymiyə rahiməhullah başqa bir yerdə belə deyir:

ومعلومٌ أنَّ " تعلُّمَ العربيةِ ؛ وتعليمَ العربيةِ " فرضٌ على الكفايةِ ؛ وكان السلفُ يؤَدِّبونَ أولادَهم على اللَّحْنِ . فنحنُ مأمورونِ أمرَ إيجابٍ أو أمرَ استحبابٍ أنْ نحفَظَ القانونَ العربيَّ ؛ ونُصلِحَ الألْسُنَ المائلةَ عنه ؛ فيحفَظ لنا طريقةَ فهْمِ الكتابِ والسنةِ ؛ والاقتداءِ بالعربِ في خِطابها . فلو تُرك الناسُ على لحْنِهم كان نقصًا وعيْبًا

"Məlumdur ki, ərəb dilinin öyrənilməsi və öyrədilməsi kifayi olan fərzdir. Sələf, ləhnə (dil xətasına) yol verdikləri zaman övladlarını danlayardı.
Bizlər, vacib və ya müstəhəb olaraq ərəb dilinin qaydalarını öyrənməklə və ondan başqasına meyl edən dilləri islah etməklə əmr olunmuşuq ki, bu bizim üçün Kitab və Sünnətin anlaşılması yolunu qorusun və danışıqlarında ərəblərə tabe olmağımızı təmin etsin.
Əgər insanlar ləhnə (dil xətasına) yol verdikləri zaman qınanmasalardı bu nöqsan və ayıb olardı."

Qaynaq: Əhməd İbn Teymiyə: Məcmu Fətava: 32/252
Mədinə: 1425/2004
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:39 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Elm əhlinin görüşlərindən aydın olan Ərəb dilini öyrənmənin ümmət üzərinə "fərzul kifayə" hökmündə olduğudur. Lakin, müctəhidlər, müfəssirlər və bənzərlərinə gəlincə ərəb dilinin bilinməsinin onlara "fərzul ayn" olduğu barizdir.

Bu elmi təhsilin hökmünü zikr etdikdən sonra öyrənilməsi gərəkli olan miqdarın təyin edilməsi üzərində durmaq istərdim. Elm əhlinin də bəyanı üzrə gərəkli olan miqdar orta səviyyədir. Elə isə orta səviyyənin həddi nədir?
Əlbətdəki burada dəqiq cizgilər müəyyən etmək çətindir. Lakin ümumən hər kəsin bu elmdən alması lazım olan ehtiyacı nisbətindədir.
Elm tələbəsi özünə görə, Müctəhid özünə görə, dilçi isə özünə görə...
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:40 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Həmid Əl Ğazali (450-505 h/1058-1111 m) "İhyau Ulumid Din" adlı kitabında elm talibinə gərəkli olan miqdar haqqında deyir:

فاقتصِرْ مِن شائعِ علْمِ اللغةِ على ما تفهَم منه كلامَ العربِ وتنطِق به, ومِن غريبِه على غريبِ القرآنِ وغريبِ الحديثِ, ودَعْ التعمُّقَ فيه. واقتصِرْ مِن النحوِ على ما يتعلَّق بالكتابِ والسنةِ, فما مِن علمٍ إلا وله اقتصارٌ واقتصادٌ واستقصاءٌ

"..."Lüğət" elminin "yayğın"larından, ərəblərin danışığını anlayacaq və o dildə danışacaq qədərilə kifayətlən.
Bu elmin "ğarib"lərindən (nadir və anlaşılması çətin kəlimələrdən) isə Quranın "ğarib"ləri, Hədisin "ğarib"ləri ilə kifayətlən və bu elmdə dərinləşmə!
"Nəhv" elmində isə, Kitab və Sünnətlə əlaqədar olanlarla kifayətlən.
Elə bir elm yoxdur ki onun iqtisar (ibtidai), iqtisad (orta), istiqsa (ali) mərtəbələri olmasın."

Qaynaq: Əbu Həmid Əl Ğazali: İhyau Ulumid Din: 63
Beyrut: Darus Sadir: 2004
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:40 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Bəkr Əl Məraşi (v. 1145 h/1732 m) "Tərtibul Ulum" adlı kitabında nəhv mövzusunda mərtəbələrin həddini bu şəkildə müəyyənləşdirmişdir:
والاقتصارُ في النحْوِ مثلُ "الأََنْمُوذَج", والاقتصادُ فيه "الكافيةُ", بلْ أقولُ: لا بدَّ لبلوغِ مرْتبةِ الاقتصادِ فيه تحصيلُ ما تضمَّنه "مُغْنِي اللَّبِيب" أيضاً.
ومَن فاتَه فقدْ فاتَ نِصْفَ النحْوِ, وما زادَ على ذلك استقصاءٌ
"Nəhv elmində iqtisar (ibtidai) mərtəbəsi "Əl Ənmuzəc" kimi kitabların məzmunudur.
İqtisad (orta) mərhələ isə "Əl Kafiyə" kitabıdır. Mən deyirəm ki: Nəhv elmində iqtisad (orta) mərtəbəsinə çatmaq üçün həmçinin "Muğnil Ləbib" adlı kitabın təhsil edilməsi də lazımdır.
Kim bu kitabı ihmal edərsə, nəhv elminin yarısını ihmal etmişdir/qaçırmışdır.
Bunlardan daha üst mərtəbədəki kitablar artıq istiqsa (ali) mərhələdir."

Qaynaq: Əbu Bəkr Əl Məraşi: Tərtibul Ulum: 216
Beyrut: Darul Bəşairil İslamiyyə: 1408/1988

"Əl Ənmuzəc fin Nəhv" Carullah Əz Zəməxşəriyə aid bir kitabdır. Eyni müəllifin "Əl Mufassal" adlı əsərinin müxtəsər şəklidir.
"Əl Kafiyə fin Nəhv" Cəməluddin İbnul Hacibə aid bir kitabdır.
"Muğnil Ləbib an Kutubil Əarib" İbn Hişam Əl Ənsari.

Əbu Bəkr Məraşinin – rahiməhullah – sözləri mərtəbələr arasındakı cizgiləri daha dəqiq ifadə edir.
Elm talibinə lazım olanın iqtisad mərtəbəsi olduğunu söyləmişdik ki, bu mərtəbənin sonu "Əl Kafiyə" səviyyəsidir.
Əlbətdə ki, bunlar ümumiləşdirmələrdir. Elm tələbəsi nəhv mövzusunda özündə gördüyü əskikləri istiqsa mərtəbəsindən olan kitablara nəzər salaraq tamamlaya bilər.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:41 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis alimlərindən İbnus Salah (577-643 h/1181-1245 m) hədis talibinə ərəbcədən lazım olan miqdar haqqında deyir:

قلتُ: فحقّ على طالبِ الحديثِ أنْ يتعلَّمَ مِنَ النَّحْوِ واللُّغَةِ ما يتخلَّصُ بهِ عن شَيْنِ اللَّحْنِ ، والتحريفِ ، ومَعَرَّتِهمَا

"Deyirəm: "Nəhv" və "Lüğət" elmlərindən onu ləhn və təhrifin ayıbından və ləkəsindən qurtaracaq qədərini öyrənmək, hədis talibi üzərində bir haqqdır."
Qaynaq: İbn Əs Salah: Ulumul Hədis: 217-218
Darul Fikr: 1406/1986
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru