[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
NƏFS TƏZKİYƏSİ FƏRZDİRMİ?
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:30 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

بسم الله الرحمن الرحيم

Dünya tarixi boyu insanlar zahirlərinin islahına batinlərinin islahından daha çox diqqət yetirmişlər. İnsanlığın bir parçası olan Müsəlmanlar da – təəssüf ki – bu "zahirilik"dən paylarını artıqlamasıyla alıblar. Şəriətin zahirdə istədiyi şeyləri var gücləriylə ortaya qoyan bir çox müsəlman Şəriətin batində istədiyi şərtlərin nə olduğu haqda təsəvvürə belə malik deyil... Halbuki, Uca Allah insanların zahirinə deyil qəlbinə, mənəviyyatına baxar. Elə isə Allahın rızası üçün çalışan batininə, insanlar üçün çalışan zahirinə daha çox diqqət yetirər!
Müsəlmanların yaşadığı zillətin ana səbəblərindən biri də məhz mənəvi dəyərlərini itirmələridir. Nəticə olaraq dünya və Axirət zillətinə səbəb olan bu mənəvi kirlilikdən qurtulmaq üçün "Nəfs Təzkiyəsi" elmini öyrənmək qaçınılmazdır!
Alimlərimiz qəlbin: riya, təkəbbür, özünün bəyənmişlik, özünü Allaha ehtiyacsız his etmə, həsəd və başqa halları haqda elm əldə etməyin hökmü haqqında nələr deyiblər?
"Nəfs Təzkiyəsi" elmini öyrənmək hər müsəlmana farzul ayndırmı? Bu elmi tərk edən günahkar olarmı?
Bu elm necə fərz olmaz ki, bütün əməllərimizin səhihliyi, məqbulluğu ona bağlıdır? Necə fərz olmaz ki, qurtulmaqla əmr olunduğumuz bütün mənəvi xəstəliklərin təşhisi və tədavisi bu elmdə öyrədilir?
Uca Allahdan biz möhtac qullarını müvəffəq qılmasını diləyirəm!
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:30 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Mutasavvıflardan Əbu Həmid Əl Ğazali (450-505 h/1058-1111 m) "İhyau Ulumid Din" adlı kitabında bu elmin fərzul ayn olması haqda belə deyir:

فإذا كان الغالبُ أنَّ الإنسانَ لا ينفَكُّ عن دَواعِي الشَّرِّ والرِّياءِ والحَسَدِ فيلزَمه أن يتعلَّمَ مِن رُبْعِ المُهلِكاتِ ما يَرى نفسَه مُحتاجًا إليه . وكيفَ لا يجبُ عليه وقد قالَ رسولُ الله صلى الله عليه وسلم :
« ثَلاَثٌ مُهْلِكَاتٌ : شُحٌ مُطَاعٌ , وَهَوًى مُتَّبَعٌ , وَإِعْجَابُ الْمَرْءِ بِنَفْسِهِ » , ولا ينفَكُّ عنها بَشَرٌ . وبقيةُ ما سنذكُره مِن مذموماتِ أحوالِ القلْبِ كالكِبْرِ والعُجْبِ وأخواتِهما تتَّبِعُ هذهِ الثلاثَ المهلكاتِ ، وإزالتُها فرضُ عينٍ .
ولا يمكن إزالتُها إلا بمعرفةِ حدودِها ومعرفةِ أسبابِها ومعرفةِ علامتِها ومعرفةِ عِلاجِها ؛ فإنَّ مَن لا يعرِف الشرَّ يقَعُ فيه ، والعِلاجُ هو مقابلةُ السببِ بضِدِّهِ , وكيفَ يمكن دونَ معرفةِ السببِ والمسبِّبِ ؟ فأكثرُ ما ذكرناه في رُبْعِ المُهلِكاتِ مِن فُروضِ الأعْيانِ , وقد ترَكها الناسُ كافّةً اشتغالاً بما لا يَعْني

"İnsan çox halda şər, riya və həsəd kimi şeylərə səbəb olan ünsürlərdən azad olmadığına görə, "Həlak edici şeylər babından" (Bu müəllifin "İhyau Ulumid Din" kitabının bir rübüdür) özünün möhtac olduğu şeyləri öyrənməsi lazımdır.
Bunu öyrənməsi necə vacib olmaz ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur: "Bu üç şey həlak edicidir: Tabe olunan simiclik, tabe olunan hava (həvəs) və insanın özünü bəyənməsi."
Heç bir insan bu xislətlərdən azad deyil! Kibr, Ucb (özünü bəyənmə) və bənzəri xislətlər kimi qəlbin qınanmış hallarından irəlidə zikr edəcəklərimiz bu üçü həlak edici ünsürə tabedir və bunların izaləsi fərzul ayndır.
Bunların izaləsi isə sadəcə hədlərinin, səbəblərinin, əlamətlərinin və dərmanlarının bilinməsiylə mümkündür.
Çünki, kim şərri bilməzsə ona bulaşar. Dərman, səbəbə ziddiylə qarşılıq verməkdir. Elə isə səbəb və səbəbkarı tanımadan bu necə mümkün olar?
"Həlak edici şeylər babında" zikr etdiklərimizin əksəriyyəti fərzul ayn qismindəndir. Lakin, insanlar özlərini əlaqədar etməyən şeylərdə məşğul olaraq toplu halda bu fərzləri tərk ediblər."

Qaynaq: Əbu Həmid Əl Ğazali: İhyau Ulumid Din: 1/33
Beyrut: Darus Sadir: 2004

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:31 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə belə deyir:

وفي تبيينِ المَحارمِ : لا شكَّ في فرْضيّةِ علْم الفرائضِ الخمْسِ وعلْمِ الإخلاصِ ؛ لأنَّ صِحّةَ العملِ موقوفةٌ عليه , وعلْمِ الحلالِ والحرامِ وعلْمِ الرِياءِ ؛ لأنَّ العابدَ محرومٌ مِن ثوابِ عملِه بالرياءِ ، وعلْمِ الحَسَدِ والعُجْبِ , إذ هما يأكُلان العملَ كما تأكلُ النارُ الحَطَبَ

" "Təbyinul Məharim" adlı əsərdə deyilir: beş fərzin və ixlasın öyrənilməsinin fərziyətində şübhə yoxdur. Çünki, əməllərin səhihliyi (məqbulluğu) buna bağlıdır.
Halal, haram haqqında məlumatlı olmaq fərzdir.
Riya haqqında da bilgiyə sahib olmaq fərzdir! Çünki, riya səbəbilə abid savabdan məhrum qalar!
Həsəd, Ucb (özünü bəyənmək) haqqında elmə sahib olmaqda fərzdir. Çünki, bu iki şey atəşin odunu yandırdığı kimi əməlləri yeyərlər."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/126
Daru Aləmil Kutub: 1423/2003
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:31 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) mövzumuz haqda deyir:

أن علْمَ الإخلاصِ والعُجْبِ والحَسَدِ والرياءِ فرضُ عينٍ ، ومثلُها غيرُها مِن آفاتِ النفوسِ : كالكِبْرِ والشُّحِّ والحِقْدِ والغِشِّ والغَضَبِ والعَداوةِ والبَغْضاءِ والطَّمْعِ والبُخْلِ والبَطَرِ والخُيلاءِ والخِيانةِ والمُداهنةِ والاستكبارِ عن الحقِّ والمَكْرِ والمخادعةِ والقَسْوةِ وطُولِ الأمَلِ ونحوِها مما هو مُبيَّنٌ في رُبْعِ المُهلِكاتِ مِن الإحياءِ

"...İxlas, Ucb (özünün bəyənmək), Həsəd və Riya haqqında bilgi fərzul ayndır.
Nəfsin afətlərindən/bəlalarından: Kibr (böyüklənmə), simiclik, kin, aldatmaq, (lüzumsuz) qəzəb, ədavət, buğz, tamah, naşükürlük, təkəbbür, xəyanət, yaltaqlıq, haqqa qarşı böyüklənmə, məkr, hiyləgərlik, kobudluq, tulul əməl (dünyaya dalıb axirəti unutmaq) və "İhya" kitabının "Həlak edici şeylər" bölümündə açıqlanan şeylərdən bənzərləri də belədir (haqlarında bilgi əldə etmək fərzul ayndır)."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/127
Daru Aləmil Kutub: 1423/2003

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:32 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Orta Asiya Hənəfi alimlərindən Burhanul İslam Əz Zərnuci (hicri 6-cı əsr) qəlb hallarının bilinməsinin fərz olduğu haqda deyir:
وكلُّ مَن اشتغلَ بشيء منها يُفترض عليه علمُ التحرُّزِ عن الحرام فيه.
وكذلك يُفترض عليه علمُ أحوالِ القلب من التوكُّل والإنابة والخَشْية والرضى، فإنه واقعٌ فى جميعِ الأحوال

"Digər davranışlar və məşğuliyyətlər də belədir. Bir şeylə məşğul olan hər kəs, məşğul olduğu şeydə haramdan qorunmaq üçün lazım olan elmə sahib olmalıdır.
Eləcədə Müsəlmana təvəkkül (Allaha güvənmək), inabə (Allaha yönəlmək), xaşyə (Allahdan qorxmaq), rıza (Allahdan razı olmaq) kimi qəlb hallarını bilmək də fərzdir. Cünki, bunlar hər halda vaqe/lazım olan şeylərdir."

Qaynaq: Burhanul İslam Əz Zərnuci: Təlimul Mutəallim Tariqət Təallum: 8-9
Xartum: Əd Darus Sudaniyyə lil Kutub: 1425/2004
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:32 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Mövzumuz barədə İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) belə demişdir:

أما عِلْمُ القلْبِ - وهو معرفةُ أمراضِ القلْبِ كالحَسَدِ والعُجْبِ وشبهِهما - فقال الغَزاليُّ : معرفةُ حدودِها وأسْبابِها وطِبِّها وعِلاجِها فرضُ عينٍ .
وقال غيرُه : إنْ رُزق المكلَّفُ قلْبًا سليمًا مِن هذهِ الأمْراضِ المحرَّمةِ كَفاه ذلك , ولا يلزَمه تعلّمُ دَوائها .
وإن لمْ يسلَمْ نُظر : إن تَمكّنَ مِن تطهيرِ قلْبِه مِن ذلك بلا تعلمٍ لزِمه التطهيرُ , كما يلزَمه ترْكُ الزِّنا ونحوِه مِن غيرِ تعلّمِ أدلّةِ الترْك .
وإن لمْ يتمكَّنْ مِن الترْك إلا بتعلّمِ العلْمِ المذكورِ تعيَّن حينئذٍ . واللهُ أعلمُ

"Qəlb elminə gəlincə - bu həsəd, ucb (özünü bəyənmək) və bənzəri qəlb xəstəliklərinin bilinməsidir - Ğazali bu haqda belə demişdir:
"Qəlb xəstəliklərinin hüdüdlarını, səbəblərini, müalicəsini və dərmanını bilmək fərzul ayndır".
Başqaları isə (təfsilata gedərək) belə demişlər: Əgər Mükəlləfə bu haram qılınmış xəstəliklərdən salim bir qəlb verilmişsə, bu ona yetərlidir və xəstəliklərin dərmanlarını öyrənmək ona gərəkli olmaz.
Yox əgər qəlbi bu xəstəliklərdən salim deyilsə baxılar:
A ) Əgər bu barədə elm əldə etmədən də qəlbini təmizləməyi bacararsa təmizləməsi lazımdır. Necəki, zina və bənzəri şeyləri tərk etmənin dəlillərini öyrənmədən də zinanı tərk etməsi lazımdır.
B ) Yox əgər bu xəstəlikləri tərk etməyi sadəcə məzkur elmi (qəlb elmini) öyrənməklə bacararsa o zaman fərzul ayn olar. Allah daha yaxşı bilir."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/51
Məktəbətul İrşad
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:33 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

İmam Nəvəvi – Uca Allahın rəhməti üzərinə olsun – məsələ haqqında təfsil nəql etmişdir. Bəzi qeydlərin faydalı olacağını umuram:
1. İnsan öz qəlbinin səlim yoxsa xəstə olduğunu qəlb xəstəliklərinin əlamətlərini öyrəndikdən və xəstəliklərinin əlamətlərini bildikdən sonra bilər. Bu səbəblə ən azından təşhis üçün bu məlumatlar əldə edilməlidir.
2. Xəstəlikləri tanımayan və tədavi yollarını bilməyən bir insanın, qəlbini lazimi qaydada təmizləsi uzaq bir ehtimaldır. Xüsusən xəstə qəlbli insanların içində yaşarkən xəstə olduğumuzu anlamaq çox çətindir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:33 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) nəfs təzkiyəsi/batin elmi haqda deyir:

عَنِ الْحَسَنِ قَالَ : الْعِلْمُ عِلْمَانِ : فَعِلْمٌ فِى الْقَلْبِ فَذَلِكَ الْعِلْمُ النَّافِعُ ، وَعِلْمٌ عَلَى اللِّسَانِ فَذَلِكَ حُجَّةُ اللَّهِ عَلَى ابْنِ آدَمَ

وقد يُحمل الأولُ على علْمِ الباطنِ , والثاني على علْمِ الظاهرِ , لكن فيه أنه لا يتحقَّق شيءٌ مِن علْم الباطنِ إلا بعد التحققِ بإصلاح الظاهرِ كما أن علْمَ الظاهرِ لا يتِمُّ إلا بإصلاحِ الباطنِ .
ولذا قال الإمام مالك : مَن تفقَّهَ ولم يتصوَّفْ فقد تفسَّقَ , ومَن تصوَّف ولم يتفقَّهْ فقد تزنْدَقَ , ومَن جمَع بيْنهما فقد تحقَّق .
وقال أبو طالبٍ المكي : هما علمانِ أصليّانِ لا يستغني أحدهُما عن الآخرِ بمنزلةِ الإسلامِ والإيمانِ مُرتبِطٌ كلٌ مِنهما بالآخرِ كالجِسْمِ والقلْبِ لا ينْفكّ أحدٌ عن صاحبِه

''Həsən Əl Bəsridən belə dediyi nəql edilib:
Elm ikidir: Qəlbdəki elm ki, faydalı olan elm budur. Dildəki elm ki, Allahın insanların əleyhinə hüccəti olan elm budur."

Mulla Əli Əl Qarinin şərhi: ... elmin birinci növü (qəlb elmi) batin elminə, ikinci növu (dildəki elm) isə zahir elminə yozulmuşdur/həml edilmişdir. Lakin, zahir elmi ancaq batinin islahından sonra tamamlanacağı kimi, zahirin islahı reallaşmadan batin elmindən bir şey reallaşmaz/gerçəkləşməz.
İmam Malik bu səbəblə belə demişdir: Kim fiqh (və əqidə) öyrənər, fəqət tasavvufla (nəfs tərbiyəsilə) məşğul olmazsa mütləq fasiqlik edər.
Kim tasavvufla məşğul olar, fəqət fiqh (və əqidə) öyrənməzsə mütləq zındıqlıq edər. Hər kim bu ikisinidə öyrənərsə həqiqətə nail olar."
Əbu Talib Əl Məkki belə demişdir: Bu ikisi (batin və zahir elmi) İslam və İmanın bir birindən mustağni olmaması kimi, biri digərindən mustağni olmayan iki əsli elmdir. Bunlardan hər biri cisim və qəlb kimi bir birinə bağlıdır, biri digərindən ayrılmaz."

Qaynaq: Mulla Ali Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/478 (Hədis: 270)
Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 23:34 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
"Təlimul Mutəallim" kitabına şərh yazan Osmanlı alimlərindən Osman Pazari, Zərnucinin yuxarıda təqdim edilən "təvəkkül, xaşyə, rıza kimi şeyləri bilmək fərzdir" sözlərini şərh edərkən deyir:

وغيرِها مِن الأحوالِ المأمورةِ بها .
وأما الأحوالُ المنهيّةُ كالكِبْرِ والحَسَدِ والحِقْدِ وسوءِ الظنِّ وغيرِها , فيجب علْمُهما ليتَّصِفَ بالأقسامِ الأوَّلِ , ويجْتنِبَ عن الآخرِ

"Eləcədə əmr edilmiş digər xüsusiyyətlər (haqqında elm sahibi olmaqda fərz qılınmışdır).
Təkəbbür, həsəd, kin və pis zənn eləmək kimi qadağan olunmuş xüsusiyyətlərə gəlincə, (müsəlmanının) hər iki növ (Əmr edilmiş və qadağan edilmiş) haqqında da elm sahibi olması vacibdir ki, beləcə birinci qismdəki xüsusiyyətlərə (təvəkkül, rıza və bənzərlərinə) yiyələnsin, ikinci qismdəki xüsusiyyətlərdən (təkəbbür, həsəd və bənzərlərindən) isə çəkinsin."

Qaynaq: Osman Pazari: Təfhimul Mutəfəhhim: 15
İstanbul: 1321
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru