[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
SABR
ixvani_muslimTarix: Bazar, 31.08.2008, 02:29 | Yazı # 1
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
salam aleykum va rahmatullahi va barakatuhu.man istadimki bu gunku bizim catin gunumuzda sabr movzusuna toxunum.bildiyiviza gora sabr mominin sfatlarinandi.bu yaxinda mubarek mescidimiz abu bakr partladildi bu iwi gorana allah lanat elasin biz bilirikki shaid olan gardawdarimizda oldu allah onari canatik elasin inwallah ve yarali gardawlarimizda oldu allah onlara sabr versin.man caliwiram har namazda gamet gardawimiza bizim weyximiza allahdan coxlu sabr diliyam cunki onun buna boyuk eytiyaci var o cox eziyatar cakir ve cox belalar bawi cakir.eger siz weyxin xutbalarina gulag asmisizsa weyximiz bizi catin gunara hazirlayirdi hamiwa deyirdiki musulman mominin en cox catin vazyata sabra eytiyaci olmalidi ve bu catin vaxt gardawdar galdi bizi gordu cunki mubarek mescidimiz baglanib cuma namazdarin gila bilmirik cunki polisdar buna imkan vermir onarida man ginamiram cunki olka bawcimiz millatinin gaygisina galir ve xata beladan gorumax istayir indi biz bela catin vaxtda ancax sabr etmaliyik.allah bizi sabr edanarrdan etsin bildiyiviza gora allah subhana teala guranda neca yerda sabir haginda daniwib.allah subhana teala gurani karimda buyurur el imran surasi 200 aye.allah subhana teale iman ehlina sabirli olmagi tovsiya edir va bildirirki bu ayedaki nacat tapasuz.hemcinin meryam surasi 65 eya.ve bawga ayeda allah subha na teala buyururki ahli beytiva namazi emr et ve sebir et bu barede taha 32.ve sebr etmak lazimdi catiniklara allah subhana etala insani her cur catiniya cakir pulnan evladla valideyinla ve gerek momin insan bunara sabir etsin.allah subhana teala eger xeyirnan sani imtahana cakirsa elaci buduku wukr etmak.eger warnan imtahana cakirsa elaci buduku sabir etmak.ibn teymi rahimuhulla buyurur.bir kiwi wafidan soruwdu hansi evsaldi o kiwiki allah subhana teala neymat verir wukr edir yoxsa o kiwiki ona bela galir o sabr edir hansi efzaldi?wafi rahimuhullah deyir ola bilmazki xeyir belasiz galsin bela galir sora xeyir galir.bax peygambarlara nuha,ibrahima,muhammed s.a.v. lama bax olara olara bela galdi sora xeyir galdi.allah subhana teala o vaxtki onar sabr etilar onara onda xeyir verdi ve belasiz xeyir galmaz.ona gore gardawdar sabir edin inwallah allah bizi sabr edim xeyira govuwanardan edar.INDI SIZ MANA DEYIN SIZ SABR EDANSINIZMI?

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
SelefTarix: Bazar, 31.08.2008, 02:37 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
ixvani_muslim, ALLAH razi olsun ,,,

(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
ixvani_muslimTarix: Bazar, 31.08.2008, 02:40 | Yazı # 3
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
ecmain

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
medinäTarix: Bazar, 31.08.2008, 22:54 | Yazı # 4
Qrup: Удаленные

SABREDEREK VE NAMAZ KILARAK ALLAHDAN YARDIM ISTEYINIZ HIC SÜBHESIZ ALLAH SEBREDENLÄRLÄ BIRLIKTEDIR( BAKARA SÜRASI 153) : SABREDENLÄRÄ VE BASKALARININ KUSURLARINI BAGISLAYANLARA GELINCE BÖYLE BIR TUTUM HIC SÜBHESIZ SOYLU DAVRANISLARDANDIR(SURA43) SABREDENLÄRÄ AMELLERININ KARSILIGI HESAPSIZ OLARAG MUTLAKA VERILÄCÄKDIR(ZÜMER10)
 
SelefTarix: Bazar ertəsi, 01.09.2008, 03:31 | Yazı # 5
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Peyğəmbərimiz (sav) demişdir:
"Həqiqətən sizlərdən xoşbəxt olan imtahandan uzaq olanınızdır! Həqiqətən
sizlərdən xoşbəxt olan imtahandan uzaq olanınızdır, amma əgər kimsə
imtahana çəkilsə, qoy səbr etsin"

(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Bazar ertəsi, 01.09.2008, 11:27 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
.Abdullah rəvayət edir ki, Peyğəmbər (s.a.s) qənimətləri əvvəl böldüyü kimi böldü. Ənsardan olan bir kişi dedi: “And olsun Allaha! Bu elə bir bölgüdür ki, onunla qüdrətli və əzəmətli Allahın Üzü qəsd edilməmişdir (Onun rizasını qazanmaq məqsədilə bölünməmişdir)”. Mən: “(Bunu) mütləq Peyğəmbərə (s.a.s) söyləyəcəyəm”- dedim, sonra da Peyğəmbərin (s.a.s) yanına gəldim. O, səhabələri ilə birgə oturmuşdu. Mən deyilənləri onun qulağına pıçıldadım. Bu (sözlər) ona çox ağır gəldi, sifəti dəyişdi və qəzəbləndi. Kaş ki, bunu ona bildirmiş olmayaydım. O dedi: “Musaya bundan da çox əziyyət verildi, amma o, səbir etdi”.
[ Səhihdir ]

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 01.09.2008, 11:28 | Yazı # 7
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Eşitdiyi əziyyətə (nalayiq sözlərə) qüdrətli və əzəmətli Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir şey yoxdur. (Qulları) Ona övlad isnad edirlər, O isə onlara can sağlığı və (çoxlu) ruzi verir”.
[ Səhihdir

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 16.09.2008, 12:08 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Səbr nəfsin təlaş və qəzəbdən, dilin şikayət və asilikdən qorunması, onun tələb etdiyi istəkləri boğaraq kitab və sünnənin hökmlərindən tutunmaq deməkdir. İslam dini ziddiyyətlər və uğursuzluqlarla dolu olan bu dünyada müsəlmanın qarşı-qarşıya gələcəyi çətinliklərdən çıxış yolu üçün mükəmməl həyat prinsipi təqdim edir.

Bu səbəbdən də Qurani-Kərimdə mömini səbrli və təmkinli olmağa səsləyən, onun əhəmiyyətini və təsir qüvvəsini bəyan edən bir çox ayələr mövcuddur.
Allah taala buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Əli İmran, 200) Həsən əl-Basri buyurur: “Allah taala qullarına, razı qaldığı İslam dinində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə səbr etməyi əmr edir. Qul yalnız müsəlman olduğu halda yaxşı və pis gündə, darlıqda və bolluqda Allaha dua etməli, Allahınn düşmənlərinə qələbə çalmaq uğrundakı müharibədə üz verən müsibət və çətinliklərə dözməlidir. Ayədə qeyd olunan “hazır olun!” kəlməsi isə İbadət məkanlarında davamiyyətlilik və əzmkarlıq göstərin mənasını verir. Bəziləri həmin kəlmənin izahını “namazdan sonra namazı gözləmək” və “sərhəd boyu növbədə durub cihada hazır olun!” mənaları ilə də izah ediblər”.
Başqa bir ayədə Allah taala buyurur: “Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi?” (əl-Furqan, 20) Yəni, Allah taala xeyiri şərlə, faydanı ziyanla, möminləri kafirlərlə sınağa çəkir. Bununla Uca Allah öz əzəli hökmü ilə onlara verdiyi qismətə razı olub-olmadıqlarını ayırd edir. Bütün bunlar dünya xalqları tarixində baş vermiş gerçəkliklərdir. Səbr Allahın öz rəsullarına qələbə, güc və qüvvət əldə etmək istədikləri vaxt etdiyi tövsiyədir.Allah taala buyurur: “Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et!” (əl-Əhqaf, 35) Allah taala müqəddəs kitabda səbr edənlərlə bərabər olduğunu bəyan edir: “Allah səbr edənlərlədir”. (əl-Bəqərə, 153) Səbrin əhəmiyyəti və xüsusiliyi barəsində Qurani-Kərimdə təxminən yetmiş yerdə qeyd olunur. İbn Kəsir (Allah ona rəhmət etsin!) buyurur ki, səbr iki formada mövcüddur. Haram və günahlardan əl çəkməklə səbr etmək və itaətkarlıq və Allaha yaxınlaşdıran ibadətləri yerinə yetirməklə səbr etmək. Ikincisi daha çox savablıdır. Üçüncü isə baş verən müsibət və bəlalara səbr etməkdir.
Itaətkarliq və ibadət üzrə səbr:
Allaha olan itaətləri yerinə yetirməyin zəhmətinə səbr etmək Onun öz qullarına tövsiyəsidir. Allah taala buyurur: “Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol!” (Məryəm, 65) Başqa bir ayədə isə belə buyurur: “Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir”. (Taha, 132) Allah insanlara tövsiyə edir ki, ailələrinə namaz qılmağı əmr etsinlər və özləri də bu yolda çıxan çətinliklərə səbr etsinlər. Ruzi vermək vəzifəsini isə öz üzərinə götürür.
Cihad, ona hazırlıq, kafirlərə, istilaçı və istismarçılara qarşı mübarizə aparmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi barəsində Allah taala buyurur: “Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!” (ən-Nəhl, 110)
Səbr düşmənlərlə, həmçinin asi kəslərlə qarşılaşıb mübarizə apararkən qələbə əldə etmək üçün lazım olan əsəs səbəbdir. Xüsusilə, Allahın dininə dəvəz zamanı onun lüzumluluğu əvəzsizdir. Allah taala buyurur: “Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik. (əs-Səcdə, 24) Uca Allah saleh insanlarla birgə olub səbr etməyi əmr edir: “Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar”. (əl-Kəhf, 28) Səbrin istər nəfs, istərsə də düşmənlərlə mübarizə zamanı təqva ilə əlaqəsi olmazsa, onun verə biləcəyi fayda da olmaz. Allah taala buyurur: “Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Əli İmran, 120) Başqa ayədə belə buyurur: “Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. (Əli İmran, 125) Müsəlman toplumu öz gücünü, qüdrətini və şan-şöhrətini yalnız bu yolla geri qaytarmaq iqtidarındadır. Buna görə də Uca Rəbbimiz buyurur ki, Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Əli İmran, 186)
Haramları və günahları tərk etməyə səbr:
Allahın qoymuş olduğu hədlərdən kənara çıxmamaq üçün mömin səbri çoxaltmağa hər zaman ehtiyac duyar. Allah taala Qiyamət günü öz ərşinin kölgəsində yeddi formada olan insanı kölgələndirəcək. O kəslərdən biri vəzifə və gözəlliyə malik qadın trəfindən yanına çağırıldığı zaman “mən Allahdan qorxuram” deyən kişi, Allaha ibadət etməklə böyüyən cavandır. Günahlardan yalnız Allah qatında təqva və qəqinlik üzrə qurulan səbrlə çəkinmək mümkündür. Allah taala buyurur: “Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (ən-Nisə, 25) Başqa ayədə isə Uca Allah buyurur : “Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” (Yusif, 90) Allahın haram buyurduğu işlərdən yalnız bütün hallarda onu zikr etməklə uzaqlaşmaq olar. Çünki, Allah təbərak və taala buyurur: “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”. (əl-Əraf, 201) Allahdan qorxmaq, ixlaslı olmaq günahları tərk etməyə və onlardan uzaqlaşmağa kömək edən ən mühüm amillərdəndir. Yusif (ona salam olsun!) və Misir padşahının qadını ilə olan rəvayət ixlaslı olanlara və Allahın qoymuş olduğu hədlər qarşısında ayaq saxlayan səbrli insanlara ən gözəl misaldır. Allah taala buyurur: “Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusif, 24) Səbr və təqva xoşbəxt sonluq və yüksək məqamlar üçün ən böyük səbəblərdəndir.
Allahın hökmünə səbr etmək:
Qəzavü-qədərə iman Allah taala imanı şərtləndirən amillərdən biridir. Dəvət edən şəxsin həyati çətinliklərlə qarşılaşdığı zaman onlara sinə gəlməsi üçün bəlalara və müsibətlərə səbr etməyi tövsiyə edən çoxlu dini mətnlər varid olub. Allah taala Loğmanın (ona salam olsun!) öz oğluna etdiyi tövsiyəsini xatırladaraq buyurur: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman, 17) İbn Kəsir (Allah ona rəhmət etsin!) ayənin təfsirini belə qeyd edir: “Haqq yolunu tutan insanları yaxşı işlər görməyə çağıran və pis işlərdən çəkindirən hər bir kəsin əziyyət çəkməsi labüddür. Onun əlacı yalnız Allah üçün səbr etmək, Ona sığınmaq və ona dönməkdir. Müsibətlərə səbr, Allahın əmrinə təslim olmaq, hökmünə və yazmış olduğu qədərə tabe olmaq deməkdir. Səid bin Cübeyr qeyd edir ki, səbr qulun üz vermiş bəlaları etiraf etməsi və onun savabını Allahdan istəməsidir.
Həmçinin, xəstəliklərə, bəlalara və sınaqlara səbr etmək bu qəbildəndir. Bu, bir çox mənbələrdə qeyd olunduğu kimi günahların kəffarəsidir. Allah taala buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə, 155-157) Bu ayə baş verən müsibət zamanı Allaha dönüşün fəzilətinə və bunun Allah qatında böyük savaba malik olmasına dəlildir. Səbr edənlərin mükafatı barəsində Allah taala buyurur: “Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” (əz-Zumər, 10) “Elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!” (əl-Qəsəs, 80) əsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim səbr edərsə, Allah ona səbr verər. Heç kəsə səbrdən səbrdən daha böyük xeyir bəxş edilməyəcək!”
Cənnətin dəyəri bütün hallarda başlanğıcı səbrlə ölçülür. Allah taala buyurur: “Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır”. (əl-İnsan, 12) Bəlalara, həyacanlara və qəlb sıxıntılarına dözmək üçün ən gözəl Allaha sığınmaq metodu səbr və namazdır: “Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir”. (əl-Bəqərə, 153) “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər”. (ət-Təğabun, 11)
İbn Kəsir ayənin təfsirində deyir: “Yəni, kim müsibət üz verdiyi zaman bunun Allahın qəzavü-qədəri olduğunu qəbul edib səbr edərsə, mükafatını Allahdan gözləyərək Onun hökmünə təslim olarsa, Allah ona dünyada itirdiyindən daha xeyirlisini verər, qəlbinə hidayət, əminlik və doğruluq bəxş edər. Allah ən gözəl biləndir.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 22.09.2008, 12:13 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Səbir sifətinə təşviq etmək bu şəriətin ali məqamlığından irəli gəlir. Çünki din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dinə əməl etmək və onu öyrənmək üçün mütləq səbirli olmaq lazım gəlir. Həmçinin insan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbrə böyük ehtiyac vardır.

Allah taala Öz kitabında səbri doxsandan çox yerdə xatırlatmışdır. Bu, səbrin əhəmiyyətini və fəzilətini göstərən bir amildir. Belə ayələrdən:
"Ey iman gətirənlər! Səbr edin, dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (Ali İmran: 200).
"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbirli olanlara (axirətdə) saysız-hesabsız mükafat veriləcək¬dir!”" (əz-Zümər: 10).
Peyğəmbərin s.a.v. Sünnəsində də səbir və səbirli olanların fəziləti haqda çoxlu hədislər rəvayət edilmişdir. Peyğəmbər s.a.v. buyurmuşdur:

« مَنْ يَصْبِرْ يُصَبِّرْهُ اللَّهُ، وَمَا أُعْطِيَ أَحَدٌ مِنْ عَطَاءٍ خَيْرٌ وَأَوْسَعُ مِنْ الصَّبْرِ». أخرجه البخاري في صحيحه ومسلم.

"Kim səbr edərsə Allah taala ona səbr verər. Heç kəsə səbirdən daha xeyirli və geniş pay varilməmişdir" .
Peyğəmbər s.a.v. buyurmuşdur:

«الْمُؤْمِنُ الَّذِي يُخَالِطُ النَّاسَ وَيَصْبِرُ عَلَى أَذَاهُمْ أَعْظَمُ أَجْرًا مِنْ الْمُؤْمِنِ الَّذِي لاَ يُخَالِطُ النَّاسَ وَلاَ يَصْبِرُ عَلَى أَذَاهُمْ». أخرجه الترمذي في سننه وابن ماجه، وإسناده صحيح.

"İnsanlarla ünsiyyətdə olub, onların əziyyətlərinə səbirli mömin, insanlarla ünsiyyətdə olmayıb onların əziyyətlərinə də səbirlilik göstərməyən mömindən daha xeyirlidir" .
İnsanın səbirli olmasının bir çox gözəl səmərələri vardır:
Bəndənin saleh əməllərdə davamlı olması, belə əməlləri etməkdən yorulmaması, dünya və axirət istəklərinə nail olması və s. Ümumiyyətlə bunlara yalnız səbirlə nail olmaq mümkündür. Ona görə ikinci raşidi xəlifə Ömər İbn Xəttab  buyurmuşdur: "Ən gözəl həyata səbrlə nail olmuşuq".
Səbrin faydalarından həmçinin bunları demək olar: qəzəbdən, təlaşdan və axmaqlıqdan qorunmaqla özünü idarə etmək, nəfsi pis işlərə və şəhvətlərə düşməkdən mühafizə etmək və müsibətlər baş verdikdə onu sakit saxlamaq

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 17.05.2009, 20:07 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
NÄFS GULUN MINIYI OLUB ONUNLA ,CÄNNÄT VÄ YA CÄHÄNNÄMÄ GEDÄR. SÄBR ISÄ BU MINIYIN, YÜYÄNI VÄ CILAVU KIMIDIR, BUNLARSIZ ÖZ BASINA HÄR TÄRÄFÄ GEDÄ BILÄR. BIR COXLARI , ISTI VÄ SOYUG GECÄLÄRI IBADÄT ETMÄ, GÜNDÜZLÄRI ORUC TUTMA MÄSÄGGÄTINÄ SÄBR EDÄRLÄR, LAKIN HARAMA BAXMAMAGA SÄBR ETMÄZLÄR. BÄZISIDÄ HARAMLARA BAXMAGA SÄBR EDÄR, LAKIN YAXSILIG ETMÄYÄ, PISLIKLÄRDÄN CÄKINMÄYÄ , KAFIR VÄ MÜNAFIGLÄRLÄ DÖYÜSÄ SÄBR ETMÄZLÄR. INSANLARIN COXU BUNLARIN HEC BIRINÄ SÄBR ETMÄZ. BUNLARIN HAMISINA SÄBR EDÄN LAP AZDIR. SÄBR ISTÄK VÄ SÄHVÄT GÜVVÄSININ GARSISINDA AGIL VÄ DIN GÜVVÄSINI HAKIM ETMÄKDIR. YÄNI TÄBIÄTDÄN INSAN ARZU ETDIYI SEYLÄRI ÄLDÄ ETMÄYÄ CALISIIR, AGIL VÄ DIN GUVVÄSI BUNA GARSI CIXIR, BUNLAR ARASINDA SAVAS DAVAM EDIR. BU SAVASIN MEYDANI GULUN GÄLBI, SÄBRI, SÜCAÄTI VÄ SÄBATIDIR.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
leyla10Tarix: Çərşənbə axşamı, 19.05.2009, 13:31 | Yazı # 11
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
Sual: İnsanlar sıxıntılı vəziyyətdən o həddə qədər təsirlənirlər ki, bu onların fiziki və əqli sağlamlığında dərin iz buraxır, riqqət oyadır. Sıxıntı və narahatlığın aradan qalxması üçün dua etməkdən əlavə müsəlman bir psixoloq və psixiatrın köməyi üçün ona müraciət edə bilər? Belə ki, ola bilsin ki, sıxıntı keçirən insanın problemlərin həlli ilə əlaqədar müəyyən əqli çətinlikləri var. Buna icazə verilirsə, elə isə həkimin əqidəsinin doğru olub-olmamasını yoxlamaq vacibdirmi? Həmçinin sıxıntının, təlaşın səviyyəsini, dərəcəsinin daha yaxşı şəkildə öhdəsindən gəlmək üçün həkim tərəfindən yazılan sıxıntıya qarşı dərmanlar və yaxud insanın əhvalının tənzimlənməsi üçün yazılan əlaclardan istifadə etmək olar?

Cavab: Həmd Allaha məxsusdur.

İnsanın başına gələn xəstəlikləri müalicə etməkdə heç bir yanlış addım yoxdur. Bu şəriətdə qadağan edilməmişdir. Lakin şərtlərdən biri budur ki, həmin müalicə problemin özündən daha pis, zərərli olan yan təsirlər ortaya çıxarmamalıdır.

Sıxıntı, ruhi əzab kimi ruhi xəstəliklər və yaxud müxtəlif ağrı növləri olan fiziki xəstəliklərə düçar olan insana məsləhətimiz budur ki, hər şeydən əvvəl həmin xəstəliyi, problemi şəriətimizdə buyurulan “rüqyalar” vasitəsilə müalicə etməyə çalışsın. Yəni, şəriətdə məsləhət görülən Qurandan ayələr və hədislərlə. Bu ayə və hədislərdə xəstələr üçün şəfa yolları göstərilir.

Daha sonra xəstəliyinizi Allah təalanın yaratdığı bal, bitkilər kimi təbii maddələrlə müalicə etməyinizi məsləhət görürük. Çünki Allah təala həmin bitkilərdə xüsusi özəlliklər yaratmışdır ki, bir çox xəstəlikləri onlarla müalicə etmək olar və eyni zamanda bunları qəbul edən xəstə üzərində onların yan təsirləri yoxdur.

Düşünürük ki, sıxıntının müalicəsi üçün kimyəvi çarələrə baş vurmaq lazım deyil. Çünki bu cür xəstəliklər üçün kimyəvi deyil, mənəvi müalicə üsullarına baş vurulmalıdır.

Beləcə, həmin insan ilk öncə imanını artırmalı və Rəbbinə olan təvəkkülünü yüksəltməlidir. Çoxlu dua etməli və çoxlu ibadət etməli, namaz qılmalıdır. Bunu edərsə, onun təlaşı, sıxıntıları keçib gedəcəkdir. İbadət, itaət əməllərini etməklə rahatlaşmağın, dincəlməyin insanın ruhu üzərində böyük müsbət təsirləri var. Belə ki, bunlar psixoloji xəstəlik növlərinin çoxunu aradan qaldırır. Nəticə etibarilə, əqidəsi, inancları düzgün olmayan bir psixoloqun yanına getməkdə sizin üçün heç bir faydanın hasil olacağını düşünmürük, qaldı ki, kafir olan birinin yanına getməyə. Həkim Allah və Onun dini haqqında nə qədər elmli olarsa, öz pasientinə bir o qədər yaxşı məsləhət verir.

Allah təala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (ən-Nəhl 16:97)

Rəvayət olunur ki, Şüeyb demişdir: Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Möminin halı necə də qəribədir, çünki onun bütün işləri xeyirdir, xeyir var. Və bu ancaq möminə xasdır. Onun başına xeyir bir iş gəldikdə şükr edər və bu onun üçün xeyir olur, başına xoşagəlməz bir iş gəldikdə o buna səbir ilə dözər, və bu da onun üçün xeyir olar”. (Müslim 2999; rəvayət etmişdir).

Bu dünya həyatı müsəlmanın əsas dərd-qəmi, fikri-zikri olmamalıdır. Ruzi məsələsi onun qəlbində və yaxud ağlında özünə yer tapmamalıdır ki, onun xəstəliyini və təlaşını, sıxıntısını daha da pisləşdirməsin.

Ənəsin radiyallahu anhu belə dediyi rəvayət olunur: “Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz”. (Tirmizi 2389; Şeyx Albani Səhih əl-Cami 6510 əsərində hədisi səhih olaraq təsnif etmişdir).

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “İnsan bütün gününü başqa dərd-qəm, qayğı ilə deyil yalnız Allah Sübhənahu və təalanı fikirləşməklə keçirərsə, Allah onun bütün ehtiyaclarının öhdəsindən gələr, qayğısına qalar və onu narahat edən hər bir şeyi həll edər. Allah təala həmin qulun qəlbini boşaldar ki, qəlbi yalnız Ona qarşı sevgi ilə dolsun, dilini azad edər ki, dili yalnız Allahı zikr etsin və onun bütün əzalarının Allaha itaət etmək üzrə çalışmasına səbəb olar.

Lakin qul bütün gününü başqa şey deyil yalnız dünyanı fikirləşməklə keçirərsə, Allah dünyanın sıxıntısı, qəm kədəri, təlaşı və ağrılarını daşımağa onu vadar edər; Allah təala onu öz başına tərk edər və onun qəlbini Allaha qarşı olan sevgidən məxluqa qarşı olan sevgiyə yönəldər, onun dilini Allahı deyil insanları zikr etməyə yönəldər, onun savadı və enerjisini onlara itaətə və onlara xidmətdə istifadəyə yönəldər. Beləcə o kəs çoxlu səy göstərər, bəzi işçi heyvanı kimi zəhmət çəkər ki, Allahdan başqa şeylərə xidmət etsin... Hər kim Allahın həqiqi qulu olmaqdan, Ona itaətdən və Onu sevməkdən üz döndərərsə bəzi məxluqlara xidmət etmək, sevgi və itaət etməklə yüklənər. Allah təala buyurur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar”. (əz-Zuxruf 43:36)

əl-Fəvaid, səh.159

Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) demişdir:
“Mömin bir kəs ruhi cəhətdən xəstə ola bilər? Şəriətə gör bunun müalicəsi nədir? Həmçinin nəzərə alın ki, müasir tibb bunu yalnız müasir dərmanlarla müalicə edir.

O cavab vermişdir: “Sözsüz ki, insan psixoloji və gələcək barəsində narahatlıq və keçmişinə görə peşmançılıq kimi ruhi xəstəliklərdən əziyyət çəkə bilər. Psixoloji xəstəliklərin bədənə zərərli təsiri fiziki xəstəliklərin təsirindən daha yüksəkdir. Məlum olduğu kimi, şəriətimizdə icazə verilən vasitələrlə-yəni, rüqya ilə- bu xəstəlikləri müalicə etmək, onları fiziki xəstəliklərlə müalicə etməkdən daha effektlidir.”

Xəstəlikləri müalicə etmək üçün İbn Məsudun (radiyallahu anhu) rəvayət etdiyi səhih hədisdə qeyd olunan üsullardan biri aşağıda keçdiyi kimidir:

İbn Məsud səhih hədisdə rəvayət etmişdir: Dərd, qəm-qüssəyə tutulan elə bir kəs yoxdur ki:

“Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nasıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əs`əlukə bi kulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə`sərtə bihi fi ilmil-ğaybi indəkə, ən təc`aləl-Qur`anə rəbia qalbi, və nura sadri, və cəlaə huzni, və zəhabə həmmi

Tərcüməsi: (Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et)”-söyləyəsə, Allah onu üzüntü, kədərdən azad edər. Bu şəriətdə buyurulan müalicə üsullarından biridir.

Həmçinin belə də demək olar: “Ləə iləəhə illə əntə, subhəənəkə inni kuntu min az-zaalimiin”. Bu Qurani Kərimdən ayədir. Allah təala buyurur: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Ya Rəbbi!) Səndən başqa ibadətə haqqı olan heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi (Ənbiyə, 21:87).

Bundan daha ətraflı məlumat əldə etmək istəyənlər alimlərin zikr barəsində yazdıqları kitablara müraciət edə bilərlər.

• İbn əl-Qeyyim Əl-Vəbil əl-Seyyib
• Şeyxul İslam ibn Teymiyyə, Əl-Kəlim əl-Tayyib
• Əl-Nəvəvi, əl-Əzkər
• İbn əl-Qeyyim, Zad əl-Məad

Lakin indiki dövrümüzdə insanların imanı zəif olduğundan, onlar şəriətdə buyurulan müalicə üsullarına qarşı daha az üz tuturlar. Gördüyünüz kimi hal-hazırda insanlar şəriətdə buyurulan müalicə üsullarından daha çox fiziki dərmanlara etibar etməyə başlamışdırlar. Lakin insanın imanı güclü olanda, şəriətdə buyurulan müalicə üsulları, çarələri tamamilə effektli olur və fiziki dərmandan daha sürətli müsbət təsir bağışlaya bilər. Hər birimiz peyğəmbərin sallallahu aleyhi və səlləm yürüşə göndərdiyi kəsin hekayətini bilirik. O bəzi ərəb camaatının yanında düşərgə salır. Lakin onun yanında düşərgə salan insanlar ona qarşı heç bir qonaqpərvərlik göstərmirlər. Allah təala onların başçılarının əqrəb tərəfindən sancılmasını iradə edir və onlar biri-digərinə deyir: “Yaxınlıqda düşərgə salan insanların yanına gedin, ola bilsin ki, onların yanında raqi (rüqya oxuyan) tapacaqsınız”. Səhabələr onlara deyirlər: “Siz bizə bu qədər sayda qoyun verməyincə, sizin başçınız üçün rüqya oxuyan deyilik”. Onlar deyirlər: “Əla”. Beləliklə, səhabələrdən biri gedir və əqrəbin sancdığı kəsə rüqya oxuyur. O sadəcə Fatihə surəsini oxuyur və sancılan kəs zəncirdən azad edilmiş şəxs kimi ayağa qalxır.

Bu insan üzərində Fatihə surəsinin oxumağın təsiri həmin qəlbin imanla dolu olmasından dolayı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşur: “Sən haradan bildin ki, bu (Fatihə Surəsini) rüqya kimi oxumaq olar?”

Lakin indiki çağımızda, dini bağlılığın və imanın zəiflədiyi bir vaxtda insanlar sadəcə xarici fiziki dərmanlara etibar etməyə, güvənməyə başlamışdırlar və bunun nəticəsi olaraq da əziyyət çəkirlər.

Lakin digər tərəfdən, insanların ağılları ilə oyun oynayan fırıldaqlar, şarlatanlar ortaya çıxmışdır. Onlar diribaşdırlar və insanları aldatmağı bacarırlar. İddia edirlər ki, onlar yaxşı rüqya oxuyurlar. Əslində isə onlar insanların mallarını haram yolla istismar, istehlak edirlər, yeyirlər. Beləcə insanlar iki vəziyyət arasında qalırlar: birinci vəziyyət budur ki, insanlar rüqyanın tamamilə heç bir təsirinin olmadığını düşünürlər.

İkinci hədd isə batil, yalan, saxta və aldadıcı qiraətlər mütailə etməklə, oxumaqla insanların zehinləri, ağılları ilə oynayan fırıldaqlardır.

Fətəvə İsləmiyyə, 4/465, 466

Muhammad Saleh əlMunəccid

İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Çərşənbə axşamı, 19.05.2009, 22:12 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Säbrin äsli vä äsasi säbatin güvvätli olmasidir. Här hansi bir gul tägva ilä ämäl etmäk vä säbatla güvvätländirilirsä ,Allahin yardimina govusmus olur. Din iki tämäl üzärin dä gurulmusdur. Biri hagg digäri isä säbirdir. Bunlar "bir-birinä hagg tövsiyä edän vä säbri tövsiyä edän kimsälärdän basga!" (äl-Äsr 3) ayäsi ilä bildirilmisdir. Guldan hagga özünün ämäl etmäsi vä onu insanlara tövsiyä etmäsi täläb olunur. Mähz bu sükrün mahiyyätidir. Buna görä säbir imanin yarisidir. Allah här seyi daha dogru bilir!

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 17:21 | Yazı # 13
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Abdullah bin Məsud demişdir: "İman iki sinifdir. Bir sinfi səbir, digər sinfi şükürdür. Bundan əlavə Allah-taala İbrahim surəsində (5), əş-Şura surəsində (33), Səba surəsində (19), Loğman surəsində (31) səbirlə şükrü birləşdirərək: «...Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!...» - buyurmuşdur. İmanın belə təsnif edilməsinin bir çox səbəbləri var.

1. Qəlblə təsdiq və dillə iqrar etmək. Əməl (itaət və ibadət etmək) və niyyətdən ibarət olan iman, əslində iki qisimdir: biri əməl, digəri isə tərkdir. Əməl Allah-taalaya itaət və ibadət deməkdir ki, şükrün mahiyyətidir. Tərk isə günahdan uzaqlaşmağa səbir etməkdir. Din bütövlükdə bu iki şeydən ibarətdir. Biri əmr edilənləri icra etmək, digəri yasaqları tərk etməkdir.

2. İman iki əsas üzərində qurulmuşdur. Biri yəqin, digəri səbirdir: Bu aşağıdakı kəlamlarda zikr edilmişdir: «(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik» (əs-Səcdə, 24). "Yəqin"- əmrin, qadağanın, savabın və cəzanın gerçək mənalarının bilinməsinin qayəsidir. "Səbir" ilə də əmrlərin yerinə yetirilməsi, yasaqlardan nəfsin uzaqlaşdırılması nəzərdə tutulmuşdur. Əmrin, qadağanın, savabın və cəzanın Allah tərəfindən olduğunu təsdiq etmək, ancaq yəqinliklə hasil olur. Əmrləri yerinə yetirməyə davam etmək, qadağalardan nəfsi çəkindirmək, ancaq səbirlə mümkün olur. Buna görə əmrləri yerinə yetirməklə, yasaqları tərk etməklə imanın yarısı səbir, digər yarısı isə şükür olmuş olur.

3. İman söz və əməldən ibarətdir. Söz qəlbin və dilin təsdiqidir. Əməl isə qəlblə əzaların əməlidir. Yəni bir kimsə Allahı qəlbi ilə təsdiq edib, dili ilə iqrar etməzsə, mömin olmaz. Məsələn, Allah-taala Firon qövmündən xəbər verərək: «(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər...» (ən-Nəml, 14) - buyurmuşdur. Allah-taala həmçinin Ad və Səmud qövmündən xəbər verərək:«Biz Ad və Səmud da məhv etdik (Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı» (əl-Ənkəbut, 38) – buyurmuşdur. Həmçinin Allah-taala Musa peyğəmbərin Firona belə dediyini xəbər verərək: «(Musa da) ona: "Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!"- ...» (əl-İsra, 102) - buyurmuşdur. Bu kimsələr qəlbi ilə Allah-taalanı bildilər, fəqət bilməklə mömin olmadılar. Yenə əgər bir kimsə, qəlbində olmayan şeyi dili ilə söyləyirsə, bununla mömin yox, münafiqlərdən olur. Yenə bir kimsə qəlbilə bilib dili ilə təsdiq edərsə, Allah-taalanı və Onun elçisini sevmədikcə, Allah dostlarına dost, düşmənlərinə düşmən olmadıqca, qəlbi ilə Allaha təslim olub, Onun elçisinə tabe olub, şəriəti tam olaraq qəbul etmədikcə, yalnız qəlbilə bilib, dililə iqrar etməklə mömin sayılmır. Əmrləri tam yerinə yetirmədikcə iman kamil olmaz.

Bu dörd dayaq və ünsür imanın əsaslarıdır. Bunlar elm və əməldən ibarətdir ki, hər biri ancaq səbirlə əldə edilir. Buna görə iman iki qisimdir. Biri səbirdir. Digəri isə səbirdən doğan elmlə olan əməldir.

4. Nəfsin iki gücü vardır. Biri irəli atılma gücü, digəri isə sığınma gücüdür. Nəfs bu iki qüvvənin hökmləri arasında dolaşır. Sevdiyi bir şeyin üstünə atılır, xoşlanmadığından qaçır və çəkinir.

5. Dinin hamısı Allah-taalanın rəhmətinə ümid etməklə əzabından qorxmaqdan ibarətdir. Buna görə mömin həm Allahın rəhmətinə ümid edər, həm də əzabından qorxar. Məsələn, Allah-taala əl-Ənbiya surəsinin 90-cı ayəsində buyurmuşdur: «...Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə(rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edərlər».

Əl-Buxarinin rəvayətinə görə, Allahın elçisi yatağına girdikdə sağ tərəfi üstündə yatardı, sonra bu duanı edərdi: "Allahım! Özümü Sənə təslim etdim, üzümü Sənə çevirdim, işimi Sənə tapşırdım, arxamı Sənə dayadım, ümidim də sənədir, qorxum da Səndəndir, Səndən sığınacaq yer varsa, o da Sənsən. Kitabına inandım və göndərdiyin peyğəmbərlərə iman etdim ". əl-Buxari, 6313; Müslim, 2710.

Bir möminin Allahın rəhmətinə ümid etməsi və əzabından qorxması lazımdır. Allahın rəhmətinə ümid elmək və əzabından qorxmaq ancaq səbirlə olur. Allahın əzabından qorxmaq mömini səbrə sövq edər, rəhmətinə ümid etmək isə şükür etməyə gətirər.

6. Qulun bu dünyada etdiklərinin hamısı ya ona həm bu dünyada, həm də axirətdə fayda verər, yaxud həm bu dünyada, həm axirətdə zərərli olar və yaxud birində faydalı, digərində zərərli olar. Bunlardan ən şərəflisi qulun axirətdə ona fayda verəcək olanını etməsi, zərər verəni tərk etməsidir. Qulun özünə faydalı olanı şükür, zərərliləri tərk etməsi isa səbirdir.

7. Qul əmrlərdən, yasaqlardan və müqəddəratdan qurtulmaz. Bu üç şey qula fərz olan səbirlə, şükürdür. Qul əmrləri icra edərək şükür edər, yasaqları tərk etməyə və müqəddərata səbir edər.

8. Qul üçün iki dəvətçi var. Biri dünyaya və dünyanın şəhvət və ləzzətinə dəvət edər, digəri isə Allaha, axirətə və axirətdə Allahın dostları üçün hazırlanmış əbədi nemətlərə dəvət edər. Şəhvət və həvəsə dəvəti qəbul etməmək səbirdir. Allaha və axirətə dəvəti qəbul etmək isə şükürdür.

9. Din əzm və səbat (qərarlı olmaq) kimi iki əsasdan ibarətdir. Şəddad bin Əvs demişdir: Allahın elçisi namazlarında belə dua edərdi: "Allahım! Səndən işlərimdə səbatı, doğruluğa qarşı əzmi diləyirəm. Səndən nemətlərinə şükür və yenə Sənə gözəl ibadət etmə gücünü verməyini diləyirəm. Səndən dürüst bir qəlb və doğru bir dil istəyirəm. Səndən bildiyin xeyirləri istəyirəm. Bildiyin şərlərdən Sənə sığınır və xatalarıma görə Səndən əfv diləyirəm. " Həsəndir: ən-Nəsai, 3/54; ət-Tabərani, "əl-Kəbir", 7180. Təhqiqatçı bu hədisin çoxlu araşdırmaları zamanı sənədlərdə zəif sənədlər olsa da, ümumən hasən olmasını demişdir.

ALLAH BIZLÄRI GORUSUN
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 25.08.2009, 19:46 | Yazı # 14
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
SƏBİR VƏ ŞÜKÜR
İMAN İKİ CÜRDÜR: SƏBİR VƏ ŞÜKÜR
İman, səbir ilə şükürdən ibarətdir. İman iki sinifdir: bir sinfi səbir, digər sinfi şükürdür. Sələf-salihindən bir çoxları: "Səbir imanın yarısıdır"- demişlər.

Şükrün əsli və əsası təqva ilə əməl etməyin sağlam olmasıdır. Səbrin əsli və əsası səbatın qüvvətli olmasıdır. Hər hansı bir qul təqva ilə əməl etmək və səbatla qüvvətləndirilirsə, Allahın yardımına qovuşmuş olur.

10. Din iki təməl üzərində qurulmuşdur. Biri haqq, digəri isə səbirdir. Bunlar: «...bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!» (əl-Əsr, 3) ayəsi ilə bildirilmişdir. Quldan haqqa özünün əməl etməsi və onu insanlara tövsiyə etməsi tələb olunur. Məhz, bu şükrün mahiyyətidir. Buna görə səbir imanın yarısıdır. Allah hər şeyi daha doğru bilir!

menbe:islamevi.az

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Çərşənbə axşamı, 25.08.2009, 19:48
 
möminäTarix: Cümə axşamı, 03.09.2009, 03:09 | Yazı # 15
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Səbir sifətinə təşviq etmək bu şəriətin ali məqamlığından irəli gəlir. Çünki din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dinə əməl etmək və onu öyrənmək üçün mütləq səbirli olmaq lazım gəlir. Həmçinin insan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbrə böyük ehtiyac vardır.
Allah taala Öz kitabında səbri doxsandan çox yerdə xatırlatmışdır. Bu, səbrin əhəmiyyətini və fəzilətini göstərən bir amildir.
Belə ayələrdən:
"Ey iman gətirənlər! Səbr edin, dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (Ali İmran: 200).

"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbirli olanlara (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”" (əz-Zümər: 10).
Peyğəmbərin (sav) Sünnəsində də səbir və səbirli olanların fəziləti haqda çoxlu hədislər rəvayət edilmişdir.
Peyğəmbər (sav) buyurmuşdur:
"Kim səbr edərsə Allah taala ona səbr verər. Heç kəsə səbirdən daha xeyirli və geniş pay varilməmişdir" .
(Buxari: 11\ 303\ № 6470. Müslim: 2\ 729\ № 1053.)
Peyğəmbər (sav) buyurmuşdur:
"İnsanlarla ünsiyyətdə olub, onların əziyyətlərinə səbirli mömin, insanlarla ünsiyyətdə olmayıb onların əziyyətlərinə də səbirlilik göstərməyən mömindən daha xeyirlidir"(Tirmizi: 4\ 572\ № 2507. İbn Macə: 2\ 1338\ № 4032. Hədisin isnadı səhihdir.)
İnsanın səbirli olmasının bir çox gözəl səmərələri vardır:
Bəndənin saleh əməllərdə davamlı olması, belə əməlləri etməkdən yorulmaması, dünya və axirət istəklərinə nail olması və s. Ümumiyyətlə bunlara yalnız səbirlə nail olmaq mümkündür. Ona görə ikinci raşidi xəlifə Ömər İbn Xəttab  buyurmuşdur: "Ən gözəl həyata səbrlə nail olmuşuq".
Səbrin faydalarından həmçinin bunları demək olar: qəzəbdən, təlaşdan və axmaqlıqdan qorunmaqla özünü idarə etmək, nəfsi pis işlərə və şəhvətlərə düşməkdən mühafizə etmək və müsibətlər baş verdikdə onu sakit saxlamaq.

ALLAH BIZLÄRI GORUSUN
 
XEDICE73Tarix: Bazar ertəsi, 19.07.2010, 00:14 | Yazı # 16
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Imam ehmed (Allah ona rehmet elesin!) 0 demisdir; Allah –taala sebri Qurani Kerimde doxsan yerde zikr etmisdir.

Sebr emr edilmisdir. Allah-taala buyurmusdur;<< Sebr et .Senin sebr etmeyin ancaq Allahin komeyiledir…>> (en-Nehl,127);diqer bir ayede; << Sen oz Rebbinin hokmune sebr et!...>> (et-Tur,48)-buyurmusdur.
Bir emrin ziddi qadaqan olunub.Bele ki, Allah-taala ;<< Peyqemberlerden ezm sahibleri olanlarin sebr etdiyi kimi, sen de sebr et..>>(el-Ehqaf,35)

Basqa ayede;(Uhud muharibesinde bas vermis bezi hadiselere gore) ruhdan dusmeyin ve qemgin olmayin ….(Ali-Imran,139)-deyilir.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Bazar ertəsi, 19.07.2010, 00:17
 
XEDICE73Tarix: Çərşənbə, 28.07.2010, 09:28 | Yazı # 17
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyqamber s.a.s. bele dediyi revayet olunur; Allah Taala bendesine bir nemet verdikde o da buna gore Allaha hemd edirse ,nemetin nemetin sukrunu eda etmis olur.

Ali ibn Abu Talib r.a. xatirlatmisdir ki, “Buxtunassenin yanina Budanyal getirildi. Onun hebs edilmesi emr olundu.Onu zindana saldilar ve yanina iki vehsi aslant buraxdilar. Bes gun sonar zindanin qapisini acarken onun namaz qildiqini ,aslanlarin da zindanin bir terefinde yataraq ona toxunmadiqlarini gorduler.Buxtinessir ondan sorusdu ; zindana salinanda sen ne soyledin ki, aslanlar sene toxunmadilar? “ O cavab Verdi; Onu xatirlayan unutmayan Allaha hemd olsun, ozune tevekkul edeni basqasina buraxmayan Allaha hemd olsun.Carelerimizin kesildiyi vaxt dayaqimiz olan Allaha hemd olsun.Emellerimize guvenmediyimiz vaxt tek umud yerimiz olan Allaha hemd olsun , uzuntumuzden sonar sixintimizi yox eden Allaha hemd olsun.Gozel emelin evezine gozel mukafat veren Allaha hemd olsun .Sebirle derdlerden ve belalardan qurtaran Allaha hemd olsun/ / ibn Ebi ed- Dunya, es-Sukur,176

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
  • Страница 1 из 1
  • 1
Поиск:

Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru