[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » AD GÜNÜ GEYD ETMÄYIN HÖKMÜ
AD GÜNÜ GEYD ETMÄYIN HÖKMÜ
medineTarix: Bazar, 27.06.2010, 15:03 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ad gününü qeyd etmənin tarixi barədə dəqiq məlumat olmasa da, tarixdə bu haqda iki fikir mövcuddur. Birinci fikir odur ki, «qara magiya» ilə məşqul olan insanlar hesab edirdilər ki, doğum günündə insanların qəlbi daha çox kövrək olur. Ad günündə dostları yığmaq adəti də məhz burdan qalmışdır. Dostların əhatəsində düşmənlərdən qorunmaq mümkün idi. Və həmin gün edilən arzu dua şəklində deyil magiya gücünə malik olan musiqi və ya söz şəklində edilirdi.

Digər fikir odur ki, Romalılar bu adəti günəş tanrısı olan mitranın ad gününün qeyd etməklə gətirmişdilər . e.ə 400-cü ildə Roma imperatorları ad günü qeyd etmişdilər. Tarixi məlumatlardan görünür ki, ad günü qeyd etmək kafirlərin adəti olmaqla yanaşı, tədbirdə edilən əməllər də insanı küfrə aparır. Quran və sünnədən olan şəri dəlillər də, doğum gününü qeyd etmənin dində sonradan meydana gələn yeniliklərdən olduğuna və islam cəmiyyətində bunun heç bir əsası olmadığına dəlalət edir. Belə tədbirlərə edilən dəvəti qəbul etmək də olmaz. Çünki tədbirdə iştirak etməklə bidətlərə şərik olmuş olursan. Bu barədə Uca Allah buyurur: “Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.” (əş-Şura, 21) Başqa bir ayədə buyurur: “Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma! (əl- Casiyə, 18) Həmçinin , “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (əl-Əraf, 3) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Hər kim dində olmayan bir işi edərsə o əməl rədd olunmuşdur.” (hədisi Müslim rəvayət etmişdir) Başqa bir hədisdə : “Şübhəsiz sözlərin ən doğrusu Allahın kitabındadır. Yolların ən gözəli Muhəmmədin (Allahın ona salavat və salamı olsun) yoludur. İşlərin ən şərlisi (dində əsli olmayıb) sonradan çıxarılan yeniliklərdir. Dində sonradan cıxarılan hər bir yenilik bidətdir. Hər bidət zəlalətdir. Hər zəlalət (sahibi) oddadır.” (Hədisi İbn Məca rəvayət etmişdir) Bu barədə hədislər çoxdur . Şübhə yoxdur ki, ad gününü qeyd etmək, dində əsli olmayan çirkin bidət olmaqla yanaşı, yəhudi və xristiyanların doğum günü qeyd etməsində onlara bənzəməklə də izah oluna bilər. Peyğəmbərimiz bizi (Allahın ona salavat və salamı olsun) onların yoluna uymaqdan şiddətli çəkindirmiş və buyurmuşdur: “Şübhəsiz ki sizdən öncəkilərin yoluna qarış -qarış , arşın-arşın uyacaqsınız. Hətta onlar bir kərtənkələ deşiyinə girsələr siz də onların ardınca girəcəksiniz” Səhəbələrdən biri: “Ey Allahın elçisi onlar yəhudi və xristiyanlarmıdı?”-deyə soruşduqda, -“Əlbəttə ki, onlardır” –buyurdu. (Hədisi Buxari və Müslim rəvayət etmişdir) Digər bir hədisdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Hər kim bir topluluğa (qövmə) bənzərsə, (onların geyindiyi kimi geyinərsə, getdiyi yolda gedərsə onların etdiyi əməlləri edərsə), günah və savab baxımından o da onlardandır.” (Hədisi İmam Əhməd rəvayət etmişdir)

Məhəmməd Saleh əl Münəccid-in mözusundan istifadə olunmuşdur.

Çinarə Köçəriyeva.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » AD GÜNÜ GEYD ETMÄYIN HÖKMÜ
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru