[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ISLAM USAGLARA BELE ÖYRÄDÄK
ISLAM USAGLARA BELE ÖYRÄDÄK
medineTarix: Bazar, 27.06.2010, 14:58 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ƏN BALACALARA

Şübhəsiz ki, insanlara hidayəti verən Uca Allahdır. Valideynlər isə uşağın tərbiyəsində düzgün səbəblər seçməlidirlər. Xüsusən hər bir işə başlamazdan əvvəl Allahdan kömək istəmək və övladların saleh olması üçün dua etmək gərəkdir:

“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə 1)

Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç dua vardır ki, qəbuldur. Onların qəbul olmasına heç bir şübhə yoxdur: Məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua.” Əbu Davud, 1535, Albani səhihləşdirmişdir.

Həmçinin tərbiyədə diqqət edilməli olan əsas məsələlərdən biri də bu işdə Allahın qadağan etdiyi hədləri (məsələn, musiqi, canlıların təsviri, yalan və s.) aşmamaqdır. Çünki Allahın qadağalarını aşa-aşa bərəkətə nail olacağını düşünən zəlalətdədir.

Onu da qeyd etmək lazımdır ki, ata-ana övladına tərbiyə etdiyini ilk növbədə özü həyatında tətbiq etmirsə, belə işin heç bir faydası olmayacaq, daha da pisi, Allah qorusun, uşağa ikiüzlülük, yalançılığı öyrədəcək (bir şeyi deyib, başqa şeyə əməl etmək).

Xüsusən kiçik yaşlı uşaqlar sizin ona öyrətdiklərinizi birinci dəfədən qavramaya da bilərlər. Ona görə də valideyn ruhdan düşməməli öz övladının fərdi xüsusiyyətlərini, yaşını və bacarığını nəzərə alıb düzgün metod seçməli, istədiyi nəticəni alanadək periodik olaraq, həmin məsələyə qayıtmalıdır.

Uşaqlar hər hansı bir səhv etdikdə, onu danlamamaq, əksinə başa salmaq lazımdır.

Uşaq öyrətdyinizi qavradığı zaman isə tərifləməyi, həvəsləndirməyi, ən əsası isə onun barəsində Uca Allaha dua etməyi unutmayın. Bu baxımdan Sünnədə varid olan “barakAllahu fiki” (Allah sənə bərəkət versin) və “cəzakAllahu heyr” (Allah səni xeyirlə mükafatlandırsın) zikrləri çox effektivdir.

Bir çox valideynlər övladlarına İslamı öyrətmək istəsələr də, yaşları kiçik olduğundan, onların anlaya biləcəyi dillə başa sala bilmirlər. Yaxşı ilə pis arasındakı elementar fərqi anlayanadək – bu xüsusiyyət uşaqlarda individual olaraq 5-7 yaşdan etibarən formalaşır- körpələrə İslami vərdişləri tədris etmək yox, aşılamaq özü də oyun formasında aşılamaq lazımdır.

İnşaAllah, aşağıdakı oyunlar bu işdə faydalı ola bilər.

Oyunda hansı sözlərdən, metoddan istifadə etməyi isə hər bir valideyn öz uşağının xarakteristik xüsusiyyətlərini hesaba alaraq, öz öhdəsinə buraxılır :

Allah Yaradıcıdır.

“Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi?”

(Quran, Ibrahim, 14)

Bu oyun sadə olsa da övladınıza Rəbbi haqqında ən ilkin təsəvvürləri aşılamaq üçün olduqca effektivdir. Hələ südəmər yaşlarından, körpə ilə hər dəfə gəzintiyə çıxdıqda ona ətrafındakı şeyləri göstərərək (günəş, səma, ağaclar, güllər, dəniz, insanlar və s.) adını çəkin, sonra isə onu yaradanın Uca Allah olduğunu söyləyin (misal: Bu günəşdir. Günəşi Allah yaradıb. Və s.) Ən sonda isə yer üzündə hər şeyin yaradıcısının Allah olduğunu qeyd edin.

Övladınız bir qədər böyüdükdən sonra isə oyunu nisbətən daha maraqlı edə bilərsiniz. Gəzintidən qayıtdıqdan sonra gördüyünüz şeyləri yada salıb yaxud da sizi hazırda əhatə edənlərin şəkillərini Şəriətin icazə verdiyi hədlər daxilində (əgər canlıdırsa, üz, göz cizgiləri olmadan) çəkin, sonra isə onları Kimin yaratdığını soruşun. Lazımi cavabı aldıqdan sonra isə eyni ilə əvvəlki kimi, gözünün gördüyü və görmədiyi hər şeyin yaradıcısının Uca Allah olduğunu vurğulayaraq, oyunu bitirin.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 27.06.2010, 14:59 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Salam vermək

«Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır» (ən-Nisa: 86).

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İman gətirməyincəyə qədər cənnətə daxil olan deyilsiniz. Bir-birinizi sevməyincə də iman gətirməyəcəksiniz. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevəsiniz?! Öz aranızda salamı yayın»(Müslim: 1\ 74\ № 54)

Bu oyunda məqsəd körpəyə ən gözəl sünnələrdən olan salamı və onun ədəblərini aşılamaqdır.

Oyun üçün karton kağız üzərinə Şəriətlə təsvir çəkməkdə icazə verilən hədlər çərçivəsində (üz,göz cizgiləri olmamaq şərtilə) iki müsəlman oğlan (yaxud qız) şəkli çəkin. Daha sonra qayçı vasitəsilə onları kəsin. Şəkillərin qollarını kəsib ayırdıqdan sonra iynə-sap vasitəsilə onları yenidən bədənə tikin. Bu, qolların hərəkət edə bilməsinə gətirib çıxaracaq. Daha sonra övladınıza göstərərək müsəlmanların bir-biri ilə necə salamlaşdığını onun anlayacağı dildə başa salın. “Əs-salamu aleykum”-“Va aleykum əs-Salam” sözlərini xüsusi intonasiya ilə deyin ki, bu, onun dinləmə yaddaşına həkk olunsun, bir müddət sonra artıq körpə özü bu sözü tələffüz etməyə çalışacaq. Salamlaşarkən, müsəlmanların sağ əldən istifadə etməyinə diqqət çəkin. Daha sonra ətrafınızdakı müsəlmanlarla salamlaşarkən, çalışın ki, oynadığınız oyunu xatırlasın. Həmçinin onun özünü də müsəlmanlara salam verməyə həvəsləndirin, əl verdikdə hökmən tərifləyib, “barakAllahu fiki”deyin. Bir müddət sonra Allahın iznilə şahid olacaqsınız ki, bu gözəl sünnə övladınızın həyat vərdişinə çevrilmişdir.
1.
2.
3.4.5.

Sağ tərəfə çevrilərək yatmaq

“Yatmamışdan öncə sanki namaz üçün dəstəmaz alın, sonra sağ tərəfi üstdə yatın..”(Buxari, əl-Vudu 239)

Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) yatan zaman sağ əlini sağ yanağının altına qoyardı və deyərdi:

“Bismikə-l-lahummə əmutu və əhyə”(Allahım! Sənin adınla ölürəm və dirilirəm) (Buxari 6314)

Kiçik uşaqlar adətən ana ilə yatdıqlarından, bu oyunda əsas vəzifə ananın üzərinə düşür. Ana yatarkən övladını sağ böyrü üstündə, sağ əlini sağ yanağının altına qoyaraq, yatmağa vərdiş etdirməlidir. Böyük ehtimalla uşaq kiçik olduğundan, həmişə riayət etməyəcək, ona görə də onda bu işə maraq oyatmaq, yaddaşına həkk etmək lazımdır. Bu baxımdan sözügedən oyun effektiv ola bilər, Allahın izni ilə.

Plastilin vasitəsilə 3 müxtəlif rəngdə adam silueti formalaşdırın, rənglərin parlaq və müxtəlif olması kiçik uşaq şüurunun onları fərqləndirməsini asanlaşdıracaq. Birini sağ tərəf üstdə, digərini qarnı üstə, üçüncünü isə sol böyrü üstə uzadın. Sonra isə siluetlərdən Şəriətlə düzgün yuxu ədəbinə riayət edənini tərifləyin, digərlərini isə göstərərək belə yatmağın düzgün olmadığını vurğulayın. Daha sonra yatarkən düzgün yatan müsəlman silueti kimi sağ tərəfə yatmağa həvəsləndirin, tərifləyin. Yaxınlarınızdan kimsə sağ tərəfi üstündə yatarsa, hökmən onu uşağa göstərib tərifləyin, həmin adama dua etməyi də unutmayın. Beləliklə, balaca anlayacaq ki, bu, yaxşı əməldir və fitrət etibarilə körpələr yaxşılığa meylli olduqlarından, çalışacaqlar özləri də belə etsinlər, inşaAllah.

Ardı var…

Ummu Abdul-Aziz


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ISLAM USAGLARA BELE ÖYRÄDÄK
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru