[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » MÜSIBÄTLÄRIN SEBEBLERI
MÜSIBÄTLÄRIN SEBEBLERI
medineTarix: Bazar, 27.06.2010, 14:55 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ey Allahın qulları !.. Allahdan haqqı ilə qorxun və onun razılığına gedən yolu axtarın. Ona təvəkkül edin və Ona tövbə edin. Allahdan gözəl şeylər gözləyin, qorxaraq və ümid edərək Ona dua edin. Uşaqları qocaldan, qiyamət günündə onun önündə duracağınızı xatırlayın .
«O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).» (Əbəsə surəsi, 34-37)

Ey müsəlmanlar! Bəla gəldiyi və müsibətlər həqiqətləşdiyində, hadisələr qarışıb, fəlakətlər yayıldığında insanlardan bir qrupunun zehnləri ağılları qarışır və təşvişə düşürlər. Sonradan birdən, bildikləri həqiqətin bir çoxunu tərk edirlər və bildikləri doğrunu unudurlar. Bax o zaman çaşqınlıq baş qaldırır, şayələr yayılır. Həqiqətlər və əsillər tərk edilir. Zənnlərə və nəfslərə xoş gələn şeylərə tabe olunur. Hadisələr haqqında bilgisizcə və heç bir dəlil olmadan hökm verilir.
Qəflət içində olan insan Allahın qullarını imtahan etmədəki qanunlarin həqiqətliyini unudur. Amma o, sabah-axşam Rəbbinin kitabini oxuyarkən bunu necə unuda bilər. Çünki orada bu heç bir gizlilik və əlavə olmadan açıqlanmışdır. Allah sübhənəhu və taələ belə buyurur: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.” (Ali-imran surəsi, 186) və belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: «Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!» deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə surəsi, 155-157) və yenə belə buyurur: “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)” (Məhəmməd surəsi, 31)
Ey Allahın qulları! Bu məqamlarının ucalığına və şərəfinə, Rəbbləri qatındakı dəyərlərinə baxmayaraq Allahın peyğəmbərlərini və rəsullarını belə istisna etmədiyi rəbbani və ana bir qanundur. Allah onları insanların ən şiddətli bəla və imtahanlara düçar olanlardan etmişdir. Tirmizi, Nəsai və ibn-Məcənin Sünnənlərində, İmam Əhmədin Müsnədində, ibn-Hibbanın Səhihində səhih bir sənədlə rəvayət etdiyi bir hədisdə Sad ib. Əbi Vaqqas (Allah ondan razı olsun) belə deyir: “Dedim ki: Ey Allahın rəsulu! İnsanlardan hansı bəlaya düçar olma yönündən daha şiddətlidir Belə buyurdu: “Peyğəmbərlər, sonra sırası ilə ardıcıl olaraq böyüklükdə onlara daha yaxın olananlar. İnsan dini nisbətində bəlaya düçar olur. Əgər dində sağlamdırsa imtahanı şiddətli olur, əgər dinində zəiflik varsa, o da dini nisbətində imtahan edilir. Belə qulu başdı-başına buraxmaz. Ta ki, o qul, xətasız olaraq yer üzündə gəzincəyə qədər .”
Rəsulallah (Allahın ona salavat və salamı olsun)-in başına da, onun həyat hekayəsinin bir qismini də olsa oxuyan hər kəs tərəfindən bilinən bəlalar gəlmişdir. Qövmünün ona əziyyət etməsi, onu yalanlamaları, onu ələ salmaları, insanları onun yolundan çəkindirmələri, onu vətənindən və torpağından ayrılmağa məcbur etmələri, ona savaş elan etmələri, insanları ona düşmənlik etməyə təşfiq etmələri və birlikdə hicrət yurduna, dövlət mərkəzinə, ailəsinin və səhabələrinin olduğu yerə hücum edib yox etmək istəmələri, dinini diri-diri basdırıb kökünü kəsmək istəmələri, Mədinədəki münafiqlər və Yəhudiləri ona qarşı dəstəkləmələri, onların da ona tələ qurmaları, onunla etdikləri anlaşmaları pozmaları, ona qarşı savaşda müşriklərlə birləşmələri, savaş meydanında istədiklərinə çatmadan ümidlərini kəsincə hiylə və xəyanət yolu ilə onu öldürməyə çalışmaları bu bəlalara kifayət qədər misaldır.
Rəsulallah (Allahın ona salavat və salamı olsun) müsibətlərlə imtahan yolunda ondan öncəki peyğəmbər qardaşları kimi idi. Müsibətlər qarşısında qərarlı və bəlalara qarşı səbrli idi. Allahın fəthə yardımı gələnə qədər Allah yolunda haqqı ilə cihad etdi. İnsanlar bölük-bölük Allahın dininə girdi, hidayət nuru nəfsləri zəbt etdi və qəlblərə iman sevinci doldu. Rəbbini razı edərək və ondan razı olaraq, gözü aydın və könlü rahat bir şəkildə Rəbbinə qovuşdu və Yaradıcısına tərəf getdi. Özündən sonrası üçün səhih hədisdə göstərdiyi kimi ümmətinə, onlara sarıldıqları zaman əsla azmayacaqları iki şey buraxdı: Allahın Kitabı və özünün sünnəti.
Allahın qulları ! Rəsulallahın (Allahın ona salavat və salamı olsun), özündən öncəki peyğəmbərlərin və özündən sonra ona uyanların bəlaya səbr etmədə, bu yolda olmaları çaşılacaq bir şey deyildir. Çünki onlar qəti olaraq bilirdilər ki, Allah qullarına bu qanunu onları həlak etmək və öldürmək üçün yazmamışdır. Onu nəfsinin daralacağı və bütün genişliyinə baxmayaraq yer üzünün ona dar gələcəyi sahələrə sürmək, bunun nəticəsində dünyadakı vəziyyətini və axirətdəki sonunu pozmaq üçün yazmamışdır. Əksinə, sayılmayacaq qədər uca hikmətlər, böyük faydalar və gözəl məqsədlər üçün yazmışdır. Bunlardan biri də bu bəlaların Allahın onlarla qullarının səbrini yoxlaması və imtahan etməsi üçün gəldiyidir. Bu şəkildə Allahın dostlarına və qurtuluşa çatanlardan olması üçün uyğunluğu ortaya çıxar. Sıxıntılara qatlanar və bəlalara səbr edərsə onu sevər, ona şərəf və fəzilət paltarı geyindirər, əcr və mükafat verər, etdiklərini qəbul edər, ona razı olacağı bir son hazırlayar. Allah dostlarını ona yardımçı edər. Əgər qul, bəla qarşısında səbr etməz və tam tərsinə dönərsə, qovulur və uzaqlaşdırılır, ondan razı olunmaz, üzərinə Allahın qəzəbi yazılır, onun üçün bəlaya yol açan səbəblər çoxalır, bədbəxtlik orduları ona hücum edər, bəlaların artdığını və məğlubiyyəti o anda hiss etməz, amma daha sonra bir tək müsibətin onun üçün müsibətlərə döndüyünü hiss edər.
Bu iki mövzu arasında, yəni səbr və səbirsizlik mövzusu arasında, imam İbnul Qeyyim (Allahın ona rəhməti olsun) göstərdiyi kimi , «Bir vaxt səbr etmə və qəlbi o anda cəsarətləndirmə dönəmi var. Müsibət səbr edəni də, səbr etməyəni də tərk edəcəkdir. Fəqət səbr edən şərəf və xeyir növləri ilə tərk edər, səbr etməyən isə məhrumiyyət və üzü üstə buraxaraq tərk edər. Çünki bu mütləq üstün və hər şeyi bilən Allahın qədəridir. Bu Allahın lütfüdür və Allah onu dilədiyinə verir. Allah uca lütf sahibidir, elə isə səbr, qula verilən ən xeyirli nemətdir.
Buxari və Muslimdə Əbu Səid əl Hudri (Allah ondan razı olsun) yolu ilə Rəsulallahın(Allahın ona salavat və salamı olsun)belə buyurduğu rəvayət edilir: “Heç kimsəyə səbrdən daha xeyirli və daha bol bir nemət verilmədi”

Ardı var…


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » MÜSIBÄTLÄRIN SEBEBLERI
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru