[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » USAGLARLA GÖZÄL RÄFTAR
USAGLARLA GÖZÄL RÄFTAR
medineTarix: Çərşənbə, 12.05.2010, 23:32 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Analar rəhmlidirlər

Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, bir qadın Aişənin (Allah ondan razı olsun) yanına gəldi. Aişə (Allah ondan razı olsun) ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları (saxladığı) bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gəldikdə Aişə (Allah ondan razı olsun) ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.

Körpələri öpmək

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (Allahın ona salavat və salamı olsun ) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həsən ibn Əlini (Allah ondan razı olsun) öpdü. Bu vaxt Əqra ibn Habis (Allah ondan razı olsun) onun yanında oturmuşdu. Əqra (Allah ondan razı olsun dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.

Valideynin ədəbli olması və övladının qayğısına qalması

Nomən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, atası onu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə (edər)”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Elə isə belə etmə!”

Əbu Abdullah əl-Buxari deyir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şahidliyi heç də rüsxət demək deyil.

Rəhm etməyən kimsəyə rəhm edilməz

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.

Cərir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “İnsanlara rəhm etməyən kimsəyə Allah rəhm etməz”.

Cərir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Hər kəs insanlara rəhm etməsə, Allah da ona rəhm etməz”.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəstə bədəvi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəldi. Onlardan biri dedi: “Ey Allahın elçisi! Siz uşaqları öpürsünüz! Allaha and olsun ki, biz onları öpmürük”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”

Əbu Osman rəvayət edir ki, Ömər (Allah ondan razı olsun) bir kişiyə iş tapşırdı. Kişi dedi: “Mənim filan qədər övladım var, amma onlardan heç birini öpməmişəm”. Ömər dedi: “Qüdrətli və əzəmətli Allah qullarından yalnız qayğıkeş olanlara rəhm edir”.

Mərhəmət yüz hissədir

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah rəhməti yüz hissə etdi. Doxsan doqquzunu Özündə saxlayıb bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 10.06.2010, 00:46 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Uca Allah belə buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah dərgahındadır!” (ət-Təğabun, 15)

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » USAGLARLA GÖZÄL RÄFTAR
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru