[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Şeytanın hiylələri
Şeytanın hiylələri
medineTarix: Cümə axşamı, 25.02.2010, 21:56 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə ağaca yaxınlaşdırmaqla onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”. (əl-Bəqərə 35-36)

Daima insanlara pislikləri əmr edərək, onları yoldan çıxartmağa çalışan Şeytan müxtəlif hiylələrlə buna nail olur. Belə ki, Şeytan insanı yeddi hiylədən birinə düşürtmək istəyir. Bir hiyləyə sala bilmədikdə digərinə əl atır. Şeytanın hiylələrindən birincisi şirk və küfrdür. Bu hiyləyə düşürdə bilmədikdə etiqad və əməldə bidət etməsinə sövq edər və onu Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabe olmaqdan uzaqlaşdırar. Bunu da bacarmadıqda böyük günahlar etməyə sövq edər. Bu hiylə baş tutmadıqda isə kiçik günahlara keçmək istər. Şeytan ən çox kiçik günahları gözəlləşdirməklə onları insanın gözündə görünməz edər. Halbuki kiçik günahlar yığılaraq böyük günahlara səbəb olar. İnsanın kiçik günahlar etməsinə nail ola bilmədikdə əcr və savab cəhətdən daha fəzilətliləri varkən daha az fəzilətli işlərə sövq edər. Bunu da edə bilmədikdə ona insan və cinlərdən olan şeytanları rast edər.
Şeytanın insana əmr etdiyi pislikləri aradan qaldıran və onlara kəffarə olan bəzi şeylər vardır.
Səmimi tövbə, istiğfar, saleh əməllər, yaxşılıqlar, bəla və müsibətlərə səbr etmək, sədəqə və başqa birinin duası. Bunları etməklə, şeytanın gözəl göstərdiyi, əslində isə insanı zəlalətə aparan əməllərin bağışlanmasına ümüd vardır. Bütün bunlardan sonra Allahın bağışlamadığı pis əməllər qalmışsa, günahlardan təmizlənənə qədər qəbirdə və ya qiyamətdə və ya cəhənnəmdə onun cəzasını çəkər və əgər tövhid üzərində ölmüşsə daha sonra Cənnətə girər. Əgər şirk, küfr və ya nifaq üzərində ölərsə əbədi olaraq Cəhənnəmdə qalar.
Şeytanın hiyləsinə düçar olmaqla edilən günahların insan üzərində buraxdığı bir çox izlər vardır. Bunlar:
Qəlb üzərində zülmət , zillət və xəstəlik izləridir ki, Allahla insan arasında pərdə yaranmasına səbəb olur. Belə insanların doğru yola gəlməsini çətinləşdirir.
Din üzərində də buna oxşar izlər buraxaraq insanı itaətdən, peyğəmbərlərin, mələklərin və möminlərin dəvətindən məhrum edir.
Ruzi üzərindəki təzahürü, isə onu ruzidən məhrum edir, nemət və malın bərəkətini yox edir.
Fərd üzərində təzahürü, ömrünün bərəkətinin getməsi, sıxıntılı bir həyat yaşaması və işlərinin çətinliklə başa gəlməsidir.
Əməllər üzərində təzahürü, əməllərin həyata keçməsinə əngəl olmasıdır.
Toplum üzərində təzahürü, güvən və inamın itməsi, azğınlıq və əxlaqsızlığın artması, düşmənlərin idarəçiliyi ələ alması, yağışın yağmasının kəsilməsi. və.s.
Bu dünyada könül rahatlığı və xöşbəxtliyi hər kəsin arzu etdiyi şeylərdir. Yalnız bu halda xoş günlər yaşamaq olar. Mömin isə həm bu dünyada , həm də axirətdə rahatlıq istər. Buna nail olmanın isə dini, təbii və əməli səbəbləri vardır ki, bunların da hamısı möminlərdə cəm ola bilər. Bu səbəblərdən bəzilərini qeyd edək:
1. Allaha iman,
2. Əmrləri yerinə yetirib, qadağalaradan çəkinmək,
3. İnsanlarla sözlə, əməllə və müxtəlif yaxşılıqlarla gözəl davranmaq,
4. Dini və ya dünyəvi faydalı elmlər və əməllərlə məşğul olmaq ,
5. Keçmişdə etdiyi və gələcəkdə edəcəyi şeyləri düşünməmək, gündəlik işlərlə məşğul olmaq,
6. Allahı çox zikr etmək,
7. Allahın aşkar və gizli nemətlərindən danışmaq,
8. Dünyəvi imkanlar baxımından bizdən üstün olanlara deyil, bizdən daha aşağı olanlara baxmaq,
9. Sıxıntı və üzüntüyə səbəb olan şeyləri ortadan qaldırmaq, sevinc və xöşbəxtliyə vasitə olacaq şeyləri əldə etmək üçün çalışmaq.
10. Sıxıntı və üzüntüləri aradan qaldırmaq üçün Peyğəmbərin bu barədə Allahdan yardım diləmək üçün etdiyi bəzi dualarla Allaha sığınmaq.
Bu səbəblərin hər birinə əməl etmək üçün hər bir müsəlman elmə can atmalıdır. Müxtəlif səbəblər gətirməklə elmdən uzaqlaşmamalıdır. Yalnız Allahın elminə bağlı olmaqla şeytanın pisliklərindən qorunma yollarını bilmək və buna nail olmaq olar. İnşaAllah

Ummu Hamza


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 13.05.2010, 00:24 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Şeytan her insanın heyatı boyunca minlerce defe qarşılaşacağı en böyük düşmenidir. Düşmendir çünki, insana göre Allah qatındakı meqamını idirmişdir. Yer üzünde olmasının tek sebebi de insanları aldatmaq üçün Allahdan aldığı icazedir. Qiyamete qeder, bu minvalla çox insanı cehennem alovuna sürükleyecek, bunu etmek üçün her cür yoldan istifade edecek. Bu meqsedle şeytan, insanları her an gözleyir (Araf Suresi, 27), insana zerer vere bilen planlar ve oyunlar hazırlayır.

Çox adam şeytanın ne qeder böyük bir tehlüke olduğunu bilmir. Şeytan bu insanların fikirlerine göre, uzaq, hetta xeyalı bir varlıqdır. Onlara göre yalnız çox böyük pislikler eden, vehşi, cani adamlar şeytana uyurlar. Özlerini ve özleri kimi normal insanları temiz qelbli görürler. Ancaq herden edilen kiçik xetalar üçün "şeytana uydum" deyilir.

Hansı ki, bu qeflet, insanın heyatı boyu edebileceyi en böyük xetalardan biridir. Çünki şeytan, imen eden kiçik bir qrupdan başqa insanların hamısını öz tesiri altına almışdır. Bu insanlar bilmeden en böyük düşmenleri olan şeytanın istediyi heyatı yaşayır ve onun ardınca cehenneme gedirler. Hansı ki, insanların etmeli olduqları, şeytanı çox yaxşı tanımaq ve onu düşmen olaraq bilmekdir. Allah bunu insanlara Fadir Suresi'nde emr etmişdir:

Doğrusu budur ki, şeytan sizin düşmeninizdir, ele ise siz de onu düşmen hesab edin... (Fadir Suresi, 6)

Şeytanın tanımaq, onu bir düşmen olduğunu qavramaq insanı qurtuluşa aparan addımlardan biridir. Bunun üçün evvelce şeytanın xüsusiyyetlerini, daha sonra da işletdiyi üsulları bilmek lazımdır. Quran ayetlerinin çoxunda ayrıca bidirilen bu xüsusiyyetler aşağıdakı kimidir:

Hiyleger ve Yalançıdır
Şeytan, insanları doğru yoldan ayırmaq üçün evvelce doğruları örtür. Bunun en yaxşı yolu ise hiylegercesine yalan danışaraq insanları aldatmaqdır. Yalan vasitesile, saxta ve boş vedler vererek insanları öz terefine çekmeye çalışır. Daha yaxşı sosyal status, daha çox pul, daha çox cinsiyyetlilik, daha rahat bir heyat, hetta axiretde daha yüksek zirve bele ved edir. Ancaq yalan danışdığı ve boş vedler etdityini axiretde özü etiraf edecek:

İş hökme bağlanıb-qurtardıqda, şeytan deyecek ki: "Eslinde, Allah, size doğru olan ve'di ved etdi, men de size ved etdim, ancaq size yalan danışdım…(İbrahim Suresi, 22)

ancaq bu etiraf ancaq dünya heyatı qurtardıqdan sonra, şeytan ve dostları qiyamet günü heşr edildikleri zaman olacaq. Elbette bu doğrunu öyrenmek şeytanın dostlarına heç bir fayda vermez. Hamısı tarix boyu şeytana tabe olan diger insanlarla birlikde cehenneme girerler.

İtaetden Çıxmış, Hörmetsiz ve Nankordur

Şeytan özünü yoxdan yaradan ve sahib olduğu bütün xüsusiyyetleri veren Allaha qarşı böyük bir nankorluq içindedir. (İsra Suresi, 27) Bu nankorluqla, bilmemezlik ederek öz yaradıcısına qarşı çıxmış ve itaetden çıxmışdır.

Azğın ve Kaypakdır
Şeytanın diqqet çeken başqa xüsusiyyeti de hem azğın, hem de kaypak (Hac Suresi, 3) olmasıdır.

İnananlar Üçün Hiyleleri Çox Zeifdir
Şeytanın iman edenlere qarşı qurduğu teleler ve hiyleler xaricden xaricden güclü görsense de bu eslinde bir aldanışdır. Çünki eslinde şeytanın hiyleleri zeifdir ve mehve mehkumdur:

İman edenler Allah yolunda döyüşürler; inkar edenler ise şeytan yolunda döyüşürler, ele ise şeytanın dostlarıyla döyüşün. Şübhesiz ki, şeytanın hiyleleri çox zeifdir. (Nisa Suresi, 76)

Gücü Ancaq Çağırmağa Çatır
Şeytanın insan üzerinde zorlayan bir gücü yoxdur. O ancaq insanları devet edir. Bu devete uyan insanın özüdür. Yeni insan bir vicdansızlıq etdikde, bunun cavabdehliyini şeytana yükleye bilmez. Esl qınamalı olduğu şeytana tabe olan nefsidir. Şeytan bunu axiretde özünü günahlandıran inkar edenlere qarşı bele bildirecek:

...Menim size qarşı zorlayan bir gücüm yox idi, ancaq sizi çağırdım, siz de mene qulaq asdınız. Ele ise meni qınamayın, siz özünüzü qınayın. (İbrahim Suresi, 22)

İnsanların Düşmenidir
Şeytanın insanın baş düşmeni olduğu ayetlerin çoxunda bildirilmişdir. (En'am Suresi 142, Kehf Suresi 50, Yasin Suresi 60) Çünki şeytanın insana vermek istediyi zerer, yer üzünde heç kimin vere bilmeyeceyi qeder böyükdür. Şeytan insanın cehennemde ebedi yanmasını isteyir. Buna göre de insanın en böyük düşmenidir. Bu heqiqet ayetlerde bildirilir:

Ey insanlar, yer üzünde olan şeyleri halal ve temiz olaraq yeyin ve şeytanın addımlarını izlemeyin. Eslinde o, sizin üçün esl bir düşmendir. (Beqere Suresi, 168)

Çünki şeytan, insanın esl düşmenidir. (Yusuf Suresi, 5)

Elinden Yaxşılıq ve Xeyir Gelmir
Varlığını insana zerer ve sıxıntı vermeye hesr etmiş şeytan, insanlar üçün heç bir xeyir ve yaxşılıq etmir. Şeytanın bu xüsusiyyeti ayetlerde de "her xeyirden elaqesi kesilmiş" (Nisa Suresi, 117) olaraq bildirilmişdir.

İnsanlar Üzerinde Pislikdir
Şeytanın insan üzerindeki tesiri, Quran'da "pislik" olaraq bildirilir:

...Sizi özüyle tertemiz qılmaq, sizden şeytanın pisliklerini aparmaq, qelblerinizin üstünde (etibar ve qerarlılıq duyğusunu) güclendirmek ve bununla ayaqlarınızı (erz üzerinde) sağlamlaşdırmaq üçün size göyden su endirirdi. (Enfal Suresi, 11)

Allah Qatından Qovulmuşdur
Şeytan itaetsizliyi ve nankorluğuna göre Allah qatından alçaldılıb ve söyülüb qovulmuşdur. Onsuzda "şeytan" sözü qovulmuşluq menasına gelir. Şeytanın bu xüsusiyyeti El-i İmran Suresi 36, Tekvir Suresi 25 ve Hicr Suresi 17 ayetlerinde bildirilmişdir.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Şeytanın hiylələri
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru