[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » İslam Sülh Dinidir
İslam Sülh Dinidir
medineTarix: Cümə axşamı, 31.12.2009, 14:52 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Şübhəsiz ki, butün həmd-sənalar, şükür və tərif Allaha məxsusdur, biz Ona şükür edir və Onu köməyə çağırırıq. Ondan bağışlanma diləyir, nəfslərimizin şərindən və əməllərimizdəki pisliklərdən Ona sığınırıq. Allah kimi hidayət etsə, heç kim onu hidayət yolundan azdıra bilməz, Allah kimi hidayət yolundan azdırsa, heç kim onu hidayət edə bilməz.

Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud və onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahın xeyir-duası və salamı peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinin üzərinə olsun.

قال الله تعالى:
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

Allah taala buyurmuşdur:
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!»
(ən-Nisə surəsi, 1.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar»
(Əl-Əhzab, 70-71.)

Ən gözəl kəlam Allah Kəlamıdır, ən doğru yol elçisi Məhəmmədin (s.ə.v.) yoludur.

Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insan-lara rahatlıq və sülh dolu bir həyat bəxş etmək üçün Yer üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına ça-ğırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:
قال الله تعالى:
يأيها الذين ءامنوا ادخلوا في السلم كافة و لا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين

Allah taala buyurmuşdur:
«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!»

Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir.Quran əxlaqına görə, bir müsəlman onların müsəlman olubolmamasından asılı olmayaraq bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa borclu və məsuldur. Fitnə-fəsad yer üzündə insanların əminamanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə də buyurulur ki, “Allah fitnə-fəsadı sevməz!”

İslam dinini araşdıran və Allahın Quranda əmr etdiyi həqiqi İslam dinini yaxşı tanıyan əksər qərb çevrələri “İslam” və “terror” kəlmələrinin birlikdə işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin heç bir şəkildə gərginliyə və amansızlığa yol vermədiyini bütün açıqlığı ilə etiraf edirlər.
Terror əməllərini həyata keçirən insanların xristian, müsəlman və ya yəhudi olması bəzi dairələri yanlış qənaətlərə gəlməyə sövq edir və onları dinlərin mahiyyəti ilə əsla uyğun gəlməyən iddialarla çıxış etməsinə səbəb olur. Terrorçular müsəlman olsa belə onların törətdiyi cinayətlərə “İslam terroru” deyilə bilməz. Bu sözlər eyni qaydada xristian və yəhudilərə də aiddir. Terrorçular xristian olsalar, onların bu vəhşiliyinə “xristian terroru” və ya yəhudi olsalar, “yəhudi terroru” da deyilə bilməz. Günahsız insanları öldürmək Allahın bu əməli bağışlaması xaricindədir və cəhənnəm əzabı ilə nəticələnən böyük bir günahdır. Dinə inanan, qəlbində Allah qorxusu olan bir insan heç bir zaman belə bir şeyi etməz.
Belə bir vəhşiliyi törədənlər,- onlar hansı dinə mənsub olduqlarını iddia edirlərsə etsinlər,- bunu ancaq dinə təcavüz etmək məqsədi ilə etmiş ola bilər. Onların məqsədi dini insanların gözündən salmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və təpki yaratmaq ola bilər. Buna görə də günahsız insanlara qarşı din adı altındakı hər bir təcavüz əslində dinin özünə qarşı edilmiş bir təcavüzdür.
Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin əksinədir, yəni qəddarlıqdır, qan tökmək, öldürmək, acı çəkdirmək, faciələr yaratmaq istəyir. Buna görə də bir terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o adam əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Beləsi Allahdan qorxmayan, məqsədi yalnız qan tökmək və əzab vermək olan bir canidir.

ALLAH FİTNƏ-FƏSADI LƏNƏTLƏMİŞDİR

Allah insanlara pislik etməkdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi yasaqlamışdır. Allahın bu əmrinə itaət etməyənlər isə ayədə yazılan ifadə ilə desək, “şeytanın yolu ilə gedənlər” kimi tərif edilmiş və açıq-aydın Allahın haram saydığı bir yolun yolçuları adlandırılmışlar.
Şübhəsiiz ki, İslam alimləri həmişə insanların Allahın doğru yolundan uzaqlaşmasından şikayət etmişlər. Əlbəttə ki, bunun da yer üzərində fitnə-fəsada səbəb olacağı qaçılmazdır.
Allah taala buyurmuşdur:

قال الله تعالى:
ظهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

«İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar»
(ər-Rum, 41.)

Quranın bu mövzudakı ayələrindən bəziləri belədir:

قال الله تعالى:
و الذين ينقضون عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأض أولئك لهم اللعنة و لهم سؤء الدار
Allah taala buyurmuşdur:
«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb-dağıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir» ;
(ər-Rə`d, 25.)

قال الله تعالى:
كلوا واشربوا من رزق الله ولا تعثوا في الأرض مفسدين

Allah taala buyurmuşdur:
«...Allahın verdiyi ruzidən yeyin için, amma yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin»
(əl-Bəqərə, 60.)

قال الله تعالى:
و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمت الله قريب من المحسنين

Allah taala buyurmuşdur:
«Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır» .
( Əraf, 56)

وإذا تولى سعى في الأرض ليفسد فيها و يهلك الحرث و النسل و الله لا يحب الفساد, و إذا قيل له اتق الله أخذته العزة بلإثم فحسبه جهنم و لبئس المهاد
Allah taala buyurmuşdur:
«(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!»
(əl-Bəqərə, 205-206.)
Bu ayələrdən də başa düşüldüyü kimi, Allahdan qorxan bir insanın öz dövlətinə, millətinə, ümumən bəşəriyyətə ən kiçicik də olsa bir zərər toxunduracaq hər hansı hərəkətə göz yummasından hətta söz gedə bilməz. Allaha və axirət gününə inanmayan bir insan isə kimsəyə hesabat verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilir.Bəşəriyyətin bu gün də davam edən bu böyük terror bəlasından qurtulmaq üçün ilk öncə atılması lazım gələn addım dinsizliyin və din adı altında ortaya atılmış səhv anlayışların maarifçilik yolu ilə aradan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının aşılanmasıdır.

-------------
Yaşar Qurbanov
"İslam Dini Terrorun Əleyhindər" kitabından


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 31.12.2009, 23:16 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Həmd, Aləmlərin Rəbbi Allahadır. Salat və salam, Peyğəmbərimiz Məhəmmədə, onun əhli
beytinə və səhabələrinin hamısının üzərinə olsun.Heç şübhə yoxdur ki, Allah Təalanın qulları üzərindəki nemətlərindən biri də, onlara mükafatlarını vermək və onları lütfündən çoxaltmaq üçün günlər və aylar boyu xeyr və bərəkət mövsümlərini bir-biri ardınca dalbadal onlara bəxş etməsidir. Mübarək həcc mövsümü bitər birməz, onu qiymətli ay olan Allahın Məhərrəm ayı izləmişdir.Necə ki Peyğəmbər –Ona və ailəsinə salam olsun- bu barədə belə buyurmuşdur:
"Ramazandan sonra ən fəzilətli oruc, Allahın Məhərrəm ayında olan orucudur. Fərznamazlardan sonra ən fəzilətli namaz isə, gecə namazıdır" [Müslim].

Peyğəmbər-Ona və ailəsinə salam olsun- Məhərrəm ayını, Allahın ayı olaraq adlandırması, bu ayın şərəf və fəzilətinə dəlalət edir. Çünki Allah Təala, yaratdığı bəzi varlıqlara özünə uyğun xüsusiyyətlər verər, digər bəzi varlıqları da başqasından üstün tutar. Həsən Bəsri -Allah ona rəhmət etsin- Məhərrəm ayı haqqında belə deyir: "Allah Təala ili, müqəddəs bir ayla açmış, yenə müqəddəs bir ayla sona çatdırmışdır.Allah qatında 12 ay içərisində üstünlüyü Ramazan ayından daha böyük başqa bir ay yoxdur".
Aşura orucunun fəziləti haqqında isə Peyğəmbər –Ona və ailəsinə salam olsun- belə
buyurmaqdadır:
{سُئِلَ عَنْ صَوْمِ يَوْمِ عَاشُورَاءَ،فَقَالَ: يُكَفِّرُ السَّنَةَ الْمَاضِيَةََ }
[ رواه مسلم ]
"Rəsulullah-Ona və ailəsinə salam olsun- Aşura günü orucu haqqında soruşulduqda belə
buyurmuşdur: Keçmiş ilin (kiçik) günahlarına kəffarə olar" [Muslim].
{ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم - قَدِمَ الْمَدِينَةَ فَوَجَدَ
الْيَهُودَ صِيَامًا يَوْمَ عَاشُورَاءَ، فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ -صلى الله
عليه وسلم -: مَا هَذَا الْيَوْمُ الَّذِي تَصُومُونَهُ؟ فَقَالُوا: هَذَا يَوْمٌ
عَظِيمٌ، أَنْجَى اللَّهُ فِيهِ مُوسَى وَقَوْمَهُ وَغَرَّقَ فِرْعَوْنَ وَقَوْمَهُ،
فَصَامَهُ مُوسَى شُكْرًا فَنَحْنُ نَصُومُهُ. فَقَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه
وسلم -: فَنَحْنُ أَحَقُّ وَأَوْلَى بِمُوسَى مِنْكُمْ، فَصَامَهُ رَسُولُ اللَّهِ -صلى
الله عليه وسلم - وَأَمَرَ بِصِيَامِهِ } [ متفق عليه ]
"Rəsulullah-Ona və ailəsinə salam olsun- Mədinəyə hicrət etdiyi zaman yəhudiləri
Aşura günü oruc tutarlarkən gördü. Bunu gördükdə Rəsulullah-Ona və ailəsinə salam
olsun- onlara: Bu gün tutduğunuz oruc nədir? deyə soruşdu. Onlar: Bu gün Allahın,
Musa və qövmünü Firondan qurtardığı, Firon və qövmünü (dənizdə) boğduğu böyük bir
gündür. Musa, Allaha bir şükrün ifadəsi olaraq bu gün oruc tutduğu üçün, biz də oruc
tuturuq, dedilər. Bunun üzərinə Rəsulullah –Ona və ailəsinə salam olsun- belə
buyurdu: Biz Musaya, sizdən daha haqq sahibi və layiqik. Rəsulullah-Ona və ailəsinə
salam olsun- bu gün oruc tutdu və bu gündə oruc tutmağı əmr etdi" [Buxari və Müslim]

Rəvayətin davamında belə buyurmuşdur:
{ لَئِنْ بَقِيتُ إِلَى قَابِلٍ لَأَصُومَنَّ التَّاسِعَ }[ رواه مسلم ]
"Əgər gələcək ilə qovuşsam, onuncu gün ilə birlikdə doqquzuncu günü də oruc
tutacağam" [Muslim]
Başqa bir rəvayətdə belə buyurmuşdur:
{خَالِفُوا الْيَهُود,صُومُوا يَوْمًا قَبْله,أَوْ يَوْمًا بَعْده} [ رواه أحمد ]
"Yəhudilərə müxalif olun. Aşura günü ilə birlikdə bir gün əvvəl və ya bir gün
sonra da oruc tutun" [Əhməd bin Hənbəl]
Başqa bir rəvayətdə belə buyurmuşdur:
{ صُومُوا يَوْمَ عَاشُورَاءَ،وَخَالِفُوا فِيهِ الْيَهُودَ،صُومُوا قَبْلَهُ يَوْمًا
أَوْ بَعْدَهُ يَوْمًا } [ رواه أحمد وابن خزيمة ]
"Aşura günü oruc tutun və o gündə yəhudilərə zidd hərəkət edin. O gündən bir gün
əvvəl və ya bir gün sonra da oruc tutun" [Əhməd və İbn Hüzeymə].
Bu səbəblə müsəlmanın aşağıdakı bir çox faydaları əldə edə bilməsi üçün 9, 10, 11-ci
günlər (bu günlər miladi tarixi ilə dekabrın 26, 27, 28-ci günləri deməkdir) olmaq
üzrə üç gün oruc tutması yaxşıdır:
1. Üç gün oruc tutmaqla özünə tam bir aylıq oruc savabı yazılar. Çünki hər yaxşılıq,
on qatıyla mükafatlandırılar.
Necə ki, Peyğəmbər-Ona və ailəsinə salam olsun- hər aydan üç gün oruc tutar və
səhabələrinə də tutmalarını əmr edərdi.
2. Bu aydakı oruc, Ramazan orucundan sonra ən fəzilətli orucdur.
Necə ki, Peyğəmbər -Ona və ailəsinə salam olsun- bu mövzuda belə buyurmuşdur:
{ أَفْضَلُ الصِّيَامِ بَعْدَ رَمَضَانَ شَهْرُ اللَّهِ الْمُحَرَّمُ، وَأَفْضَلُ
الصَّلاَةِ بَعْدَ الْفَرِيضَةِ صَلاَةُ اللَّيْلِ } [ روا مسلم ]
"Ramazan ayından sonra ən fəzilətli oruc, Allahın Məhərrəm ayı olan orucudur. Fərz
namazlardan sonra ən fəzilətli namaz isə, gecə namazıdır" [Muslim].
3. 3. Məhərrəm ayının 10-cu (yəni dekabrın 27-ci) günü ilə birlikdə 9-cu və 11-ci
günlərini (dekabrın 26-cı, 28-ci günləri) tutmaqla yəhudilərə zidd müxalif olmuş olarıq.
4. Peyğəmbər -Ona və ailəsinə salam olsun- nümunə götürülmüş olar.
Necə ki, Abdullah bin Abbasdan -Allah ondan razı olsun- rəvayət olunan hədisdə,
Peyğəmbər -Ona və ailəsinə salam olsun- bu gün oruc tutmuş və səhabələrinə də bu
gündə oruc tutmalarını əmr etmişdir.
5. Bu oruc, böyük günahlardan çəkinmək şərtiylə bir il boyunca işlənən kiçik
günahlara kəffarə olar (yəni kiçik günahların bağışlanmağına səbəb olar).
Bundan əlavə olaraq da orucun savab və mükafatı, sərhədsizdir.
Necə ki, Peyğəmbər –Ona və ailəsinə salam olsun- bu barədə belə buyurmuşdur:
{ كُلُّ عَمَلِ ابْنِ آدَمَ يُضَاعَفُ لَهُ، الْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى
سَبْعِ مِائَةِ ضِعْفٍ. قَالَ اللَّهُ سُبْحَانَهُ: إِلاَّ الصَّوْمَ فَإِنَّهُ لِي
وَأَنَا أَجْزِي بِهِ } [ متفق عليه ]
"Adəm oğulunun hər əməli üçün özünə qat-qat savab verilər. Hər yaxşılıq, on qatından
yeddi yüz qatına qədər mükafatlandırılar. Allah Təala buyurdu ki: Oruc bunun
xaricindədir. Çünki oruc mənim üçündür və onun mükafatını da mən verərəm" [Buxari və
Muslim].
Bu da orucun səbirdən olmasından ötəridir, əlbətdə oruc tutan səbr göstərərək Allah
üçün axşama qədər yeyib-içməyini tərk edər.
Necə ki, Allah Təala bu barədə belə buyurmuşdur:
"(Axirətdə) yalnız səbr edənlərə, mükafatları (tərəfimizdən) hesabsız olaraq
veriləcək" (Zumər surəsi, 10)
Qışda tutulan oruc; gündüzü qısa və soyuq və savabı yorulmadan asanca əldə edilən
qənimətdir. Eyni şəkildə yayda tutulan oruc, əməllərin ən fəzilətlisidir.
Ən doğrunu bilən Allahdır. Allah təala bizi ən doğruya müvəffəq etsin. Amin!

--------------------

Əkrəm Həsənov (İlahiyyatçı)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » İslam Sülh Dinidir
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru