[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Möminlərə qarşı mərhəmətli və şirin dilli olmaq
Möminlərə qarşı mərhəmətli və şirin dilli olmaq
medineTarix: Çərşənbə, 12.08.2009, 14:01 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Bismilləhir Rahmənir Rahim

Allah Təalə buyurur: “..möminlərlə yumşaq davran!” (Hicr, 88)

Öz elçisinə möminlərə qarşı mərhəmətli olmağı əmr edən Allah, Öz rəsulunu mülayimliklə vəsf edərək belə buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar!” (Ali İmran, 159)

Allah Təalə başqa bir ayədə isə belə buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (Fəth, 29)
Allah Təalə yenə buyurur: “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” (İsra, 53)

Adi bin Xatim (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Xurmanın yarısı olsa belə onu verərək özünüzü Cəhənnəm odundan qoruyun. O qədərini də tapmayanlar gözəl sözlə olsa belə özlərini qorusunlar.” (Buxari, Ədəb; Müslim, Zəkat 10)

Abdullah ibn Yezid əl-Xətmi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Hər xoş söz sədəqədir.” (Buxari, Ədəb 231)

Əbu Zərrdən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi: “Din qardaşını gülər üzlə qarşılamaq olsa belə heç bir yaxşılığı kiçik sayma!” (Müslim, birr 144)

Cərir (Allah ondan razı olsun) rəvayət edir ki, “Müsəlman olduğum gündən bəri Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) məni nə vaxt görsəydi üzümə gülümsəyərdi.” (Buxari, Ədəb 250)

Əgər yuxarıda keçən ayə və hədislərə nəzər salsaq, görərik ki, bu özü-özlüyündə çox asan, möminlərin qəlbərini bir-birinə yaxınlaşdıracaq və sevdirəcək bir ibadətdir. Eyni zamanda möminlərin bir-birilərinə etdiyi təbəssüm nəticəsində Qiyamət günü tərəzidə ən ağır olan gözəl əxlaqa gətirib çıxarır və məhz bunun nəticəsində qeyri müsəlmanlar möminlərdə olan şəfqət və mərhəmət sayəsində İslama gəliblər. Buna səhabələrin və digər görkəmli şəxsiyyətlərin həyatından saysız-hesabsız misallar gətirmək olar və nə qədər də müsəlmanlar acı dilli, sərt və kobud əxlaqlı olsalar, bir o qədər də bütün müsəlmanlar onlardan əziyyət çəkəcəklər. Çünki cahillər bir müsəlmana görə bütün İslam ümmətini ittiham edib qiymət verir və hər hansısa bir müsəlmanın etdiyi hərəkətə görə “budur da müsəlmanlar!”-deyirlər.
Təəssüflər olsun ki, bu günümüzdə bir çox qardaşların digər müsəlman qardaşlardan şikayətlənərək onların üzlərinə nəinki təbəssüm, hətta salamlarını belə qaytarmadıqlarını ürək ağrısı ilə vurğulayırlar. İnsanların bir-birlərinə təbəssüm etmələri üçün onların bir-birlərini sevməsi gərəkir. Müsəlmanlar da bir-birini sevmədikcə Cənnətə girə bilməzlər. Lakin Allahın Aləmlərə rəhmət olaraq göndərdiyi ən şərəfli Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bizlərə bir-birimizi sevməmiz üçün atılacaq ilk addımı çox əzəmətli bir hədisində Əbu Hureyrədən gələn rəvayətdə belə vurğulayır: “İman gətirməyincə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyincə iman gətirmiş olmazsınız. Sizə elə bir şey göstərimmi ki, onun sayəsində bir-birinizi sevəsiniz?” (Səhabələr) dedilər: “Bəli, ya Rasulullah!” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Aranızda salamı yayın.” (Səhih Ədəbul Mufrad, 980)
Allahdan isə istəyirəm ki, bizim qəlblərimizi mühacir və ənsarların qəlblərini birləşdirdiyi kimi birləşdirsin və bizləri ən gözəl əxlaq sahibi qullarından etsin.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 23.09.2009, 14:21 | Yazı # 2
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Möminlərə qarşı mərhəmətli və şirin dilli olmaq

Allah Təalə yenə buyurur: “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” (İsra, 53)
Adi bin Xatim (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Xurmanın yarısı olsa belə onu verərək özünüzü Cəhənnəm odundan qoruyun. O qədərini də tapmayanlar gözəl sözlə olsa belə özlərini qorusunlar.” (Buxari, Ədəb; Müslim, Zəkat 10)
Abdullah ibn Yezid əl-Xətmi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Hər xoş söz sədəqədir.” (Buxari, Ədəb 231)


ALLAH BIZLÄRI GORUSUN
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Möminlərə qarşı mərhəmətli və şirin dilli olmaq
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru