[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Futbol oynamağın hökmü nədir?
Futbol oynamağın hökmü nədir?
medineTarix: Bazar, 26.07.2009, 20:38 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Futbol oynamağın hökmü nədir?

Şeyx Albani (Allah ona rəhmət etsin) Ciddə fətvaları silsiləsi adlı 32 kasetin ilk dəqidələrində belə demişdir: "Yaxın vaxtlarda bir nəfər bütün müsəlman ölkələrində əksər müsəlmanların düçar olduğu bir bəla haqqında soruşdu və onun haqda Allah Təalənin hökmünü öyrənmək istədi. Bu futbol oynamaq haqdadır. Çünki bu (futbol) şəhər adlanan hər bir cəmiyyətdə boya başa çatmış hər bir cavanın şöhrətinə (həvəsinə) çevrilmişdir. Bu suala cavabım belə olacaqdır: Müsəlman üçün Futbol oynamaq bu oyunu başqa oyunların çərçivəsindən çıxarmır.
Bu oyun da Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bu ümümi dediklərinə daxildir: "Adəm övladının əyləndiyi hər bir əyləncə batildir. Bundan yalnız qadını ilə (zövcəsi ilə) mazaqlaşması, atı ilə oynaması, oxunu atması və üzmək istisnadır." (səhih)

Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bu hədisdə o vaxtlarda insanların məşğul olduqları əyləncəni xatırlatdı və onları batil adlandırdığından istisna etdi.
Bu hədisdə iki məsələyə diqqət etmək lazımdır ki:
1- Hədisdə "Batil" ləfzi işlədildi. "Haram" ləfzi yox.
2- Biz bu fərqləndirməyə fikir versək görərik ki, burada fiqhi fərq də vardır. Əgər hədis "Batil" ləfzi ilə varid olmuşdursa da bu o demək deyil ki, o "Haramdır" mənasını daşıyır. Çünki batil sözü qəsd olunan mənada "boş şeydir" mənasına daha çox yaxındır, nəinki "haram", çünki "haram" sözü ondan uzaqlaşdırmasını gərəkləşdirən açıq aydın bir hökümdür.

Əgər bunu bildisə onda deyə bilərik ki, hər bir zaman və məkanda insanların əyləndiyi hər bir oyun, əyləncə batildir və onun əcri yoxdur. Bunu hələ günahdan salamat halda olduğunu desək. Günah isə ola bilsin ki, oynadığı oyunun növünə, özünə görə gəlsin. Ola bilsin də ki, oyunun növünü əhatə edən şeyə görə də olsun.
Buna misal olaraq iki misal zikr edək:
Allah Təalanın buyurduğu kimi: "Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr." (Həşr, 21)
Bu misallar Nərd və Şahmat oynamaqdır.

Nərd oynamağın özü Quran və sünnədə qadağan edilmişdir. Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) varid olan və səhih olan hədisdə belə deyilir: "Nərd oynayan sanki əlini donuzun əti və qanına batırmış kimidir."
Başqa bir hədisdə isə: "Nərd oynayan Allah və rəsuluna asi olmuşdur."
Ona görə də bu şiddətli çəkindirməyə görə Nərd oynamağın özü caiz deyildir.
"Nərd oynayan sanki əlini donuzun əti və qanına batırmış kimidir."
Bilirik ki, donuzun əti və qanı özü üzlüyündə nəcisdir. Ona görə də bu cür əyləncə ilə oynamaq caiz deyildir (qadağandır).
Amma ikinci misal biraz əvvəl dediyimiz kimi şahmat oynamaqdır. Şahmat oynamağı açıqca qadağan edən səhih bir hədis yoxdur. Yaxşı, bəs bunun hökmü nədir? Biz onun haram olduğunu deyə bilmərik. Çünki bu haqda dəlil varid olmayıb, həmçinin də onun mütləq mübah olduğunuda deyə bilmərik. Çünki o, birinci hədisin hökmü daxilindədir.

"Adəm övladının əyləndiyi hər bir əyləncə batildir. Bundan yalnız qadını ilə (zövcəsi ilə) mazaqlaşması, atı ilə oynaması, oxunu atması və üzmək istisnadır." Bu hədisə ad verərək Cabir İbn Abdullah əl-Ənsarinin hədisini deyək.
Cabirin hədisi ümumi mənasında bütün oyunları batil adlandırır. Ona görə də bu oyunlardan olan şahmat da batildir və bu batilə də baxış onu əhatə edən münkərlərin onu qaldırıb haramlar sırasına və yaxud da mübahlar sırasına qoymağı kimi olamalıdır.
Elə isə bu günlərdə oynanılan bu şahmat oyununda bəzi timsallar var, məsələn: fil, at və şah kimi bilinən timsallar.
Mən bu oyunu oynamıram, lakin eşitdiyim və oxuduqlarımdan bunları bilirəm. Şəkk yoxdur ki, sizlərin bildiyi və yaxud da sizə gəlib çatan bəzi kəslərin şəkilin haram olması haqqında sünnəyə muxalif olan rəyləri gəlib çatmışdır. Onların bəzilərinin iddiasına görə qadağan olmuş şəkillər əxlaqa zərər verən şəkillərdir. Şahmat oyununda isə olan bu heykəllərin əqidəyə heç bir zərəri yoxdur. Həmçinin belə iddia edirlər ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bu şəkilləri Tovhidi Əshabın qəlbinə salmaq üçün və şübhələri onların qəlbindən çıxarmaq üçün və Tovhidin onların nəfislərində mükəmməl yer tapması üçün fəsadları dəf etməkdən ötrü müvəqqəti olaraq qadağan etmişdir. Artıq şəriətin bu hökmü: şəkil çəkmək və şəklin əldə olunmasının şiddətli qadağan olunmasının hökmü bitmişdir. Bu kimi şübhələri dini dərk etməyən kəslərdən çox eşitmişik. Lakin bu haqqda çox uzun danışmaq istəmirəm, sadəcə bunu deməyim kifayətdir ki, şəkil çəkmək hər bir növü ilə, istər qələmlə olsun, istər lələklə, istər yağla, istər quru boya ilə, fərq etməz hazırda mövcud olan hansı alətlə olur olsun, baxmayaraq ki, bu alətlər çoxdur, lüğəvi cəhətdən nə qədər ki, bu rəsmlər şəkil adlanır onları çəkmək qadağandır. Həmçinin də, bu şəkilləri əldə etmək də ümumi işarə etdiyimiz və edəcəyimiz hədislərin hökmü daxilindədir. Necə ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Hər bir şəkil çəkən oddadır."
Həmçinin də şəkil əldə etməyi qadağan etməsi haqqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: "İçərisində şəkil və it olan evə mələklər daxil olmaz."
Belə olduqda nə qədər ki, bu timsallar şahmat oyununda açıq-aydın zahirdir onu oynamaq olmaz. Ona görədə bu oyunu oynamq üçün ilk öncə bu timsalları yox etmək lazımdır.

Bundan sonra isə ikinci şərt gəlir.
Buda bu oyunu oynayan kəs oyunun quluna çevrilməsin! Bu oyun onu Allaha aid Haqq qulluğdan çəkindirməsin. Onu ona vacib olan fərz əmməllərdən çəkindirməsin. Dediyimiz fərzlər təkcə beş namaz və cammatla namaz qılmaq deyildir.
Yəni: deyə bilmərikki şahmat oynamaqda qadağa yalnız beş namaz və cammaatla namaz qılmaq kimi vacib olan əmmələrdən məşğul etmirsə caizdir. Əksinə bu kimi vaciblərə həmçinin Allahın fərz buyurduğu bütün əməlləridə aid etməliyik. Misal üçün Ailənə və övladlarına qarşı buyurulan vacib olan şeylər, həmçinin qardaşlarına qarşı olan vaciblər. Deyə bilmərik ki, şahmat oyunu bu növ günahlardan uzaq olarsa hər bir şeyin əsli bəraət qazandırır deyə caiz olur. Çünki Hər bir işin əsli mübahdır ta ki dəlil gəldikdə bizi bu hökümdən nəql edənin əhatə etdiyi haram və ya məkruh hökmünə nəql etməsin. Bu iki misal insanların əylənmək üçün bəlaya düçar olduqları və vaxtlarını boş-boşuna itirdikləri bir misaldır. Onlardan birbaşa qadağan olmuş və mütləq surətda caiz olmuyanı nərddi. Ikincisi isə haqqında xüsusu qadağa varid olmayan şahmat oyunudur ki, onun haqda höküm ətrafında olan qadağa və günahlara görə hesab edilir. Və bu kimi qadağalardan və günahlardan uzaq olduqda nəfsi dincəltmək fəslindən onu oynamaq caiz olar. Deyildiyi kimi əgər bu iki misalın hökmünü bildikdən sonra qayıdaq sualımızın cavabına:

Bu da futbol oynamaqdır. Şəkk yoxdur ki, bu oyunda günümüzdə bilinən - yalnız nadir halda bilinməyənlərdən başqa - bütün oyunlar kimi əsli əcəmi oyunlardandır. Nərd oyunu Fars oyunu olub adı Nərdəşirdir. Şahmat oyunu isə zənnimcə Çin və ya başqa ölkədəndir. Dediyimdə qəsd həmçinində futbol və əsrin bidəyi (yeniliyi) də bizə qərb ölkəsindən gəlmədir.
Müsəlmanlar bu oyunu oynamaq istədiklərində ilk öncə güclənmək niyyətini qəsd etməlidirlər. Allah Təlanın düşmənləri ilə yaxın və ya uzaq əhdlərə qarşılaşdıqlarında bədənləri güclü olsun deyə hazırlaşmağı qəsd etsinlər. Bu na görə də, bu halda bədənləri bərkisin. Allahın düşmənlərinin qarşısında sabit olsunlar. Səhih hədisdə Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyi varid olmuşdur: "Güclü mömin zəif mömindən Allaha daha sevimlidir. Və hər birində xeyir vardır."
Mömin imanında zəfi olsa belə xeyirdən uzaq deyildir. Bu onu; O gün Cəhhənnəmə doldunmu? Dedikdə və onun cavabı ziyadə (əlavə) yenə varmı cavabını verdikdə ola bilsin ki xilas etsin! Deməli qüvvət müsəlman üçün rəğbətlənirsə onda bu cür saleh niyyət ilə bu oyunu oynamasında bir qadağa yoxdur, bəlkədə onun üçün müstəhəbdir.
Həmçinin Səhihdə ayənin; "(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin." (əl-Ənfal, 60) təfsirində Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır."
Ona görədə qədimdə ox atmaq müsəlmanlara əziyyət etməsin deyə şəhərdən çıxmağı tələb edirdisə futbol oyununda bu yoxdur. Bu oyundan müsəlmanlar üçün şahmat oyununda işarə etdiklərimizdən qorxulu bir şey yoxdur. Ona görədə bu cür şərtlərlə icazə verilməlidir. Diqqət etmək lazımdır ki, bəzi oyunlar xüsusi ilə iki dəstə arsında olan yarışlar, baxmayaraq ki müsəlmanlar olsa da belə görürsən ki, onlar Allahın qoyduğu hüdüdlara fikir vermirlər. Oynayanlar bəzən Əsr namazı kimi namazların vaxtını hədər edirlər. Bu da oyun Əsrdən və ya Məğribdən qabaq başladıqda. Və ya Əsrdən sonra məğribə az qalmış bir vaxtda başladıqda olduğu kimi.
Bu Şərtdə əvvəl zikr etdiklərimizə əlavədir.
Həmçinin başqa bir şeydə var, bu oyun və ya buna bənzər basketbol oyunu kimi kafirlərin oyunu olduğundan onların adətləri kimi onu xüsusi geyimlər, qısa və övrəti örtməyən və şəriətə müxalif olan geyimlərlə oynanılır. Bu paltar baldırı açıq qoyur. Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səhih varid olan hədisə görə isə: "Baldır övrətdir." Ona görə də oynayanlar təcürbəli olsalar belə, başqalarına qarşı oynasalar belə bu qısa geyimi geymələri caiz deyildir. Şəriətin dilində -Ərəb dilində- buna tuman deyilir. Və tumanda qısa şalvara deyirlər. Bəzi ərəb ölkələrində isə buna şort deyilir. Bilmirəm siz nə deyirsiniz hə? Həmçinin? Yəqin bu İngilis sözüdür. Ərəbcə ismi belədir əzbərlə onu! Çünki alçaq olan bir şeyi xeyirlisi ilə əvəz etmək islamdandır. İngilis sözünü ərəbcəyə çevirmək. Əcnəbi sözünü qaldıraraq yerinə ərəb sözü qoyaq. Çünki Bu Qurani Kərimin dilidir.
Bu tuman adlı libası müsəlmam arvadından başqa heç bir kəsin qarşısında geyinə bilməz. Ona görə də bu oyunu insanların qarşısında bu gür oynamqa haramdır. Oyunun özünə görə yox, onu əhatə edən şəriətə müxalif olan libasa görə. Buna görədə bizim üçün bu cəhətdən xas oldu. Necə ki, bəzi namazlar şahmat oyununun qadağası üçün xas olduğu kimi.
Ikinci də budur ki, libas gərək övrəti örtən olsun!
Üçüncü də oyunun adı bu günlərdə düzgün olmayan ad verildiryi kimi İdman ruhu kimi adlanmasın. Deyirəm ki bu ad düzgün yerinə qoyulmuyum. Çünki Kafirləri demirəm, hələ oynayan müsəlmanlar arasında baş verən davalar, vuruşlar buna uyğun deyil. Qərb də isə dahada böyük ölümlə nəticələnən problemlər baş verir. Onlar belə zənn edirlər ki, bununla onlar İdman ruhunu qaldırırlar. Qəsdim budur ki, insan təbii halı ilə əgər kiminsə onu həqiqətən məğlub edəcək və ya qarşı tərəf onu məğlub edib deyə hiss etdikdə bu onu həsədə, nifrətə yönəltməsin. Müsəlman müsəlmana nifrət, həsəd etməz. Bu oyun əxlaqın pozulması üçün səbəb olması caiz deyildir.
Deməli belə fərz etsək bu oyun bu şərtləri əhatə etsə və əvvəldə dediyimiz iki şərti əhatə etsə yəni namazları hədər etməsə, övrət açmasa və bu şəriətə müxalif ona iki zahiri qadağalardan uzaq olarsa və niyyət oynayanların nəfsi və bədən cəhətdən möhkəmlənməsi qəsd olunarsa, həsəd, paxıllıq, nifrət batilcə qarşı tərəfi məğlub etməkdən uzaq olarsa onda deyə bilərik ki, bu oyunu oynamağa icazə verən ümümi səbəblərdən sayıla bilər.
Deməli əsl budur ki; müxtəsər olar zikr edirəm:
İnsanların əyləndiyi bu əyləncələrin əsli Cabirin (Allah ondan razı olsun) hədisində istisna olanlardan başqa hamsı batildir. Müsəlmana bu kimi şeylərdə vaxtını boşa keçirməsi yaraşmaz. Allahım yalnız niyyətini düzəldərsə?! Ən az isə bu niyətdə nəfsini dincəltmək qəsd edərsə. Bütün bunlar yuxarıda qeyd olunnan şərtlərlə birgə. Bu yaxin məclislərin birində mənə verilmiş bu sualın cavabında deyə biləcəyim bu qədərdi."


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Futbol oynamağın hökmü nədir?
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru