Hər halımıza şükür edək
| |
medine | Tarix: Cümə, 24.07.2009, 16:14 | Yazı # 1 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| Varlı bir adam kasıb bir ailənin bütün ehtiyaclarını ödəməyi öz üzərinə götürür. Hər ayın başlanğıcında bazarlıq edib, onlara verir və bu işindən mənəvi zövq alır. Onun hər gəlişi bu ailə üçün sanki bir bayram olur. O, ailənin azyaşlı uşaqlarını da unutmur, hər dəfə onlara xüsusi hədiyyələr alır. Bir müddət sonra ailənin kasıblığından əsər-əlamət qalmır. Varlı adamın qayğısı onları o qədər əhatə edir ki, ailə artıq çatışmazlıq hiss etmir. Aylar keçdikcə ailədə vəziyyət dəyişir. Artıq onlar ailəni hamiliyə götürən adama sifarişlər verməyə başlayırlar: “Gələn dəfə gələndə filan şeyi də gətir, qonşularımız filan paltarı geyinir, bizə də ondan al”. Hətta bəzən mərhəmətli varlının gətirdiklərini bəyənməyib, ona şikayət də edirlər. Varlı adam isə bütün bunları Allah rizası üçün etdiyinə görə onların şikayətlərini xoş qarşılayır və yardım etməkdə davam edir. Ancaq zaman keçdikcə varlının da səbri tükənir. Görür ki, bu nankor ailə artıq bəzi şeyləri zibil qutusuna atır. O adam xeyirxahlığından əl çəkmir, ancaq bu xeyirxahlığın qədrini bilən başqa bir ailəaxtarır... Əslində bu hekayə hər birimiz üçün ibrətdir. Düşünək, ətrafımızdakı nemətlərə nəzər salaq. Sadalamaqla bitməz bu nemətlər. Sanki görünməyən bir əl durmadan bu nemətləri qapımıza qədər gətirir. Hər an bu nemətlərin əhatəsində həyatımızı davam etdiririk. Hər gün günəş doğur, ətrafa işıq saçır, bizi isidir. Bəlkə də, bu, hər gün, hər an olduğu üçün qədrini bilmirik. Bunun qədrini bilmək üçün bir gün günəşin çıxmadığını düşünək. Kimin gücü çatar günəşi çıxarmağa? Yağış yağmasa, torpaq toxumu bağrına alıb cücərtməsə, bitkilər meyvə verməsə, külək əsməsə, fəsillər dəyişməsə, nələr baş verər? Təbiət hadisələrini bir kənara qoyaq, özümüzü düşünək. Ürəyimiz: “Yoruldum, artıq döyünmək istəmirəm”, - desə, ciyərlərimiz, böyrəklərimiz birgünlük tətilə çıxmaq istəsə, yaşamaq mümkün olarmı? İnsan kiçildilmiş kainatdır. Yəni kiçik bədənimizdə, dar çərçivədə böyük sistem işləyir. Bu sistemin davamlılığını təmin edən kimdir? Əgər bu sistemin çalışması bizim həyatımızın zəmanətidirsə, demək ki, bu, çox böyük təşəkkür tələb edir. Bu nəhənglikdə sistemi idarə edənin bizim təşəkkürümüzə, şükrümüzə ehtiyacı varmı? Əlbəttə ki, yox. Əksinə, biz Ona təşəkkür etməyə məcbur və məhkumuq. Nemətlərindən istifadə etdiyimiz, qayğısı olmadan həyatda bir an belə qala bilməyəcəyimiz bütün sistemlərin Sahibinə hər halda ehtiyacımız var. Ona şükür etmək üzərimizə düşən borcdur. O, şükür edənlər üçün nemətlərini daha da artıracağını vəd edir. Onun mərhəməti o qədər genişdir ki, şükür etməyənlərin belə, nemətlərini əlindən almır. Bəs necə şükür etməliyik? Əvvəla, qəlbimizlə. Sonra dilimizlə. Daha sonra isə bütün orqanlarımızla. Qəlblə şükür etmək nemətlərin yalnız Ondan (c.c.) gəldiyini bilməkdir, kainata ibrət nəzəri ilə baxıb, çeşid-çeşid nemətləri görməkdir. Dillə şükür qəlbimizlə duyduğumuzu dilimizlə ifadə etməkdir, “hər şeyi alnımın təri ilə qazandım” deməməkdir, “cüzi zəhmətimin müqabilində Allahın mənə verdiyi ruzidir” deməkdir. Orqanlarımızla şükür nemətləri israf etməmək və nemətdən məqsədinə uyğun faydalanmaqdır. Zibil qutusuna atdığımız çörək parçalarını, yemək qırıntılarını düşünək. Bunlar əslində şükürsüzlüyün ifadəsidir. Qabımıza yeyə biləcəyimiz qədər yemək qoyaq. Səhhətimiz üçün şükür etmək istəyiriksə, xəstəxanalara, maddi vəziyyətimiz üçün şükür etmək istəyiriksə, vəziyyəti bizdən ağır olanlara, yaşadığımıza şükür etmək istəyiriksə, küçələrdə qurulan yas çadırlarına, gəncliyimizə şükür etmək istəyiriksə, yeriməkdə belə, çətinlik çəkən qocalara baxaq. Bir şeyi əsla unutmayaq ki, istənilən halımız şükür tələb edir.
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
medine | Tarix: Çərşənbə, 12.08.2009, 14:09 | Yazı # 2 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| Gözləri kor,ayaqları şikəst bir kişi yol kənarındakı ağacın kölgəsində əllərini açmış,görməyən gözlərini bir nöqtəyə dikərək dua edirdi: - Ey bir çox zənginə vermədiyi nemətləri mənə verən Rəbbim, yarpaqların, ulduzların sayı qədər Sənə şükrlər olsun! Bu vaxt buradan keçən İsa peyğəmbər (aleyhissəlam) kişinin bu duasını eşidərək ayaq saxlayır və ona yaxınlaşıb buyurur: - Ey Allahın qulu, sənin üzərində nə nemətlər vardır ki, bir çox zənginə vermədiyi neməti mənə verən Rəbbim, deyə dua edirsən? Dua edən görməyən gözləri ilə səs gələn tərəfə yönəlir və cavab verir: - Rəbbim mənə elə bir qəlb vermişdir ki, o qəlb ilə Onu tanıyıram. Elə bir dil vermişdir ki o dillə də Ona şükr edirəm. Onu tanımaqdan daha üstün nemət, Ona şükr etməkdən daha böyük hidayət olarmı? Halbuki, nə qədər zənginlər, sağlamlar var ki, ürəyində Onu tanıma, dilində də Ona şükr etmə xoşbəxtliyi yoxdur. Bax, bunu düşünərək bu cür dua edirəm: - Nə qədər zənginlərə vermədiyi hidayət nemətini mənə lütf edən Rəbbimə, yarpaqların, ulduzların sayı qədər şükrlər, həmd sənalar olsun! Bu cavab qarşısında İsa peyğəmbər (aleyhissəlam) yerə çöküb kişin gözlərindən öpür. Peyğəmbərin dodaqları dəyən gözlər elə o an açılır.Kişi çaşqın və sevincək halda baxdığı İsa peyğəmbərə (aleyhissəlam) : -Sən Allahın izni ilə ölüləri dirildən, xəstələrə şəfa verən və digər möcüzələrin sahibi İsa peyğəmbər deyilsənmi? -Kimliyim hələ də məlum olmadımı? -Əlbəttə, gözlərimdən məlum oldu.Amma ayaqlarımdan hələ də məlum deyil. -Qalx ayağa!Bəlkə ayaqlarından da məlum oldu. Kişi cəld ayağa qalxarkən, ayaqlarının da düzəldiyini gördü.Və: - Ey Allahın Nəbisi, icazə ver sahib olduğum bu bənzərsiz nemətlərin şükrü üçün dərhal şükr səcdəmi edim-deyərək səcdəyə getdi: - Ey Rəbbim, səni tanıyan bir ürəklə, şükr edən bir dil nemətinin şükründən aciz ikən, indi Sən mənə görən iki göz, gedən iki də ayaq lütf etdin,bəs bu nemətlərin şükrünü necə ödəyəcəyəm? -Bu arada ətrafı əhatəyə almış insan kütləsi İsa peyğəmbərin (aleyhissəlam) əlini öpmək istəyir.Ancaq Allah nəbisi buyurur: - Əli öpüləcək insan, sahib olduğu nemətlərin fərqinə varan şükr səcdəsindəki bu insandır. Onun əlini öpün! İnsanlar isə: - Onu səcdəyə endirən nemətlərə bizlər ta anadan olandan sahibik,amma belə şükr səcdəsinə çatacaq dərəcədə sevindirici bir nemətə sahib olduğumuzu heç düşünməmişdik. İsa peyğəmbər (aleyhissəlam) buyurur: - Düşünən insan, sahib olduğu nemətlərin fərqinə varar, düşünməyən insan da özünü o nemətlərdən məhrum sanar!.. Nə deyirsiniz? Düşünməyə dəyərmi? İsa peyğəmbərin (aleyhissəlam) bu son cümləsi bizə də bir şey söyləyirmi? “Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər, düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!." -------------
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə axşamı, 03.08.2010, 22:31 | Yazı # 3 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| SEBR EDEN YOXSULLARIN USTUN OLDUQUNU IDDIA EDENLER DEYIRLER KI, YOXSULLUQUN USTUN OLMASI BAREDE QIYAMET GUNU HER BIR ZENQININ ,KASIBIN OLMAQI ARZULAMASI BAREDE REVAYETLER KIFAYET QEDERDIR. IMAM EHMED ABDULLAH IBN NEMIRDEN, O DA ISMAYIL IBN XALIDDEN, O DA NUFEYDEN ENES IBN MALIKDEN R.A. ALLAH ELCISININ S.A.S. BELE DEMESINI REVAYET ETMISDIR; “ISTER ZENQIN ISTERSE DE KASIB OLSUN, QIYAMET GUNU ELE BIR ADAM OLMAYACAQ KI; “KAS KI, DUNYADAN MENE ( BOLLUCA) MAL VERILMEYEYDI”- DEMESIN”./HEDIS MOVDUDUR;/ IBN MACE, 4140,EHMED,3/117,167. BUXARININ SOYLEDIYINE QORE NUFEY HAQQDA IXTILAF VARDIR VE BU DA ONUN HAQQINDA SOYLENENLERIN EN LAYIQLISIDIR. SEBR EDEN YOXSULLARIN USTUN OLDUQUNU IDDIA EDENLER DEYIRLER KI, ALLAH ELCISI S.A.S. BIR NECE HEDISDE YOXSULLARIN FEZILETLI VE USTUN OLMASINI VURQULAYIR. IMAM EHMED EBU MUAVIYYEDEN, O DA EMASDAN, O DA ZEYD IBN VEHDEN, O DA EBUZERDEN R.A. REVAYET ETMISDIR KI, ALLAHIN ELCISI S.A.S. ONA ; “EY EBUZER! BASINI QALDIR, MESCIDDE GORECEYIN EN YUKSEK TEBEQELI ADAMA BAX”-BUYURDU. EBU ZER DEYIR KI, MENDE BASIMI QALDIRDIQDA EYNINDE HULLE (IKI PARCALI PALTAR) OLAN VE OTURAN BIR KISINI GORDUM. BUDUR- DEDIM. SONRA PEYQEMBER S.A.S. “EY EBU ZER! INDI ISE BASINI QALDIR, MESCIDDE GORECEYIN EN ASAQI TEBEQELI ADAMA BAX”-DEDI. MENDE BASIMI QALDIRIB BAXANDA EYNINDE KOHNE- KURUS PALTARI OLAN QIYAMET GUNU ALLAH YANINDA BUNUN EYNINDE BAHALI PALTAR OLAN ADAM) KIMI DUNYA DOLUSU INSQANLARDAN DAHA EFZELDIR.”/SEHIHDIR;EHMED,5/157,171;”EZ-ZUHUD”,SHE.36;VAKI’I, “EZ-ZUHUD”, 144;IBN HIBBAN681;EL-BEZZAR,3629,3630;EBU NEIM,”EL-NILYE”,8/115;ET-TABERANI.”EL-EVSAT”5862. IBN EBI SEYBE,13/222 VE S. SEBR EDEN YOXSULLARIN USTUN OLDUQUNU IDDIA EDENLER DEYIRLER KI, BU MESELEDE BIZIM ARAMIZI AYIRACAQ VE XESTELIYIMIZE SEFA VERECEK SEY, QIYAMET GUNU KASIBIN MUKAFAT VE DERECESININ ALLAH TEREFINDEN ARTIQLAMASI ILE VERILMESIDIR. ZENQIN SUKUR EDEN OLSA BELE ,ZENQINLIYI SAYESINDE DUNYADA EN HALAL YOLLA NAIL OLDUQLARI QIYAMET GUNU ONA VERILEN SAVABINDAN SAYILACAQDIR. DUNYADA KAFIDEN ARTIQIN AZI, AXIRETDE BIR COX SEYI AZALDACAQDIR. MUSLIM ABDULLAH IBN OMERDEN ALLAH ELCISININS.A.S. BELE DEMESINI REVAYET EDIR; ALLAH YOLUNDA DOYUSEREK QENIMET ELDE EDEN ELE BIR QOSUN DESTESI YOXDUR KI, AXIRET SAVABININ UCDEIKISINI BERI BASDAN ALMASINLAR.OZLERINE ISE UCDEBIRI QALIR.QENIMETI ALMAZLARSA, SAVABLARI ONLARA TAM OLARAQ VERILECEK”/MUSLIM,1906.ABDULLAH IBN AMR BIN EL-ASIN REVAYETI
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
XEDICE73 | Tarix: Cümə axşamı, 12.08.2010, 00:38 | Yazı # 4 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Enes bin Malik demisdir; " Bir qul ozunu ibadete hesr edirse ,Allah taala onun ruzisini qoylerden ve yerden kecirerek insanlara teslim eder ,onlar da onu hazir veziyyetde getirerler, sonra o ruzi o qula veriler. O qul ruzini aldiqda sukur etmesi vacib olar ,eqer shukur etmezse , hemd senaya layiq olan Allah o ruzini Ozune shukur eden kasib qullarina verer. Bir nefer Ebu Temimiden sorusdul; "Sabahi nece acdin?" O" iki nemet arasinda sabahladim .Onlardan hansinin ustun olduqunu bilmirem. Birincisi.Allah -taalanin gunahlarimi ortmesidir.Bu sebebden hec kim mene onlara gore ayib etmir.ikincisi, Allah-Taalanin insanlarin qelbine mene qarsi sevqi hissini qoymasidir ki, men ona emelimle catmamisam"- cavabini verdi.
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
|