[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Forum » İslam » Hədis » HƏDİSLƏR (bildiyimiz hədislərdən yazaq)
HƏDİSLƏR
XEDICE73Tarix: Bazar, 31.08.2008, 17:03 | Yazı # 21
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
481.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası”.
[ Səhihdir ]

Bəndənin qüdrətli və əzəmətli Allahdan ruzi diləməsi. Uca Allahın buyurduğuna əsasən:

“Bizə ruzi ver! Sən ruzi verənlərin ən yaxşısısan!”
(əl-Maidə, 114.)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medinäTarix: Bazar, 31.08.2008, 22:05 | Yazı # 22
Qrup: Удаленные





EBU HUREYREDEN (R:A:) RIVAYET EDILDIGINE GÖRÄ PEYGÄMBÄRIMIZ (S:A:S) BUYURUYOR KI: EY ADEM OGLU ;YARDIM ET KI SANA DA YARDIM EDILSIN ( BUHARI MÜSLIM RIYAZÜS SALIHIN SAHIVÄ487 HÄDIS546) : ABDULLAH B: AMR B AL- ASDAN (R:A:) RIVAYET EDILDIGINE GÖRÄ ADAMIN BIRI PEYGÄMBÄRIMIZE "ISLAMDA EN HAYIRLI AMELLÄR NELERDIR: " DIYE SORUSDU : PEYGÄMBÄRIMIZ(S:A:S) DE ADAMA SÖYLE BUYURDU: "YEMEK YEDRIR VE TANIDIGIN- TANIMADIGIN HERKESE SELAM VERIRSIN ( BUHARI MÜSLIM RIYAZÜS SALIHIN SAHIVÄ487HÄDIS547 )
 
AisaTarix: Bazar, 31.08.2008, 22:12 | Yazı # 23
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Möminlərin ən kamil imanlıları yüksək əxlaq sahibi olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı xoş davrananlardır». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır.

Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “(Qiyamət günü) tərəzidə gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur”.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
Ema777Tarix: Bazar ertəsi, 01.09.2008, 11:32 | Yazı # 24
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Peyğəmbərimiz(sav) buyurmuşdur:
«İnsanlar arasında elələri vardır ki, onlar xeyirin açarı, şərin isə qıfılıdırlar. Elələri də vardır ki, şərin açarı, xeyirin qıfılıdırlar. Allah-taalanın xeyrin açarlarını bəxş etdiyi insan necə də xoşbəxtdir. Vay olsun o kəslərə ki, Allah-taala şərin açarlarını ona nəsib edib!»

Peyğəmbər(sav) buyurmuşdur:
“Vaxt var idi sizdən əvvəlki ümmətlərdə adamı tutub aparar, onun üçün quyu qazar və onu quyuya salardılar. Sonra mişar gətirib adamın başını iki hissəyə bölər, ətsiz və sümüksüz başı dəmir daraqla darayardılar. Lakin bütün bu əzablar belə, onun dinindən dönməsinə heç bir təsir göstərə bilməzdi. And olsun Allaha ki, bu günlər də gəlib keçəcək və elə bir vaxt gələcək ki, Səna ilə Həzrəmövt arasında gəzib dolaşan [sürüsünü otaran çoban] Allahdan və sürüsünə hücum çəkən canavardan başqa heç nədən qorxmayacaq. Lakin siz tələsirsiniz [səbirsizlik göstərirsiniz]”»
(Hədisi Buxari rəvayət etmişdir.)

Rəsulullah(sav) buyurmuşdur:
«Səbrdən daha xeyirli və daha əhatəli hədiyyə heç kəsə nəsib olmayıb»
(Hədisi Buxari və Müslim rəvayət etmişdir)

Peyğəmbər (sav) ənsarlara belə deyərdi: «Məndən sonra xudbinliklə qarşılaşacaqsınız. Mənimlə hovuzda görüşənədək səbir edin».
(Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

Peyğəmbər(sav) belə deyərdi: «Ləzzətlərin sonu olacaq ölümü tez-tez xatırlayın».
(Hədisi Tirmizi rəvayət etmişdir)


 
XEDICE73Tarix: Bazar ertəsi, 01.09.2008, 11:32 | Yazı # 25
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.s) soruşdular: “Hansı əməl ən yaxşı əməl sayılır?” O dedi: “Allaha iman gətirmək, Onun yolunda cihad etmək!” Bir daha soruşdular: “Hansı kölə ən xeyirli kölə hesab olunur?” O dedi: “Ən bahalı və ailədə ən hörmətli olan kölə!” Yenə soruşdular: “Bir de görək, bəzi (yaxşı) əməlləri edə bilməsəm necə? O dedi: “Çarəsiz bir adama köməklik göstər və ya bacarıqsız adama işində yardım et!” Yenə soruşdular: “Bəs bacarmasam necə? O dedi: “İnsanları pis işlərdən çəkindir. Çünki bu, sənin özün üçün xərclədiyin sədəqədir”.
[ Səhihdir ]


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Bazar ertəsi, 01.09.2008, 11:36 | Yazı # 26
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
1. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“İki müsəlman qarşılaşdığında əllə görüşərlərsə, ayrılmadan öncə onların günahları bağışlanar.”

2. Ənəs bin Məlik demişdir:
“Peyğəmbərin (sav) əshabləri qarşılaşdıqlarında əllə görüşər və səfərdən qayıtdıqlarında isə qucaqlaşardılar.”

3. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Mömin, mömin qardaşı ilə qarşılaşdığnda salam verər və əllə də görüşərsə, ağacdan yarpaq tökulen kimi günahları tökülər.”


 
XEDICE73Tarix: Şənbə, 06.09.2008, 16:18 | Yazı # 27
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey Allahın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu" (Buxari, Müslim, Tirmizi)

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə axşamı, 11.09.2008, 12:10 | Yazı # 28
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ubadə ibn əs-Samitdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:

“Kim mömin kişi və qadınlar üçün bağışlanma diləyərsə, ona hər bir mömin kişi və qadının sayı qədər savab yazılar”[4]

Hədisdən aydın olur ki, müsəlmanlar üçün bağışlanma diləməyin nəinki bağışlanma dilənənlərə, hətta, diləyənə belə böyük savabı vardır. Şübhəsiz ki, keçmiş və gələcək mömin kişi və qadınların sayının çoxluğu bizə məlumdur və onların dəqiq sayını Allahdan başqa heç kəs bilməz. Bu duanın əcrinin həddindən artıq böyük olduğuna görə keçən ayələrdə gördüyümüz kimi Peyğəmbərlər və saleh insanlar belə dua etməyi heç vaxt tərk etməmişlər.

Əhməd ibn Dahhəkin belə dediyi rəvayət edilmişdir:

“Yuxumda Şureyh ibn Yunisi gördüm və ona dedim: “Rəbbin sənə nə etdi, ey Əbu Haris?” Dedi: “Məni bağışladı və qəsrimi Məhəmməd ibn Bəşirin qəsrinin yanında etdi.” Dedim: “Ey Əbu Haris, sən Məhəmməd ibn Bəşirdən çox üstünsən axı?” Dedi: “Elə demə! Həqiqətən, Allah-təala Məhəmməd ibn Bəşir üçün hər bir mömin kişi və qadının əməlindən pay hazırlamışdır. Çünki o, dua etdiyi zaman Allahım, mömin və müsəlman kişi və qadınları bağışla” deyərdi.” [5]

Allah-təaladan bütün müsəlmanların günahlarının bağışlamasını diləyirəm.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Bazar ertəsi, 15.09.2008, 13:05 | Yazı # 29
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Peyğəmbər (s.ə.s).in 14 əsr bundan öncə gələcək haqqında xəbər verdiyi hadisələri
diqqətinizə çatdırıram. Oxuyun və bu günümüzlə müqayisə edin.

1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər.
2. Rüşvət hədiyyə adi altında veriləcək, gözdağı üçün günahsız insanlar öldürüləcək.
3. "Peyğəmbərəm" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək.
4. "Məndən bir hədis söylənincə" "Rasululllah bu söyləməz, hədisi burax, Qurana bax!" deyərək məni yalanlayanlar çıxacaq.

5. "Qurandan başqa dəlil qəbul edə bilmərəm" deyənlər çıxacaq.
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər.
7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. Sünnətə uyan qərib, yalnız qalacaq,
bidətə uyan çoxlu yardımcı bulacaq.

8. Məscidlərdə mindən çox insan namaz qılacaq, amma içərilərində bir müsəlman belə olmayacaq.
9. Sonra gələnlər əvvəlki alimləri cahilliklə günahlandıracaq.
10. Din alimi qalmayacaq, din adamı yerinə keçən cahillər,
bilmədən fətva verəcək, hər kəsi doğru yoldan çıxarmaya çalışacaqlar.
11. Din adamları, xalqın istədiyi yöndə fətva verəcək, halala haram, harama halal deyəcəklər.
Din ticarətə, mənfəətə alət ediləcək.
12. İnsan dinini və dünyasını ancaq pul ilə ayaqda tuta biləcək. Parası, pulu olmayan rahatlıq tapa bilməyəcək.
13. Həccə hökmdarlar gəzmək üçün, varlılar ticarət üçün, din adamları göstəriş üçün gedəcəklər.
14. Anarxiya və ölüm çoxalacaq.
15. Çalğı hər yerdə çoxalacaq, güvənlik gücləri çoxalacaq.
16. Hər əsr əvvəlkindən daha pis olacaq.
17. İnsanın bütün qayğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadın, dini pul alacaq.
18. Çeşidli adlar altında şərablar çıxacaq, halal sayılacaq.
19. Dinə uymaq ovucda atəş tutmaq qədər çətin olacaq.
20. İt saxlamaq uşaq böyütməkdən daha cazip olacaq.
21. Əxlaqsız qadınlar çoxalıb, zina yayılarsa xalq daha öncə görünməmiş xəstəliklərə tutulacaq. Ölçüdə, çəkidə
hiylə edilərsə yaşayış çətinləşər.
22. Zənginə malı üçün təzim ediləcək, əxlaqsızlıq yayılacaq, bic uşaqların sayı artacaq.
Böyüyə hörmət, kiçiyə mərhəmət qalmayacaq.
23. Lutilik. Homoseksuallıq mübah (haram olmayan, bəyənilən) sayılmadıqca qiyamət qopmayacaq.
24. Zəlzələ, fitnə artmadıqca qiyamət qopmayacaq.
25. Pis insanlar dünyaya hakim olmadıqca, qiyamət qopmayacaq.
26. Kişilər yol kənarında qadınla bərabər olacaq.

Добавлено (15.09.2008, 13:05)
---------------------------------------------
El-haris el-Eş'ariden (r.a):
Rasulullah (sav) şöyle buyurdu: Allah tebareke ve teala, Yahya b. Zekeriya'ya (a.s) amel etmesi ve israil oğullarına da amel etmelerini emretmesi için beş emir verdi. O bu konuda biraz yavaş davranır gibi oldu. Bunun üzerine İsa (a.s):
'Allah sana, hem kendin amel etmen, hem de israil oğullarına emretmen için beş emir verdi.

Ya sen onlara bu emri verirsin ya da ben emrederim' dedi. Yahya(a.s):
'Şayet benden önce davranırsan yere geçirilmekten veya azaba uğramaktan korkarım.'dedi.

Halkı beytül makdis'te topladı. Mescit doldu ve (bazıları) şerefelerde oturdular. Yahya (a.s) şöyle dedi:
'Allah, hem benim amel etmem hem de size amel etmenizi emretmem için bana beş emir verdi:

1. Emri: Allah'a ibadet etmeniz ve ona hiç bir şeyi ortak koşmamanızdır. Zira Allah'a ortak koşan kimsenin misali şunun gibidir: Kendi öz malından altın veya gümüşle bir köle alan kimse ona derki: Şu evim, şu da işim. Çalış ve bana öde, oda çalışıp efendisinden başkasına ödeme yapmaktadır. Hanginiz kölenizin böyle davranmasına razı olursunuz?

2.Emri: Allah size Namaz kılmanızı emretti. Namaz kılarken sağa sola bakmayınız. Allah yüzünü, namazda sağa sola dönmedikçe kulunun yüzüne diker (onun yüzüne nazar eder ayırmaz)

3.Emri: Ve size orucu emretti. Bunun misali de bir topluluk arasında, içinde misk bulunan bir kese ile oturan adam gibidir. Oruçlunun ağız kokusu Allah katında misk kokundan daha güzeldir.

4.Emri: Size sadaka vermeyi emretti. Bunun misali ise düşmanın esir alıp ellerini boynuna bağlıyarak kafasını boynuna vurmak istediği bir adam gibidir. Bu adam onlara: Neyim var neyin yoksa hepsini size kendim için fidye olarak vereyim, der ve canını kurtarır.

5.Emri: Ve size Allah'ı zikretmeyi emretti. Bunun misali de düşman tarafından süratle takip edilen, sonunda sağlam bir kaleye varıp kendini orada emniyete alan adam gibidir. Aynı şekilde kulda kendini şeytandan,ancak Allah'ı zikretmekle emniyete alabilir.

Resulullah (sav) buyurdu ki :
Bende size Allah'ın bana emrettiği beş emri veriyorum: Dinlemek ve itaat etmek, cihat etmek, hicret etmek ve cemaatten ayrılmamak. Zira kim cemeatten bir karış ayrılırsa, İslam başını boynundan çıkarmış olur ancak geri dönmesi durumu müstesna' kimde cahiliye davası güderse oda cehennemdedir.'

Bu söz üzerine sahabeden biri der ki: 'namaz kılsa oruç tutsadamı? Ya Resulallah'; Efendimiz (sav) buyururlar ki :
'Oruç tutsa, Namaz kılsa da'; Siz, Allah'ın kullarına sizi Müslümanlar ve müminler olarak adlandıran Allah'ın davasıyla davette bulununuz.'
Tirmizi edep: 78


 
XEDICE73Tarix: Cümə axşamı, 25.09.2008, 11:22 | Yazı # 30
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Muaz bin Ənəsdən radiyallahu anhu gələn bir rəvayətə görə Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Hər kim yemək yeyib sonra “əlhəmdulilləhilləzi ət`əməni həzəttəəmə və rəzaqanihi min ğayri havlin minni vələ quvvəh” (Heç bir güc və qüvvəm olmadan mənə bu yeməyi yedirən və onu mənə nəsib edən Allaha həmd olsun” söyləsə; hər kim paltar geyib və “əlhəmdulilləhilləzi kəsəni həzə`s-səvbə və rəzaqanihi min ğayri havlin minni vələ quvvəh” (Həmd heç bir güc və qüvvəm olmadan mənə bu paltarı geydirən

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
AisaTarix: Cümə, 26.09.2008, 10:57 | Yazı # 31
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirərsə qiyamət günü qəsb etdiyi torpaq parçası onu yeddi qat yerin dibinə batırar. buyurduğu İbn Ömərdən (r.a) rəvayət edilmişdir. (Buxari, Məzalim 13; Budul-Xalq 2; Müslim, Müsaqqat, 30)

• Numan ibn Bəşirdən, (r.a) rəvayət edilmişdir. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu eşitdim: Halal müəyyəndir, haram da müəyyəndir. Bu ikisinin arasında çox kəslərin bilmədikləri şübhəli şeylər vardır. Bir kəs bu şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Bir qoruğun ətrafında heyvanlarını otladan çobanın, hər ehtimalla qoruğa girməsi necə mümkünsə, şübhəli iş işləyənlər də bunun kimi harama düşə bilərlər. Diqqət edin! Hər hökmdarın bir qoruğu vardır. Allahın qoruğu da haram qıldığı şeylərdir” (Buxari, Kitabul-İman, c. İ, səh. 19)

• Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan birinin yanına gəldi. Ona “bunu necə satırsan?” deyə soruşdu. Adam başa saldı. Elə bu anda əlini qida maddəsi olan bir kisənin içinə soxması vəhy edildi. Əlini qaldıranda nə görsə yaxşıdır, alt tərəfi islaqdır. Bundan sonra “Alış verişdə, hər işində hiylə edən bizdən deyildir” buyurdu. (Müslim, İman 43; Əbu Davud, Buyu, 52)

• Abdullah ibn Əmrdən (r.a) rəvayət edildiyinə görə: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” demişdir. (Tirmizi, Əhkam, 9)

• Əbu Hüreyrədən (r.a) rəvayət edilmişdir. Hz. Peyğəmbər: “Zəndən uzaq durun; çünki zənn, sözün, yalanı ən çox olanıdır. Bir-birinizin qüsurunu görməyin; xüsusi həyatını araşdırmayın. Almayacağınız bir malın qiymətini, sırf alıcıya zərər vermək üçün, artırmayın. Bir-birinizə həsəd etməyin; bir-birinizə üz çevirməyin. Bir-birinizə qarşı kin bəsləməyin. Ey Allahın qulları, qardaş olun!” buyurmuşdur. (Buxari, Vəsaya 8, Nikah 45; Ədəb 57,58; Müslim, Birr 9)

• Əsma bint Yezid nəql edir ki: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Sizə xeyirlilərinizi xəbər verimmi?” Səhabələr; “Bəli ver” dedilər. “Üzlərinə baxıldığı zaman Allah xatıra gələnlərdir. Ən Pislərinizi də xəbər verimmi?” Əshab “bəli” dedilər. “Aravuranlar, sevənlərin arasını vuranlar, insanları bir-birindən ayrı düşürmək istəyənlərdir.” (Əxlaqi Hədislər, I/338).

• Süfyan ibn Useyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qardaşın sənə inanarkən, sənin ona yalan söyləyərək danışman, ən böyük xəyanətdir. (Əbu Davud, Ədəb, 79)

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir. Ağzını pozaraq dil uzadan birinə cavab ver(ib daha çox söy)mək də böyük günahlardandır. (Əbu Davud, Ədəb, 40)


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
Ema777Tarix: Şənbə, 04.10.2008, 16:21 | Yazı # 32
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Hz. Əbu Bəkr (r.ə) Deyər ki:

-Özünə qəbir deyil, özünü qəbirə hazırla.
-Mal xəsislərdə, silah qorxaqlarda, qərar da zəiflərdə olsa işlər pozular.
-Ölümdən qorxma ki, həyat tapasan.

Hz. Ömər (r.ə.) Deyir ki:

-İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
-Çox gülənin heybəti və həyası azalar.
-Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar. Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.

Hz. Osman (r.ə.) Deyir ki:

-Çox söyləyən deyil, çox iş edən komandirə möhtacsınız.
-Allah üçün ticarət edin və qazanın.
-İnsanların ən xeyirlisi günahsız olan və Allahın kitabı ilə əməl edəndir.

Hz. İmam Əli (r.ə.) Deyir ki:

-Cahillərin ürəyi dodaqlarında, alimlərin ağızı ürəklərindədir.
-Şəxsinizə pislik edən bir düşməni bağışlayın, lakin vətəninizə, millətinizə və dininizə pislik edənləri bağışlamayın.
-Çalışanlar pislik düşünməyə vaxt tapa bilməzlər; tənbəllər isə özlərini pislikdən qurtara bilməzlər.
-Ölümü unutmaq, ürəyin paslanmasındandır. İnsanlarla elə yaxşı dolanın ki; düşmənləriniz belə ölümünüzə ağlasın.
-Cahil, bilmədiyini soruşmaqdan utanmasın. Alim, içindən çıxa bilməyəcəyi bir məsələdə ‘Ən yaxşısını Allahu Təala bilər' deməkdən çəkinməsin.


 
AisaTarix: Bazar, 12.10.2008, 23:08 | Yazı # 33
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Peyğəmbər (sas) demişdir: "İki nemət vardır ki, insanların çoxu onları layiqincə qiymətləndirmir - sağlamlıq və boş vaxt".

(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 03:28 | Yazı # 34
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Ömər bin Xattab demişdir: “Əgər insan öz elmi ilə öyünür, onda yetərincə savadsızlıq var. Ancaq əgər insan Allahdan qorxursa, onda yetərincə elim var.”

İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
SelefTarix: Bazar, 16.11.2008, 00:48 | Yazı # 35
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İbn Cərirdən rəvayət olunan hədisdə, o öz atasının belə dediyini bildirir:"Mən Əlinin (Allah ondan razı olsun!) göbəkdən yuxarı sağ əli ilə sol əlini biləyindən tutduğunu görmüşəm"
(Əl-Beyhaki (1/301)




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
musulmanka@Tarix: Çərşənbə, 10.12.2008, 10:39 | Yazı # 36
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
As Salamu Aleykum Baci və Qardashlarim. Allah bizi xeyirli muselmanlardan etsin. Qurban bayraminiz mubarek olsun.
Şuheyb ər-Rumi (ra) rəvayət etdir ki, Peyğəmbər (sas) belə deyib:
"Möminin vəziyyəti təəcüblüdür! O, başına gələnlərdən xeyir götürür və bu mömindən başqa heç kəsə nəsib olmur. Əgər o, nə isə xeyirli bir şey əldə edərsə şükür edir və bunan xeyir götürür. Hər hansı bir bədbəxçilik üz verərsə o, səbr edir və bunanda xeyir götürür!"


Allah bizləri qorusun
 
musulmanka@Tarix: Cümə axşamı, 11.12.2008, 11:07 | Yazı # 37
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Peygəmbər (sas) məslək halına gətirilən dilənçiliyi şərəfsizlik saymış və belə buyurmuşdu:" Sizdən bəziləri dilənməkdən əsla vaz keçməz. Ən sonunda qiyamət günündə bu şərəfsiz insan üzündə bir tikə ət parçası olmadan Allaha qovuşar" (Müslim)

Allah bizləri qorusun
 
SelefTarix: Cümə axşamı, 11.12.2008, 21:11 | Yazı # 38
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Şaqiq bin Sələmə(Allah rəhmət etsin) rəvayət edir ki:Əli (Allah ondna razı olsun) arafa günü səhər namazından Allahu Əkbər deməyə başlayar və bayramın sonuncu günü əsr namazına kimi davam edərdi.(İbn Munzir rəvayət etmişdir)


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
semaTarix: Çərşənbə axşamı, 03.02.2009, 00:14 | Yazı # 39
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil


 
XEDICE73Tarix: Cümə axşamı, 05.02.2009, 16:43 | Yazı # 40
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru! Ey rəbbimiz , sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə , rüsvay edərsən və zalimlərə kömək edən olmaz! Ey Rəbbimiz , həqiqətən, biz: "Rəbbinizə inanın " -deyə iman tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik.Indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz, Öz peyğəmbərlərin vasitəsilə izə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan " (Ali İmran, 191-194).
"Rabbənə-srif annə azəbə cəhənnəmə innə azəbəhə kənə ğaramən innəhə səət mustəqqaran va muqamə"
"Ey rəbbimiz, Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı həmişəlikdir.Doğrudan da, o ən pis məskən, ən pis yerdir" (əl-Furqan, 65-66).


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Hədis » HƏDİSLƏR (bildiyimiz hədislərdən yazaq)
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru