[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » Allaha iman gətirdim de, sonra doğru yolu tut (Gözəl bir hədis)
Allaha iman gətirdim de, sonra doğru yolu tut
UmarTarix: Cümə, 03.10.2008, 06:24 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Süfyan ibn Abdullah əs-Səqafi (radıyallahu ənhu) deyir ki, mən dedim:

“Ey Allahın elçisi, mənə İslamda elə bir söz de ki, o barədə səndən sonra heç kəsdən soruşmayım.

Peyğəmbər (ona və ailəsinə Allahın salət və səlamı olsun!) dedi:

“Allaha iman gətirdim de, sonra doğru yolu tut””. Müslim: № 38. Tirmizi: № 2410. İbn Macə: № 3972. Əhməd: № 3, 413. Darəmi: № 2710.

Bu kişi Peyğəmbərdən (ona və ailəsinə Allahın salət və səlamı olsun!) ümumi məna kəsb edən xeyirli və faydalı, insanı nicata qovuşduran söz deməsini istədi. Peyğəmbər (ona və ailəsinə Allahın salət və səlamı olsun!) isə ona, Allaha iman gətirməyi əmr etdi. Bu iman, etiqad edilməsi vacib olan məsələləri əhatə edir. Misal olaraq bunları demək olar: iman etiqadları və əsasları, bununla bağlı olan qəlb əməlləri, Allaha itaət və tam razılıq, bütün bunları zahirdə və batində əks etdirmək, bu işdə davamiyyətli olmaq və ölənə qədər bu yolda qalmaq. Deyilən hədis uca Allahın bu ayəsi ilə eyni məzmun daşıyır: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da düz yol tutan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət: 30). İman və düz yolun nəticəsi olaraq, bütün şər əməllərdən salamat olmaq, cənnəti qazanmaq və yaxşı işlərə nail olmaq göstərilmişdir.

Quran və sünnə dəlilləri dəlalət edir ki, iman, qəlbdə olan düzgün etiqadları və xeyirli işlərə rəğbət, pis işlərdən qorxu, xeyir istəmək, şərə nifrət etmək kimi qəlb əməllərini, həmçinin əzaların əməllərini ehtiva edir.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Cümə, 03.10.2008, 22:50
 
XEDICE73Tarix: Şənbə, 02.05.2009, 18:25 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
.İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: "(Nəhayət) Adəm Rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək tövbə etdi"(əl-Buxari (10/6070, 13/7514). Hədis səhihdir.)
sonra dedi:
– Ey Rəbbim, Sən məni əlinlə yaratmadınmı?
– Bəli.
– Ey Rəbbim, Sən mənə Öz ruhundan üfürmədinmi?
– Bəli.
– Ey Rəbbim, Sən məni Cənnətinə salmadınmı?
– Bəli.
– Ey Rəbbim, Sənin rəhmətin qəzəbini üstələmədimi?
– Bəli.
– Görmədinmi mən sənə tövbə etdim, xətamı düzəltdim, indi sən məni Cənnətə qaytarırsanmı?
– Bəli.
Nəhayət Adəm Rəbbindən bə’zi xüsusi kəlmələr öyrəndi.
(əl-Hakim (2/545). əz-Zəhəbi hədisi səhih adlandırmışdır. Hədis səhihdir.)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 08.06.2010, 00:24 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
EY ADEM OQLU!
ALLAH MENEM! MENDEN BASQA TANRI YOXDUR.ONUN UCUN DE MENE IBADET ET. MENE SUKUR ET.NEMETLERIME QARSI NANKORLUQ ETME.
KIM MENIM DOSTLARIMA ,VELILERIME DUSMENLIK EDERSE ,MENIMLE SAVASA QALXMIS DEMEKDIR. MENDEN BASQA YARDIMCISI OLMAYAN KIMSELERE ZULM EDEN ZALIMLARA, EZABIM CETIN OLACAQ.

QUDSI HEDIS.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Hədis » Allaha iman gətirdim de, sonra doğru yolu tut (Gözəl bir hədis)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru