[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » YALNIZ ÜÇ MƏSCİD ÜÇÜN SƏFƏRƏ ÇIXILAR (BİSMİLLAH)
YALNIZ ÜÇ MƏSCİD ÜÇÜN SƏFƏRƏ ÇIXILAR
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:03 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم


Buxari, Muslim və digərlərinin rəvayət etdiyi səhih bir hədisdə Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – belə buyurduğu nəql edilir:

« لَا تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدَ الْمَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَسْجِدِ الْأَقْصَى »

“Üç məsciddən başqası üçün səfərə çıxılmaz: Əl Məscidul Haram, Rəsulullahın məscidi – sallallahu aleyhi və səlləm - və Məscidul Əqsa.”




Hədisdə qəsd edilən nədir? Bu hədis üç məsciddən başqa bütün səfərləri qadağan edirmi? Yoxsa hədis sadəcə məscidlər içərisində bunları xas qılır? Bütün bu suallarımıza cavab tapmaq üçün sözügedən hədislərin şərhlərinə nəzər salaq.
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:04 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) hədisin şərhində digər məscidləri ziyarət üçün edilmiş nəzirlərdən danışdıqdan sonra deyir:

واختلفَ العلماءُ في شدّ الرحال وإعمالِ المَطِيِّ إلى غير المساجد الثلاثة كالذَّهاب إلى قبُور الصالحين, وإلى المَواضِعِ الفاضلةِ ونحو ذلك.
فقال الشيخ أبو محمد الجُوَيْني من أصحابنا : هو حرامٌ, وهو الذي أشارَ القاضي عياضٌ إلى اختياره، والصحيح عند أصحابنا وهو الذي اختارَه إمام الحرمين والمحققون أنه لا يَحرُم ولا يُكرَه، قالوا: والمراد أن الفضيلة التامّة إنما هي في شدّ الرحال إلى هذه الثلاثة خاصةً, والله أعلم

“Alimlər, məzkur üç məsciddən başqası üçün, məsələn Salih insanların qəbri, fəzilətli yerlər və bənzərləri üçün səfər çıxılması məsələsində ixtilaf etdilər.
Əshabımızdan (Şafilərdən) Şeyx Əbu Muhəmməd Əl Cuveyni bunun haram olduğunu demişdir ki, Qadı İyadın seçiminə işarə etdiyi görüş də budur.
Əshabımıza görə doğru olan - bu eyni zamanda İmamul Harameynin (Əl Cuveyni - Əbul Məali) və Muhaqqqilərin görüşüdür – bunun nə haram nə də məkruh olmadığıdır.
Onlar demişlər ki, hədisdən murad edilən, tam fəzilət sadəcə xüsusən bu üç məscid üçün yola çıxılmasındadır. Allah Əaləm.”

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 9/151
Muəssəsətu Qurtuba: 1414/1994
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:05 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə hədisin mənası haqda belə deyir:

والمعنى كما أفادَه في الإحياء أنه لا تُشدُّ الرِّحال لمسجدٍ من المساجد إلا هذه الثلاثةِ لِما فيها من المضاعفة ، بخلاف بقيَّة المساجد فإنها مُتساوية في ذلك ، فلا يُردُّ أنه قد تُشدُّ الرِّحال لغير ذلك كصلة رحمٍ وتعلُّمِ علمٍ وزيارةِ المشاهد كقبر النبي صلى الله عليه وسلم وقبر الخليل عليه السلام وسائر الأئمة

“Hədisin mənası, (Ğazalinin) “Əl İhya” əsərində ifadə etdiyi kimi belədir ki, başqa məscidlərdən fərqli olaraq bu üç məsciddə olan qat qat savab səbəbilə onlardan başqası üçün səfər edilməz deməkdir. Digər məscidlər bu mövzuda bərabərdir (Xüsusi bir savabı yoxdur).
Buna binaən, qohumları ziyarət, elm tələbi, Nəbinin – sallallahu aleyhi və səlləm – və Əl Xəlilinin (İbrahim) – aleyhissəlam - və başqa imamların qəbirləri kimi məşhədlər ziyarət edilir deyərək etiraz edilməz (Çünki, bunlar hədisdəki qadağaya daxil deyil)!”

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 4/55
Daru Aləmil Kutub: 1423/2003
 
Forum » İslam » Hədis » YALNIZ ÜÇ MƏSCİD ÜÇÜN SƏFƏRƏ ÇIXILAR (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru