[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » İCTİHAD VƏ SAVAB ƏLAQƏSİ, CAHİLİN İCTİHADINA SAVAB VARMI? (BİSMİLLAH)
İCTİHAD VƏ SAVAB ƏLAQƏSİ, CAHİLİN İCTİHADINA SAVAB VARMI?
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:39 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Günümüzdə ən çox yanlış anlaşılan və səfehlərin öz axmaqlıqlarını təmizə çıxarmaq üçün istifadə etdiyi hədislərdən biri də aşağıdakı hədisdir.

Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurur:

« إِذَا حَكَمَ الْحَاكِمُ فَاجْتَهَدَ فَأَصَابَ فَلَهُ أَجْرَانِ وَإِذَا حَكَمَ فَاجْتَهَدَ فَأَخْطَأَ فَلَهُ أَجْرٌ وَاحِدٌ »

"Hakim hökm verib, ictihad edər və haqlı olarsa ona iki əcr/savab vardır. Hökm verib, ictihad edər və xəta edərsə ona bir əcr/savab vardır."

Onlar qollarını çırmalayıb Quran və Sünnətdən öz havalarına və qüsurlu ağıllarından qaynaqlanan qıt din anlayışlarına uyğun hökmlər çıxarar, onlara tabe olmayanları ittiham edər və bu "ictihadları" səbəbilə ən pis halda bir əcr aldıqlarını zənn edərlər. Hər fərdin "müctəhid" olması sindromu əsasən sələfilər arasında görülür və bu ciddi bir dindarlıq, Quran və Sünnətə uymaq olaraq dəyərləndirilir. Halbuki bu, Allahın dinini əhliyətsiz insanların əlində oyuncağa çevirmək cinayətindən başqa bir şey deyildir.
Bu hədis doğrudanmı ictihad əhli olmayanlara, xəta etmələri halında belə savab vəd edir? Yoxsa haqlı olduqları halda belə günah vəd edir?
Günümüz "qazilərinin və müctəhidlərinin" şəriət nəzərindəki hökmü nədir? Onların verdiyi şəri qərarlar və əqidəvi, fiqhi hökmlər Allahın dinində bir şey ifadə edirmi? Hədisdə bizi maraqlandıran məhz bu nöqtədir.
Bu barədə "Avam dəlillərdən hökm çıxara bilərmi?" mövzusunda geniş məlumat versəkdə, bu hədisin şərhlərini xüsusilə qeyd etməkdə fayda görürük.
Müvəffəqiyyət Allahdandır.


Yazını Muslimah_92 - Cümə, 15.06.2012, 22:41
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:40 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Davud şarihlərindən Əbu Suleyman Əl Xattabi (319-388 h/931-998 m) bu məsələ haqqında danışarkən, qeyri müctəhidin ictihad səbəbilə nəinki savab almayacağını, hətta ən böyük günahı qazanacağını deyir:

قوله « إذا حكَم فاجتهَد فأخْطأ فله أجرٌ » إنما يُؤجُر المخطىءُ على اجتهاده في طلَبِ الحقِّ , لأنَّ اجتهادَه عبادةٌ , ولا يُؤجُر على الخطأِ , بل يُوضَع عنه الإثمُ فقطْ
وهذا فيمَن كان مِن المجتهدين جامعاً لآلةِ الاجتهاد , عارفاً بالأصول , وبوجوِه القياس
فأما مَن لم يكنْ مَحَلاً للاجتهاد فهو متكلِّفٌ , ولا يُعذَر بالخطأِ في الحكم , بل يُخاف عليه أعظمُ الوزرِ

"Allah Rəsulunun "Hökm verər, ictihad edər və xəta edərsə ona bir əcr vardır" sözününü izahı: Xəta edən haqqı axtarmaq üçün etdiyi ictihad səbəbilə əcr alar. Çünki, onun ictihadı ibadətdir. Xəta üçün isə əcr verilməz. Ondan sadəcə günah qaldırılar.
Bu dediklərimiz müctəhidlərdən ictihad vasitələrini özündə toplamış, üsul elmini və qiyas prinsiplərini bilən kimsələr haqqındadır.
İctihad əhli olmayan kimsəyə gəlincə, o üzərinə düşməyən işi öhdəsinə götürmüşdür və hökm verməkdəki xətasına görə üzrlü olmaz. Əksinə onun (Allaha iftira atmaq kimi) ən böyük günaha düşəcəyindən qorxular."

Qaynaq: Əbu Suleyman Əl Xattabi: Məalimus Sunən: 4/8
Beyrut: Daru İbn Hazm: 1418/1997

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:41 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki fəqihlərindən Qadi İyad (476-544 h/ 1083-1149 m) müctəhid olmadan "ictihad" edənlərin nəinki savab, haqqı desələr belə günah qazanacaqlarını açıq şəkildə ifadə edir:

قال أهل العلم : وهو ما لا خلافَ فيه ولا شكَّ ، أن هذا إنما هو فى الحاكم العالمِ الذى يصِحّ منه الاجتهادُ ، وأما الجاهل فهو مأثومٌ فى اجتهاده بكلِّ حالٍ ، عاصٍ بتقلُّده ما لا يحِلّ له مِن ذلك ؛ ولأنه متكلِّف فى دين الله , متحرِّض على شرعته , متحكِّم فى حكْمه ، فهو مخطئٌ كيفما تصرَّف ، ومأثومٌ فى كلِّ ما تكلَّف ، وإصابته ليس بعصابةٍ إنما هو اتفاقٌ وتخرُّصٌ ، وخطؤُه غيرُ موضوعٍ لأنه يجهَله كالعامد ، والجاهل والعامد هما سواءٌ

"Elm əhli demişdir: Xilaf və şəkk yoxdur ki, bu hədis sadəcə ictihad etmə haqqı olan hakimə aiddir.
Cahilə (qeyri müctəhidə) gəlincə o hər halda (haqlı da olsa, xəta da etsə) "ictihadı" səbəbilə günahkardır. Girişməsi halal olmayan bir məsələni boynuna götürdüyü üçün asidir.
Çünki o, Allahın dinində üzərinə düşməyən işi öhdəsinə götürmüş, Onun şəriətinə iftıra atmış, Onun hökmü haqqında bilmədən danışmışdır.
O nə edərsə etsin xətalıdır! Öhdəsinə götürdüyü hər "ictihada" görə günahkardır!
Onun nəticədə haqlı olması əslində haqlı olmaq deyil, sadəcə uyğun düşmək və təsadüfdür.
Onun xətası üzrlü sayılmaz. Çünki, o qəsdən xəta edən kimi cahildir. Cahillə qəsdən xəta edən isə eynidir."

Qaynaq: Qadi İyad: İkmalul Mulim bi Favaidi Muslim: 5/572
Darul Vəfa: 1419/1998
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:41 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Buxari şarihlərindən İbn Battal (v. 449 h/1057 m) bu hədisin şərhində İbnul Munzirdən nəqlən deyir:

قال ابن المنذِر : وإنما يكون الأجْرُ للحاكم المخطئ إذا كان عالمًا بالاجتهاد والسنَن ، وأما مَن لم يعلَمْ ذلك فلا يدخُل فى معنى الحديث

"İbnul Munzir belə demişdir: Xəta edən hakim sadəcə ictihad prinsiplərinə və qaynaqlarına vaqif olduğu zaman bir əcr alar.
Bu şeylərə vaqif olmayan isə hədisdəki hökmə daxil deyil (haqqı tapsa belə savab almaz)."

Qaynaq: İbn Battal: Şərhu Sahihil Buxari: 10/381
Ər Riyad: Məktəbətur Rüşd

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:42 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Muslim"i şərh edərkən, müctəhidlə qeyri müctəhidi ayırır və ikincisinin doğru hökm versə belə günahkar və asi olacağını söyləyir:

قال العلماءُ : أجمعَ المسلمون على أن هذا الحديثَ في حاكمٍ عالمٍ أهلٍ للحكْم , فإن أصابَ فله أجرانِ , أجرٌ باجتهاده وأجرٌ بإصابته , وإن أخطأَ فله أجرٌ باجتهاده

فأما مَن ليس بأهلٍ للحكم فلا يحِلّ له الحكمُ , فإنْ حكَم فلا أجرَ له بل هو آثِمٌ , ولا ينفُذ حكمُه , سواءٌ وافقَ الحقَّ أم لا , لأنَّ إصابتَه اتفاقُه ليستْ صادرةً عن أصلٍ شرعي , فهو عاصٍ في جميع أحكامِه , سواء وافقَ الصوابَ أم لا , وهي مردودةٌ كلُّها , ولا يُعذَر في شيءٍ مِن ذلك

"Alimlər belə deyiblər: Müsəlmanlar, bu hədisin hökm vermə əhliyyətinə sahib (müctəhid) hakim haqqında olduğu barədə icma etmişlər.
Belə birisi doğru hökmə vardığı zaman ona iki əcr/savab verilər, biri ictihadına qarşılıq, digəri doğru qərara vardığına.
Yox yanlış hökmə vararsa bir əcr alar, o da ictihadına qarşılıq...

Hökm vermə əhliyyətinə sahib olmayana (qeyri müctəhidə) gəlincə, onun hökm verməsi halal deyil. Əgər hökm verərsə ona əcr yoxdur, əksinə o günahkardır. Onun verdiyi hökm yerinə yetirilməz. İstər doğru qərara varsın istər varmasın.
Çünki, onun doğruya varması şəri bir dayanağa sahib deyil, sadəcə təsadüfdür, uyğun düşmədir.
Belə birisi (qeyri müctəhid) istər doğruya varsın istər varmasın, verdiyi bütün hökmlərdə Allaha asidir, onun verdiyi bütün hökmlər rədd edilməlidir və bu hökmlərin heç birində üzr sahibi sayılmaz."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 12/14
Misir: 1347/1929
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:42 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən Siracuddin İbnul Mulaqqin (723-804 h/1323-1401 m) hədisi şərh edərkən eyni ayırımı qeyd edir:

وهذا إذا كان العالمُ متبحِّراً في العلم بنفسه يرى نفسَه أهلاً لذلك , ويراه الناسُ
فأما المقصِّر فلا يسوغ له أن يدخُلَ نفسُه في شيءٍ مِن ذلك , فإن فعَل هلَك

"Əgər alim elmdə özlüyündə dərinləşmiş, özünü bu işə (ictihada) əhil görürsə, insanlarda onun elə olduğunu düşünürsə o zaman hədisdə deyildiyi kimidir.
Yetərsiz (qeyri-müctəhid) olan kimsəyə gəlincə, onun özünün bu kimi işlərə girməsi caiz deyildir. Əgər girərsə həlak olar!"

Qaynaq: Siracuddin İbnul Mulaqqin: Ət Təvdih: 33/134
Qatar: Vizəratul Əvqaf: 1429/2008

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:43 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul İslam İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) elmi əhliyyətə sahib olanla olmayanı bu mövzuda ayırır:

فإن أصابَ ضُوعِف أجرُه , لكن لو أقدَمَ فحكَم أو أفْتى بغير علمٍ لحِقه الإثمُ كما تقدَّمتِ الإشارة إليه

"Əgər (müctəhid) doğru hökmə vararsa əcri ikiqat olar. Lakin, elmi əhliyyətə sahib olmadan hökm və ya fətva verərsə - daha öncə qeyd edildiyi kimi - günahkar olar."

Qaynaq: İbn Həcər: Fəthul Bari: 17/241
Riyad: Daru Teybə: 1426/2005
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:43 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muslimin Səhihini şərh edən Maliki alim Əbul Abbas Əl Qurtubi (578-656 h/1182-1258 m) bu hədisin şərhində, cahilin hökm çıxarmağa çalışmasını uca Allaha iftira atmaq sayır:

وأعظمُ فوائدِ هذا الحديث : أن الحاكمَ لا بدَّ أن يكون مِن أهل الاجتهاد ، فإذا اجتهَد وحكَم فلا بدَّ له من الأجر ؛ فإمَّا ضعفان مع الإصابة ، وإمَّا ضعفٌ واحدٌ مع الخطأ

فأمَّا لو كان جاهلاً ، أو مقصِّراً في اجتهاده فهو عاصٍ آثمٌ في كلِّ ما يحكُم به
أمَّا الجاهل : فلعدم أهليته. وأمَّا المقصِّر : فلعدم استيفاء شرطه . وكلاهما حكمٌ بغير حكمِ الله ، بل بالباطل ، والاختلاق على الله

"Bu hədisdən çıxan ən önəmli prinsip budur: Hakimin ictihad əhli olması qaçınılmazdır. İctihad edib hökm verərsə mütləq savab alar.
Doğru hökmə vardığı zaman iki, xəta etdiyi zaman bir savab alar.

Cahil və "yarım müctəhidə" gəlincə, o verdiyi bütün hökmlərdə asi və günahkardır.
Bunun səbəbi, cahilin ictihad əhliyyətinə sahib olmaması, "yarım müctəhid"in isə ictihad şərtlərinin hamısını toplamamış olmasıdır.
Həm cahilin, həm "yarım müctəhid"in verdiyi hökm Allahın hökmündən qeyri hökmdür! Batildir! Allaha iftira atmaqdır!"

Qaynaq: Əbul Abbas Əl Qurtubi: Əl Mufhim: 5/168
Daru İbni Kəsir: 1417/1996

 
Forum » İslam » Hədis » İCTİHAD VƏ SAVAB ƏLAQƏSİ, CAHİLİN İCTİHADINA SAVAB VARMI? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru