[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » ÜMMƏTİN İXTİLAFI RƏHMƏTDİR!, HƏDİS BARƏDƏ MÜZAKİRƏLƏR (BiSMILLAH)
ÜMMƏTİN İXTİLAFI RƏHMƏTDİR!, HƏDİS BARƏDƏ MÜZAKİRƏLƏR
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:03 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



Ətrafımızdakı müsəlmanlarda müşahidə etdiyim bir xüsusiyyət vardır ki, müsəlmanların arasındakı münasibətə zərər gətirir. Bəlkə də çoxlarımız bu xüsusiyyəti görmüşdür, lakin xüsusi diqqət etməmişdir. Günümüzün müsəlmanı fərqli düşüncələrə və ixtilaflı məsələlərə səbrsiz yanaşır. Onlar özlərindən fərqli düşünən müsəlman camaatlarına qarşı sərt və dözümsüz bir münasibət göstərirlər. Bu isə şübhəsiz ki, mənfi nəticələrə gətirib çıxarır.
Ümmətin ixtilafı rəhmətdirmi? Burada açdığımız müzakirə hədislə əlaqədar olduğu üçün bunu hədis bölməsində yerləşdirməyə qərar verdim. Hədis haqqında alimlərin sözlərini və hədisin mənasının nə qədər həqiqətə uyğun olub olmadığını müzakirə edəcəyik.

Bu məsələdə zamanımızda məşhur olan görüş hədis alimi Şeyx Muhamməd Nasir əd-Din əl-Albaniyə - rahiməhullah - aiddir. Şeyx - rahiməhullah - bunu "Sifətu Salətin-Nəbi" kitabında qeyd edir və deyir:
ولكننا لا نكاد نسمع أحدا من المشايخ المقلدين يأمر بذلك بل نجدهم يقرون الاختلاف ويزعمون أنها توسعة على الأمة ويحتجون على ذلك بحديث - طالما كرروه في مثل هذه المناسبة رادين به على أنصار السنة - : ( اختلاف أمتي رحمة ) فيبدو لنا أن هذا الحديث يخالف المنهج الذي تدعو إليه وألفت كتابك هذا وغيره عليه فما قولك في هذا الحديث ؟
والجواب من وجهين :
الأول : أن الحديث لا يصح بل هو باطل لا أصل له قال العلامة السبكي :
( لم أقف له على سند صحيح ولا ضعيف ولا موضوع ) .
قلت : وإنما روي بلفظ :
( . . . اختلاف أصحابي لكم رحمة ) .
و( أصحابي كالنجوم فبأيهم اقتديتم اهتديتم ) .
وكلاهما لا يصح : الأول واه جدا والآخر موضوع وقد حققت القول في ذلك كله في ( سلسلة الأحاديث الضعيفة والموضوعة ) .
الثاني : أن الحديث مع ضعفه مخالف للقرآن الكريم فإن الآيات الواردة فيه - في النهي عن الاختلاف في الدين والأمر بالاتفاق فيه - أشهر من أن تذكر ولكن لا بأس من أن نسوق بعضها على سبيل المثال قال تعالى : ولا تنازعوا فتفشلوا وتذهب ريحكم [ الأنفال 46 ] . وقال : ولا تكونوا من المشركين من الذين فرقوا دينهم وكانوا شيعا كل حزب بما لديهم فرحون [ الروم 31 - 32 ] . وقال : ولا يزالون مختلفين . إلا من رحم ربك [ هود 118 - 119 ] فإذا كان من رحم ربك لا يختلفون وإنما يختلف أهل الباطل فكيف يعقل أن يكون الاختلاف رحمة ؟
فثبت أن هذا الحديث لا يصح لا سندا ولا متنا وحينئذ يتبين بوضوح أنه لا يجوز اتخاذه شبهة للتوقف عن العمل بالكتاب والسنة الذي أمر به الأئمة .

“Lakin biz hələ də təqlidçi şeyxlərin heç birindən bunu eşitmirik, əksinə onlar ixtilafı qəbul edirlər və iddia edirlər ki, bu, ümmət üçün genişlik və rahatlıqdır. Bunun üçün isə belə bir münasibətdə sünnət tərəfdarlarını rədd etmək üçün rəvayət olunan bir hədisi dəlil gətirirlər: “Ümmətimin ixtilafı rəhmətdir.” Bizə görünür ki, bu hədis sizin insanları dəvət etdiyiniz və bu və digər kitablarınızı yazdığınız mənhəcə müxalifdir. Bu barədə fikriniz nədir?
Bunun cavabı iki yöndəndir:
Birinci: Hədis səhih deyildir, lakin batildir və heç bir əsli yoxdur. əl-Alləmə əs-Subki deyir: “Onun nə səhih, nə zəif, nə də uydurma sənədi yoxdur.”
Biz də deyirik ki, bu hədis bir çox ləfz ilə rəvayət olunmuşdur: “Səhabələrimin ixtilafı sizin üçün rəhmətdir...” və “Səhabələrim ulduzlar kimidir, onlardan hansının yoli ilə getsəniz hidayəti taparsız.”
Bunların hər ikisi də səhih deyildir. Birinci hədis çox zəifdir, digəri isə uydurmadır. Bütün bunlar haqqında “Silsilə əl-Əhədis əd-Daifə val-Məvdua” kitabında (rəq: 58, 59, 61) ətraflı araşdırma etmişəm.
İkinci: Hədis zəif olmaqla bərabər Qurani Kərimə müxalifdir. İxtilafı nəhy edən və ittifaqı əmr edən ayalər o qədər məşhurdur ki, zikr olunmasa da məlumdur. Lakin onlardan bəzilərini misal xatirinə gətirməkdə bir bəis yoxdur. Allahu Təalə deyir: “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiz.” (əl-Ənfal, 46) Yenə buyurdu: “Öz dinini parçalayıb firqə-firqə olmuş və hər birinin öz dininə sevindiyi müşriklərdən olmayın!” (ər-Rum, 31-32) Allah deyir: “Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır...” (Hud, 118-119) Əgər ixtilaf etməməkləri Rəbbinin rəhmətindəndirsə və yalnız batil etiqad sahibləri ixtilaf edərlərsə, o zaman ixtilafın rəhmət olduğunu necə ağla gətirmək olar?!
Sübut olunmuşdur ki, bu hədis nə sənəd, nə də məth etibarı ilə səhih deyildir, o zaman açıq-aydın bəlli olur ki, imamların əmr etdiyi kmi Kitab və Sünnətə əmək etməkdə təvəqqüf edib şübhəyə dayanmaq caiz deyildir.
"Sifətu Salətin-Nəbi", səh: 58-60
Məktəbə əl-Məarif, Riyad

Bu barədə Şeyx əl-Albaninin sözlərini daha əhatəli oxumaq istəyənlər onun kitabına müraciət etsinlər. Kitab azərbaycan türkçəsinə tərcümə olunmuşdur.
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:04 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
[b]Allahın izni ilə burada hədislə əlaqədar bəzi məsələləri müzakirə edəcəyik. Hədisin əsli varmı? Hədisin mənası doğrudurmu?
Yuxarıda Şeyx əl-Albaninin - rahiməhullah - fikrini nəql etdik və indi məsələnin digər tərəflərinə nəzər salaq!

əl-Hafiz Şəms əd-Din əs-Saxavi (doğ. hicri 831/miladi 1428 - öl. hicri 902/miladi 1497) - rahiməhullah - deyir:
وقد قرأت بخط شيخنا إنه يعني هذا الحديث حديث مشهور على الألسنة وقد أورده ابن الحاجب في المختصر في مباحث القياس بلفظ ( اختلاف أمتي رحمة للناس ) وكثر السؤال عنه وزعم كثير من الأئمة أنه لا أصل له لكن ذكره الخطابي في غريب الحديث مستطردا وقال اعترض على هذا الحديث رجلان أحدهما ماجن والآخر ملحد وهما إسحاق الموصلي وعمرو بن بحر الجاحظ وقالا جميعا لو كان الاختلاف رحمة لكان الاتفاق عذابا ثم تشاغل الخطابي برد هذا الكلام ولم يقع في كلامه شفاء في عزو الحديث ولكنه أشعر بأن له أصلا عنده ثم ذكر شيخنا شيئا مما تقدم في عزوه

"Şeyximizin (İbn Hacərin) öz xətti ilə oxudum ki, bu hədis insanların dilində məşhur olan bir hədisdir. Bunu İbn əl-Hacib qiyas müzakirələri haqqında "əl-Müxtəsər"də bu ləfz ilə rəvayət etmişdir: "Ümmətimin ixtilafı insanlar üçün rəhmətdir." Bu hədis ətrafında suallar çoxaldı və imamlardan çoxu iddia etdi ki, bunun heç bir əsli yoxdur. Lakin əl-Xattabi bunu "Ğarib əl-Hədis"də zikr edərək mövzunun davamında deyir: Bu hədisə iki nəfər etiraz etmişdir, onlardan biri əxlaqsızdır, digəri də mulhiddir. Bu ikisi İshaq əl-Məvsili və Amr bin Bəhr əl-Cahizdir. Onların hər ikisi də demişdir ki, əgər ixtilaf rahmətdirsə, gərək ittifaq əzab olsun. Sonra əl-Xattabi bu fikri rədd etməklə məşğul olur, hədisin qaynağını isbat etməkdə isə bir çixiş yolu göstərmir. Lakin anlaşılır ki, ona görə hədisin əsli vardır. Sonra şeyximiz daha əvvəl qaynağı barədə təqdim etdiyimiz bəzi şeyləri zikr etmişdir."
"əl-Məqasid əl-Həsənə fi Bəyən Kəsir min əl-Əhədis əl-Muştəhirə aləl-Əlsinə", 1/70
Dar əl-Kitəb əl-Arabi

[/b]
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:05 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əl-Hafiz İbn Abdilbərr - rahiməhullah - deyir:
قال ابن القاسم : ( سمعت مالكا وليثا يقولان في اختلاف أصحاب رسول الله صلى الله عليه وسلم : ليس كما قال ناس : ( فيه توسعة ) ليس كذلك إنما هو خطأ وصواب )

"İbn əl-Qasim dedi: "Maliki və Leysi Allahın Elçisinin - salləllahu aleyhi va səlləm - əshabının ixtilafı barədə belə deyərkən eşitdim: "İnsanların "bunda genişlik vardır" dedikləri kimi deyildir, həqiqətdə onlardan biri xəta, digəri isə doğrudur."
"Cəmi Bəyən əl-İlm", 2/81 və 82

İbn Abdilbərr yenə nəql edir:
وقال أشهب :
( سئل مالك عمن أخذ بحديث حدثه ثقة عن أصحاب رسول الله صلى الله عليه وسلم أتراه من ذلك في سعة ؟ فقال : لا والله حتى يصيب الحق ما الحق إلا واحد قولان مختلفان يكونان صوابا جميعا ؟ ما الحق والصواب إلا واحد )

"Əşhab dedi: "Malikdən Allahın Elçisinin - salləllahu aleyhi va səlləm - səhabələrindən siqa birinin rəvayət etdiyi hədisi götürən biri haqqında soruşdular: "Bunda bir genişliyin olduğunu düşünürsənmi?" Dedi: "Xeyr, Allaha and olsun ki, haqqa isabət etməyənə qədər olmaz. Yalnız bir fikir doğrudur. İki fərqli görüşün ikisi də birlikdə doğru ola bilərmi? Yalnız biri haqq və doğru ola bilər."
"Cəmi Bəyan əl-İlm", 2/82 və 88 və 89

Bu və İmam əl-Müzəni, İbn Abdilbərr kimi alimlərdən gətirilən bəzi sözlər Şeyx əl-Albaninin bu məsələdəki fikri üçün müraciət etdiyi alimlərin fikirləridir. Onu da qeyd edim ki, bizim azərbaycan türkçəsinə edilmiş tərcümədə çox ciddi xətalar mövcuddur. Məsələn, kitabın tərcüməsində 35-ci səhifədə həqiqətdə Şeyx əl-Albaniyə aid olan sözlər, İbn Kəsirin sözləri kimi qələmə verilmişdir. Bu isə oxuyucunu aldadır. Hələ indiyə qədər də bu xətalar azərbaycan türkçəsindəki tərcümələrdə qalmaqdadır.
Xülasə olaraq deyirik ki, İmam Malikdən nəql olunan sözlər digər imamların da üzərində razılaşdığı sözlərdir. Lakin bunun izahı bizim sözümüzü tamamilə nəfy edəcək bir izah deyildir. Hər kəsə məlumdur ki, istər səhabələr, istər tabiin və ətbəut-tabiin və ondan sonra gələn imamların ixtilafında yalnız bir doğru görüş və bir xətalı görüş ola bilər. Bunu heç kəs inkar etmir. Lakin onu da bilmək lazımdır ki, İmam Malikin və digərlərinin sözləri hər növ ixtilafa aid deyildir. Çünki fiqhdəki furu məsələlərin çoxu alimlər arasında ixtilaflıdır və bu ixtilafların çoxu şəri dəlillər üzərində qurulmuşdur. Heç bir alim bu ixtilaflı məsələlərdə qəti dəlillərlə nəyin doğru olduğunu və nəyinsə xətalı olduğunu söyləyə bilməz. Hansısa hədis bir alimə görə zəif olduğu halda, digər alimə görə həsən ola bilər. Hansısa hədisin birdən çox təvili ola bilər. Hansısa alimə görə bir hədis nəsx olunmuş ola bilər, digərinə görə isə hələ də möhkəm ola bilər. Fiqhin furu məsələlərində bu şəkildə ixtilaflarda heç kəs qətiyyətlə hansı görüşün doğru olduğunu, hansının isə xətalı olduğunu söyləyə bilməz. Ona görə də bu növ ixtilaflar rəhmətdir və bu növ ixtilaflarda ümmət üçün rahatlıq və genişlik vardır.
Lakin bəzi alimlərimizin cinsindən və növündən fərqli olaraq hər bir ixtilafı zəmm edilmiş sayır və hər bir ixtilafda əziyyət olduğunu deyir. Şeyx əl-Albani də bu alimlərdən biridir. Daha əvvəlki alimlərdən bu görüşü şiddətlə müdafiə edənlər içində zahiri alimi İbn Həzm seçilir. İbn Həzm əl-Əndəlusi - rahiməhullah - deyir:
و هذا من أفسد قول يكون ، لأنه لو كان الاختلاف رحمة لكان الاتفاق سخطا ، و هذا ما لا يقوله مسلم ، لأنه ليس إلا اتفاق أو اختلاف ، و ليس إلا رحمة أو سخط .

"Bu, ola biləcək ən fəsadlı sözdür, çünki əgər ixtilaf rəhmət olsaydı, ittifaq qəzəb olardı. Bu, bir müsəlmanın söyləyə biləcəyi bir söz deyildir. Çünki ittifaq və ya ixtilaf ya rahmətdir, ya da qəzəbdir."
"əl-İhkəm fi Usul əl-Əhkəm", 5/64

Ona görə də bu məsələ çoxları üçün bir tərəfli görünür. Onlar arasında məşhur olan Şeyx əl-Albaninin görüşü olmuşdur. Bu üzdən məsələnin digər tərəfini təqdim etməyi uyğun görürük. Tövfiq Allahdandır!
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:06 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yuxarıda İbn Həzmin sözünü təqdim etdik. İbn Həzmə görə bir şeyi rəhmət olması, onun əksinin qəzəb olması anlamına gəlir. Lakin belə bir düşüncə tərzi xətalıdır. Bir çox alim bu fikri rədd etmişdir.
əl-Alləmə Yəhya bin Şərəf ən-Nəvəvi - rahiməhullah - deyir:
قَالَ الْخَطَّابِيُّ : وَقَدْ رُوِيَ عَنْ النَّبِيّ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : " اِخْتِلَاف أُمَّتِي رَحْمَة " فَاسْتَصْوَبَ عُمَر مَا قَالَهُ , وَقَدْ اِعْتَرَضَ عَلَى حَدِيث : اِخْتِلَاف أُمَّتِي رَحْمَة " رَجُلَانِ : أَحَدهمَا مَغْمُوض عَلَيْهِ فِي دِينه , وَهُوَ عُمَر بْن بَحْر الْجَاحِظ , وَالْآخَر مَعْرُوف بِالسُّخْفِ وَالْخَلَاعَة , وَهُوَ إِسْحَاق بْن إِبْرَاهِيم الْمَوْصِلِيّ ; فَإِنَّهُ لَمَّا وَضَعَ كِتَابه فِي الْأَغَانِي , وَأَمْكَنَ فِي تِلْكَ الْأَبَاطِيل لَمْ يَرْضَ بِمَا تَزَوَّدَ مِنْ إِثْمهَا حَتَّى صَدَّرَ كِتَابه بِذَمِّ أَصْحَاب الْحَدِيث , وَزَعَمَ أَنَّهُمْ يَرْوُونَ مَا لَا يَدْرُونَ , وَقَالَ هُوَ وَالْجَاحِظ : لَوْ كَانَ الِاخْتِلَاف رَحْمَة لَكَانَ الِاتِّفَاق عَذَابًا , ثُمَّ زَعَمَ أَنَّهُ إِنَّمَا كَانَ اِخْتِلَاف الْأُمَّة رَحْمَة فِي زَمَن النَّبِيّ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ خَاصَّة ; فَإِذَا اِخْتَلَفُوا سَأَلُوهُ , فَبَيَّنَ لَهُمْ . ‏
‏وَالْجَوَاب عَنْ هَذَا الِاعْتِرَاض الْفَاسِد : أَنَّهُ لَا يَلْزَم مِنْ كَوْن الشَّيْء رَحْمَة أَنْ يَكُون ضِدّه عَذَابًا , وَلَا يَلْتَزِم هَذَا وَيَذْكُرهُ إِلَّا جَاهِل أَوْ مُتَجَاهِل . وَقَدْ قَالَ اللَّه تَعَالَى : { وَمِنْ رَحْمَته جَعَلَ لَكُمْ اللَّيْل وَالنَّهَار لِتَسْكُنُوا فِيهِ } فَسَمَّى اللَّيْل رَحْمَة , وَلَمْ يَلْزَم مِنْ ذَلِكَ أَنْ يَكُون النَّهَار عَذَابًا , وَهُوَ ظَاهِر لَا شَكَّ فِيهِ . قَالَ الْخَطَّابِيُّ : وَالِاخْتِلَاف فِي الدِّين ثَلَاثَة أَقْسَام : أَحَدهَا : فِي إِثْبَات الصَّانِع وَوَحْدَانِيّته , وَإِنْكَار ذَلِكَ كُفْر . ‏
‏وَالثَّانِي : فِي صِفَاته وَمَشِيئَته , وَإِنْكَارهَا بِدْعَة . ‏
‏وَالثَّالِث فِي أَحْكَام الْفُرُوع الْمُحْتَمَلَة وُجُوهًا , فَهَذَا جَعَلَهُ اللَّه تَعَالَى رَحْمَة وَكَرَامَة لِلْعُلَمَاءِ , وَهُوَ الْمُرَاد بِحَدِيثِ : اِخْتِلَاف أُمَّتِي رَحْمَة , هَذَا آخِر كَلَام الْخَطَّابِيّ - رَحِمَهُ اللَّه -

"əl-Xattabi dedi: peyğəmbərdən - salləllahu aleyhi va səlləm - onun belə dediyi rəvayət olunmuşdur: "Ümmətimin ixtilafı rəhmətdir!" Ömər də onun sözünü doğrulamışdır. "Ümmətimin ixtilafı rəhmətdir" hədisinə iki nəfər etiraz etmişdir. Onlardan birinin dini bilinmir və o, Amr bin Bəhr əl-Cəhizdir, digəri isə axmaqlığı və əxlaqsızlığı ilə tanınır və o, İshaq bin İbrahim əl-Məvsilidir." O, musiqi haqqındakı kitabını yazıb bu batil şeylərə imkan yaratdıqda, bununla qazandığı bütün bu günahları ilə kifayətlənmədi, üstəlik kitabında hədis əhlini zəmm eti və onların nə rəvayət etdiklərini bilmədiklərini iddia etdi. O, və əl-Cəhiz dedi: "Əgər ixtilaf rəhmət olsaydı, ittifaq əzab olardı." Sonra iddia etdilər ki, ixtilaf yalnız peyğəmbərin - salləllahu aleyhi va səlləm - zamanına xas olaraq ümmətin rəhməti idi, ixtilaf etdikdə soruşardılar və onlara izah edərdi. Bu fasid etiraza cavab budur ki, bir şeyi rəhmət olması onun ziddinin əzab olmasını tələb etməz. Bundan belə bir məna çıxmaz və belə bir şeyi ya cahillər, ya da özlərini cahil yerinə qoymuş kəslər deyər. Allahu Təalə demişdir: "O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz..." Gecəni rəhmət adlandırdı və buradan gündüzün əzab olması anlamı çıxmaz. Bu aşkardır və bunda heç bir şübhə yoxdur. əl-Xattabi dedi: "Dindəki ixtilaf üç qismdir. Birinci: Allahın isbatı və onun vahdaniyyəti və bunu inkar etmək küfrdür. İkinci: Allahın sifəti və məşiyyəti haqqında, bunları inkar etmək bidətdir. Üçüncü isə furudakı əhkamlarda və fərqli görüşlərdədir və Allahu Təalə bu qismi alimlər üçün rəhmət və kəramət etmişdir. "Ümmətimin ixtilafı rəhmətdir" hədisində qəsd olunan da budur." əl-Xattabinin - rahiməhullah - sözü burada bitir."
"əl-Minhəc Şərh Sahih Muslim bin əl-Həccəc", 11/91-92
hicri 1349/miladi 1930

Gördüyümüz kimi alimlər hər ixtilafı bura aid etmirlər, lakin furu məsələlərdəki əhkamlarda mövcud ixtilafı ümmət üçün rəhmət sayırlar.

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:06 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah - deyir:
وَالنِّزَاعُ فِي الْأَحْكَامِ قَدْ يَكُونُ رَحْمَةً إذَا لَمْ يُفْضِ إلَى شَرٍّ عَظِيمٍ مِنْ خَفَاءِ الْحُكْمِ ; وَلِهَذَا صَنَّفَ رَجُلٌ كِتَابًا سَمَّاهُ " كِتَابُ الِاخْتِلَافِ " فَقَالَ أَحْمَد : سَمِّهِ " كِتَابَ السِّعَةِ " وَإِنَّ الْحَقَّ فِي نَفْسِ الْأَمْرِ وَاحِدٌ وَقَدْ يَكُونُ مِنْ رَحْمَةِ اللَّهِ بِبَعْضِ النَّاسِ خَفَاؤُهُ لِمَا فِي ظُهُورِهِ مِنْ الشِّدَّةِ عَلَيْهِ وَيَكُونُ مِنْ بَابِ قَوْله تَعَالَى { لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ } . وَهَكَذَا مَا يُوجَدُ فِي الْأَسْوَاقِ مِنْ الطَّعَامِ وَالثِّيَابِ قَدْ يَكُونُ فِي نَفْسِ الْأَمْرِ مَغْصُوبًا فَإِذَا لَمْ يَعْلَمُ الْإِنْسَان بِذَلِكَ كَانَ كُلُّهُ لَهُ حَلَالًا لَا إثْمَ عَلَيْهِ فِيهِ بِحَالِ ; بِخِلَافِ مَا إذَا عَلِمَ فَخَفَاءُ الْعِلْمِ بِمَا يُوجِبُ الشِّدَّةَ قَدْ يَكُونُ رَحْمَةً كَمَا أَنَّ خَفَاءَ الْعِلْمِ بِمَا يُوجِبُ الرُّخْصَةَ قَدْ يَكُونُ عُقُوبَةً كَمَا أَنَّ رَفْعَ الشَّكِّ قَدْ يَكُونُ رَحْمَةً وَقَدْ يَكُونُ عُقُوبَةً . وَالرُّخْصَةُ رَحْمَةٌ وَقَدْ يَكُونُ مَكْرُوهُ النَّفْسِ أَنْفَعَ كَمَا فِي الْجِهَادِ : { وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ } .

"Əgər hükmün gizli qalmasından da böyük bir şərrə səbəb olmazsa, əhkamlarda ixtilaf etmək bəzən rəhmət olur. Buna görə də bir nəfər bir kitab yazıb adını "Kitəb əl-İxtiləf" (ixtilaflar Kitabı) qoyduqda, Əhməd ona demişdir: "Onun adını "Kitəb əs-Səa" (Rahatlıqlar Kitabı) qoy!" Eyni zamanda haqq yalnız bir dənədir və Allahın bunu gizlətməsi bəzi insanlar üçün rəhmət ola bilər, çünki haqqın zühur etməsində onların üzərinə şiddət/ağırlıq ola bilər. Bununla da bu, Allahu Təalənin bu sözlərindəki mənaya daxil olur: "Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. " (əl-Maidə, 101) Eyni şəkildə bazarlarda yeməklərdə və geyimlərdə bir arada qəsb yolu ilə ələ keçirilmiş mallar ola bilər və əgər insan bunu bilməzsə, o malların hamısı onun üçün halal olar və heç bir şəkildə onun üzərinə bir günah düşməz. Lakin (oradakı qəsb olunmuş malları) bilməsi isə fərqlidir. Asanlıq tələb edən bir elmin gizli saxlanılmasında cəza ola biləcəyi kimi, çətinlik tələb edən bir elmin gizli qalmasında isə rəhmət ola bilər. Necəki əgər bir şəkk aradan qalxarsa həm rəhmət, həm də cəza ola bilər. Rüxsət isə Allahın rəhmətidir. Bəzən insanın nəfsinin xoşlamadığı şey onun üçün daha faydalı ola bilər, məsələn cihaddakı kimi: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər." (əl-Bəqara, 216)"
"Məcmu əl-Fətava", 14/159

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:07 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərində İmam Zeyn ən-Din əl-Munəvi - rahiməhullah - əs-Suyutinin "əl-Cami əs-Sağir" kitabına şərh yazarkən bu hədis barədə çox nəfis və faydalı şərh vermişdir. İmam əl-Munəvi deyir:
(‏اختلاف‏ افتعال من الخلف وهو ما يقع من افتراق بعد اجتماع في أمر من الأمور ذكره الحراني ‏(‏أمتي‏)‏ أي مجتهدي أمتي في الفروع التي يسوغ الاجتهاد فيها فالكلام في الاجتهاد في الأحكام كما في تفسير القاضي قال‏:‏ فالنهي مخصوص بالتفرق في الأصول لا الفروع انتهى‏.‏ قال السبكي‏:‏ ولا شك أن الاختلاف في الأصول ضلال وسبب كل فساد كما أشار إليه القرآن وأما ما ذهب إليه جمع من أن المراد الاختلاف في الحرف والصنائع فرده السبكي بأنه كان المناسب على هذا أن يقال اختلاف الناس رحمة إذ لا خصوص للأمة بذلك فإن كل الأمم مختلفون في الحرف والصنائع فلا بد من خصوصية قال‏:‏ وما ذكره إمام الحرمين في النهاية كالحليمي من أن المراد اختلافهم في المناصب والدرجات والمراتب فلا ينساق الذهن من لفظ الاختلاف إليه ‏(‏رحمة‏)‏ للناس كذا هو ثابت في رواية من عزى المصنف الحديث إليه فسقطت اللفظة منه سهواً أي اختلافهم توسعة على الناس بجعل المذاهب كشرائع متعددة بعث النبي صلى الله عليه وسلم بكلها لئلا تضيق بهم الأمور من إضافة الحق الذي فرضه الله تعالى على المجتهدين دون غيرهم ولم يكلفوا ما لا طاقة لهم به توسعة في شريعتهم السمحة السهلة فاختلاف المذاهب نعمة كبيرة وفضيلة جسيمة خصت بها هذه الأمة فالمذاهب التي استنبطها أصحابه فمن بعدهم من أقواله وأفعاله على تنوعها كشرائع متعددة له وقد وعد بوقوع ذلك فوقع وهو من معجزاته صلى الله عليه وسلم أما الاجتهاد في العقائد فضلال ووبال كما تقرر والحق ما عليه أهل السنة والجماعة فقط فالحديث إنما هو في الاختلاف في الأحكام، ورحمة نكرة في سياق الإثبات لا تقتضي عموماً فيكفي في صحته أن يحصل في الاختلاف رحمة ما في وقت ما في حال ما على وجه ما‏.‏ وأخرج البيهقي في المدخل عن القاسم بن محمد أو عمر بن عبد العزيز لا يسرني أن أصحاب محمد لم يختلفوا لأنهم لو لم يختلفوا لم تكن رخصة ويدل لذلك ما رواه البيهقي من حديث ابن عباس مرفوعاً أصحابي بمنزلة النجوم في السماء فبأيهم اقتديتم اهتديتم واختلاف أصحابي لكم رحمة قال السمهودي‏:‏ واختلاف الصحابة في فتيا اختلاف الأمة وما روي من أن مالكاً لما أراده الرشيد على الذهاب معه إلى العراق وأن يحمل الناس ‏على الموطأ كما حمل عثمان الناس على القرآن‏.‏ فقال مالك‏:‏ أما حمل الناس على الموطأ فلا سبيل إليه لأن الصحابة رضي الله تعالى عنهم افترقوا بعد موته صلى الله عليه وسلم في الأمصار فحدثوا فعند أهل كل مصر علم وقد قال صلى الله عليه وسلم اختلاف أمتي رحمة كالصريح في أن المراد الاختلاف في الأحكام كما نقله ابن الصلاح عن مالك من أنه قال في اختلاف أصحاب رسول الله صلى الله عليه وسلم مخطئ ومصيب فعليك الاجتهاد قال وليس كما قال ناس فيه توسعة على الأمة بالاجتهاد إنما هو بالنسبة إلى المجتهد لقوله فعليك بالاجتهاد فالمجتهد مكلف بما أدّاه إليه اجتهاده فلا توسعة عليه في اختلافهم وإنما التوسعة على المقلد فقول الحديث اختلاف أمتي رحمة للناس أي لمقلديهم ومساق قول مالك مخطئ ومصيب إلخ إنما هو الرد على من قال من كان أهلاً للاجتهاد له تقليد الصحابة دون غيرهم وفي العقائد لابن قدامة الحنبلي أن اختلاف الأئمة رحمة واتفاقهم حجة انتهى‏.‏
‏[‏فإن قلت‏]‏ هذا كله لا يجامع نهى الله تعالى عن الاختلاف بقوله تعالى ‏{‏واعتصموا بحبل الله جميعاً ولا تفرقوا‏}‏ وقوله تعالى ‏{‏ولا تكونوا كالذين تفرقوا واختلفوا من بعد ما جاءهم البينات‏}‏ الآية ‏[‏قلت‏]‏ هذه دسيسة ظهرت من بعض من في قلبه مرض وقد قام بأعباء الرد عليه جمع جم منهم ابن العربي وغيره بما منه أنه سبحانه وتعالى إنما ذمّ كثرة الاختلاف على الرسل كفاحاً كما دل عليه خبر إنما أهلك الذين من قبلكم كثرة اختلافهم على أنبيائهم وأما هذه الأمة فمعاذ الله تعالى أن يدخل فيها أحد من العلماء المختلفين لأنه أوعد الذين اختلفوا بعذاب عظيم والمعترض موافق على أن اختلاف هذه الأمة في الفروع مغفور لمن أخطأ منهم فتعين أن الآية فيمن اختلف على الأنبياء فلا تعارض بينها وبين الحديث وفيه رد على المتعصبين لبعض الأئمة على بعض وقد عمت به البلوى وعظم به الخطب قال الذهبي‏:‏ وبين الأئمة اختلاف كبير في الفروع وبعض الأصول وللقليل منهم غلطات وزلقات ومفردات منكرة وإنما أمرنا باتباع أكثرهم صواباً ونجزم بأن غرضهم ليس إلا اتباع الكتاب والسنة وكلما خالفوا فيه لقياس أو تأويل قال وإذا رأيت فقيهاً خالف حديثاً أو ردّ حديثاً أو حرّف معناه فلا تبادر لتغليطه فقد قال علي كرم الله وجهه لمن قال له أتظن أن طلحة والزبير كانا على باطل يا هذا إنه ملبوس عليك إن الحق لا يعرف بالرجال اعرف الحق تعرف أهله وما زال الاختلاف بين الأئمة واقعاً في الفروع وبعض الأصول مع اتفاق الكل على تعظيم الباري جل جلاله وأنه ليس كمثله شيء وأن ما شرعه رسوله حق وأن كتابهم واحد ونبيهم واحد وقبلتهم واحدة وإنما وضعت المناظرة لكشف الحق وإفادة العالم الاذكى العلم لمن دونه وتنبيه الأغفل الأضعف فإن داخلها زهو من الأكمل وانكسار من الأصغر فذاك دأب النفوس الزكية في بعض الأحيان غفلة عن الله فما الظنّ بالنفوس الشريرة المنطفية انتهى‏.‏

“ “İxtilaf” sonradan bölünməkdir və bu, hər hansı bir məsələdə birləşdikdən sonra parçalanmaqdır. Bunu əl-Harrani zikr etmişdir. “Ümmətim”, yəni ümmətimin müctəhidləri; ictihadın caiz olduğu furu məsələlərində (ixtilaf). Əhkam məsələlərində ixtilafın izahı əl-Qadinin təfsirindəki kimidir. Dedi: “Qadağa, furu məsələlərində deyil, üsul məsələlərində ixtilaf etməyə məxsusdur.” əs-Subki dedi: “Heç şübhəsiz ki, üsulda ixtilaf etmək Quranın işarə etdiyi kimi zəlalətdir və bütün fəsadların səbəbidir.” Lakin bir qrup alimin ixtilaf ilə qəsd olunanın insanların sənət və məşğuliyyətlərindəki ixtilaf olmasını söyləməklərinə gəldikdə isə, əs-Subki bunu rədd etmişdir. Çünki o zaman “insanların ixtilafı rahmətdir” demək daha münasib olardı, çünki bu məsələdə bizim ümmətə xas bir özəllik yoxdur, əksinə bütün ümmətlər sənət və məşğuliyyətlərində fərqlidirlər. Amma (hədisə əsasən) burada bizim ümmətə xas bir özəlliyin olması lazımdır. Dedi: İmam əl-Harameynin “ən-Nihayə” kitabında - əl-Həlimi kimi - dediyi budur ki, onların ixtilafları cəmiyyətdə sahib olduqları məqamlar, dərəcələr və mərtəbələrdədir, ağıl isə ixtilaf sözünü insanlara rəhmət olmaqla əlaqələndirmir. Müəllifin (əs-Suyutinin) hədisi istinad etdiyi yerdəki rəvayət də bu şəkildədir, lakin bu ləfzi düşmüşdür. Yəni onların (alimlərin) ixtilafı insanlar üçün genişlikdir, beləki məzhəbləri bir-neçə şəriət halına salaraq peyğəmbəri – salləllahu aleyhi va səlləm – onların hamısı ilə göndərmişdir ki, haqqın artıq olması ilə işlərdə darlıq olmasın və bu haqqı Allahu Təalə başqalarına deyil, yalnız müctəhidlərə fərz buyurmuşdur. Güzəştli və asan şəriətlərində bir rahatlıq olaraq güc yetirməyənləri bununla mükəlləf tutmamışdır. Beləliklə məzhəblərin ixtilafı böyük nemətdir və həqiqi bir fəzilətdir və bu ümmət bu xüsusiyyəti ilə seçilmişdir. Əshabının və ondan sonra gələn alimlərin sözləri və felləri ilə bir-birindən fərqli olaraq qurulmuş bu məzhəblər çox saylı şəriətlər kimidir. Bunun baş verəcəyini (peyğəmbər) vəd etmişdir və bu, həqiqətən baş vermişdir. Bu, onun – salləllahu aleyhi va səlləm – möcüzələrindəndir. Əqidə məsələlərində ictihad isə zəlalət və şərrdir. Haqq, yalnız əhli-sünnət vəl-camaatın üzərində olduğu görüşdür. Hədis isə əhkamlardakı ixtilafa aiddir. “Rəhmət” sözü isbat mənasında qeyri-müəyyən halda gəlmişdir, bu isə mütləq olaraq mənanın ümumi anlamda olmasını tələb etməz. İxtilafdan hər hansı bir vaxtda, hər hansı bir halda, hər hansı bir şəkildə bir rəhmətin hasil olması, bu sözün səhihliyi üçün kifayət edər. əl-Beyhəqi “əl-Mədxal” kitabında əl-Qasim bin Muhammədin ya da Ömər bin Abdulazizin belə dediyini təxric etmişdir: “Muhammədin əshabının ixtilaf etməməsi mənə xoş gəlməzdi, çünki əgər onlar ixtilaf etməsəydilər bizə bir rüxsət olmazdı.” Bu sözə əl-Beyhəqinin İbn Abbasın hədisindən mərfu olaraq ediyi rəvayəti dəlalət edir: “Səhabələrim səmadakı ulduzlar kimidir, onlardan hansına tabe olsanız hidayət taparsız və səhabələrimin ixtilafı sizin üçün rəhmətdir.” əs-Səmhudi dedi: “Səhabələrin fətvalarında ixtilaf etməsi ümmətin ixtilafıdır.” Eləcədə rəvayət olunduğu kimi, xəlifə ər-Raşid İmam Malikin onunla bilrikdə İraqa getməsini və Osmanın zamanında insanların bir Quran üzərində birləşdirildiyi kimi insanları “əl-Muvatta” üzərində birləşdirmək istədikdə Malik dedi: “İnsanları “əl-Muvatta” üzərində birləşdirməyə gəldikdə, bunu etmək doğru deyildir, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – ölümündən sonra səhabələr kənar ölkələrə dağıldılar və hədis rəvayət etdilər. Ona görə də hər ölkə əhlində elm vardır.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Ümmətimin ixtilafı rəhmətdir”, burada ixtilaf ilə əhkamlardakı ixtilafın qəsd olunması aşkardır, necəki İbn əs-Saləh, Malikin peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrinin ixtilafı haqqında belə dediyini rəvayət etmişdir: “Həm xəta ediblər, həm də doğru deyiblər. Sənə isə ictihad etmək qalır. İnsanların “bunda ümmət üçün genişlik/rahatlıq vardır” deməsi doğru deyildir.” (İbn əs-Saləh deyir): Bu, müctəhidlərə nisbətdə deyilmiş sözdür, çünki (Malik) deyir: “Sənə isə ictihad etmək qalır.” Ona görə də müctəhid gəldiyi qənaətə/ictihada tabe olmaqla mükəlləfdir və ümmətin ixtilaf etməsində onun üçün heç bir genişlik yoxdur. Genişlik isə təqlid əhlinə aiddir. Hədisdəki “Ümmətimin ixtilafı insanlar üçün rəhmətdir” sözünün mənası, yəni təqlid əhli üçün rəhmətdir. Malikin “xətalıdır, ya da doğru söyləmişdir” sözü ilə qəsd etdiyi də budur. (Malikin) bu sözü, “kim ictihad əhlidirsə, başqalarını deyil, səhabələri təqlid etməlidir” deyənlərin sözünü inkar edir. İbn Qudamə əl-Hənbəli də “əl-Əqaid” əsərində deyir: “Ümmətin ixtilafı rəhmətdir və ittifaqı hüccətdir.”
Əgər soruşsan ki, bütün bu dediklərimiz Allahu Təalənin ixtilafı qadağan edən bu sözü ilə uyğun gəlmir: “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!” (Ali İmran, 103) və Allahu Təalə deyir: “Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın!” (Ali İmran, 105) Deyirəm: Bu hiylə qəlbində xəstəlik olan bəzi kəslərdən törəmişdir. Bu sözü rədd etmək vəzifəsinin öhdəsindən bir çox alim gəlmişdir, onların arasında İbn əl-Arabi və başqaları vardır. Beləki Allah - Subhənəhu – burada peyğəmbərlərə qarşı müqavimət göstərərək çoxlu ixtilaf etməyi zəmm etmişdir, necəki bir xəbərdə gələn ləfz buna dəlalət edir: “Sizdən əvvəlki qövmlər peyğəmbərlərə qarşı çoxlu ixtilaf etdikləri üçün həlak oldular.” Lakin bu ümmətə gəldikdə isə, Allahu Təalə bu ümmətə (peyğəmbərə qarşı) ixtilaf edən bir alimin daxil olmasından qorumuşdur, çünki Allah belə ixtilaf edənlərə şiddətli əzab vəd etmişdir. Halbuki etiraz edənlər də razıdırlar ki, bu ümmətin ixtilafı furu məsələlərindədir və onlardan xəta edənlərin xətası bağışlanılmışdır. Bununla da müəyyən olur ki, ayədəki ixtilaf peyğəmbərlərə qarşı ixtilaf etməkdir. Bu ayə ilə hədis arasında ziddiyət yoxdur. Bu ayədə bəzi imamları digərlərinə qarşı üstün tutan təəssübkeşlərə qarşı rədd vardır və bu üzdən bəlalar artmış və məsələlər böyümüşdür. əz-Zəhəbi deyir: “İmamlar arasında furu məsələlərində böyük ixtilaflar olmuşdur və bəzi üsul məsələlərində də olmuşdur. Onlardan yalnız az bir qisminin münkər sayılacaq xətaları və qələtləri olmuşdur. Biz onların doğru olan çoxunluğuna tabe olmaqla əmr olunmuşuq və biz yəqinliklə deyirik ki, onların məqsədləri yalnız Kitab və Sünnətə tabe olmaq idi. Kitab və Sünnətə müxalif olan hər bir alim isə bunu qiyas və ya təvil üzündən etmişdir.” Dedi: “Əgər bir fəqihin hər hansı bir hədisə müxalif olduğunu və ya bir hədisi rədd etdiyini və ya mənasını təhrif etdiyini görsən, onu xətalı çıxarmağa tələsmə! Əliyə – kərramallahu vachahu – bir nəfər belə demişdir: “Elə zənn edirsən ki, Talha və Zubeyr batil üzərində olmuşdur?!” Əli ona cavabında demişdir: “Ey fulankəs! Sən çaşqınlığa düşmüsən. Haqq kişilərə görə tanınmaz. Haqqı tanısan, əhlini tanıyacaqsan!” Furu məsələlərində və bəzi üsul məsələlərində ixtilaf heç bir zaman bu ümmətdən əksik olmamışdır, lakin bununla belə onlar Allahı – Cəlla Cələluhu – təzim etməkdə, Onun heç bir bənzərinin olmamasında, peyğəmbərinin verdiyi hökmlərin haqq olmasında ittifaq ediblər və onların kitabları birdir, peyğəmbərləri birdir, qiblələri birdir. Münazirənin ortaya çıxması isə haqqı öyrənmək və elmdə daha zəki olan alimin daha zəif olandan seçilməsi, zəif və qafil olandan isə ehtiyatlı olmaq üçündür. Əgər qəlbinə kamil olmaqdan qürur və zəif düşməkdən məyusluğa düçar olarsa, bax, təmiz nəfslər Allahdan qafil qalan bəzi hallarda bu şəkildə tərbiyələndirilər. O zaman ölü və şərli nəfslərın haqqında nə zənn edilə bilər?!”
Feydu'l-Qadir Şərh əl-Cəmii's-Sağir, 1/209-210
Dar əl-Marifə, Beyrut, ikinci nəşr; 1391 (1972)

əl-Munəvinin adı: Zeyn əd-Din Abdur-Rauf bin Tac əl-Arifin bin Nur əd-Din Əli bin Zeyn əl-Abidin əl-Haddadi əl-Munəvi əl-Qahiri əş-Şafii
Hicri 952-ci ildə doğulmuşdur. Fiqh, hədis, tarix alimidir. "Feyd əl-Qadir" kitabı ilə məşhurdur. Digər kitabları arasında "Kunuz əl-Haqaiq", "Şərh əş-Şəməil lit-Tirmizi", "Şərh ət-Təhrir", "İləm əl-Hadir val-Badi" və digərləri məşhurdur. Hicri 1031-ci ildə vəfat etmişdir.
Şeyx əl-Munəvinin yuxarıdakı sözlərini bu şəkildə yekunlaşdıra bilərik:
1. Hədis zəif və ya uydurma olsa da, əsli olmasa da, mənası səhihdir.
2. Hədisdəki məna ümumi deyildir, ixtilaf yalnız əhkamlardakı ixtilafa aiddir.
3. İxtilafdakı asanlıq və genişlik müctəhidlərə yox, müqəllidlərə aiddir. Müctəhidlərin üzərinə vacib olan etdikləri ictihada tabe olmaqdır.
4. Hədisin bu yöndə mənası Quran ayələrinə zidd deyildir.
 
Forum » İslam » Hədis » ÜMMƏTİN İXTİLAFI RƏHMƏTDİR!, HƏDİS BARƏDƏ MÜZAKİRƏLƏR (BiSMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru