[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Allah tekdir.
Allah tekdir.
XEDICE73Tarix: Cümə axşamı, 21.05.2009, 14:07 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Budur, bu (Quran), onunla xəbərdar edilsinlər, Allahın ancaq vahid bir Tanrı olduğunu bilsinlər və ağıl sahibləri yaxşı-yaxşı düşünüb öyüd-nəsihət alsınlar deyə, insanlara (göndərilmiş) bir təbliğdir (İbrahim, 52).
Hər şeyimizi borclu olduğumuz Ulu Allaha həmd olsun. O, Ona tabe olmağa layiq olan və əmri hər bir zərrəni əhatə edən yaradanımız və Rəbbimizdir. İçərisində şübhə və ziddiyyət olmayan Quranın sahibi və qoruyucusu Odur.
Allah – Ondan başqa tanrı yoxdur. O, Həyy (Diri), Qəyyumdur. Ona nə yuxu gəlir, nə də yuxulama. Göylərdə və yerdəkilərin hamısı Onundur. Onun icazəsi olmadan Onun nəzdində kim şəfaət edə bilər? O öz bəndələrinin nə etdiklərini və nə edəcəklərini bilir (Onun üçün heç bir şey gizli deyil). İnsanlar Onun bildirdiklərindən başqa Onun elmindən heç bir şeyi tam şəkildə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir; onları qoruyub nəzarət etmək Ona çətin gəlməz. O, ucadır, böyükdür (Bəqərə, 255).
Bizim öhdəmizə düşən odur ki, içərisində yaşadığımız “yaxın həyatı” və təzədən dirilişlə başlayacaq “axirət həyatını” kəşf edib hər ikisində də yaradanımızın razılığını qazanaraq sonsuz olan Cənnətə və Onun nemətlərinə qovuşaq.
Elə insanlar var ki, “Ey Rəbbimiz, bizə dünyada ver”, - deyirlər. Belə kimsələrin axirətdən heç (bir) qismətləri yoxdur. Elələri də var ki, “Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də. Bizi Cəhənnəm əzabından qoru”, - deyirlər. Məhz onlar üçün qazandıqlarından böyük bir qsimət var. (Şübhəsiz ki,) Allahın haqq-hesabı çox sürətlidir (Bəqərə, 200, 201, 202).
Hamının arzuladığı bu nəticəni əldə etmək isə şübhəsiz ki, Allahın göndərdiyi kitabı lazım olduğu kimi oxumaq, anlamağa çalışmaq, əmr və qadağalarını nəzərə almaqla mümkündür.
Kitab verdiyimiz kəslər (onların bəziləri) onu layiqincə oxuyarlar. Çünki onlar ona iman gətirərlər. Onu inkar edənlərə gəldikdə isə, budur, həqiqətən də, ziyana uğrayanlar onlardır (Bəqərə, 121).
Kim Rəhmanı zikr etməkdən qafil olsa, ona öz yanından uzaqlaşmayan bir şeytanı mübtəla edərik. Şübhəsiz ki, həmin şeytanlar onları doğru yoldan uzaq tutarlar. (Amma) Onlar özlərinin doğru yolda olduqlarını güman edərlər (Zuxruf, 36, 37).
İnandıqdan sonra Allahın mesajını anlamağa cəhd etməmək və mesajın mənbəyinə müraciət etməmək həqiqətən də, şüursuzluqdur. Bu cür bir mövqedə durmaq insanın doğru ilə əyrini bir-birindən ayırma qabiliyyətini aradan qaldırır.
Onların aralarında bir dəstə ümmi var ki, Kitabı bilmirlər. Bütün bildikləri qulaqdan dolma (boş) şeylərdir. Onlar ancaq zənn və güman edirlər (Bəqərə, 78).
Halbuki, Quran diri olanları xəbərdar etsin və kafirlər cəzaya layiq olsunlar deyə (Yasin, 70), insanlara izah edilmiş bir kitabdır.

Yaşadığımız həyatı Quran baxımından dərk etməliyik. Əshabələr də belə etmişlər. Quran ancaq belə bir anlayışın sayəsində fərd və cəmiyyət üzərində müsbət təsirlər buraxa bilər. Səhifələri və qabı müqəddəs hesab edilən və ondan öyüd-nəsihət alınmasının qarşısı kəsilmiş bir Quran anlayışı bəşəriyyət üçün necə deyərlər, bir itki və zülmdür.
İnsanların mühüm bir hissəsi inanclılardan ibarət olduğu halda, müxtəlif ifrat və təfritlərə yol verərək Quranın və peyğəmbərin insanlara öyrətdiklərinin xaricində qalan bəzi yollara düşmüşlər. Məlumdur ki, hətta həzrəti Muhəmmədə (s. a. v.) də müşriklərdən olmamaq barədə xəbərdarlıq edilib. Belə olan halda, inanclı insanların Allaha müşriklər kimi inanması və bu məsələni ciddi qəbul etməmələri olduqca qəribədir. Allahın ayələri sənə nazil edildikdən sonra (artıq) nəbadə, onlar səni bu ayələrdən uzaqlaşdırmasınlar. Rəbbinə dəvət et. Əsla müşriklərdən olma! (Qəsəs, 87).
Heç şübhə yoxdur ki, bu kimi hallar, mövhumat və xurafat (əslində dində olmayan şeylər) Quran baxımından tədqiq edilməklə hamının düzgün olan şeyi öz mənbəyindən öyrənməsi üçün cəhd göstəriləcək. Siz həddi aşan kəslərsiniz deyə, Biz sizi Quranla xəbərdar etməkdən vaz keçək? (Zuxruf, 5).
Quran elə bir kitabdır ki, o, ancaq inananlara bu dünya və axirətlərini qazandıracaq bir öyüd-nəsihət olmaqla yanaşı, eyni zamanda bəşəriyyətin bu dünyadakı həyatını düzgün tənzimləyən prinsip və tövsiyələri də əhatə edir. Müvafiq elm sahələrinin Quranın dünya həyatı ilə əlaqədar həmin tövsiyələrinə dair həyata keçirəcəyi qərəzsiz və rasional tədqiqatlar bəşəriyyət üçün olduqca mühüm nəticələr verə bilər.
Yaradanımızın tövsiyələrini nəzərə almaq üçün dünyanın dörd bir yanında görülən işlərə əlavə olaraq fondumuzun həyata keçirdiyi işlər bir dua mahiyyəti daşıyır; həm də qeyd edək ki, elmi səviyyədə olan hər növ müzakirə, mübahisə, irad və bu kimi şeyləri qiymətləndiririk.
Hər kəsin üz tutduğu bir qibləsi var. Siz xeyirli işlərdə yarışın. Harada olursunuzsa, olun, axırda Allah sizi bir yerə cəm edər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir (Bəqərə, 148).
Yaratdıqlarımız arasında həmişə haqqa çatdıran və ədaləti haqq ilə yerinə yetirən bir millət olur (Əraf, 181).


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə axşamı, 21.05.2009, 22:15 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Uca Allah buyurur;" O, här seyi yaradan, yoxdan var edän här seyä surät verän Allahdir. Än gözäl adlar ancag Ona mäxsusdur.(Häsr 59-24) Allahin yaradici oldugunu vä yaradilmadigini gäbul etmäk vacibdir. Seytan: Allahi kim yaradib deyä väs väsä salarsa , Peygämbär(s.a.s) bizä seytanin bu täläsinä garsi necä cixacagimizi vä nä deyäcäyimizi öyrätmisdir: "Allaha vä Peygämbärinä iman gätirmisäm .Allah täkdik. Allah möhtac deyildir. O, nä dogmus , nä dä dogulmusdur onun hec bir bänzäri yoxdur " deyilir vä üc däfä sol täräfä tüpürürmüs kimi, häräkät edir vä seytandan Allaha siginar vä bu isdän uzaglasar. Bu häräkät (Seytanin tälgini) o kimsädän uzaglasdirar. (Buxari-Müslim)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 27.05.2009, 15:08 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahın adları, Allahı anmaq üçün istifadə olunan adlara verilən əsas addır.

Allah İslam dinindəki ilahi üçün istifadə olunan əsas addır və bu adın Allahın bütün sifətlərinin bərabərində qəbul olunur.

1.Allah
2.Rəhman: Əsirgəyici, bütün məxluqatına rəhmətiyle məlum edən (dünyada).
3.Rəhim: Bağışlayıcı, sevdiklərinə və möminlərə mərhəmət edən (axirətdə).
4.Məlik: Mülkün sahibi, mülk və səltənəti davamlı olan.
5.Kuddüs: Hər cürə əksiklik və ayıblardan münəzzəh olan.
6.Salam: Hər çeşit afət və kədərlərdən əmin olan.
7.Mömin: Qullarına əhəmiyyət verən. Özünün ve peyğəmbərlərinin doğruluğunu ortaya qoyan, qullarına elədiyi vədinde sadıq.
8.Müheymin: Səltənəti haqqında dilədiyi kimi təsəvvür edən, hər şeyi göz edib qoruyan.
9.Əziz: İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan.
10.Cabbar: Əzəmət və qüdrət sahibi, istediyini mütləq edən,dilədiyinə müqtədir olan.
11.Mütəkəbbir: Ululuq sahibi, hər şeydə və hər hadisədə böyüklüyünü göstərən.
12.Halık: Hər şeyin varlığını və keçirəcəyi halları təkdir edən, yaradan, yoxdan var edən böyüklükde tayı olmayan.
13.Bari: Hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan.
14.Musəvvir: Surət verən, hər şeyə bir şəkil və xüsusiyyet verən.
15.Qaffar: Qullarının günahını örtən, məğfirəti çox, günahları bağışlayan.
16.Qəhhar: Hər şeyə, hər istədiyini edəcək surətə, qalib və hakim.
17.Vahhab: Çox ehsan edən, çeşid-çeşid nemətləri daima bağışlayan.
18.Rəzzaq: Bütün məxluqatın ruzisini verən və ehtiyalarını ödəyən.
19.Fəttah: Hər cürə müşkülləri açan və asanlaşdıran, darlıqdan qurtaran.
20.Alim: Hər şeyi ən ince nöqtəsinə qədər bilən, elmi əzəli və əbədi olan.
21.Qabiz: İstədiyinə darlıq verən, sıxan, daraldan.
22.Basit: İstədiyinə bolluq verən, açan, genişlədən.
23.Hafıd: Yuxarıdan aşağıya endirən, alçaldan, dərəcələri salan.
24.Rafi: Yuxarı qaldıran, yüksəlden, dərəcələri yüksəldən.
25.Muiz: İzzət verən, əziz qılan.
26.Müzil: Zillətə düşürən, xar, zəlil edən.
27.Səmi: Hər şeyi eşidən.
28.Bəsir: Hər şeyi görən.
29.Həkim: Hikmət sahibi olan, elədiyi hər işde hikməti göz edən, hökm edən.
30.Ədl: Son dərəcə ədalətli olan.
31.Lətif: Ən incə işlərin bütün incəliklərini bilən, lütf və ehsan sahibi olan.
32.Xabir: Hər şeyi iç üzünden,gizli tərəfındən xəberdar olan.
33.Həlim: Yumuşaq davranan, helmi çox olan.
34.Əzim: Ən əzəmətli olan.
35.Qafur: Çox bağışlayan.
36.Şəkur: Özünün rızası üçün edilən əməlləri daha ziyadəsi ile qarşılayan.
37.Əliyy: Çok ulu.
38.Kəbir: Yetərincə böyük.
39.Hafiz: Edilən işləri bütün təfsilatıyla hifzedən, hər şeyi bağışlayan ve beladan qoruyan.
40.Mukit: Bilən, təyin edən. Hər yaradılmışın riskini verən.
41.Hasib: Ən sürətli hesablayan. Hərkəsin həyatı boyunca elediklərinin bütün təfərrüatıyla hesabını yaxşı bilən. Məxluqatına kafi olan.
42.Cəlil: Əzəmət sahibi olan, ululuq sahibi olan.
43.Kərim: Çox ikram edən, kəramət sahibi.
44.Raqib: Bütün varlıqlar və bütün işlər mürəkkəbəsi altında olan.
45.Mucib: Özünə yalvaranların istəklərini verən, duaları qəbul edən.
46.Vasi: Lütfü bol olan.
47.Hakim: Əmirləri, kəlamı və bütün işləri hikmətli, hikmət sahibi olan.
48.Vədud: Yaxşı qullarını sevən, rızasına endirən və sevilməyə layıq olan.
49.Məcid: Şanı, şərəfi çox üstün olan.
50.Bais: Ölüləri dirildən, qəbirlərdən çıxaran.
51.Şəhid: Hər zaman və hər yerdə hazır və nazir olan, hər şeyə şahid olan.
52.Haqq: Vacibul vücud olan, varlığı heç dəyişmədən duran.
53.Vəkil: Təvəkkül sahiblərinin işini düzəldib onlardan daha yaxşı təmin edən.
54.Qavi: Yetərincə qüvvətli.
55.Mətin: Yetərincə güclü.
56.Vəli: Seçkin qullarının dostu.
57.Həmid: Ancaq özünə həmd edilən, bütün varlığın diliyle deyilen.
58.Muhsin: Namütənahı da olsa, bir-bir hər şeyin sayını bilən.
59.Mübdi: Məxluqatı maddəsiz və örnəksiz olaraq başdan yaradan.
60.Muid: Yaradılmışları yox etdikdən sonra təkrar yaradan.
61.Muhyi: Əhya edən, dirildən, can bağışlayan, sağlıq verən.
62.Mumit: Canlı, bir məxluqatın ölümünü yaradan,öldürən.
63.Hayy: Diri, tam və mükəmməl mənasıyla həyat sahibi.
64.Qəyyum: Yaratdıqlarının işini çevirən hər işlənəni bilən, əvvəli olmayan.
65.Vacid: İstədiyini, istədiyi vaxtda tapan.
66.Vahid: Tək. Zatında, sifətlərində, adlarında, əfailində ortağı və bənzəri olmayan.
67.Saməd: Hər şey Ona möhtac, fəqət O heç bir şeyə möhtac deyil.
68.Qadir: İstədiyini, istədiyi kimi yaratmağa müktədir olan.
69.Muqtədir: Qüvvət ve qüdrət sahibləri üzərində dilədiyi kimi təsəvvür eden.
70.Mukaddim: İstədiyini öne gətirən, önə alan.
71.Muahhir: İstədiyini geri qoyan, arxaya buraxan.
72.Evvel: Hər şeydən önce var olan.
73.Ahir: Hər şey həlak olduqdan sonra geri qalan.
74.Zahir: Varlığı saysız dəlillərlə açıq olan.
75.Batın: Ağılların idrak edəməyəcəyi üzrə əzabı gizli olan.
76.Vali: Bu müəzzam kainatı ve bütün hadisələri tek başına idarə edən.
77.Muteali: Ağlın mümkün gördüyü hər şeydən, hər haldan uca olan.
78.Bərr: Qullarına yaxşılıqı və ehsanı, nemətləri bol olan.
79.Təvvab: Tövbələri qəbul edib günahları bağışlayan.
80.Müntəkim: Günahkarlara, ədalətiylə, müştəhək olduqları cəzanı veren.
81.Afüv: Bağişlayan, maqfirət edən.
82.Rauf: Mərhəmət edici, şəfqətli.
83.Malikül Mülk: Mülkün əbedi əzeli sahibi.
84.Zülcəlal-i Vəl-İkram: Həm əzəmət sahibi, həm artıq kərəm sahibi.
85.Muksit: Hökmünde və əfalində ədalətli olan.
86.Cami: İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan.
87.Qani: Çox zəngin, heç bir şeyə möhtacı olmayan.
88.Müğni: Dilədiyinə zənginlik verən müstəqini qılan.
89.Məcid: Qədri və Şanı böyük, kərəm ve müsəmməhası bol.
90.Mani: Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən, əngəlləyən.
91.Nur: Aləmləri nurlandıran, dilədiyini nur edən, nur olan.
92.Hadi: Hidayətə qovuşduran, kulunu xeyirlə müvafiq qılan.
93.Bədi: Örnəksiz, misalsız, əcayib ve heyrət verici aləmlər yaradan.
94.Baki: Varlığının sonu tapılmayan, əbədi olan.
95.Varis: Varlığı davam edən, sərvətlərin həqiqi sahibi.
96.Rəşid: Bütün aləmləri doğru bir nizam və hikmətlə aqibətinə çatdıan.
97.Sabur: Çox səbirli olan, üsyankarlardan təcili intiqam almayan.
98.Dar: Eyləm və zərər verəcək şeyləri yaradan, hüsrana uğradan.
99.Nafi: Xeyir və mənfəət verəcək şeyləri yaradan, faydalandıran.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə, 27.05.2009, 23:07 | Yazı # 4
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
XEDICE73, baci Masallah nä gözäl yazmisan Allahin isimlärini Allah sändän razi olsun vä ailänä övladlarina kömäk olsun !

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Bazar ertəsi, 01.06.2009, 13:09 | Yazı # 5
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
medine, cumlemizden baci.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 10.06.2009, 15:26 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahdan qorxmaqin (teqvanin)faydalarina dair Qurani Kerimden ayeler.

Muhamməd ibn Saleh əl-Useymin

Bismilləhir-Rahmənir-Rahim

Aləmlərin Rəbbinə həmd və sənalar olsun, Onun qulu və rəsulu Muhəmməd ibn Abdullaha, həmçinin Qiyamətə qədər onun yolu ilə gedənlərə Alahın salavatı və salamı olsun.
Həqiqətən Allah qorxusu (təqva) qulun dünya və axirəti üçün əldə etdiyi ən xeyirli qazancdır. Onunla insan özü ilə Allah Təalanın əzabı arasına bir pərdə çəkmiş olur. Beləki insan Allah Təalanın əmrlərini yerinə yetirməklə və qadağan etdiyi şeylərdən çəkinməklə həqiqi surətdə Allah Təalaya ibadət etmiş olur. Allah qorxusu isə özündə bütün dini cəm edir. Onun üzərində çoxlu dünya və axirət faydaları toplanıb. Allah Təalanın köməkliyi ilə bu faydalardan bizə məlum olanları Qurani Kərimdən çıxarıb qeyd edəciyik.

Faydalar və ayələr

1- Allahdan qorxmaq Quranla doğru yol (hidayət) tapmağın səbəbidir. Allah Təala buyurur: "Bu, qətiyyən şübhə doğurmayan, Allahdan qorxanlara doğru yol göstərən bir Kitabdır." (əl-Bəqərə-2)

2- Allahdan qorxmaq nicat tapmağa səbəbdir. Allah Təala buyurur: "Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır." (əl-Bəqərə-5). "Allahdan qorxun ki, bəlkə nicat tapasınız." (əl-Bəqərə-189. Ali-İmran-200.) "Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız." (əl-Maidə-35)

3- Allahdan qorxmaq öyüd-nəsihətdən faydalanmağın səbəbidir. Allah Təala buyurur: "Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər (Allahdan qorxanlar) üçün isə öyüd-nəsihət etdik." (əl-Bəqərə-66)

4- Allah qorxusu və imanla Allah Təalanın verəcəyi mükafatı qazanmaq olar. Allah Təala buyurur: "Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı." (əl-Bəqərə-103)

5- Həqiqi yaxşılıq Allah qorxusundan irəli gəlir. Allah Təala buyurur: "Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir." (əl-Bəqərə-189)

6- Allahdan qorxmaqla Allah Təalaya xüsusi yaxınlıq əldə edilir. Allah Təala buyurur: "Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir." (əl-Bəqərə-194)

7- Allahdan qorxmaq Allah Təalanın şiddətli əzabından qorunmağın yoludur. Allah Təala buyurur: "Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir." (əl-Bəqərə-196)

8- Allah qorxusu ən xeyirli azuqədir. Allah Təala buyurur: "Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə Allah qorxusudur. Məndən qorxun, ey ağıl sahibləri." (əl-Bəqərə-197)

9- Allahdan qorxanlar qiyamət günü başqa insanlardan yüksəkdə olacaqlar. Allah Təala buyurur: "Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki Allahdan qorxanlar qiyamət günü onlardan üstün olacaqlar." (əl-Bəqərə-212)

10- Allah qorxusu elm artırmağın səbəbidir. Allah Təala buyurur: "Allahdan qorxun, Allah da sizi öyrətsin." (əl-Bəqərə-282)

11- Allahdan qorxanların savabı dünya və onu şəhvətlərindən xeyirlidir. Allah Təala buyurur: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır." (Ali-İmran-15). "Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir." (Ali-İmran-198)

12- Allahdan qorxmaqla Allah Təalanın sevgisi qazanılır. Allah Təala buyurur: "Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər." (Ali-İmran-76)

13- Allahdan qorxmaq düşməndən qorunmağın səbəbidir. Allah Təala buyurur: "Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz." (Ali-İmran-120)

14- Layiqli şükr Allahdan qorxmaqla yerinə yetirilir. Allah Təala buyurur: "Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz." (Ali-İmran-123)

15- Allahdan qorxmaq mələklərin insana kömək etməsinə səbəbdir. Allah Təala buyurur: "Əlbəttə, siz səbr etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər." (Ali-İmran-125)

16- Allah Təala ondan qorxanlara genişliyi göylər və yer qədər olan cənnət hazırlamışdır. Allah Təala buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin." (Ali-İmran-133)

17- Allahdan qorxmaq böyük bir mükafata nail olmağın səbəbidir. Allah Təala buyurur: "İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır." (Ali-İmran-172). "Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər." (Ali-İmran-179)

18- Allahdan qorxmaq elm öyrənməyin və qurani-kərimdəki öyüd-nəsihətlərdən faydalanmağın səbəbidir. Allah Təala buyurur: "Bu insanlar üçün bir açıqlama müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir." (Ali-İmran-138). "Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik." (əl-Maidə-46)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə axşamı, 11.06.2009, 13:26 | Yazı # 7
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: Allah ilk olaraq nəyi xəlq etmişdir?

Cavab: Bu məsələdə elm əhli arasında ixtilaf vardır. Bəzi alimlərin rəyinə görə ilk xəlq olunan şey qələm, bəzi alimlərin rəyinə görə isə ilk xəlq olunan şey ərşdir.

Düzgün rəy budur. Uca Allah ilk olaraq ərşi xəlq etmişdir. Bu rəyin daha səhih olmasına dair bir neçə dəlili zikr edirik. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyumuşdur: "Allah məxluqatı yaratdıqdan sonra Ərşin üzərində, Öz yanında yerləşən Kitabında bu (sözləri) yazmışdır: "Mənim rəhmətim qəzəbimi üstələmişdir". (Buxari 3194)

Bu hədisin şərhində Hafiz ibn Həcər ilk məxluqatın ərş olduğunu qeyd etdikdən sonra bu hədisi zikr etmişdir. (... Onun ərşi suyun üzərində idi sonra isə qələmi yaratdı). Digər bir hədisdə "Allah yeri və göyü yaratmamışdan əlli il öncə bütün məxluqatın qədərini yazmışdır və artıq Onun Ərşi suyun üzərində idi". Digər bir hədisdə Abdullah ibn Abbas (Allah ondan razı olsun) buyurmuşdur: "Uca Allah ərşin üzərində olarkən lövhul məhfuzu yaratdıqdan sonra hələ məxluqatı yaratmamış qələmə dedi: Yaz. Qələm "Nəyi yazım deyə soruşdu". Uca Allah "Qiyamətə qədər xəlqim barədə olan elmimi". (Fəthul Bari, 6/346-347)

Digər bir hədisdə peyğəmbərdən hər bir şeyi yaratmazdan öncə Allahın harada olduğunu sorşduqda O, dedi: "İmə" adlanan yerdə idi. Sonra suyun üzərində Ərşini yaratdı".

Kim ki ilk yaradılan şeyin qələm olduğunu deyirsə, bu hədisə isnad etmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Uca Allah ilk dəfə qələmi yaratdıqda ona yaz dedi".

Ancaq bu hədisdə Uca Allahın ilk yaratdığı şeyin qələm olması yox, qələmi ilk dəfə yaratdıqda ona yaz deməsidir.

Həmçinin Şeyxul İslam ibn Teymiyyə bu məsələ barəsində Məcmuəl Fətava (2/275) kitabında danışdıqdan sonra ilk məxluaqtın ərş olduğunu zikr etmişdir.

Ramil Soltanov


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 18:29 | Yazı # 8
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
19- Allahdan qorxmaq səbrlə birlikdə əzimkar bir əməldir. Allah Təala buyurur: "Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir." (Ali-İmran-186)

20- Axirət, Allahdan qorxanlar üçün dünyadan xeyirlidir. Allah Təala buyurur: "Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir." (ən-Nisa-77) "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir." (əl-Ənam-32)

21- Allahdan qorxmaq bağışlanma və rəhmətin səbəbidir. Allah Təala buyurur: "Əgər özünüzü doğruldub Allahdan qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir." (ən-Nisa-129) "Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna." (əl-Ənam-155)

22- Allahdan qorxmaq əməllərin qəbul olmasının səbəbidir. Allah Təala buyurur: "Allah ancaq müttəqilərdən qəbul edər." (əl-Maidə-27)

23- Allahdan qorxmaq insanın günahlarının bağışlanmağına və cənnətə daxil olması üçün böyük bir səbəbdir. Allah Təala buyurur: "Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim bağlarına daxil edərdik." (əl-Maidə-65)

24- Allahdan qorxmaq yeməklərdə olan günahın yazılmamasına səbəbdir. Allah Təala buyurur: "İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir." (əl-Maidə-93)

25- Allahdan qorxmaq iman əlamətidir. Allah Təala buyurur: "Əgər möminsinizsə, Allahdan qorxun." (əl-Maidə-112)

26- Allahdan qorxanlar Allah Təalanın ayələrini lağa qoyub ələ salanların çəkəcəyi əzabdan azaddırlar. Allah Təala buyurur: "Ayələrimizi lağ-lağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma. Müttəqilər onların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Lakin xatırlatmaq lazımdır ki, bəlkə Allahdan qorxalar." (əl-Ənam-68,69)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 24.06.2009, 02:42 | Yazı # 9
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
llahdan başqasını Allah kimi sevmək şirkdir

[ Sayta qoyulub: 10:46 07.08.2007 ] : [ Oxunub: 433 dəfə ]
Uca Allah buyurur ki:
"İnanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" (Bəqərə, 2/165)

İbn Qeyyim deyib ki: "Uca Allah bu barədə belə xəbər verir: Kimsə Uca Allahı sevdiyi kimi bir başqa şeyi sevərsə, o, Allahdan kənarda Allaha tay tutanlardandır. Bu, yaradılış və rübubiyyət baxımından deyil, məhz sevgidə tay tutulmasıdır. Yer üzündə yaşayan heç bir kəs yaratmaqda və rübubiyyətdə Allaha tay qoşmamışdır. Lakin məhəbbətdə şərik qoşmaq belə deyil. Yer üzündəkilərin əksəriyyəti Allahdan kənarda bir sıra varlıqları sevgi və təzim məsələlərində Ona şərik etmişlər.
Uca Allahın: "… onları Allahı sevən kimi sevənlər…" buyruğu Allahı sevdikləri kimi onları da sevərlər deməkdir. Bu isə, bilavasitə Allaha yönəldilməli olan məhəbbətin Allahdan qeyrisinə ünvanlanmasıdır. Belələri öz sevgilərində Allahla bərabər başqalarını da Ona tay etmişlər.
Daha sonra Uca Allah: "… Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" – deyə buyurur.
Yəni, iman gətirənlərin Allaha olan məhəbbəti, şərik qoşanların şərik qoşduqları varlıqlara – Allahdan başqa sevdikləri və təzim etdikləri tanrıçalarına bəslədikləri sevgidən qat-qat güclüdür".
Şeyxülislam İbn Teymiyyə aşağıdakı sözləri ilə bu təfsiri bəyəndiyini belə bildirir:
Bunların məzəmmət edilmələrinin səbəbi Allaha şərik qoşduqları varlıqları sevgidə Allaha şərik etmələri və möminlərin etdiyi tərzdə, sevgilərini Allaha olduğu kimi verməmələridir. Bax, sevgidə belə şərik qoşma Uca Allahın, onların od içində olarkən nə deyəcəklərinə xəbər verdiyi aşağıdakı buyruğunda da toxunmuşdur. Onlar od içində yanarkən öz tanrıçalarına və şərik qoşduqları varlıqlara, şərik qoşulan varlıqlar da onlarla birlikdə odda hazır edildikləri zaman belə deyəcəklər:
"Allaha and olsun ki, biz haqq yoldan açıq-aydın azmışdıq! Çünki biz sizi siz bütlərialəmlərin Rəbbi ilə bərabər tuturduq" (Şura, 26/97-98)
Məlum olduğu kimi, onlar, yaratmaq və rübubiyyət baxımından, ortaqlarını aləmlərin rəbbinə şərik qoşmurdular. Onlar ancaq sevgi və təzimlə bağlı olduqda o varlıqları Ona şərik etmişdilər (Bax: İbn Qeyyim, Mədaricus-Salikin, III, 13-14)
Qeyd etməliyəm ki, sufilər arasında olan bəzi müsəlanlar Allahı sevdikləri kimi, şeyxlərini də sevir və ona təzim edirlər. Onlar bu vəziyyətləri ilə birinci kərim ayədə (Bəqərə, 2/165 –red.) Allahın məzəmmət etdiyi müşriklərə bənzəyirlər. Onlardan olan müsəlmanlar da, təəssüflər olsun ki, Allaha dua etdikləri kimi, övliya qəbul etdikləri şəxslərə də dua edirlər. Bunlar belə etməklə duada onlarla Allahı bərabərləşdirmiş olurlar. Bu isə, Allahdan qeyrisi üçün icra edilməsinə icazə verilməyən ibadət növlərindəndir. Bu vəziyyətdə son kərim ayə onlara uyğundur. Hədisdə də deyilir ki: "Dua ibadətin lap özüdür" (Tirmizi rəvayət edərək, onu yaxşı və səhih adlandırmışdır) – deyə buyrulur.
Sufilər arasında bəzi (Qərbi Dəməşqdə olan İbn Ərəbi kimi) şəxslər Allahla yaratdıqlarını eyniləşdirirlər. O belə deyir:
"Rəb quldur, qul da Rəbdir.
Hayıf ki, bilmirəm cavabdeh kimdir?"
Uca Allah onların söylədiklərindən daha uca və pakdır.
(Belələrinin Allah sevgisini iddia etmələri cəfəngiyatdan başqa bir şey deyildir.Allah


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 27.06.2009, 22:16 | Yazı # 10
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Allah Təala bütün məxluqatı Ona ibadət etmək üçün yaratdı və O, məqxluqların rizqlərini də verdi. Allah-Təala Qurani-Kərimdə buyurur:
В«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da AllahdırВ» (əz-Zariyət: 56-58).
İnsan doğulduğu gün onun fitrəti müsəlman olur. Onun əqli tövhidlə bağlı olur. Şirk isə sonradan daxil olur. Allah Təala buyurur:
В«Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verildiyi dinə tərəf tut.Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməzВ» (ər-Rum:30).
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) rəvayət olunur: В«Pey&nbğəmbər(s.ə s.) dedi: В«Hər doğulan insanın fitrəti müsəlmandır. Onu sonradan ata- anası xristian, yəhudi, məcusi (atəşpərəst) edirВ» (Buxari və Müslim).
Bəşəriyyətin əsası İslam dinində olub. Allah-Təala buyurur:
В«İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən xəbərdarlıq Peyğəmbərlər göndərdi»« (əl-Bəqərə:213).
Ən birinci şirk, səhih, düz həqiqədən dönmək Nuhun qövmündə yarandı. Ona görə Nuh ən birinci peyğəmbərdir. Buna dəlil olaraq Allah-Təala Qurani- Kərimdə buyurur:
В«Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndəririkВ» (ən-Nisa:163).
İbn Abbas deyir: В«Adəmlə Nuhun arasında 10 əsr olub. Nuha qədər olan insanlar hamısı islamda idilərВ».
Həmçinin İbn əl-Qeyyim deyir: В«Übeyy ibn Kəbin qiraəti, İbn Abbasın sözünə qüvvət verir. Übeyy ibn Kəb В«əl-BəqərəВ» surəsinin 213-cü ayəsini belə oxu yardı:
В«İnsanlar tək bir ümmət idi. Allah onlara müldə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi,insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, pey ğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi»«.
Bu qiraətə Quranın В«YunusВ» surəsinin 19-cu ayəsi qüvvət verir. Allah-Təala buyurur: В«İnsanlar ancaq tək bir ümmət idilər. Sonra ayrıldılarВ».
Bu onu göstərir ki, insanlar düzgün dində idilər, yalnız ixtilafa düşdükləri üçün Allah-Təala peyğəmbərlər göndərməyə başladı. Necə ki, ərəblər İbrahimin dinində idilər və Əmr bin Leyh əl-Xüzai bu dini ölkəyə bütlər gətirməklə dəyişdirdi. Bu səbəbdən Allah В«Təala Məhəmmədi (s.ə.s.) peyğəmbər olaraq göndərdi. O da öz növbəsində insanları İbrahimin dininə, tövhidə çağırdı, bu yolda vuruşdu və insanları düzgün dinə qaytardı. Lakin buna baxmayaraq cahillikdən və ya başqa dinlərdən İslama girən bəzi şəxslər müsəlmanların yaşadıqları yerlərə şirki yaydılar. Nəticə etibarı ilə cahil, elmsiz müsəlmanlar Allaha şərik qoşmağı təvəssül (yəni Allaha yaxınlaşmaq) adlandırdılar. Lakin onlar yaddan çıxartmışlar ki, onların dedikləri söz Peyğəmbərin (s.ə.s.) dövründəki Məkkə müşriklərinin (yəni şərik qoşanların) sözüdür. Buna dəlil olaraq Allah-Təala buyurur:
В«Allahı qoyub özlərinə dost tutanlar: В«Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirikВ»-deyirlərВ» (əz-Zümər:3).
İnsanların əksəriyyəti bu şirki etmələrinə baxmayaraq onlar rübubiyyət tövhidini В« yəni Allahın dirildən, öldürən, yaradan, ruzi verən və s. olmasını qəbul edirlər. Onlar yalnız üluhiyyət tövhidində - yəni ibadətdə şərik qoşurlar.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Cümə, 24.07.2009, 15:59 | Yazı # 11
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
27- Təqva örtüyü ən xeyirli örtükdür. Allah Təala buyurur: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız." (əl-Əraf-26)

28- Allahdan qorxmaq qorxu və kədər aradan qalxmasının səbəbidir. Allah Təala buyurur: "Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən Məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər." (əl-Əraf-35)

29- Allahdan qorxmaq bərəkətlərin səmadan enməsinə və yerdən çıxmasına səbəbdir. Allah Təala buyurur: "Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq." (əl-Əraf-96)

30- Həmd olunası gözəl sonluq məhz Allahdan qorxanlarındır. Allah Təala buyurur: "Gözəl aqibət müttəqilərindir" (əl-Əraf- 128). "Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir." (Hud-49)

31- Allahdan qorxmaq şeytan vəsvəsə edən zaman Allahı xatırlamağın və gerçəyi görməyin səbəbidir. Allah Təala buyurur: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər." (əl-Əraf-201)

32- Allahdan qorxmaq haqla batil arasındakı fərqi görməyin və günahların bağışlanmasının səbəbidir. Allah Təala buyurur: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir." (əl-Ənfal-29)

33- Allahdan qorxanlar Məscidulharamın xidmətçiləridir. Allah Təala buyurur: "Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir." (əl-Ənfal-34)

34- Əvvəldən təqva üzərində bina olunmuş namaz üçün başqasından daha layiqlidir. Allah Təala buyurur: "İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir." (Tövbə-108)

35- Həqiqətən xeyir binasının əsasını Allah qorxusu üzərində quran kəsindir. Allah Təala buyurur: "Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz." (Tövbə-109)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
selefiiiTarix: Bazar ertəsi, 24.08.2009, 01:28 | Yazı # 12
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
salam aleykum allah razi olsun. sizderden meni birshey mraqlandirir mene lazimdi ibin kesir baresinde onun adi cox atali demekdi amma bu selef alimidi neye gore bele ad deyirik?
 
XEDICE73Tarix: Cümə axşamı, 13.05.2010, 00:54 | Yazı # 13
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Çox asan görünər dərk etmək Onu,
Lakin heyrət olar bu işin sonu.
Böyük Yaradanı duymağa meyar
Dəlildən, qiyasdan başqa nə olar?!
Ağıl qiyas ilə çalışıb durar,
Onu dərk etməkçün dəlil axtarar.
Düşüncənə daha yol vermə artıq,
Qarşına dağ çıxar, ya da qaranlıq.
İdrakın çatırsa Vahid Allaha,
«Nədir və necədir?» – soruşma daha.
İşıq axtardığın alovlu şamdan
Onun təkliyinə sübut taparsan.

Nizami Gəncəvi


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 20.07.2010, 00:26 | Yazı # 14
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allah-taala Ozunu seriki olmaqdan , ovladi olmaqdan , qadini olmaqdan , yorulmaqdan , ehtiyaci olmaqdan , yeri ve goyleri muhafize etmeye etinasizliq etmekden ve s. qusur ve naqislikden uzaq etdiyi kimi butun varliqlari da nahaq yere yaratmaqdan Ozunu qusur ve naqislikden uzaq etmisdir. Hec kim Onun izni olmadan sefaet ede bilmez. Hec bir sey Allah elminden kenarda qala bilmez .Allah qullarinin emirsiz, qadagasiz, ozbasina nahaq yere yaratmamisdir . Qullari Qiyamet gununde Allaha donecekler, yaxsilari mukafatlandirilacaq , pisleri cezalandirilacaq . . Kafirler ozlerine batil yolda olduqlarini bilecekler .Bu qeyd edilenlerin kim inkar ederse , Allahin ilah oldugunu , Rebb oldugunu gercek hokumdar oldugunu inkar etmis olur. Bele ki , momin ozum ile Qiyamet haqqinda danisan ve Qiyameti inkar eden yoldasina xitab ederek deyer : <<Onunla sohbet eden (momin)yoldasa ise bele dedi;Evvelce seni torpaqdan ,sonar bir qetre sudan (meniden) yaratmis , daha sonar seni adam sekline (insane qiyafetine) salmis Allahi inkarmi edirsen?>>(el-Kehf,37)Momun ,yoldasinin Qiyameti inkar etmesini Allahi inkar etmesi saymisdir.;<<Eger (musrikler)teeccublenirsense, esl teeccublenesi onlarin;’’Biz torpaqdan olduqdan sonra yeniden yaradilacagiq?’’-soylenmisdir.Onlar Rebbini inkar edenlerdir. Boyunlarinda zencir olanlar da onlardir. Onlar cehennemlikdirler, ozude orada ebedi qalacaqlar>>(er-red, 5).Qiyameti inkar etmek, Rebbini qudretini, elmini, hikmetini, gerek hokumdarligini, rububiyyetini, ilah olmasini inkar etmekdir.
Bele ki, peyqemberleri risaletini inkar etmek ,qiyameti inkar etmekdir.Peyqemberleri inkar eden Allahin rububiyyetini inkar etmis olur.Netice olaraq Allah –taala zenginlikle yoxsulluqu belaye uqramaq ve imtahanin minikleri kimi yaratmisdir.Allah-taala mali ,var-dovleti sirf menfeet ucun endirmemisdir.Bele ki, Musned eserinde Imam Ehmet bin Henbel Peyqemberden s.a.s. revayet etdiyine gore;Allah taala buyurur ki, Men mali ,var-dovleti namaz qilinmasi ucun, zekat verilmesi ucun endirdim.Adem ovladinin bir vadi dolusu mali olsa, Allahdan ikinci bir vadi dolusu mal isteyer,ikinci vadi dolusu mali olsa , ucuncu bir vadi dolusu mal isteyer.Adem ovladinin qarnini torpaqdan basqa bir sey doldura bilmez,,/Ehmed,5/219et-Taberani.el- Kebir ,3300-3301.el- Evsat,2446.
Allah –taala mali heyvanlarin yeyib-icdiyi kimi yalniz faydalanmaq ve lezzet almaq ucun endirmeyib .Oz haqqi olan namazin qilinmasina ,bendelerin haqqi olan zekatin verilmesine yardimci olsun deye yaratmisdir. Kim Allahin verdiyi mal ile bu iki haqqi eda etmezse , torpaq ona daha layiqdir.

Ibn el- Qeyyum el- Jevziyye.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tövhid və Əqidə » Allah tekdir.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru