[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Tağut (tərivi və növləri)
Tağut
UmarTarix: Bazar ertəsi, 12.01.2009, 18:43 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Mərhəmətli, Rəhimli Allahın adı ilə!

TAĞUT

Tüğyan – sözündəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Tağur bəndənin ibadətdə, itaətdə və tabeçilikdə (ardıyca) getdiyi hər bir şeydə ifrata vararaq həddi aşmasıdır». «Şübhəsiz ki, (tufanda) su həddiniz aşdığı (tuğyan etdiyi) zaman sizləri gəmidə Biz daşıdıq». (əl-Haqqa 11) buyurduğunda da bu kökdən gəlməkdədir. «(Ya Məhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlətrə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan bir zəlalətə sürükləmək istər. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! – deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən». (ən-Nisa 60-61).

əş-Şabi – rahmətullahi aleyhi – deyir ki: «Münafiqlərdən biri bir Yəhudi ilə mübahisə edərkən Yəhudi Məhəmmədin rüşvət almayacağını bildiyinə görə demişdir: «Mühakimə üçün gedək Məhəmmədin yanına» demişdir. Münafiq isə yəhudilərin rüşvət alacağını bildiyi üçün: «Yaxşı olar ki, yəhudi hakimə müraciət edək» dedi. Beləliklə də hər ikisi mühakimə üçün Cuheynədəki bir kahinin yanına gedib ona müraciət etmək barədə razılığa gəldilər. Belə olduqda: «(Ya Məhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlətrə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər». Ayəsi nazil oldu. Bu ayənin nazil olma səbəblərindən digərində isə: Iki nəfər öz aralarında mübahisə edirlər və təklif edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm–ə müraciət etsinlər ki, aralarında hökm versin. Onlardan bir: «Kəb b. Əşrəfə müraciət etsək yaxşı olar» deyir. Nəhayət Ömər- radıyallahu anhu –ya müraciət edirlər. onlardan biri hadisəni Ömərə danışır. Ömər - radıyallahu anhu – Allahın Rəsuluna müraciət etməyə razı olmayan kimsədən soruşur ki, onun Peyğəmbər–sallallahu aleyhi və səlləm – ə müraciət etmək istəməməsi doğrudurmu? O, kimsə: «Bəli, bu belədir» deyir. Ömər - radıyallahu anhu – qılıncı ilə vurub onu öldürür». İbn Həcər «Fəthul Bəri» 5/29.

«O, halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən sənə tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökməlrdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğurdan da insanların çoxu fasiqlərdir». (əl-Maidə 49). «Biz hər ümmətə Allaha ibadət edirn və tağutdan çəkinin deyə peyğəmbər göndərdik». (ən-Nəhl 36). Hər bir millətin Tağutu onun Allahı və Rəsulunu buraxaraq onların əvəzində müraciyət etmiş olduğu, ibadət etdiyi və Allahın bəsirətinə xilaf olaraq ardıyca getdiyi və ya itaətin yalnız Allaha və Peyğəmbərinə deyil onlara da məxsus olduğunu deyən kimsələrdir. Allahdan qeyrisinə ibadət etməklə onun ibadət etdiyi şey tağutdur. Həmçinin ardıyca getdiyi şey – ona deyiləndə ki, Allah və Rəsulu bizə belə deyib, onlar bizim şeyximizin ardıyca gedirik. Bunlar tağutdur. Həmçinin itaət etdiyi. Bura daxildir hər bir şəxs valideyn, rəhbər və s. onlara tabe olmaqda Allahın qoyduğu həddi aşarsansa sən onu tağut etmiş olursan. «Amma xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).

Onda belə bir sual ortaya çıxır ki, Yəhudi və Nəsranilər Isa və Uzeyr – əleyhimussəlam – a ibadət edirlər və bu ibadətdə həddi aşırlar. Onda Isa və Uzeyr – əleyhimussəlam – tağutdur? Xeyr, onlar ardıcıllarına əmr etməyiblər ki, onlara ibadət etsinlər. Əksinə Qiyamət günü onların bu ibadətlərini danacaqlar. «Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: Ya Məryəm oğlu Isa! Sənmi insanlara: Allahla yanaşı məni və anamı da özünüzə tanrı bilin – demişdin? (Isa cavabında) deyəcək: Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz, əgər bunu mən demiş olsaydım sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybi bilən ancaq Sənsən!». (əl-Maidə 116-117). Buna görə də Tağut məsələsində dördüncü şərt odur ki, ona ibadət etməkdə, itaət etməkdə və ardıyca getməkdə özləri razı olsunlar. «Sonra insanlar Allahın özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Allahındır və O, ən tez haqq-hesab çəkəndir». (əl-Ənam 62). «Bilin ki, yaratmaq da, əmr etməkdə Ona məxsusdur». (əl-Əraf 54). «(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız?». (əl-Casiyə 23).

TAĞUT BEŞ QISMDIR – 1. İblis. «Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın». (ə-Sad 78) ayəsində Allahın xitab etdiyi lənətli və Ilahi rəhmətdən qovulmuş şeytandır. «Biz mələklərə Adəmə səcdə edin dedikdə Iblisdən başqa hamı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34).

2. Allahdan qeyrisinə özünün razılığı ilə ibadət olunanlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən ona ibadət edilsin, istərsə də ölümündən sonra ona ibadət edilsin. Bundan razı olduğu təqdirdə o, kimsə tağutdur.

3. İnsanları özünə ibadət etməyə çağıran bir kimsə də belədir. İstər ona ibadət etməsinlər. Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməin o, kimsə tağutdur.

4. Qeybi bildiyini iddia etmək. Qeyb insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bu da iki növdür. 1) Nisbi qeybdir ki, bəzi insanlar üçün məlum ola bilir. Bəzi kimsələr üçün məchul. 2) Mütləq qeyb isə yalnız Allah tərəfindən və Allahın istədiyi Peyğəmbər tərəfindən bilinə bilər. Bunu bildiyini iddia edən kimsə kafirdir. Çünki o, bu iddiasıyla Allah və Rəsulunu yalanlamışdır. «Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər». (ən-Nəml 65). Qeybdən xəbər verən insanlara bir sualımız vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qeybi bilmədiyi halda, sizin qeybi bilməniz necə mümkün ola bilər? Sizmi daha üstünsünüz, yoxsa Allahın Rəsulu? «Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa». (əl-Cinn 26-27). Bu qeyb bilgisini iddia edən kimsələrin kafir olmasını açıqlayan ikinci bir dəlil. Allah Peyğəmbərinə hər kəsə bunu elan etməsini əmr etmişdir: «De ki: Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm…». (əl-Ənam 50).

5. Uca Allahın nazil etdiyi ilə hökm etmək Rububiyyət tövhidinin tələb etdiyidir. Buna görə də Uca Allahdan qeyrisinə uyan kimsələrin «Rəblər» deyə adlandırmışdır: «Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı (rəblər) etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir tanrı yoxdur». (ət-Tövbə 31).


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 24.08.2010, 17:42 | Yazı # 2
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Müfəssir Əbu Cəfər Ət Tabəri (rahiməhullah) tağut haqqında görüşləri söylədikdən sonra bu barədə dedi:

“Tağut barədə deyilən sözlərdən mənə görə ən doğrusu budur ki, Allaha qarşı həddini aşan və Ondan başqa ibadət olunan hər şey, istər ona ibadət edəni məcbur etsin, istərsə də ibadət edənin ona itaətiylə olsun (Tağutdur). Bu məbud insan olduğu kimi, Şeytan, rəsmli və sadə büt və ya istənilən bir şey ola bilər. “

(Təfsir ət-Tabəri, 3/21. Bəqərə-256)


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Çərşənbə axşamı, 24.08.2010, 17:46
 
UmarTarix: Çərşənbə axşamı, 24.08.2010, 17:43 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Allamə Qurtubi (rahiməhullah) “Əl Camiu li Əhkəmil Quran” adlı təfsirində Nisa surəsi 51-ci ayəni açıqlarkən dedi:

“Təvil əhli “Cibt” və “Tağut”un açıqlamasında ixtilaf etdilər:
İbni Abbas, İbni Cubeyr və Əbul Aliyyə dedi: “Cibt” Həbəş dilində sehribazdır, “Tağut” isə kahindir.
Əl Faruq Ömər (Allah ondan razı olsun) dedi: “Cibt” sehr, “Tağut” isə Şeytandır.
İbni Məsud: “Cibt” və “Tağut” dan burada murad edilən Kab bin Əşrəf və Huyey bin Əxtabdır.
İkrimə: “Cibt” Huyey bin Əxtab, “Tağut” Kab bin Əşrəfdir. Bunun dəlili Uca Allahın: “Tağuta mühakimə olunmaq istəyirlər” (Ən-Nisa: 4/60) ayəsidir.
Qatədə: “Cibt” Şeytan, “Tağut” kahindir.
İbn Vehb, Məlik bin Ənəsdən rəvayət etdi: “Tağut” Allahdan başqa ibadət ediləndir. (Mən Malik) belə deyən eşitdim: “Cibt” Şeytandır. Bunu da Nehhas nəql etmişdir.
Bu ikisinin, Allahdan başqa bütün ibadət olunanlar və ya Allaha üsyanda itaət edilənlər olduğu da söylənmişdir. Bu gözəl açıqlamadır…”

Əbi Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 5/248


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını Umar - Çərşənbə axşamı, 24.08.2010, 17:45
 
UmarTarix: Çərşənbə axşamı, 24.08.2010, 17:44 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
ibni Teymiyyə (rahiməhullah) bu barədə belə deyir:

"Tağut Falut qəlibində tüğyandan törəmişdir.Tüğyan isə həddi aşmaqdır.Bu da zülm və ədalətsizlikdir.Allahdan başqa özünə ibadət edilən kimsə ,əgər buna razı olursa tağutdur.Bu səbəbdən Nəbi(sas) bütləri tağut adlandırmışdır.Səhih bir hədisdə Rasulullah dedi:"Tağutlara ibadət edənlər (axirətdə) tağutlara tabe olarlar."
Allaha asilik olan xüsuslarda,hidayət və haq dinə tabe olmamaqda,Allahın kitabına müxalif olaraq özünə tabe olunan,bağlanılan hər şey tağutdur.Bu səbəbdən də Allahın kitabından başqası ilə hökm verənə və muhakimə olunana tağut ismi verilmişdir."

"Məcmu'u əl Fatava,28/200-201"


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 24.08.2010, 17:45 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
ibni Qayyim əl-Covziyyə,rahiməhullah "İ'lamul Muvaqiin ən Rabbil aləmin" adlı əsərində bu haqda belə deyir:

"Tağut özünə ibadət edilmədə və ya tabe olmada və ya itaətdə həddi aşan quldur.Hər qövmün tağutu Allah və Rəsulundan başqa muhakimə olunduqları,Allahdan başqa ibadət etdikləri,Allah tərəfindən heç bir dəlil olmadığı halda tabe olduqları,yaxud da Allaha itaət olmayan xüsusda itaət etdikləri kimsədir."

Davam edərək:.

"Aləmlərin tağutu məhz budur.Bunlara və bununla birlikdə insanların vəziyyətinə baxdıqda,insanların əksəriyyətinin Allaha ibadət etmək yerinə tağuta ibadət etdiyini,Allaha və Rəsuluna mühakimə olunmaq əvəzinə tağuta muhakimə olunduğunu,Rəsula itaət edib tabe olmaq əvəzinə isə tağuta itaət edərək tabe olduqları görüləcəkdir."


"İ'lamul Muvaqiin,1-ci cild,50-ci səhifə"


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:37 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
TAGUTA ITAET VE SHIRK

بسم الله الرحمن الرحيم

Söz etmək istədiyim mövzu, itaətdə şirk məsələsidir...
Hansı növ itaətin şirk olduğu demək olar ki, hər kəscə məlumdur... Bu, kafirləri əsas alaraq haramları halal saymaq və ya hər hansı bir kimsənin Allahın qanun qoyması xaricində qanun qoyma haqqı olduğuna inanmaqdır... Yəni onlara bu etiqadda tabe olmaqdır. İslamın şirk olaraq dəyərləndirdiyi bu etiqada zamanımızda “Demokratiya” deyilir...
Lakin, təəssüf ki, şeytan qarşı tərəfdəki bəzi insanlara sağdan yaxınlaşaraq onlara etdiklərini bəzəyir və şirkdən olmayan şeyləri şirkdən saymalarını təmin edir... Nəticə etibarıyla, Xaricilərin düşdüyü bəzi xətalara düşürlər...
Bu mövzuda həddi aşanların təfsilatına girmədən, itaətlərdən şirk olanı olmayandan ayırmağa çalışacayıq ki, haqq ortaya çıxsın... hökmlər yerini tapsın...
Məsələnin zikr edilməsini tələb edən səbəb isə, praktikada müsəlmanların bu cür itaətlərlə qarşılaşmasıdır. Bu səbəblə də, onlara şirk olanı olmayandan ayırmaq vacibdir!
Məsələn ölkəmizdə hər qadını öz qadınları kimi iffətsiz görmək istəyən namussuzlar, müsəlman qadınların hicabla şəkil çəkdirməsini qadağan ediblər... Bu mövzuda hansısa bir səbəbdən onlara tabe olub şəkil çəkdirən qadının İslami hökmü nədir?
Ümumən elm əhli – Uca Allahın rəhməti üzərlərinə olsun - bu məsələdə etiqadı şərt qoşublar... Yəni itaət edən şəxsin şirkə girib girmədiyini onun etiqadına bağlamışlar. Təbii ki, etiqadla qəsdimiz mütləq məna deyil. Onların görüşlərini zikr etdikdən sonra məsələni qısa şəkildə təfsil edib, alimlərin görüşlərinin doğru anlaşılmasına çalışacayıq.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:37 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Uca Allah Qurani Kərimdə buyurur:

وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

“Üzərində Allahın ismi zikr edilməyənlərdən yeməyin! Şübhəsiz ki, bu bir fisqdir!
Həqiqətən şeytanlar dostlarına sizinlə mücadələ etmələri üçün ilham edirlər.
Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşriklərdən olarsınız!”
Əl-Ənam: 6/121

Malikilərdən Əbu Bəkr İbnul Arabi (468-543 h/1076-1148 m) “Əhkamul Quran” adlı təfsirində məzkur ayəni açıqlarkən deyir:

إنما يكونُ المؤمِن بطاعةِ المشرك مشركًا إذا أطاعَه في اعتقاده : الذي هو محلَّ الكفر والإيمان ؛ فإذا أطاعَه في الفعْل وعَقْدُه سليمٌ مستمرٌّ على التوحيد والتصديق فهو عاصٍ. فافهَموا ذلك في كلِّ مَوْضِعٍ

“Mömin, müşrikə itaətlə sadəcə ona əqidəsində itaət etdiyi zaman müşrik olar. Məhz əqidə küfrün və imanın yeridir.
Müşrikə əməldə itaət edər lakin, əqidəsi isə sağlam, tövhid və təsdiq üzrə davam edərsə o zaman bu adam asidir (müşrik deyildir).
Bu prinsipi hər məsələdə belə bilin!”

Qaynaq: Əbu Bəkr İbnul Arabi: Əhkamul Quran: 2/257
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003
Həmçinin bu qismi İmam Abu Abdillah Əl Qurtubi öz təfsirində etirazsız olaraq nəql etmişdir
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:38 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Həyyan Ən Nəhvi (654-745 h/1256-1344 m) “Əl Bəhrul Muhit” isimli təfsirində deyir:

أي: وإن أطعْتم أولياءَ الشَّياطين إنكُم لمُشركون, لأنَّ طاعتَهم طاعةٌ للشياطين, وذلك إشراك, ولا يكونُ مُشركاً حقيقةً حتى يُطِيعَه في الاعتقاد ، وأما إذا أطاعَه في الفعْل وهو سليمُ الاعتقاد فهو فاسقٌ

“Yəni: Əgər şeytanın dostlarına itaət etsəniz şübhəsiz ki, siz də müşrik olarsınız. Çünki, onlara itaət etmək şeytana itaət deməkdir. Bu da şirkdir.
Lakin, şeytana etiqadda itaət etmədikcə həqiqi müşrik olmaz.
Etiqadı sağlam halda ona itaət edərsə o fasiqdir/günahkardır (kafir deyildir).”

Qaynaq: Əbu Heyyan Ən Nəhvi: Əl Bəhrul Muhit: 4/215
Beyrut: Darul Kutubil İlmiyyə: 1413/1993
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:38 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
وهؤلاء الذين اتّخذوا أحْبارَهم ورُهبانَهم أرْبابًا - حيثُ أطاعُوهم في تحليلِ ما حرَّم الله وتحريمِ ما أحلَّ اللهُ - يكونون على وجْهين : ( أحدهما ) : أن يعلَموا أنهم بدَّلوا دينَ الله فيتبَعونهم على التبديل فيعتقدون تحليلَ ما حرَّم الله وتحريمَ ما أحلَّ الله اتِّباعًا لرُؤَسائهم مع علْمهم أنهم خالَفوا دينَ الرُّسُل فهذا كفرٌ وقد جعَله اللهُ ورسوله شركًا - وإن لم يكونوا يصَلُّون لهم ويسجُدون لهم - فكان من اتَّبعَ غيرَه في خلافِ الدين - مع علْمه أنه خلافُ الدين واعتقدَ ما قالَه ذلك, دون ما قاله اللهُ ورسولُه- مشركًا مثل هؤلاء .
و ( الثاني ) : أن يكونَ اعتقادُهم وإيمانُهم بتحريمِ الحلال وتحليلِ الحرام ثابتًا لكنَّهم أطاعُوهم في معصيةِ الله كما يفعَل المسلمُ ما يفعَله من المعاصي التي يعتقدُ أنها معاصٍ ؛ فهؤلاء لهم حكمُ أمثالهم من أهلِ الذُّنوب

“Əhbar və Ruhbanlarına, Allahın haram qıldığını halal, halal qıldığını haram saymaqda itaət edərək, onları özlərinə rəbblər tutanlar iki halda olur:

1-ci hal: Əhbar və Ruhbanların Allahın dinini dəyişdirdiklərini bilmələri və bu təbdilə/dəyişdirməyə rağmən onlara tabe olmaları, onların rəsulların dininə müxalif olduqlarını bildikləri halda, başçılarına tabe olaraq Allahın haram qıldığının halal, halal qıldığının haram olduğuna etiqad etmələri halı. Bu küfrdür. Ruhbanlara namaz qılmamaları, səcdə etməmələrinə baxmayaraq, Allah və Rəsulu bunu şirk saymışdır.
Beləliklə, kim, Dinin xilafına olduğunu bildiyi və dediyinin Allah və Rəsulunun dediyindən fərqli olduğuna inandığı halda, Dinin əksinə başqa birinə (sadəcə əməldə deyil eyni zamanda etiqadda da) tabe olarsa digərləri kimi müşrikdir.

2-ci hal: Halalın haramlığı, haramın halallığı mövzusunda etiqad və imanlarının sabit olması (yəni birinci haldan fərqli olaraq Allah qatında olduğu şəkildə qəbul etmələri), lakin günah olduğuna etiqad edərək bunu edən müsəlmanın feli kimi, Allaha üsyanda onlara itaət etmələri halı.
Bu kateqoriyadakı insanların hökmü, günahkarlardan onlar kimi olanların hökmü kimidir (yəni müşrik deyil, sadəcə fasiqdirlər).”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 7/49(70)
Darul Vəfa: 1426/2005
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:38 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alimlərin görüşlərinin daha da aydın olması üçün məsələni sistemləşdirməyə çalışaq. Sözü gedən məsələdə 4 ünsür vardır:

1. İtaət edən. İtaət edəndən qəsdimiz mükəlləf müsəlmandır. Biz də məhz onun hökmünü araşdırırıq.
2. İtaət edilən. Bu kafir olduğu kimi, müsəlman da ola bilər. Çünki, teorik olaraq müsəlmanın Allaha üsyan olan bir şeyi əmr etməsi mümkündür. Hətta praktikada buna şahid ola bilirik.
3. İtaət edilən mövzu. Bu Allaha üsyan olan mövzulardan biridir ki, bütlərə ibadət kimi ya özlüyündə küfrdür, yaxud da içki içmək kimi küfr olmayıb haram olan bir şeydir.
4. İtaət edilmə niyyəti. İtaət edən ya itaət ediləndə təşri haqqı görərək və ya görməyərək itaət etmişdir. Ya istihlalla ya da istihlalsız sadəcə əməldə itaət etmişdir.

Nəticə olaraq belə deyirik: Teorik olaraq itaət edilən mövzu ya küfr olan bir əməl ya da haram (və ya əksi üzə halal olub çəkinilən) bir əməldir.
İtaət edən kimsə özlüyündə küfr olan bir əməli işləməkdə itaət edirsə bu hər halda küfrdür. Məsələn hətta bir müsəlman başqasına bütə ibadəti əmr edər və digəri də ona itaət edib bu əməli həyata keçirərsə həm amir həm məmur bunu halal sayıb saymadıqlarına baxılmadan küfrə düşər.
Lakin, itaət ediləm mövzu halal və haram mövzusudursa burada təfsil var və itaət edənin niyyət və etiqadına baxılar.
Əgər sözügedən haramı halal saymadan və əmr edəndə təşri haqqı görmədən sadəcə əməldə itaət edər və etiqadında bunu haram sayarsa o küfrdən qurtulmuş, lakin fasiq olmuşdur.
Yox, əgər etiqadı da əməlinə uyğunsa və ya əmr edəndə təşri haqqı görərsə bu, ayədə qəsd edilən, şirk və küfr olan bir itaətdir...
Uca Allahdan afiyət diləyirik!
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:39 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İtaət-İbadət-Şirk əlaqəsi haqqında İmam Əbu Hənifənin gözəl bir izahı vardır ki, onu forum iştirakçıları ilə bölüşmək istədim.
İmam Əbu Hənifənin (80-150 h/699-767 m) əqidəylə bağlı "Əl Alim vəl Mutaallim" adlı kitabında deyilir:

قال المتعلمُ رحِمه اللهُ : هذا لَعَمْري هو قولُ أهلِ الوَرَعِ والتثبُّتِ . ولكن أخْبِرْني أليس مَن أطاعَ الشيْطانَ وطلَب مَرْضاته فهو كافرٌ وعابدُ الشيطان ؟

قال العالمُ رضِي اللهُ عنه : أو علِمتَ ما أردْتَ بهذه المسألة ؟
إنَّ المؤمنَ إذا عصَى اللهَ تعالى ليس يكون بمعْصيتِه تلك مُطيعًا للشيْطانِ , طالبًا لمرْضتِه , يتعمد ذلك , وإنْ وافقَ عَمَلُه للشيْطانِ طاعةً ورِضًا .

قال المتعلمُ رحِمه اللهُ : أخْبِرْني عن العبادة ما تفسيرها ؟

قال العالمُ رضِي اللهُ عنه : إسمُ العبادة إسمٌ جامعٌ يجتمِع فيه الطاعةُ والرَّغْبة والإقرار بالربُوبية . وذلك أنه إذا أطاعَ اللهَ العبدُ في الإيمانِ به دخَل عليه الرجاءُ والخوفُ مِن الله , وإذا دخَل عليه هذه الخِصالُ الثلاثُ فقدْ عبَده , ولا يكون مؤمنًا بغير رجاءٍ وخوفٍ , ولكنه رب مؤمن يكون خوفُه مِن اللهِ أشدَّ وآخرُ يكون خوفُه أقلَّ .
وكذلك مَن أطاعَ أحدًا رجاءَ ثوابِه ومخافةَ عقابِه مِن دونِ اللهِ فقد عبَده .
ولو كان العملُ بالطاعةِ وحْدَها في كلِّ شئٍ عبادةً لكانَ كلُّ مَن أطاعَ غيرَ اللهِ تعالى فقدْ عبَده

"Tələbə (Əbu Muqatil) - rahiməhullah – dedi: Ömrümə and olsun ki, verdiyin cavab (təkfirdə ehtiyatlı davranman) vəra və təsəbbut əhlinin cavabıdır.
Mənə de görüm, şeytana itaət edən və onun rızasını arayan kimsə kafir və şeytana ibadət edən deyilmi?

Alim (Əbu Hənifə) – radiyallahu anh – dedi: Bu məsələylə nəyi qəsd elədiyini anlayırsanmı?
Şübhəsiz ki, mömin Uca Allaha üsyan etdiyi zaman – etdiyi əməl şeytana itaət və rıza baxımından müvafiq olsa belə -bu üsyanı səbəbilə şeytana (həqiqi mənada) itaət etmiş, onun rızasını qazanmağa çalışan və bunu qəsd edən sayılmaz.

Tələbə (Əbu Muqatil) - rahiməhullah – dedi: Mənə ibadətdən danış. İbadətin açıqlaması nədir?

Alim (Əbu Hənifə) – radiyallahu anh – dedi: İbadət sözü, toplayıcı bir sözdür ki, onda "itaət", "rəğbət", "Rububiyyət iqrarı" kimi xüsusiyyətlə birləşmişdir.
Qul, Allaha Ona iman mövzusunda itaət etdiyi zaman onun qəlbinə Allahdan ummaq və qorxmaq daxil olar. Onun qəlbinə bu üç xüsusiyyət daxil olduğu zaman ona (Allaha) ibadət etmiş olar. "Ummaq" və "qorxu" olmadan qul mömin sayılmaz!
Lakin, çox mömin vardır ki, Allahdan qorxusu güclü olar, digər bir kimsə vardır ki, onun qorxusu daha azdır.
Eləcədə kim Allahdan başqa bir kimsəyə savabını umaraq və əzabından qorxaraq itaət edən itaət etdiyi kimsəyə ibadət etmiş olar.
Əgər hər şeydə sadəcə itaət ibadət olsaydı, Uca Allahdan başqasına itaət edən hər kəs itaət etdiyi kimsəyə ibadət etmiş sayılardı."

Qaynaq: Əbu Hənifə: Əl Alim vəl Mutaallim: 27-28
Təhqiq: Zahid Əl Kəvsəri: 1368

Mövzu tağuta itaət haqqındadır və tağutların ən böyüyü şeytandır. Dolayısıyla tağuta itaət səbəbilə kafir olacaq biri varsa, bu şeytana tabe olub günah işləyən kimsə olmalıdır... Lakin müxaliflərimiz şeytana itaət edərək günah işləyən kimsələri kafir saymasalar da, daha kiçik tağutlara itaət edərək günah işləyənləri təfsilata getmədən müşrik adlandıraraq dini mövzulardakı qıt anlayışlarını ortaya qoymuş olurlar...
İmam Əbu Hənifənin sözlərindən anlaşılan, mücərrəd itaətin bir ibadət olmadığıdır. Dolayısıyla Allahdan başqasına itaət edən kimsə sırf itaəti səbəbilə itaət etdiyi şəxsə ibadət etmiş sayılmaz!
Əgər ortada bir şirk və ya küfr varsa bu "halal sayma", "itaət ediləndə ilahi xüsusiyyətlər görmə" kimi ünsürlərin nəticəsidir.
Uca Allah bizlərə dini doğru anlamağı nəsib etsin! Çünki, bu imandan sonra ən böyük nemətdir.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 15:39 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İtaət-İbadət-Şirk əlaqəsi haqqında İmam Əbu Hənifənin gözəl bir izahı vardır ki, onu forum iştirakçıları ilə bölüşmək istədim.
İmam Əbu Hənifənin (80-150 h/699-767 m) əqidəylə bağlı "Əl Alim vəl Mutaallim" adlı kitabında deyilir:

قال المتعلمُ رحِمه اللهُ : هذا لَعَمْري هو قولُ أهلِ الوَرَعِ والتثبُّتِ . ولكن أخْبِرْني أليس مَن أطاعَ الشيْطانَ وطلَب مَرْضاته فهو كافرٌ وعابدُ الشيطان ؟

قال العالمُ رضِي اللهُ عنه : أو علِمتَ ما أردْتَ بهذه المسألة ؟
إنَّ المؤمنَ إذا عصَى اللهَ تعالى ليس يكون بمعْصيتِه تلك مُطيعًا للشيْطانِ , طالبًا لمرْضتِه , يتعمد ذلك , وإنْ وافقَ عَمَلُه للشيْطانِ طاعةً ورِضًا .

قال المتعلمُ رحِمه اللهُ : أخْبِرْني عن العبادة ما تفسيرها ؟

قال العالمُ رضِي اللهُ عنه : إسمُ العبادة إسمٌ جامعٌ يجتمِع فيه الطاعةُ والرَّغْبة والإقرار بالربُوبية . وذلك أنه إذا أطاعَ اللهَ العبدُ في الإيمانِ به دخَل عليه الرجاءُ والخوفُ مِن الله , وإذا دخَل عليه هذه الخِصالُ الثلاثُ فقدْ عبَده , ولا يكون مؤمنًا بغير رجاءٍ وخوفٍ , ولكنه رب مؤمن يكون خوفُه مِن اللهِ أشدَّ وآخرُ يكون خوفُه أقلَّ .
وكذلك مَن أطاعَ أحدًا رجاءَ ثوابِه ومخافةَ عقابِه مِن دونِ اللهِ فقد عبَده .
ولو كان العملُ بالطاعةِ وحْدَها في كلِّ شئٍ عبادةً لكانَ كلُّ مَن أطاعَ غيرَ اللهِ تعالى فقدْ عبَده

"Tələbə (Əbu Muqatil) - rahiməhullah – dedi: Ömrümə and olsun ki, verdiyin cavab (təkfirdə ehtiyatlı davranman) vəra və təsəbbut əhlinin cavabıdır.
Mənə de görüm, şeytana itaət edən və onun rızasını arayan kimsə kafir və şeytana ibadət edən deyilmi?

Alim (Əbu Hənifə) – radiyallahu anh – dedi: Bu məsələylə nəyi qəsd elədiyini anlayırsanmı?
Şübhəsiz ki, mömin Uca Allaha üsyan etdiyi zaman – etdiyi əməl şeytana itaət və rıza baxımından müvafiq olsa belə -bu üsyanı səbəbilə şeytana (həqiqi mənada) itaət etmiş, onun rızasını qazanmağa çalışan və bunu qəsd edən sayılmaz.

Tələbə (Əbu Muqatil) - rahiməhullah – dedi: Mənə ibadətdən danış. İbadətin açıqlaması nədir?

Alim (Əbu Hənifə) – radiyallahu anh – dedi: İbadət sözü, toplayıcı bir sözdür ki, onda "itaət", "rəğbət", "Rububiyyət iqrarı" kimi xüsusiyyətlə birləşmişdir.
Qul, Allaha Ona iman mövzusunda itaət etdiyi zaman onun qəlbinə Allahdan ummaq və qorxmaq daxil olar. Onun qəlbinə bu üç xüsusiyyət daxil olduğu zaman ona (Allaha) ibadət etmiş olar. "Ummaq" və "qorxu" olmadan qul mömin sayılmaz!
Lakin, çox mömin vardır ki, Allahdan qorxusu güclü olar, digər bir kimsə vardır ki, onun qorxusu daha azdır.
Eləcədə kim Allahdan başqa bir kimsəyə savabını umaraq və əzabından qorxaraq itaət edən itaət etdiyi kimsəyə ibadət etmiş olar.
Əgər hər şeydə sadəcə itaət ibadət olsaydı, Uca Allahdan başqasına itaət edən hər kəs itaət etdiyi kimsəyə ibadət etmiş sayılardı."

Qaynaq: Əbu Hənifə: Əl Alim vəl Mutaallim: 27-28
Təhqiq: Zahid Əl Kəvsəri: 1368

Mövzu tağuta itaət haqqındadır və tağutların ən böyüyü şeytandır. Dolayısıyla tağuta itaət səbəbilə kafir olacaq biri varsa, bu şeytana tabe olub günah işləyən kimsə olmalıdır... Lakin müxaliflərimiz şeytana itaət edərək günah işləyən kimsələri kafir saymasalar da, daha kiçik tağutlara itaət edərək günah işləyənləri təfsilata getmədən müşrik adlandıraraq dini mövzulardakı qıt anlayışlarını ortaya qoymuş olurlar...
İmam Əbu Hənifənin sözlərindən anlaşılan, mücərrəd itaətin bir ibadət olmadığıdır. Dolayısıyla Allahdan başqasına itaət edən kimsə sırf itaəti səbəbilə itaət etdiyi şəxsə ibadət etmiş sayılmaz!
Əgər ortada bir şirk və ya küfr varsa bu "halal sayma", "itaət ediləndə ilahi xüsusiyyətlər görmə" kimi ünsürlərin nəticəsidir.
Uca Allah bizlərə dini doğru anlamağı nəsib etsin! Çünki, bu imandan sonra ən böyük nemətdir.
 
Forum » İslam » Tövhid və Əqidə » Tağut (tərivi və növləri)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru