[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » SİFƏTLƏRİ TƏRCÜMƏ ETMƏK, SİFƏTLƏRİN BAŞQA DİLDƏ İFADƏSİ (بسم الله الرحمن الرحيم)
SİFƏTLƏRİ TƏRCÜMƏ ETMƏK, SİFƏTLƏRİN BAŞQA DİLDƏ İFADƏSİ
Muslimah_92Tarix: Cümə axşamı, 13.09.2012, 11:56 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Görüşlərin fərqllilik ərz etdiyi məsələlərdən biridə mütəşəbih sifətlərin ərəbcədən başqa dillərə tərcüməsinin hökmü məsələsidir. Demək olar ki, bu məsələ hər gün qarşılaşdığımız məsələlərdəndir.
Allahın izni və yardımı ilə bu barədə elm əhlindən bizə məlum olan görüşləri sizlərlə paylaşmağa çalışacağam. Tövfiq ancaq Allahdandır.
 
Muslimah_92Tarix: Cümə axşamı, 13.09.2012, 11:57 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbul Fəth Əş Şəhristəni (479-548 h/1086-1153 m) bu barədə sələfdən belə nəql edir:

واحتاطَ بعضُهم أكثرَ احتياطٍ حتى لم يفسِّرِ اليدَ بالفارسِية ولا الوجهَ ولا الاستواءَ ولا ما ورد مِن جنسِ ذلك , بل إن احتاجَ في ذكْرِه إلى عبارةٍ عبَّر عنها بما ورَد لفظاً بلفظٍ
فهذا هو طريقُ السلامة , وليس هو مِن التشبيه في شيءٍ

"Onlardan (sələfdən) bəziləri bu mövzuda çox ehtiyat göstərərək hətta yəd/əl, vəch/üz, istiva və bu cinsdən varid olmuş heç nəyi farsca söyləmirdilər.
Danışdıqları zaman bu şeylərdən birinə toxunmalı olsalar, nasslarda gələn ləfzlərin eynisini işlədirdilər.
Bu yol daha sağlamdır və bu metodun təşbihlə əlaqəsi yoxdur."

Qaynaq: Əbul Fəth Əş Şəhristəni: Əl Miləl vən Nihəl: 93
Beyrut: Darul Kutubil İlmiyyə: 1413/1992

Təliq: Şəhristəninin sözündən anlaşılan bu barədə sələfin iki görüşü olduğudur. Onlardan bəzisi bu sözlərin tərcüməsini caiz görməmişdir. Ərəb dilində olduğu kimi ifadə etmişlər. Məsələn Allahın əli yox Allahın yədi deyərdilər.
Şəhristənidə bu yolu daha ehtiyatlı görmüşdür.
 
Muslimah_92Tarix: Cümə axşamı, 13.09.2012, 11:58 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Zəhəbi sələf imamlarından Əbul Abbas İbn Sureyc Əl Bəğdədidən (249-306 h/863-918 m) onun belə dediyini nəql edir:

اعتقادُنا فيه وفي الآي المتشابهة في القرآن ، أن نقبَلَها ولا نرُدَّها ، ولا نتأوَّلَها بتأويل المخالفين ، ولا نحمَلَها على تشبيه المشبِّهين ، ولا نُتَرجِمَ عن صفاته بلغةٍ غيرِ العربية، ونسلِّمَ الخبرَ لظاهره والآيةَ لظاهر تنـزيلِها

"(Nüzul/eniş, yədeyn/iki əl, istiva, təəccüb kimi sifətlər) və Qurandakı mütəşəbih ayələr haqqında etiqadımız budur:
Onları qəbul edirik rədd etmirik, müxaliflərin təvil etdiyi şəkillərdə təvil etmirik, onları müşəbbihənin təşbihlərinə həml etmirik, Onun sifətlərini Ərəb dilindən başqa dilə tərcümə etmirik, xəbər və ayələri zahirinə təslim edirik."

Qaynaq: Şəmsuddin Əz Zəhəbi: Kitəbul Arş: 2/275
Məktəbətu Ədvəis Sələf: 1420/1999
 
Muslimah_92Tarix: Cümə axşamı, 13.09.2012, 11:59 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Onikinci əsr Hindistan alimlərindən Şeyx Nizamuddin Əl Bəlxinin başçılığında iyirmi üç nəfərlik bir Hənəfi fəqih heyəti tərəfindən hazırlanmış məşhur "Əl Fətaval Hindiyyə"də bu haqda belə deyilir:

وفي التخيير : ما جاء في القرآن مِن اليد والوجه لله تعالى وليس بجارحة , هل يجوز إطلاق هذه الأشياء بالفارسية ؟ قال بعض المشايخ رحمهم الله تعالى : يجوز إذا لم يعتقِد الجوارحَ , وقال أكثرهم لا يصح , وعليه الاعتماد , كذا في التتارخانية

"... "Ət Təxyir" adlı kitabda deyilir: Quran uca Allah nisbət edilərək gələn yəd/əl, vəch/üz kimi şeylər orqan deyildir.
Bu şeylərin Fars dilində (tərcümə edilərək) deyilməsi caizdirmi?
1. Bəzi şeyxlər – uca Allah onlara rəhmət etsin – demişlər: Orqan olduğuna etiqad etmədən deyilməsi caizdir.
2. Alimlərin əksəriyyəti isə bunu doğru görməmişlər. Etimad da bu görüşədir."Ət Tətərxaniyyə" adlı kitabda da belədir."

Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətaval Hindiyyə: 2/281
Beyrut: Darul Kutubil İlmiyyə:1421/2000

 
Muslimah_92Tarix: Cümə axşamı, 13.09.2012, 11:59 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Əbul Muin Ən Nəsəfi (418-508 h/1027-1115 m) bu haqda deyir:

ويجوز أن يقال : بأنَّ للهِ تعالى يداً بالعربية , ولا يجوز بالفارسية

"Ərəb dilində "uca Allahın yədi/əli var" demək caizdir. Lakin Fars dilində caiz deyildir."

Qaynaq: Əbul Muin Ən Nəsəfi: Bəhrul Kəlam: 105
Məktəbətu Daril Farfur: 1421/2000

 
Forum » İslam » Tövhid və Əqidə » SİFƏTLƏRİ TƏRCÜMƏ ETMƏK, SİFƏTLƏRİN BAŞQA DİLDƏ İFADƏSİ (بسم الله الرحمن الرحيم)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru